AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2010
QEYDİYYAT NÖMRƏSİ
29-IVQ
ADI
“Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-01-2011, Nəşr nömrəsi: 16), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 7)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə

“Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Yol nişanları və siqnalları haqqında” 1968-ci il noyabrın 8-də Vyana şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur) təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il

          № 29-IVQ

 

 

 

Yol Nişanları Və Siqnalları Haqqında

 

KONVENSİYA [*]

Razılığa gələn tərəflər,

yol nişanlarının, siqnallarının, işarələrinin və nişanlanma xətlərinin beynəlxalq aləmdə eyniliyinin beynəlxalq yol hərəkətini yüngülləşdirməsi və yollarda hərəkətin təhlükəsizliyini artırılması üçün vacibliyini qəbul edərək aşağıdakılar barədə razılığa gəlirlər:

I fəsil

ÜMUMİ  MÜDDƏALAR

Maddə 1

Anlayışlar

 

Bu Konvensiyanın müddəalarının tətbiqi zamanı aşağıdakı terminlər bu maddədə göstərilən mənanı daşıyırlar:

a) Razılığa gələn tərəfin “milli qanunvericiliyi” termini bu razılığa gələn tərəfin ərazisində qüvvədə olan milli və yerli qanun və qaydaların cəmini ifadə edir;

b) “yaşayış məntəqəsi” termini giriş və çıxışları xüsusi olaraq yol nişanları ilə işarələnmiş və ya milli qanunvericilik ilə hər hansı digər formada müəyyən olunmuş tikili ərazini ifadə edir;

c) “yol” termini istənilən yolun və ya küçənin hərəkət üçün açıq olan bütün ayırma zolağını ifadə edir;

d) “yolun hərəkət hissəsi” termini yolun adətən nəqliyyat vasitələrinin
hərəkəti üçün istifadə edilən hissəsini ifadə edir; yolun dəqiq ayrılan (o cümlədən ayırıcı zolaq vasitəsilə) və ya müxtəlif səviyyələrdə yerləşən bir neçə hərəkət hissəsi ola bilər;

e) “hərəkət zolağı” termini eni motosikletlər istisna olmaqla digər avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən ölçüdə bölünə bilən, uzununa nişanlanma xətti vasitəsilə işarələnmiş və ya işarələnməmiş yolun hərəkət hissəsinin hər hansı uzununa zolağını ifadə edir;

e-bis) “velosipedin hərəkət zolağı” termini yolun hərəkət hissəsinin velosipedçilər üçün nəzərdə tutulmuş zolağını ifadə edir. Velosipedin hərəkət zolağı digər hərəkət hissəsindən uzununa nişanlanma xətti ilə ayırılır;

e-ter) “velosiped cığırı” termini velosipedçilər üçün işarələnmiş ayrıca yolu və ya yol hissəsini ifadə edir. Velsiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır;

f) “yolayrıcı” termini yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bu kəsişmə, birləşmə və ya şaxələnmələrin əmələ gətirdiyi ərazini ifadə edir;

g) “dəmiryol keçidi” termini müstəqil yatağı olan istənilən dəmiryol və ya tramvay yolları ilə yolun bir səviyyədə kəsişməsini ifadə edir;

h) “avtomagistral” termini xüsusi çəkilmiş və avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, yolkənarı ərazilərə xidmət etməyən elə bir yolu ifadə edir ki, o:

i) ayrı-ayrı yerləri istisna edilməklə və ya müvəqqəti qaydada müəyyənləşdirilən hallardan başqa, hər iki hərəkət istiqaməti üçün, bir-birindən hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolaq və ya müstəsna hallarda başqa vasitələrlə ayrılmış ayrıca hərəkət hissələrinə malikdir;

ii) yollarla, dəmiryol və ya tramvay yolları ilə, piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;

iii) avtomagistral kimi xüsusi işarələnmişdir;

 

i) nəqliyyat vasitəsi:

i) adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan müddətə hərəkətsiz vəziyyətə gətirilmişdirsə “dayanmış” sayılır;

ii) digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəbindən başqa, digər səbəbə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan müddətlə məhdudlaşmırsa “durmuş” sayılır.

