×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2010
QEYDİYYAT NÖMRƏSİ
124
ADI
“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2010, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 568)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barə

“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 25 iyun 2010-cu il

№ 124

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 iyun tarixli, 124 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması [2]

 

QAYDASI

 

I. Ümumi müddəalar

 

1. Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli, 241 nömrəli Fərmanına, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli, 920 nömrəli Sərəncamına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizəyə yönəlmiş müvafiq qətnamələrinə uyğun olaraq hazırlanmışdır.

2. Bu Qayda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nın (bundan sonra — Ümumi Siyahı) təsdiq olunmasını, Ümumi Siyahıya əlavə və dəyişikliklərin edilməsini və bununla əlaqədar müvafiq qurumların vəzifələrini müəyyən edir. [3]

3. Ümumi Siyahı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq müəyyən edilən Ölkədaxili Siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə əsasən bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq müəyyən edilən Beynəlxalq Siyahıdan ibarətdir. [4]

3-1. Şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. [5]

4. Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra — Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq nəzarət orqanlarına, habelə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə göndərilir. [6]

5. Ümumi Siyahı preventiv xarakter daşımaqla, təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunmaqla aşağıdakı önləyici tədbirlərin tətbiq olunması məqsədini daşıyır:

5.1. Barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin və həmin aktivlərlə əməliyyatların təxirəsalınmadan dondurulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması; [7]

5.2. Ümumi Siyahıya daxil edilmiş fiziki və ya hüquqi şəxslərə hər hansı formada yardım göstərilməsinin, o cümlədən terrorçu qruplara üzvlər cəlb olunmasının qarşısının alınması və terrorçulara silah göndərilməsi vasitələrinin ləğv edilməsi.

 

II. Ölkədaxili Siyahının müəyyən edilməsi

 

6. Ölkədaxili Siyahı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur. [8]

7. Ölkədaxili Siyahıya aşağıdakı fiziki və ya hüquqi şəxslər daxil edilir:

7.1. terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan hüquqi şəxslər;

7.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282-ci və ya 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin hazırlanmasına, təşkil olunmasına və ya törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhkum edilmiş şəxslər;

7.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282-ci və ya 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin hazırlanmasına, təşkil olunmasına və ya törədilməsinə görə barələrində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işinin başlanması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılmış şəxslər; [9]

7.4. Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmələrinin qərarlarına əsasən terror fəaliyyəti ilə əlaqəsi sübut edilmiş fiziki və ya hüquqi şəxslər;

7.5. kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər. [10]

7-1. Xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti belə qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə də müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər. [11]

7-2. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi və fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə də onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərir.

8. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi üçün onların bu Qaydanın 14.4-cü hissəsində nəzərdə tutulmuş eyniləşdirmə məlumatları bu Qaydanın 6-cı hissəsində müəyyən olunmuş dövlət orqanları tərəfindən Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti təqdim olunmalıdır. [12]

9. Bu Qaydanın 7-ci hissəsində nəzərdə tutulmuş əsaslar aradan qalxdıqda, o cümlədən cinayət işinə xitam verildikdə, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar ləğv edildikdə, bəraət hökmü çıxarıldıqda, məhkəmənin qərarı (hökmü) ləğv edildikdə, məhkumluq ödənildikdə və ya götürüldükdə fiziki və ya hüquqi şəxslər bu Qaydanın 6-cı hissəsində müəyyən olunmuş dövlət orqanlarının təqdimatı, Ölkədaxili Siyahıya daxil edilmiş fiziki və ya hüquqi şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən təxirə salınmadan Ölkədaxili Siyahıdan çıxarılmalıdır. [13]

10. Ölkədaxili Siyahı, həmin Siyahıya əlavə və dəyişikliklər, habelə bu Qaydanın 14.4-cü bəndində nəzərdə tutulmuş eyniləşdirmə məlumatları dərhal Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir. [14]

11. Ölkədaxili Siyahıya daxil edilmiş fiziki və ya hüquqi şəxslərə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti onların Ölkədaxili Siyahıya daxil edilməsinin əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə Ölkədaxili Siyahıdan çıxarılması proseduru barədə 1 gün müddətində yazılı qaydada məlumat verməlidir.

