Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramların
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI
Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılmışdır.
Lakin bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləmişdir. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalmışdır. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə eroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olmuşdur. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurmuşdur. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Qeyd olunan problemlərin sistemli həllini təmin etmək məqsədi ilə qərara alıram:
1."Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" təsdiq edilsin.
2."Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram" təsdiq edilsin.
3. Bu Sərəncamın 1-ci və 2-ci bəndləri ilə təsdiq edilən Milli Proqramların həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabienti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Proqramların həyata keçirilməsini təmin etsin.
6. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2003-cü il
№ 1152
Azərbaycan Respublikası Prezidentinin
2003—cü il 18 fevral tarixli
1152 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair
MİLLİ PROQRAM
1. Giriş
2. Milli Proqramın əsas məqsəd və vəzifələri
3. Əhali və əmək ehtiyatları
4. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə
4.1. Su ehtiyatları
4.2. Atmosfer havası
4.3. Torpaq ehtiyatları
4.4. Meşə ehtiyatları
4.5. Balıq ehtiyatları
4.6. Tullantılar
4.7. Ətraf mühitə dair qanunvericilik
5. Qlobal ekoloji problemlər
5.1. İqlim dəyişmələri
5.2. Səhralaşmaya qarşı mübarizə
5.3. Biomüxtəlifliyin qorunması
6. Sənaye kompleksləri
6.1. Yanacaq—energetika kompleksi
6.2. Neft—kimya kompleksi
6.3. Dağ—mədən sənayesi
6.4. Tikinti sənayesi
6.5. Nəqliyyat
7. Kənd təsərrüfatı
8. Turizm
9. Elm, təhsil və mədəniyyət
9.1. Elm və təhsil
9.2. Mədəniyyət
10. Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı
1. Gİrİş
Cəmiyyətdə sosial—iqtisadi səviyyənin qeyri—bərabər inkişafı ilə əlaqədar üçüncü minilliyin başlanğıcı özünəməxsus xüsusiyyətlərinə görə aşağıdakı kimi fərqlənir:
ilk növbədə texniki—iqtisadi inkişafın nailiyyətlərindən bəhrələnməklə dünya əhalisinin müəyyən hissəsinin həddindən artıq varlanması, digər hissəsinin isə yoxsulluq içində qalmasının getdikcə dərinləşməsi, habelə insan sivilizasiyasının və onu əhatə edən qlobal ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması ilə;
digər tərəfdən isə, dünyanın müxtəlif regionlarında iqtisadiyyatın coşqun inkişaf sürəti ilə ətraf mühitin mühafizəsi problemlərinin uzlaşdırılmaması və bu sahədə mövcud olan fərqin daha da artması nəticəsində qlobal ekosistemlərə mənfi təsirin güclənməsilə.
Müasir dövrdə atmosferin ozon qatının dağılması, iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdəndir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında həllini tapmamış, kiçik bir təbiət hadisəsi kimi izah olunan problemlər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilmişdi.
1992—ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə
Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu tərəqqi də milli və beynəlxalq sənədlərdə təsdiqlənmişdir. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet kimi qəbul edilmişdir. Nəzərdə tutulur ki, daha optimal nəticələr Ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair Milli Proqramın (bundan sonra — Milli Proqram) hazırlanması və həyata keçirilməsi əsasında əldə edilə bilər.
Mütərəqqi bəşəriyyətin qəbul etdiyi «Dayanıqlı inkişaf» konsepsiyasının prinsiplərinin həyata keçirilməsinə xidmət edən Milli Proqram «Azərbaycan Respublikasının 2002—ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001—ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 19—cu bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmışdır.
Ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olan bu Milli Proqramın işlənməsi ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edərək iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Bu Milli Proqram dayanıqlı inkişafın əsas istiqamətlərini müəyyənləşdirməklə müvafiq tədbirlər sistemini əhatə edir.
Milli Proqram dayanıqlı inkişaf sahəsində dünyada toplanmış ən yeni biliklər nəzərə alınaraq zamanın sınağından çıxmış ekoloji prinsiplərə, milli mədəniyyətə və təcrübəyə əsaslanır.
Milli Proqram Azərbaycan Respublikası üçün mövcud problemlərin həllinin ilkin mərhələsi olaraq, 2003—2010—cu illərdə həyata keçiriləcək tədbirlər planını əhatə edir.
Bu proqrama əsasən müxtəlif sahələr üzrə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan fəaliyyət planları hazırlanmalıdır.
2. Mİllİ Proqramın əsas məqsəd və vəzİfələrİ
Milli Proqramın məqsədi Azərbaycan Respublikasında indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunmasından və təbii ehtiyatlardan səmərəli istifadə edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Nəticə etibarı ilə həmin potensialın çeşidini kifayət qədər artırmaq, təkmilləşdirmək və keyfiyyətini yüksəltməyə xidmət edən iqtisadi bazanın formalaşmasına nail olmaq mümkündür. Bu zaman iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə iqtisadi potensiallardan və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nəzərdə tutulur.
Milli Proqramın tədbirlər planının həyata keçirilməsi kompleks yanaşmanı tələb edir. Buraya ölkənin ekoloji və iqtisadi ehtiyatlarının milli, regional, beynəlxalq əsaslarla idarə olunması yollarının axtarılması, müvafiq şəraitdə hər hansı bir amilin qiymətləndirilməməsi nəticəsində ətraf mühitə və iqtisadiyyata dəyəcək potensial ziyanın mahiyyətinin dərk edilməsi və qarşısının alınması daxildir.
İnkişafın ekoloji baxımdan dayanıqlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onları məhdudlaşdırmaq zəruridir və Milli Proqram məhz buna yönəldilmişdir.
Milli Proqramın məqsədlərinə, bir—biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı vəzifələri yerinə yetirməklə nail olmaq olar:
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müvafiq üsullarından istifadə edilməsi;
indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;
eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;
insanın həyat fəaliyyətini təmin edə biləcək sistemlərin, ekosistemlərin və biomüxtəlifliyin qorunması.
Bu vəzifələrin həyata keçirilməsi aşağıdakı prinsiplərə əsaslanır:
qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi;
dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi sahəsində qərarların qəbul edilməsi proseslərində alternativ variantların nəzərə alınması;
ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək iqtisadi, sosial və ekoloji layihələrin həyata keçirilməsinin qarşısının alınması;
ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsi üçün müvafiq vəsaitin ayrılmasına imkan yaradan güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi sahəsində qərar qəbul etmə prosesində qeyri—hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi.
Milli Proqramın icrası zamanı iş prinsiplərinin biri digəri üzərində üstünlük təşkil etməməlidir. Milli Proqramda müəyyən edilmiş bütün komponentlər birbiri ilə əlaqələndirilmiş şəkildə tətbiq edilməlidir.
Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ilk növbədə Azərbaycan Respublikasının dövlət orqanlarını, iqtisadiyyatın ayrı—ayrı sahələrini və ictimaiyyəti dayanıqlı inkişaf haqqında məlumatlarla təmin edən informasiya sistemlərinin yaradılması vacibdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Proqramın bütövlükdə yerinə yetirilməsi üçün lazımi metodiki göstərişlərlə, riyazi proqramlarla və elmi məlumatlarla təminatı həyata keçirəcəkdir.
3. Əhalİ və əmək ehtİyatları
Əhali eyni zamanda həm istehsalçı, həm də istehlakçı kimi cəmiyyətin əsasını təşkil edir. 2001—ci ilin statistik məlumatına əsasən respublika əhalisi 8,1 mln. nəfər olmuşdur. Bunun 51%—i şəhər, 49%—i isə kənd əhalisindən ibarətdir.
Zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan inkişafı üçün yüksək potensial vardır. Bu potensialdan düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqla dayanıqlı inkişafı təmin etmək mümkündür.
Ətraf mühitin keyfiyyəti insanların sağlamlığı üçün çox mühüm amildir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin böyük bir hissəsinin işğal altında qalması və insanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləşdirmişdir.
Ölkənin ən ciddi ekoloji problemləri dövlət orqanları ilə bərabər, qeyri—hökumət təşkilatlarının və beynəlxalq təşkilatların diqqətini də cəlb etməyə başlamışdır. Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini gücləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları işlənib hazırlanır. Çay sularının çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin azaldılması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlığın hər zaman davam etdirilməsi olduqca zəruridir.
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şəraitinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına xidmət edən başlıca amillərdəndir. Lakin qeyd etmək lazımdır ki, respublikada mövcud olan sənayenin əsasını təşkil edən bir çox müəssisələrdəki iş şəraiti ekoloji, sanitar—gigiyenik baxımdan müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan insanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət xüsusilə neft—kimya, maşınqayırma müəssisələrində daha qabarıq şəkildə təzahür edir.
Uzun illərdən bəri müəssisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıqların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz—toz tutucu filtrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi problemin həllini qeyri—mümkün edir.
Əhalinin sağlamlığını təmin etmək üçün isə iş şəraitinin yaxşılaşdırlması əsas şərtlərdən biridir.
Hazırkı dövrdə mövcud vəziyyətdən çıxış yolu, köhnə müəssisələrin rekonstruksiya olunması yolu ilə həm iqtisadi, həm də ekoloji baxımdan müasir tələblərə cavab verən müəssisələrin yaradılmasından ibarətdir.
Ən başlıca cəhətlərdən biri də ondan ibarətdir ki, əmək və əmək ehtiyatlarından düzgün istifadə olunmasının hüquqi əsasları tam işlənilməmişdir. Mütəxəssislərin hesablamalarına görə indiki dövrdə əhalinin bir milyona qədəri işsizdir. Həmin işsizlər əmək qabiliyyətli əhalinin 27 %—ni təşkil edir. İşsizlik xüsusilə keçid dövründə yaşayan dövlətlər üçün səciyyəvi hal olsa da, Azərbaycanda indiki qədər işsizlərin olması qeyri—adi haldır. Yeni iqtisadi siyasətin həyata keçirilməsində işsizliyin tədricən aradan qaldırılması dövlətimizin əsas vəzifələrindən biridir. Hazırda respublikamızda hüquqi dövlətin yaranması ilə əlaqədar bu problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanda dayanıqlı insan inkişafına nail olunması əhəmiyyətli dərəcədə ölkənin həm səhiyyə və həm də ətraf mühitin mühafizəsi sahələrindəki problemlərin həllindən asılıdır. Hər iki sahə sabit iqtisadi irəliləyişə və yaşayış səviyyəsinin yüksəlməsinə təkan verən normativ hüquqi aktlardan bəhrələnməlidir.
4. Ətraf mühİtİn mühafİzəsİ və təbİİ ehtİyatlardan səmərəlİ İstİfadə
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: Bakı və digər iri şəhərlərdə içməli suyun çatışmazlığı, su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması, iri sənaye və yaşayış məntəqələrinin məişət tullantılarının mütəmadi qaydada yığışdırılmaması, tələb olunan qaydada yerləşdirilməməsi, utilləşdirilməməsi və s.
Qeyd olunan ekoloji problemlərin həlli yollarını dayanıqlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.
4.1. Su ehtiyatları
Məlumdur ki, Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Bir sıra rayonlarda, xüsusilə Abşeronda suyun çatışmaması su ehtiyatlarından kifayət qədər səmərəli istifadə edilməməsi ilə izah edilir. Su şəbəkə sisteminin çatışmaması, bir çox kəmərlərin uzun illər istismarı nəticəsində sıradan çıxması, mövcud texniki tələblərə cavab verməməsi ilə əlaqədar təqribən 45—50%—ə qədər içməli su itkisinə yol verilir.
Su çatışmazlığı ilə əlaqədar yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməklə müəyyən müsbət nəticələr əldə etmək olar. Lakin bir məsələyə xüsusi diqqət vermək lazımdır. Belə ki, artıq neçə illərdir ki, hətta içməli su ehtiyatları ilə bol olan ölkələrdə hər bir mənzilə su sayğacları qoyulur. Bunun nəticəsidir ki, həmin ölkələrdə əhali mənzilinə gələn
Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarına qonşu dövlətlər — Gürcüstan və Ermənistanın, o cümlədən respublikamızın yaşayış məntəqələri və sənaye obyektlərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantıları vasitəsilə həddindən artıq çirklənməsi həllini tələb edən mühüm problemlərdəndir. Çayın Xəzər dənizinə tökülən yerində suyun keyfiyyəti yalnız sənayedə istifadə üçün yararlıdır.
Sutəmizləyici qurğuların vəziyyəti də qənaətbəxş deyildir. Respublikanın 75 şəhərindən yalnız 35—də su təmizləyici qurğular vardır. Onlar da yalnız mexaniki təmizləmə vasitələri ilə təchiz olunmuşlar. Bakı şəhərində məişətdən tullanan çirkli suların ümumi həcmi sutkada 1,2 mln. kub/m təşkil edir ki, ondan da yalnız 50 %—i təmizlənir.
Sənaye və məişət su tullantılarının tam təmizlənmədən su mənbələrinə, o cümlədən Xəzər dənizinə il ərzində 250 mln. kub/m axıdılması öz növbəsində digər ekoloji problemlərin yaranmasına səbəb olur. Hər il Xəzər dənizinin hövzəsinə bütün mənbələrdən tullantı suları ilə orta hesabla 1,5—2,0 min ton neft məhsulları, 15—20 min ton asılı maddələr, 60—65 min ton sulfatlar, 250—300 min ton xloridlər, 15—20 tona qədər fenollar və digər çirkləndirici maddələr daxil olur.
Xəzər dənizində su səviyyəsinin qalxma—enmə prosesi uzun əsrlik tarixə malik olmaqla sahil dövlətləri üçün mütəmadi olaraq bir sıra iqtisadi—sosial və ekoloji problemlər doğurur. 1930—1977—ci illər ərzində Xəzərin səviyyəsi
Xəzər dənizində suyun səviyyəsinin qalxması Azərbaycan Respublikasının 825 km—lik sahil zolağını tamamilə öz təsiri altına almış, fəlakət zonasında Azərbaycanın 800 kv. km—lik ərazisinə, 7 şəhəri və əhalisi 1 mln.dan çox olan 35 yaşayış məntəqəsinə, 120—dən çox heyvandarlıq və bir sıra xalq təsərrüfatı obyektlərinə, 15,3 min ha otlaq, 1,2 min ha üzümlük və 120 kv. km. əkinə yararlı torpaq sahəsinə zərər vurmuşdur.
Ölkədə su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində mövcud olan problemlər içərisində su mənbələrinin ciddi sanitariya mühafizəsi, su mənbələrinə və içməli suların keyfiyyətinə nəzarəti həyata keçirmək üçün beynəlxalq normativlərə uyğunlaşdırılmış milli dövlət normativləri sistemi yaradılmalıdır.
Su ehtiyatlarının qorunmasının və səmərəli istifadəsinin dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi, su ehtiyatlarının idarə edilməsi üzrə milli və regional proqramların realizə edilməsi üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:
su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
ümumi nəzarət əsasında bu ehtiyatlardan səmərəli istifadənin stimullaşdırılması;
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və müvafiq standartlara uyğunlaşdırılması;
su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi;
transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə regional və beynəlxaiq əməkdaşlığın genişləndirilməsi;
su çatışmazlığının aradan qaldırılması məqsədilə, sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri—ənənəvi sulardan (təmizlənmiş tullantı, kollektor—drenaj və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.
4.2. Atmosfer havası
Respublikamız müstəqillik əldə etdikdən sonra yaranmış keçid dövrü ilə əlaqədar mövcud iqtisadi əlaqələr pozulduğundan bir çox sənaye müəssisələrinin fəaliyyəti dayandırılmış, bəziləri isə istehsal gücünün 10—20 faizi həcmində fəaliyyət göstərirlər. Bu baxımdan stasionar mənbələrdən atmosfer havasına atılan zərərli maddələrin miqdarı 1990—cı il ilə müqayisədə xeyli azalmışdır. Belə ki, 1990—cı ildə stasionar mənbələrdən atmosfer havasına 2,1 mln. ton zərərli maddələr atıldığı halda, 2000—ci ildə bu göstərici 515 min ton olmuşdur.
Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində mövcud olan qaz—toz tutucu qurğuların əksəriyyəti yarıtmaz vəziyyətdədir. Yaxın gələcəkdə güclü sənaye potensialına malik olan respublikamızda bu müəssisələr fəaliyyətlərini tam bərpa etmiş olsalar, onda iri sənaye şəhərlərimizin atmosfer havası növbəti dəfə ekoloji fəlakət dərəcəsinə çatdırıla bilər.
Avtomobil nəqliyyatından atılan zəhərli qazların miqdarının artması xüsusi narahatlıq doğurur. Köhnə, istismar müddəti çoxdan başa çatmış, ucuz qiymətə xarici dövlətlərdən alınıb gətirilmiş texniki cəhətcə yararsız nəqliyyat vasitələrinin istismarı nəticəsində şəhərlərin havasına külli miqdarda normadan artıq zəhərli qazlar buraxılır.
Şəhər sərnişindaşıma sistemində son illər baş verən proseslər də ekoloji baxımdan ümidverici deyildir. Belə ki, iri sərnişin avtobusları sıradan çıxdıqca onların yerinə daha az sərnişin tutumu olan mikroavtobuslar buraxılır ki, bunun da nəticəsində yollarda tıxaclar yaranır, havaya buraxılan zəhərli qazların miqdarı daha da artmış olur.
Qeyd olunan problemlərin həll edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
sənaye müəssisələrindəki qaz—toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi;
nəqliyyatda qurğuşunsuz benzindən (etilsizləşdirilmiş) istifadə olunmasına tam keçilməsi;
tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkili;
ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;
sənaye müəssisələrinin ərazisində, onların sanitar—mühafizə zonalarında, yolların kənarlarında yaşıllıqlarının artırılması;
ölkəyə idxal olunan avtomobillərin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsinə və Avropa Şurası ölkələri üçün müəyyən edilmiş toksiklik normalarına uyğunluğuna nail olunması.