Lakin Razılığa gələn tərəflər yuxarıda, ii) yarımbəndində göstərilən şəraitdə hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitələrini o halda “dayanmış” hesab edə bilərlər ki, bu vəziyyətin müddəti milli qanunvericiliklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olmasın, eləcə də yuxarıda i) yarımbəndində göstərilən şəraitdə hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitələrini o halda “durmuş” hesab edə bilərlər ki, bu vəziyyətin müddəti milli qanunvericiliklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olsun;

j) “velosiped” termini azı iki təkəri olan və yalnız həmin nəqliyyat vasitəsindəki şəxslərin əzələ enerjisi ilə, o cümlədən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsini ifadə edir;

k) “moped” (asma mühərrikli velosiped) termini silindrinin həcmi 50 sm3 -dən çox olmayan daxiliyanma mühərriki ilə təchiz edilmiş və maksimum konstruksiya sürəti saatda 50 km-dən (30 mildən) yüksək olmayan hər hansı iki və ya üç təkərli nəqliyyat vasitəsini ifadə edir; lakin Razılığa gələn tərəflər özlərinin milli qanunvericiliyinə uyğun olaraq istifadə imkanları, o cümlədən pedalların köməyi ilə hərəkətə gətirilmə imkanları baxımından velosiped xüsusiyyətlərinə malik olmayan və ya maksimum konstruksiya sürəti, kütləsi və ya mühərrikinin bəzi xüsusiyyətləri müəyyənləşdirilmiş hədlərdən yüksək olan nəqliyyat vasitələrini moped hesab etməyə bilərlər. Bu anlayışın heç bir müddəası Razılığa gələn tərəflərin yol hərəkətinə dair öz milli qanunvericiliyinin göstərişlərini tətbiq edərkən mopedləri velosipedlərə bərabər tutmasına mane olan müddəa kimi təfsir edilə bilməz;

I) “motosiklet” termini mühərriki olan arabalı və ya arabasız, hər hansı ikitəkərli nəqliyyat vasitəsini ifadə edir. Razılığa gələn tərəflər özlərinin milli qanunvericiliyində yüksüz kütləsi 400 kq-dan çox olmayan üçtəkərli nəqliyyat vasitələrini motosikletlərə bərabər tuta bilərlər. “Motosiklet” termini mopedləri əhatə etmir, lakin Razılığa gələn tərəflər bu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq bəyanat vermək şərti ilə bu Konvensiyanın tətbiqi zamanı mopedləri motosikletlərə bərabər tuta bilərlər.

m) “mexaniki nəqliyyat vasitəsi” termini mopedləri motosikletlərə bərabər tutmayan Razılığa gələn tərəflərin ərazisində mopedlər, habelə relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən yol nəqliyyat vasitəsini ifadə edir;

n) “avtomobil” termini adətən yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsini ifadə edir. Bu termin trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini əhatə edir. O kənd təsərrüfatı traktorları kimi, adamların və yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınmasını yalnız yardımçı funksiya qismində həyata keçirən nəqliyyat vasitələrini əhatə etmir;

o) “qoşqu” termini mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsini ifadə edir; bu termin yarımqoşquları da əhatə edir;

p) “yarımqoşqu” termini avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bu zaman bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqunu ifadə edir;

q) “sürücü” (“çarvadar”) termini nəqliyyat vasitəsini, avtomobili və s. (o cümlədən velosipedi) idarə edən və ya yollarda mal-qaranı, sürüləri, qoşqu, yük və ya minik heyvanlarını sürüb aparan hər hansı şəxsi ifadə edir;

r) “icazə verilmiş maksimum kütlə” termini nəqliyyat vasitəsinin qeydiyyata alındığı dövlətin səlahiyyətli orqanları tərəfindən elan olunan yüklənmiş nəqliyyat vasitəsi üçün icazə verilən maksimum kütləni ifadə edir;

