AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.12.2010
QEYDİYYAT NÖMRƏSİ
362
ADI
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-12-2010, Nəşr nömrəsi: 274), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2010, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1062)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi ol

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin.

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri” təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını müəyyən etsin.

 

İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 13 dekabr 2010-cu il

             № 362

 


 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması (bundan sonra - geyim forması) - miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilər (bundan sonra - xüsusi rütbəsi olan işçilər) üçün müəyyən edilmiş geyim əşyaları, fərqlənmə nişanlan və ləvazimatların dəstidir.

2. Geyim əşyalarına üst geyimləri (isti gödəkcə, plaş, kitel, şalvar və s.), baş geyimləri (furajka, şlyapa və kepka), ayaqqabılar (tufli, yarımçəkmə), digər əşyalar (köynəklər, yun köynəklər, şərflər və s.) aiddir.

3. Fərqlənmə nişanlan - geyim formasında rəmzlər şərti təsvir olunmaqla dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və xüsusi rütbəyə mənsubiyyəti göstərir. Fərqlənmə nişanlarına poqonlar, qol və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar, lentlər və s.), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqlənmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. [i]

4. Ləvazimat dəsti - xüsusi vasitələri gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ləvazimat dəstinə xüsusi kəmər, qobur və s. aiddir.

5. Geyim forması yay və qış geyimlərinə bölünür. Qış geyimləri yay geyimlərinə nisbətən qalın və isti parçadan tikilir.

6. Xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanlan ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalar üzrə təmin olunurlar.

7. Xüsusi rütbəsi olan işçilər geyim formasını Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq daşıyırlar.

 

II. GEYİM FORMASININ TƏRKİBİ

 

8. Geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları daxildir:

furajka (qadınlarda - şlyapa) - tünd boz rəngli;

isti gödəkcə - tünd boz rəngli; plaş - tünd boz rəngli;

kitel - tünd boz rəngli;

şalvar (qadınlarda - yubka və şalvar)- tünd boz rəngli;

şalvar qayışı (qadınlarda - yubka və şalvar qayışı) - qara rəngli;

yun köynək - tünd boz rəngli;

uzunqol köynək - ağ rəngli;

qısaqol köynək - ağ rəngli;

qalstuk - tünd boz, gümüşü rəngli sıxacla;

şərf - açıq boz rəngli;

corablar - qara rəngli (qadınlarda - dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar);

tufli, yarımçəkmə - qara rəngli.

9. Furajka tünd boz rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, gümüşü rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Təpənin kənarında həmin parçadan eni 0,3 sm olan kant tikilir. Dibciyin alt hissəsi boyu eni 0,3 sm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində gümüşü rəngdə tikmə kokarda vardır.

Günlük - tünd boz rəngdədir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə palıd yarpağının gümüşü rəngdə naxışı olan tünd boz rəngli çexol tikilir. Gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsinə bağlanır.

10. Şlyapa tünd boz rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, gümüşü rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Dibciyin alt hissəsi boyu eni 0,3 sm olan tünd qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında gümüşü rəngdə tikmə kokarda vardır.

Günlük - tünd boz rəngdədir. Günlüyün üstünə böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə palıd yarpağının gümüşü rəngdə naxışı olan tünd boz rəngli çexol tikilir. Gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi-nə bağlanır.

11. İsti gödəkcə tünd boz rəngli dəridən tikilir, birbortlu və qatlanan boyunluqlu olur. Gödəkcənin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Gödəkcənin orta forma düyməsi ilə düymələnən poqonlar üçün qayışcıqları və taxılıb-çıxarılan təbii xəzdən istiləşdirilmiş astan vardır.

Gödəkcə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Gödəkcə içəri tərəfdə bel səviyyəsindən və aşağı kənarından, o cümlədən biləyindən rezin parça ilə tənzimlənir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Gödəkcənin hər iki yan tərəflərinə köndələn ciblər tikilir. Qollan ikitikişli, qol köbəli, içəridən tikiləndir.

12. Plaş tünd boz rəngli dəridən tikilir, birbortlu və qatlanan boyunluqlu olur. Plaşın beldən bağlanan, eni 5 sm olan kəməri vardır. Plaşla geyinmək üçün açıq boz yun parçadan hazırlanmış eni 40 sm, uzunluğu 100 sm olan şərf verilir.