4.3. Torpaq ehtiyatları
Əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4,1 mln. ha (respublika ərazisinin 47,7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki, bu torpaqlardan hazırda 3,6 mln. ha eroziyaya məruz qalmışdır. Bunlardan 1,3 mln. ha zəif, 1,16 mln. ha orta və 1,14mln.ha yüksək dərəcədə eroziyaya uğramışdır.
Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğurur. 1,5 mln. ha—dan çox torpaq sahəsi artıq şoranlaşmışdır.
Aqrotexniki qaydalara tam əməl olunmaması, meşələrin sistemsiz qırılması, suvarma suyundan qənaətlə və səmərəli istifadə edilməməsi, kolxoz, sovxoz və kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və kollektor—drenaj şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi və s. eroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.
Mineral ehtiyatların istismarı, xüsusən neft istehsalı və boru kəmərlərinin çəkilməsi təqribən 30 min ha torpağın çirklənməsində əsaslı rol oynamışdır. Torpağın deqradasiyası problemində ən kəskin vəziyyət Abşeron yarımadasındadır. Belə ki, uzun illər ətraf mühitin mühafizəsi nəzərə alınmadan müəyyən dövrlərdə mədənlərdən neftin amansız dərəcədə hasil edilməsi ilə əlaqədar mazut gölləri yaranmış, 10 min ha torpaq sahəsi neftlə çirklənmişdir.
Qeyd olunan problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən xüsusi yardım göstərilməlidir. Əks təqdirdə yararlı torpaqların sıradan çıxması ilə bərabər respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar məhdudlaşmaqla ekoloji vəziyyət daha da gərginləşə bilər.
Hazırda beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Avropa İttifaqının TASİS proqramı) və xarici dövlətlərin köməyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi, tələb olunan avadanlıqların müəyyənləşdirilməsi sahəsində layihələr işlənilməkdədir.
Torpaqların neft məhsulları, digər sənaye tullantıları, pestisidlər, mineral gübrələrlə çirklənmə səviyyəsini, eləcə də bir sıra tullantıların, o cümlədən neft tullantı və şlamlarının təhlükəliliyini müəyyən edərək qiymətləndirmək üçün normativlər və elmi—metodik nəzarət baza sistemi yaradılmalıdır.
Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinə müvafiq olaraq torpaq ehtiyatlarından səmərəli istifadə olunması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədilə milli fəaliyyət planının hazırlanması;
eroziya proseslərinin qarşısının alınması və şoranlaşmış torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi, torpaqları neftli birləşmələrdən təmizləyən istehsalat qurğularının yaradılmasına üstünlük verilməsi;
mövcud drenaj—kollektor və suvarma şəbəkələrinin inventarlaşdırılması və onların texniki vəziyyətinin yaxşılaşdırılması;
dağ—mədən işlərinin, yeraltı və yerüstü xətti qurğuların tikilməsi zamanı münbitliyi pozulmuş torpaqların dövri monitorinqinin keçirilməsi və onların rekultivasiya olunması üçün müvafiq tədbirlərin görülməsi;
iri sənaye mərkəzləri ətrafında (Sumqayıt, Gəncə) şlam saxlanılan tullantıların ətraf mühitə vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi;
təbii və antropogen amillər nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi.
4.4. Meşə ehtiyatları
Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Belə ki, ölkə ərazisinin yalnız 11%—i meşələrlə örtülüdür. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və məcburi köçkünlərin problemlərinin təbiətə, o cümlədən meşələrə artmış təsiri nəticəsində meşələrin həm sahəsi azalır, həm də sanitar və fitosanitar vəziyyəti pisləşir. Meşələrin su və torpaq qoruyucu funksiyalarını, iqlimin formalaşmasına təsiri nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq—iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişlidir. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənayelərini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Bu məqsədlə müvafiq layihələrin hazırlanması tələb olunur.
Keçid dövrünün doğurduğu problemlərdən biri də yerlərdə enerji qıtlığının mövcud olmasıdır. Kənd rayonlarında yanacaq və elektrik enerjisinin çatışmaması ilə əlaqədar yerli əhali məişət problemlərini həll etmək üçün meşə ağaclarını qırırlar ki, bu da öz növbəsində meşə sahələrinin ilbəil azalmasına gətirib çıxarır.
Meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınması, o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə problemləri qismən həll etmək olar. Lakin əhalinin alternativ yanacaq mənbələri ilə təmin edilməsi problemin həll edilməsində başlıca rol oynamalıdır.
Bu məqsədə nail olmaq üçün:
meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırmalarının qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi;
meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması, yeni meşə quruluşu layihələrinin hazırlanması;
meşələrin bərpası üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər bitkilər) səmərəli istifadənin təşkili;
rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi, bunun əsasında turizm yönümlü rekreasiya potensialının təyin və istifadəsinin təşkil edilməsi;
yeni əkinçilik sisteminin tələbatlarına cavab verən təsərrüfat əhəmiyyətli meşə—bağların layihələşdirilməsi və salınması;
meşə ərazilərində yerləşən yaşayış məntəqələrində məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması;
inşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək məqsədilə müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı;
meşələrdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə xüsusiləşdirilmiş operativ kimyəvi—yanğınsöndürmə stansiyasının yaradılması;
meşələrin fitosanitar vəziyyətinin müəyyən edilməsi, müxtəlif xəstəliklərdən və zərərvericilərdən mühafizə edilməsi məqsədilə mütəmadi olaraq müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi zəruridir.
Göstərilən strateji istiqamətlərin həyata keçirilməsi aşağıdakı ekoloji, iqtisadi və sosial məsələlərin həllinə yönəldilmişdir:
təbii meşələrin bərpası, qorunması və dayanıqlılığının təmin edilməsi;
yeni meşə—bağların salınması və istifadəsi;
meşə—bağların iqtisadi, ekoloji və sosial potensialından səmərəli istifadə edilməsi;
yabanı meyvələrin emalı üzrə yeni müəssisələrin yaradılması.
Meşə ehtiyatlarının istifadəsi sahəsində göstərilən işlərin həyata keçirilməsinin sosial nəticələrindən aşağıdakıları göstərmək olar:
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və rekreasiya potensialının artırılması nəticəsində əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması;
yeni iş yerlərinin yaradılması və bununla əlaqədar yoxsulluğun aradan qaldırılması və əhalinin rifahının yaxşılaşdırılması.
4.5. Balıq ehtiyatları
Azərbaycan Respublikası balıqçılığın inkişafı üçün zəngin potensiala malikdir. Bu həm qiymətli balıq növlərinin təbii ehtiyatlarının artırılmasına və istismarına, həm də ölkə iqtisadiyyatı üçün yeni olan bir istiqamətə balıqların Xəzər dənizində süni yolla yetişdirilməsinə (marikultur) aiddir. Bu istiqamətlərin inkişafı üçün həm əlverişli təbii şərait, həm də bu sahələri idarə etməyə qadir olan insan potensialı mövcuddur. Əsas problem Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunması, bərpası və təsərrüfat əhəmiyyətli bioloji ehtiyatların artırılmasından ibarətdir,
Problemin həlli üçün ilk növbədə nərəkimilərin ehtiyatlarının qorunması və artırılması mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qiymətli balıq növləri əsasən Xəzər dənizi hövzəsində yaşayır. Bununla əlaqədar bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Belə əməkdaşlığın yeni səviyyədə inkişafı həm balıq ehtiyatlarının qorunmasına, həm də balıq ekosistemlərinin yaxşılaşdırılmasına təkan verəcəkdir. Digər bir məqsəd ölkədə ilk dəfə olaraq balıq ehtiyatlarının artırılması sahəsində bu balıq növləri üçün yeni olan marikultura istiqamətinin inkişafıdır.
Bu məqsədə çatmaq üçün qiymətli nərə balıqlarının çoxaldılmasının və istismarının dayanıqlı inkişaf prinsipləri əsasında idarə edilməsinin təmin olunması zəruridir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi;
balıq ehtiyatlarının artırılmasının idarə edilməsi;
balıq ehtiyatlarının artırılması və bu ehtiyatların istismarı sahəsində beynəlxalq əməkdaşlıq;
daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması və yetişdirilməsi;
Xəzər dənizində süni balıqartırma istehsalının genişləndirilməsi.
4.6. Tullantılar
Sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur.
Belə ki, Sumqayıt şəhərində yerləşən Səthi aktiv maddələr zavodunun ərazisində yığılıb qalmış tonlarla civə maddəsi həmin ərazini ekoloji fəlakət zonasına çevirmişdir. Bu maddənin torpağa tədricən sızması, digər tərəfdən isə havaya buxarlanması əhalinin sağlamlığı üçün böyük təhlükə yaradan mənbədir.
İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur.
Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bunlar da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər.
Tullantı sahələrində təmizlənmə işləri aparılmadan həmin sahələr radiasiya təhlükəsizliyi nöqteyi nəzərdən tədqiq olunmalı, radioaktiv çirklənmə olduqda onların aradan qaldırılması üzrə xüsusi layihələrin icrasından sonra adi təmizlənmə işləri aparılmalıdır.
Artıq bir çox ölkələrdə bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə kompost düzəldilib gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodun tikilməsi Azərbaycan üçün də çox zəruridir.
Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə olunması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;
məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;
tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;
enerji alınması, eləcə də kompost alınması məqsədilə zibilyandırma zavodunun tikilməsi.
Uzun illərdən bəri yığılıb qalmış bu və digər ekoloji problemlərin həll edilməsi üçün ilk növbədə külli miqdarda maliyyə vəsaiti və müasir avadanlıqlar tələb olunur. Bunlara nail olmaq üçün isə iqtisadi keçid dövrünü yaşayan Azərbaycan müasir tələblərə cavab verən ekoloji siyasət yürütməklə beynəlxalq və maliyyə təşkilatları, donor dövlətləri ilə əlaqələri genişləndirməli, ətraf mühiti mühafizə sahəsində dövlətlərarası müqavilələr bağlamaqla müvafiq öhdəliklərin tələblərini yerinə yetirməlidir.
4.7. Ətraf mühitin mühafizəsinə dair qanunvericilik
Ekoloji tarazlığın saxlanılması və ətraf mühitin mühafizəsi sahəsində müsbət nəticələr əldə edilməsi üçün müasir tələblərə uyğun qanunvericilik bazasına malik olmaq tələb olunur. Qanunvericilik aktlarının Avropa standartlarına cavab verən tərzdə işlənilməsi vacib şərtlərdəndir.
Bu baxımdan son illər Azərbaycan Respublikasında mühüm əhəmiyyətə malik olan bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.
Qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları imzalanmış, aidiyyəti dövlət orqanlarının səlahiyyətləri və həmin normativ hüquqi aktların icra mexanizmi müəyyənləşdirilmişdir.
Mövcud qanunlara müvafiq olaraq əlaqədar təşkilatlar tərəfindən bir sıra normativ sənədlər TƏSDİQ EDİLMİŞDİR. Hazırda digər normativ hüquqi aktların hazırlanması üzərində işlər davam etdirilir.
5. Qlobal ekolojİ problemlər
Uzun illərdən bəri təbii sərvətlərin sistemsiz istismarı, süni xammal ehtiyatlarının alınması üçün texnologiyaların tətbiqinin genişləndirilməsi, əhalinin yüksək templə artımı nəticəsində təbiətə olan müdaxilənin də artması və digər antropogen amillərin təsiri nəticəsində hazırda dünyada bir sıra qlobal ekoloji problemlər meydana çıxmışdır. Buna misal olaraq iqlimin qlobal dəyişməsini, biomüxtəlifliyin azalmasını, səhralaşma prosesinin daha geniş ərazilərə yayılmasını, ozon qatının daralmasını və s. problemləri göstərmək olar.
5.1. İqlim dəyişmələri
Azərbaycan Respublikası 1995—ci ildə BMT—nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmiş, 2000—ci ildə bu Konvensiyaya əlavə oluan Kioto protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün «Azərbaycan Respublikası tərəfindən 1995—ci il yanvarın 10—da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997—ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tərəfi kimi Azərbaycan iqlim dəyişmələrinin gözlənilən təsirinin azaldılmasına yönəlmiş milli və regional proqramların hazırlanması, həyata keçirilməsi və nəşr etdirilərək ictimaiyyətə çatdırılması kimi öhdəliklər götürmüşdür.
Konvensiyanın tələblərinə uyğun olaraq 1998—99—cu illərdə «İqlim dəyişmələri üzrə birinci milli məlumatlar» layihəsinin I mərhələsi, 2000—ci ildə isə II mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublikanın ərazisində müasir iqlim dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenariləri (5 ssenari) hazırlanmış, iqlim dəyişikliklərinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün milli adaptasiya planı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının Milli Kadastrı, parnik qazlarının tullantılarının azaldılmasına dair milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərbaycan Respublikasında parnik qazlarının azaldılması üçün texnologiyalara milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.
İqlim dəyişmələri üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi zəruridir:
istilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik—informasiya sistemlərinin yaradılması;
dayanıqlı sosial—İqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosistemlərə iqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümumiləşdirilməsi üzrə dövlət informasiya sisteminin yaradılması;
iqlim dəyişmələrinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması;
günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması;
ozondağıdıcı maddələrdən istifadə olunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması.
5.2. Səhralaşmaya qarşı mübarizə
Azərbaycan Respublikası BMT—nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını 1998—ci ildə ratifikasiya etmişdir. Səhralaşma üzrə mübarizəyə dair milli fəaliyyət planının hazırlanması layihəsi üzərində işlər davam edir. Layihənin yekunu kimi səhralaşmaya qarşı milli fəaliyyət planı hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirməlidir.
Bu Konvensiyanın tələblərinin həyata keçirilməsinin respublikamız üçün böyük əhəmiyyəti vardır. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində baş vermiş istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin azalması quraqlığa gətirib çıxarır ki, bu da səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Səhralaşmaya qarşı mübarizə üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi vacibdir:
səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması;
səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;
səhralaşmaya qarşı mübarizə işlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması;
qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi;
meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.
5.3. Bioloji müxtəliflik
Azərbaycan Respublikası BMT—nin Biomüxtəlifliyin qorunması haqqında Konvensiyasını 2000—ci ildə ratifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2001—ci il 21 dekabr tarixli 848 nömrəli Sərəncamı ilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və heyvan növləri endemik olmaqla digər ölkələrdə rast gəlinmir. Bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Tərtib olunmuş Qırmızı Kitaba görə Azərbaycan Respublikasında yüzlərlə bitki və heyvan növü təhlükə altındadırlar və müxtəlif qorunma statusuna malikdir. Azərbaycanda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Bu, eyni zamanda miqrasiya edən heyvanlara da aiddir.
Bioloji müxtəlifliyin qorunması və bu məqsədlə ekoloji proseslərə və sistemlərə nəzarət edilməsinin təkmilləşdirilməsi əsas problemlərdəndir. Bu problemin həllinin əsas strateji istiqamətləri aşağıdakılardır:
biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq müqavilələrə qoşulmaq;
bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkə flora və faunasının Qırmızı və Yaşıl Kitablarının tərtibi və yeniləşdirilməsi;
xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması;
nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;
biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;
biomüxtəlifliyin qorunması məqsədilə milli parkların yaradılması.
6. SƏNAYE KOMPLEKSLƏRİ
Azərbaycanda son dövrlərdə iqtisadi göstəricilər yüksəlir, bir çox istehsal sahələri müasirləşir və yenidən qurulur. Nailiyyətlərin əldə edilməsi ilə sosial—iqtisadi göstəricilərin artması və bunun nəticəsində insanların rifahının daha da yüksəldilməsi dövlət tərəfindən əsas prioritet kimi qəbul edilmişdir. Bu prosesin həyata keçirilməsi üçün dayanıqlı inkişaf prinsiplərinin istifadəsi olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikasında havanı, suyu və torpağı ciddi çirkləndirən mənbələr, xüsusilə Sumqayıt və Bakıda yerləşmiş yanacaq—energetika və neft—kimya kompleksləridir. Köhnəlmiş texnologiya, qəza nəticəsində tez—tez dayanmalar, çirkləndirməni azaltmaq üçün avadanlığın çatışmaması və böyük miqdarda çirkləndirici maddələr hasil edən aşağı keyfiyyətli xammaldan istifadə bunun əsas səbəbidir. Sənaye məhsulu istehsalının həcminin azalması ilə ətraf mühitin vəziyyətinin hiss ediləcək dərəcədə yaxşılaşdığını nəzərə alaraq demək olar ki, çirkləmənin əsas obyektləri köhnə müəssisələrdir.
Ölkənin bir çox sənaye sahələrində təbii və süni radioaktiv mənbələrin toplanması və istifadə olunmasını nəzərə alaraq radiasiya təhlükəsizliyinə diqqət artırılmalıdır. Radiasiya mənbələrinin vaxtaşırı inventarlaşdırılması, tullantıların xüsusi ayrılmış yerlərə təhvil verilməsi, radiasiya fonuna nəzarət dayanıqlı inkişaf konsepsiyası çərçivəsində yenidən təşkil olunmalıdır.
Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ekoloji menecmentin inkişaf etdirilməsi, müxtəlif proqram və layihələrin, o cümlədən «təmiz istehsalat» proqramının tətbiq edilməsi zəruridir.
Beləliklə, əgər sənaye müəssisələrində ətraf mühitin mühafizəsi sahəsində tədbirlər həyata keçirilməzsə, 1996—cı ildən başlayan sənayenin bərpası prosesi ilə mütənasib olaraq ətraf mühitin çirklənməsi prosesi də artacaqdır.