s) “yüklə kütlə” termini yüklənmiş nəqliyyat vasitəsinin, heyətin və sərnişinlərin faktiki kütləsini ifadə edir;

t) “hərəkət istiqaməti” və “hərəkət istiqamətinə uyğun” terminləri, əgər milli qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin sürücüsü başqa nəqliyyat vasitəsi ilə qarşılaşdıqda onu soldan buraxmalıdırsa, sağ tərəfi ifadə edir; əks halda bu terminlər sol tərəfi ifadə edir;

u) sürücü üçün başqa nəqliyyat vasitələrinə “yol vermək” göstərişi - onun hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəcəyi təqdirdə, bu hərəkətləri etməkdən çəkinməli olduğu deməkdir.

 

Maddə 2

Konvensiyaya Əlavələr

Bu Konvensiyaya aşağıdakı əlavələr onun ayrılmaz tərkib hissəsidir:

Əlavə 1 : Yol nişanları;

Bölmə A: Xəbərdaredici nişanlar;

Bölmə B: Üstünlük nişanlan;

Bölmə C: Qadağanedici və məhdudlaşdırıcı nişanlar;

Bölmə D: Əmredici nişanlar;

Bölmə E: Xüsusi göstəriş nişanları;

Bölmə  F:   Məlumatverici  nişanlar,   obyektləri  göstərən  nişanlar  və servis nişanları;

Bölmə G: İstiqamət göstəriciləri və məlumatverici-göstərici nişanlar;

Bölmə H: Əlavə lövhəciklər;

Əlavə 2: Yolların nişanlanması;

Əlavə 3: Əlavə 1-də göstərilən nişanların, işarə və lövhəciklərin rəngli təsviri.

 

Maddə 3

Razılığa gələn tərəflərin öhdəlikləri

1. a ) Bu Konvensiyanın Razılığa gələn Tərəfləri onun müəyyən etdiyi yol nişanları, siqnallar, işarələr və yol nişanlanması sistemini qəbul edərək bu sistemin mümkün qısa müddət ərzində tətbiqini öhdələrinə götürürlər. Bu məqsədlə:

i)  yol istifadəçilərinə məcburi göstərişin və ya müəyyən məlumatın verilməsi məqsədilə bu Konvensiya ilə siqnal nişanı, işarəsi və ya nişanlanması müəyyən edildiyi halda, Razılığa gələn tərəflər bu maddənin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş müddətlərə riayət etməklə, bu göstərişin və ya məlumatın verilməsi məqsədilə digər siqnal nişanı, işarəsi və ya nişanlanması tətbiq etməməyi öz öhdələrinə götürürlər;

ii)  yol istifadəçilərinə məcburi göstərişin və ya müəyyən məlumatın verilməsi məqsədilə bu Konvensiya ilə siqnal nişanı, işarəsi və ya nişanlanması müəyyən edilmədiyi halda, Razılığa gələn tərəflər bu məqsədlə özləri tərəfindən seçilmiş siqnal nişanı, işarəsi və ya nişanlanmasından, o şərtlə istifadə edə bilərlər ki, bu siqnal nişanı, işarəsi və ya nişanlanma Konvensiya ilə başqa göstərişlər üçün nəzərdə tutulmamışdır və onun müəyyən etdiyi sistemə uyğundur.

b) Yol hərəkətinə nəzarətin yaxşılaşdırılması və təcrübənin aparılması zərurəti ilə əlaqədar, bu Konvensiyaya düzəlişlərin təklif edilməsindən əvvəl, Razılığa gələn tərəflər eksperiment şəklində və müvəqqəti qaydada müəyyən yol sahələrində bu Konvensiyanın müddəalarından kənara çıxılmasına yol verə bilərlər.

2.         Razılığa gələn tərəflər bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən dörd ildən gec olmayaraq, öz ərazilərində bu Konvensiya ilə müəyyən edilmiş siqnal nişanları, işarələri, qurğuları və nişanlanmaya zahiri görünüşü uyğun olan, lakin bu Konvensiya ilə müəyyən ediləndən fərqli məna daşıyan bütün siqnal nişanlarmı, işarələrini, qurğularını və nişanlanmanı dəyişməyi və ya onlara əlavələr etməyi öz öhdələrinə götürürlər.

