390.000.000
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər
[1]
1. Ümumi müddəalar
1.1. Bu Tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə”nin 10.6-cı bəndinə əsasən hazırlanmışdır.
1.2. Bu Tələblər hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin hazırlanmasına və həyata keçirilməsinə dair minimum tələbləri müəyyən edir.
1.3. Hüquqi şəxs olan monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər daxili nəzarət sistemini bu Tələblərə uyğun olaraq hazırlamalıdırlar. Bu Tələblərlə yanaşı monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sistemi üzrə əlavə tədbirlər də müəyyən edilə bilər.
1.4. Daxili nəzarət sisteminin məqsədi effektiv nəzarət tədbirlərini və prosedurlarını tətbiq etməklə hüquqi şəxs olan monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslərdən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə olunma riskini azaltmaqdan ibarətdir.
1.5. Bu Tələblər hüquqi şəxs olan monitorinq iştirakçılarının Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda fəaliyyət göstərən filialları və törəmə hüquqi şəxslərinə də şamil edilir.
1.6. Hüquqi şəxs olan monitorinq iştirakçılarının xarici filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi ölkənin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyi ilə bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyyət mövcuddursa, xarici filiallar və törəmə hüquqi şəxslər yerləşdikləri ölkənin qanunvericiliyi ilə qadağan olunmursa bu sahədə daha yüksək standartları tətbiq etməlidirlər.
2. Əsas anlayışlar
2.1. Bu Tələblərin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
2.1.1. monitorinq subyekti – Qanunla müəyyən edilmiş hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs;
2.1.2. PY/TMM – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə;
2.1.3. məsul şəxs – monitorinq subyektində rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul olan fiziki şəxs;
2.1.4. rəhbərlik – hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxsin adından çıxış edən hüquqi şəxsin idarəetmə orqanı olan müşahidə (direktorlar) şurası və ya icra orqanı;
2.1.5. “shell–bank” – hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və bank lisenziyası almış, bank tənzimləməsi və nəzarəti orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə edilə bilməyən kredit təşkilatı.
2.1.6. daxili audit mexanizmi – PY/TMM sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, daxili nəzarət sistemi çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və monitorinq subyektində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə olunması məqsədilə həyata keçirilən daxili nəzarət tədbiridir.
3. PY/TMM PROQRAMI
3.1. Monitorinq subyektlərində PY/TMM sahəsində fəaliyyət üzrə proqram hazırlanmalı və bu proqrama əməl olunmasını təmin etmək üçün adekvat nəzarət mexanizmi müəyyənləşdirilməlidir.
3.2. PY/TMM proqramı aşağıdakı minimum elementlərdən ibarət olmalıdır:
3.2.1. daxili qaydalar və prosedurlar;
3.2.2. məsul şəxs;
3.2.3. PY/TMM üzrə təlimlərin keçirilməsi;
3.2.4. daxili audit.
4. Daxili qaydalar və prosedurlar
4.1. Monitorinq subyekti tərəfindən aşağıdakı daxili qayda və prosedurlar hazırlanmalıdır:
4.1.1. müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə daxili qayda və prosedurlar;
4.1.2. monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları (indikatorlar);
4.1.3. şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə qaydalar;
4.1.4. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi qaydaları;
4.1.5. işə qəbul və işçilərin yoxlanması qaydaları.
4.2. Qayda və prosedurlar monitorinq subyektinin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığının təmin edilməsi üçün dövri olaraq yenilənməlidirlər.
4.3. Monitorinq subyektinin PY/TMM sahəsi ilə əlaqədar olan əməkdaşları qayda və prosedurlarla tanış edilməli və onlara bu qayda və prosedurların tətbiqi ilə bağlı mütəmadi tədris kursları keçirilməlidir.
4.4. Bu Tələblərin 4.1-ci bəndində nəzərdə tutulmuş qayda və prosedurların hazırlanmasına və təsdiq olunmasına monitorinq subyektinin rəhbərliyi, bu qayda və prosedurların həyata keçirilməsinə görə isə məsul şəxslər məsuliyyət daşıyır.
5. Müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə daxili qayda və prosedurlar
5.1. Monitorinq subyekti maliyyə əməliyyatlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadəsinin qarşısının alınması məqsədilə Qanunun 9-cu maddəsinə uyğun olaraq müştərinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməli, həmçinin işgüzar əlaqələrin məqsədini və benefisiarı müəyyən etməlidir.
5.2. Monitorinq subyekti işgüzar münasibətdə olduğu müştərinin eyniləşdirmə məlumatlarını daimi yeniləməlidir.
5.3. Monitorinq subyekti müştəri və benefisiar barəsində əldə olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası üçün Qanunun 9.9-cu və 9.10-cu maddələrində nəzərdə tutulmuş tədbirlərdən birini və ya bir neçəsini tətbiq edə bilər. Təqdim olunmuş məlumatların verifikasiyası üçün bir qayda olaraq həqiqiliyi şübhə doğurmayan, müstəqil (məlumatların və sənədlərin müştəridən kənar digər mənbələrdən əldə edilməsi) mənbələrdən məlumatlar əldə edilməlidir.
5.4. Monitorinq subyekti daxili nəzarət sistemi çərçivəsində Qanunda qeyd olunan sənədlərin elektron məlumat bazasını hazırlaya bilər. Bu məqsədlə həmin sənədlərdən biri və ya bir neçəsi müştəridən alınaraq surəti çıxarılır və elektron məlumat daşıyıcılarında saxlanılır. Monitorinq subyekti müştəri və benefisiar barəsində əldə olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası üçün elektron məlumat bazasından istifadə edə bilərlər.
