AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.12.2010
QEYDİYYAT NÖMRƏSİ
241
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2010, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1122)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.12.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
110.000.000
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli 344 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 668; 2006-cı il, № 9, maddə 817, № 12, maddə 1153; 2008-ci il, № 1, maddə 39) ilə təsdiq edilmiş "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"na aşağıdakı məzmunda 2.3.7-ci yarımbənd əlavə edilsin:

"2.3.7. dövlət rüsumunun ödənilməsi haqqında qəbz.".

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 869; 2007-ci il, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008-ci il, № 2, maddə 116; 2009-cu il, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010-cu il, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702) ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 22-ci bəndində "mənşə sertifikatlarının verilməsi" sözləri "malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza və Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə laboratoriya və ekspertiza xidmətləri" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 918; 2009-cu il, № 1, maddələr 32, 34, № 6, maddə 491) ilə təsdiq edilmiş "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası"nın 2.2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

"dövlət rüsumunun ödənilməsi haqqında qəbz.".

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1188) ilə təsdiq edilmiş "Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası"na aşağıdakı məzmunda 11.10-cu bənd əlavə edilsin:

"11.10. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.".

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 473) ilə təsdiq edilmiş "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"na aşağıdakı məzmunda 3.4.7-ci yarımbənd əlavə edilsin:

"3.4.7. dövlət rüsumunun ödənilməsi haqqında qəbz.".

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 23 dekabr 2010-cu il

                    № 241

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status