AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.08.2010
QEYDİYYAT NÖMRƏSİ
149
ADI
“Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2010, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 758)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.08.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli, 275 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 17 avqust 2010-cu il

                  № 149

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları (bundan sonra — Qaydalar) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli, 275 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra — İnformasiya Sistemləri) fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində (bundan sonra — Dövlət Reyestri) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydalarını müəyyən edir.

1.3. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra — Reyestr operatoru) tərəfindən həyata keçirilir. [1]

1.4. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, İnformasiya Sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

1.5. İnformasiya Sistemləri ayrı-ayrılıqda dövlət qeydiyyatına alınır.

1.6. Dövlət qeydiyyatı ləğv edilmiş İnformasiya Sistemləri haqqında məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilir.

1.7. Dövlət qeydiyyatı ləğv edilmiş İnformasiya Sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi qadağandır və həmin sistemlərdə olan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməlidir.

 

2. İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər

 

2.1. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması üçün yalnız mülkiyyətçi və ya operator (bundan sonra — Müraciətedən) ərizə ilə Reyestrin operatoruna müraciət edir (1 nömrəli əlavə).

2.2. Müraciətedən müvafiq formanı (bundan sonra — Qeydiyyat kartı) dolduraraq, ərizə ilə birlikdə Reyestr operatoruna təqdim edir (2 nömrəli əlavə).

 

3. İnformasiya sisteminin dövlət qeydiyyatına alınması

 

3.1. Reyestrin operatoru İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması üçün Müraciətedən tərəfindən təqdim edilən sənədləri qəbul edir, xüsusi kitabda qeydə alır, yoxlayır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq qeydə alındığı gündən başlayaraq, bir ay müddətində:

İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edir;

İnformasiya Sistemi haqqında məlumatları Dövlət Reyestrinə daxil edir;

Müraciətedənə Dövlət Reyestrindən çıxarış verir (3 nömrəli əlavə) .

3.2. Qeydiyyat üçün lazım olan sənədlər elektron formada da təqdim edilə bilər və bu zaman gücləndirilmiş elektron imza ilə imzalanmalıdır. Bu halda elektron formada göndərilmiş sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti Reyestrin operatoruna təqdim edildikdən sonra İnformasiya Sisteminin qeydiyyatı barədə qərar qüvvəyə minir.

3.3. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Reyestrin operatoru bu barədə Müraciətedənə 5 iş gün ərzində yazılı məlumat verir.

3.4. Çatışmazlıqlar Müraciətedən tərəfindən aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra bir ay müddətində müvafiq qərar qəbul edilir.

3.5. Reyestrin operatoru zərurət yarandıqda, İnformasiya Sistemi haqqında Müraciətedən tərəfindən təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya Sistemi ilə bilavasitə tanış ola bilər.

3.6. Qeydiyyat məlumatlarında hər hansı dəyişiklik olarsa, mülkiyyətçi bu barədə məlumatları 3 iş günü müddətində Reyestrin operatoruna təqdim etməlidir.

 

4. İnformasiya sistemlərinin dövlət qeydiyyatının ləğv edilməsi

 

4.1. Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını aşağıdakı hallarda ləğv edir:

4.1.1. mülkiyyətçi tərəfindən İnformasiya Sisteminin dövlət qeydiyyatının ləğvinə dair müvafiq ərizə təqdim edildikdə (1 nömrəli əlavə);

4.1.2. bu barədə müvafiq məhkəmə aktı olduqda;

4.2. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinə dair tələblər il ərzində təkrar pozulduqda, Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını ləğv edə bilər.

4.3. İnformasiya Sistemlərinin dövlət qeydiyyatı aşağıdakı hallarda öz hüquqi qüvvəsini itirir:

4.3.1. dövlət və ya yerli özünüidarə orqanı, hüquqi şəxs olan mülkiyyətçi ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;

4.3.2. mülkiyyətçi dövlət qeydiyyatından keçirilmiş İnformasiya Sistemini başqasının mülkiyyətinə verdikdə.

4.4. İnformasiya Sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə, Reyestrdən çıxarış qüvvədən düşmüş hesab edilir və Reyestrin operatoruna geri qaytarılmalıdır.

 

5. Mövcud informasiya sistemlərinin dövlət qeydiyyatına alınması

 

Qanunun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan İnformasiya Sistemləri bu Qaydalar qüvvəyə mindikdən sonra ən geci 1 (bir) il müddətində dövlət qeydiyyatından keçirilməlidir.