5.5. Monitorinq subyektləri Qanunun 9.2-ci maddəsinə nəzərdə tutulmuş hallarda müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir.
5.6. Yeni müştərilərin eyniləşdirilməsi və verifikasiyası üçün sistematik proseduralar hazırlanmalı və yeni müştərinin şəxsiyyətinin qənaətbəxş dərəcədə yoxlanılmasınadək işgüzar münasibətlər qurulmamalıdır.
5.7. Hər bir yeni müştərinin kimliyini, işgüzar münasibətlərin məqsədini və xarakterini müəyyən etmək üçün zəruri olan bütün məlumatlar əldə edilməlidir.
5.8. Monitorinq subyekti müştərilərin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq Qanunun qüvvəyə minməsinə qədər işgüzar münasibətlər qurulmuş və hal-hazırda davam edən müştərilərin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir.
5.9. Monitorinq subyekti Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayyəndənin eyniləşdirilməsi və verifikasiyası tədbirlərini həyata keçirə bilmədikdə və müştərinin onlarla işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumat əldə edə bilmədikdə müvafiq əməliyyatı həyata keçirməməli, hesab açmamalı, işgüzar münasibətləri yaratmamalı, qeyd olunan eyniləşdirmə və verifikasiya tədbirləri işgüzar münasibətlər yaradıldıqdan sonra həyata keçirilə bilmədikdə isə bu münasibətlərə xitam verməli və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməlidir.
5.10. Müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiya üzrə daxili qayda və prosedurlarda aşağıdakılar öz əksini tapmalıdır:
5.10.1. risk əsaslı yanaşma əsasında müştərinin eyniləşdirilməsi və verifikasiyası;
5.10.2. yüksək riskli müştərilərin eyniləşdirilməsi və verifikasiyası;
5.10.3. müştərilərin hesablarına və onlar tərəfindən həyata keçirilən əməliyyatlara davamlı monitorinq.
6. Risk Əsaslı Yanaşma Əsasında Müştərinin Eyniləşdirilməsi və Verifikasiyası
6.1. Monitorinq subyektində risk növlərini müəyyən etməyə imkan verən qayda və prosedurlar hazırlanıb tətbiq edilməlidir.
6.2. Belə qayda və prosedurların hazırlanmasında müştərinin şəxsiyyəti, mənşə ölkəsi, ictimai və ya dövlət əhəmiyyətli vəzifə tutması, əlaqəli hesabları, işgüzar fəaliyyəti və ya digər risk indikatorları kimi müəyyən edilən amillər nəzərə alınmalıdır.
6.3. Monitorinq subyekti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risklərin müəyyən edilməsi və qiymətləndirilməsi zamanı aşağıdakı risk növlərini nəzərə almalıdır:
6.3.1. dövlət riski;
6.3.2. müştəri riski.
6.4. Monitorinq subyekti bu Tələblərin 6.3-cü bəndində göstərilən risk növləri ilə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risklərin müəyyən edilməsi və qiymətləndirilməsi üzrə əlavə risk növləri müəyyən edilə bilər.
Dövlət Riski
6.5. Monitorinq subyekti tərəfindən hər hansı dövlətin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı riskinin qiymətləndirilməsi zamanı həmin dövlətin PY/TMM sistemi və maliyyə mühiti əsas götürülməlidir.
6.6. Siyahısı qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyənləşdirilmiş və dərc olunmuş, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan dövlətlərlə (ərazilərlə) əlaqədar olan əməliyyatlar yüksək riskli əməliyyat kimi qiymətləndirilməlidir.
Müştəri Riski
6.7. Qanunun 9.13-cü maddəsinə uyğun olaraq, monitorinq subyekti müştərinin xüsusiyyətindən irəli gələn cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı riskləri qiymətləndirməlidir. Risklərin qiymətləndirilməsi zamanı müştərinin məşğuliyyəti, əməliyyatın növü və əməliyyatın tezliyi kimi amillər nəzərə alınır. Monitorinq subyekti aşağıda göstərilən müştəriləri yüksək riskli müştərilər hesab etməlidir:
6.7.1. xarici dövlətlərin siyasi xadimləri;
6.7.2. qeyri-rezident müştərilər;
6.7.3. pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın idarə olunması həvalə olunmuş hüquqi şəxslər;
6.7.4. nominal saxlayıcı olan və ya sənədli adsız səhmlər buraxmış hüquqi şəxslər;
6.7.5. siyahıları Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq olunmuş şəxslər;
6.7.6. siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq olunmuş dövlətlərin (ərazilərin) vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslər, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslər;
7. Yüksək Riskli Müştərilərin Eyniləşdirilməsi və Verifikasiyası
7.1. Qanunun 9-cu maddəsində nəzərdə tutulan eyniləşdirmə və verifikasiya tədbirləri ilə yanaşı, monitorinq subyekti yüksək riskli müştərilərə dair əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir.
Xarici Dövlətlərin Siyasi Xadimləri
7.2. Xarici dövlətlərin siyasi xadimləri dedikdə Qanunun 1.0.14-cü maddəsində qeyd olunun şəxslər nəzərdə tutulur.
7.3. Şəxsin xarici dövlətlərin siyasi xadimi olmasını müəyyən etmək məqsədilə hər yeni müştəridən bu barədə məlumatlar alınmalı, eləcə də həmin məlumatlar açıq mənbələr və xüsusi elektron məlumat bazaları (World-Check, Faktiva və s.) vasitəsilə yoxlanılmalıdır.