 

III. Beynəlxalq Siyahının müəyyən edilməsi

 

12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Xarici İşlər Nazirliyi) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə və terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri (bundan sonra – sanksiyalar komitələri) tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edir və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. [15]

13. Xarici İşlər Nazirliyi mütəmadi olaraq Birləşmiş Siyahısını nəzərdən keçirir və həmin Siyahıya düzəlişlər olduqda, dərhal Beynəlxalq Siyahıya müvafiq əlavə və ya dəyişiklik edərək, təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirir. [16]

 

IV. Fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi proseduru

 

14. Fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi üçün bu Qaydanın 15-ci hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti sanksiyalar komitələri göndərilməsi üçün aşağıdakı məlumatları və sənədləri Xarici İşlər Nazirliyinə təqdim edir: [17]

14.1. fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsini əsaslandıran məlumat və sənədlər;

14.2. fiziki və ya hüquqi şəxslərin “Əl-Qaida”, “Taliban” və ya digər terror təşkilatı ilə, habelə Birləşmiş Siyahıda mövcud olan hər hansı bir şəxslə əlaqəsini təsdiq edən məlumatlar və dəlillər (istintaq, əməliyyat-axtarış fəaliyyəti, kütləvi informasiya vasitələri vasitəsilə əldə olunmuş məlumatlar və s.); [18]

14.3. fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsini əsaslandıran sanksiyalar komitələrinin xülasəsində açıqlanacaq zəruri məlumatlar;

14.4. şəxslərin aşağıdakı eyniləşdirmə məlumatları:

14.4.1. fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, ləqəbləri, doğum tarixi, doğum yeri, milliyyəti/vətəndaşlığı, cinsi, məşğuliyyəti/peşəsi, yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, pasport və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti, elektron poçt ünvanları;

14.4.2. hüquqi şəxslər üçün — adı, ünvanı, baş ofisi, törəmə hüquqi şəxsləri, filialları, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyət növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), elektron poçt ünvanları, əvvəlki adları və ya eyniləşdirmə məlumatları. [19]

15. Fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi üçün sanksiyalar komitələri təqdimat verilməsi üçün əsaslar aşağıdakılardır:

15.1. Terror təşkilatı, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup və ya təşkilatla bağlı fəaliyyətin və ya əməllərin törədilməsində, planlaşdırılmasında, maliyyələşdirilməsində iştirak edilməsi; [20]

15.2. Terror təşkilatına, onların struktur qurumlarına və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilata silah və ya döyüş sursatının satılması və ya başqa şəkildə ötürülməsi; [21]

15.3. Terror təşkilatı, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilat üçün insan resurslarının cəlb edilməsi, pul vəsaitlərinin və ya digər əmlakın toplanması, habelə onlara hər hansı digər formada dəstək verilməsi.

16. Birləşmiş Siyahıya daxil edilməsi üçün nümunəvi müraciət forması və izahedici qeydlər sanksiyalar komitələrinin internet səhifəsindən əldə edilə bilər. Müvafiq məlumat, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası və Xarici İşlər Nazirliyinin internet səhifəsində də yerləşdirilir. [22]

17. Azərbaycan Respublikasının təqdimatına əsasən Birləşmiş Siyahıya yeni daxil edilmiş fiziki və ya hüquqi şəxslərə Xarici İşlər Nazirliyi onların Birləşmiş Siyahıya və Beynəlxalq Siyahıya daxil edilməsinin əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə həmin siyahılardan çıxarılması proseduru barədə 1 gün müddətində yazılı qaydada məlumat verməlidir.

 

V. Fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıdan çıxarılması proseduru

 

18. Birləşmiş Siyahıya daxil edilmiş fiziki və ya hüquqi şəxslər Birləşmiş Siyahıdan çıxarılması barədə bilavasitə və ya Xarici İşlər Nazirliyi vasitəsilə sanksiyalar komitələri müraciət edə bilər. Birləşmiş Siyahıdan çıxarılma barədə nümunəvi müraciət forması və müvafiq əlaqə məlumatları sanksiyalar komitələrinin internet səhifəsindən əldə edilə bilər.

Bu məlumatlar, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının və Xarici İşlər Nazirliyinin internet səhifəsində də yerləşdirilir.

19. Müraciət edən şəxs Birləşmiş Siyahıdan çıxarılması barədə sorğusunu əsaslandırmalı və bu Qaydanın 15-ci hissəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığını təsdiq edən məlumatları təqdim etməli və siyahıdan çıxarılmasına dair ona yardım göstərilməsi üçün sorğu verməlidir.

