AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2010
QEYDİYYAT NÖMRƏSİ
119
ADI
"Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2010, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 563)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında

“Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 25 iyun 2010-cu il

    № 119

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların

 

SİYAHISI

 

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri. [2]

3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. “Eurovision” estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 iyul 2012-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 iyul 2012-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 785)

2.       20 may 2019-cu il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 963)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 may 2019-cu il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 963) ilə ləğv edilmişdir.

 

[2] 26 iyul 2012-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 iyul 2012-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 785) ilə “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Olimpiya, Dünya və Avropa çempionatları.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status