AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.01.2011
QEYDİYYAT NÖMRƏSİ
7
ADI
“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 60)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.01.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə). [1]

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 73 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 14 yanvar 2011-ci il

        № 7

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.

1.2. Bu Nümunəvi Nizamnamə hər bir orta ixtisas təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.3. Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi və ona edilən dəyişikliklər təhsil müəssisəsinin təsisçisi, dövlət orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. [2]

1.3-1. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş dövlət orta ixtisas təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. [3]

1.3-2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.

1.4. Orta ixtisas təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.

1.5. Orta ixtisas təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.6. Orta ixtisas təhsili müəssisəsi işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradır.

1.7. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.

1.8. Təhsil qanunvericiliyinə əsasən orta ixtisas təhsili müəssisələrinin növü - kollecdir.

Kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.

1.9. Orta ixtisas təhsili müəssisələrinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.

1.10. Orta ixtisas təhsili müəssisələri üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.11. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Mülkiyyət növü müvafiq qanunvericiliyə uyğun yaradılmış orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

1.12. Dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

1.13. Orta ixtisas təhsili müəssisəsinin (kollecin) adı onun yaradıldığı zaman müəyyənləşdirilir və yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. Orta ixtisas təhsili müəssisəsinin adının dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, tabeliyində orta ixtisas təhsili müəssisələri olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən həyata keçirilir. [4]

1.14. Orta ixtisas təhsili müəssisəsinin lisenziyalaşdırılması və akkreditasiyası müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirilir.

1.15. Azərbaycan Respublikasında hər bir orta ixtisas təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət orta ixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş orta ixtisas təhsili müəssisələrinə isə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. [5]

1.16. Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və orta ixtisas təhsili müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır. [6]

Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. [7]

1.17. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.

Respublika ərazisində xarici ölkələrin orta ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi dövlətlərarası müqavilələr əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

1.18. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.

1.19. Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırılmaqla), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də həmin təşkilatlara üzv olmaq hüququna malikdir. [8]

1.20. Orta ixtisas təhsili müəssisələrinin bir sıra struktur bölmələri-filialları, şöbələri, fənn birləşmə komissiyaları, kitabxanaları, əlavə təhsil üçün müvafiq bölmələri, tədris-təcrübə təsərrüfatları, tədris emalatxanaları, metodiki xidmət bölmələri, idman bazaları, tədris teatr və studiyaları, konsert zalları və digər struktur bölmələri ola bilər.

Orta ixtisas təhsili müəssisəsinin strukturu maddi-texniki bazası və kadr potensialı nəzərə alınmaqla, onun pedaqoji şurası tərəfindən müəyyənləşdirilir və təhsil müəssisəsinin rəhbəri (direktoru) tərəfindən təsdiq edilir. Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələrinin fəaliyyəti və funksiyaları onun nizamnaməsində öz əksini tapır.

Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələri tədris prosesinin təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, pedaqoji şuranın qərarlarını, direktorun əmr və sərəncamlarını yerinə yetirir.

1.21. Azərbaycan Respublikasının dövlət orta ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. [9]

1.22. Orta ixtisas təhsili müəssisəsi təhsil və tərbiyə mərkəzi kimi öz nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:

- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta ixtisas təhsili alma tələblərinin ödənilməsi;

- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

- yüksəkixtisaslı kadrların hazırlanması;

- ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;

- xarici əlaqələrin təmin edilməsi.

Həmin vəzifələri yerinə yetirmək üçün orta ixtisas təhsili müəssisəsi:

- orta ixtisas təhsilinin və ayrı-ayrı ixtisasların dövlət təhsil standartlarına uyğun tədris sənədlərini və təhsil proqramlarını səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır (plan, proqram, tədris prosesinin təşkilinə aid digər sənədləri);

- tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

- təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

- pedaqoji şuranın işini təşkil edir və həyata keçirir;

- konfranslar, seminarlar, olimpiadalar və s. təşkil edir və həyata keçirir;

- Boloniya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və metodiki təminatı, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;

- dərslik, dərs vəsaiti, tədris və tədris-metodiki ədəbiyyatları hazırlayır və nəşr edir;

- tələbələrə və müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri göstərir;

- təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;

- orta ixtisas təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində işlər görür;

- müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələri yaradır.

