110.000.000
“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi zərurəti ilə əlaqədar qərara alıram:
1. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 559) ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2010-cu il
№ 357
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
“
TƏSDİQ EDİLMİŞDİR
Kommersiya (vergi) sirri hesab olunan məlumatları
əldə edə bilən vəzifəli şəxslərin
SİYAHISI
1. Vergilər naziri
2. Vergilər nazirinin birinci müavini
3. Vergilər nazirinin müavinləri
4. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
6. Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi
7. Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil baş idarəsinin rəisi
8. Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi
9. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi
10. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
11. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 oktyabr 2016-cı il tarixli 1052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1611)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 oktyabr 2016-cı il tarixli 1052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1611) ilə ləğv edilmişdir.