Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.8-ci maddəsinə əsasən və “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilsin (1 nömrəli əlavə).
[2]
2. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində, habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilsin (2 nömrəli əlavə).
[3]
3. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).
[4]
3-1. Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilsin (4 nömrəli əlavə).
[5]
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 iyun 2010-cu il
№ 120
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
[6]
|
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı
[7]
İxtisaslar
|
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı(manatla)
|
1
|
2
|
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
|
1710
|
Biologiya müəllimliyi
|
1850
|
Coğrafiya müəllimliyi
|
1710
|
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
|
1710
|
Fizika müəllimliyi
|
1850
|
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
|
1710
|
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)
|
1710
|
İbtidai sinif müəllimliyi
|
1710
|
İnformatika müəllimliyi
|
1710
|
Kimya müəllimliyi
|
1850
|
Kimya və biologiya müəllimliyi
|
1850
|
Korreksiyaedici təlim
|
1710
|
Məktəbəqədər təhsil
|
1710
|
Məktəbəqədər təlim və tərbiyə
|
1710
|
Musiqi müəllimliyi
|
1710
|
Riyaziyyat müəllimliyi
|
1710
|
Riyaziyyat və informatika müəllimliyi
|
1710
|
Tarix müəllimliyi
|
1710
|
Tarix və coğrafiya müəllimliyi
|
1710
|
Təhsildə sosial-psixoloji xidmət
|
1710
|
Təsviri incəsənət müəllimliyi
|
1710
|
Texnologiya müəllimliyi
|
1710
|
Xarici dil müəllimliyi (dillər üzrə)
|
1710
|
Rəqs müəllimliyi
|
1710
|
Beynəlxalq münasibətlər
|
2100
|
Dinşünaslıq
|
2100
|
Dövlət və ictimai münasibətlər
|
2100
|
Fəlsəfə
|
2100
|
Filologiya (dil və ədəbiyyat göstərilməklə)
|
2100
|
Hüquqşünaslıq
|
2100
|
İslamşünaslıq
|
2100
|
Jurnalistika
|
2100
|
Kitabxanaçılıq və informasiya fəaliyyəti
|
2100
|
Kitabxanaçılıq və informasiya
|
2100
|
Kitabşünaslıq
|
2100
|
Antropologiya
|
2100
|
Politologiya
|
2100
|
Psixologiya
|
2100
|
Regionşünaslıq (regionlar üzrə)
|
2100
|
Sosiologiya
|
2100
|
Tarix
|
2100
|
Tərcümə (dillər üzrə)
|
2100
|
Aktyor sənəti
|
2700
|
Bədii yaradıcılıq və ekran dramaturgiyası
|
1710
|
Teatrşünaslıq
|
1710
|
Kinoşünaslıq
|
1710
|
Bəstəkarlıq
|
8200
|
Dekorativ sənət
|
5200
|
Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
|
5200
|
Dirijorluq
|
8200
|
Dirijorluq (sahələr üzrə)
|
8200
|
Dizayn
|
2500
|
Dizayn (sahələr üzrə)
|
2500
|
Heykəltəraşlıq
|
6000
|
İnstrumental ifaçılıq
|
8200
|
İnstrumental ifaçılıq (sahələr üzrə)
|
8200
|
Solo oxuma
|
8200
|
Musiqişünaslıq
|
8200
|
Muzey, arxiv işi və abidələrin qorunması
|
1710
|
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
|
1710
|
Operator sənəti
|
2700
|
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
|
1710
|
Qrafika
|
6000
|
Rejissorluq
|
3600
|
Rəngkarlıq
|
6000
|
Sənətşünaslıq
|
2210
|
Sənətşünaslıq (sahələr üzrə)
|
2210
|
Vokal sənəti (sahələr üzrə)
|
8200
|
Estrada sənəti
|
1710
|
Xalq çalğı alətləri ifaçılığı
|
2700
|
Xoreoqrafiya sənəti (sahələr üzrə)
|
1980
|
Dünya iqtisadiyyatı
|
1710
|
Mühasibat uçotu və audit
|
1710
|
Sənayenin təşkili və idarə olunması
|
1710
|
Kommersiya
|
1710
|
Beynəlxalq ticarət və logistika
|
1710
|
Biznesin idarə edilməsi
|
1710
|
Davamlı inkişafın idarə edilməsi
|
1710
|
Dövlət və bələdiyyə idarəetməsi
|
1710
|
İqtisadiyyat
|
1710
|
Maliyyə
|
1710
|
Marketinq
|
1710
|
Menecment
|
1710
|
Mühasibat
|
1710
|
Statistika
|
1710
|