1.23. Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;

- qiyabi;

- distant (məsafədən);

- sərbəst (eksternat).

1.24. Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Orta ixtisas təhsilini bitirən məzunlara "subbakalavr" ixtisas dərəcəsi verilir.

Orta ixtisas təhsili haqqında diplom ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə daxil olmaq hüququ verir və növbəti təhsil pilləsində təhsil almaq üçün əsas sayılır.

Orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə başa vuran məzunlar (subbakalavrlar) ali təhsilin bakalavr səviyyəsində uyğun ixtisaslar üzrə təhsillərini davam etdirdikləri halda, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə qazandıqları kreditlər (həmin fəndən "əla" qiymət olduqda) bakalavr səviyyəsində nəzərə alına bilər.

Həmin fənlərin müəyyənləşdirilməsi və onlar üzrə kreditlərin nəzərə alınması ali təhsil müəssisələri tərəfindən müvafiq qaydalara uyğun olaraq həyata keçirilir.

Orta ixtisas təhsili almış məzun ixtisasına uyğun olan bütün sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər.

1.25. Orta ixtisas təhsili müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq, orta ixtisas təhsilini bitirməsi haqqında dövlət sənədi olan vətəndaşlara əlavə təhsil almaq imkanı yarada bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Bu zaman əlavə təhsil aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

- ixtisasartırma;

- kadrların yenidən hazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar orta ixtisas təhsili.

Əlavə təhsilin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

1.26. Orta ixtisas təhsili müəssisələrində tədris ayrı-ayrı ixtisaslar üzrə təhsilin məzmununu və mənimsəmə qaydasını müəyyən edən təhsil proqramları (kurikulumlar) üzrə həyata keçirilir.

 

2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

 

2.1. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. [10]

2.2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin sərbəst ixtisas və təhsil müəssisəsi seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsilli, tam orta təhsilli şəxslərin və bakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. [11]

2.3. Orta ixtisas təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. [12]

2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə orta ixtisas təhsili müəssisələrində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

- təhsil müəssisəsinin nizamnaməsi;

- təhsil sahəsində fəaliyyət üçün lisenziya; [13]

- təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.

 

3. Orta ixtisas təhsili müəssisəsinin tədris fəaliyyəti

 

3.1. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq tədris digər dillərdə də aparıla bilər. [14]

3.2 Orta ixtisas təhsili müəssisələri aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirirlər:

- tam orta təhsil (ümumi orta təhsil bazasından təhsil alanlar üçün);

- orta ixtisas təhsili;

- əlavə təhsil.

3.3. Orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər dövlət təhsil standartı ilə müəyyənləşdirilir.

Orta ixtisas təhsili proqramı aşağıdakıları əhatə edir:

- orta ixtisas təhsili üzrə ixtisas təsnifatını. Təsnifat respublika iqtisadiyyatının və sosial sferanın inkişaf istiqamətləri nəzərə alınmaqla hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;

- orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, həftəlik dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkilini, tədris planlarını, fənn proqramlarını, metodiki təminatla bağlı tövsiyələri, təlim nəticələrinin qiymətləndirilməsini və monitorinqin aparılması qaydalarını özündə əks etdirən müvafiq təhsil proqramlarını. Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən edilir.

3.4. Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.

Bu sənədlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.

Orta ixtisas təhsili müəssisəsi orta ixtisas təhsilinin dövlət standartı çərçivəsində orta ixtisas təhsili proqramlarında müvafiq dəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapmalıdır.

3.5. Təhsil proqramları üzrə normativ təhsil müddətləri orta ixtisas təhsili haqqında dövlət standartı ilə müəyyən edilir.

3.6. Orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkili orta ixtisas təhsilinin dövlət standartlarına uyğun hazırlanmış və orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.

3.7. Orta ixtisas təhsili müəssisəsində tam orta təhsil bazasından təhsil alanların auditoriya dərslərinin həcmi həftədə 30 saatdan artıq olmamalıdır.

