×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.01.2011
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 58)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.01.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 13 yanvar 2011-ci il

    № 5

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi (bundan sonra - Nümunəvi Nizamnamə) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarını, bu Nizamnaməni və digər müvafiq normativ hüquqi aktları rəhbər tutur. [1]

1.3. Bu Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.4. Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkili və ləğvi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

1.5. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər.

1.5-1. Bələdiyyə və özəl ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi, dövlət ümumtəhsil məktəbinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. [2]

1.5-2. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş dövlət ümumtəhsil məktəbinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. [3]

1.5-3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bələdiyyə və özəl ümumtəhsil məktəblərinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.

1.6. Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarına uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər. [4]

1.7. Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.8. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinə uyğun müəyyən olunur. [5]

1.9. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. [6]

1.10. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili - Azərbaycan dilidir.

1.11. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq tədris digər dillərdə də aparıla bilər. [7]

1.12. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 217 nömrəli və “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.

1.13. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.

1.14. Ümumtəhsil məktəbi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, təhsil birlikləri və assosiasiyalarına üzv olmaq hüququna malikdir.

1.15. Ümumtəhsil məktəbi hüquqi şəxsdir. Onun müvafiq qanunvericiliyə uyğun olaraq, xəzinə və banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Ümumtəhsil məktəblərinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.

1.16. Ümumtəhsil məktəbi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

1.17. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.18. Ümumtəhsil məktəbi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

1.19. Ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. [8]

 

2. Ümumtəhsil məktəbinin strukturu

 

2.1. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.

2.2. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (I-IX siniflər), tam orta (I-XI siniflər) məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

2.3. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir.

Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.

2.3-1. Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılır.

2.4. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.

2.4-1. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

2.5. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. [9]

2.5-1. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

2.5-1.1. qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2.5-1.2. şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

2.5-2. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

2.5-3. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. [10]

2.6-1. Ümumtəhsil məktəbi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

2.6-2. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

2.6-3. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu Nizamnamənin müvafiq olaraq 2.6-cı-2.6-2-ci bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. [11]

2.7. Ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. [12]

 

3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları

 

3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil, məktəbəhazırlıq qrupları olduğu halda məktəbəqədər təhsil almaq imkanını təmin edir. [13]

3.2. Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir.

3.3. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.

3.4. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaqdan, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

3.5. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

3.6. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. [14]

3.7. Ümumtəhsil məktəbi dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodik tədbirlərin həyata keçirilməsində müstəqildir.

3.8. Ümumtəhsil məktəbində əyani, sərbəst (eksternat) təhsilalma forması tətbiq olunur. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlərə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalar daxilində həmin sahə üzrə stasionar və fərdi təhsil təyin edilə bilər. [15]

3.9. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarına uyğun olaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən şagirdlər üçün xüsusi tədris planı əsasında “Evdə təhsil” forması tətbiq edilir. [16]

3.10. Ümumtəhsil məktəbinin bu və ya digər səbəbdən təhsildən kənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara əsasən ibtidai, ümumi orta və tam orta təhsil proqramları (kurikulumları) üzrə sərbəst hazırlaşıb eksternat qaydasında buraxılış imtahanı verərək, təhsil sənədi almaq hüququna malikdirlər. [17]

 

4. Ümumtəhsil məktəbində təlim-tərbiyə prosesinin təşkili

 

4.1. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.

4.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir. [18]

4.3. Pedaqoji prosesin "müəllim-şagird" əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.

4.4. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır.

4.4-1. Məktəbəhazırlıq qruplarına qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

4.4-1.1. məktəbin direktorunun adına ərizə;

4.4-1.2. uşağın mübadilə vərəqəsi;

4.4-1.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

4.4-1.4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.

4.5. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyəti barədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur.

4.6. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir. [19]

4.7. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. [20]

4.8. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ümumtəhsil məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən etdiyi qaydalara uyğun qəbul olunurlar.

4.9. Ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [21]

4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

4.10.1. 5 gün payız tətili (16-20 noyabr);

4.10.2. 5 gün qış tətili (27-31 yanvar).

4.11. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

4.11-1. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

4.11-2. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür:

4.11-2.1. I yarım il: 1 oktyabr - 26 yanvar;

4.11-2.2. II yarım il: 1 fevral - 31 may.

