AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2010
QEYDİYYAT NÖMRƏSİ
263
ADI
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-05-2010, Nəşr nömrəsi: 114), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 392)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. üç ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsində nəzərdə tutulmuş köçürülmə planı və köçürülmə təlimatının hazırlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. iki ay müddətində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü, 8.1-ci, 8.4-cü, 9.1-ci, 9.2.6-cı, 12,4-cü, 15.4-cü, 15.4.4-cü, 17.3-cü, 18.1-ci, 18.4-cü, 18.4.3-cü, 18.5-ci maddələrində, 19-cu maddəsinin adında, 19.1-ci, 19.3-cü, 19.4-cü, 20.4-cü, 21.1-ci, 22.1-ci, 40.1-ci, 41.2-ci, 52.4-cü, 75.1-ci, 80.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" və 9.4-cü, 10.2.1-ci, 10.2.2.1-ci, 10.2.2.2-ci, 10.2.2.3-cü, 10.2.3.1-ci, 10.2.3.2-ci, 10.2.3.3-cü, 10.2.3.4-cü, 10.2.4.1-ci, 10.2.4.2-ci, 10.2.4.3-cü, 10.2.4.4-cü, 10.2.5-ci, 10.2.6-cı, 10.2.7-ci, 18.4.1-ci, 18.4.4-cü, 21.1-ci, 22.1-ci, 24.3.1-ci, 77.2.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları" barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. öz səlahiyyətləri daxilində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 24 may 2010-cu il

                   № 263

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status