Ümumi orta təhsil bazasından təhsil alanların birinci tədris ilində auditoriya dərslərinin həcmi həftədə 36 saatdan, digər tədris illərində isə 30 saatdan artıq olmamalıdır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit vahidi 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.

Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-200 saata qədər nəzərdə tutulur.

Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, ödənişli əsaslarla yay semestri də təşkil oluna bilər.

Tədris ili üzrə nəzəri təlimin müddəti tam orta təhsil bazasından təhsil alanlar üçün 30 həftə (hər semestr üzrə 15 həftə) və imtahan sessiyasının müddəti 10 həftədir (semestrlər üzrə 5 həftə). Ümumi orta təhsil bazasından təhsil alanlar üçün isə birinci tədris ilində nəzəri təlimin müddəti 36 həftə (hər semestr üzrə 18 həftə), imtahan sessiyasının müddəti 7 həftədir. Digər tədris illərində isə bu müddət müvafiq olaraq 30 həftə (hər semestr üzrə 15 həftə) və 10 həftədir (hər semestr üzrə 5 həftə).

Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət 8-20 həftədir.

Hər tədris ilində tətil müddəti 7-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq).

Orta ixtisas təhsili müəssisələrində dərs növlərinə nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi (layihəsi) və digərləri daxildir.

Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 5 həftədir.

Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır. [15]

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir. [16]

3.8. Dövlət orta ixtisas təhsili müəssisələrində əyani forma üzrə dövlət hesabına təhsil alanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir.

3.9. Təhsilalanların bir təhsil proqramından və ya orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

3.10 Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına uyğun olaraq dövlət nümunəli sənəd - diplom verilir. Həmin diplomun əlavəsində təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarına əsasən arayış verilir.

 

4. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasının təşkili

 

4.1. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin fəaliyyətinin məqsədini, onun idarə olunması qaydalarını, təhsilalanların və işçilərin statusunu, maliyyə-təsərrüfat fəaliyyətinin strukturunu və digər məsələləri müəyyənləşdirir.

4.2. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, metodiki, təhsilalanlar, qəyyumlar şurası) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. [17]

4.3. Dövlət orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Pedaqoji Şura haqqında Əsasnamə", bu Nümunəvi Nizamnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir. Pedaqoji Şuranın səlahiyyət müddəti 1 tədris ilidir. [18]

Pedaqoji Şuranın tərkibinə orta ixtisas təhsili müəssisəsinin direktoru (sədr), direktor müavinləri, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri, müəllimlər, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq rəhbərləri, tədris-istehsalat emalatxanalarının müdirləri, həmkarlar təşkilatının, baza idarə və müəssisələrinin nümayəndələri daxil olurlar.

4.4. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərlik bilavasitə direktor tərəfindən həyata keçirilir. Direktor Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. [19]

Bələdiyyə orta ixtisas təhsili müəssisəsinə rəhbərlik bələdiyyə tərəfindən təyin olunmuş direktor tərəfindən həyata keçirilir.

Özəl orta ixtisas təhsili müəssisəsinə rəhbərliyi həmin orta ixtisas təhsili müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş direktor həyata keçirir.

Direktor əvəzçiliklə təyin edilə bilməz.

Dövlət orta ixtisas təhsili müəssisələrinin tədris və tərbiyə işləri üzrə direktor müavinləri orta ixtisas təhsili müəssisəsi rəhbərinin (direktorun) təqdimatı əsasında tabeliyində orta ixtisas təhsili müəssisəsi olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.

Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin tədris və tərbiyə işləri üzrə direktor müavinləri müvafiq olaraq bələdiyyə və təsisçi tərəfindən təyin olunurlar.

Direktor mütəxəssis hazırlığının keyfiyyətinə, orta ixtisas təhsili müəssisəsində tədris, tərbiyə, maliyyə-təsərrüfat işinin təşkilinə və büdcə qanunvericiliyinin icrasına görə məsuliyyət daşıyır.

Direktor orta ixtisas təhsili müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir.

Direktorun səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4.5. Fənn birləşmə komissiyaları orta ixtisas təhsili müəssisəsinin inzibati struktur bölməsi olaraq, bir və ya bir neçə ixtisas üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinə və tərbiyə işlərinə rəhbərlik edir.