Plaş dörd (qadınlarda - üç) böyük forma düyməsi ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir.

Plaşın taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün qayışcıqlar orta forma düymələri ilə düymələnir. Laylan yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Qollan ikitikişli, qol köbəli, içəridən tikiləndir.

Plaş ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Plaşın yaxalıqlarının künclərində yaxa nişanı yerləşdirilir.

Plaşın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir.

Döşəmədən plaşın ətəyinədək olan məsafə 43-45 sm-dir.

13. Kitel tünd boz rəngli parçadan tikilir, birbortlu, açıq və qatlanan boyunluqlu olur. Kitel dörd (qadınlarda - üç) böyük forma düyməsi ilə düymələnir. Laylan kəsmə yan hissəlidir və qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş fiqurlu qapaqlan olan yan kəsmə cibləri vardır. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Kitelin poqonları çiyinə tikilir. Kitelin yaxalıqlarının künclərində yaxa nişanı yerləşdirilir.

Kitelin qol köbəsinin üstündən (ali xüsusi rütbəsi olan işçilər üçün əlavə olaraq - kitelin boyunluğunun kənarı boyu) eni 0,3 sm olan tünd qırmızı rəngli mahuddan kant vardır.

Kitelin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir.

14. Yay (qış) şalvarı tünd boz rənglidir və şalvarın kəsmə yan cibləri, arxa tərəfdə qapaqlı kəsmə cibi vardır. Qadınlarda şalvarın arxa tərəfi cibsizdir.

Şalvar kostyum parçasından tikilir. Şalvarın miyançası qarmaq və zəncir-bəndlə bağlanır. Qurşaqda kəmər üçün yeddi (qadınlarda dörd) halqa (keçid) vardır. Şalvarın yan tikişlərində eni 0,3 sm ölçüdə olan qırmızı mahuddan kant tikilir. Qadınlarda şalvar kantsız olur. Ali xüsusi rütbəsi olan işçilər üçün kantdan 0,5 sm sağ və sol tərəflərdə qırmızı mahuddan eni 2,5 sm olan lampaslar tikilir.

15. Yay (qış) yubkası tünd boz rənglidir və tikilmə qurşaqlıdır. Yubka kostyum parçasından tikilir, sarjadan, yaxud sətindən astan vardır.

Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşaqda kəmər üçün dörd halqa (keçid) vardır.

16. Şalvar və yubka qayışı eni 5 sm olan qara rəngli təbii dəridən hazırlanır. Qayışın toqqası gümüşü rəngli metaldandır. Toqqanın ortasına iki (qadınlarda bir) mil taxılır, qayışın üzərində ölçüləri nizamlayan iki (qadınlarda bir) paralel cərgədə yuvalar açılır.

17. Yun köynək tünd boz rənglidir və yundan toxunur. Yaxası üçbucaqlıdır. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonların tüd boz rəngli qayışcıqları vardır. Qayışcıqlar orta forma düymələri ilə düymələnir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

18. Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Kürəyi koketkalıdır. Ətəyi açıq, qurşaqsızdır. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqsız ciblər vardır. Qatlanan boyunluqludur. Köynək qalstukla geyilir və şalvarın (yubkanın) içinə salmır. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir.

Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir.

19. Qısaqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Qatlanan boyunluqludur. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Üstdən şaquli tikilmiş və qapaqlı qırçının iki döş cibi vardır, qapaqlı ciblərin hər biri adi düymə ilə bağlanır. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynək qalstuksuz geyilir və şalvarın (yubkanın) içinə salınır. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir.

20. Qalstuk tünd boz rənglidir. İti ucla tamamlanan uzanmıştrapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk sıxacı ilə taxılır.

21. Tufli qara rəngli dəridən olur. Qadınlarda mövsümi və yay ayaqqabısı qara rəngli dəridən hazırlanmış tuflidən, qış fəsli üçün qara rəngli dəri yarımçəkmədən ibarətdir.

22. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən müəyyən edilən qurumların xüsusi rütbəsi olan işçilərinin xüsusi geyim formalarının tərkibinə əlavə olaraq aşağıdakı geyim əşyaları və ləvazimat daxildir:

kepka - tünd boz rəngli;

şalvar - tünd boz rəngli;

uzunqol köynək - tünd boz rəngli;

qısaqol köynək - tünd boz rəngli;

xüsusi kəmər - qara rəngli.