Biologiya
|
1850
|
Biotexnologiya
|
1850
|
Biotibbi texnologiya mühəndisliyi
|
2100
|
Coğrafiya
|
1850
|
Ekologiya
|
1850
|
Fizika
|
1850
|
Geologiya
|
1850
|
Hidrometeorologiya
|
1850
|
Kimya
|
1850
|
Kompüter elmləri
|
1850
|
Mexanika
|
1850
|
Riyaziyyat
|
1850
|
Kosmik texnologiyalar mühəndisliyi
|
2100
|
Kosmik texnika mühəndisliyi
|
2100
|
Kosmik idarəetmə sistemləri mühəndisliyi
|
2100
|
Aerokosmik mühəndislik
|
2100
|
Aqromühəndislik
|
2100
|
Aviasiya təhlükəsizliyi mühəndisliyi
|
2100
|
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
|
2100
|
Cihazqayırma mühəndisliyi
|
2100
|
Cihaz mühəndisliyi
|
2100
|
Dəniz naviqasiyası mühəndisliyi
|
2100
|
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
|
2100
|
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
|
2100
|
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
|
2100
|
Ekologiya mühəndisliyi
|
2100
|
Elektrik mühəndisliyi
|
2100
|
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
|
2100
|
Elektrik və elektronika mühəndisliyi
|
2100
|
Elektroenergetika mühəndisliyi
|
2100
|
Energetika mühəndisliyi
|
2100
|
İstilik energetikası mühəndisliyi
|
2100
|
Enerji maşınqayırma mühəndisliyi
|
2100
|
Gəmi energetik qurğularının istismarı mühəndisliyi
|
2100
|
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
|
2100
|
Hidrogeologiya mühəndisliyi
|
2100
|
Geologiya mühəndisliyi
|
2100
|
Geofizika mühəndisliyi
|
2100
|
Geologiya və geofizika mühəndisliyi
|
2100
|
Geodeziya və xəritəçilik mühəndisliyi
|
2100
|
Geomatika və geodeziya mühəndisliyi
|
2100
|
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
|
2100
|
Hava nəqliyyatının hərəkətinin təşkili
|
2100
|
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
|
2100
|
İnformasiya təhlükəsizliyi
|
2100
|
İnformasiya texnologiyaları
|
2100
|
İnşaat mühəndisliyi
|
2100
|
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
|
2100
|
Kimya mühəndisliyi
|
2100
|
Kommunikasiya sistemləri mühəndisliyi
|
2100
|
Kompüter mühəndisliyi
|
2100
|
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
|
2100
|
Maşın mühəndisliyi
|
2100
|
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
|
2100
|
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
|
2100
|
Materialşünaslıq mühəndisliyi
|
2100
|
Materiallar mühəndisliyi
|
2100
|
Dağ-mədən mühəndisliyi
|
2100
|
Mədən mühəndisliyi
|
2100
|
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
|
2100
|
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
|
2100
|
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
|
2100
|
Meliorasiya mühəndisliyi
|
2100
|
Memarlıq
|
2590
|
Metallurgiya mühəndisliyi
|
2100
|
Mexanika mühəndisliyi
|
2100
|
Mexatronika və robototexnika mühəndisliyi
|
2100
|
Mühəndis fizikası
|
2100
|
Neft-qaz qurğuları mühəndisliyi
|
2100
|
Neft-qaz mühəndisliyi
|
2100
|
Nəqliyyat mühəndisliyi
|
2100
|
Nəqliyyat tikintisi mühəndisliyi
|
2100
|
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
|
2100
|
Qida məhsulları mühəndisliyi
|
2100
|
Qida mühəndisliyi
|
2100
|
Çoxişlənən malların texnologiyası mühəndisliyi
|
2100
|
İstehlak mallarının ekspertizası və marketinqi
|
2100
|
Poliqrafiya mühəndisliyi
|
2100
|
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
|
2100
|
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
|
2100
|
Radiotexnika və telekommunikasiya mühəndisliyi
|
2100
|
Şəhərsalma
|
2100
|
Sənaye mühəndisliyi
|
2100
|
Uçuş mühəndisliyi
|
2100
|
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
|
2100
|
Yanğın təhlükəsizliyi mühəndisliyi
|
2100
|
