×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.1992
QEYDİYYAT NÖMRƏSİ
271
ADI
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.05.1992
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
330.000.000
340.000.000
350.000.000
360.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların və hərbi xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” 31 mart 1992-ci il tarixli Fərmanının 6-cı bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Təsdiq edilsin ki: [2]

a) Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin edilməsi norması Əlavə № 1-ə əsasən;

b) Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin təhsil müəssisələrinin kursantlarının və dinləyicilərinin qida norması Əlavə № 2-yə əsasən;

v) Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tibb müəssisələrində müalicədə olan xəstələrin qida norması Əlavə № 3-ə əsasən;

q) Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ştatında olan heyvanların qida norması Əlavə № 4-ə əsasən;

d) Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının və digər kontingentinin gigiyenik ehtiyacları üçün sabunla təmin edilməsi norması Əlavə № 5-ə əsasən;

e) ərzaq payları verilərkən, ərzaqların əvəz edilməsi norması Əlavə № 6-a əsasən müəyyən edilsin.

2. Hərbi qulluqçulara və digər kontingentə ərzaq payları qida forması növündə (qazan təminatı) və ya ərzaq formasında dövlət hesabına (pulsuz) verilsin, zabit heyətinə mənsub olan şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara və həmçinin sıravi və rəis heyətinə mənsub olan şəxslərə isə ərzaq payı əvəzinə (onların arzusu ilə) pul kompensasiyası ödənilsin. [3]

2-1. Bu qərarda nəzərdə tutulmuş ərzaq payı və pul vəsaiti ilə təmin edilmə normaları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarına da şamil edilir. [4]

3. Nəzərə alınsın ki, hərbi qulluqçular (sıravi və rəis heyətinə mənsub olan şəxslər) üçün nəzərdə tutulmuş qaydada pul təminatı alan və həqiqi hərbi xidmətdə (kadrlarda) saxlanılmaqla müəyyən olunmuş qaydada dövlət orqanlarına ezam edilən hərbi qulluqçuların, habelə sıravi və rəis heyətinə mənsub şəxslərin ştatında olduqları müvafiq dövlət orqanları hesabına ərzaq payları və ya ərzaq payı əvəzinə pul kompensasiyası almaq hüququ saxlanılır. [5]

4. Azərbaycan Respublikasının Ticarət nazirliyinə tapşırılsın ki, hər ay ərzaq payı əvəzinə ödənilən pul kompensasiyalarının məbləğini dövlət pərakəndə satış qiymətləri üzrə müəyyən etsin.

5. Hərbi qulluqçulara və hərbi qulluqçuların ixtisas dərəcəsini müəyyən etmək qaydasının müddəalarına uyğun olaraq ixtisas dərəcəsi almış sıravi və rəis heyətinə mənsub şəxslərin ixtisas dərəcəsinə malik vəzifə tutan hərbi qulluqçulara (sıravi və rəis heyətinə) hər ay aşağıdakı miqdarda pul mükafatı verilsin:

- 2-ci ixtisas dərəcəli zabit və rəis heyətinə mənsub şəxslərə — 100 rubl; 1-ci ixtisas dərəcəsi olanlara — 150 rubl, 1-ci ixtisas dərəcəli usta və ya hami mütəxəssisə — 200 rubl;

- 2-ci dərəcəli gizirlərə, miçmanlara, müddətindən artıq hərbi xidmət hərbi qulluqçularına və sıravi heyətə — 50 rubl, 1-ci dərəcəsi olanlara — 100 rubl, usta dərəcəsi olanlara — 150 rubl;

- 2-ci ixtisas dərəcəsi olan müddətli hərbi xidmət hərbi qulluqçularına — 25 rubl, 1-ci dərəcəsi olanlara — 50 rubl, usta dərəcəsi olanlara — 75 rubl.

6. Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisləri, habelə Azərbaycan Respublikasının Hərbi Prokuroru və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ hüquqi aktlarına müvafiq olaraq əlavə pul təminatının və pul mükafatlarının ödənilməsi qaydasını və miqdarını müəyyən etsin. [6]

6-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına əlavə pul təminatının və pul mükafatlarının ödənilməsi qaydası Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi tərəfindən müəyyən olunur. [7]

7. İrəlidə sadalanmış nazirlik və idarələrin zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, sıravi və rəis heyətinə xidmətin gedişatının spesifikası nəzərə alınmaqla, maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaiti verilməsinə icazə verilsin.

