Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında, ölkəmizdə hərbi vətənpərvərliyin təbliğ edilməsində, hərbi hissələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən aşağıdakı mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar verilsin:
"Xalq artisti" fəxri adı
Məmmədova Zümrüd Mövlud qızı
Rzayev Zaur Əlihüseyn oğlu
"Əməkdar incəsənət xadimi" fəxri adı
Qurbanov Abdulla Novruz oğlu
"Əməkdar artist" fəxri adı
Abutalıbov Vaqif Fazil oğlu
Axundov Eldar Balağa oğlu
Məmmədov Böyükağa Şükür oğlu
Məmmədov Fikrət Qulamhüseyn oğlu
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2003-cü il
№ 889