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
|
2100
|
Aqronomluq
|
2100
|
Aqromühəndislik
|
2100
|
Bağçılıq və tərəvəzçilik
|
2100
|
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
|
2100
|
Balıqçılıq
|
2100
|
Baytarlıq
|
2100
|
Baytarlıq təbabəti
|
2100
|
Bitki mühafizəsi
|
2100
|
Meşəçilik
|
2100
|
Şərabçılıq
|
2100
|
Su bioehtiyatları və akvabitkilər
|
2100
|
Su bioehtiyatları və akvakultura
|
2100
|
Torpaqşünaslıq və aqrokimya
|
2100
|
Yer quruluşu, torpaq və şəhər kadastrı
|
2100
|
Yerquruluşu və daşınmaz əmlakın kadastrı
|
2100
|
Zootexniklik
|
2100
|
Zoomühəndislik
|
2100
|
Bədən tərbiyəsi və idman
|
2340
|
Bədən tərbiyəsi və idmanda reabilitasiya
|
2340
|
Əczaçılıq
|
4800
|
Fizioterapiya və tibbi reabilitasiya
|
4800
|
İdman menecmenti və kommunikasiya
|
2340
|
Məşqçi (idman növü üzrə)
|
2340
|
Məşqçilik
|
2340
|
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)
|
2100
|
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
|
2100
|
Sosial iş
|
1710
|
Tibb bacısı işi
|
4800
|
Turizm və otelçilik
|
2100
|
Turizm bələdçiliyi
|
2100
|
Turizm işinin təşkili
|
2100
|
Hərbi tibb
|
5400
|
Hərbi həkim işi
|
5400
|
Müalicə işi
|
5400
|
İctimai səhiyyə
|
4800
|
Stomatologiya
|
4800
|
Tibbi profilaktika
|
4800
|
Tibb
|
5400
|
Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı
|
2100
|
Hərbi kompozisiya materialları mühəndisliyi
|
2100
|
Hərbi rabitə vasitələri mühəndisliyi
|
2100
|
Optotexnika
|
2100
|
Optotexnika mühəndisliyi
|
2100
|
Pirotexniki vasitələrin texnologiyası
|
2100
|
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
|
2100
|
Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri
|
2100
|
Xüsusi təyinatlı texnika və sistemlər
|
2100
|
Sərhəd təhlükəsizliyi və idarəetmə
|
2100
|
Silah və silah sistemlərinin istehsalı texnologiyası
|
2100
|
Silah və silah sistemləri mühəndisliyi
|
2100
|
Sistem mühəndisliyi
|
2100
|
Sistemlər mühəndisliyi
|
2100
|
İnformasiya-təhlil fəaliyyəti
|
2100
|
İctimai təhlükəsizlik
|
2100
|
İctimai təhlükəsizlik və idarəetmə
|
2100
|
Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
|
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində, habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı
[8]
(manatla)
|
|
İxtisaslar
|
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı
[9]
|
1
|
2
|
Fizika müəllimliyi
|
1930
|
Biologiya müəllimliyi
|
|
Kimya müəllimliyi
|
|
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
|
1790
|
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
|
|
Xarici dil müəllimliyi (dillər üzrə)
|
|
Riyaziyyat müəllimliyi
|
|
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)
|
|
Texnologiya müəllimliyi
|
|
Musiqi müəllimliyi
|
|
Tarix müəllimliyi
|
|
Coğrafiya müəllimliyi
|
|
İnformatika müəllimliyi
|
|
Təsviri incəsənət müəllimliyi
|
|
İbtidai sinif müəllimliyi
|
|
Korreksiyaedici təlim
|
|
Məktəbəqədər təlim və tərbiyə
|
|
Təhsildə sosial-psixoloji xidmət
|
|
Pedaqogika
|
|
Filologiya
|
2180
|
Fəlsəfə
|
|
Tərcümə
|
|
Jurnalistika
|
|
Kitabşünaslıq
|
|
Tarix
|
|
Antropologiya
|
2180
|
Politologiya
|
|
Psixologiya
|
|
Sosiologiya
|
|
Regionşünaslıq
|
|
Hüquqşünaslıq
|
|
Beynəlxalq münasibətlər
|
|
Dinşünaslıq
|
|
Kitabxanaçılıq və informasiya
|
|
Dövlət və ictimai münasibətlər
|
|
İslamşünaslıq
|
|
Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
|
|
İnstrumental ifaçılıq
|
3900
|
Solo oxuma
|
|
Dirijorluq
|
|
Bəstəkarlıq
|
|
Musiqişünaslıq
|
|
Xalq çalğı alətləri ifaçılığı
|
3980
|
Xoreoqrafiya sənəti
|
2520
|
Estrada sənəti
|
2180
|
Teatrşünaslıq
|
|
Bədii yaradıcılıq və ekran dramaturgiyası