4.6. Orta ixtisas təhsili müəssisəsinin şöbələrinə şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri vəzifəsinə təyinolunma müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Şöbə müdiri:

- şöbənin tədris və tərbiyə işlərinin təşkilinə və yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;

- təhsil proqramlarının dövlət təhsil standartlarının tələblərinə uyğun həyata keçirilməsini təmin edir;

- tələbələrin istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;

- şöbə üzrə tədris məşğələlərinin cədvəlini tərtib etmək üçün material hazırlayır və cədvəlin yerinə yetirilməsinə nəzarət edir;

- tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların səmərəli fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;

- tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə cavabdehlik daşıyır;

- tələbələrin məktəbdən xaric olunması, bərpası, semestr imtahanlarına və dövlət attestasiyasına buraxılmasına dair direktora təqdimat verir;

- şöbədə təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim edir;

- şöbənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodiki göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;

- şöbədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyət daşıyır;

- şöbədə hazırlanması mümkün və zəruri olan ixtisasları müəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrə orta ixtisas təhsili məktəbinin rəhbərinə təkliflər təqdim edir;

- orta ixtisas təhsili müəssisəsində şöbə ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;

- şöbənin işində iştirak edən bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.

4.7. Fənn birləşmə komissiyası orta ixtisas təhsili müəssisəsinin tədris struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki və pedaqoji işləri həyata keçirir.

Fənn birləşmə komissiyasının əsas vəzifələri aşağıdakılardır:

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş laboratoriya, nəzəri, praktiki və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

- kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat təcrübələrinə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

- semestr imtahanlarının keçirilməsi;

- dövlət attestasiyasının təşkili və keçirilməsi;

- təhsilalanlar arasında tərbiyə işinin təşkili;

- tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim edilməsi, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, direktorun göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;

- fənn birləşmə komissiyası əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin, fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- orta ixtisas təhsili müəssisələrinin fənn birləşmə komissiyalarının qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

- tədris prosesində müasir təlim texnologiyalarından istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

- qabaqcıl təcrübənin öyrənilməsi və müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi.

4.8. Fənn birləşmə komissiyasına rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada bu vəzifəyə təyin edilmiş kafedra müdiri həyata keçirir.

Fənn birləşmə komissiyasının sədri:

- fənn birləşmə komissiyasının iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

- fənn birləşmə komissiyasının işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

- hər il fənn birləşmə komissiyasının fəaliyyəti barədə hesabat təqdim edir;

- fənn birləşmə komissiyasının fəaliyyətinin nəticələrinə görə fənn birləşmə komissiyasının kollektivi, pedaqoji şura və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

4.9. Orta ixtisas təhsili müəssisələrində pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

4.10. Orta ixtisas təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil edilir. [20]

 

5. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri

 

5.1. Orta ixtisas təhsili müəssisələrində əmək və onunla bağlı digər sosial-iqtisadi münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Nümunəvi Nizamnamə, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi, orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydaları və kollektiv müqaviləsi ilə tənzimlənir. Orta ixtisas təhsili müəssisəsinin daxili nizam-intizam qaydaları və kollektiv müqaviləsi işçilərin işə qəbul olunması və işdən azad olunmasını, əmək müqaviləsinin tərəfdaşlarının hüquqlarını, təhsil müəssisəsində əmək rejimini və s. özündə əks etdirir. Kollektiv müqavilə mövcud qanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər müddətə bağlanılır. Həmin müddət orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.

5.2. Təhsilalanların, müəllimlərin və digər işçilərin hüquq və vəzifələri qanunvericiliyə əsasən müəyyən edilir və bu Nümunəvi Nizamnamə, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi və daxili nizam-intizam qaydaları ilə tənzimlənir.

5.3. Təhsilalanların hüquqları aşağıdakılardır:

- təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

- dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

- orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

- təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək;

- müəyyən edilmiş qaydada orta ixtisas təhsili müəssisəsini və ixtisasını dəyişmək;

- fasiləsiz təhsil almaq;

- sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

- insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

- müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; [21]

- təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

- orta ixtisas təhsili müəssisəsinin ictimai, sosial və mədəni həyatında, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;

- praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.4. Təhsilalanların vəzifələri aşağıdakılardır:

- dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, daxili intizam qaydalarının tələblərinə riayət etmək;

- dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.

