×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2010
QEYDİYYAT NÖMRƏSİ
1014
ADI
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Strukturunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-07-2010, Nəşr nömrəsi: 150), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2010, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 656)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2007-ci il 14 may tarixli 2163 nömrəli sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2010-cu il

№ 1014

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 14 iyul tarixli, 1014 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin

 

STRUKTURU

 

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin aparatı (idarələr və şöbələr).

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi.

3. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status