|
|
Kinoşünaslıq
|
|
Operator sənəti
|
|
Dünya iqtisadiyyatı
|
1790
|
Mühasibat uçotu və audit
|
|
Maliyyə
|
|
İqtisadiyyat
|
|
Sənayenin təşkili və idarə edilməsi
|
|
Statistika
|
|
Menecment
|
|
Marketinq
|
|
Biznesin idarə edilməsi
|
|
Dövlət və bələdiyyə idarəetməsi
|
|
Kommersiya
|
|
Davamlı inkişafın idarə edilməsi
|
|
Riyaziyyat
|
1920
|
Mexanika
|
|
Fizika
|
|
Kimya
|
|
Biologiya
|
|
Coğrafiya
|
1920
|
Hidrometeorologiya
|
|
Geologiya
|
|
Kompüter elmləri
|
|
Ekologiya
|
|
Materialşünaslıq mühəndisliyi
|
2180
|
Geologiya mühəndisliyi
|
|
Hidrogeologiya mühəndisliyi
|
|
Geofizika mühəndisliyi
|
|
Dağ-mədən mühəndisliyi
|
|
Neft-qaz mühəndisliyi
|
|
Neft-qaz qurğuları mühəndisliyi
|
|
Elektroenergetika mühəndisliyi
|
|
İstilik energetikası mühəndisliyi
|
|
Enerji maşınqayırması mühəndisliyi
|
|
Metallurgiya mühəndisliyi
|
|
Maşın mühəndisliyi
|
|
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
|
|
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
|
|
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
|
|
Uçuş mühəndisliyi
|
|
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
|
|
Dəniz texnikası və texnologiyası mühəndisliyi
|
|
Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
|
|
Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
|
|
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
|
|
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
|
|
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
|
|
Cihazqayırma mühəndisliyi
|
|
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
|
|
Elektrik mühəndisliyi
|
|
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
|
|
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
|
|
Mexatronika və robototexnika mühəndisliyi
|
|
Mexanika mühəndisliyi
|
2180
|
Kompüter mühəndisliyi
|
|
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
|
|
İnşaat mühəndisliyi
|
|
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
|
|
Nəqliyyat tikintisi mühəndisliyi
|
|
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
|
|
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
|
|
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
|
|
Geodeziya və xəritəçilik mühəndisliyi
|
|
Kimya mühəndisliyi
|
|
Qida məhsulları mühəndisliyi
|
|
Çoxişlənən malların texnologiyası mühəndisliyi
|
|
İstehlak mallarının ekspertizası və marketinqi
|
|
Poliqrafiya mühəndisliyi
|
|
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
|
|
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
|
|
Biotibbi texnika mühəndisliyi
|
|
Ekologiya mühəndisliyi
|
|
Yanğın təhlükəsizliyi mühəndisliyi
|
|
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
|
|
Kosmik texnika və texnologiyalar mühəndisliyi
|
|
Silah və silah sistemlərinin istehsal texnologiyası
|
|
Optotexnika
|
|
Pirotexniki vasitələrin texnologiyası
|
|
Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri
|
|
Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı
|
|
İnformasiya təhlükəsizliyi
|
|
Hərbi və dövlət müdafiəsini idarəetmə
|
|
Xüsusi təyinatlı texnika və sistemlər
|
2180
|
Sərhəd təhlükəsizliyi və idarəetmə
|
|
İctimai təhlükəsizlik
|
|
İnformasiya-təhlil fəaliyyəti
|
|
Torpaqşünaslıq və aqrokimya
|
3210
|
Aqronomluq
|
|
Zootexniklik
|
|
Baytarlıq
|
|
Yer quruluşu, torpaq və şəhər kadastrı
|
|
Aqromühəndislik
|
|
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
|
|
Meşəçilik
|
|
Su bioehtiyatları və akvabitkilər
|
|
Turizm və otelçilik
|
|
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)
|
|
Sosial iş
|
2820
|