7-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaiti verilməsi məsələsini Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi həll edir. [8]

8. Nəzərə alınsın ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə müəyyən edilmiş ezamiyyət xərclərinin ödənilməsinin qaydaları və normaları hərbi qulluqçuların sıravi və rəis heyətinə mənsub olan şəxslərinə də şamil edilir. [9]

9. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara faktiki məsrəflərə uyğun olaraq, lakin aşağıdakı məbləğlərdən yuxarı olmamaq şərtilə mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilir: [10]

- Bakı şəhərində—1 sutka üçün 1700 manat;

- başqa şəhər və rayon mərkəzlərində—1 sutka üçün 1200 manat;

- digər yaşayış məntəqələrində—1 sutka üçün 1000 manat.

Göstərilən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq pul kompensasiyasının 25 faizi həcmində əlavə ödənilir.

10. Hazırkı qərarda göstərilmiş məqsədlərə çəkilən xərclər respublika büdcəsi hesabına ödənilsin.

11. Bu qərar 1992-ci il 1 may tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   R.HÜSEYNOV

Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi müdirinin müavini         İ.HACIYEV

 

Bakı şəhəri, 19 may 1992-ci il

№ 271

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 1

 

Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ümumqoşun ərzaq payı və pul vəsaiti ilə təmin edilməsi norması

 

Məhsulların adı

Sutkada adambaşına miqdarı (qramla)

1

2

Kəpəksiz çovdar unu ilə 1-ci növ buğda unu qarışığından çörək

350

1-ci növ buğda unundan ağ çörək

400

2-ci növ buğda unu

10

Müxtəlif yarmalar

120

Makaron məhsulları

40

Ət

180

Ət (1 yanvar 1993-cü ildən)

200

Balıq

110

Balıq (1 yanvar 1993-cü ildən)

120

Əridilmiş heyvani yağlar, marqarin

20

Bitki yağı

20

Heyvani yağlar

30

Üzlü süd

100

Toyuq yumurtası (həftədə dənə)

4

Qənd

70

Xörək duzu

20

Çay

1,2

İstiot

0,3

Xardal tozu

0,3

Dəfnə yarpağı

0,2

Sirkə

2

Tomat pastası

6

Kartof və tərəvəz, cəmi

900

O cümlədən:

 

kartof

600

kələm

130

çuğundur

30

yerkökü

50

soğan

50

Xiyar, pomidor, köklülər və göyərti

40

Meyvə və giləmeyvə şirələri

50

Meyvə və giləmeyvə cövhərli kisel konsentratı

30

və ya quru meyvələr

20

“Heksavit” polivitamin preparatı, draje

1

 

Qeyd: Milisiyanın xüsusi motorlu hissələri, əməliyyat hissələri və xüsusi təyinatlı hissələr üçün: ət — 210 q, 1993-cü ilin yanvar ayından — 225 q.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

İşlər İdarəsinin müdir müavini İ. HACIYEV

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 2

 

Azərbaycan Respublikası daxili işlər, ədliyyə, fövqəladə hallar, müdafiə, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin təhsil müəssisələrinin kursantlarının və dinləyicilərinin qida norması

 

Məhsulların adı

Sutkada adambaşına miqdarı (qramla)

1

2

Kəpəksiz çovdar unu ilə 1-ci növ buğda unu qarışığından çörək

350

1-ci növ buğda unundan ağ çörək

400

2-ci növ buğda unu

10

Müxtəlif yarmalar

120

Makaron məmulatları

40

Ət

200

Balıq

110

Balıq (1 yanvar 1993-cü ildən)

120

Əridilmiş heyvani yağlar, marqarin

10

Bitki yağları

15

Heyvani yağlar

50

Üzlü süd

100

Toyüq yumurtası (həftədə ədəd)

4

Qənd

70

Xörək duzu

20

Çay

1,2

İstiot

0,3

Xardal tozu

0,3

Dəfnə yarpağı

0,2

Sirkə

2

Tomat pastası

6

Kartof və tərəvəz, cəmi

900

o cümlədən:

 

kartof

600

kələm

130

çuğundur

30

yerkökü

50

soğan

50

xiyar, pomidor, köklülər, göyərti

40

meyvə və tərəvəz şirəsi

50

Meyvə və giləmeyvə cövhəri ilə kisel konsentratı

30

və ya quru meyvələr

20

“Heksavit” polivitamin preparatı, draje

1

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdir müavini İ. HACIYEV

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 3

 

Azərbaycan Respublikası daxili işlər, ədliyyə, fövqəladə hallar, müdafiə, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sisteminin orqan və bölmələrinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tibb müəssisələrində olan xəstələrin qida norması

 

Məhsulların adı

Sutkada adambaşına miqdarı (qramla)

1

2

Kəpəksiz çovdar unu ilə 1-ci növ buğda unu qarışığından çörək

100

1-ci növ buğda unundan ağ çörək

400

2-ci növ buğda unu

10

Müxtəlif yarmalar

30

Manna yarması

20

Düyü

30

Makaron məmulatları

10

Ət

175

Quş əti

50

Balıq

120

Bitki yağı

20

Heyvani yağlar

45

Üzlü süd

400

Xama

30

Kəsmik

30

Qoyun pendiri

10

Toyuq yumurtası

1

Qənd

70

Xörək duzu

20

Çay

2

Təbii qəhvə

1

İstiot

0,3

Xardal tozu

0,3

Dəfnə yarpağı

0,2

Sirkə

2

Tomat pastası

6

Kartof nişastası

5

Çörək bişirmək üçün quru və ya preslənmiş maya

0,5

Kartof və tərəvəz, cəmi

900

o cümlədən:

 

kartof

600

kələm

120

çuğundur

40

yerkökü

50

soğan

40

xiyar, pomidor, köklülər, göyərti

50

Təzə meyvələr

200

Quru meyvələr

20

Təbii meyvə və giləmeyvə şirələri

50

Mürəbbə

5

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

İşlər İdarəsinin müdir müavini İ. HACIYEV

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 4

 

Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ştatında olan heyvanların qida norması

 

I. Atların qida norması

 

 

Heyvanların növləri

Sutkada bir heyvana (qramla) miqdarı

vələmir

ot

duz

Minik və yük atları

6000

7000

25

Arabaya qoşulan atlar

6500

8000

25

Topları daşıyan atlar

7000

9000

25

Dayçalar:

 

 

 

1 ilə qədər

2000

3000

10

1 ildən 1,5 ilə qədər

2500

4500

10

1,5 ildən 2 ilə qədər

3200

4900

10

 

II. Xidməti itlərin sutkalıq qida norması

Məhsulların norması

Sutkada bir itə (qramla) miqdarı

Böyük itlər ( keşikçi, qaravul, axtarış, qoşqu)

Dörd aya qədər küçüklər

Vələmir yarması, darı

600

40 — 300

İkinci kateqoriyalı ət və ya at əti

400

20 — 200

İkinci kateqoriyalı ət subməhsulları

1000

40 — 500

Heyvani piylər

13

10

Süd

150 — 500

Kartof, tərəvəzlər

300

100

Duz

15

3 — 10

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

İşlər İdarəsinin müdir müavini İ. HACIYEV

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 5

 

Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının və digər kontingentinin gigiyenik ehtiyacları üçün sabunla təmin edilməsi norması

 

Təmin edilən kontingent

Ayda adambaşına verilən sabunun miqdarı (qramla)

1

2

Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər, ştatlı hərbi orkestrlərin musiqi tələbələri, hərbi mükəlləfiyyətli və hərbi xidmət keçən tələbələr, kursantlar, hərbi-tibb idarələrində, tibb batalyonlarında, alaylarında, dəstələrində və lazaretlərində müalicədə və ya müayinədə olan xəstələr

200

Ali və orta hərbi-tədris müəssisələrinin kursantları, zabit rütbəsi olmayan və kazarma vəziyyətində olan ali hərbi-tədris müəssisələrinin dinləyiciləri, gizir hazırlığı məktəblərində və kurslarında oxuyanlar

300

Dövlət hesabına ərzaq almaq hüququ olan hərbi qulluqçular:

 

aviasiyanın uçuş heyətindən

300

aviasiyanın mühəndis-texniki heyətindən

300

 

Qeyd: Sabunun dəyəri ödənilməklə təmin edilən hərbi-tikinti dəstələrinin inşaatçıları istisna olmaqla, göstərilən kontingent əl-üz sabunu ilə dövlət hesabına təmin edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

İşlər İdarəsinin müdir müavini İ. HACIYEV

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 19 may tarixli 271 nömrəli qərarına

Əlavə № 6

 

Ərzaq paylarının verilməsi zamanı məhsulların əvəz edilməsi norması

 

№№ s/s

Məhsullar

Miqdarı
(qramla)

Bu məhsulun digər bəndlərdəki məhsullarla əvəz edilməsi imkanları

Əvəz edilən məhsulun

Əvəz edilmiş məhsulun

1

2

3

4

5

1.