7.4. Bu çərçivədə xarici dövlətin vətəndaşına onun xarici dövlətlərin siyasi xadimi olub olmadığını müəyyən etməyə imkan verən bu Tələblərin 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş formanın doldurması tələb oluna bilər.
7.5. Monitorinq subyekti xarici dövlətlərin siyasi xadimləri ilə hal–hazırda davam edən işgüzar münasibətləri mütəmadi olaraq nəzarətdə saxlamalı, eyniləşdirmə və verifikasiya sənədlərinin vaxtaşırı yeniləşdirilməsi üçün tədbirlər görməlidir.
7.6. Monitorinq subyekti Qanunun 9.14-cü maddəsinə uygun olaraq xarici dövlətlərin siyasi xadimlərinə münasibətdə əlavə eyniləşdirilmə tədbirlərini tətbiq etməlidir.
Qeyri-Rezident Müştərilər
7.7. Monitorinq subyekti tərəfindən qeyri-rezident müştərilərlə işgüzar münasibətlərə xüsusi diqqət yetirilməlidir.
7.8. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında bank hesablarının açılması, eləcə də pul vəsaitləri və ya digər əmlakla əməliyyatların aparılması əsasları hər bir halda araşdırılmalıdır.
Müxbir Əlaqələrin Qurulması, “Shell–Bank”lar
7.9. Yerli banklar xarici banklarla müxbir hesabları vasitəsilə həyata keçirilən əməliyyatlara münasibətdə Qanunun 9.14-cü maddəsində nəzərdə tutulan əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir.
7.10. Xarici bankın müxbir hesabının açılması zamanı xarici bankdan özünüqiymətləndirmə sorğu cədvəlinin (Əlavə №2) doldurulması tələb olunmalıdır. Həmin sorğu cədvəli yerli bankın məsul şəxsi tərəfindən qiymətləndirilir və nəticələri barədə bankın rəhbər vəzifəli şəxsinə (İdarə Heyətinin üzvünə) yazılı hesabat təqdim edir.
7.11. Yerli banklar xarici banklara müxbir hesabların açılmasından imtina səbəbləri haqqında Maliyyə Monitorinqi Xidmətinə məlumat verə bilər.
7.12. Yerli bankda xarici bankların müxbir hesabları yalnız monitorinq subyektinin rəhbərliyinin razılığı əsasında açıla bilər.
7.13. Monitorinq iştirakçıları tərəfindən müxbir hesabların açılması yolu ilə “shell–bank”la işgüzar münasibətlərin yaradılmasına və ya davam etdirilməsinə yol verilmir. Monitorinq iştirakçıları xarici ölkədə yerləşən tərəfdaşı olduqları maliyyə institutlarının hesablarının “shell–bank”lar tərəfindən istifadə olunmasına icazə verilməməsinə əmin olmalıdırlar.
Birbaşa Əlaqə Qurmadan Texnoloji Vasitələrdən İstifadə Etməklə İşgüzar Münasibətlərin Qurulması
7.14. Monitorinq subyekti müştəri ilə birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə işgüzar münasibətlərin yaradılması və ya əməliyyatların aparılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısını almaq üçün qayda və prosedurlara malik olmalıdır.
7.15. Monitorinq subyekti müştəri ilə birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə işgüzar münasibətlər quran zaman və ya bu müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirən zaman yuxarıda göstərilən qayda və prosedurları icra etməlidir. Bununla bağlı minimum aşağıdakı tədbirlər görülməlidir:
7.15.1. işgüzar münasibət qurulan müştərinin şəxsiyyətini dəqiqləşdirilməsi məqsədilə verifikasiya tədbirlərini həyata keçirmək;
7.15.2. işgüzar münasibət qurulan müştərinin yaşadığı faktiki ünvanın müəyyənləşdirilməsi məqsədilə verifikasiya tədbirlərini həyata keçirmək.
8. Müştərilərin hesablarına və onlar tərəfindən həyata keçirilən əməliyyatlara davamlı monitorinq
8.1. Müştərilərin hesabları və onlar tərəfindən aparılan əməliyyatlar davamlı monitorinq olunmalıdır.
8.2. Monitorinq subyekti müştərinin əməliyyatlarının işgüzar münasibətlərin məqsədlərinə uyğunluğunu monitorinq etməlidir.
8.3. Monitorinq subyekti müştərinin əməliyyatlarının risk səviyyəsi əsasında monitorinqinin hansı dövrilikdə aparılmalı olduğunu müəyyən etməlidir.
8.4. Monitorinq, risklər əsas götürülərək qeyri-adi və şübhəli əməliyyatları müəyyən edilməsi məqsədilə həyata keçirilməlidir. Monitorinqin həyata keçirilməsi zamanı müştərinin qeyri-adi və ya şübhəli əməliyyatlar aparması ehtimallarını müəyyən edən aşağıdakı minimum komponentlər nəzərə alınmalıdır:
8.4.1. müəyyən hesab və əməliyyat kateqoriyaları üzrə limitlər müəyyən etməklə həmin limitlərdən yuxarı olan əməliyyatların aşkar olunması;
8.4.2. monitorinq subyektinin müştərisinin işgüzar fəaliyyət sahəsinin onun həyata keçirdiyi əməliyyatlara uyğunluğunun yoxlanılması;
8.4.3. iqtisadi və ya kommersiya məqsədi olmayan əməliyyatların yaxud müştərinin normal və gözlənilən əməliyyatlarına mütənasib olmayan iri pul vəsaitlərinin və ya digər əmlakın hesaba mədaxil edilməsinin aşkarlanması.
