361 - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.12.2010
QEYDİYYAT NÖMRƏSİ
361
ADI
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-12-2010, Nəşr nömrəsi: 274), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2010, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1061)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009-cu il, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010-cu il,  № 2, maddə 80, № 3, maddə 180; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 sentyabr tarixli 328 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 58-ci bənd əlavə edilsin:

 

58

 

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2200

 

  

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 790; 2006-cı il, № 9, maddə 741; 2007-ci il, № 2, maddə 91; 2008-ci il, № 8, maddə 722) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 25-ci bəndində “və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “, ”İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

3. Müəyyən edilsin ki:

3.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.7-ci maddəsinin ikinci cümləsində, 7.4-cü, 10.6-cı maddələrində, 15.1-ci maddəsinin birinci cümləsində, 15.5-ci və 16.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;

3.2. həmin Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər. [1]

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 13 dekabr 2010-cu il

                    № 361

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

3.       20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə, 3.1-ci və 3.2-ci bəndlərdə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 3.1-ci və 3.2-ci bəndlərinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231) ilə 3.2-ci bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status