20. Birləşmiş Siyahıdan çıxarılma barədə müraciət Xarici İşlər Nazirliyi vasitəsilə təqdim edildikdə, Xarici İşlər Nazirliyi təqdim olunmuş sənədləri hüquqi rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat XidmətiMaliyyə Bazarlarına Nəzarət Palatasına göndərir. Əlavə məlumatların alınması və Ümumi Siyahıdan çıxarılma ilə bağlı məsləhətləşmələrin aparılması məqsədi ilə Xarici İşlər Nazirliyi həmin şəxsin Birləşmiş Siyahıya daxil edilməsinə təşəbbüs göstərmiş dövlətə və ya şəxsin vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətə də sorğu göndərə bilər.

21. Birləşmiş Siyahıdan çıxarılma barədə müraciətə Xarici İşlər Nazirliyi tərəfindən iki ay müddətində baxılır və bu müddət ərzində təqdim olunmuş sənədlər Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat XidmətiMaliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış yekun hüquqi rəylə birlikdə sanksiyalar komitələri göndərilir. [23]

22. Vəfat etmiş şəxsin Birləşmiş Siyahıdan çıxarılmasına dair müraciət Azərbaycan Respublikasının vətəndaşına münasibətdə Xarici İşlər Nazirliyi və ya şəxsin vərəsələri tərəfindən bilavasitə sanksiyalar komitələri təqdim edilir. Bu halda, şəxsin ölüm faktını təsdiq edən sənədlər və onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçiləri barədə məlumatlar müraciətə əlavə edilir.

23. Xarici İşlər Nazirliyi Birləşmiş Siyahıdan çıxarılma barədə müraciət etmiş şəxsi sanksiyalar komitələri tərəfindən qəbul olunmuş qərar barədə təxirə salınmadan yazılı qaydada məlumatlandırır.

24. Fiziki və ya hüquqi şəxs Birləşmiş Siyahıdan çıxarıldıqda, Xarici İşlər Nazirliyi dərhal onu Beynəlxalq Siyahıdan çıxarır.

25. Fiziki və ya hüquqi şəxslərin Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması, onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər. [24]

 

VI. Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslər barədə tətbiq olunan sanksiyalar və bu sahədə dövlət orqanlarının vəzifələri

 

26. Azərbaycan Respublikasının ərazisində fiziki və ya hüquqi şəxslər, dövlət qurumları tərəfindən istənilən aktivin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır. Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər aktivlərin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməlidirlər. [25]

27. Bu Qaydanın 26-cı hissəsində göstərilmiş şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxslərin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxslər tərəfindən idarə və ya nəzarət olunan aktivləri, habelə belə əmlak vasitəsilə əldə edilmiş digər aktivləri əhatə edir.

28. Maliyyə Bazarlarına Nəzarət Palatası Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərə və onların sərəncamında olan pul vəsaitlərinə və ya digər əmlaka dair məlumat bazasının formalaşdırılması üçün zəruri tədbirlər görür. Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində xarici dövlətin səlahiyyətli dövlət orqanının sorğusuna əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq pul vəsaitləri və ya digər əmlakla əməliyyatların təxirə salınmadan dayandırılması üçün zəruri tədbirlər görür.

29. Eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən dondurulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir. [26]

30. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [27]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695)

4.       21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647)

5.       13 fevral 2019-cu il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 348)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə adında və 1-ci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi” sözləri “barəsində sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın adında və 2-ci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi” sözləri “barəsində sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 2-ci hissəsində “Azərbaycan Respublikasının dövlət orqanlarının” sözləri “müvafiq qurumların” sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 3-cü hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3. Ümumi Siyahı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından (bundan sonra — Ölkədaxili Siyahı) və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli qətnaməsinə əsasən təsis edilmiş “Əl-Qaida” və “Taliban”a qarşı Sanksiyalar Komitəsi (bundan sonra — Sanksiyalar Komitəsi) tərəfindən Birləşmiş Millətiər Təşkilatının Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslərin Birləşmiş Siyahısına (bundan sonra — Birləşmiş Siyahı) əsasən müəyyən edilmiş Beynəlxalq Siyahıdan ibarətdir.

 

[5] 4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

[6] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 1-ci hissənin 4-cü bəndində “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir və “Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 4-cü hissədə “rəsmi dövlət qəzetində dərc olunur” sözləri “dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir” sözləri ilə əvəz edilmişdir.