8.5. Yüksək riskli əməliyyatlara münasibətdə monitorinq daha intensiv aparılmalıdır. Vəsaitlərin mənbəyi, onların mənşə ölkəsi, əlaqədar əməliyyat növləri və bu qəbildən digər risk faktorları nəzərə alınmaqla bu cür əməliyyatlar üzrə xüsusi indikatorlar müəyyən edilməlidir.
8.6. Mövcud müştərilərin işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatların mütəmadi qaydada monitorinqi aparılmalıdır.
9. Monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları
9.1. Monitorinq subyektinin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməlidir.
9.2. Monitorinq subyekti Maliyyə Monitorinqi Xidmətinin müəyyən etdiyi monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarından (xüsusi indikatorlardan) istifadə etməklə öz fəaliyyəti üzrə spesifik meyarlar müəyyən edə və ya qeyd olunan sənəddə nəzərdə tutulmuş meyarları fəaliyyəti üzrə risklər təhlil olunmaqla bu sənəddə nəzərdə tutulmayan digər meyarlar müəyyən edə bilər.
9.3. Monitorinq subyekti tərəfindən müəyyən edilmiş meyarlar monitorinq subyekti üçün məhdudlaşdırıcı xarakterli olmamalı və pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olmalıdır.
9.4. Monitorinq subyekti tərəfindən müəyyən edilmiş meyarlar hər hansı bir əməliyyatda formal cəhətdən mövcuddursa, lakin əməliyyat və ya müştərinin fəaliyyəti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə doğurmursa, monitorinq subyekti tərəfindən əməliyyat daha ətraflı araşdırılmalıdır.
10. Şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların təqdim olunması
10.1. Monitorinq subyekti tərəfindən Qanunda nəzərdə tutulmuş məlumatlar Maliyyə Monitorinqi Xidmətinin müəyyən etdiyi məlumatların təqdim edilməsi qaydalarına uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinə göndərilir.
10.2. Monitorinq subyekti fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı prosedurlar müəyyən etməlidir. Bu prosedurlarda aşağıdakılar nəzərdə tutula bilər:
10.2.1. əməliyyatın şübhəlilik meyarlarının (indikatorların) müəyyən edilməsi;
10.2.2. şübhəli əməliyyatların aşkarlanması meyarlarından istifadə edilməsi qaydası;
10.2.3. şübhəli əməliyyatların aşkarlanması meyarlarının tətbiq edilməsi ilə əməliyyatların təhlili metodları;
10.2.4. xarakteri şübhə doğuran əməliyyatlar üzrə pul vəsaitləri və ya digər əmlakın mənbəyi barədə məlumatların əldə edilməsi vasitələri;
10.2.5. əməliyyatın şübhəli olub olmamasının yoxlanılması məqsədilə avtomatlaşdırılmış məlumat axtarış sistemlərindən istifadə ilə bağlı müddəalar;
10.2.6. xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar münasibətlərin və qeyri–adi əməliyyatların təhlili ilə bağlı xüsusi prosedurlar;
10.2.7. əməliyyatın şübhəli olduğu aşkarlandıqda görülməli olan çevik tədbirlər;
10.2.8. şübhəli əməliyyatın dayandırılması mümkün olmadıqda müştərinin pul vəsaitlərinin və əməliyyatlarının izlənilməsi və nəzarətdə saxlanılması ilə bağlı müddəalar və bunun üçün məsul olan şəxslərin vəzifələri;
10.2.9. şübhəli əməliyyatın dayandırılması və müştərinin bu barədə məlumatlandırılmaması ilə bağlı görülməli olan tədbirlər;
10.2.10. Maliyyə Monitorinqi Xidmətinin monitorinq olunmalı əməliyyatlara dair məlumatların və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası;
10.2.11. şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı məsul şəxsin və müştərilərə bilavasitə xidmət göstərən əməkdaşların hüquq və vəzifələri və qarşılıqlı münasibətləri;
10.2.12. şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan digər prosedurlar.
10.3. Monitorinq subyektinin əməkdaşları monitorinq nəticəsində əməliyyat xüsusi indikatorlara uyğun gəldiyi təqdirdə və ya onun xüsusiyyətlərində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin əlamətləri aşkar olunduqda bu barədə hesabat hazırlayaraq məsul şəxsi məlumatlandırmalı və ona müştəri haqqında məlumatları təqdim etməlidir. Monitorinq subyektinin filialı, nümayəndəliyi və ya digər struktur bölməsi bu qəbildən olan hesabatları öz rəhbərləri vasitəsilə mərkəzləşdirilmiş qaydada baş ofisə göndərməlidir.
10.4. Məsul şəxsə əməliyyatın şübhəliliyi barədə məlumat daxil olduqda məsul şəxs bu əməliyyat barədə ona təqdim olunmuş məlumatları müştəri və onun fəaliyyəti üzrə əlavə məlumatlarla bərabər nəzərdən keçirir və onların monitorinq subyektinin rəhbərliyinə göndərilməsi haqqında qərar qəbul edir.
11. Məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi
11.1. Məlumatların sənədləşdirilməsi Qanunun tələblərinə əməl edilməsi ilə bağlı əldə olunan və Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumatların qeydə alınması, surətinin çıxarılması və saxlanılması ilə bağlı monitorinq subyekti tərəfindən görülməli olan tədbirlər sistemidir.
11.2. Monitorinq subyekti məlumatların sənədləşdirilməsi və məxfiliyinin təmin edilməsinə dair qaydalar hazırlamalıdır. Məlumatların sənədləşdirilməsi və məxfiliyinin təmin edilməsinə dair qaydalarda aşağıdakılar nəzərdə tutulmalıdır:
11.2.1. monitorinq subyektinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla qeydə alınmalı və saxlanılmalı olan məlumatlar və sənədlər;
11.2.2. məlumatların qeydə alınması, saxlanılması və məxfiliyinin təmin olunması forması və vasitələri;
11.2.3. məlumatların qeydə alınması, saxlanılması və məxfiliyinin təmin olunması üzrə məsul əməkdaşlar və onların vəzifələri;
11.2.4. müştərilərin əməliyyatları barədə məlumatların birbaşa əldə olunması, emalı, təhlili, saxlanması və ötürülməsi prosedurları ilə əlaqəsi olmayan şəxslərin məlumatlara giriş imkanının məhdudlaşdırılması ilə bağlı müddəalar.
11.3. Maddi daşıyıcıda mətn formasında qeydə alınan və onu eyniləşdirməyə imkan verən müvafiq rekvizitlərə malik olan informasiya sənədləşdirilmiş informasiya (bundan sonra — sənəd) hesab olunur.
11.4. Qanunun tələblərinə əməl edilməsi ilə bağlı aşağıdakı məlumatlar və sənədlər monitorinq subyekti tərəfindən qeydə alınmalı və saxlanılmalıdır:
11.4.1. Qanunun 9-cu maddəsində göstərilmiş müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə və verifikasiya sənədləri;
11.4.2. müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.)
11.4.3. xarici dövlətlərin siyasi xadimlərinin əməliyyatlarına dair əldə olunmuş məlumatlar və sənədlər;
11.4.4. qeyri-adi əməliyyatların təyinatı və mahiyyəti ilə bağlı əldə olunmuş bütün məlumatlar və sənədlər, habelə bununla əlaqədar monitorinq subyekti tərəfindən hazırlanmış yazılı təhlil hesabatları;
11.4.5. cari və şübhəli əməliyyatlar barədə Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmuş məlumatlar və sənədlər, o cümlədən hər hansı bir əməliyyatın və ya işgüzar əlaqənin şübhəli olub olmamasını müəyyən etmək məqsədilə aparılmış təhlil nəticəsində əldə olunmuş məlumatlar və sənədlər;
11.4.6. Maliyyə Monitorinqi Xidmətinin və nəzarət orqanının yazılı sorğuları və bu sorğulara verilmiş cavablar;
11.4.7. Qanunun tələblərinə əməl edilməsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri üzrə nəzarət orqanları ilə aparılmış yazışmalar və sənədlər.
11.5. Bu Tələblərin 11.4-cü bəndində nəzərdə tutulmuş məlumatlar və sənədlər monitorinq subyekti tərəfindən qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmayıbsa, müştərinin hesabının bağlanmasından və müştəri ilə işgüzar münasibətlərə xitam verildikdən sonra ən azı beş il müddətində kağız və ya elektron məlumat daşıyıcılarında qeydiyyatı aparılmaqla saxlanmalıdır. Sənədlər arxiv sənədlərinin saxlanılması tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş arxivdə saxlanılır.
11.6. Qanunun 10.1-ci maddəsində göstərilən müddət, zərurət yarandığı təqdirdə nəzarət orqanları və ya Maliyyə Monitorinqi Xidməti tərəfindən hər bir xüsusi halda uzadıla bilər.
11.7. Məlumatların qeydə alınması və saxlanılması monitorinq subyekti tərəfindən sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Sənədlərin reyestri (bundan sonra – reyestr) monitorinq subyekti tərəfindən bu Tələblərin 11.4-cü bəndində nəzərdə tutulmuş məlumatların sənədləşdirilərək qeydə alındığı məlumat toplusudur. Reyestrə daxil edilən məlumatlar məxfi məlumatlar hesab edilir və reyestrə girişi olan səlahiyyətli şəxslərin siyahısı tərtib olunaraq rəhbərlik tərəfindən təsdiq olunur.
11.8. Reyestr elektron və ya kağız daşıyıcılarda saxlanıla bilər.
11.9. Reyestr məlumatlarının sığorta nüsxəsi yaradılır və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılır.
11.10. Reyestrə məlumatlar buna xüsusi səlahiyyəti olan operatorlar tərəfindən daxil edilir.
11.11. İnformasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının, habelə informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi üzrə sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması məqsədi ilə reyestr informasiya mühafizə vasitələri və sistemləri ilə müdafiə olmalıdır.
11.12. Reyestrdə sənəd haqqında məlumat müvafiq sənədin saxlanma müddəti başa çatanadək saxlanılır. Sənədlərin müəyyən edilmiş saxlanma müddətlərinin azaldılması qadağandır. Hər bir monitorinq subyekti öz mülahizəsinə görə sənədlərini onların əhəmiyyətini nəzərə alaraq daha uzun müddətdə saxlaya bilər.