3.         Razılığa gələn tərəflər bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən on beş ildən gec olmayaraq, öz ərazilərində bu Konvensiya ilə müəyyən edilmiş sistemə müvafiq olmayan bütün siqnal nişanları, işarələri, qurğuları və nişanlanmanı dəyişməyi öz öhdələrinə götürürlər. Bu müddət ərzində yol istifadəçilərinin bu Konvensiya ilə müəyyən edilmiş sistemə uyğunlaşmaları üçün bu Konvensiyada nəzərdə tutulmuş siqnal nişanları və işarələri ilə yanaşı köhnə nişan və işarələrin istifadəsinə icazə verilir.

4.         Bu Konvensiyanın heç bir müddəası Razılığa gələn tərəfin bu Konvensiya ilə müəyyən edilmiş siqnal nişanları və nişanlanmanın bütün növlərini məcburi qəbul etməli olduğu kimi təfsir edilə bilməz. Əksinə Razılığa gələn tərəflər qəbul edəcəkləri siqnal nişanları və nişanlanma sayını tələb olunan minimum hədlə məhdudlaşdıracaqlar.

Maddə 4

Razılığa gələn tərəflər aşağıdakıların qadağan olunmasını öhdələrinə götürürlər:

a) yol nişanında, onun dirəyində və ya hərəkətin nizamlanması üçün istifadə olunan istənilən digər qurğuda bu nişana və ya qurğuya aid olmayan nə isə yerləşdirilməsini; lakin Razılığa gələn tərəflər və ya onların ərazi bölmələri gəlir əldə etmək məqsədi daşımayan hər hansı assosiasiyaya göstərici nişanların qoyulmasına icazə verdikdə, bu assosiasiyanın embleminin yol nişanında və ya onun dayağında, nişanın başa düşülməsini çətinləşdirməmək şərtilə, yerləşdirilməsinə yol verə bilər.

b) siqnal işarələri və ya hərəkətin nizamlanması üçün digər qurğular kimi qəbul edilə bilən, yaxud onların görünməsini və ya effektivliyini azalda bilən, yaxud yol istifadəçilərinin gözlərini qamaşdıra və ya diqqətini yayındıra bilən və bununla da yol hərəkətinə təhlükə yaradan plakat və afişaların yerləşdirilməsini, nişanlanmanın aparılmasını və qurğuların quraşdırılmasını.

 

II Fəsil

YOL NİŞANLARI VƏ SİQNALLARI

Maddə 5

 

1.         Bu Konvensiyanın müəyyən etdiyi sistemdə siqnal nişanlarının aşağıdakı kateqoriyaları fərqləndirilir:

a) təhlükə barədə xəbərdaredici nişanlar: bu nişanların təyinatı yol istifadəçilərini yolda mövcud olan təhlükə və onun xarakteri barədə xəbərdar etməkdir;

b) tənzimləyici nişanlar: bu nişanların təyinatı yol istifadəçilərini riayət etməli olduqları xüsusi öhdəliklər, məhdudiyyətlər və ya qadağalar barədə xəbərdar etməkdir; onlar aşağıdakılara bölünürlər:

i) üstünlük nişanları;

ii) qadağanedici və ya məhdudlaşdırıcı nişanlar;

iii) əmredici nişanlar;

iv) xüsusi göstəriş nişanları;

c) informativ nişanlar: bu nişanların təyinatı yol istifadəçilərinə hərəkət zamanı zəruri məlumatların və ya digər faydalı göstərişlərin verilməsidir və onlar aşağıdakılara bölünürlər:

i) məlumatverici nişanlar, obyektləri göstərən nişanlar və servis nişanları;

ii) istiqamət nişanları, yer nişanları və göstərici nişanlar:

ilkin istiqamət nişanları;

istiqamət nişanları;

yol müəyyənləşdirici nişanlar;

yer müəyyənləşdirici nişanlar;

təsdiqedici nişanlar;

göstərici nişanlar;

iii) əlavə lövhəciklər.

