×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.2003
QEYDİYYAT NÖMRƏSİ
1242
ADI
Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 306)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.06.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında

Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ölkənin tikinti materialları ehtiyatlarından, o cümlədən Abşeron yarımadasında yerləşən təbii daş yataqlarından istifadənin səmərəsini artırmaq və bu sahənin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006-cı illər) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 13 iyun 2003-cü il
                № 1242

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 13 iyun tarixli, 1242 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Abşeron yarımadasında təbii daş yataqlarının

səmərəli istifadəsi və inkişafı

Dövlət Proqramı

 

(2003-2006-cı illər)

 

1. Abşeron yarımadasında təbİİ daş yataqlarından İstİfadənİn vəzİyyətİ

 

Azərbaycan Respublikası zəngin yeraltı və yerüstü təbii sərvətlərə malik olan ölkədir. Azərbaycanın müxtəlif rayonlarında çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqları və s. yataqlar vardır. Onların içərisində tikinti materialları yataqları xüsusi yer tutur. Həmin yataqların bir hissəsi Abşeron coğrafi rayonunun ərazisində yerləşir. Bu regionda gil ehtiyatları 11 yataqda 33,8 milyon kub metr, qum-çınqıl ehtiyatları 2 yataqda 10,6 milyon kub metr, üzlük daşı ehtiyatı 1 yataqda 0,2 milyon kub metr, qum ehtiyatları 6 yataqda 17,4 milyon kub metr, kvars qumu ehtiyatı 3 yataqda 12,5 milyon kub metr, sement xammalı, o cümlədən əhəng daşı 1 yataqda 110,2 kub metr, gil 1 yataqda 30,1 milyon kub metr, dolomit ehtiyatı 1 yataqda 40 milyon kub metr, bitumlu qumların ehtiyatı 2 yataqda 2,4 milyon kub metr, göl duzu ehtiyatı 1 yataqda 1,7 milyon kub metr təşkil edir. İstifadə edilən yataqların təsdiq olunmuş ehtiyatları 218 milyon kub metr, o cümlədən Qaradağ yatağı üzrə 44 milyon kub metr, Korgöz yatağı üzrə 20 milyon kub metr, Güzdək yatağı üzrə 22 milyon kub metr və s. təşkil edir.

Abşeron yarımadasının ərazisində daş süxurlarından (əhəng daşı, vulkan tufu, qum daşı, travertin, bazalt) divar daşı istehsalı xüsusi yer tutur. Təbii divar daşının geniş istifadə olunması ilk növbədə onun yüksək fiziki-mexaniki xassələri, istehsalın təşkili üçün vəsait qoyuluşunun və yanacaq enerji sərfinin aşağı olması ilə izah olunur. Belə ki, keramik kərpic istehsalı ilə müqayisədə divar daşı istehsalı müəssisələrinin yaradılmasına 2,5 - 3 dəfə az vəsait tələb olunur. 1 kub metr divar materialı istehsalı zamanı daş süxurlarından divar daşı istehsalı üçün 30 kq şərti yanacaq lazım gəlirsə, keramik kərpic istehsalında 107 kq, dəmir-beton məmulatları istehsalında 54 kq şərti yanacaq istifadə olunur.

Abşeron yarımadasında əsasən Güzdək, Gülbaxt, Korgöz, Qızılqaya yataqlarında kəsilən üzlük tavalar yüksək dekorativ xassələrə malikdir. Bu tavalardan qədim zamanlardan bəri Bakı şəhərində binaların xarici divarlarının üzlənməsi və bəzədilməsində istifadə olunmuşdur. Yeganə dağıdılmamış üzlük materialları üçün yararlı Şahqaya əhəng daşı yatağından sement istehsalı üçün xammal kimi istifadə edilməsi gələcəkdə onun tam sıradan çıxarılmasına gətirib çıxara bilər.

Dövlət balansında olan 60,5 milyon kub metrlik 14 tikinti qumları yatağından yalnız Abşerondakı Şıxlar qum yatağı istismar olunur, digərləri isə ehtiyatdadır. Bakı şəhərindən 95-100 km cənub-qərbdə olan yatağın kvars qumları şüşə istehsalı və tökmə sənayesində qəlibləmə materialı istehsalı məqsədilə öyrənilmişdir. Qumlarda dəmir oksidinin miqdarı lazımi səviyyədən xeyli artıq olduğundan, onlar təbii şəkildə yalnız tünd rəngli şüşə qablar istehsalına yararlıdır.