 

6. Keçid müddəa

 

İnformasiya Sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasından keçirilməsi barədə ekspert rəyi Azərbaycan Respublikasında belə dövlət ekspertizasının keçirilməsi qaydası müəyyənləşdirildikdən sonra təqdim edilir.

 


 

 

"Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na

1 nömrəli ƏLAVƏ

 

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üçün

 

ƏRİZƏNİN FORMASI

 

1. ____________________________________________________________________________

(müraciətedənin tam adı)

__________________________________________________________________________

(rəhbərin vəzifəsi, soyadı, adı)

şəxsində

2. İnformasiya Sisteminin tam adı: ___________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

3. İnformasiya Sisteminin: (müvafiq olanı qeyd etməli):

□ dövlət qeydiyyatına alınmasını;

□ ____________ №-li dövlət qeydiyyatında düzəliş edilməsini;

□ ____________ №-li qeydiyyatının ləğv edilməsini

xahiş edirik.

4. "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları" ilə tanış olmuşuq.

5. Təşkilati məsələlər və sənədlərə baxılması prosesində operativ əlaqəyə məsul şəxs:

soyadı, adı: _______________________________________________________________

vəzifəsi: _________________________________________________________________

tel.: ___________________ faks: ___________________ e-mail: ___________________

6. Müraciətedənin rekvizitləri:

hüquqi ünvanı: ____________________________________________________________

poçt ünvanı: ______________________________________________________________

internet ünvanı:

http:// _____________________________________________________________________

tel.: ___________________ faks: ___________________ e-mail: ___________________

7. Əlavə olunan sənədlərin siyahısı:

7.1. İnformasiya Sisteminin Qeydiyyat kartı ___________________________________

7.2. __________________________________________________________________________

7.3. __________________________________________________________________________

8. Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

M.Y.

 

_____________________________________

(müraciətedənin imzası)

"____" __________________ 20___ il

_____________________________________

(rəhbərin soyadı, adı)

 

Qeydlər: 1. Müraciətedən hüquqi şəxs olduqda, ərizə möhürlə təsdiq edilir.

2. Məlumat elektron formada təqdim edilərsə, gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Əgər real vaxt rejimində (on-line) doldurulma tətbiq edilərsə, bu zaman autentifikasiya mexanizmi istifadə edilməlidir.

 


 

 

"Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na

2 nömrəli ƏLAVƏ

 

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə

 

QEYDİYYAT KARTININ FORMASI

 

1.

İnformasiya Sisteminin tam adı

 

2.

İnformasiya Sisteminin qısa adı

 

3.

İnformasiya Sisteminin təyinatı (siyahıdan seçməli)

□ məlumat-sorğu

□ kargüzarlıq-sənəd dövriyyəsi

□ uçot-statistika

□ təhlil-proqnoz

□ nəzarət-idarəetmə

□ arxivləşdirmə

□ qeydiyyat-axtarış

□ digər

4.

İnformasiya Sisteminin yaradılma üsulu (siyahıdan seçməli)

□ formalaşdırma

□ alınma

□ digər

5.

İnformasiya Sisteminin tətbiq sahəsi (siyahıdan seçməli)

□ iqtisadi

□ sosial

□ hüquq

□ ümumi

□ elmi tədqiqat

□ demoqrafiya və miqrasiya

□ arxiv

□ digər

6.

İnformasiya Sistemində məlumatları işlənilən subyektlərin kateqoriyaları (siyahıdan seçməli)

□ fiziki şəxslər

□ hüquqi şəxslər

□ digər

7.

İnformasiya Sisteminin tipi (siyahıdan seçməli)

□ lokal (idarədaxili)

□ idarələrarası

□ ümumi istifadəli

□ xüsusi və ya məhdud istifadəli

□ digər

8.

İnformasiya Sistemində işlənilən fərdi məlumatların kateqoriyaları

□ açıq

□ konfidensial

□ xüsusi

9.

Aktuallaşdırma dövrü (siyahıdan seçməli)

□ illik

□ yarımillik

□ rüblük

□ aylıq

□ dekadalıq

□ həftəlik

□ gündəlik

□ məlumatlar daxil olduqca

10.

İstismara verilmə tarixi

 

11.

Fərdi məlumatların toplanmasına və işlənməsinə başlandığı tarix

 

12.