2.         Bu Konvensiya bir neçə nişan və ya işarə arasından seçmək imkanı verdiyi hallarda:

a) Razılığa gələn tərəflər özlərinin bütün ərazilərində yalnız bir nişan və ya bir işarə tətbiq edəcəklərini öhdələrinə götürürlər;

b) Razılığa gələn tərəflər regional səviyyədə eyni nişan və ya işarənin seçilməsi barədə sazişin əldə olunmasına cəhd etməyə borcludurlar;

c) seçilməmiş siqnal nişanlarına və ya işarələrə bu Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndinin müdəaları şamil edilə bilər.

 

Maddə 6

 

1.         Sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır.

2.         Hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər.

Bu halda nişanının yerləşdirilməsinin aşağıdakı üç variantından biri tətbiq olunur:

a) əlavə şaquli oxlu nişan, zərurət olduqda, müvafiq hərəkət zolağı üzərində yerləşdirilir, və ya

b) nişan yolun yaxın çiynində o halda yerləşdirilir ki, yol nişanlanması nişanın tələbinin yalnız yol çiyninə ən yaxın hərəkət zolağına şamil olunduğunu və bu nişanın ancaq yolun göstərilən sahəsində qüvvədə olan qaydanı təsdiqləməyə xidmət etdiyini aydın ifadə etsin, və ya

c) bu Konvensiyaya Əlavə 1-in E bölməsinin II yarımbölməsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulan E,1 və E, 2 nişanları və ya Əlavə 1-in G bölməsinin V yarımbölməsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulan G.11 və G,12 nişanları yol çiynində yerləşdirilir.

3.         Səlahiyyətli orqan ayrılmış hərəkət hissəli yolun çiynində yerləşdirilmiş bu və ya digər nişanı effektiv hesab etmədiyi halda, həmin nişan ayırıcı zolağın üzərində yerləşdirilə bilər və bu halda onun yol çiynində təkrarlanması zəruri hesab edilmir.

4.         Milli qanunvericilikdə aşağıdakıların nəzərə alınması tövsiyyə olunur:

a) nişanlar elə yerləşdirilməlidir ki, onlar hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın, yol çiynində isə piyadaların hərəkətinə mümkün qədər az mane olsun. Nişanın quraşdırıldığı tərəfdə yol səthindən onun aşağı kənarına qədər olan məsafə imkan daxilində eyni yolda yerləşdirilmiş eyni kateqoriyaya daxil olan nişanlar üçün bərabər olmalıdır;

b) nişanın ölçüləri onun uzaq məsafədən yaxşı görünüşünü və ona yaxınlaşdıqda aydın başa düşülməsini təmin etməlidir; nişanların ölçüləri bu bəndin c) yarımbəndində nəzərdə tutulmuş qeyd nəzərə alınmaqla nəqliyyat vasitələrinin normal hərəkət sürətinə müvafiq olaraq müəyyən edilir;

c) xəbərdaredici və tənzimləyici nişanların (xüsusi göstəriş nişanları istisna olmaqla) ölçüləri Razılığa gələn tərəflərin ərazilərində standartlaşdırılmalıdır.

Bir qayda olaraq, işarələrinin hər növü üçün dörd ölçü kateqoriyası müəyyən edilir: kiçik, normal, böyük və çox böyük. Kiçik ölçülü nişanlar yol şəraiti normal ölçülü nişanların tətbiqinə imkan vermədikdə və ya yalnız kiçik hərəkət sürəti mümkün olduqda quraşdırılır. Bu nişanlar həmçinin əvvəlki nişanın təkrarlanması üçün quraşdırıla bilər. Böyük ölçülü nişanlar yüksək hərəkət sürətli çox enli yollarda quraşdırılmalıdır. Çox böyük ölçülü nişanlar çox yüksək hərəkət sürətli yollarda, xüsusən avtomagistrallarda quraşdırılmalıdır.

