×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.09.2010
QEYDİYYAT NÖMRƏSİ
326
ADI
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-09-2010, Nəşr nömrəsi: 199), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2010, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 774)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.10.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması məqsədi ilə qərara alıram:

1. “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli, 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli, 805 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 713; 2009-cu il, № 7, maddə 532) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.1. 4.4-cü bənd çıxarılsın;

1.2. 5.1.1-ci və 5.1.2-ci bəndlər müvafiq olaraq 5.1.2-ci və 5.1.3-cü bəndlər hesab edilsin, aşağıdakı məzmunda 5.1.1-ci bənd əlavə edilsin:

5.1.1. 14-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.3. 5.1.3-cü bənddən “və 14-cü maddəsinin birinci hissəsində” sözləri çıxarılsın.

2. Müəyyən edilsin ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda vizanı Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində) ala bilərlər: [1]

2.1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

2.2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə; [2]

2.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə; [3]

2.4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;

2.5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;

2.6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).

2.7. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə. [4]

3. “Viza alınması üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdiyi halların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli, 40 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki:

5.1. vizaların rəsmiləşdirilməsi prosedurunda edilmiş dəyişikliklər barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş rəsmi dəvətlərin qeydiyyatının aparılmasını təmin etsin. [5]

6. Bu Fərman 2010-cu il oktyabrın 15-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2010-cu il

      № 326

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 oktyabr 2010-cu il tarixli 343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 855)

2.       25 oktyabr 2010-cu il tarixli 347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (“Azərbaycan” qəzeti, 20 oktyabr 2010-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 859)

3.       11 fevral 2011-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 376)

4.       31 yanvar 2018-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2018-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 58)

5.       4 oktyabr 2018-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1986)

6.       20 sentyabr 2021-ci il tarixli 1442 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 sentyabr 2021-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 982)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 yanvar 2018-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2018-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 58) ilə 2-ci hissədə “viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər” sözləri “vizanı Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində) ala bilərlər” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 fevral 2011-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 376) ilə 2.2-ci bənddə “Ali Məclisi sədrinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin” sözləri əlavə edilmişdir.

4 oktyabr 2018-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1986) ilə 2.2-ci bəndinə “rəisinin” sözündən sonra “, Azərbaycan Respublikası xarici işlər nazirinin” sözləri əlavə edilmişdir.

20 sentyabr 2021-ci il tarixli 1442 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 sentyabr 2021-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 982) ilə 2.2-ci bənddə “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 oktyabr 2010-cu il tarixli 343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 855) ilə 2.3-cü bəndinə “mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin” sözləri əlavə edilmişdir.

11 fevral 2011-ci il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 376) ilə 2.3-cü bənddən “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin,” sözləri çıxarılmışdır.

 

[4] 25 oktyabr 2010-cu il tarixli 347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 oktyabr 2010-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 859) ilə yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

[5] 4 oktyabr 2018-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1986) ilə 5.2-ci bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status