AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.07.2010
QEYDİYYAT NÖMRƏSİ
136
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2010, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 702)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.07.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli, 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 262 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli, 228 saylı qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar”ın 3.6.1-ci bəndinin on dördüncü abzasında “yeni çəkilmiş” sözlərindən sonra “elektrik,” sözü və aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

“Yaşayış binalarını, o cümlədən mənzilləri elektrik, qaz və su sayğacları ilə təchiz etdikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim etmək.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli, 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 869; 2007-ci il, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008-ci il, № 2, maddə 116; 2009-cu il, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010-cu il, № 3, maddə 264, № 4, maddə 359) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na aşağıdakı məzmunda 40-cı bənd əlavə edilsin:

“40. Yaşayış binalarının, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli, 272 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1111; 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər;”.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 16 iyul 2010-cu il

                    № 136

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status