11.13. Reyestrə daxil edilən hər bir məlumata ayrıca nömrə verilir və bu məlumatların əks olunduğu sənədlər arxivdə həmin nömrə əsasında eyniləşdirilir.
11.14. Monitorinq subyekti sənədləşdirilmiş məlumatların təklükəsizliyini, məxfi saxlanılmasını və səlahiyyəti olmayan şəxslər tərəfindən istifadə olunmamasını təmin etməlidir.
11.15. Müştərilərin əməliyyatları barədə məlumatların birbaşa əldə olunması, emalı, təhlili, saxlanması və ötürülməsi prosedurları ilə əlaqəsi olmayan şəxslərin məlumatlara giriş imkanının məhdudlaşdırılması və sənədlərinin mühafizəsini təmin etmək üçün sənədlərin istifadə üçün verilməsinin xüsusi icazə mexanizmi olmalı və onlardan yalnız Qanunla nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmasına nəzarət edilməlidir.
11.16. Monitorinq subyektinin fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir.
11.17. Zəruri hallarda mərkəzləşdirilmiş arxivdə saxlanılan sənədlər müvəqqəti istifadə üçün yalnız rəhbərlik tərəfindən imzalanmış tələbnamə əsasında götürülə bilər. Tələbnamədə sənədlərin siyahısı göstərilir. Tələbnamə əsasında verilən sənədlər arxivin xüsusi qeydiyyat jurnalında təhvil alan şəxs tərəfindən imzalanmaqla arxiv işçisi tərəfindən qeydə alınır.
12. İşə qəbul və işçilərin yoxlanması
12.1. Monitorinq subyekti daxili nəzarət sistemi çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasında PY/TMM sahəsi ilə əlaqədar olan işçilərin işə qəbulu və onların yoxlanması mexanizmlərini müəyyən etməlidir.
12.2. İşə qəbul və işçilərin yoxlanılması ilə bağlı prosedurlar monitorinq subyektinin fəaliyyət xüsusiyyətləri, işçiyə olan tələbat və mövcud risklər nəzərə alınmaqla müəyyən edilir.
12.3. Monitorinq subyekti pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli şəxslərin işə qəbul olunmasına yol verilməməsi, və yüksək əxlaqi və peşə keyfiyyətlərinə cavab verən əməkdaşların işə götürülməsi üçün aşağıdakı tədbirləri həyata keçirə bilər:
12.3.1. namizədlərin və ya əməkdaşların PY/TMM sahəsində bilik səviyyəsinin yoxlanması;
12.3.2. namizədlərin və ya əməkdaşların təqdim etdikləri məlumatların doğruluğunun yoxlanması;
12.3.3. namizədlərin və ya əməkdaşların cinayət törədilməsinə görə məhkumluluğunun olub olmaması barədə məlumat əldə edilməsi;
12.3.4. namizədlərin əvvəlki iş yerlərindən xasiyyətnamə alınması;
12.3.5. namizədlərin və ya əməkdaşların şəxsi və peşə keyfiyyətləri barədə digər məlumatların əldə edilməsi.
13. Məsul şəxs
13.1. Monitorinq subyektində rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində PY/TMM sahəsində fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxs təyin edilir.
13.2. Monitorinq subyektinin daxili nəzarət sistemlərinin təşkili üzrə məsul şəxslərinin peşə ixtisası və təcrübəsi Maliyyə Monitorinqi Xidmətinin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.
13.3. Məsul şəxsin vəzifələri aşağıdakılardır:
13.3.1. monitorinq subyektinin fəaliyyət istiqamətinə uyğun olaraq əməkdaşlar tərəfindən Qanunun, habelə daxili nəzarət sistemi çərçivəsində qəbul edilmiş qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarət etmək;
13.3.2. monitorinq subyekti tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmasını təmin etmək;
13.3.3. qanunvericiliklə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidmətinin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularının cavablandırılmasını təmin etmək;
13.3.4. PY/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsini təşkil etmək;
13.3.5. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək;
13.3.6. PY/TMM sahəsində əməkdaşların yol verdikləri qanun pozuntuları barəsindəki monitorinq subyektinin rəhbərliyini məlumatlandırmaq;
13.3.7. PY/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
13.4. Məsul şəxs öz fəaliyyəti, əməkdaşlar tərəfindən daxili nəzarət sisteminin tələblərinə əməl edilməsi və PY/TMM-nin ümumi vəziyyətinə dair, daxili prosedurla müəyyən edilmiş müddətdə və qaydada monitorinq subyektinin rəhbərliyinə yazılı hesabat təqdim edir. Məsul şəxs öz funksiya və səlahiyyətlərini həyata keçirərkən aşağıdakılara riayət etməlidir:
13.4.1. Qanunun tələbləri çərçivəsində hərəkət etmək;
13.4.2. üzərinə qoyulmuş vəzifəni lazımı qaydada həyata keçirmək;
13.4.3. monitorinq subyekti tərəfindən təsdiq olunmuş daxili qayda və prosedurlardan irəli gələn tələblərə əməl etmək;
13.4.4. xidməti məlumatların təhlükəsiz saxlanılmasını və yalnız Qanunla müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;
13.4.5. vəzifə səlahiyyətlərinin icrası ilə bağlı ona məlum olmuş məlumatların məxfiliyini qorumaq.
13.5. Məsul şəxs rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində təmsil olunmalı, fəaliyyəti digər struktur bölmələrindən asılı olmamalı və yalnız monitorinq subyektinin rəhbərliyinə hesabat verməlidir.