Bədən tərbiyəsi və idman
|
2600
|
Sənətşünaslıq
|
2210
|
Aktyor sənəti
|
3400
|
Dekorativ sənət
|
5200
|
Rejissorluq
|
3900
|
Dizayn
|
2500
|
Rəngkarlıq
|
6000
|
Qrafika
|
6000
|
Heykəltəraşlıq
|
6000
|
Memarlıq
|
2600
|
Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:
|
|
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar
|
5600
|
rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar
|
5600
|
Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.
[10]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 nömrəli əlavə
|
Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi
[11]
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
[12]
1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir.
[13]
1.3. Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi həm bakalavriat və əsas (baza ali) tibb təhsili, həm magistratura, doktorantura (dissertantlıq istisna olmaqla) və rezidentura səviyyələrini, həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsini əhatə edir. Ali təhsil müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə, rezidentura isə magistratura səviyyəsinə bərabər tutulur.
[14]
1.4. Mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
1.5. Dövlət sifarişi ilə ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
2. Əsas anlayışlar
Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
dövlət sifarişi — ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində elm sahələri üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayı;
[15]
dövlət sifarişi əsasında maliyyələşdirmə — dövlət sifarişi çərçivəsində təhsil almaq hüququnu əldə edən şəxslərin təhsil xərclərinin adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilməsi;
adambaşına maliyyələşdirmə prinsipi — ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilməsi.
[16]
3. Adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi
3.1. Adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi hər bir təhsilalana düşən illik təhsil xərclərinin, müvafiq ixtisasların və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində elm sahələrinin xüsusiyyətləri nəzərə alınmaqla, hesablanması üçün istifadə edilən formul və prosedurları məcmu şəkildə özündə əks etdirən metodikaya əsaslanır.
[17]
3.2. Beynəlxalq müqavilələrə əsasən Azərbaycan dövlətinin hesabına təhsil alan əcnəbilər üçün adambaşına illik təhsil xərclərinin hesablanması zamanı beynəlxalq müqavilələrin şərtlərindən asılı olaraq, digər xərclər də nəzərə alınır.
[18]
4. Dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi
4.1. Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Hər il noyabrın 1-dək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə növbəti tədris ili üçün razılaşdırılmış təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
[19]
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) təqdim etdikləri təkliflər əsasında hər il aprelin 1-dək növbəti tədris ili üçün müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə tələbə qəbulunu müəyyən edir.
[20]
4.3. Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər il oktyabrın 1-dək növbəti tədris ili üzrə təkliflərini Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.
[21]
4.4. Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, keçirilən qəbul imtahanları nəticəsində müəyyən edilir. Əyani təhsilalma formasında tədrisə qismən cəlb olunan tələbənin dövlət sifarişi əsasında maliyyələşdirilməsinə icazə verilmir.
[22]
4.5. Dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslərə Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq identifikasiya kodu verilir.
