×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
23.06.2003
QEYDİYYAT NÖMRƏSİ
1266
ADI
Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədi imzalamaq səlahiyyətinin verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 328)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən a

Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədi imzalamaq səlahiyyətinin verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilməsi barədə BMT-nin İnkişaf Proqramına müvafiq bildiriş göndərsin.



Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2003-cü il
№ 1266

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status