4.11-3. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

4.11-3.1. 5 gün payız tətili (16-20 noyabr);

4.11-3.2. 5 gün qış tətili (27-31 yanvar);

4.11-3.3. 5 gün əlavə tətil (1-5 may).

4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər. [22]

4.13. Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.

4.14. Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 30, digər siniflərdə 45 dəqiqə müəyyən edilir. [23]

4.14-1. Məktəbəhazırlıq qruplarında uşaqların məktəbə hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinə əsasən həyata keçirilir. [24]

4.15. Ümumtəhsil məktəbində təhsilverənlərin attestasiyasının (dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırılmasının), təhsilalanların yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, təhsilalanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. [25]

4.16. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar.

4.17. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

4.18. Ümumtəhsil məktəbində təlim-tərbiyə işləri planlaşdırılarkən, şagirdlərin meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə psixoloji cəhətdən gərgin ailə mühitində böyüyən uşaqlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.

4.19. Ümumtəhsil məktəbində şagirdlərin təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.

4.20. Ümumtəhsil məktəbində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir. [26]

 

5. Ümumtəhsil məktəbinin idarə olunması

 

5.1. Ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.

5.2. Dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. [27]

5.3. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilir. [28]

5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir:

5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;

5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;

5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir;

5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;

5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;

5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;

5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;

5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir;

5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;

5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.

5.5. Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur.

5.6. Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

 

6. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları

 

6.1. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

6.1.1. təhsilalanlar - şagirdlər;

6.1.2. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər; [29]

6.1.3. valideynlər və ya digər qanuni nümayəndələr;

6.1.4. təhsili idarəetmə orqanları və bələdiyyələr;

6.1.5. təsisçilər;

6.1.6. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;

6.1.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər. [30]

6.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.

6.3. Ümumtəhsil məktəbinin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan (dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırmadan) keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması, yaxud intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. [31]

 

7. Ümumtəhsil məktəbində təhsilalanların hüquq və vəzifələri

 

7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:

7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini, xarici dili, təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları) sərbəst seçmək; [32]

7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

7.1.3. ümumtəhsil məktəbinin mövcud infrastrukturundan (tədris laboratoriyaları, emalatxana, kitabxana, idman qurğularından və s.) istifadə etmək, dövlət və bələdiyyə müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;

7.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

7.1.4-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; [33]

7.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

7.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

7.1.7. ümumtəhsil məktəbinin təhsil, ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;

7.1.7-1. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək; [34]

7.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

7.2. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

7.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:

7.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

7.3.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

7.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

7.3.3. təhsil aldığı ümumtəhsil məktəbinin nizamnaməsinin tələblərinə riayət etmək;

7.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;

7.3.4-1. sağlam həyat tərzi keçirmək;

7.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;

7.3.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

7.4. Özəl ümumtəhsil məktəblərində təhsilalanların sosial müdafiəsi məktəbin nizamnaməsi ilə tənzimlənir.

 

8. Ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri

 

8.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

8.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;

8.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək;

8.1.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [35]

8.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.1.5. məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

8.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq; [36]

8.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;

8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

8.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

8.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.2.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; [37]

8.2.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.2.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.2.5. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; [38]

8.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

8.2.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; [39]

8.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək; [40]

8.2.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; [41]

8.2.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırmadan) keçmək;

8.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

9. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

 

9.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:

9.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

9.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

9.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;

9.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

9.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

9.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

9.2.1. övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

9.2.2. övladlarını (qəyyumluğunda və yaxud himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

9.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;

9.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

10. Ümumtəhsil məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası

 

10.1. Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

10.2. Dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir.

10.3. Təhsil sahəsinin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.

10.4. Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

10.4.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

10.4.2. hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;

10.4.3. təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;

10.4.4. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

10.4.5. məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

10.4.6. beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər;

10.4.7. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

10.5. Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyə-ləşdirilir:

10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;

10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;

10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;

10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;

10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.

10.6. Özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.

10.7. Özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir.

10.8. Özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

10.9. Ümumtəhsil məktəbinin maddi-texniki bazasına binalar, torpaq sahələri, müxtəlif qurğular, maşın və avadanlıqlar, tibb, iaşə və idman obyektləri və digər əmlak daxildir.

10.10. Ümumtəhsil məktəbi istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

10.11. Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.

10.12. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.