[23]
4.6. Ali təhsil müəssisələrinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişində iştirak etmək istəyən ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının seçimində sərbəstdirlər.
[24]
4.7. Dövlət sifarişi yerləri tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qaldığı halda, Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin yerlərə eyni ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi, eyni ixtisas (ixtisaslaşma) üzrə təhsilalan olmadıqda isə eyni ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi yerləşdirir.
Qeyd. Bu Qaydaların 4.7-ci bəndində “ixtisas” və “ixtisas qrupu” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda və 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda qeyd olunan ixtisaslar və ixtisas qrupları nəzərdə tutulur.
[25]
5. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri
5.1. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri bu Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən nümunəvi müqavilələr əsasında müəyyənləşdirilir.
5.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında hər il sentyabrın 15-dək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisələri arasında isə hər il oktyabrın 15-dək bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.
[26]
5.3. Bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında isə hər il oktyabrın 15-dək bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.
5.4. Dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətinə uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir.
[27]
5.5. Dövlət sifarişi əsasında maliyyələşmə qeyd olunmuş müddətdən çox ola bilməz.
5.6. Dövlət sifarişi əsasında maliyyələşmə aşağıdakı hallarda müvəqqəti olaraq dayandırılır:
- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (2 ildən çox olmayaraq);
- ailə vəziyyəti və səhhəti imkan vermədikdə (2 ildən çox olmayaraq);
- sosial məzuniyyətdə olduqda (qanunvericiliklə müəyyən olunmuş müddətə);
- xaricdə təhsil aldıqda (1 ildən çox olmayaraq);
- ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanılan müqavilələr çərçivəsində tələbə təhsilini xaricdə davam etdirdikdə (müqavilədə göstərilən təhsil müddətinə).
[28]
5.7. Dövlət sifarişi əsasında maliyyələşmədən məhrum edilmə aşağıdakı hallarda baş verə bilər:
- təhsilalan təhsilini davam etdirmədikdə (5.6-cı bənd istisna olmaqla);
- təhsilalan ali təhsil müəssisəsindən və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından xaric edildikdə (digər ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına köçürülmə ilə bağlı xaric olunma istisna olmaqla);
[29]
- təhsilalan bu Qaydaların 5.6-cı bəndində qeyd olunan hallarda göstərilən müddətlərdən çox təhsilinə fasilə verdikdə;
- təhsilalan ixtisasını dəyişdikdə (bu Qaydaların 5.6-cı bəndində göstərilən səbəblərə görə müvəqqəti təhsilini dayandırmış şəxslər təhsilini davam etdirmək istədikdə, həmin ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında eyni ixtisas üzrə mütəxəssis hazırlığı aparılmadığı hallar istisna olmaqla);
[30]
- dövlət sifarişi əsasında maliyyələşmə müddəti bitdikdə;
- əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növündən tədrisə qismən cəlb olunma (parttime) növünə keçdikdə.
[31]
Dövlət sifarişi əsasında maliyyələşməsi müvəqqəti olaraq dayandırılan təhsilalanın təhsilinin yenidən dövlət sifarişi əsasında maliyyələşdirilməsi yalnız həmin təhsilalanın bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş hallara görə təhsilə fasilə verməsi müəyyən edildiyi təqdirdə mümkündür.
5.8. Dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur. Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses müvafiq qaydada rəsmiləşdirilir. Təhsilalan bu Qaydalarda nəzərdə tutulduğu halda dövlət sifarişi əsasında maliyyələşdirmədən məhrum edilərsə, 7 iş günü müddətində ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Dövlət İmtahan Mərkəzinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bildiriş təqdim olunur.
[32]
5.9. Dövlət sifarişi əsasında maliyyələşmə hüququnu əldə etmiş təhsilalan mülkiyyət formasından asılı olmayaraq, müəyyən ixtisas üzrə dövlət sifarişində iştirak edən hər hansı ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında eyni ixtisas üzrə təhsilini davam etdirdiyi təqdirdə, dövlət sifarişi əsasında maliyyələşmə dayandırılmır.
