AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.02.2003
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2003, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 138)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.02.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanının 1-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 15 fevral 2003-cü il

                  № 23

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 15 fevral tarixli 23 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin

 

SİYAHISI

 

1. Yüksəklikdə və hündürə qalxmaqla, habelə qaldırıcı qurğular, stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər, eskalatorlar, kanat yolları, funikulyorlar və liftlər, o cümlədən körpülü, portal və qülləli kranlar, vışkalar, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yollarına xidmətlə bağlı yerinə yetirilən işlər.

2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.

3. Neft-qazçıxarma sənayesində (magistral neft-qaz boru kəmərləri daxil olmaqla), o cümlədən dəniz qazması və geoloji kəşfiyyatla əlaqədar işlər.

4. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi üzrə və yeraltı şəraitdə aparılan bütün növ işlər.

5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.

6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarda geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.

7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması üzrə bütün növ işlər.

8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma, çiləmə və bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.

9. Partlayış, zəhərlənmə, güclü zəhərlənmə, tezalovlanma, tezalışma təhlükəsi olan istehsalat sahələrindəki işlər.

10. Təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması, hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması, təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi ilə bağlı işlər.

11. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) işlər.

12. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər, o cümlədən nəqliyyat bələdçiliyi.

13. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər.

14. Neft-kimya, neft emalı və kimya sənayesində toksiki maddələrlə əlaqədar olan bütün işlər.

15. Təzyiq altında olan və suqızdırıcı avadanlıq və qurğulara xidmətlə bağlı bütün işlər.

16. Maşinist (ocaqçı), qazanxana operatorları və qaz nəzarəti xidmətində olan bütün işlər.

17. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, bank sistemində olan bütün işlər.

18. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi, dağ və dağ xilasetmə və yanğından mühafizə xidməti ilə bağlı işlər.

19. Növündən asılı olmayaraq elektrik gərginliyi olan qurğulara xidmətlə bağlı işlər.

20. Heyvandarlıq fermalarındakı bütün işlər.

21. Su kəməri qurğularına, su ehtiyatı ambarlarına xidmətlə bağlı bütün işlər.

22. Yeyinti məhsulları müəssisələrində, südçülük fermalarında, süd mətbəxlərində, ərzaq baza və ambarlarında qida maddələri ilə, onların istehsalı, saxlanması və satılması ilə bağlı bütün işlər.

23. İaşədə, ticarət müəssisələrində, o cümlədən bütün müəssisələrin, nəqliyyatın və vağzalların bufet və qida bloklarında olan işlər.

24. Tədris-tərbiyə müəssisələrində olan bütün işlər.

25. Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində olan bütün işlər.

26. Məktəbəqədər təhsil müəssisələrində olan bütün işlər. [1]

27. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işlər. [2]

28. Xəstələrin diaqnostikası və müalicəsi ilə bağlı, o cümlədən doğum evlərində (şöbələrində), uşaq xəstəxanalarında (şöbələrində) yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrində olan işlər.

29. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan apteklərdə, farmasevtik zavod və fabriklərdə olan işlər.

30. Kompüter operatorları və proqramçıları.

31. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrdə olan işlər.

32. Üzgüçülük üzrə məşqlər, təlimlər, müalicəvi su prosedurları ilə bağlı işlər.

33. Mehmanxana və yataqxanalarda məsul və xidməti işlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164)

2.       7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164) ilə “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”nın 26-cı hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[2] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”nın 27-ci hissəsində “əlil və qocalar evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status