Abşeron yarımadasında müxtəlif çeşidli tikinti materialları istehsal etmək üçün zəngin mineral-xammal yataqları mövcud olsa da, son dövrlərdə onların səmərəli istifadəsi ilə bağlı əsaslı tədbirlər həyata keçirilməmiş, həmin yataqların istismarı sahəsində bir sıra nöqsanlara yol verilmişdir.

Abşeronda fəaliyyət göstərən mexanikləşdirilmiş iri daş karxanalarının parçalanması nəticəsində pərakəndəlik yaranmış, texniki, texnoloji, təhlükəsizlik, əməyin mühafizəsi, ekologiya və ətraf mühitin mühafizəsinə dair tələblərə məhəl qoyulmadan aparılan istismar işləri nəticəsində qiymətli əhəng daşı yataqları son dərəcə səmərəsiz istifadə olunur. Təcrübə göstərir ki, müvafiq tullantıların sement və əhəng istehsalında, yol tikintisində yararlı xammal kimi istifadəsi mümkün olduğu halda, Abşeron daş karxanalarında kəsilən dağ kütləsinin təxminən 50 faizə qədəri yararsız material kimi atılır.

Daş çıxarmada ciddi nöqsanların yaranmasının əsas səbəblərindən biri də müəssisələrin bir çoxuna ayrılan ərazilərin olduqca kiçik olmasıdır. Təcrübə göstərir ki, daşçıxarma müəssisələrinin normal fəaliyyəti üçün dağ-mədən sahəsi 5,0 ha-dan az olmamalıdır. Lakin bu rayonda bir sıra müəssisələrə ayrılmış dağ-mədən sahəsi cəmi 0,6-2,0 ha təşkil edir. Belə kiçik sahələrdə səmərəli daşçıxarma texnologiyasının təşkili mümkün deyil. Hesablamalara görə bir daşkəsən maşının normal fəaliyyəti üçün 7500 kv.m dağ-mədən sahəsi tələb olunur. Kiçik sahələrdə daşkəsmədən alınan tullantılar yığılıb qalır, daşkəsmənin inkişaf imkanları məhdudlaşır, karxana təsərrüfatına lazım olan yardımçı sahələrin (təmir sexləri, daşsaxlama anbarları, avadanlıqlar saxlanılan sahələr və s.) yaradılması mümkün olmur.

Qeyd olunan neqativ meyllərə baxmayaraq, Azərbaycan Respublikasının mineral-xammal bazasının zənginliyi dağ-mədən sənayesinə milli və xarici investisiyaların cəlb edilməsi yolu ilə bu sahənin səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsi üçün geniş imkanlar açır.

2. Proqramın əsas məqsədİ və vəzİfələrİ

"Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006-cı illər)" (bundan sonra - Proqram) Abşeron yarımadasında mövcud olan təbii sərvətlərdən səmərəli istifadə olunması, ətraf mühitin qorunması, ölkəyə investisiyaların cəlb edilməsi və bununla da yeni iş yerlərinin açılması, iqtisadiyyatın müxtəlif sahələrində yerli xammaldan istifadə olunması üçün şəraitin yaradılması məqsədilə hazırlanmışdır.

Qarşıya qoyulan məqsədə çatmaq üçün müəyyən edilən əsas vəzifələr aşağıdakılardır:

- hər bir yatağın qanunvericiliyə uyğun olaraq fərdi yanaşma yolu ilə müqavilə əsasında istifadəyə verilməsini təmin etmək;

- istehsal fəaliyyətinin bərpası və iqtisadi baxımdan səmərə verməsi mümkün olan yataqların seçilməsi və əlverişli iqtisadi və ekoloji şəraitin yaradılması yolu ilə onların fəaliyyətinin bərpasına və inkişafına nail olmaq;

- yataqların səmərəli istismar edilməsi yolu ilə yeni iş yerlərinin yaradılmasını təmin etmək.

Abşeron yarımadasının təbii daş yataqlarının səmərəli istismarını təmin etmək üçün bu yataqların mövcud vəziyyətindən asılı olaraq aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:

- markşeyder xidmətinin təşkili ilə bağlı rəylərin hazırlanması;

- biznes-planların hazırlanması və yataqlarda işlərin həmin biznes-planlara uyğun aparılması;

- yatağın müqavilə əsasında istismar edilməsi.

Proqramın tələblərindən irəli gələn konkret tədbirlər və onların icra müddəti proqram üzrə tədbirlər planına müvafiq olaraq həyata keçiriləcəkdir.

Proqramın baş icraçıları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Qeyd olunan nazirliklər bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status