6.1. Yanacaq—energetika kompleksi
Respublikamızda ətraf mühiti çirkləndirən əsas sahələr məhz yanacaq—energetika kompleksinin payına düşür. 1960—1980—cı illərdə sənayenin sürətli inkişafı nəticəsində su mənbələrinin, havanın və torpaq ehtiyatlarının çirklənmə dərəcəsi daha da artmışdır. Planlı iqtisadiyyat dövründə ekoloji problemlərin həllinə ikinci dərəcəli məsələ kimi baxılması, indiki vaxtda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Ölkəmizin, xüsusilə Abşeron yarımadasının, Xəzər dənizinin Azərbaycana aid olan sektorunun zəngin neft—qaz ehtiyatlarına malik olması, kiçik bir ərazidə güclü yanacaq—energetika kompleksinin inkişafına səbəb olmuşdur. Lakin uzun illər istifadədə olan texnoloji avadanlıqların köhnəlməsi və istismar müddətinin bitməsi mövcud ekoloji problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Enerjinin istifadəsi və enerji mənbələrinin strukturu ekoloji və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi üçün vacib amillərdən biridir. İstehsalat və qeyri—istehsalat sahələri üçün istifadə olunan bərpa olunmayan enerji mənbələri və ümumi daxili məhsulun (ÜDM) yaradılması üçün sərf olunan enerji müasir iqtisadi və ekoloji indikatorlarına aiddir. Bu indikatorlar inkişafın davamlılıq prinsipləri əsasında həyata keçirilməsindən xəbər verir. Ölkədə həm ənənəvi enerji mənbələrinin istifadəsinin səmərələşdirilməsi, həm də bərpa olunan enerji mənbələrindən istifadəsinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Mövcud probemlərin həll edilməsi məqsədilə bərpa olunmayan enerjinin istifadəsinin səmərələşdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
istilik elektrik stansiyalarında yüksək effektli texnologiyaların tətbiqi və enerji sisteminin strukturunun optimallaşdırılması;
istehsalat və qeyri—istehsalat sahələrində müasir enerji qoruyucu texnologiyalarının istifadəsinin stimullaşdırılması;
məişətdə enerji qoruyucu vasitələrin (termoslar, temperaturqoruyucu qurğular və s.) istifadəsinin geniş tətbiqinə yönəldilmiş milli və regional proqramların hazırlanması və həyata keçirilməsi.
Bu problemlərin həlli iki əsas məqsədlə əlaqədardır:
1) Enerjiyə qənaət edən sistemlərin istifadə olunmasının təmin edilməsi.
Bu məqsədə nail olduqda milli gəlirin hər bir vahidi üçün sərf olunan enerjinin azalması təmin edilir. İstehsal olunan mal və xidmətlərin maya dəyəri azalır və iqtisadiyyatın səmərəliliyi artır. Eyni zamanda ətraf mühitə olan təsir də azalır;
2) Energetikanın inkişafı və bərpa olunan enerji mənbələrindən istifadə olunması.
Bu məqsədlərin həyata keçirilməsi üçün aşağıdakı tədbirlər görülməlidir:
kiçik hidroenergetik obyektlərin sxeminin yaradılması və tətbiqi;
günəş və külək enerjisinin istifadəsinə dair milli fəaliyyət planlarının hazırlanması;
külək enerjisindən istifadə edilməsi və müvafiq qurğuların quşların ənənəvi miqrasiya və konsentrasiya ərazilərindən uzaq yerlərdə quraşdırılması;
fərdi obyektlərdə və bələdiyyə obyektlərində bioqazın istehsalı və istifadəsi.
Fəaliyyət planlarının həyata keçirilməsi dayanıqlı inkişafı təmin etməklə yanaşı, istehsalın səmərəliliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına da xidmət edəcəkdir.
6.2. Neft—kimya kompleksi
Bu kompleks respublikamızda sənayenin ən inkişaf etmiş sahələrindən biridir. Sənaye müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində cəmləşdirilmişdir. Mövcud müəssisələrin texniki təchizatı, o cümlədən təmizləyici qurğuların əksəriyyətinin yararsız vəziyyətdə olması, qaz—toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların atılmasına səbəb olur. Belə vəziyyətin yaranması həmçinin təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol verilməsinə səbəb olur.
Sənaye sahəsində əsas mövcud problemlərin həll edilməsi üçün, iqtisadiyyatın güclənməsinə təminat verən dayanıqlı inkişaf prinsipləri əsasında fəaliyyət göstərən, bərpa edilən və bərpa edilməyən ehtiyatlardan səmərəli şəkildə istifadə edən, rəqabətə davamlı və yüksək ixrac potensialına malik olan sənayenin formalaşması tələb olunur.
Buna nail olmaq üçün, dayanıqlı inkişaf və ətraf mühitlə bağlı məhsul və xidmətlərin stimullaşdırılması sahəsində mexanizmlərin yaradılması və təkmilləşdirilməsi tələb olunur.
Həmin məqsədi həyata keçirmək üçün ətraf mühitə atılan tullantıların mənbələri və miqdarı haqqında məlumatların toplanması, sistemləşdirilməsi və onların analitik informasiya sistemlərinin yaradılması zəruridir.
Bu tədbirlər sistemində Azərbaycan Respublikasının ərazisində ətraf mühitə atılan tullantıların mənbələrinin bütün növlərini əhatə edən məlumatların təkmilləşdirilməsi və kompüterləşdirilməsi, ümumi daxili məhsulun (ÜDM) hər bir vahidinə sərf olunan enerjinin səmərəliliyinin artırılması və ətraf mühitə atılan tullantıların azaldılması potensialının qiymətləndirilməsi nəzərdə tutulur.
Sənaye müəssisələrinin çirkləndirmə mənbələrində mövcud texnologiyaların qiymətləndirilməsi və ekoloji cəhətdən təmiz texnologiyalarla təmin edilməsinə qismən nail olunması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
kimyəvi maddələrin istifadə olunması sahəsində ekoloji təhlükəsizlik baxımından vahid dövlət proqramının yaradılması;
hər bir sənaye müəssisəsinin fəaliyyət sahəsi üzrə ətraf mühitin idarə edilməsi modellərinin hazırlanması;
dövlət və bələdiyyə müəssisələrinə, özəl müəssisələrə məhsul və xidmətlərlə bağlı ekoloji iddiaların irəli sürülməsinin yeni prinsiplər əsasında həyata keçirilməsi;
istehsal üçün təklif olunan yeni sənaye məhsullarının tətbiqinin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun müəyyənləşdirilməsi;
istehlakçıların hüquqlarının qorunması sahəsində ətraf mühitə dair qanunvericilik bazasının təkmilləşdirilməsi və bu zaman dayanıqlı inkişaf prinsiplərinin nəzərə alınması.
6.3. Dağ—mədən sənayesi
Azərbaycan qara və əlvan metallurgiyanın inkişafı üçün kifayət qədər mineral xammal ehtiyatlarına malikdir. Qara metallurgiyanın əsas xammal bazası Daşkəsən dəmir filizi yataqları, əlvan metallurgiyanın əsas xammal bazası isə Zəylik—Alunit filiz yataqlarından ibarətdir. Bu yataqlarda olan xammal ehtiyatları ölkədə dağ—mədən sənayesinin inkişafı üçün uzun illər kifayət edə bilər.
Lakin hazırda istifadədə olan istehsal texnologiyaları fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığa əsaslanır ki, bu da istehsalın səmərəliliyini aşağı salmaqla bərabər ətraf mühitə mənfi təsir göstərir. Köhnəlmiş avadanlıqlardan istifadə olunması təbii sərvətlərdən səmərəli istifadə edilməsinə imkan vermir.
Bu sahədə ekoloji baxımdan dayanıqlı inkişafın təmin edilməsi aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir: yeni texnologiyalarla təmin edilməklə metalın və metal məhsullarının, həmçinin ferroərintilərin qapalı istehsal sikllərinin yaradılması; vahid məhsulun istehsalına sərf olunan enerjinin miqdarının azaldılmasına gətirib çıxaran az enerjitutumlu texnologiyaların tətbiqi; təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xammal mənbələrinin istismarı zamanı maksimum dərəcədə itkilərin qarşısının alınması məqsədilə müasir metodlardan istifadə etməklə müvafiq tədbirlərin həyata keçirilməsi; istismarı başa çatmış yataqların ərazilərində rekultivasiya işlərinin aparılması.
6.4. Tikinti sənayesi
Ekoloji baxımdan dayanıqlı inkişafı təmin etmək üçün tikinti sənayesinin müasir texnoloji imkanlarından istifadə etməklə, əhalinin normal mənzil—kommunal şəraitinin yaxşılaşdırılması yolu ilə yaşayış sektorunun imkanlarını artırmaq mümkündür.
İqtisadi artım şəraitində həm sənaye obyektlərinin, həm də yaşayış evlərinin tikilməsi artmaqdadır. Bir sıra hallarda inşaat zamanı dayanıqlı inkişaf və ekologiya sahəsində olan müasir nailiyyətlər kifayət dərəcədə nəzərə alınmır. Dayanıqlı inkişaf baxımından bu sahədə olan əsas problem ondan ibarətdir ki, məhsuldar torpaqlarda tikinti işləri aparılmasına yol verilir. Tikinti zamanı istifadə olunan material və konstruksiyalar binaların temperaturunu tələb olunan səviyyədə qorumur. Problemin digər bir aspekti ondan ibarətdir ki, kütləvi surətdə tikilən binaların element və materiallarının xüsusiyyəti elədir ki, bu binaların istismar müddəti bitəndən sonra onların utilizasiyası problemə çevrilir.
Eyni zamanda bu sahədə regional xüsusiyyətlər və ənənəvi biliklərdən lazımi dərəcədə istifadə edilmir.
Tikinti zamanı davamlı inkişaf prinsiplərinin istifadəsi sahəsində strategiyanın yaradılması və həyata keçirilməsi əsas problemlərdəndir.
Bunda əsas məqsəd, inşa olunan obyektlərin yerləşməsinin, binaların quraşdırılmasının və ətraf sahələrin planlaşdırılmasının iqtisadi və ekoloji baxımdan optimallaşdırılması üçün tədbirlərin həyata keçirilməsidir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
məhsuldar və rekreasiya əhəmiyyətli torpaqların inşaat üçün istifadəsinin qadağan edilməsi və nəzarətin gücləndirilməsi;
torpaqdan istifadənin planlaşdırılması;
hər bir yaşayış məntəqəsinin planlaşdırılması zamanı ətraf mühitə yol verilə bilən təzyiqin həcminin nəzərə alınması;
tikinti üçün istifadə olunan material və konstruksiyaların ehtimal olunan temperatur itkilərinin nəzərə alınması;
binalar üçün istifadə olunan material və konstruksiyaların onların gələcəkdə utilizasiyası ilə əlaqələndirilməsi;
enerji itkiləri ilə əlaqədar problemlərin yaranmaması üçün tikintidə müvafiq material və konstruksiyaların istifadəsinin stimullaşdırılması;
yaşayış məntəqələrinin salınması, binaların yerləşdirilməsi və tikilməsi zamanı yerli xüsusiyyətlərin nəzərə alınması.
6.5. Nəqliyyat
Məlumdur ki, nəqliyyatın inkişafı sivilizasiyanın tərəqqisinə yardımçı olaraq, eyni zamanda ətraf mühitə zərərli təsir göstərir, bəşəriyyətin bir çox problemlərini dərinləşdirərək dünya sivilizasiyasını qlobal ekoloji fəlakətə aparan amilə çevirir. Bu onunla əlaqədardır ki, nəqliyyat kompleks şəkildə regional ekoloji problemlər yaradır.
Nəqliyyatın müxtəlif növləri — avtomobil, dəmir yolu, su, hava nəqliyyatı yalnız onun istismarı ilə əlaqədar problemləri deyil, həm də nəqliyyat vasitələrinin istehsalı, onlara texniki xidmət göstərilməsi, işlənmiş (metal, plastik, yağlar və s.) materialların təkrar istifadəsi ilə əlaqədar problemlər yaradır.
Respublikamız inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi səviyyəsi isə çox aşağıdır.
Belə ki, ölkəmizdəki nəqliyyat vasitələrinin böyük əksəriyyəti MDB ölkələrində istehsal edilmişdir. Onların modelləri bütün əsas texniki göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) yüksək inkişaf etmiş ölkələrdə istehsal edilən nəqliyyat vasitələrindən nəzərə çarpacaq dərəcədə geri qalır. Həmin nəqliyyat vasitələrinin əksəriyyəti fiziki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətə düşmüşdür.
Hal—hazırda ölkədəki avtomobillərdən atılan tullantıların zəhərlilik hədlərini müəyyənləşdirən ekoloji təhlükəsizlik standartları yoxdur. Bu günədək ölkədə keçmiş SSRİ—nin standartları qüvvədə qalır ki, bu standartlar da müasir beynəlxalq tələblərə cavab vermir. Avtomobillərin ekoloji göstəricilərinə nəzarət tələb olunan səviyyədə deyil. Əksər avtomobil magistrallarının standartlara cavab verməyən səviyyədə olması, bir çoxunun isə sıradan çıxması avtonəqliyyat vasitələri tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının daha da artmasına səbəb olur. Avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan dayanıqlı inkişafı təmin etmək məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ hüquqi aktların qəbul edilməsi;
nəqliyyat sahəsində ekoloji yönümlü harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin təkmilləşdirilməsi;
avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq növlərinə keçilməsi (sıxılmış maye qaz, bioqaz və s.);
avtomobil və dəmir yollarının müasir dünya standartlarına müvafiq rekonstruksiya olunması;
şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılması və tıxacların qarşısının alınması məqsədilə yaşayış məntəqələrinin ətrafında dairəvi avtomagistral yolların çəkilişinə üstünlük verilməsi.
7. Kənd təsərrüfatı
Azərbaycan Respublikasının torpaq—iqlim şəraiti, tarixi mədəniyyəti və toplanmış təcrübəsi, elmi—texniki nailiyyətləri kənd təsərrüfatının dayanıqlı inkişaf prinsipləri əsasında idarə edilməsinə imkan yaradır. Bu sahədə əsas mövcud problemin aradan qaldırılması məqsədi ilə kənd təsərrüfatı sahəsini dayanıqlı inkişaf prinsipləri əsasında idarə etməklə torpaqların, kənd təsərrüfatı bitkilərinin və heyvanlarının məhsuldarlığının artırılması yolu ilə insanların ekoloji təmiz məhsullarla təminatının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına nail olunmalıdır.
Bu məqsədə nail olmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin edən və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan siyasətin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı tədbirlərin görülməsi zəruridir:
dövlət orqanlarının, özəl sektorun və qeyri—hökumət təşkilatlarının kənd təsərrüfatının dayanıqlı inkişafı sahəsində əməkdaşlığının gücləndirilməsi;
fərdi təsərrüfatların və onların birliklərinin kənd təsərrüfatının dayanıqlı inkişafı üçün ayrılan fondlarla işləməsinin sadələşdirilməsi;
müasir kənd təsərrüfatı metodlarını tətbiq edən dövlət və fərdi təsərrüfatlar üçün xüsusi imtiyazların yaradılması;
kənd təsərrüfatında torpaqların eroziyasının və şoranlaşmasının qarşısını almaq məqsədilə optimallaşdırılmış əkin sistemlərindən və kənd təsərrüfatı bitkilərinin suvarılmasında mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsinin genişləndirilməsi;
kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin milli və regional səviyyələrdə sxemlərinin yaradılması və nəzarətin gücləndirilməsi;
torpaqların çirklənməsinə və deqradasiyasına səbəb ola bilən texnologiyalardan istifadə olunmasının qarşısının alınması.
8. Turİzm
Azərbaycan Respublikası zəngin turizm potensialına malikdir. Bu, ölkənin zəngin tarixindən, yüksək mədəniyyətindən və rəngarəng təbiətindən irəli gəlir. Azərbaycanda ənənəvi turizm ilə yanaşı yeni turizm xidmətlərinin inkişafı üçün də əlverişli şərait mövcuddur.
Turizm infrastrukturunun ekoloji zərərləri minimuma endirən üsulla inkişafı və davamlı inkişaf prinsipləri əsasında idarə edilməsi əsas problemlərdəndir.
Bu məqsədə nail olmaq üçün ekoloji baxımdan davamlı inkişaf konsepsiyasına müvafiq olan milli, regional və ixtisaslaşmış turizmin inkişaf etdirilməsi ilə əlaqədar aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
milli turizm proqramında dayanıqlı inkişaf prinsiplərinin nəzərə alınması;
hər bir zona üçün ətraf mühitə maksimum yol veriləcək turist təzyiqinin müəyyənləşdirilməsi və onun yerinə yetirilməsinə nəzarət edilməsi;
ekoloji turizmin və o cümlədən turizmin digər yeni formalarının inkişaf etdirilməsi.
9. Elm, təhsİl və mədənİyyət
9.1. Elm və təhsil
Azərbaycan elm və təhsil sahəsində inkişaf etmiş ölkədir. Lakin ölkədə son illər elmi institutların yeni elmi məlumatları vaxtında almasına xidmət edən texniki avadanlığı əldə etməkdən və ya onları müasirləşdirməkdən ötrü maliyyə imkanları çox məhduddur. Elm və təhsil üçün ayrılan maliyyə vəsaitinin azalması elmi işə marağı müəyyən mənada azaltmış və bir çox elmi işçiləri öz sahələrini tərk etməyə və ya başqa ölkələrdə iş axtarmağa vadar etmişdir.
