AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2003
QEYDİYYAT NÖMRƏSİ
890
ADI
Azərbaycan Respublikasının Prezident sarayı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 296)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Prezident sarayı haqqında

Azərbaycan Respublikasının Prezident sarayı haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Bakı şəhərinin mərkəzi küçələrindən biri olan İstiqlaliyyət küçəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının yerləşdiyi bina şəhərin ən möhtəşəm binalarından biridir. 1977-1986-cı illərdə bu küçədə yerləşən köhnə və yararsız vəziyyətə düşmüş tikililər dağıdılaraq Azərbaycan SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsi üçün Heydər Əliyevin təşəbbüsü ilə 12 mərtəbəli bina tikilmişdir və 1991-ci ilədək bina həmin məqsədlər üçün istifadə edilmişdir. Bu binanın inşa edilməsi zamanı o vaxtın ən müasir texnologiyalarından, avadanlıqlarından və tikinti materiallarından istifadə edilmişdir. Binanın layihələşdirilməsi və tikilməsi zamanı əsas meyar kimi onun funksional təyinatı - ali idarəetmənin həyata keçirilməsi - götürülmüşdür. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra bina Azərbaycan Respublikası Prezidentinin və onun aparatının iş yeri kimi istifadə olunur. Lakin, Azərbaycan Respublikası Prezidentinin daimi fəaliyyət göstərdiyi binanın statusu onun əsas funksional təyinatı ilə uzlaşmır və bir çox hallarda çaşqınlıq yaradır.

Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

1. Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 19 ünvanında yerləşən binaya Azərbaycan Respublikasının Prezident sarayı statusu verilsin.

2. Azərbaycan Respublikasının Prezident sarayının başında Azərbaycan Respublikasının dövlət bayrağı və önündə Azərbaycan Rebpublikasının dövlət gerbi yerləşdirilsin.

3. Azərbaycan Respublikasının Prezident sarayının arxasında yerləşən meydan Azərbaycan Respüblikasına dövlət səfərlərinə və rəsmi səfərlərə gələn xarici dövlətlərin ali vəzifəli şəxslərinin qarşılanmalarının təşkil edilməsi məqsədi ilə abadlaşdırılsın.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2003-cü il
                № 890

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status