Yaradılması haqqında sənədin növü (qanun, fərman, sərəncam, qərar, müqavilə, protokol, əmr, göstəriş və s.), adı, tarixi və qeydiyyat nömrəsi

 

13.

İnformasiya Sisteminin əsas funksiyaları (siyahıdan seçməli)

□ toplanılma

□ işlənilmə

□ mühafizə

14.

İnformasiya Sistemindən istifadə olunmaqla, əhaliyə göstərilə bilən elektron xidmətlərin əhatə dairəsi (sadalamalı)

1

2

3

...

15.

Fərdi məlumatların işlənmə məqsədi və nəzərdə tutulan üsulları

1

2

3

...

16.

İnformasiya ehtiyatının məlumat mənbələri (sadalamalı)

1

2

3

...

17.

İnformasiya Sisteminin tərkib hissələri, o cümlədən funksional altsistemləri, habelə ayrıca toplanılan informasiya ehtiyatları, korporativ seqmentləri, kompüter şəbəkələri və s. (sadalamalı)

1

2

3

...

18.

İnformasiya Sisteminin istehsalçısının adı

 

19.

İnformasiya Sisteminə, onun tərkibinə daxil olan Əməliyyat Sistemi, Verilənlər Bazasının İdarəetmə Sistemi və digər proqram-texniki təminat, o cümlədən informasiyanın mühafizə vasitələrinə aid olan lisenziya, sertifikat, şəhadətnamə, (nömrələr, verilmə tarixi, qüvvədə olma müddəti, kimin adına verilib, kim tərəfindən verilib) (sadalamalı)

1.

2.

3.

...

20.

İnformasiya Sisteminin istismarı zamanı mülkiyyətçinin fərdi məlumatların mühafizəsi ilə bağlı öhdəsinə götürdüyü tədbirlər

1.

2.

3.

...

21.

Fərdi məlumatların istifadəçilərinin dairəsi

 

22.

İnformasiya Sistemindən istifadə edən kənar istifadəçilərin siyahısı (təşkilat, informasiya sistemi, istifadəyə əsas verən sənədlərin siyahısı)

1.

2.

3.

...

23.

Digər əlaqəli informasiya sistemləri, həmin sistemlərlə informasiya mübadiləsi üsulları və mübadilə edilən məlumatların kateqoriyaları

1.

2.

3.

...

24.

Kənar istifadəçilər üçün həyata keçirilən informasiya xidmətlərinin siyahısı (məlumatların formalaşdırılması və ötürülməsi)

Sıra №-si

Xidmətin adı və kateqoriyası

Xidmətin istifadəçiləri (təşkilat)

Qeyd

1.

 

 

 

2.

 

 

 

...

 

 

 

25.

İnformasiya Sisteminin istifadəçiləri (sadalamalı)

1.

2.

...

26.

İnformasiya ehtiyatının fəaliyyətinin təmin edilməsi üçün istifadə olunan digər informasiya sistemlərinin adları, onlarla mübadilə üsulları və uzlaşdırma rekvizitləri (FİN, sənədin qeydiyyat nömrəsi, açar sözlər və sair) (sadalamali)

1.

2.

...

27.

Fərdi məlumatların toplanmasına və işlənməsinə nəzarət və audit mexanizmləri

1.

2.

...

28.

Fərdi məlumatlar subyektlərinin hüquqlarının təmin edilməsi qaydaları

 

29.

Digər dövlətlərə, habelə beynəlxalq təşkilatlara transsərhəd ötürülən fərdi məlumatların kateqoriyaları

□ açıq

□ konfidensial

□ xüsusi

 


 

 

"Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na

3 nömrəli ƏLAVƏ

 

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən

 

ÇIXARIŞIN FORMASI

 

№ ________

__________________________________________________________________________

(informasiya sisteminin tam adı)

__________________________________________________________________________

(müraciətedənin tam adı)

__________________________________________________________________________

__________________________________________________________________________

"____" ______________ 20__ il tarixdə qeyd olunan İnformasiya Sistemi dövlət qeydiyyatına alınmışdır.

Çıxarış İnformasiya Sisteminin dövlət qeydiyyatı ləğv edildikdən sonra 3 gün müddətində geri qaytarılmalıdır.

Reyestrin operatoru

 

M.Y.

_________________________

_____________________________________

 

(imza)

(vəzifəsi, soyadı, adı)

 

"___"____________ 20___ il

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

2.       21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)

3.       4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status