Kəpəkli çovdar unu və I növ buğda ununun qarışığından çörək əvəz edilə bilər:

100

 

 

 

kəpəkli çovdar unundan, kəpəkli buğda unudan və II növ undan suxarilərlə

 

60

 

 

kəpəkli buğda unundan və II növ undan adi qaletlərlə

 

60

 

 

kəpəkli çovdar unu və I növ buğda unu ilə

 

42

28

 

 

Xırçıltılı çörək falları ilə

 

80

 

 

II növ buğda unundan çörək ilə

 

95

2

 

I növ buğda unundan çörək ilə

 

90

2

2.

I növ buğda unundan çörək əvəz edilə bilər:

100

 

 

 

I növ buğda unundan suxarilərlə

 

64

 

 

I növ buğda unu ilə

 

75

 

 

I növ buğda unundan adi qaletlərlə

 

65

17

 

Yağlı, yüksək keyfiyyətli qaletlərlə

 

35

 

 

Vafli ilə

 

55

17

 

I növ buğda unundan adi və çərtilmiş batonlarla

 

95

 

 

yüksək növlü buğda unundan çörək ilə

 

85

 

 

II növ buğda unundan çörək ilə

 

105

1

3.

II növ buğda unundan çörək əvəz edilə bilər:

100

 

 

 

II növ buğda unundan suxarilərlə

 

65

 

 

II növ buğda unu ilə

 

70

 

 

II növ buğda unundan adi qaletlərlə

 

65

 

4.

I növ buğda unu əvəz edilə bilər:

100

 

 

 

Düyü ilə

 

 

 

 

Makaron məmulatları ilə

 

100

5

 

Manna yarması ilə

 

100

5

5.

Müxtəlif yarmalar əvəz edilə bilər:

100

100

 

 

bişirilməsi tələb olunmayan yarmalarla

100

 

 

 

düyü ilə

 

100

4

 

Makaron məmulatları ilə

 

100

4

 

yarma konsentratları, yarma-tərəvəz və tərəvəz ilə

 

100

 

 

II növ buğda unu ilə

 

100

 

 

“Tomat sousunda soya lobyaları” konservləri ilə

 

200

 

 

Təzə kartofla

 

500

6

 

Təbii kartofla— konservləşdirilmiş yarımfabrikatla (xörəyə qatılanlar da daxil olmaqla)

 

500

 

 

Təzə tərəvəzlə

 

500

6

 

Şorabalar və duza qoyulmuş tərəvəzlə

 

500

6

 

quru kartof və tərəvəzlə, quru kartof püresi ilə, kartof yarması ilə, sublimasiya ilə qurudulmuş kartof və tərəvəzlərlə

 

100

 

 

təbii və marinada qoyulmuş tərəvəz konservləri ilə və lobyalarla (xörəyə qatılanlar da daxil olmaqla)

 

500

 

 

birinci ətsiz xöryə qatılan tərəvəz konservləri ilə

 

375

 

 

xörəyə qatılan tərəvəz konservləri ilə

 

250

 

 

qəlyanaltı kimi yeyilən tərəvəzlərlə

 

375

11,20

6.

Kartof, təzə tərəvəz, şoraba və duza qoyulmuş tərəvəzləri əvəz etmək olar:

100

 

5

 

baş soğanla*

 

100

 

 

quru baş soğanla və ya sublimasiya ilə qurudulmuş baş soğanla*

 

10

 

 

göy soğanla *

 

200

 

7.

Baş soğanı əvəz etmək olar:

100

 

 

 

quru baş soğanla

 

10

 

 

göy soğanla

 

200

 

 

təzə sarımsaqla

 

50

 

8.

Preslənmiş mayanı əvəz etmək olar:

100

 

 

 

quru maya ilə

 

100

 

9.