13.6. Məsul şəxs monitorinq subyektinin daxili audit xidmətinin və müştərilərə xidmət bölməsinin əməkdaşı ola bilməz.
13.7. Məsul şəxs və monitorinq subyektinin əlaqədar əməkdaşları öz səlahiyyətləri daxilində pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədləri, müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədlərini, habelə Qanuna əsasən alınmış digər zəruri məlumatları əldə etmək hüququna malikdir.
13.8. Məsul şəxs hər hansı bir səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada monitorinq subyektinin digər əməkdaşı ilə əvəz olunması təmin olunmalıdır.
14. PY/TMM üzrə təlimlərin keçirilməsi
14.1. Monitorinq subyekti PY/TMM sahəsi üzrə əməkdaşlara mütəmadi təlimlər keçməli və onların bu sahədə keçirilən təlimlərdə iştiraklarını təmin etməlidir.
14.2. Təlimin məqsədi monitorinq subyektinin əməkdaşlarının PY/TMM sahəsi üzrə qanunvericiliyə, eləcə də monitorinq subyektinin daxili nəzarət sisteminin tələblərinə, onların həyata keçirilməsi proqramlarına və daxili nəzarətin təşkili üzrə qəbul edilmiş prosedurlara riayət etmələri üçün pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki zəruri biliklərin əldə edilməsidir.
14.3. Monitorinq subyekti öz əməkdaşlarına vəzifə funksiyalarından asılı olaraq aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir:
14.3.1. mütəmadi olaraq PY/TMM sahəsi üzrə normativ hüquqi baza ilə, habelə Maliyyə Monitorinqi Xidmətinin qəbul etdiyi normativ xarakterli aktlarla tanışlıq;
14.3.2. monitorinq subyekti tərəfindən PY/TMM sahəsi üzrə qəbul olunmuş daxili nəzarət sistemi ilə tanışlıq;
14.3.3. daxili nəzarət sisteminin həyata keçirilməsi ilə bağlı proqramlar və bu proqramlar üzrə praktiki məşğələlər;
14.3.4. PY/TMM sahəsində şübhəli əməliyyatların aşkarlanması meyarları üzrə treninq və praktiki məşğələlər.
14.4. Monitorinq subyekti bu Tələblərin 14.3-cü bəndində nəzərdə tutulmuş təlim kurslarından başqa öz əməkdaşlarının PY/TMM sahəsi üzrə Maliyyə Monitorinqi Xidməti və ya nəzarət orqanları tərəfindən keçirilən seminarlarda, konfranslarda və treninqlərdə iştiraklarını təmin etməlidir.
14.5. Monitorinq subyektinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla monitorinq subyektinin rəhbəri tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilir. Bu siyahıya hər bir halda monitorinq subyektinin aşağıdakı əməkdaşları daxil edilir:
14.5.1. aidiyyəti struktur bölmələrin rəhbərləri;
14.5.2. məsul şəxs;
14.5.3. hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları;
14.5.4. monitorinq subyektinin müştərilərə bilavasitə xidmət göstərən əməkdaşları;
14.5.5. monitorinq subyektinin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər əməkdaşları.
14.6. Təlim, monitorinq subyektində planlı və plandankənar formada aparıla bilər.
14.7. Monitorinq subyektində planlı təlim monitorinq subyektinin rəhbərinin hər il təsdiq etdiyi təlim proqramına uyğun olaraq proqram üzrə müəyyən edilmiş vaxtda müvafiq əməkdaşlar üçün məsul şəxs tərəfindən aparılır.
14.8. Təlim proqramları PY/TMM sahəsi üzrə qanunvericiliyin tələblərini, eləcə də monitorinq subyektinin və onun müştərilərinin fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla hazırlanır.
14.9. Monitorinq subyektinin bu Tələblərin 14.5-ci bəndində nəzərdə tutulmuş əməkdaşları iki ildə bir dəfədən az olmayaraq planlı təlimdən keçməlidirlər. Monitorinq subyektinin əməkdaşlarının bilik və vərdişlərinin yoxlanılmasının forma və qaydası monitorinq subyekti tərəfindən müstəqil olaraq müəyyən edilir.
14.10. Təlim proqramı hər bir işçi üçün onların tutduğu vəzifələrə, ixtisas səviyyəsinə və eləcə də təlimin formalarının, dövriliyinin və müddətlərinin tələblərinə əsaslanaraq monitorinq subyekti tərəfindən müəyyən edilir.
14.11. Təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və monitorinq subyektinin rəhbəri tərəfindən təsdiqlənməlidir. Zərurət yarandıqda il ərzində təlim proqramına monitorinq subyektinin rəhbəri tərəfindən təsdiq olunan əlavə və dəyişikliklər edilə bilinər.
14.12. Təlim proqramı məsul şəxs tərəfindən dövri olaraq təhlil olunmalı və PY/TMM sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə daxili qayda və prosedurlara əlavə və dəyişikliklər edildikdə yenilənməlidir.