5.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

- normal əmək, pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

- şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

- təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

- ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək;

- müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

- təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

- gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

- ixtisas və pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər keçirmək;

- qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

5.7. Dövlət təhsil müəssisəsində inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.

 

6. Orta ixtisas təhsili müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti

 

6.1. Orta ixtisas təhsili müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan və öz nizamnaməsində əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

Orta ixtisas təhsili müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Orta ixtisas təhsili müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

Dövlət orta ixtisas təhsili müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

Orta ixtisas təhsili müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada öz nizamnaməsində göstərdiyi xidmətlər (təhsil, müalicə-profilaktika və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər. [22]

Dövlət mülkiyyətində olan orta ixtisas təhsili müəssisəsinin özəlləşdirilməsi qadağandır.

Dövlət orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Dövlət orta ixtisas təhsili müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

6.2. Orta ixtisas təhsili müəssisəsi mövcud qanunvericilik çərçivəsində, öz nizamnaməsində müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət orta ixtisas təhsili müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Dövlət orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

Dövlət orta ixtisas təhsili müəssisəsinin maliyyələşdirilməsi orta ixtisas təhsili pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq, hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Dövlət təhsil müəssisəsi öz nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

Dövlət orta ixtisas təhsili müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqqının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.

6.3. Dövlət və bələdiyyə orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:

- qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

- ödənişli təhsildən əldə olunan vəsaitlər;

- hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verdikləri qrantlar, vəsiyyət etdikləri vəsaitlər, ianələr və yardımlar;

- orta ixtisas təhsili müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;

- orta ixtisas təhsili müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

- dövlət tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

- hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;

- qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

6.4. Özəl orta ixtisas təhsili müəssisəsi aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

- təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;

- təsisçilərin (himayəçilərin) vəsaitləri;

- qanunvericiliyə uyğun olaraq verilən qrant və kreditlər;

- hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

- təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə olunan vəsaitlər;

- qanunvericiliklə qadağan edilməyən və nizamnaməsində göstərilən digər mənbələr hesabına əldə olunan vəsaitlər.

Özəl orta ixtisas təhsili müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. Özəl orta ixtisas təhsili müəssisəsi təhsil haqqının məbləğini ayrı-ayrı ixtisasların təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.

Özəl orta ixtisas təhsili müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

6.5. Orta ixtisas təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə öz nizamnaməsində nəzərdə tutulmuş qaydada "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarına uyğun olaraq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət orta ixtisas təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada, öz nizamnaməsinə uyğun olaraq hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

6.6. Orta ixtisas təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi və bilavasitə zərər vurulmasında təqsirkar şəxslər tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

 

7. Təhsil sahəsində beynəlxalq əlaqələr

 

Orta ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

Orta ixtisas təhsili müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin təhsil müəssisələri ilə, təşkilatlarla, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

Orta ixtisas təhsili müəssisəsi beynəlxalq səviyyəli birgə təhsil layihələrinin hazırlanması, tələbələrin, müəllimlərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

Orta ixtisas təhsili müəssisəsi fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə, öz nizamnaməsinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququna malikdir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının

 

S İ Y A H I S I

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarlarında dəyişikliklər edilsin:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi normativ aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 4 noyabr tarixli 154 nömrəli qərarının III bəndi çıxarılsın.

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 sentyabr tarixli 123 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 741; 2005-ci il, № 12, maddə 1228) II bəndi çıxarılsın.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 26 dekabr tarixli 209 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1344) 2-ci bəndi çıxarılsın.