Uzunmüddətli insan inkişafının perspektivləri daim bütün cəmiyyətə xidmət edən təhsil və mədəni xidmətlərin keyfiyyətindən asılı olmuşdur.
Azərbaycanda intellektual və mədəni səviyyənin səmərəli şəkildə qorunması və genişləndirilməsi üçün siyasətin işlənib hazırlanması və həyata keçirilməsi yollarında ciddi səylərə ehtiyac duyulur.
Dayanıqlı inkişaf konsepsiyası yeni bir istiqamət olduğundan onun tətbiqi üçün elm və təhsil sahələrində kadrların hazırlanması və onların ixtisasının artırılması vacib amildir. Eyni zamanda hər bir ixtisas sahibinin davamlı inkişaf prinsipləri haqqında məlumatı və onun tətbiqi üzrə təcrübəsi olmalıdır.
Dayanıqlı inkişaf prinsiplərinin tədrisinin təşkili və yayılması əsas problemlərdən biridir.
Bu məqsəd üçün dayanıqlı inkişaf prinsiplərinin ali və orta məktəblərdə tədris proqramlarına tətbiq edilməsi ilə əlaqədar aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
qabaqcıl ali məktəblərdə dayanıqlı inkişaf üzrə pilot layihələrin həyata keçirilməsi;
pilot layihələrin nəticəsindən asılı olaraq, bu tədrisi digər ali məktəblərdə tətbiq etmək;
ekoloji baxımdan dayanıqlı inkişaf üzrə orta, orta ixtisas və ali məktəblər üçün tədris proqramlarının hazırlanması;
dayanıqlı inkişaf üzrə orta, orta ixtisas və ali məktəblər üçün tədris vəsaitlərinin hazırlanması;
elmi kadr potensialının gücləndirilməsi və elmi tədqiqat işlərinin aparılmasının stimullaşdırılması;
orta məktəb müəllimləri üçün bu sahə üzrə kursların keçirilməsi;
ekoloji təfəkkürün formalaşması, ekoloji tərbiyənin yüksəlməsi üçün əhali arasında maarifləndirmə işinin həyata keçirilməsi.
9.2. Mədəniyyət
Dayanıqlı inkişaf konsepsiyasının əsas prinsiplərindən olan təbii ehtiyatların və insan potensialının səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi Azərbaycan milli mədəniyyətinin ayrılmaz bir hissəsi olmuşdur. Bu öz əksini rəngarəng məşğulluq sahələrinin genişlənməsində, təbii bərpa olunan ehtiyatlardan istifadə əmsalının yüksək olmasında, xalq seleksiyasına aid olan bitki sortlarının və heyvan cinslərinin müvafiq ekoloji şəraitə maksimum uyğun olmasında tapmışdır. Yaşayış yerlərinin seçilməsi, evlərin planlaşdırılması və tikilməsi də ekoloji şəraitə maksimum uyğun olmalı və sağlamlığa xidmət etməlidir.
Bu sahə üzrə müasir elmi nailiyyətlərə, milli mədəniyyətə cavab verən və davamlı inkişaf prinsiplərinə xidmət edən məşğulluq sahələrinin formalaşması əsas problemlərdəndir.
Milli Proqramı həyata keçirərkən milli mədəni biliklərdən istifadə edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
iqtisadi və sosial layihələrin həyata keçirilməsində bələdiyyə və qeyri—hökumət təşkilatlarının rolunun artırılması;
regional və yerli dayanıqlı inkişaf layihələrini həyata keçirərkən milli təcrübənin nəzərə alınması;
dayanıqlı inkişaf prinsiplərinə xidmət edən yazılı və şifahi məlumatların toplanılması.
Digər problem ekoloji mədəniyyətin və dayanıqlı inkişaf prinsiplərinin geniş təbliğ olunmamasından ibarətdir.
Bu problemin həll edilməsinə nail olmaq üçün ekoloji biliklərə əsaslanan və dayanıqlı inkişaf prinsiplərinə cavab verən yaşayış və fəaliyyət mədəniyyətinin aşılanması ilə əlaqədar aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:
muzeylərdə və incəsənət salonlarında ekologiya məsələlərini işıqlandıran rəsm, foto, plakat və s. bədii sərgilərin təşkil olunması;
ekologiya mövzusunda yeni incəsənət əsərlərinin yaradılmasının stimullaşdırılması;
təbiətin qorunmasına həsr olunmuş, yerli və xarici mədəniyyət və incəsənət ustalarının və gənc istedadların iştirakı ilə müxtəlif səviyyəli festivalların və müsabiqələrin keçirilməsinin genişləndirilməsi;
ekoloji mədəniyyətin və ekoloji etikanın geniş əhali kütləsi arasında təbliği.
10. Mİllİ Proqramın həyata keçİrİlməsİ üçün [1]
tədbİrlər planı [2]
Sıra
№-si
|
Tədbirin adı
|
Əsas icraçılar
[3]
|
İcra müddəti
|
1
|
2
|
3
|
4
|
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair
|
|||
1.
|
Su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının hazırlanması və həyata keçirilməsi
|
Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2005-ci illər
|
2.
|
Ümumi nəzarət əsasında su ehtiyatlarından səmərəli istifadənin stimullaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
2003-2007-ci illər
|
3.
|
İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması, bölgələrdə yerli, alternativ su mənbələrindən istifadə edilməsinin əsaslandırılması və müvafiq standartlara uyğunlaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Abşeron Regional Səhmdar Su Cəmiyyəti
|
2003-2010-cu illər
|
4.
|
Su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi, su ekosistemlərinin sabitliyinə nail olmaq üçün əsas hövzələrdə monitorinq yönümlü kompleks tədqiqatların həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi
|
2003-2005-ci illər
|
5.
|
Transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilmə-si məqsədi ilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti
|
2003-2010-cu illər
|
6.
|
Su çatışmazlığının aradan qaldırılması məqsədi ilə sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi sulardan (tullantı, kollektor-drenaj və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
2003-2010-cu illər
|
7.
|
Sənaye müəssisələrindəki qaz-toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2010-cu illər
|
8.
|
Nəqliyyatda qurğuşunsuz benzindən (etilsizləşdirilmiş) istifadə olunmasına tam keçilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2005-ci illər
|
9.
|
Tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi
|
2003-2007-ci illər
|
10.
|
Ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində "piyada" zonalarının genişləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
11.
|
Şəhər yaşıllıqlarının artırılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
12.
|
Kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədi ilə milli fəaliyyət planının hazırlanması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
2003-2010-cu illər
|
13.
|
Eroziya və şoranlaşma proseslərinin qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
2003-2007-ci illər
|
14.
|
Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
15.
|
Mövcud drenaj-kollektor və suvarma şəbəkələrinin yararlı vəziyyətə gətirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
2003-2006-cı illər
|
16.
|
Təbii və antropogen amillər nəticə-sində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması yolu ilə torpaq sahələrinin münbitləşdirilmə-si
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
2003-2008-ci illər
|
17.
|
Balıqqulağı əhəng daşından divar və üzlük materialları istehsal olunan daş karxanalarında və Abşeronun Xəzər-boyu zolağında kvars qumu karxanalarında yaranan tullantıların utilizasiyası və çirklənmiş ərazilərin rekultivasiyası
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
18.
|
Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qadağan edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2005-ci illər
|
19.
|
Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər bitkilər) səmərəli istifadənin təşkili
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2007-ci illər
|
20.
|
Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi və bunun əsasında turizm və rekreasiya potensialının təyin edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
2003-2010-cu illər
|
21.
|
Yeni əkinçilik metodlarının tələbatlarına cavab verən təsərrüfat əhəmiyyətli meşəbağların layihələşdirilmə-si və salınması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
2003-2010-cu illər
|
22.
|
Meşələrin ümumi fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi, habelə müxtəlif xəstəliklərdən və zərərvericilərdən mühafizə edilməsi məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlərin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
23.
|
Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2003-2010-cu illər
|
24.
|
İnşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2010-cu illər
|
25.
|
Meşələrdə yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə xüsusiləşdirilmiş operativ kimyəvi-yanğın-söndürmə stansiyasının yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi
|
2003-2010-cu illər
|
26.
|
Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2005-ci illər
|
27.
|
Balıq ehtiyatlarının artırılmasının idarə edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2007-ci illər
|
28.
|
Balıq ehtiyatlarının artırılması və bu ehtiyatların istismarı sahəsində beynəlxalq əməkdaşlıq
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2010-cu illər
|
29.
|
Daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması və yetişdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2010-cu illər
|
30.
|
Xəzər dənizində marikultur istehsalının yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2010-cu illər
|
31.
|
Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
32.
|
Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədi ilə mütərəqqi təcrübədən istifadə olunması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
33.
|
Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Sənaye və Energetika Nazirliyi
|
2003-2010-cu illər
|
34.
|
Enerji alınması, eləcə də kompost alınması məqsədi ilə zibilyandırma zavodunun tikilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2006-2010-cu illər
|
Qlobal ekoloji problemlərə dair
|
|||
35.
|
İstilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətlən-dirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemlərinin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2005-ci illər
|
36.
|
Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosistemlərə iqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümumiləşdirilməsi üzrə dövlət informasiya sisteminin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2005-ci illər
|
37.
|
İqlim dəyişmələrinin əhalinin sağlamlığına, ətraf mühitə təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi
|
2003-2005-ci illər
|
38.
|
Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması
|
Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2005-ci illər
|
39.
|
Ozondağıdıcı maddələrdən istifadə olunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2010-cu illər
|
40.
|
Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritə-çəkmə Komitəsi, Milli Elmlər Akademiyası, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2004-cü illər
|
41.
|
Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2005-ci illər
|
42.
|
Səhralaşmaya qarşı mübarizə işlərinin səmərəliyinin yüksəldilməsi məqsədi ilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2005-ci illər
|
43.
|
Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2005-ci illər
|
44.
|
Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq müqavilələrə qoşulmaq
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
45.
|
Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkə flora və faunası üzrə Qırmızı və Yaşıl Kitabların tərtibi və yeniləşdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2005-ci illər
|
46.
|
Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi və on-ların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
47.
|
Biomüxtəlifliyin qorunması məqsədi ilə milli parkların yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
48.
|
Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi
|
2003-2007-ci illər
|
Sənaye komplekslərinə dair
|
|||
49.
|
İstilik elektrik stansiyalarında yüksək effektli texnologiyaların tətbiqi və enerji sisteminin strukturunun optimallaşdırılması
|
Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2005-ci illər
|
50.
|
Kiçik hidroenergetik obyektlərin sxeminin yaradılması və tətbiqi
|
Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2007-ci illər
|
51.
|
İstehsalat və qeyri-istehsalat sahələrində müasir enerjiqoruyucu texnologiyaların istifadəsinin stimullaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2010-cu illər
|
52.
|
Məişətdə enerjiqoruyucu vasitələrin (termoslar, temperatur qoruyucu qurğular və s.) istifadəsinin geniş tətbiqinə yönəldilmiş milli və regional proqramların hazırlanması və həyata keçirilməsi
|
Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2010-cu illər
|
53.
|
Günəş və külək enerjisinin istifadəsi-nə dair milli fəaliyyət planlarının hazırlanması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2005-ci illər
|
54.
|
Külək enerjisindən istifadə edilməsi və müvafiq qurğuların quşların ənənəvi miqrasiya və konsentrasiya ərazilərindən uzaq yerlərdə quraşdırılması
|
Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2010-cu illər
|
55.
|
Fərdi obyektlərdə və bələdiyyə obyektlərində bioqazın istehsalı və istifadəsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2010-cu illər
|
56.
|
Yerli xammal materialları, o cümlə-dən tullantıların yenidən emalı nəticəsində əldə olunan materiallar əsasında yeni inşaat materiallarının alınma texnologiyasının işlənib hazırlanması
|
Dövlət Tikinti və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2003-2010-cu illər
|
57.
|
Kimyəvi maddələrin istifadə olunması sahəsində ekoloji təhlükəsizlik baxımından vahid dövlət proqramının yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərikimya" Dövlət Şirkəti, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2005-ci illər
|
58.
|
Hər bir sənaye müəssisəsinin fəaliyyət sahəsi üzrə ətraf mühitin idarə edilməsi modellərinin hazırlanması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2007-ci illər
|
59.
|
Dövlət və özəl müəssisələrə məhsul və xidmətlərlə bağlı ekoloji iddiaların irəli sürülməsinin yeni prinsiplər əsasında həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2006-cı illər
|
60.
|
İstehsal üçün təklif olunan yeni sənaye məhsullarının tətbiqinin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun müəyyənləşdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2005-ci illər
|
61.
|
İstehlakçıların hüquqlarının qorunması sahəsində ətraf mühitə dair qanunvericilik bazasının təkmilləşdiril-məsi və bu zaman dayanıqlı inkişaf prinsiplərinin nəzərə alınması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi
|
2003-2010-cu illər
|
62.
|
Yeni texnoloqiyalarla təmin edilməklə metalın və metal məhsullarının, həmçinin ferroərintilərin qapalı istehsal sikllərinin yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi
|
2003-2010-cu illər
|
63.
|
Vahid məhsulun istehsalına sərf olunan enerjinin miqdarının azaldılmasına gətirib çıxaran az enerjitutumlu texnologiyaların tətbiqi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2010-cu illər
|
64.
|
Təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xam-mal mənbələrinin istismarı zamanı itkilərin qarşısının alınması məqsədi ilə müasir metodlardan istifadə etməklə müvafiq tədbirlərin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2010-cu illər
|
65.
|
İstismarı başa çatmış dağ-mədən yataqlarının ərazilərində rekultivasiya işlərinin aparılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2007-ci illər
|
66.
|
Məhsuldar və rekreasiya əhəmiyyətli torpaqların inşaat üçün istifadəsinin qadağan edilməsi və nəzarətin gücləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
2003-2005-ci illər
|
67.
|
Hər bir yaşayış məntəqəsinin planlaşdırılması zamanı ətraf mühitə yol verilə bilən təzyiqin həcminin nəzərə alınması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2007-ci illər
|
68.
|
Məskən yerlərinin salınması, binaların yerləşdirilməsi və tikilməsi zamanı yerli xüsusiyyətlərin və etnik biliklərin nəzərə alınmasının zəruriliyi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi
|
2003-2006-cı illər
|
69.
|
Tikinti üçün istifadə olunan material və konstruksiyaların ehtimal olunan temperatur itkilərinin nəzərə alınması, enerji itkiləri ilə əlaqədar problemlərin yaranmaması üçün tikintidə müvafiq material və konstruksiyaların istifadəsinin stimullaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2005-ci illər
|
70.
|
Binalar üçün istifadə olunan material və konstruksiyaların onların gələcək-də utilizasiyası ilə əlaqələndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, İqtisadi İnkişaf Nazirliyi
|
2003-2010-cu illər
|
71.
|
Nəqliyyat sahəsində ekoloji harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin təkmilləşdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
72.
|
Avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq növlərinə keçilməsi (sıxılmış maye qaz, bioqaz və s.)
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi
|
2003-2010-cu illər
|
73.
|
Avtomobil və dəmir yollarının müasir dünya standartlarına müvafiq rekonstruksiya olunması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi
|
2003-2007-ci illər
|
74.
|
Şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılması və tıxacların qarşısının alınması məqsədi ilə yaşayış məntəqələrinin ətrafında dairəvi avtomagistral yolların çəkili-şinə üstünlük verilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
[4]
|
2003-2010-cu iller
|
Kənd təsərrüfatı və turizmə dair
|
|||
75.
|
Dövlət orqanlarının, özəl sektorun və qeyri - hökumət təşkilatlarının kənd təsərrüfatının davamlı inkişafı sahə-sində əməkdaşlığının gücləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
76.
|
Fərdi təsərrüfatların və onların birliklərinin kənd təsərrüfatının dayanıqlı inkişafı üçün ayrılan fondlarla işləməsinin sadələşdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2007-ci illər
|
77.
|
Sırf üzvi kənd təsərrüfatı metodlarını tətbiq edən dövlət və fərdi təsərrüfatlar üçün xüsusi imtiyazların yaradılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2008-ci illər
|
78.
|
Kənd təsərrüfatında torpaqların eroziyasının və şoranlaşmasının qarşısını almaq məqsədi ilə optimallaşdırılmış əkin sistemlərindən və kənd təsərrüfatı bitkilərinin suvarılmasında mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsinin genişləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
2003-2010-cu illər
|
79.
|
Kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin milli və regional səviyyələrdə sxemlərinin yaradılması və ona nəzarətin gücləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
80.
|
Torpaqların çirklənməsinə və deqradasiyasına səbəb ola bilən texnologiyalardan istifadə olunmasının qarşısının alınması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
|
2003-2010-cu illər
|
81.
|
Milli turizm proqramında dayanıqlı inkişaf prinsiplərinin nəzərə alınması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
2003-2010-cu illər
|
82.
|
Hər bir zona üçün ətraf mühitə maksimum yol veriləsi turist təzyiqinin müəyyənləşdirilməsi və onun yerinə yetirilməsinə nəzarət edilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi
|
2003-2010-cu illər
|
83.
|
Milli parkların ərazilərində ekoloji turizmin və o cümlədən turizmin di-gər yeni formalarının inkişaf etdiril-məsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
2003-2010-cu illər
|
Elm, təhsil və mədəniyyətə dair
|
|||
84.
|
Ali məktəblərdə dayanıqlı inkişaf üzrə pilot layihələrin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi
|
2003-2010-cu illər
|
85.
|
Elmi kadr potensialının gücləndiril-məsi və elmi tədqiqat işlərinin aparılmasının stimullaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası
|
2003-2007-ci illər
|
86.
|
Dayanıqlı inkişaf üzrə ali məktəblər üçün dərs vəsaitinin hazırlanması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi
|
2003-2008-ci illər
|
87.
|
Dayanıqlı inkişaf üzrə orta, orta ixtisas və ali təhsil müəssisələri üçün tədris proqramları və dərsliklərin hazırlanması, xüsusi kurslar və məşğələlərin keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi
|
2003-2010-cu illər
|
88.
|
İqtisadi və sosial layihələrin həyata keçirilməsində bələdiyyə və qeyri-hökumət təşkilatlarının rolunun artırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
89.
|
Muzeylərdə və incəsənət salonların-da ekologiya məsələlərini işıqlandıran rəsm, foto, plakat və s. bədii sərgilərin təşkil olunması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
2003-2010-cu illər
|
90.
|
Ekologiya mövzusunda yeni incəsənət əsərlərinin yaradılmasının stimullaşdırılması
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi
|
2003-2010-cu illər
|
91.
|
Təbiətin qorunmasına həsr olunmuş yerli və xarici mədəniyyət və incəsənət ustalarının, gənc istedadların iştirakı ilə müxtəlif səviyyəli festivalların və müsabiqələrin keçirilməsinin genişləndirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti orqanları
|
2003-2010-cu illər
|
92.
|
Etnik biliklərin qorunması və gələcək nəsillərə çatdırılmasına dair regional layihələrin həyata keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
2003-2007-ci illər
|
93.
|
Dayanıqlı inkişaf üzrə respublika əhalisinin maarifləndirilməsi tədbirlərinin həyata
keçirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi
|
2003-2010-cu illər
|
Azərbaycan Respublikası Prezidentinin
2003—cü il 18 fevral tarixli
1152 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair
Mİllİ Proqram
1. Gİrİş
İqtisadiyyatın sürətlə inkişaf etdirilməsi və əhalinin sosial—mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı təbii ehtiyatlardan səmərəli istifadə olunması və yeni ekoloji şüurun formalaşdırılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Son illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş qanunvericilik aktları Azərbaycan Respublikasının dövlət siyasətində ekologiyanın mühüm yer tutmasına sübutdur.