10.13. Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz. Ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir. [42]

 

11. Ümumtəhsil məktəbinə aid sənədlər

 

11.1. Ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri istifadə edilir.

11.2. Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş nişanların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir. [43]

11.3. Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.

11.4. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyin olunurlar.

11.5. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) məktəbin əsas vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

12. Ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri

 

12.1. Ümumtəhsil məktəbi beynəlxalq əlaqələr sahəsində aşağıdakı hüquqlara malikdir:

12.1.1. qanunvericiliyə uyğun olaraq xarici ölkələrin ümumtəhsil məktəbləri ilə birbaşa əlaqələr yaratmaq, onlarla təcrübə mübadiləsi aparmaq;

12.1.2. qarşılıqlı dəvət əsasında əməkdaşlıq etdiyi məktəbin nümayəndə heyətini qəbul etmək, həmin məktəbə nümayəndələr göndərmək;

12.1.3. birgə seminar, konfrans və digər tədbirlər təşkil etmək, təhsil layihələrində iştirak etmək;

12.1.4. beynəlxalq birlik və assosiasiyalara üzv olmaq.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             19 yanvar 2012-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 34)

2.             10 oktyabr 2012-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1007)

3.             30 oktyabr 2014-cü il tarixli 362 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 noyabr 2014-cü il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1329)

4.             03 noyabr 2015-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 dekabr 2015-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1562)

5.             11 iyul 2016-cı il tarixli 272 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1351)

6.             6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717)

7.             10 aprel 2017-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 612)

8.             20 dekabr 2017-ci il tarixli 572 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2519)

9.             21 dekabr 2017-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2535)

10.          25 may 2018-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1144)

11.          8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429)

12.          30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)

13.          22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211)

14.          27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

15.          12 mart 2020-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2020-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 350)

16.          14 iyun 2021-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 677)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.2-ci bəndində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu” sözləri “Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarını” sözləri ilə əvəz edilmişdir.

 

[2] 03 noyabr 2015-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 dekabr 2015-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1562) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.5-1-ci, 1.5-2-ci və 1.5-3-cü bəndlər əlavə edilmişdir.

25 may 2018-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1144) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.5-1. Ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

 

[3] 6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-2-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

25 may 2018-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1144) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-2-ci bəndinə “akkreditasiya olunmuş” sözlərindən sonra “dövlət” sözü əlavə edilmişdir və həmin bənddə “təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri “tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.

 

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-2-ci bəndindən “, fəaliyyətinə lisenziya verilmiş” sözləri çıxarılmışdır.

 

[4] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.6. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.6-cı bəndində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarına” sözləri ilə əvəz edilmişdir.

 

[5] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndində “hər bir məktəbin öz nizamnaməsi ilə” sözləri “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinə uyğun” sözləri ilə əvəz edilmişdir.

 

[6] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.9-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.9. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Qanunvericilikdə və ya ümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı) ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsil məktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

 

[7] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.11-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.11. Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

 

[8] 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.19-cu bənd əlavə edilmişdir.

 

[9] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.

 

[10] 19 yanvar 2012-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 34) ilə 2.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.

 

[11] 19 yanvar 2012-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 34) ilə 2.6-l-ci-2.6-3-cü bəndlər əlavə edilmişdir.

 

[12] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.7-ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[13] 10 aprel 2017-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 612) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.1-ci bəndində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilmişdir.

20 dekabr 2017-ci il tarixli 572 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2519) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.1-ci bəndinə “ümumi təhsil” sözlərindən sonra “, məktəbəhazırlıq qrupları olduğu halda məktəbəqədər təhsil” sözləri əlavə edilmişdir.

 

[14] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.3-3.6-cı bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.

3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır.

3.5. Ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

3.6. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla, şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (yaxud bir neçəsində) ünsiyyət saxlamaları təmin olunur.

 

[15] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndin birinci cümləsində “, bir qayda olaraq, əyani” sözləri “əyani, sərbəst (eksternat)” sözləri ilə əvəz edilmişdir və ikinci cümləsinə “fərdi” sözündən əvvəl “stasionar və” sözləri əlavə edilmişdir.

 

[16] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndindən “forması” sözü çıxarılmışdır.

 

[17] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.10-cu bəndə “ümumi orta” sözlərindən əvvəl “ibtidai,” sözü əlavə edilmişdir.