4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 sentyabr tarixli 202 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) 5-ci bəndi çıxarılsın.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 may 2012-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 484)

2.       4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625)

3.       10 oktyabr 2012-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1008)

4.       24 oktyabr 2013-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1230)

5.       3 noyabr 2015-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2015-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1561)

6.       6 oktyabr 2016-cı il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1701)

7.       23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)

8.       18 aprel 2017-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 640)

9.       21 dekabr 2017-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2536)

10.    25 may 2018-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1143)

11.    8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429)

12.    13 may 2019-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 953)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 may 2019-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 953) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndin ikinci cümləsində “Təhsil Nazirliyinin” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin” sözləri əlavə edilmişdir.

 

3 noyabr 2015-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2015-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1561) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.3. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.

 

25 may 2018-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1143) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

 

[3] 3 noyabr 2015-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2015-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1561) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.3-1-ci və 1.3-2-ci bəndlər əlavə edilmişdir.

25 may 2018-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1143) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-1-ci bəndinə “akkreditasiya olunmuş” sözlərindən sonra “dövlət” sözü əlavə edilmişdir və həmin bənddə “təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri “tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.13-cü bəndin ikinci cümləsində “Təhsil Nazirliyi” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri, “Nazirlər Kabineti” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi” sözləri əlavə edilmişdir.

 

[5] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.15-ci bəndin birinci cümləsində “Təhsil Nazirliyindən” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən” sözləri əlavə edilmişdir.

 

6 oktyabr 2016-cı il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1701) ilə 1.15-ci bənd ləğv edilmişdir.

 

[6] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.16-cı bəndin birinci abzası ləğv edilmişdir.

 

[7] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.16-cı bəndin ikinci abzasının birinci cümləsində “Təhsil Nazirliyi” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri əlavə edilmişdir.

 

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.16-cı bəndin ikinci abzasın birinci cümləsinə “müəssisəsinin akkreditasiyası” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilmişdir.

 

[8] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.19-cu bənddə “Nazirlər Kabineti” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi” sözləri əlavə edilmişdir.

 

[9] 24 oktyabr 2013-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1230) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.21-ci bəndinə ikinci abzas əlavə edilmişdir.

 

[10] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilmişdir.

 

[11] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Mövcud qanunvericiliyə uyğun olaraq orta ixtisas təhsili pilləsinə ümumi orta təhsilli və tam orta təhsilli şəxslər qəbul oluna bilərlər.

 

[12] 10 may 2012-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 484) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri ilə əvəz edilmişdir.

 

18 aprel 2017-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 640) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilmişdir.

 

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində “tələbə qəbulu planı” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulu” sözləri ilə əvəz edilmişdir.

 

[13] 6 oktyabr 2016-cı il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1701) ilə 1.3-1-ci, 1.18-ci bəndlərdə və 2.4-cü bəndin üçüncü abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

 

[14] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.1-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Təlim orta ixtisas təhsili müəssisələrinin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər.

[15] 21 dekabr 2017-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2536) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.7-ci bəndində on dördüncü abzasın birinci və ikinci cümlələri çıxarılmışdır.

 

[16] 10 oktyabr 2012-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1008) ilə 3.7-ci bəndin on altıncı abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilir.

 

21 dekabr 2017-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2536) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.7-ci bəndində on altıncı abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

 

[17] 3 noyabr 2015-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2015-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1561) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.2-ci bəndin birinci cümləsində “pedaqoji, təhsilalanlar və qəyyumlar şurası və s.” sözləri “təhsilalanlar, qəyyumlar şurası” sözləri ilə əvəz  edilmişdir.

 

[18] 3 noyabr 2015-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2015-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1561) ilə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.3-cü bəndin birinci cümləsində “Orta ixtisas” sözləri “Dövlət orta ixtisas” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “və təhsil” sözlərindən əvvəl “, bu Nümunəvi Nizamnamə” sözləri əlavə edilmişdir.

 

[19] 4 iyun 2012-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 625) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.4-cü bəndin birinci abzasının ikinci cümləsində “Təhsil Nazirliyi” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri əlavə edilmişdir.

 

[20] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 4.10-cu bənd əlavə edilmişdir.

 

[21] 10 oktyabr 2012-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1008) ilə 5.3-cü bəndin on birinci abzasında “Təhsil Nazirliyinin” sözləri “Nazirlər Kabinetinin” sözləri ilə əvəz edilmişdir.

 

[22] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.1-ci bəndin dördüncü abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status