AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2010
QEYDİYYAT NÖMRƏSİ
1061-IIIQ
ADI
"Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-11-2010, Nəşr nömrəsi: 251), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2010, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 921)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinin Aparılması Qaydalarının Təsdiq Edilməsi Haqqında

"Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2010-cu il iyunun 23-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

           № 1061-IIIQ

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti Arasında diplomatik və xidməti pasportlara malik olan Vətəndaşların vizasız gediş-gəlişi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Razılığa gələn Tərəflər“ adlandırılan Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti,

İki dövlət arasında olan dostluq münasibətlərini nəzərə alaraq,

Azərbaycan Respublikasının və Avstriya Respublikasının diplomatik və xidməti pasportlara malik olan vətəndaşlarının müvafiq olaraq digər Razılığa gələn Tərəfin ərazisinə gediş-gəlişini asanlaşdırmaq arzusunda olaraq,

Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Vizasız gediş-gəliş

 

Etibarlı diplomatik və xidməti pasportlara malik olan. Azərbaycan Respublikası vətəndaşları Avstriya Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və ya giriş günündən etibarən 6 ay müddətində 90 (doxsan) günə qədər orada qala bilərlər. Müddətlər Avstriya Respublikasının və ya birgə sərhədlərdəki yoxlanışlarının tədricən ləğvini nəzərdə tutan 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin həyata keçirilməsi haqqında 19 iyun 1990-cı il tarixli Sazişin iştirakçısı olan digər bir dövlətin ərazisinə ilkin daxil olma günündən etibarən hesablanır.

Etibarlı diplomatik və xidməti pasportlara malik olan Avstriya Respublikası vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və ya ölkəyə giriş günündən etibarən 6 ay müddətində 90 (doxsan) günə qədər orada qala bilərlər.

 

Maddə 2

Pasportun etibarlılıq müddəti

 

Hər iki Razılığa gələn Tərəflərin vətəndaşlarının diplomatik və xidməti pasportlarının  etibarlılıq   müddəti   onların   digər   Razılığa   gələn   Tərəfin ərazisinə daxil olduğu gün ən azı 6 ay təşkil etməlidir.

 

Maddə 3

Giriş-çıxış şərtləri

 

Razılığa gələn Tərəflərin etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən giriş-çıxış məqsədləri ilə müəyyənləşdirilmiş məntəqələrdən istifadə edərək, müvafiq olaraq digər Razılığa gələn Tərəfin ərazisinə gedib-gələ bilər və o zaman onlara qarşı təhlükəsizlik, immiqrasiya, gömrük, səhiyyə və digər sahələr üzrə olan qanunlarda nəzərdə tutulmuş və bu növ etibarlı pasportlara malik şəxslərə hüquqi cəhətdən şamil edilən məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər tətbiq olunmur.

 

Maddə 4

Diplomatik və konsulluq nümayəndəliklərinin üzvləri üçün viza

 

1. Bu Sazişin 1-ci maddəsi Razılığa gələn Tərəflərin etibarlı diplomatik və ya xidməti pasportlara malik olan, digər Razılığa gələn Tərəfin ərazisindəki diplomatik və ya konsulluq nümayəndəliyinə ezam edilmiş vətəndaşlarına ilk dəfə həmin ölkəyə səfər etdikləri zaman şamil edilmir.

2. 4-cü maddənin 1-ci bəndi, 1-ci bənddə göstərilmiş pasport sahiblərinin onlarla birlikdə yaşayan və diplomatik və ya xidməti pasporta malik olan ailə üzvlərinə də tətbiq edilir.

3. Bu Sazişin 1-ci maddəsi digər Razılığa gələn Tərəfin ərazisində 1-ci maddədə göstərilmiş vaxtdan çox qalmağı və ya əmək münasibətlərinə girməyi planlaşdıran şəxslərə tətbiq olunmur. Bu hallarda Razılığa gələn Tərəflərin immiqrasiya şərtlərinə uyğun olaraq giriş vizası və ya ölkədə qalma icazəsi almaq lazımdır.

4. Razılığa gələn Tərəflərin beynəlxalq hüquqa əsasən imtiyaz və immunitetlərə malik və qəbul edən dövlət tərəfindən verilmiş fotoşəkilli vəsiqələri olan vətəndaşlarından bu vəsiqənin etibarlılıq müddəti ərzində Razılığa gələn Tərəfin ərazisində qalmaq və ölkəyə yenidən daxil olmaq məqsədilə sərhədi keçərkən və bu etibarlı fotoşəkilli vəsiqə və diplomatik və ya xidməti pasportu təqdim etdiyi təqdirdə giriş vizası və ya ölkədə qalmaq üçün sənəd tələb olunmur.

