Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə I).
2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur —Əlavə II).
[1]
3. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə III).
4. “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə IV).
[2]
5. “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə V).
6. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə VI).
[3]
7. “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə VII).
8. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə VIII).
[4]
9. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə IX).
[5]
10. “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə X).
11. “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə XI).
[6]
12. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə XII).
13. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur — Əlavə XIII).
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
14.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
14.2. bu Sərəncamın 1-13-cü bəndlərində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
14.3. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
№ 1015
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
STRUKTURU
[7]
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı (şöbələr və sektorlar)
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
6. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri.
Əlavə II
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
STRUKTURU
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi.
5. Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ərazi kənd təsərrüfatı idarələri.
|
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin
STRUKTURU
1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti.
|
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
STRUKTURU
[8]
1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi.
3. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.
Əlavə V
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
STRUKTURU
1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional orqanları (bölgələr üzrə şöbələri).
|
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
STRUKTURU
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli bölmələri (rayon və şəhər şöbələri).
Əlavə VII
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
STRUKTURU
1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar).
2. Repatriasiya departamenti.
3. Mənzil istismar departamenti.
4. Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti.
5. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və yerli bölmələri.
|
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
STRUKTURU
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı (şöbələr və sektorlar).
2. İri sığortaedənlərlə iş üzrə departament;
3. Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti;
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti;
5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri (rayon və şəhər şöbələri).
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
STRUKTURU
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aparatı (şöbələr və sektorlar).
Əlavə X
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
STRUKTURU
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aparatı (şöbələr və sektorlar).
|
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin
STRUKTURU
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatı (şöbələr və sektorlar).
|
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının
STRUKTURU
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının aparatı (şöbələr və sektorlar).
|
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının
STRUKTURU
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının aparatı (şöbələr və sektorlar).
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 aprel 2012-ci il tarixli 2187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 19 aprel 2012-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 365)
- 19 iyun 2012-ci il tarixli 661 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 iyun 2012-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 555)
- 13 iyul 2012-ci il tarixli 685 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 iyul 2012-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 694)
- 28 avqust 2013-cü il tarixli 3102 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 982)
- 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2014-cü il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1226)
- 21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)
- 15 fevral 2016-cı il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 250)
- 6 sentyabr 2016-cı il tarixli 2308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1505)
- 16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801)
- 4 aprel 2018-ci il tarixli 3873 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 aprel 2018-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 721)
- 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)
- 29 may 2019-cu il tarixli 1211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 may 2019-cu il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5 , maddə 931)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2014-cü il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1226) ilə “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Sərəncamın 2-ci hissəsi ləğv edilmişdir.
[2]
21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 4-cü hissə ləğv edilmişdir.
[3]
15 fevral 2016-cı il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 250) ilə 6-cı hissəsi ləğv edilmişdir.
[4]
6 sentyabr 2016-cı il tarixli 2308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1505) ilə 8-ci hissə ləğv edilmişdir.
[5]
16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801) ilə 9-cu hissə ləğv edilmişdir.
[6]
4 aprel 2018-ci il tarixli 3873 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 aprel 2018-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 721) ilə 11-ci hissə ləğv edilmişdir.
[7]
19 iyun 2012-ci il tarixli 661 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 iyun 2012-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 555) ilə 3-cü hissəyə “Meşələrin inkişafı departamenti” sözlərindən sonra “, onun regional və yerli bölmələri” sözləri əlavə edilmişdir.
19 iyun 2012-ci il tarixli 661 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 iyun 2012-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 555) ilə 6-cı hissəyə “Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti” sözlərindən sonra “, o cümlədən milli parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələri” sözləri əlavə edilmişdir.
29 may 2019-cu il tarixli 1211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 may 2019-cu il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5 , maddə 931) ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu” yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Ətraf mühitin mühafizəsi departamenti.
3. Meşələrin inkişafı departamenti, onun regional və yerli bölmələri.
4. Ətraf mühit üzrə milli monitorinq departamenti.
5. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti.
6. Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti, o cümlədən milli parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələri.
7. Milli hidrometeorologiya departamenti.
8. Bakı şəhər ekologiya və təbii sərvətlər departamenti.
9. Dövlət ekspertiza idarəsi.
10. Xəzər kompleks ekoloji monitorinq idarəsi.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri.
[8]
28 avqust 2013-cü il tarixli 3102 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 982) ilə “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nun mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi.
[8]
21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə ləğv edilmişdir.