23. Kepka tünd boz rəngli parçadan tikilir. Başlıq və günlük hissədən ibarətdir. Başlıq hissə altı xiştəkdən ibarətdir. Kepkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Kepkanın içi astarlıdır. Qabaq hissədə kepkanın dövrəsində gümüşü rəngdə tikmə kokarda vardır.

24. Şalvar tünd boz rəngli parçadan tikilir, düzbiçimlidir, ön hissədə yan ciblər vardır. Yan tikişlərin üstündə yan ciblərdən 15 sm aşağıda üstdən qoyma qapaqlı ciblər tikilir. Cib içəridən iki kiçik adi düymə ilə düymələnir. Şalvarın arxa hissələrində fiqurlu qapaqlı, bir kiçik adi düymə ilə düymələnən ciblər olur. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır.

25. Tünd boz rəngli uzunqol və qısaqol köynəklər bu Əsasnamənin 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş təsvirə uyğun tikilir.

26. Xüsusi kəmər qara rəngli parçadan hazırlanır. Kəmərin eni 7 sm-dir. Kəmərin toqqası 7,5x5 sm ölçüdə gümüşü rəngli metaldan hazırlanır. Kəmərin üzərində ölçüləri nizamlayan iki paralel cərgədə yuvalar açılır.

Kəmərdən rezin dəyənək, əl qandalı və digər əşyalar üçün futlyarlar asılır.

 

III. FƏRQLƏNMƏ NİŞANLARI

 

27. Xüsusi rütbəsi olan işçilər üçün aşağıdakı fərqlənmə nişanlan müəyyən edilir:

poqon;

ulduzlar;

lentlər; [ii]

yaxa nişanı;

qol nişanı;

kokarda;

kant;

lampas;

qalstuk sıxacı;

forma düyməsi.

28. Poqonlar xüsusi rütbəni müəyyən etmək üçündür. Daşınma üsuluna görə poqonlar taxılıb-çıxarılan və tikiləndir. Taxılıb-çıxarılan poqonlar isti gödəkcədə, plaşda, köynəklərdə və yun köynəklərdə, tikilən poqonlar kitellərdə daşınır. Poqonlar gümüşü rəngdə olur.

Plaş və kitel üçün poqonun aşağı hissəsi düzbucaqlı, paralel tərəflərinin uzunluğu 16,5 və 18 sm olmaqla yuxarı hissəsinin arxa tərəfi iti, ön tərəfi kor bucaq şəklində, eni isə 5,5 sm-dir.

İsti gödəkcə, köynəklər və yun köynək üçün poqon aşağıdan eni 5,5 sm düz, yuxarı hissəsi isə yarımdairəvi olmaqla eni 4 sm, uzunluğu 12-18 sm-dir.

Poqonların kənarı 0,3 sm enində tünd boz rəngdə mahudla (ali xüsusi rütbəsi olan işçilər üçün - tünd qırmızı rəngdə) haşiyələnir. Poqonların yuxarı hissəsinə orta forma düyməsi bərkidilir.

Ali xüsusi rütbəsi olan işçilərin poqonlarının aşağı kənarında aypara, çarpazlaşdırılmış qılınc və onları yanlardan əhatə edən palıd yarpağı yerləşdirilir. Bu elementin ölçüləri 3x4,5 sm-dir.

Böyük xüsusi rütbəsi olan işçilərin poqonlarında gümüşü rəngli parçadan aypara və onu yanlardan əhatə edən palıd yarpağı tikilir (preslənir). Bu elementin ölçüləri 2x4,5 sm-dir.

29. Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarına metaldan hazırlanmış gümüşü rəngli səkkizguşəli ulduz tikilir. Ulduzun guşələrindən biri poqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir. [iii]

Poqonlardakı ulduzların ölçüləri orta xüsusi rütbəsi olan işçilər üçün 1,7 sm, böyük xüsusi rütbəsi olan işçilər üçün 2,2 sm, ali xüsusi rütbəsi olan işçilər üçün 2,5 sm-dir.

Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir: [iv]

I dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 3 ulduz;

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 2 ulduz;

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 1 ulduz;

baş miqrasiya xidməti müşaviri üçün - 3 ulduz;

miqrasiya xidməti müşaviri üçün - 2 ulduz;

kiçik miqrasiya xidməti müşaviri üçün - 1 ulduz;

I dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 4 ulduz;

II dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 3 ulduz;

III dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 2 ulduz;

kiçik miqrasiya xidməti qulluqçusu üçün - 1 ulduz.