 

Maddə 5

Hakimiyyət orqanlarının səlahiyyətləri

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin vətəndaşlarmı digər Razılığa gələn Tərəfin əcnəbilərin ölkəyə   daxil olması, ölkədə qalması və ölkədən getməsi ilə bağlı olan qanun və qaydalarına riayət etmək öhdəliyindən azad etmir.

2. Hər iki Razılığa gələn Tərəf arzu olun mayan və ya ictimai asayiş, əhalinin sağlamlığı və milli təhlükəsizlik üçün təhlükə hesab olunan şəxslərə ölkəyə daxil olmaq üçün icazə verməkdən imtina etmək və ya ölkədə qalma müddətini azaltmaq hüququnu özündə saxlayır.

 

Maddə 6

Sazişin dayandırılması

 

1. Hər bir Razılığa gələn Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya vətəndaşların sağlamlığı ilə bağlı olan səbəblər üzündən bu Sazişin tətbiqini müvəqqəti olaraq tamamilə və ya qismən dayandıra bilər.

2. 1-ci bənddəki tədbirlərin həyata keçirilməsi və ya aradan qaldırılması barədə digər Razılığa gələn Tərəfə dərhal diplomatik kanallar vasitəsilə məlumat verilməlidir.

 

Maddə 7

Pasportun və ya səyahət sənədinin nümunəsi və verilməsi

 

1. Razılığa gələn Tərəflər digər Razılığa gələn Tərəfin istifadə etdiyi diplomatik və xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından sonra 30 (otuz) gün müddətində diplomatik kanallar vasitəsilə bir-birilə mübadilə edəcəklər; hər bir Razılığa gələn Tərəf hər dəfə yeni pasportu dövriyyəyə buraxdıqdan ən azı 30 (otuz) gün öncədən onun nümunəsini digər Razılığa gələn Tərəfə göndərəcəkdir.

2. Hər iki Razılığa gələn Tərəf pasport sənədləri ilə bağlı öz qayda və qanunlarındakı dəyişikliklər barədə bir-birilərini müvafiq şəkildə məlumatlandıracaqdır.

3. Razılığa gələn Tərəflərdən birinin vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində bu Sazişin 1-ci maddəsində göstərilən etibarlı pasportunu itirdikdə qəbul edən dövlətin səlahiyyətli orqanlarını məlumatlandıracaqdır. Səlahiyyətli diplomatik və konsulluq nümayəndəliyi yuxanda göstərilən dövlətin vətəndaşı üçün yeni pasport və ya yeni səyahət sənədi verəcəkdir və qəbul edən dövlətin səlahiyyətli orqanlarını bu barədə məlumatlandıracaqdır.

 

Maddə 8 Mübahisələrin həlli

 

Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı yarana bilən hər hansı fikir aynlığı və ya mübahisə Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar yolu ilə xoş məramla həll ediləcəkdir.

 

Maddə 9

Sazişə dəyişiklik

 

Bu Sazişə, əgər tələb olunarsa, Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında dəyişikliklər və ya əlavələr edilə bilər. Belə dəyişikliklər və ya əlavələr xüsusilə 1-ci maddədə qeyd edilmiş müddətlərin uzadılmasını ehtiva edə bilər. Sazişə edilən dəyişiklik və ya əlavə Razılığa gələn Tərəflərin bunun üçün müəyyən etdiyi gün qüvvəyə minir.

 

Maddə 10

Sazişin qüvvəyə minməsi, müddəti və sona çatması

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən sonra 30-cu (otuzuncu) gün qüvvəyə minir.

2. Bu Saziş 5 (beş) il ərzində qüvvədədir və avtomatik olaraq hər dəfə növbəti 5 (beş) illik müddətə uzadılacaqdır.

3. Hər bir Razılığa gələn Tərəf bu Sazişi istənilən vaxt yazılı xəbərdarlıq etməklə xitam edə bilər. Belə halda Saziş xitam notasının digər Razılığa gələn Tərəfə daxil olduğu tarixdən 30 (otuz) gün sonra qüvvədən düşür.

Bu Saziş Bakı şəhərində " 23 " iyun 2010-cu il tarixində iki əsl nüsxədə Azərbaycan və alman dillərində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

 

 

Azərbaycan Respublikası

Avstriya Federal

Hökuməti

Hökuməti

adından

adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status