Eyni zamanda son illərdə ölkədə təbiətin qorunması və sağlamlaşdırılması sahəsində böyük praktiki addımlar atılmışdır. Belə ki, iri su hövzələri yaradılmış, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında 5 min hektardan çox yaşıllıqları 51 min hektar sahədə yeni meşəlikləri 68 min hektar Xəzər sahili qumluqlarda sahilbərkidici və torpaqların eroziyasına qarşı qoruyucu meşə əkinləri salınmış, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə Şirvan, İsmayıllı, Bəsitçay, Ağ qöl dövlət təbiət qoruqları və yasaqlıqları yaradılmışdır.
İqtisadiyyatda infrastrukturun yenidən qurulması, investisiyaların cəlb olunması, sosial təminatın yaxşılaşdırılması, vergi, pul—kredit siyasətində əldə edilmiş yüksək nailiyyətlər ölkəmizin ekoloji siyasətinin əsaslı surətdə inkişaf etdirilməsinə və beynəlxalq ekologiya sistemində özünəməxsus yer tutmasına zəmin yaradır.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmaları nəticəsində məlum olmuşdur ki, ölkənin meşə təsərrüfatının idarə olunmasında yol verilmiş nöqsanlar nəticəsində, onsuz da dünya səviyyəsindən xeyli aşağı olan meşə örtüyü (11%) əsasən torpaqqoruyucu, susaxlayıcı, hava təmizləyici, sanitar—gigiyenik və sosial—ekoloji funksiyaları yerinə yetirən birinci qrup meşələrin qırılması nəticəsində doluluq aşağı düşmüşdür. Qiymətli ağac və kol cinslərinin (qoz, şabalıd, qızılağac, cökə, palıd, fısdıq və s.) ehtiyatı tükənmək təhlükəsi qarşısındadır. Ölkə və beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarının kənarlarında, sututarların sahillərində keçmiş illərdə salınmış qoruyucu və sahilbərkidici meşə zolaqlarının əksəriyyəti qırılıb sıradan çıxmışdır. Hər il bir qayda olaraq taxıl biçildikdən sonra kövşənlərin yandırılması nəticəsində əkin sahələrinin ətrafında olan meşə və yaşıllıqlarda çox sayda yanğınlar baş verir ki, bunun nəticəsində fauna və floraya ciddi zərər dəyir. Yaylaqlardan sistemsiz olaraq istifadə edilməsi, onların geniş ərazilərdə sürətlə eroziyaya uğrayaraq sıradan çıxmasına və bitki örtüyünün məhv olmasına şərait yaradır. Subalp çəmənlikləri ilə həmsərhəd olan meşələr bu cür istifadədən daha çox zərər çəkir. Təbii bərpanın gedişi zəif olduğundan, həmin ərazilərdə ağacların qırılması nəticəsində meşələrin yüksəklik səviyyəsi aşağı düşmüşdür. Dağ yamaclarında mal—qara otarılması normasına riayət edilməməsi, sel və qar eroziyasına qarşı mühəndis qurğularının tikilməməsi, qoruyucu meşə zolaqlarının salınmaması, alp və subalp çəmən otlarının əkilməməsi dağ yamaclarının xeyli hissəsinin eroziyaya uğramasına səbəb olmuş və hazırda da bu proses davam edir. Bunun nəticəsidir ki, son illərdə Böyük Qafqazın rayonlarında baş verən güclü sellər nəticəsində torpaqların bir hissəsi yuyulmaya və eroziyaya məruz qalmışdır. 1992—ci ildə Şəki rayonunun Kiş çayında baş vermiş sel nəticəsində çayın sol sahilinə külli miqdarda çöküntü gətirilmişdir. Sel suları 1 kv. km ərazidən 87 min kub metr qruntu yuyaraq aparmışdır. Bu cür sellər Böyük Qafqazın Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Türyançay və s. çaylarında müxtəlif illərdə, o cümlədən son illərdə baş vermişdir.
Azərbaycan Respublikası haqqında qısa
məlumat
Azərbaycan Respublikası müstəqil dövlətdir və Xəzər dənizinin qərb sahilində, Qafqaz dağlarının cənub—şərqində 86,6 min kv. km sahədə yerləşir. Respublikanın cənub sərhəddi onu İran və Türkiyə dövlətlərindən ayıran Araz çayı boyunca keçir. Qərbdə Gürcüstan və Ermənistanla, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir.
Əhalisi — Azərbaycanın əhalisi 8,2 milyon nəfərdir (2000—ci il), əmək qabiliyyətli insanlar (kişilər 16—59 yaş, qadınlar 16—54 yaş) əhalinin 54,2 %—ni, o cümlədən gənclər 33,5 %—ni təşkil edir. Azərbaycan əhalisinin orta yaşı 29 ildir.
Relyefi — Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz dağlarının cənub şərqini, Kiçik Qafqaz dağlarının bir hissəsini, Talış dağlarını və onların arasında yerləşən Kür—Araz ovalığını, həmçinin Naxçıvan düzənliyini əhatə edir. Xəzər dənizinin qərb hissəsi boyu yerləşmiş bir neçə ada da respublikanın ərazisinə daxildir. Respublikanın orta yüksəkliyi 384 metrdir. Mütləq yüksəklik 4466 metrdən (Bazar düzü zirvəsi) mənfi 27 metrə (Xəzər dənizində) qədər aşağı düşür. Düzənliklər və ovalıqlar 39 %—dən çox sahəni tutur. Alçaq və orta dağlıq ərazi (2500 metrə qədər) 39,5 % təşkil edir. Yüksək dağlar (2500 metrdən yuxarı) 3,5 % sahəni əhatə edir. Region seysmik cəhətdən aktivdir. Tez—tez zəlzələlər və sel axınları baş verir.
İqlimi — Dünyada mövcud olan 11 iqlim qurşağından 9—na Azərbaycanda təsadüf olunur. İqlimin rəngarəngliyi, respublika ərazisinin Xəzər dənizinə yaxınlığı və relyefin müxtəlifliyi ilə səciyyələndirilir. Bu amillər iqlimin, hava temperaturunun, atmosfer çöküntülərinin paylanmasını və digər elementləri müəyyənləşdirir, kəskin hiss olunan vertikal zonallıq yaradır. Ərazinin dəniz səviyyəsinin yüksəkliyindən və Xəzər dənizindən olan məsafəsindən asılı olaraq bir neçə iqlim tipi — quru subtropik, rütubətli subtropik, mülayim və soyuq iqlimlər ayrılır. Belə ki, quru subtropik iqlim Kür—Araz ovalığı və Abşeron yarımadası, rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilməklə, dağətəyi ərazilər və Lənkəran ovalığı, mülayim iqlim Böyük və Kiçik Qafqazın, əsasən meşələrlə örtülü yamacları (bu iqlim öz növbəsində quru, mülayim və soyuq növlərə ayrılır), soyuq iqlim yüksək dağlar, Böyük və Kiçik Qafqazın zirvələrində alp və subalp çəmənlikləri qurşaqları (Azərbaycanda orta temperatur düzənliklərdə 14°S olduğu halda, yüksək dağlıq rayonlarda 0° S və daha aşağıya qədər dəyişir) üçün səciyyəvidir.
Su ehtiyatları — Respublikada 8350—dən artıq axar
Torpaq ehtiyatları — Azərbaycan Respublikasının torpaq fondu 8,64 milyon hektardır. Bunun 4225,2 min hektarı və yaxud 49,3 %—i kənd təsərrüfatı üçün yararlıdır ki, bunun da 1460 min hektarı şumlanan torpaqlardır. Bundan başqa, otlaqlar 2200 min hektar və biçənəklər 1230 min hektar təşkil edir. Azərbaycan aztorpaqlı ölkələr sırasındadır. Burada adambaşına cəmi 1,05 hektar, o cümlədən 0,21 hektar şumlanan torpaq sahəsi düşür. Hal—hazırda respublikanın torpaqlarının vəziyyəti olduqca gərgindir. Uzun illər boyu meliorasiya tədbirlərinin keyfiyyətsiz aparılması, meşə və kolluqların qırılması nəticəsində torpaqların eroziya prosesləri güclənərək artıq böhran həddinə çatmışdır. Son məlumatlara görə, respublika ərazisinin 42,5%—i və yaxud 3672,6 min hektarı, o cümlədən əkin sahələrinin 33,7%—i, yay otlaqlarının 68,1%—i, biçənək sahələrinin 15,2%—i, bağların 15,9%—i, meşələrin isə 26 %—i eroziyaya məruz qalmışdır. Mil düzü, Muğanın cənubu, Gəncə — Qazax və Şəki — Zaqatala zonaları irriqasiya eroziyasından xeyli dərəcədə ziyan çəkirlər. Kiçik Qafqazda Murov dağının cənub yamacları və Böyük Qafqazın cənub yamaclarındakı çayların mənsəblərində olan iri massivlər güclü eroziyalara məruz qalmışdır. Şəki rayonunda eroziyaya məruz qalmış yay otlaqlarının sahəsi 30 %—ə qədərdir. Eroziya proseslərinin böyük massivlərdə intensiv inkişafı, dağ yamaclarının çılpaqlaşmasına və səthi suların həcminin artmasına gətirib çıxarır ki, bu da xalq təsərrüfatına böyük ziyan vuran və hətta insan tələfatı ilə nəticələnən sellərin formalaşmasına səbəb olur. Respublikanın 2 milyon hektardan çox torpağı külək eroziyasına məruz qalmışdır. Bu proseslər ən çox Abşeron yarımadasında inkişaf etdiyindən, müxtəlif illərdə digər ərazilərə də (cənub—şərqi Şirvan və Ceyrançöl) xeyli ziyan vurmuşdur. Azərbaycan torpaqlarına zərər yetirən digər proses şoranlaşmadır. Hal—hazırda şoranlaşmaya məruz qalan torpaqların sahəsi 1,2 milyon hektardan çoxdur. Şoranlaşmanın əsas səbəbləri kənd təsərrüfatında növbəli əkin sisteminin və bitkilərin suvarılmasında mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiq edilməməsi, kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və meliorasiya şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi, suvarma kanallarının əksər hissəsinin torpaq məcralı olması və su itkilərinə yol verilməsidir. Respublikanın ərazisində daimi fəaliyyət göstərən suvarma kanallarının 4,1%—də süni örtüklər var, qalanları isə torpaqlardan keçir. Bu sahələrdə hər il 2,5—3 milyard kub m su itirilir. Su itkisinin iki dəfə azalması respublikanın suvarılan torpaq sahələrinin 150—200 min hektar artırılmasını təmin edərdi.
Bitki örtüyü — Azərbaycanın florası olduqca zəngindir. 4500 növ bitki 125 ailədə (Qafqazda cəmi 156) və 920 cinsdə (Qafqazda 1286) birləşir. Respublikada 48 ailə və 135 cinsə mənsub 107 ağac və 328 kolnövü bitir ki, bu da respublikada yayılmış bitki növlərinin 11%—ni təşkil edir. Dendrofloranın tərkibində 70—dən artıq endemik növlər mövcuddur ki, onlar da ağac və kolların ümumi sayının 16%—ni təşkil edir. Azərbaycanın «Qırmızı Kitabı»na 140 bitki növü daxil edilmişdir ki, bunlardan da 49—u ağac və kollardır. Bitki aləminin əsasını təşkil edən meşələrin ümumi sahəsi 1213,7 min hektar olaraq, respublika ərazisinin 11,4%—ni təşkil edir. Meşələr ərazi üzrə qeyri—bərabər paylanmışdır. Respublika meşələrinin 48,8%—i Böyük Qafqazın, 34,2%—i Kiçik Qafqazın, 14,5%—i Talış dağlarının, 2,5%—i Kür—Araz ovalığının, 0,5%—i isə Naxçıvan Muxtar Respublikasının payına düşür. Azərbaycan torpaqları zəngin və rəngarəng floraya malik olsa da, meşəlik baxımından kasad region sayılır. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75—80 %—i məhv olub, dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilməsi imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal—qara otarılması, zəbt edilmə və normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.
Heyvanlar aləmi — Azərbaycanın heyvanat aləmi zəngin və müxtəlifdir. Heyvanlar aləmi 18 min növdən ibarətdir. Onun tərkibinə xeyli miqdarda relikt, endemik və nadir heyvan növləri daxildir. Bunun 14 minini həşəratlar, 1100—dən çoxunu hörümçəklər və 600 növdən çoxunu onurğalılar təşkil edir. 14 məməli, 36 quş, 13 suda—quruda yaşayanlar və sürünənlər, 5 balıq və 40 həşərat növü, «Nəsli kəsilməkdə olanlar kimi» 90—cı illərin əvvəllərində yenidən tərtib olunmuş Qırmızı Kitaba salınıb. Xəzər dənizinin sahili məməlilərin əsas miqrasiya dəhlizi, həmçinin qışlama, nəsil artırma və yaşayış üçün mühüm ərazi rolunu oynayır. Hidrofauna, xüsusilə bir çox balıqlar nadir növlərə aiddir.
Azərbaycan Respublikasının ərazisində yayılmış ekzogen geoloji proseslər
Azərbaycan ərazisinin mürəkkəb geoloji—tektonik, geomorfoloji və hidrogeoloji quruluşa malik olması səbəbindən, bu ərazidə xalq təsərrüfatının müxtəlif sahələrinə ciddi ziyan vuran bir sıra ekzogen geoloji proseslər baş verir. Bunlardan sürüşmələr, bataqlıqlaşma, subasma, yarğan əmələgəlmə, səhralaşma, abraziya və s. qeyd oluna bilər. Elmi—texniki tərəqqi ilə əlaqədar olaraq insanın təbiətə və təbii proseslərə müdaxiləsi antropogen və texnogen amillərin də təsirini artırmışdır. Respublikanın ərazisində ekzogen geoloji proseslərin zərərli təsirinə məruz qalmış sahələr ərazinin 13%—ə qədərini, o cümlədən sürüşmələr 800 kv. km (Abşeron, Şamaxı—İsmayıllı, Qax—Şəki, Lənkəran, Gəncə, Qazax rayonlarında), subasma 700 kv. km (Lənkəran, Nabran, Kür—Araz), şoranlaşma 650 kv. km (Abşeron—Qobustan, Kür—Araz), bataqlıqlaşma 1500 kv. km (Abşeron, Lənkəran, Kür—Araz), abraziya 150 kv. km (Nabran və Astara) əhatə edir. Aparılan tədqiqatların nəticələrinə görə ekzogen—geoloji proseslər üç qrupa ayrılır:
ciddi təhlükə törədənlər və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edənlər;
təhlükə yaradanlar, lakin profilaktik tədbirlərin göstərilməsini tələb edənlər;
formalaşanlar, hələlik təhlükə törətməyənlər.
Son illər məhsuldar torpaqlardan düzgün istifadə olunmaması, meşələrin qırılması, tikinti materialları yataqlarının sistemsiz şəkildə istismarı və s. nəticəsində ərazinin bəzi yerlərində səhralaşma prosesi inkişaf etməkdədir. Bu proseslərin qarşısını almaq üçün təcili tədbirlər planının həyata keçirilməsi vacibdır.
Sürüşmələrin geniş yayıldığı Şamaxı—Ağsu—İsmayıllı, Qusar—Quba, Yardımlı—Lerik, Abşeron və Qobustanın bəzi sahələrində bir çox kənd yollarının kommunikasiya xətlərinin dağılması və sıradan çıxması halları baş vermişdir.
Təbii proseslərdən biri olan palçıq vulkanları aşağı Kür çökəkliyində, Abşeronda, Qobustanda və Ceyrançöldə geniş yayılmış, onların bir qismi sönmüş, bəziləri isə dövrü olaraq fəallaşaraq ətraf mühit üçün təhlükə yaradırlar. Azərbaycanda 300—dən çox palçıq vulkanı mövcuddur.
