AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.12.2010
QEYDİYYAT NÖMRƏSİ
237
ADI
“Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2010, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1118)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.12.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin təsdiq edilməsi haqqında

“Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 17 dekabr 2010-cu il

№ 237

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 17 dekabr tarixli 237 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri

 

1. Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri (bundan sonra - İnformasiya Sistemləri) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanmışdır və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.3-cü maddəsinə müvafiq olaraq, fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin sayına qoyulan maksimal həddən asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya sistemlərini müəyyən edir.

2. Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.1-ci və 15.3.2-ci maddələrində göstərilən hallarla yanaşı, aşağıdakı İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması tələb olunmur:

2.1. müəyyən olunmuş qaydada adsızlaşdırılmış, yaxud subyekt tərəfindən açıq elan olunmuş və ya subyektin razılığı ilə onun barəsində açıqlanmış fərdi məlumatların toplandığı və işlənildiyi, ümumi istifadə üçün yaradılmış İnformasiya Sistemləri;

2.2. milli arxiv fondu haqqında qanunvericiliyə uyğun olaraq arxivləşdirilmiş fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri;

2.3. telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) toplandığı və işlənildiyi ümumi istifadəli İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

2.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərtilə aparılan İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

2.5. dövlət və ya yerli özünüidarə orqanlarının İnformasiya Sistemləri (qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı dövlət və ya yerli özünüidarə orqanlarına təqdim edilən fərdi məlumatların toplanması və işlənilməsi həmin orqanlar tərəfindən həyata keçirildikdə) üçün - tərkibində 1000-dən az subyekt barədə məlumat olan İnformasiya Sistemləri;

2.6. elmi və statistik tədqiqat məqsədləri üçün mütləq qaydada adsızlaşdırılmış və dövlət sirri təşkil etməyən fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

2.7. subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olan fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status