[33]
6. Dövlət sifarişi əsasında maliyyələşmənin səmərəliliyinə nəzarət
Dövlət sifarişində iştirak edən ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında maliyyələşmənin səmərəliliyinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi və aidiyyəti nazirliklər həyata keçirir.
“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na
1 nömrəli ƏLAVƏ
[34]
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında
NÜMUNƏVİ ÇƏRÇİVƏ MÜQAVİLƏSİ
[35]
Bakı şəhəri
|
“_____”__________________ 20___ il
|
Bir tərəfdən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər tərəfdən, ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası
____________________________________________________________________________
(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)
birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
[36]
1.2. Bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsinə 2020-ci ildən başlayaraq qəbul olunanlara münasibətdə hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
[37]
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür.
[38]
2.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:
2.2.1. ali təhsil müəssisəsindən və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
2.2.2. ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.
2.3. Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. 2.3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
2.3.3. ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək;
2.3.4. hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarının ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə təqdim etmək;
[40]
2.3.5. təhsilalanlara təqaüdlərin və qanunvericiliklə müəyyən olunmuş digər xərclərin ödənilməsini təmin etmək;
2.3.6. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;
2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.
2.4. Ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Xərclərin məbləği və ödəniş qaydası
3.1. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına tərəflər arasında bağlanmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.
3.3. Bir təhsilalana müəyyən edilmiş xərclər ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə ödənilir.
4. Fors-major
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən məlumatı təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Bildirişin göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz qüvvənin təsiri 2 (iki) aydan çox davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəf isə bu Müqavilənin şərtlərinə müvafiq olaraq, məlumatlandıraraq poza bilər.
5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi barədə digər tərəfin imtina etməsi barədə məlumat aldıqda və ya həmin məlumatda göstərilmiş vaxt göstərilmədikdə və 30 (otuz) iş günü müddətində ondan cavab almadıqda, Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.
5.4. Müqaviləyə vaxtından əvvəl xitam verilərkən, ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında dövlət sifarişi əsasında təhsil alanlar təhsil aldıqları ixtisaslar və onların istəkləri nəzərə alınmaqla, digər ali təhsil müəssisələrinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına köçürülürlər.
[41]
6. Mübahisəli məsələlərin həlli
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
7. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.
9. Digər şərtlər
9.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti _______________ tarixinədəkdir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında dövlət sifarişi əsasında təhsil alan təhsilalan olarsa, həmin Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə və eyni müddətə uzadılır.
9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi müvafiq ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında, digər nüsxəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.
10. Tərəflərin rekvizitləri və imzaları
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikası, Bakı şəhəri A31008, Xətai pr., 49
Tel: (+99412) 496-35-55
VÖEN 1500046011
h/h 137010002944
Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı
SWIFT BIK_IBAZAZ 2X
Bankın VÖENi 9900001881
|
Ali təhsil müəssisəsi və ya Azərbaycan Milli Elmlər Akademiyası
[42]
______________________________________
(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)
_____________________________________
______________________________________
|
______________________________________
(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
______________________________________
______________________________________
imza _________________________________
|
______________________________________
(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
______________________________________
imza
______________________________________
|
“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na
2 nömrəli ƏLAVƏ
[43]
|
Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında
NÜMUNƏVİ FƏRDİ MÜQAVİLƏ № _______
Bakı şəhəri
|
“_____”__________________ 20___ il
|
Bir tərəfdən, ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası və digər tərəfdən, dövlət sifarişi ilə təhsil alacaq təhsilalan
_____________________________________________________________________________
(soyadı, adı, atasının adı)
birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəaları nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
[44]
1.2. Bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsinə 2020-ci ildən başlayaraq qəbul olunanlara münasibətdə hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
[45]
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.
[46]
2.2. Ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.3.2. ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının daxili intizam və davranış qaydalarına riayət etmək;
2.3.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq;
2.3.4. ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.3.5. öz hərəkətləri ilə ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.3.6. ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;
2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına 5 (beş) təqvim günü müddətində məlumat vermək.
