AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2010
QEYDİYYAT NÖMRƏSİ
123
ADI
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2010, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 567)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitəl

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 25 iyun 2010-cu il

№ 123

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 iyun tarixli, 123 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi

 

QAYDASI

 

1. Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır.

2. Bu Qayda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının (bundan sonra — dövlətlərin siyahısı) müəyyən olunması qaydasını tənzimləyir.

3. Dövlətlərin siyahısı aşağıdakı meyarlardan biri və ya bir neçəsi əsasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra — Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra — Xarici İşlər Nazirliyi) ilə razılaşdırılmaqla müəyyənləşdirilir: [1]

3.1. dövlət (ərazi) barəsində Birləşmiş Millətlər Təşkilatı, habelə digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən müvafiq sanksiyanın, embarqonun və ya analoji tədbirlərin tətbiq olunması;

3.2. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyinin mövcud olmamasının və ya başlıca beynəlxalq tələblərə cavab verməməsinin və yaxud tam cavab verməməsinin bəyan edilməsi;

3.3. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Valyuta Fondu, digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasının tələb olunmamasının bəyan edilməsi;

3.4. Birləşmiş Millətlər Təşkilatı, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) terror fəaliyyətinin maliyyələşdirilməsi və ya dəstəklənməsi riskinin yüksək olmasının bəyan edilməsi;

3.5. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsinin bəyan edilməsi;

3.6. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməsinin bəyan edilməsi.

4.. Dövlətlərin siyahısı tərtib olunarkən Azərbaycan Respublikasının dövlət maraqları və ya xarici dövlətlərlə münasibətlərdə qarşılıqlılıq prinsipi nəzərə alınmaqla müstəsna hallarda bu Qaydanın 3-cü bəndində nəzərdə tutulmayan əlavə meyarlardan da istifadə oluna bilər.

5. Xarici İşlər Nazirliyi hər hansı bir dövlətin siyahıya daxil edilməsi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış rəyini bir ay müddətində yazılı qaydada Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Bu müddət ərzində siyahıya dair irad bildirilmədikdə siyahı razılaşdırılmış hesab olunur.

6. Dövlətlərin siyahısı təsdiq olunduqdan sonra rəsmi dövlət qəzetində dərc olunur, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir. [2]

7. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir. [3]

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [4]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)

2.       13 iyun 2018-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1364)

3.       13 fevral 2019-cu il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 348)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 3-cü hissədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra — Maliyyə Monitorinqi Xidməti)” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra — Maliyyə Bazarlarına Nəzarət Palatası)” sözləri  ilə əvəz edilmişdir.

 

[2] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 5-ci və 6-cı (hər iki halda)  hissələrdə ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir.

 

[3] 13 iyun 2018-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1364) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 7-ci hissəsinin ikinci cümləsində “və digər səlahiyyətli orqanlara” sözləri “, auditora və ya cinayət təqibini həyata keçirən orqanlara” sözləri ilə əvəz edilmişdir.

13 fevral 2019-cu il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 348) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 7-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda müəyyən edilmiş dövlətlərlə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların məqsədini və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidir. Hesabat zərurət yarandığı təqdirdə, qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, auditora və ya cinayət təqibini həyata keçirən orqanlara təqdim edilməlidir.

 

[4] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 7-ci hissənin ikinci cümləsində “Maliyyə Monitorinqi” sözləri “maliyyə monitorinqi” sözləri ilə əvəz edilsin və həmin hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status