Meşə örtüyü və problemlər
Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, erməni işğalı nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların meşələrə artmış təsiri nəticəsində meşələrin həm sahəsi azalır, həm də keyfiyyəti aşağı düşür. Sahillərin yuyulub getməsinin qarşısının alınmasında, dağ yamaclarının və qumluqların bərkidilməsində, sellərin qarşısının alınmasında, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti vardır. Meşələr həmçinin yaşayış məntəqələrini artıq səs—küydən qoruyur, texniki yağların, ətriyyat və dərmanların alınmasının təbii mənbəyidir. Ərzaq məhsulları və heyvandarlıq üçün yem bazası rolunu oynayır, sanitar—gigiyena və sağlamlaşdırıcı, həmçinin mədəni—estetik əhəmiyyətə malikdir.
Respublikada mövcud təbii meşələrin vəziyyətinin qənaətbəxş olmamasının səbəblərindən biri də təbii bərpanın tələb olunan səviyyədə getməməsidir. Atmosferdə baş verən qlobal iqlim dəyişiklikləri, meşə mühafizə tədbirlərinin lazımınca aparılmaması, zərərverici və xəstəliklərin artması meşələrdə toxumun məhsuldarlığının və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Nəticədə meşələrdə təbii bərpa qeyri—bərabər yayılmaqla kifayət qədər getmir. Eyni zamanda meşələrdə mal—qara otarılmasının qarşısı alınmadığından, təbii bərpa bərabər getmədiyindən cavan meşələrin təbii əmələgəlmə prosesi ləngiyir.
Son dövrlərdə qırılmış meşələrin yeri əvvəlcə kolluğa, sonra isə çox vaxt otlağa və nəhayət, bir qayda olaraq, yararsız səhralığa çevrilir. Belə dözülməz hallar ən çox keçmiş kolxoz—sovxoz meşələrində rast gəlinir.
Son 50 ildə dünya meşələrinin yarıya qədəri məhv edilmişdir. Hazırda BMT yanında meşə problemləri ilə ciddi məşğul olan xüsusi təşkilat (FAO) fəaliyyət göstərir. Ölkənin torpaq—iqlim şəraitinin bərpa edilməsi üçün mövcud meşələrin qorunub mühafizə olunması və bərpa etdirilməsi işlərini əsaslı surətdə yenidən qurmaqla bərabər yeni meşəliklər və yaşıllıqların salınması günün tələbidir. Bu məqsədlə respublikanın meşə fondunda və islahata düşməmiş digər torpaqlarda meşə və yaşıllıqlar salınması üçün sahələr müəyyənləşdirilib, xəritələşdirilmişdir. Bu proqram 5 il üçün qəbul edilir.
Mövcud meşələrin qorunub mühafizə edilməsini, yeni meşələrin salınmasını, meşələrdə xidməti və sanitariya qırmalarının düzgün müəyyənləşdirilməsini, həcminin hesablanmasını, meşə sərvətlərindən fasiləsiz və davamlı istifadəni müəyyənləşdirmək üçün 800 min hektardan artıq meşə ərazisində meşə quruluşu layihələrinin aparılması ən vacib məsələlərdən biridir. Meşə quruluşu layihələrinin hazırlanması üçün müvafiq yerli kadrların hazırlanması, treninq mərkəzinin yaradılması və müvafiq avadanlıqlarla təmin olunması əsas şərtlərdəndir.
Proqramın məqsəd və vəzifələri
Proqram meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpa etdirilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması məqsədilə hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində qısa dövriyyəli, tezböyüyən ağacların yetişdirilməsi hesabına əhalinin xırda meşə məhsullarına olan tələbatının qismən ödənilməsi, qoruyucu meşəyetişdirmə işinin genişləndirilməsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin saxlanılması, torpaq eroziyasının qarşısının alınması, su mənbələrinin mühafizəsi, meşələrin yanğından və zərərverici həşəratlardan qorunub mühafizə edilməsi kimi nailiyyətlər əldə ediləcəkdir. Yeni meşələrin salınması, həmçinin əlavə iş yerlərinin açılmasına və əhalinin mədəni istirahəti üçün geniş imkanlar yaradılmasına təkan verəcəkdir.
Torpaq sahələrinin müəyyənləşdirilməsi və meliorasiyası
Proqramın həyata keçirilməsi məqsədi ilə meşə fondu torpaqlarında və torpaq islahatına düşməmiş digər kateqoriyalardan olan
Əkinlərin suvarılması və su təchizatı
Yeni salınacaq meşələrin və yaşıllıqların suvarılması düzən rayonlarında işlənəcək layihələrə uyğun olaraq Kür, Araz çayları və digər su mənbələri üzərində tikiləcək hidrotexniki qurğuların və eləcə də yeraltı sulardan istifadə etmək məqsədilə qazılan subartezian quyuların hesabına həyata keçiriləcəkdir.
Dağətəyi rayonlarda meşə əkinlərinin suvarılmasının yerüstü su mənbələri və hazırlanacaq süni sututarları hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Dağ rayonlarında meşə əkinləri əsasən dəmyə şəraitində əkiləcəkdir.
Əkin sxemləri, ağac və kol cinsləri
Naxçıvan Muxtar
Respublikası:
|
3x1; 3x0,75; 2,5x1,0; 3x2; 3x1,5; 3x3; 4x3; 5x5; 6x6 və 10x10 metr ölçülərdə qarışdırma sxemlərində iydə, ərik, tut, akasiya, göyrüş, şeytan ağacı, qoz, şərq çinarı, qovaq, Krım şamı, ardıc, dağdağan, sarağan, palıd, qarağac, maklyura, badam, nar, zirinc, itburnu, yemişan və göyəm kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur.
|
Düzən (çöl)
rayonlarda:
|
3x1; 3x0, 75; 2,5x1; 3x2; 3x1,5; 3x3; 4x3; 3x2; 5x5; 5x4; 6x6 və 10x10 metr ölçülərdə qarışdırma sxemlərində Eldar şamı, sərv, ərik, tut, iydə, göyrüş, palıd, şeytan ağacı, dağdağan, saqqız ağacı, akasiya, maklyura, qarağac, şərq çinarı, itburnu, yemişan, xurma, innab, Tuqay meşələrində, çay kənarlarında qovaq, söyüd, çaytikanı kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur.
|
Yarımdüzən
(yarımçöl) rayonlarda:
|
3x0,75; 3x1; 2,5x1; 3x3; 4x3; 3x2; 5x4; 5x5; 6x6; 10x10 metr ölçülərdə qarışdırma sxemlərində palıd, göyrüş, sərv, ərik, tut, cökə, qoz, şeytan ağacı, akasiya, maklyura, şərq çinarı, Eldar şamı, fısdıq, azad ağacı, badam, qarağac, yemişan, innab, itburnu, sarağan kimi ağac və kol cinslərinin əkilməsi nəzərdə tutulur.
|
Dağ və dağətəyi
rayonlarda:
|
Meşə əkinləri əsasən dəmyə şəraitində bir neçə üsulla aparılacaqdır:
yamaclarda bıçaqlı traktorla terrasların açılması və terraslarda əlavə hazırlıq işlərinin aparılması;
əl ilə meydançaların qazılması və əlavə hazırlıq işlərinin aparılması;
əl ilə çalaların qazılması.
|
Mailliyi 12°—yə qədər yamaclarda şumlanması mümkün olan sahələrdə 3x2 m sxemində palıd və qoz, 3x3 və 4x3 sxemlərində şərq çinarı, cökə, şabalıd, badam, fındıq, dağdağan, ağcaqayın, alma, göyrüş, vələs və fısdıq, şumlanması mümkün olmayan kolluqlar təmizləndikdən sonra 1 kv. m və 2 kv. m sahələrdə 1,5x0,4 m və 2x0,4 m ölçüdə çalalara, 3x1, 2,5x1, 2x1, 2,5x0,75 metr sxemləri, qoz və şabalıd cinsi üçün isə 3x3, 3x2 m sxemləri tətbiq edilə bilər. Xəndəklərdə 0,3x0, 3x0,3 metr və 0,4x0, 4x0,4 metr ölçüdə.
Mailliyi 12 dərəcədən yuxarı olan dağ yamaclarında palıd səpini üçün 1 kv. m ölçüdə sahələr şumlanır. Digər cinslər üçün torpaq bu üsulla və yaxud xəndəklərdə hazırlanır. Əkin sxemi 2x1, 1,5x1, 5 metr, qoz üçün isə 3x3 və 3x2 m ölçüdə götürülür.
Seyrəlmiş meşələr yerli ağac növləri ilə bərpa olunacaqdır. Yüksək dağ yamaclarında meşələr həmin qurşağa xas olan şərq palıdı, tozağacı, şərq fıstığı, Qafqaz vələsi, ağcaqayın və üvəz, orta dağlıq qurşaqlarda fısdıq, vələs, ağcaqayın və gürcü palıdı, iynəyarpaqlılardan kox, Krım şamı və ardıc, aşağı qurşaqlıqlarda isə yerli ağac cinsləri ilə bərabər, şabalıddan da geniş istifadə olunacaqdır.
Toxum tədarükü
Proqramın həyata keçirilməsi üçün bitmə şəraitinə uyğun seleksiya əsasında seçilmiş, ayrılmış daimi toxumluq sahəsindən əlverişli ağac və kol cinslərinin toxumlarının tədarük edilməsi, toxumların pasportlaşdırılması, laboratoriya analizindən keçirilməsi və toxum fondunun yaradılması məqsədi ilə Xırdalan şəhərində olan keçmiş «Ümumittifaq zona meşə toxumçuluğu» stansiyasının yenidən bərpa edilməsi nəzərdə tutulur.
[6]
Tinglik bazasının təşkili
Meşə əkinlərini yerli torpaq—iqlim şəraitinə uyğun əkin materialları ilə təmin etmək məqsədi ilə Tovuz, Şəmkir və Ağcabədi meşə tingliklərinin bərpa edilməsi, Abşeron, Quba, Sabirabad, Cəlilabad, Şəki rayonlarında və Naxçıvan Muxtar Respublikasında yeni tinglik təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Meşə əkinlərinin qorunub saxlanması və mühafizə edilməsi
Meşə əkinləri əsasən meşə fondunda, şose yollarının kənarlarında, axar suların vadilərində, yaşayış məntəqələrinin yaxınlığında və sututarların sahillərində salınacağına görə əkinlərin çəpərlənməsi, onların qorunması işinə meşə işçiləri ilə birlikdə yerli idarəetmə orqanlarının və ictimaiyyətin cəlb edilməsi zəruridir. Meşə əkinlərinin zərərvericilərdən və yanğınlardan mühafizə edilməsi müvafiq qaydaların və Azərbaycan Respublikası Meşə Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir.
Meşəsalma və meşəbərpa işlərinin təşkili
Respublikanın coğrafi şəraiti və meşəsalma işlərinin həcminə görə proqramın həyata keçirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti idarəsi tərəfindən həyata keçiriləcəkdir. Bu idarə tərəfindən müəyyən edilmiş tapşırıqlar icra edildikdən və meşə əkinləri yetişdirilib örtülü meşə fonduna keçirildikdən sonra, yerli meşə təsərrüfatlarına təhvil veriləcək və həmin idarə öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir.
Maliyyə mənbələri
Proqramın ümumdövlət əhəmiyyətli strateji məqsədlərinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına, sahə xarakterli digər əsas işlərinin maliyyəşdirilməsi isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədənkənar vəsaiti, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, həmçinin müxtəlif xarici investorların sərmayələri, qrantlar və digər vəsaitlər hesabına aparılacaqdır.
Bölmə 1. Təbİİ meşələrİn bərpası [7]
Fəallıq 1.1. Meşələrin müasir vəziyyətinin qiymətləndirilməsi
Meşələrə artan təsirin, meşə sahələrinin azalması və onların vəziyyətinin pisləşməsi nəticəsində meşə sahəsi və doluluğu haqqında olan müasir məlumatlar ölkənin meşə ehtiyatlarının real vəziyyətini əks etdirmir. Eyni zamanda müasir tələbləri nəzərə alaraq, təbii və süni meşələrin bərpasının potensialı, onların regional, milli və qlobal davamlı inkişafda rolu müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq, hazırkı proqramın meşələrin bərpası bölümündə meşələrin müasir vəziyyətinin tədqiqi və onların bərpası üçün konkret ölçülərin işlənilməsi nəzərə alınmışdır. Bu məqsədə nail olmaq üçün aşağıdakılar nəzərdə tutulur:
1.1.1. Tədqiq ediləsi zonalar və rayonlar:
Böyük Qafqaz:
|
Balakən
ha, Qəbələ
Quba
ha, cəmi —
|
Kiçik Qafqaz:
|
Gədəbəy
Goranboy
|
Lənkəran—Astara
zonası:
|
Cəlilabad
Astara
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
Ağstafa
|
Naxçıvan Muxtar
Respublikası:
|
Şahbuz
|
1.1.2. İcra müddəti: 2003—2008—ci illər;
1.1.3. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri;
1.1.4. Maliyyə mənbələri: Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, büdcə vəsaiti, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, qrantlar, ianələr;
1.1.5. İcra indikatorları: meşə fondu, işçi qüvvəsi, toxum bazası və onun mühafizəsi, təbii bərpaya kömək tədbirləri, əmək vasitələri.
Fəallıq 1.2. Bərpa işlərinin layihələşdirilməsi və aparılması
1.2.1. Meşə bərpa zonaları və rayonları:
Böyük Qafqaz:
|
Cəmi — 12473 ha: Balakən
Qax
ha, İsmayıllı
Abşeron
|
Kiçik Qafqaz:
|
cəmi — 5310 ha: Şəmkir
Göygöl
|
Naxçıvan Muxtar
Respublikası:
|
cəmi — 4000 ha: Babək
Şahbuz
|
Lənkəran—Astara
zonası:
|
cəmi — 2419 ha: Cəlilabad
Lənkəran
|
Aran meşə zonası
(dağarası Kür çökəkliyi):
|
cəmi — 20498 ha: Ağstafa
Yevlax
ha, Sabirabad
|
o cümlədən Tuqay
meşələri:
|
cəmi — 8415 ha: Şəmkir
Ağdaş
|
1.2.2. Ağacların cinsləri və onların hazırlanması:
Palıd, fısdıq, göyrüş, ağcaqayın, vələs, qovaq, çinar, quşarmudu, qoz, armud, alma və s.
1.2.3. İcra müddəti: 2003—2008—ci illər;
1.2.4. Məsul icraçılar — müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri;
Meşələrin əkin və səpin üsulu ilə salınması 2003—2008—ci illərdə
Avtomobil yollarının kənarlarında salınacaq 3700 hektar meşənin
Dəmir yollarının kənarlarında salınacaq
1.2.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, qrantlar və ianələr.
1.2.6. İcra indikatorları: mövcud meşələrin məhsuldarlığının artırılması, torpaq eroziyasına qarşı mübarizə, əhalinin oduncağa olan tələbatının qismən ödənilməsi.
Cəmi 5 ildə icraçılar tərəfindən müxtəlif cinslərdən və sxemlərdə
Bölmə 2. Meşə ehtİyatlarının qorunması məqsədİ İlə tez böyüyən və yüksək oduncaq keyfİyyətİnə malİk olan ağacların yetİşdİrİlməsİ
Ölkənin meşə ehtiyatlarına, adambaşına düşən meşə sahəsi və oduncağın həcminə görə göstəriciləri aşağı səviyyədədir. Meşələrin təbii və süni bərpası da hal—hazırda qənaətbəxş deyil. Ənənəvi olaraq, ölkəyə ildə 1,2—1,5 milyon kub m oduncaq gətirilirdi ki, da hal—hazırda bu dəfələrlə azalıb. İldə 200—250 min ton həcmində gətirilən daş kömürün də idxalı kəskin azalıb. Qeyd etmək lazımdır ki, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin repatriasiya prosesində 2000—dən çox yaşayış məntəqəsi bərpa olunmalı, evlər tikilməli, mebel hazırlanmalı və s. işlər aparılmalıdır. Aydındır ki, belə şəraitdə təbii meşələrə təzyiqin artmasının ehtimalı olduqca böyükdür. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan Davamlı İnkişaf Konsepsiyasına uyğun və eyni zamanda yoxsulluqla mübarizəyə kömək etmək məqsədi ilə ölkədə tezböyüyən ağacların yetişdirilməsinə yönəldilmiş layihənin həyata keçirilməsi vacibdir. Bu bölmənin icrası aşağıdakı məsələlərə xidmət edir:
Su, torpaq qoruyucu və rekreasiya əhəmiyyətinə malik olan təbii meşələrin qorunması;
Nisbətən ucuz oduncaq istehsal və emal edən yeni yüksək effektiv sahələrin yaradılması;
Əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun aradan qaldırılmasına xidmət edən yeni iş yerlərinin yaradılması;
Torpaqların eroziyadan qorunması.
Tezböyüyən ağacların xüsusiyyəti elədir ki, onları kiçik sahələrdə və hətta məhdud sayda əkməklə də artırmaq mümkündür. Bu, onlardan fərdi təsərrüfatlarda əlavə gəlir mənbəyi və qrunt sularının tənzimedicisi kimi istifadə edilməsi üçün imkan yaradır.