 

[7] 4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 5.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi

5.1. terror fəaliyyəti ilə məşğul olan şəxslərin, bilavasitə və ya dolayısı ilə belə şəxslərin mülkiyyətində və ya nəzarəti altında olan hüquqi şəxslərin, eləcə də belə fiziki və ya hüquqi şəxslərin adından və ya onların göstərişi ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərin pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarının təxirəsalınmadan dayandırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması;

 

[8] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 6-cı hissəsində hər iki halda, 8-ci, 9-cu, 10-cu, 11-ci, 14-cü, 20-ci və 21-ci hissələrində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 6-cı hissəsinə “Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilmişdir və həmin hissədə “, Xarici Kəşfiyyat Xidməti (bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti)” sözləri “(bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti)” sözləri ilə əvəz edilmişdir.

 

[9] 13 fevral 2019-cu il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 348) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 7.2-ci və 7.3-cü bəndlərində “102, 214, 214-1, 215, 219, 219-1, 277, 278, 279, 280 və ya 282-ci” sözləri “102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282-ci və ya 283-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 7.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.5-ci bənd əlavə edilmişdir.

 

[11] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na yeni məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilmişdir.

 

[12] 4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 8-ci (ikinci halda), 9-cu (hər iki halda), 14-cü və 19-cu hissələrdə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilmişdir.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 8-ci (hər iki halda), 9-cu (hər iki halda), 10-cu, 14-cü və 19-cu hissələrində “Qaydaların” sözü “Qaydanın” sözü ilə əvəz edilmişdir.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 8-ci və 20-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidmətinə” sözləri çıxarılmışdır.

 

[13] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 9-cu, 10-cu, 11-ci, 14-cü və 21-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidməti” sözləri çıxarılmışdır.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 9-cu hissədə “yəni” sözü “o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

[14] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 2-ci hissənin 6-cı, 10-cu bəndlərində “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir.

 

[15] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 12-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra — Xarici İşlər Nazirliyi) Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edir və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

 

[16] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 3-cü hissənin 12-ci, 13-cü bəndlərində “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 3-cü hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[17] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 14-cü hissəsində, 14.3-cü bəndində, 15-ci, 16-cı, 18-ci (hər iki halda), 21-ci, 22-ci və 23-cü hissələrində ismin müvafiq hallarında “Sanksiyalar Komitəsi” sözləri “sanksiyalar komitələri” sözləri ilə əvəz edilmişdir.

 

[18] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 14.2-ci bənddən “Əl-Qaida”, “Taliban” və ya digər” sözləri çıxarılmışdır.

 

[19] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 14.4.2-ci yarımbənddə “vergi ödəyicisi və ya digər eyniləşdirmə nömrələri, elektron poçt ünvanları, əvvəlki adları” sözləri “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), elektron poçt ünvanları, əvvəlki adları və ya eyniləşdirmə məlumatları” sözləri ilə əvəz edilmişdir.

 

[20] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 15.1-ci və 15.3-cü bəndlərdə “Əl-Qaida”, “Taliban” sözləri “Terror təşkilatı” sözləri ilə əvəz edilmişdir.

 

[21] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 15.2-ci bənddə “Əl-Qaida” və “Taliban”a” sözləri “Terror təşkilatına” sözləri ilə əvəz edilmişdir.

 

[22] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 4-cü hissənin 16-cı bəndinin ikinci cümləsində “Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir.

 

[23] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 5-ci hissənin 18-ci bəndinin ikinci abzasında, 20-ci bəndinin birinci cümləsində, 21-ci bəndində Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

[24] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 25-ci hissəsi ləğv edilmişdir.

 

[25] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 6-cı hissənin 26-cı bəndində Maliyyə Monitorinqi Xidmətinə” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.

 

4 oktyabr 2016-cı il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1695) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 26-cı və 27-ci hissələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi

26. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

27. Bu Qaydaların 26-cı bəndinə uyğun olaraq Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitləri və ya digər əmlakı barəsində tətbiq olunan tədbirlər onların tam və ya birgə istifadəsində və ya tam, yaxud qismən nəzarətində olan pul vəsaitlərini və ya digər əmlakı, o cümlədən belə şəxslərin və onlarla bağlı fiziki və ya hüquqi şəxslərin sahibliyində və ya nəzarətində olan əmlak vasitəsilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı əhatə edir.

 

21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 26-cı hissənin birinci cümləsinə “hüquqi şəxslər” sözlərindən sonra “, dövlət qurumları” sözləri əlavə edilmişdir.

 

[26] 21 aprel 2017-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 aprel 2017-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 647) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na yeni məzmunda 29-cu və 30-cu hissələr əlavə edilmişdir.

 

[27] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 28-ci bəndinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir və 6-cı hissənin 28-ci bəndindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status