2.4. Təhsilalanın ali təhsil müəssisəsindən və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Xərclərin məbləği və ödəniş qaydası
3.1. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.2. Bu Müqaviləyə uyğun olaraq, ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.
3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasını dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
4. Fors-major
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.
5.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasını dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.
5.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.
6. Mübahisəli məsələlərin həlli
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.
7. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9. Digər şərtlər
9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında dövlət sifarişi əsasında təhsilalan olarsa, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.
9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılır.
10. Tərəflərin rekvizitləri və imzaları
|
Təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası
______________________________________
(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
______________________________________
imza _________________________________
|
Təhsilalan
______________________________________
(soyadı, adı, atasının adı)
Yaşadığı yer: Azərbaycan Respublikası
______________________________________
ünvan: ______________ küçəsi, ev № _____
mənzil № __________, tel: _______________
pasport/şəx.vəsiqəsi ____________________
seriya ________________________________
imza _________________________________
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 239 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
4 nömrəli əlavə
|
Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil
xərclərinin miqdarı
Elm sahələri
|
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
|
1
|
2
|
Riyaziyyat
|
2210
|
Mexanika
|
2210
|
Astronomiya
|
2210
|
Fizika
|
2210
|
Kimya
|
2210
|
Biologiya elmləri
|
2210
|
Yer elmləri
|
3640
|
Aqrar elmlər
|
3640
|
Tibb elmləri
|
5980
|
Texnika elmləri
|
2470
|
Əczaçılıq elmləri
|
5980
|
Antropologiya
|
2470
|
İqtisad elmləri
|
2080
|
Coğrafiya
|
2210
|
Tarix
|
2470
|
Hüquq elmləri
|
2470
|
Filologiya elmləri
|
2470
|
Pedaqogika
|
2080
|
Siyasi elmlər
|
2470
|
Psixologiya
|
2470
|
Sənətşünaslıq
|
2470
|
Sosiologiya
|
2470
|
1
|
2
|
Memarlıq
|
2990
|
Fəlsəfə
|
2470
|
Milli təhlükəsizlik və hərbi elmlər
|
2470
|
Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 yanvar 2012-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 30)
2.
16 noyabr 2012-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1208)
3.
13 sentyabr 2013-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1133)
4.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
5.
01 aprel 2015-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466)
6.
13 avqust 2015-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964)
7.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
8.
23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)
9.
18 aprel 2017-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 642)
10.
7 mart 2018-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 590)
11.
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431)
12.
3 oktyabr 2019-cu il tarixli 428 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1675)
13.
4 mart 2020-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 342)
14.
6 iyul 2020-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 969)
15.
17 iyul 2020-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 984)
16.
19 aprel 2021-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 401)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431) ilə adına, preambulasına və 2-ci hissəsinə ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilmişdir.
[2]
13 avqust 2015-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 1-ci hissədə “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz edilmişdir.
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431) ilə 1-ci hissədə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilmişdir.
6 iyul 2020-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 969) ilə 1-ci hissəyə “təhsil xərclərinin” sözlərindən əvvəl “illik” sözü əlavə edilmişdir.
[3]
01 aprel 2015-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466) ilə 2-ci və 3-cü hissələrə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilmişdir.
13 avqust 2015-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 2-ci hissədə “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilmişdir.
6 iyul 2020-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 969) ilə 2-ci hissədə “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən” sözləri “magistratura və rezidentura səviyyələrində, habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə hər bir təhsilalana düşən illik” sözləri ilə əvəz edilmişdir.
[4]
13 avqust 2015-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 3-cü hissədə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilmişdir.
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431) ilə 3-cü hissəyə “müəssisələrində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilmişdir, “tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində” sözləri “əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri ilə əvəz edilmişdir.
17 iyul 2020-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 984) ilə 3-cü hissədə “bakalavriat və magistratura” sözləri “bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.
[5]
6 iyul 2020-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 969) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.
[6]
16 noyabr 2012-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1208) ilə 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən
TƏHSİL XƏRCLƏRİNİN MİQDARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən
TƏHSİL XƏRCLƏRİNİN MİQDARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|