Əti — mal, donuz, qoyun ətini əvəz etmək olar:

100

 

 

 

sümüklü ətlərlə

 

100

 

 

sümüksüz ətlərlə

 

80

 

 

Maral əti ilə

 

130

 

 

birinci kateqoriyalı subməhsullarla (o cümlədən qara ciyərlə)

 

100

 

 

ikinci kateqoriyalı subməhsullarla

 

300

 

 

içalatı çıxarılmış quş əti ilə

 

100

 

 

içalatı yarı çıxarılmış və içalatı çıxarılmamış quş əti ilə

 

120

 

 

sublimasiya və istilik verilməklə qurudulmuş ət ilə

 

33

 

 

bişmiş kolbasa və sosiska ilə (sardelka ilə)

 

80

10

 

hisə verilmiş ət ilə (vetçina, qabırğa, dürməklər, yarıhisə verilmiş kolbasa)

 

60

10

* Geri əvəz etmə qadağandır.

 

müxtəlif ət konservləri ilə

 

75

 

 

sümüklü quş əti konservləri ilə

 

100

 

 

balıqla (soyudulmuş, dondurulmuş halda, başsız duza qoyulmuş halda)

 

150

11,13

 

müxtəlif balıq konservləri ilə

 

120

11

 

qoyun pendiri ilə

 

48

10,13

 

ərimiş pendirlə

 

72

13

 

toyuq yumurtası ilə, ədəd*

 

2

13,14

10.

Hisə verilmiş çiy kolbasanı əvəz etmək olar:

100

 

 

 

bişmiş kolbasa ilə

 

265

9

 

hisə verilmiş ət ilə (vetçina, qabırğa, dürməklər, yarıhisə verilmiş kolbasa)

 

200

9

 

Qoyun pendiri ilə

 

160

9,13

11.

Balığı (soyudulmuş, dondurulmuş halda, başsız duza qoyulmuş halda) əvəz etmək olar

100

 

9,13

 

duza qoyulmuş və hisə verilmiş başlı siyənək balığı ilə

 

100

 

 

hazırlanma vəziyyətindən asılı olmayaraq, bütün növ və fəsilələrdən olan başlı balıqlarla

 

130

 

 

hisə verilmiş və qurudulmuş balıqlarla (o cümlədən çapaq balığı ilə)

 

75

 

 

balığın döş əti ilə

 

70

 

 

qurudulmuş və sublimasiya ilə qurudulmuş balıqlarla

 

33

 

 

hazırlanma vəziyyətindən asılı olmayaraq başlı siyənək balığı ilə

 

85

 

 

müxtəlif balıq konservləçri ilə

 

80

9

 

qəlyanaltı kimi yeyilən tərəvəz konservləri ilə

 

120

5,20

 

başlı duza qoyulmuş keta və qorbuşa ilə

 

100

 

 

* Yalnız müalicə qidası zamanı birbaşa dəyişməyə icazə verilir.

 

 

başsız duza qoyulmuş keta və qorbuşa ilə

 

85

 

12.

Piyləri, əridilmiş heyvani yağları, marqarini əvəz etmək olar:

100

 

 

 

kərə yağı ilə*

 

67

 

 

bitki yağı ilə

 

100

 

 

əridilməmiş piylə

 

130

 

 

şpik piyi ilə

 

100

 

13.

İnək südünü əvəz etmək olar:

100

 

20

 

quru üzlü süd ilə, quru qatıq və sublimasiya ilə qurudulmuş turş süd məhsulları ilə

 

15

 

 

üzlü şəkər ilə qatılaşdırılmış süd ilə

 

20

 

 

şəkərsiz qatılaşdırılmış sterilizasiya edilmiş süd ilə

 

30

 

 

şəkərli qatılaşdırılmış süd ilə təbii qəhvə və ya kakao ilə

 

20

 

 

turş süd məhsulları ilə (kefirlə, qatıqla, asidofilinlə)

 

100

 

 

qaymaqla

 

20

 

 

xama ilə

 

20

 

 

quru xama ilə

 

10

 

 

quru qaymaqla

 

10

 

 

kəsmiklə

 

30

 

 

kərə yağı ilə *

 

5

 

 

əridilmiş kərə yağı ilə*

 

5

 

 

qoyun pendiri ilə

 

12

9,10

 

ərimiş pendirlə

 

18

9

 

toyuq yumurtası ilə, ədəd

 

0,5

9,14

 

şəkərli quru qaymaq ilə

 

20

 

 

pendirlə

 

24

 

 

balıqla (soyudulmuş, dondurulmuş və içalatı çıxarılıb başsız duza qoyulmuş halda)**

 

60

9,11

 

* Göstərilən əvəzetmə həftədə 3 dəfədən çox olmamaqla 1 №-li normaya əsasən icazə verilir.