 

[18] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

 

[19] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.6-cı bənddə “şəhadətnamə” sözü “attestat” sözü ilə əvəz edilmişdir.

 

[20] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.7-ci bəndinə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[21] 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 noyabr 2014-cü il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1329) ilə 4.9-4.12-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

birinci yarımil - 15 sentyabr - 29 dekabr;

ikinci yarımil - 6 yanvar - 31 may.

4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

6 gün payız tətili (12-17 noyabr);

7 gün qış tətili (30 dekabr - 5 yanvar);

8 gün yaz tətili (17-24 mart).

4.11. Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilir.

4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilər.

 

12 mart 2020-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2020-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 350) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.9-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;

4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.

 

[22] 12 mart 2020-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2020-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 350) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.10-4.12-ci bəndləri ləğv edilmişdir.

 

[23] 11 iyul 2016-cı il tarixli 272 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1351) ilə 4.14-cü bənddə “ 35 rəqəmi “ 30 rəqəmi ilə əvəz edilmişdir.

 

[24] 11 iyul 2016-cı il tarixli 272 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1351) ilə yeni məzmunda 2.3-1-ci, 2.4-1-ci, 2.5-1-ci, 2.5-2-ci, 2.5-3-cü, 4.4-1-ci, 4.11-1-ci, 4.11-2-ci, 4.11-3-cü və 4.14-1-ci bəndlər əlavə edilmişdir.

 

[25] 10 oktyabr 2012-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1007) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.15-ci bəndində “keçirilməsi qaydaları səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir” sözləri “aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

21 dekabr 2017-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2535) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.15-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.15. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.15-ci bəndə birinci halda “attestasiyasının” sözündən sonra “(dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırılmasının)” sözləri əlavə edilmişdir.

 

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 4.15-ci bənddə “yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “yekun attestasiyasının” sözləri ilə əvəz edilmişdir.

 

[26] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 4.20-ci bənd əlavə edilmişdir.

22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.20-ci bəndinə “təşkil olunur” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilmişdir.

 

[27] 03 noyabr 2015-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 dekabr 2015-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1562) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.2-ci bəndin birinci cümləsində “Ümumtəhsil məktəbində” sözləri “Dövlət ümumtəhsil məktəbində” sözləri ilə əvəz edilmişdir.

 

[28] 03 noyabr 2015-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 dekabr 2015-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1562) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3-cü bənddə “pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s.” sözləri “elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları” sözləri ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[29] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 6.1.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.1.2. təhsilverənlər - müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər;

 

[30] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 6.1.4-cü yarımbəndə “orqanları” sözündən sonra “və bələdiyyələr” sözləri əlavə edilmişdir, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 6.1.5-ci, 6.1.6-cı və 6.1.7-ci yarımbəndlər əlavə edilmişdir.

 

[31] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 6.3-cü bəndə və 8.2.9-cu yarımbəndə “attestasiyadan” sözündən sonra “(dövlət ümumtəhsil məktəbində - sertifikatlaşdırmadan)” sözləri əlavə edilmişdir.

 

[32] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə 7.1.1-ci yarımbəndə “tədris dilini,” sözlərindən sonra “xarici dili,” sözləri, “məşğuliyyəti” sözündən sonra “, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları)” sözləri əlavə edilmişdir.

 

[33] 22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[34] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 7.1.7-1-ci, 7.3.1-1-ci, 7.3.4-1-ci yarımbəndlər əlavə edilmişdir.

 

[35] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə 8.1.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilmişdir.

 

[36] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 8.1.6-cı yarımbəndindən “ixtisasını artırmaq,” sözləri çıxarılmışdır.

 

[37] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 8.2.2-ci yarımbəndinə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “ , keyfiyyətli təhsil vermək” sözləri əlavə edilmişdir.

 

[38] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 8.2.5-ci yarımbəndinə “pedaqoji” sözündən əvvəl “daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək,” sözləri əlavə edilmişdir.

 

[39] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 8.2.7-ci yarımbəndinə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilmişdir.

 

[40] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 8.2.8-ci yarımbəndinə “yüksəltmək,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilmişdir.

 

[41] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 8.2.8-1-ci, 8.2.8-2-ci və 9.2.2-1-ci yarımbəndlər əlavə edilmişdir.

 

[42] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[43] 14 iyun 2021-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 677) ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 11.2-ci bəndində “medalların” sözü “nişanların” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status