Fəallıq 2.1. Müxtəlif rayonlarda becərmə üçün perspektivli tezböyüyən və müvafiq keyfiyyətə malik olan ağac cinslərinin müəyyənləşdirilməsi, ağac növlərinin eyniləşdirilməsi
2.1.1. Becərilmə üçün yeni ərazilər və rayonlar:
Böyük Qafqaz:
|
Cəmi — 1660 ha: Balakən
|
Kiçik Qafqaz:
|
cəmi — 550 ha: Şəmkir
|
Naxçıvan Muxtar
Respublikası:
|
cəmi — 500 ha: Babək
|
Lənkəran—Astara
zonası:
|
cəmi — 650 ha: Cəlilabad
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
cəmi — 2260 ha: Ağstafa
|
2.1.2. Ağac cinsləri: şabalıdyarpaq palıd, şabalıd, adi göyrüş, çinar, qızılağac, ağ akasiya, sərv, Eldar şamı, qovaq, çinar, söyüd, Krım şamı, cökə və iydə;
2.1.3. İcra müddəti: 2003—2008—ci illər;
2.1.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri;
2.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr;
2.1.6. İcra indikatorları: sahələr və yeni iş yerlərinin sayı. Nəzərdə tutulan
Fəallıq 2.2. Tezböyüyən ağacların plantasiyalarının yaradılmasına dair işlərin aparılması
İşlərin aparılması aşağıdakıları nəzərə alır:
2.2.1. Becərmə zonaları və rayonları:
Böyük Qafqaz:
|
Cəmi — 1660 ha: Balakən
|
Kiçik Qafqaz:
|
cəmi — 550 ha: Şəmkir
|
Naxçıvan Muxtar Respublikası:
|
cəmi — 500 ha: Babək
|
Lənkəran—Astara
zonası:
|
cəmi — 650 ha: Cəlilabad
|
Aran meşə zonası:
|
cəmi — 2960 ha: Ağstafa
|
o cümlədən Tuqay
meşələri:
|
cəmi — 1100 ha: Yevlax
|
2.2.2. Ağac növləri, cinsləri və onların hazırlanması:
Böyük Qafqaz:
|
dağ və dağətəyi sahələrdə — adi göyrüş, Qafqaz xurması, ağ akasiya, katalpa və qovaqlar; aşağı zonalarda — qovaqlar, ağ akasiya, katalpa, şeytan ağacı, nəhəng ağcaqayın, at şabalıdı və şərq çinarı;
|
Kiçik Qafqaz:
|
dağ və dağətəyi sahələrdə — adi göyrüş, Qafqaz xurması, ağ akasiya, qovaqlar və katalpa; — aşağı zonalarda — tut, qarağac, qovaqlar, şeytan ağacı, nəhəng ağcaqayın, katalpa, ağ akasiya və söyüd;
|
Naxçıvan Muxtar
Respublikası:
|
ağcaqayın, tut, ağ akasiya, söyüd və qovaqlar;
|
Lənkəran—Astara
zonası:
|
şabalıdyarpaq palıd, nəhəng ağcaqayın, Qafqaz xurması, cökə, qovaqlar,
yalanqoz və qızılağac;
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
iydə, tut, qarağac, qovaqlar, yulğun, amorfa, maklyura, ağ akasiya, şeytan
ağacı və şərq çinarı;
|
2.2.3. İcra müddəti: 2003—2008—ci illər;
2.2.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri;
2.2.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, qrantlar və ianələr;
2.2.6. İcra indikatorları: sahələr, oduncağın həcmi, yeni iş yerlərinin sayı və s.;
Bioloji müxtəliflik, ekosistemin məhsuldarlığı, torpağın mühafizəsi və s.
Fəallıq 2.3. Oduncağın işlənmə sisteminin yaradılması, tullantıların təkrar istifadəsi
2.3.1. Becərilmə zonaları və rayonları:
Böyük Qafqaz:
|
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şabran, Siyəzən, İsmayıllı,
Şamaxı, Xızı, Qobustan, Abşeron, Qusar, Xaçmaz, Quba;
|
Kiçik Qafqaz:
|
Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən;
|
Naxçıvan MR:
|
Babək, Culfa, Ordubad, Şahbuz, Şərur;
|
Lənkəran—Astara
zonası:
|
Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı;
|
Aran meşə zonası:
|
Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar,
Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Sabirabad, Şirvan, Füzuli, Biləsuvar, Neftçala, Beyləqan, İmişli, Saatlı, Salyan;
|
o cümlədən Tuqay
meşələri:
|
Şəmkir, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, İmişli, Sabirabad, Şirvan;
|
2.3.2. Ağac cinsləri və onların hazırlanması:
Böyük Qafqaz:
|
adi göyrüş, Qafqaz xurması, qovaqlar, ağ akasiya, şərq çinarı, katalpa,
şeytanağacı, nəhəng ağcaqayın;
|
Kiçik Qafqaz:
|
Qovaqlar, adi göyrüş, Qafqaz xurması, ağ akasiya, şeytanağacı, nəhəng
ağcaqayın;
|
Naxçıvan Muxtar
Respublikası:
|
ağ akasiya, ağcaqayın, qovaqlar;
|
Lənkəran—Astara
zonası:
|
qovaqlar, yalanqoz, qızılağac, şabalıdyarpaq palıd, nəhəng ağcaqayın,
Qafqaz xurması;
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
iydə, tut, qovaqlar, nar, qarağac, amorfa, yulğun, ağ akasiya, şeytan ağacı, maklyura.
|
2.3.3. İcra müddəti: 2003—2008—ci illər;
2.3.4. Məsul icraçılar: müvafiq rayonların meşə mühafizəsi və bərpası müəssisələri;
2.3.5. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr.
2.3.6. İcra indikatorları: sahələr, oduncağın həcmi, yeni iş yerlərinin sayı, 6 ədəd ağac emalı sexləri, 3000 kub m işlik oduncaq, 120 iş yeri.
Erməni işğalı altında olan 20 %—dən çox ərazi azad edildikdən sonra, həmin ərazilərdə milli proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur.
Bölmə 3. Yenİ meşə—bağların salınması (o cümlədən təsərrüfat əhəmİyyətlİ bİtkİlərİn İstİfadəsİ yolu İlə)
Fəallıq 3.1. Yeni meşə—bağların salınması üçün perspektivli sahələrin müəyyənləşdirilməsi
Ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması və orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün olduqca əlverişlidir. Belə meşə—bağların salınması qida və sənaye əhəmiyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması üçün əlverişli ola bilər.
3.1.1. Becərilmə zonaları və rayonları:
Böyük Qafqaz:
|
Balakən
ha, Qəbələ
Quba
|
Kiçik Qafqaz:
|
Gədəbəy
Şəmkir
|
Naxçıvan Muxtar
Respublikası:
|
Şahbuz
ha, cəmi
|
Lənkəran—Astara
zonası:
|
Lerik
Cəlilabad
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
Ağstafa
|
3.1.2. Ağac cinsləri və onların hazırlanması;
Böyük Qafqaz:
|
qozmeyvəlilər — qoz, fındıq, şabalıd; tumlu meyvəlilər —
armud, əzgil; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm; giləmeyvəlilər
— çaytikanı, qarağat, moruq və s.
|
Kiçik Qafqaz:
|
Qozmeyvəlilər — qoz, fındıq; tumlu meyvəlilər —
çəyirdəklilər — zoğal, alça, gilas, göyəm; giləmeyvəlilər — çaytikanı,
qarağat, moruq və s.
|
Naxçıvan Muxtar
Respublikası:
|
qozmeyvəlilər — qoz, badam; tumlu meyvəlilər —
quş armudu; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm, ərik, şaftalı;
gilə— meyvəlilər — çaytikanı, qarağat, moruq və s.
|
Lənkəran—Astara
zonası:
|
qozmeyvəlilər — qoz, badam, fındıq, şabalıd; tumlu meyvəlilər —
meyvəlilər — çaytikanı, qarağat, moruq, motmotu və s.; subtropik —
xurma, əncir, nar, limon, feyxoa, naringi, kivi, portağal.
|
Aran meşə zonası:
|
qozmeyvəlilər — qoz, badam, fındıq, püstə; tumlu meyvəlilər —
armud, əzgil, heyva; çəyirdəklilər — zoğal, alça, gilas, göyəm, gavalı,
ərik, şaftalı; giləmeyvəlilər — çiyələk, qarağat, moruq və s.; subtropik
— xurma, əncir, nar, zeytun.
|
Qeyd olunan meyvə cinslərindən ibarət meşə bağları salmaq üçün zona və rayonlar üzrə müvafiq tingliklərin yaradılması;
3.1.3. İcra müddəti: 2003—2008—ci illər;
3.1.4. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri;
3.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, xüsusi vəsait, qrantlar və ianələr;
3.1.6. İcra indikatorları: bioloji və landşaft müxtəlifliyinin qorunması, emal müəssisələrinin bərpası və yeniləşməsi, yeni iş yerlərinin açılması, ərzaq bolluğunun yaradılması və əhalinin maddi rifah halının qismən yaxşılaşdırılması.
Bölmə 4. Qeyrİ—meşə fondu torpaqlarında meşə və yaşıllıqların salınması
4.1.1. Tədqiq edilən zonalar:
Xəzər dənizinin sahili boyu —
Təklif olunan cinslər: Eldar şamı, iydə, tut, yulğun, ağyarpaq qovaq, söyüd, zeytun;
beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının kənarları
respublikanın dəmir yolları boyu torpaq zonaları
Təklif olunan cinslər: qovaqlar, Eldar şamı, şərq çinarı, şabalıdyarpaq palıd, qoz, iydə, tut, armud, göyrüş, ağcaqayın, cökə, sərv;
Kür—Araz çaylarının vadiləri, kanalların və sututarların kənarları —
Təklif olunan cinslər: ağyarpaq qovaq, şabalıdyarpaq palıd, söyüd, iydə, göyrüş, ağ akasiya, Eldar şamı;
4.1.2. İcra müddəti — 2003—2008—ci illər;
4.1.3. Məsul icraçılar — meşə mühafizəsi və bərpası müəssisələri, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Abşeron, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Lənkəran, Astara, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Yevlax, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Şəki, Sabirabad, Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Kürdəmir, Zərdab, Ucar, Ağdam, Cəlilabad, Biləsuvar, Füzuli, Masallı rayon (şəhər) icra hakimiyyəti orqanları;
[10]
4.1.4. İcra indikatorları: salınmış meşə və yaşıllıqların sahəsi.
Bölmə 5. Bərpa olunan meşə ehtİyatlarından (meyvə, dərman bİtkİlərİ və s.) səmərəlİ İstİfadənİn təşkİlİ
Azərbaycan meşələrində ərzaq məhsulu kimi istifadə oluna bilən bir çox yabanı meyvə, giləmeyvə və göbələklərin, eləcə də dərman bitkilərinin böyük bioloji ehtiyatları vardır. Meşələrdə qozmeyvəlilərdən qoz, fındıq, şabalıd, fısdıq, tumlu meyvəlilərdən alma, armud, heyva, yemişan, əzgil, çəyirdəkli meyvəlilərdən alça, Qafqaz xurması, göyəm, gilənar, giləmeyvəlilərdən böyürtkən, moruq, qarağat, qaragilə yayılmışdır.
Böyük Qafqazın cənub yamaclarında və Kiçik Qafqazın dağ və dağətəyi meşələrində yeməli göbələklərin geniş arealları yayılmışdır. Göbələklərdən asılqan, şampinyon, ağ göbələk, kötükcə, quzuqarnı və s. daha çox yayılmışdır.
Azərbaycanın ərazisində yabanı dərman bitkilərinin 80—dən artıq növü bitir ki, bunlardan da 25 növü xalq təbabətində istifadə olunur. Dərman bitkilərindən çay tikanını, yemişanı, itburnunu, kəklikotunu, dazıotunu və digərlərini göstərmək olar.
Yabanı meyvə, giləmeyvə və göbələklərdən onların bioloji ehtiyatlarına ziyan vurmamaq şərti ilə geniş istifadə etmək vacibdir.
Meşələrdə bərpa olunan bioloji ehtiyatlardan səmərəli istifadə ilə əlaqədar aşağıdakı fəaliyyətlər nəzərdə tutulur (bax: Fəallıq 5.1);
5.1.1. Becərilmə zonaları və rayonları:
Böyük Qafqaz:
|
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı,
Qobustan, Abşeron, Xızı, Siyəzən, Dəvəçi, Qusar, Quba, Xaçmaz;
|
Kiçik Qafqaz:
|
Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən;
|
Naxçıvan Muxtar
Respublikası:
|
Babək, Culfa, Ordubad, Şərur, Şahbuz;
|
Lənkəran—Astara
zonası:
|
Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı;
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar,
Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı,
Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala.
|
Fəallıq 5.1. Zonalar üzrə ehtiyatların müəyyən edilməsi
№
|
Zona və rayonlar
|
Ağac cinsləri və onların hazırlanması
|
İcra müddəti
|
Məsul icraçılar
|
Maliyyə mənbəyi
|
Realizə üzrə tərəf - müqabilləri
|
İcra indikatorları: sahələr və yeni iş yerlərinin sayı
|
1.
|
Böyük Qafqaz: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron, Xızı, Siyəzən, Şabran, Qusar, Quba, Xaçmaz
|
Qozmeyvəlilər - 300 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər - 2200 ton, cəmi - 2500 ton. Dərman bitkiləri 4,5 ton (quru çəkidə)
|
Mütəmadi (hər il)
|
Meşə mühafizəsi və bərpası müəssisələri
|
Büdcə vəsaiti, xüsusi vəsait və meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, ianələr və qrantlar
|
Meşə fondunda olan yabanı meyvələrin, dərman bitkilərinin, göbələklərin və s. yığılması və emalı ilə əlaqədar yeni iş yerlərinin açılması, fermer təsərrüfatlarının inkişafı
|
Bioloji və landşaft müxtəlifliyinin qorunması ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducularının işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi
|
2.
|
Kiçik Qafqaz: Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən
|
Qozmeyvəlilər - 60 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər - 1440 ton, cəmi - 1500 ton. Dərman bitkiləri 3 ton (quru çəkidə)
|
|
|
|
|
|
3.
|
Naxçıvan Muxtar Respublikası: Babək, Culfa, Ordubad, Şərur, Şahbuz, Sədərək
|
Tumlu, çəyirdəkli, giləmeyvəlilər - 15 ton, cəmi - 15 ton. Dərman bitkiləri 0,5 ton (quru çəkidə)
|
|
|
|
|
|
4.
|
Lənkəran-Astara zonası: Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı
|
Qozmeyvəlilər - 100 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər - 1100 ton, cəmi - 1200 ton. Dərman bitkiləri 1,5 ton (quru çəkidə)
|
|
|
|
|
|
5.
|
Aran meşə zonaları:
Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala.
|
Qoz meyvəlilər - 120 ton, tumlu, çəyirdəkli, gilə və subtropik meyvəlilər - 880 ton, cəmi - 1000 ton. Dərman bitkiləri 0,5 ton (quru çəkidə)
|
Mütəmadi (hər il)
|
Meşə mühafizəsi və bərpası müəssisələri
|
Büdcə vəsaiti, xüsusi vəsait və meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, ianələr və qrantlar
|
Meşə fondunda olan yabanı meyvələrin, dərman bitkilərinin, göbələklərin və s. yığılması və emalı ilə əlaqədar yeni iş yerlərinin açılması, fermer təsərrüfatlarının inkişafı
|
Bioloji və landşaft müxtəlifliyinin qorunması ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducularının işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi
|
Fəallıq 5.2. Faydalı bitki məhsullarının tədarükü
5.2.1. Məhsul və həcmlər:
Böyük Qafqaz:
|
Qozmeyvəlilər 300 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər
2200 ton, cəmi — 2500 ton, dərman bitkiləri 4,5 ton (quru çəkidə);
|
Kiçik Qafqaz:
|
Qozmeyvəlilər 60 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər
1440 ton, cəmi — 1500 ton, dərman bitkiləri 3 ton (quru çəkidə);
|
Naxçıvan Muxtar
Respublikası:
|
tumlu, çəyirdəkli, giləmeyvəlilər 15 ton, cəmi — 15 ton, dərman
bitkiləri 0,5 ton (quru çəkidə);
|
Lənkəran—Astara
zonası:
|
Qozmeyvəlilər 100 ton, tumlu, çəyirdəkli, gilə, subtropik meyvəlilər
1100 ton, cəmi — 1200 ton, dərman bitkiləri 1,5 ton (quru çəkidə);
|
Aran meşə zonası, o
cümlədən Tuqay
meşələri:
|
Qozmeyvəlilər 120 ton, tumlu, çəyirdəkli, giləmeyvəlilər, subtropik
meyvələr 880 ton, cəmi — 1000 ton, dərman bitkiləri 0,5 ton (quru
çəkidə);
|
5.2.2. İcra müddəti: mütəmadi olaraq hər il;
5.2.3. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri;
5.2.4. Maliyyə mənbələri: büdcə vəsaiti, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondu, qrantlar və ianələr;
5.2.5. İcra indikatorları: bioloji və landşaft müxtəlifliyinin qorunması, ekoloji sistemin məhsuldarlığının saxlanması, meyvə emalı sexlərinin, meyvə quruducuların işə salınması, meşə fondu torpaqlarındakı göllərdə balıq yetişdirilməsi.
Bölmə 6. Ərazİlərİndə meşə sahələrİ mövcud olan yaşayış məntəqələrİndə meşə fondu İlə əlaqədar olmayan məşğulluq sahələrİnİn yaradılması
Meşələrə təsirlərin artması çox zaman meşə ərazilərində yerləşən yaşayış məntəqələrindəki əhalinin məşğulluq və gəlir mənbələrinin kifayət dərəcədə olmaması ilə əlaqədardır.