** Birbaşa və geri əvəz etməyə icazə verilir, digər əvəzetmələr qadağan edilir.

 

14.

Toyuq yumurtasını əvəz etmək olar:

1

 

9,13

 

yumurta tozu ilə

 

15

 

 

donmuş yumurta qatışığı ilə

 

50

 

15.

Şəkəri əvəz etmək olar:

100

 

 

 

Karamel ilə

 

50

 

 

mürəbbə, cem, pavidla ilə

 

140

19

 

marmeladla

 

130

 

 

Peçenye ilə

 

100

17

16.

Şokoladı əvəz etmək olar:

100

 

 

 

kakao tozu ilə

 

150

23

 

şəkər ilə qatılaşdırılmış süd ilə təbii qəhvə və ya kakao ilə

 

200

 

 

təbii qəhvə ilə

 

150

23

 

Bal ilə

 

165

 

17.

Peçenyeni əvəz etmək olar:

100

 

15

 

I növ buğda unundan adi qaletlərlə, baranka məmulatı ilə

 

100

2

 

Vafli ilə

 

85

2

18.

Tomat pastasını əvəz etmək olar:

100

 

 

 

tomat püre ilə

 

200

 

 

tomat sousları ilə

 

100

 

 

tomat tozu ilə, turşa-acı delikates sousları ilə

 

33

 

 

tomat şirəsi, təzə pomidor ilə

 

500

 

19.

Təzə meyvələri əvəz etmək olar:***

100

 

 

 

təzə giləmeyvələrlə

 

100

 

 

qarpızla

 

300

 

 

qovunla

 

200

 

 

quru meyvələrlə

 

20

21

 

sublimasiya ilə qurudulmuş meyvə və tərəvəzlə

 

20

 

 

konservləşdirilmiş kompotlarla****

 

50

 

 

*** 19-cu bənddə sadalanmış məhsulların qarpız və qovunla əvəz edilməsinə, yalnız onların kütləvi surətdə yığıldığı dövrdə normalar üzrə müəyyən edilmiş dəyəri hüdudunda icazə verilir

**** Təbii meyvə və giləmeyvə şirəsini, konservləşdirilmiş kompotları kisel konsentratı ilə əvəz etmək qadağandır.

 

 

təbii meyvə və giləmeyvə şirələri ilə

 

100

20

 

tərkibində ən azı 50% quru maddələr olan qatılaşdırılmış meyvə və giləmeyvə şirələri ilə

2

20

 

 

sublimasiya ilə qurudulmuş şirələr ilə

 

18

 

 

meyvə içkiləri ilə

 

130

 

 

meyvə və giləmeyvə cövhəri ilə

 

10

 

 

mürəbbə, cem, pavidla ilə

 

17

15

 

meyvə və giləmeyvə cövhərində kisel konsentratı ilə

 

30

22,26

20.

Təbii meyvə və giləmeyvə şirələri əvəz oluna bilər:

100

 

19

 

qəlyanaltı kimi yeyilən tərəvəz konservləri ilə

 

5

5,11

 

lumu turşusu ilə

 

1

 

 

və şəkərlə

 

30

 

 

tomat, tərəvəz şirəsi ilə

 

300

 

 

inək südü ilə

 

100

13

21.

Quruldulmuş meyvələri əvəz etmək olar:

100

 

19

 

şəkərlə

 

75

 

 

və çayla

 

3

 

22.

Meyvə və giləmeyvə cövhəri ilə kisel konsentratını əvəz etmək olar:

100

 

19,26

 

şəkərlə

 

50

 

 

və çayla

 

2

 

23.

Təbii qəhvəni əvəz etmək olar:

100

 

16

 

əriyən qəhvə ilə

 

40

 

 

qəhvə içkisi ilə

 

200

 

 

kakao tozu ilə

 

100

16

 

I növ qara çay ilə*

 

 

25

24.