29-1. Kiçik xüsusi rütbəsi olan işçilərin poqonlarına eninə sıra ilə aşağıdakı sayda qızılı rəngli lentlər yerləşdirilir:

baş miqrasiya xidməti çavuşu üçün – 4 lent;

miqrasiya xidməti çavuşu üçün – 3 lent;

kiçik miqrasiya xidməti çavuşu üçün – 2 lent.

29-2. Lent qızılı rəngli metaldan hazırlanır, üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Arxasına, ölçüləri 1x4,7 sm olmaqla, nazik metal tutacaq lehimlənir. [v]

30. Yaxa nişanı gümüşü rəngli metaldan hazırlanan aypara və səkkizguşəli ulduzdan (ali xüsusi rütbəsi olan işçilər üçün gümüşü rəngli sapdan toxunma palıd yarpaqlarından) ibarətdir. Yaxa nişanlan plaşın və kitelin yaxalıqlarının künclərində yerləşdirilir.

31. Qol nişanında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəmzi (emblemi) təsvir olunub. Qol nişanı plaşın, isti gödəkcənin, kitelin, uzunqol, qısaqol və yun köynəklərin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda yerləşdirilir. Parçadan tikilmiş qol nişanının diametri 8 sm-dir.

32. Kokardalar gümüşü rəngli olur, tikiləndır (preslənəndir). Ali xüsusi rütbəsi olan işçilər üçün kokardaların üstündəki təsvir aypara, səkkizguşəli ulduz, çarpazlaşdırılmış qılınclar və onları yanlardan əhatə edən palıd yarpaqlarından ibarətdir. Xüsusi rütbəsi olan digər işçilər üçün kokardaların üstündəki eyni təsvir çarpazlaşdırılmış qılınclarsızdır.

Kokardaların təsvirindəki fon tünd boz, ali xüsusi rütbəsi olan işçilərin kokardalarının təsvirindəki fon tünd qırmızı rəngdədir.

Kokardalar furajkalarda, şlyapalarda və kepkalarda ön tərəfdə ortadan taxılmaqla daşınır. Kokardaların ölçüləri aşağıdakı kimi olur:

ali xüsusi rütbəsi olan işçilər üçün - 13,lx6,7sm, xüsusi rütbəsi olan digər işçilər üçün - 6,8x5,8 sm.

33. Qalstuk sıxacı gümüşü rəngli metal lövhəcikdən ibarətdir. Sıxacın üzərində ali xüsusi rütbəsi olan işçilər üçün rütbəyə uyğun olaraq orta hissəsində diametri 1 sm, xüsusi rütbəsi olan digər işçilər üçün 0,7 sm olan səkkiz-guşəli ulduz (ulduzlar), kənarlarında isə uzunluğu 2 sm olan palıd yarpaqlan həkk olunur.

34. Forma düymələri gümüşü rəngli metaldan hazırlanır. Forma düymələri ölçülərinə görə kiçik, orta və böyük olur. Kiçik forma düyməsinin diametri 1,2 sm, orta forma düyməsinin diametri 1,5 sm, böyük forma düyməsinin diametri 2,5 sm olur. Düymələrin üzərində aypara, səkkizguşəli ulduz və onları yanlardan əhatə edən palıd yarpaqlan həkk olunub.

 

 

 


N12_DEK10_2644 N12_DEK10_2645 N12_DEK10_2646 N12_DEK10_2647 N12_DEK10_2648 N12_DEK10_2649 N12_DEK10_2650 N12_DEK10_2651 N12_DEK10_2652

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[i] 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də 3-cü bənddə “ulduzlar” sözündən sonra “, lentlər” sözü əlavə edilmişdir.

 

[ii] 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də 27-ci bəndin dördüncü-onuncu abzasları müvafiq olaraq beşinci-on birinci abzaslar hesab edilmişdir və yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[iii] 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də 29-cu bəndin birinci abzasda “Poqonlara” sözü “Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarına” sözləri ilə əvəz edilmişdir.

 

[iv] 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də 29-cu bəndin üçüncü abzasda “Xüsusi rütbəsi” sözləri “Ali, böyük və orta xüsusi rütbəsi” sözləri ilə əvəz edilmişdir.

 

[v] 7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də yeni məzmunda 29-1-ci və 29-2-ci bəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status