Azərbaycanda yerləşən 238 qəsəbə və 4047 kənddən 2300—ü bilavasitə meşə ilə təmas sahələrində yerləşir. Enerji qıtlığı, gəlir mənbələrinin və iş yerlərinin azlığı, kəndətrafı sahələrdə ot örtüyünün zəif olması, fərdi heyvandarlığın inkişafı və digər səbəblərdən meşələrə antropogen təzyiqlər olduqca artmışdır. Yaranmış vəziyyətdən çıxmaq üçün meşəətrafı kənd və qəsəbələrdə yaşayan əhalinin bir hissəsinin quşçuluq, arıçılıq, bağçılıq, toxuculuq, xalçaçılıq və s. məşğulluq sahələrinə cəlb olunması onların sosial—iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmaqla meşələrə olan təzyiqin nəzərəçarpacaq dərəcədə azaldılmasına şərait yaratmış olardı.
Fəallıq 6.1. Meşə ərazilərində yerləşən yaşayış məntəqələrinin iqtisadi vəziyyətinin, o cümlədən əmək ehtiyatlarının, enerji təminatının və s. qeydə alınması
Böyük Qafqaz:
|
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı,
Şabran, Quba, Qusar;
|
Kiçik Qafqaz:
|
Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy;
|
Lənkəran—Astara
zonası:
|
Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad;
|
Aran meşə zonası:
|
Ağstafa, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, Sabirabad,
Salyan;
|
Fəallıq 6.2. Hər bir məntəqə üçün meşə ilə əlaqədar olmayan iqtisadi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi
6.2.1. Görüləcək işlər: heyvandarlıq, toxuculuq, meyvə tədarükü və emalı, bağçılıq, arıçılıq, quşçuluq və əkinçilik;
6.2.2. İcra müddəti: 2003—2008—ci illər;
6.2.3. Məsul icraçılar: meşə mühafizəsi və bərpası müəssisələri;
6.2.4. Maliyyə mənbələri: qrantlar, ianələr;
6.2.5. İcra indikatorları: ərazinin ekoloji vəziyyətinin yaxşılaşması, meşələrə antropogen təzyiqin azalması, meşələrin vəziyyətinin yaxşılaşması, yeni iş yerlərinin yaradılması.
Bölmə 7. Rekreasİya əhəmİyyətlİ meşə sahələrİnİn müəyyənləşdİrİlməsİ və İstİfadəsİ
Azərbaycan meşələri rekreasiya və turizmi inkişaf etdirmək üçün geniş imkanlara malikdır. Bu baxımdan endemik bitkilərlə zəngin olan Talış meşələri, Böyük və Kiçik Qafqazın bəzi hissələri ekoloji turizm, dağətəyi və aran meşələri isə rekreasiya üçün münasibdir.
Respublikada şəhərlərin ümumi sahəsi bütün torpaq sahələrinin 0,5 %—ni təşkil etsə də, burada əhalinin 4,5 milyonu, yaxud 56 %—i məskunlaşıb.
Əhalinin istirahətinin təşkili ekoloji problemlər, qismən isə meşə və onlardan səmərəli istifadə olunması ilə sıx əlaqədardır. Bu baxımdan endemik bitkilərlə zəngin olan Talış meşələri, Böyük və Kiçik Qafqazın bəzi hissələri, yəni Lənkəran, Astara, Quba, Yalama, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Gəncə, Göygöl zonaları ekoloji turizm, dağətəyi, dağ və aran meşələri isə rekreasiya üçün münasibdir. Turizm və rekreasiya fəaliyyətini inkişaf etdirmək üçün milli parkların yaradılması vacibdir.
Milli parkların ərazisində qoruqlar, yasaqlıqlar, ovçuluq təsərrüfatı, mədəniyyət abidələri və ətraf mühiti çirkləndirməmək, təbiətə ziyan vurmamaq şərti ilə sənaye müəssisələri fəaliyyət göstərə bilər. Burada həmçinin bitki növlərinin bərpası üzrə mərkəzlərin yaradılması da vacibdir.
Milli parklardan hal—hazırda Qusar, Quba, Dəvəçi, Xaçmaz, İsmayıllı, Şamaxı rayonlarını və 100 min hektardan çox ərazini əhatə edən Şahdağ milli parkının yaradılması planlaşdırılır. Bufer zona ilə birlikdə bu ərazidə 500 min adam məskunlaşıbdır. Hirkan dövlət təbiət qoruğunun bazasında Astara, Lənkəran, Yardımlı və Lerik rayonlarının ərazisində digər milli parkın təşkil edilməsi perspektivlidir.
Milli parkların meşələrinin ərazisində magistral yollar və müxtəlif təyinatlı kommunikasiyaların çəkilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Bu bölmədə aşağıdakı fəallıqlar nəzərdə tutulur:
Fəallıq 7.1. Ekoturizm baxımından perspektiv meşə sahələrinin müəyyənləşdirilməsi
7.1.1. Ekoturizm baxımından perspektiv meşə sahələri:
Böyük Qafqaz:
|
Şabran, Xızı, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz,
Şəki, Qax, Zaqatala, Balakən;
|
Kiçik Qafqaz:
|
Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Naftalan;
|
Lənkəran—Astara
zonası:
|
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı;
|
Naxçıvan Muxtar
Respublikası:
|
Şahbuz (Batabat);
|
7.1.2. Sahənin təsnifatı (ekoloji iqtisadi və etno—mədəni).
Azərbaycanın ərazisində 4500—dən artıq ali bitki növü vardır. Bunlardan 200—dən artığı endemikdir. Məşhur Eldar şamına Azərbaycandan başqa heç yerdə təsadüf olunmur. Dağ ətəkləri 600—700 m qədər enliyarpaq ağac növlərindən palıd, fısdıq, vələs, ağcaqayın və göyrüşlə örtülmüşdür.
Lənkəran zonasında enliyarpaq dağ meşələri olduqca füsunkardır. Burada relikt ağac növlərindən ipək akasiyası və dəmirağacları, şabalıdyarpaq palıd, azad ağacı bitir.
Böyük Qafqaz zonasında meyvəçilik, tərəvəzçilik, üzümçülük, şərabçılıq, bağçılıq, tütünçülük, ipəkçilik və heyvandarlıq inkişaf etmişdir.
Kiçik Qafqazda əkinçilik, bağçılıq, şərabçılıq, yüngül və yeyinti sənayesi, maldarlıq qeyd olunur. Naxçıvanda taxılçılıq, üzümçülük, meyvəçilik, yeyinti (mineral su doldurma) və mədən çıxarma sənayesi inkişaf etmişdir. Lənkəran zonasında rütubətli, subtropik bitkilərdən (çay, sitrus) tezyetişən tərəvəzçilik, tərəvəz konservləşdirilməsi və balıqçılıq sənayesi inkişaf etmişdir.
Azərbaycan etno—mədəni cəhətdən dünyanın ən maraqlı ölkələrindən biridir və turizm üçün böyük perspektivlidir.
Fəallıq 7.2. Rekreasiya meşə zonalarının inkişafı
7.2.1. İcra müddəti 2003—2008—ci illər;
7.2.2. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi;
7.2.3. Maliyyə mənbələri: büdcə vəsaiti, fondlar, qrantlar və ianələr;
7.2.4. İcra indikatorları: ərazilərdə məşğulluğun təmin olunması və xarici ekoturizmin inkişafına yardım etməklə yerli əhalinin iş yerləri ilə təminatı;
Bölmə 8. Əhalİ, bələdİyyələr və qeyrİ—hökumət təşkİlatları İlə əməkdaşlıq
Proqramın müvəffəqiyyətlə həyata keçirilməsi əhali, bələdiyyələr və eləcə də qeyri—hökumət təşkilatları ilə əməkdaşlıqdan asılıdır. Bu baxımdan proqramda belə əlaqələrin yaradılması və inkişafı sahəsində xüsusi fəaliyyət nəzərdə tutulmuşdur.
Fəallıq 8.1. Əhali arasında meşə proqramı ilə əlaqədar təşkilatlanma
8.1.1. Orta, orta ixtisas, ali məktəblərdə və digər tədris müəssisələrində təbiət dostları, həvəskar meşəçilər, bağbanlar və s. könüllü qurumların təşkili.
8.1.2. Bələdiyyələr və qeyri—hökumət təşkilatları ilə fəaliyyət planlarının tərtibi və icrası;
8.1.3. İcra müddəti: 2003—2008—ci illər;
8.1.4. Məsul icraçılar: Meşə mühafizəsi və bərpası müəssisələri, yerli icra hakimiyyəti orqanları.
8.1.5. Maliyyə mənbələri: büdcə vəsaiti, xüsusi vəsait, qrantlar, ianələr.
8.1.6. İcra indikatorları: ətraf mühitin, o cümlədən meşələrin qorunması, təbiətin mühafizə olunması və onun əhəmiyyəti mövzusunda yerli əhali arasında təbliğatın gücləndirilməsi, yerli icmalar, dövlət və qeyri—hökumət təşkilatlarının birgə fəaliyyətinin tənzimlənməsinə nail olmaq.
Bölmə 9. Beynəlxalq təşkİlatlarla əməkdaşlıq
Meşələrin bərpası, genişləndirilməsi və səmərəli istifadəsi bu işlərin yerinə yetirilməsi üçün həm milli səviyyədə, həm də beynəlxalq səviyyədə maddi texniki və intellektual potensialın səfərbərliyini nəzərdə tutur. Bunu həyata keçirmək üçün aşağıdakı fəallıqlar nəzərdə tutulmuşdur:
Fəallıq 9.1. Ətraf mühitin, o cümlədən meşələrin və biomüxtəlifliyin qorunmasına yönəldilmiş beynəlxalq proqramlarda iştirak
9.1.1. Təbiətin mühafizəsi, davamlı inkişaf sahəsində fəaliyyət göstərən bütün beynəlxalq qurumlar ilə, o cümlədən BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, müvafiq fondlarla əməkdaşlıq;
9.1.2. İcra müddəti: 2002—2007—ci illər;
9.1.3. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; 9.1.4. Maliyyə mənbələri: büdcə vəsaiti, qrantlar və ianələr;
Fəallıq 9.2. Meşələrin qorunması sahəsində regional əməkdaşlıq
9.2.1. Regional əməkdaşlıq:
Talış: İran İslam Respublikası ilə əməkdaşlıq;
Böyük Qafqaz: Rusiya Federasiyası və Gürcüstan ilə əməkdaşlıq;
Kiçik Qafqaz: İran İslam Respublikası və Türkiyə Respublikası ilə əməkdaşlıq;
9.2.2. İcra müddəti: 2003—2008—ci illər;
9.2.3. İcra indikatorları: regional müqavilələrin və proqramların sayı.
Fəallıq 9.3. Meşəçilik və meşə ağaclarının seleksiyası, aqrotexnikası və emal texnologiyası üzrə əməkdaşlıq və digər yeni sahələrdə nailiyyətlər
Bölmə 10. Tədrİs və təblİğat
Proqramı müvəffəqiyyətlə həyata keçirmək üçün müvafiq tədris və təbliğat tədbirləri nəzərdə tutulur.
10.1.1. Tədris və təbliğat aparılacaq zonalar:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri;
Böyük Qafqaz:
|
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron, Xızı, Siyəzən, Şabran, Qusar, Quba, Xaçmaz;
|
Kiçik Qafqaz:
|
Şəmkir, Samux, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Daşkəsən;
|
Naxçıvan Muxtar
Respublikası:
|
Babək, Culfa, Ordubad, Şərur, Şahbuz, Sədərək;
|
Lənkəran—Astara
zonası:
|
Cəlilabad, Masallı, Lerik, Lənkəran, Astara;
|
Aran meşə zonaları:
|
Ağstafa, Qazax, Tovuz, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Bərdə, Ucar,
Zərdab, Kürdəmir, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Saatlı,
Sabirabad, Salyan, Şirvan, Füzuli, Biləsuvar, Neftçala;
|
10.1.2. İcra müddəti: daimi.
10.1.3. Məsul icraçılar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun tabeliyində olan təlim, tərbiyə və tədris müəssisələri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yerli idarələri, yerli icra hakimiyyəti orqanları, meşə mühafizəsi və bərpası müəssisələri;
[11]
10.1.4. Maliyyə mənbələri: büdcə vəsaiti, qrantlar və ianələr;
10.1.5. İcra indikatorları: Meşələrin mühafizəsi, təbliği və tədrisinin gənc nəsil üçün ailədən, uşaq bağçasından, ibtidai məktəbdən başlaması, ali təhsil müəssisələrində davam etdirilməsi, tədris vəsaitlərinin (dərsliklər, əyani vasitələr, stendlər, fotomontajlar və sairə) hazırlanması, mühazirələrin oxunması, vaxtaşırı seminarların təşkili, mütəxəssislərin bilik səviyyəsinin artırılması, elmin yeni nailiyyətləri ilə onları tanış etmək məqsədilə kursların təşkili, təbiəti sevənlər dərnəklərinin və mərkəzlərinin proqramlarının təkmilləşdirilməsi, gənc nəslin ekoloji tərbiyəsində məktəb meşəbəyliklərinin təşkili, təbiəti sevənlər dərnəklərinin və mərkəzlərinin yaradılması, meşəçilik və təbiəti mühafizə elminin tədrisi meşə təsərrüfatları ilə sıx əlaqədə olan ixtisaslaşmış mütəxəssislər vasitəsilə aparılacaqdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1005)
- 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)
- 2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)
- 6 fevral 2007-ci il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 90)
- 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)
- 6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 733)
- 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)
- 13 avqust 2010-cu il tarixli 321 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 726)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə «Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial–iqtisadi inkişafa dair Milli Proqram»ın «10. Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı» bölməsinin 14-cü, 33-cü, 34-cü, 50-ci, 52-ci, 54-cü, 55-ci, 72-ci bəndlərinin «Əsas icraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri və 7-ci, 24-cü, 58-ci, 60-cı bəndlərinin «Əsas icraçılar» sütununda «İqtisadi İnkişaf Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin, 62-ci bəndinin «Əsas icraçılar» sütununa «,Sənaye və Energetika Nazirliyi» sözləri əlavə edilmişdir.
[2]
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005) ilə təsdiq edilmiş: «Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram»ın «Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı» bölməsinin 20-ci və 81-83-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri, 89-92-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir.
[3]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ın "Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı" bölməsinin 2-ci, 5-ci, 6-cı, 12-ci, 13-cü, 15-ci, 16-cı və 78-ci bəndlərinin "Əsas icraçılar" sütununda "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[4]
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1005) ilə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ın 10-cu Bölməsinin 73-cü və 74-cü bəndlərindən "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılmışdır.
[5]
13 avqust 2010-cu il tarixli 321 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 726) ilə “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın “Giriş” hissəsinin “Azərbaycan Respublikası haqqında qısa Məlumat” bölməsinin beşinci abzasında, 1-ci - “Təbii meşələrin bərpası” bölməsinin 1.1.1-ci bəndinin ikinci abzasında, 1.2.1-ci bəndinin ikinci abzasında, 2-ci - “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında, 2.2.1-ci bəndinin ikinci abzasında, 2.3.1-ci bəndinin ikinci abzasında, 3-cü - “Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)” bölməsinin 3.1.1-ci bəndinin ikinci abzasında, 4-cü - “Qeyri-meşə fondu torpaqlarında meşə və yaşıllıqların salınması” bölməsinin 4.1.3-cü bəndində, 5-ci - “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin ikinci abzasında, 5.1-ci bəndindəki 1 nömrəli cədvəlin “Zona və rayonlar” sütununun 1-ci sırasında, 6-cı - “Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması” bölməsinin 6.1-ci bəndinin ikinci abzasında, 7-ci - “Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi” bölməsinin beşinci abzasında, 7.1.1-ci bəndinin ikinci abzasında, 10-cu - “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilmişdir.
[6]
6 fevral 2007-ci il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 90) ilə "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"ın "Toxum tədarükü" bölməsində "Xırdalan qəsəbəsi" sözləri "Xırdalan şəhəri" sözləri ilə əvəz edilmişdir.
[7]
6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 733) ilə “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın 1-ci – “Təbii meşələrin bərpası” bölməsinin 1.1.1-ci bəndinin üçüncü abzasında, 1.2.1-ci bəndinin üçüncü abzasında, 2-ci – “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin üçüncü abzasında, 2.2.1-ci bəndinin üçüncü abzasında, 2.3.1-ci bəndinin üçüncü abzasında, 3-cü – “Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)” bölməsinin 3.1.1-ci bəndinin üçüncü abzasında, 5-ci – “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin üçüncü abzasında, 5.1-ci bəndindəki cədvəlin “Zona və rayonlar” sütununun 2-ci sırasında, 6-cı – “Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması” bölməsinin 6.1-ci bəndinin üçüncü abzasında, 7-ci – “Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi” bölməsinin preambulasının üçüncü abzasında, 7.1.1-ci bəndinin üçüncü abzasında, 10-cu – “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında “Xanlar” sözləri “Göygöl” sözü ilə əvəz edilmişdir.
6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715) ilə “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın “Təbii meşələrin bərpası” bölməsinin 1.2.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin altıncı abzasında, 2.2.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, 2.3.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin altıncı abzasında, 5.1-ci bəndindəki cədvəlin “Zona və rayonlar” sütununun 5-ci sətrində, “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin yeddinci abzasında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.
[8]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ın 1-ci bölməsinin 1.2.4-cü bəndinin ikinci abzasında "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[9]
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1005) ilə "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"ının 1-ci bölməsinin 1.2.4-cü bəndinin üçüncü abzasında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[10]
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1005) ilə "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"ının 4-cü Bölməsinin 4.1.3-cü bəndindən "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılmışdır.
2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"ın 4-cü bölməsinin 4.1.3-cü bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[11]
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə «Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram»ın 10-cu bölməsinin 10.1.3-cü bəndində «Gənclər, İdman» sözləri «Mədəniyyət» sözü ilə əvəz edilmişdir.