Qara çayı əvəz etmək olar:

100

 

23

 

çay tozu ilə

 

80

 

 

qəhvə içkisi ilə

 

800

23

 

* Göstərilən məhsulları əvəz etmək olar, digər əvəzetmələr qadağandır.

 

25.

Xardal tozunu əvəz etmək olar:

100

 

 

 

hazır xardal ilə

 

600

 

26.

Kartof nişastasını əvəz etmək olar:

100

 

 

 

Meyvə və giləmeyvə cövhərli kisel konsentratı ilə

 

100

19,22

 

təzə kartofla*

 

500

5,6

27.

Üzüm sirkəsini əvəz etmək olar:

150

 

 

 

sirkə cövhəri ilə

 

5

 

28.

Beşinci, altıncı, yeddinci siniflərdən olan siqaretləri əvəz etmək olar, ədəd:

12

 

 

 

beşinci sinif papirosları ilə

 

12

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabineti

İşlər İdarəsinin müdir müavini İ.HACIYEV

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342)

2.       13 iyul 2006-cı il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 638)

3.       19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

4.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

5.       6 dekabr 2012-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1349)

6.       8 yanvar 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

7.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

8.       6 dekabr 2017-ci il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2478)

9.       27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497)

10.    25 avqust 2022-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1021)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 342) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının adında, mətnində və 1-5 əlavələrinin adında "Dövlət Sərhədini Mühafizə Komitəsinin" sözləri "Dövlət Sərhəd Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının adında, mətnində və bu qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələrin adında "daxili işlər," sözlərindən sonra "ədliyyə" sözü əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə adında, mətnində və həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələrin adında "ədliyyə," sözlərindən sonra "fövqəladə hallar," sözləri əlavə edilmişdir.

6 dekabr 2012-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1349) ilə adında, mətnində və həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələrin adında “Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin” sözləri əlavə edilsin və “qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin” sözləri “qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri ilə əvəz edilmişdir.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə adından “, milli təhlükəsizlik” sözləri çıxarılmışdır, “gömrük orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilmişdir.

27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə adına “Azərbaycan Respublikası müdafiə” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin,” sözləri, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1021) ilə Qərarının adına və 6-cı hissəsinə “Xarici Kəşfiyyat Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri əlavə edilmişdir.

 

[2] 8 yanvar 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir.

 

[3] 6 dekabr 2012-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1349) ilə 2-ci hissədə “müddətindən artıq hərbi xidmətdə olan hərbi qulluqçulara” sözləri, 7-ci hissədə “müddətindən artıq hərbi xidmət hərbi qulluqçularına” sözləri və həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavənin cədvəlində “müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları” sözləri ismin müvafiq hallarında “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edilmişdir.

 

[4] 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə 2-1-ci bənd əlavə edilmişdir.

 

[5] 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə 3-cü hissədə “mülki nazirlik və idarələrə” sözləri “dövlət orqanlarına” sözləri ilə, “nazirlik və idarələr” sözləri “dövlət orqanları” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 dekabr 2012-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1349) ilə 6-cı hissədə “Xidmətinin Sədri” sözləri “Xidmətinin sədri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 6-cı hissədən “, milli təhlükəsizlik” sözləri çıxarılmışdır və həmin hissəyə “nazirləri,” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisləri,” sözləri əlavə edilmişdir.

6 dekabr 2017-ci il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2478) ilə qərarın 6-cı hissəsində “və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sədri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi” sözləri “, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisləri” sözləri ilə əvəz edilmişdir.

27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə 6-cı hissəyə “rəisləri” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hərbi Prokuroru” sözləri əlavə edilmişdir.

 

[7] 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[8] 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə yeni məzmunda 7-1 -ci hissə əlavə edilmişdir.

 

[9] 6 dekabr 2012-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1349) ilə 8-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin “Ezamiyyət xərclərinin ödənilməsi normaları haqqında” 1992-ci il 16 mart tarixli 187 nömrəli sərəncamı” sözləri “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı” sözləri ilə əvəz edilmişdir.

 

[10] 13 iyul 2006-cı il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 638) ilə 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 9-cu bəndi qüvvədən düşmüş hesab edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status