14.13. Monitorinq subyektində plandankənar təlim aşağıdakı hallarda məsul şəxs tərəfindən aparılır:
14.13.1. PY/TMM sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əlavə və dəyişikliklər edildikdə, habelə bu sahədə yeni normativ hüquqi aktlar qüvvəyə mindikdə;
14.13.2. PY/TMM sahəsində monitorinq subyekti tərəfindən daxili nəzarət sistemi üzrə yeni qayda və prosedurlar təsdiqləndikdə və ya mövcud qayda və prosedurlar dəyişdirildikdə;
14.13.3. daxili auditin və ya nəzarət orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə görə monitorinq subyektində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğu və bu sahədə qanunvericiliyin tətbiqi səviyyəsinin aşağı olduğu müəyyən edildikdə.
15. Daxili audit mexanizmi
15.1. Monitorinq subyekti Qanunun tələblərinin, PY/TMM sahəsində normativ xarakterli aktların və daxili nəzarət sistemi çərçivəsində qəbul olunmuş qayda və prosedurların (bundan sonra – Qanunla tələb olunan qaydalar) tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizminə malik olmalıdır.
15.2. Monitorinq subyektində daxili audit mexanizmi Qanunla tələb olunan qaydaların tətbiqindəki potensial səhvlərin və nöqsanların vaxtında aşkar edilməsi və qarşısının alınması, habelə bununla bağlı risklərin minimuma endirilməsi məqsədini daşıyır.
15.3. Monitorinq subyektinin rəhbərliyi Qanunla tələb olunan qaydaların tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədi ilə müntəzəm daxili auditinin keçirilməsi üçün məsuliyyət daşıyır.
15.4. Daxili auditin məqsəd və vəzifələri ilk növbədə aşağıdakılardan ibarətdir:
15.4.1. monitorinq subyektinin ayrı-ayrı əməkdaşları və struktur bölmələri tərəfindən icra olunan əməliyyatların Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini və müvafiq halda monitorinq olunmasını təmin etmək;
15.4.2. monitorinq subyektinin əməkdaşları tərəfindən Qanunun 9-12-ci maddələrinin və daxili nəzarət sisteminin tələblərinin pozulması faktlarını aşkar etmək və yol verilmiş qanun pozuntularını araşdırmaq;
15.4.3. aşkar edilmiş nöqsanların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tövsiyələr işləyib hazırlamaq;
15.4.4. aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
15.4.5. aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında monitorinq subyektinin rəhbərliyinə məlumat vermək;
15.4.6. monitorinq subyektinin əməkdaşları tərəfindən PY/TMM sahəsində qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək;
15.4.7. daxili nəzarət sisteminin adekvatlığını təhlil etmək;
15.4.8. PY/TMM sahəsində nəzarət mexanizmləri və qaydaların səmərəliyinə və effektivliyinə qiymət vermək;
15.4.9. PY/TMM sahəsində yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək.
15.5. Monitorinq subyektində daxili audit, audit proqramına uyğun olaraq həyata keçirilir.
15.6. Audit proqramı aşağıdakı tələblərə cavab verməlidir:
15.6.1. monitorinq subyektinin rəhbərliyi və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsi tərəfindən təsdiq edilməli və müntəzəm surətdə nəzərdən keçirilməlidir;
15.6.2. yazılı formada olmalı və auditin məqsəd və vəzifələrini, o cümlədən əhatə dairəsini əks etdirməlidir;
15.6.3. auditin məqsədlərinə nail olmaq üçün yoxlanılan sahələr üzrə kifayət qədər geniş əhatə dairəsinə malik olmalıdır;
15.6.4. yoxlanılan hər bir sahə üzrə auditin həyata keçirilməsi qrafiki və müddəti əks olunmalıdır;
15.6.5. yoxlanılan hər bir sahə və ya struktur bölməsi, habelə ümumilikdə filial və ya nümayəndəliklər üzrə ətraflı iş proqramlarını nəzərdə tutmalıdır;
15.6.6. auditin aydın və dəqiq təsviri olmalı, habelə auditin həcmindən asılı olaraq monitorinq subyektinin ayrı-ayrı struktur bölmələrində, konkret əməliyyatların yoxlanılması proseduraları göstərilməlidir.
15.7. Audit yoxlamalarının keçirilməsi qrafiki və müddətləri, yoxlanılacaq sahənin risk dərəcəsindən asılı olaraq müəyyən edilməlidir. Monitorinq subyektində daxili audit ildə azı bir dəfə keçirilməlidir.
15.8. Daxili auditin nəticələri daxili auditin başa çatmasından ən çoxu 5 iş günü müddətində tərtib olunan, auditi aparmış auditorun və daxili audit xidmətinin rəhbərinin (monitorinq subyektinin daxili audit xidməti bir auditordan ibarət olduqda, yalnız həmin auditorun) imzası ilə təsdiq edilən, aşağıdakı tələblərə cavab verən auditor rəyi ilə rəsmiləşdirilməlidir:
15.8.1. auditin məqsədlərini, əhatə dairəsini, nəticələrini, o cümlədən aşkar edilən nöqsan və çatışmazlıqlar barədə hesabatı və problemlərin mövcud olduğu hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirməlidir;
15.8.2. tövsiyələrdə auditin nəticələrinin qısa təsviri, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün, o cümlədən yol verilmiş qanun pozuntularına, həmçinin səmərəsiz fəaliyyətə görə müvafiq vəzifəli şəxs(lər) barəsində görülməsi zəruri hesab edilən tədbirlər və belə tədbirlərin həyata keçirilməsi müddətləri göstərilməlidir.
15.9. Rəylər bilavasitə monitorinq subyektinin rəhbərliyinə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsinə təqdim edilməlidir.
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|||
|
|||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475) ilə ləğv edilmişdir.