AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.07.2010
QEYDİYYAT NÖMRƏSİ
305
ADI
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-07-2010, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2010, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 624)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 13-cü maddəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:

"Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 2010-cu il

                  № 305

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 15 iyul 305 tarixli nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında

 

ƏSASNAMƏ [2]

 

I. Ümumi müddəalar

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin və müsahibənin keçirilməsi qaydalarını müəyyən edir.

2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünya-görüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və ya müsahibə keçirilir. [3]

3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.

4. Müsabiqədə və ya müsahibədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri şəxsən təqdim etməlidir: [4]

vahid forma üzrə ərizə;

şəxsiyyəti təsdiq edən sənədin surəti;

kadrlar uçotunun şəxsi vərəqəsi;

tərcümeyi-hal;

müvafiq təhsilə malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti; [5]

3x4 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;

əmək kitabçasının (olduğu təqdirdə) təsdiq edilmiş surəti;

hərbi biletin təsdiq edilmiş surəti;

sağlamlıq haqqında arayış.

5. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.

6. Orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə, bir qayda olaraq, şəxslər müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qəbul müsahibə əsasında həyata keçirilir. [6]

7. Müsabiqəyə "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən ali təhsilli, müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli şəxslər buraxılırlar. [7]

8. Aşağıda göstərilən şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:

8.1. prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

8.2. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

8.3. hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər; [8]

8.4. texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər;

8.5. böyük (kiçik miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul üçün müraciət edən şəxslər.

 

II. Müsabiqə və müsahibə komissiyaları [9]

 

9. Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Müsabiqə və Müsahibə komissiyaları (bundan sonra - Komissiyalar) yaradılır. Komissiyaların tərkibi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilir. [10]

10. Komissiyaların işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər. [11]

11. Komissiyaların iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

12. Komissiyaların iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyaların işinə qanunsuz müdaxilə yolverilməzdir.

 

III. Müsabiqənin və müsahibənin keçirilməsi [12]

 

13. Namizədlərin müsabiqəyə və müsahibəyə buraxılması, müsabiqənin və müsahibənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilir və ictimaiyyətə çatdırılır. [13]

14. Müsabiqənin və müsahibənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanları cəlb oluna bilərlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514)

2.       18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə adında və mətnində “müsabiqənin” sözü “müsabiqə və müsahibənin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin adında, 1-ci və 14-cü bəndlərdə “müsabiqənin” sözündən sonra “və müsahibənin” sözləri əlavə edilmişdir.

18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin adında “müsabiqənin” sözü “müsabiqə” sözü ilə əvəz edilmişdir.

 

[3] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bənddə “müsabiqə” sözündən sonra “və ya müsahibə” sözləri əlavə edilmişdir.

 

[4] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 4-cü bəndin birinci abzasda “Müsabiqədə” sözündən sonra “və ya müsahibədə” sözləri əlavə edilmişdir.

 

[5] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 4-cü bəndin altıncı abzasda “ali təhsil haqqında” sözləri “müvafiq təhsilə malik olduğunu təsdiq edən” sözləri ilə əvəz edilmişdir.

 

[6] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 6-cı bəndin birinci cümlədən “, bir qayda olaraq,” sözləri çıxarılmışdır və yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[7] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 7-ci bənddə “ali təhsilli” sözlərindən sonra “, müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli” sözləri əlavə edilmişdir.

 

[8] 18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 8.3-cü bəndinə “sahəsində” sözündən sonra “elmlər doktoru” sözləri əlavə edilmişdir.

 

[9] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin II hissənin adında “MÜSABİQƏ KOMİSSİYASI” sözləri “MÜSABİQƏ VƏ MÜSAHİBƏ KOMİSSİYALARI” sözləri ilə əvəz edilmişdir.

 

[10] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 9-cu bəndin birinci cümlə yeni redaksiyada verilmişdir və ikinci cümlədə “Komissiyanın” sözü “Komissiyaların” sözü ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - Komissiya) yaradılır.

 

[11] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 10-cu, 11-ci bəndlərdə və 12-ci bəndin birinci və beşinci cümlələrində “Komissiyanın” sözü “Komissiyaların” sözü ilə əvəz edilmişdir.

 

[12] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin III hissənin adında “MÜSABİQƏNİN” sözündən sonra “ MÜSAHİBƏNİN” sözləri əlavə edilmişdir.

 

[13] 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514) ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 13-cü bənddə “müsabiqəyə” sözündən sonra “ müsahibəyə” sözləri, “müsabiqənin” sözündən sonra “ müsahibənin” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status