 

Maddə 7

 

1.         Tövsiyyə olunur ki, milli qanunvericilikdə nişanların gecə vaxtı daha yaxşı görünüşün və oxunuşunun təmin olunması məqsədilə işıqlandırılan və ya işıq əksedici yol nişanlarının, xüsusən xəbərdaredici, əmredici və istiqamət göstərici nişanların yol istifadəçilərinin gözlərini qamaşdırmamaq şərtilə məcburi tətbiqi nəzərdə tutulsun.

2.         Razılığa gələn tərəflər işıq saçan (fluoressent) materiallardan istifadə edilməsinə icazə verə bilərlər; bu halda onlar hansı nişanlarda həmin materiallardan istifadə oluna biləcəyini müəyyən etməlidirlər.

3.         Milli qanunvericiliklə işıqlandırılan, işıq əksedici və özü işıqlanan (fluoressent) nişanların tətbiqi qaydaları müəyyən edilməlidir. Bu qaydalarda işıq əksedici materialların hər bir sinfinin tətbiqi şərtləri əks olunmalıdır.

4.         Nişanlarda rəngarəng tünd və açıq təsvir elementləri onlarla kontrast yaradan müvafiq açıq və ya tünd ensiz zolaqlarla haşiyələnə bilərlər.

5.         Bu Konvensiyanın heç bir müddəası yalnız müəyyən vaxtlara və ya günlərə şamil edilən məlumatların, xəbərdarlıqların və ya qaydaların çatdırılması məqsədilə, yalnız onlardakı məlumatlar qüvvədə olduğu zaman görünən nişanların istifadəsini qadağan etmir.

 

Maddə 8

 

1.       Nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir.

1-bis.  Dəyişən simvollu nişanlar tətbiq olunduğu zaman, onların üzərində həkk olunmuş yazı və işarələr də bu Konvensiya ilə nəzərdə tutulmuş nişan və siqnallar sisteminə uyğun olmalıdır. Lakin bu dəyişikliklər göstərilən növ nişan və siqnallar sisteminin texniki tələblərindən irəli gəldiyi hallarda, xüsusən onların səhv başa düşülməsinin qeyri-mümkünlüyü şərtilə daha dəqiq görünüşünün təmin olunması üçün tünd rənglə təsvir olunmuş işarə və nişanlar açıq rənglə, açıq fon isə tündlə əvəz oluna bilər. Nişanın qırmızı rəngli işarəsinin və haşiyəsinin dəyişdirilməsinə yol verilmir.

2.         Razılığa gələn tərəflər bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin a) ii) yarımbəndinə müvafiq olaraq qəbul etmək istədikləri, lakin Konvensiyada nəzərdə tutulmamış yeni nişan və işarələr barədə regional səviyyədə razılaşdırma əldə olunmasına cəhd etməlidirlər.

3.         Bu Konvensiyanın heç bir müddəası, nişanın altında yerləşdirilən düzbucaqlı lövhəcikdə və ya nişan həkk olunmuş düzbucaqlı lövhədə, əsasən yol nişanının asan qavranılması məqsədilə yazının yerləşdirilməsini qadağan etmir; belə yazı həmçinin nişanın özünün üzərində də yerləşdirilə bilər, bir şərtlə ki, bu, yazını başa düşməyən sürücülər üçün nişanı başa düşməyə çətinlik yaratmayacaqdır.

4.         Səlahiyyətli orqanların nişan və işarənin mənasının izah olunmasını və yaxud onların qüvvədə olma müddətini məhdudlaşdırılmasını zəruri hesab etdikləri hallarda, tələb olunan göstərişlər bu Konvensiyanın I əlavəsinə uyğun olaraq yazı ilə nişanda və ya əlavə lövhəcikdə yerləşdirilə bilər. Əmredici yol nişanlarının təsir dairəsini yalnız müəyyən hərəkət iştirakçıları ilə məhdudlaşdırmaq və ya müəyyən hərəkət iştirakçılarına hər hansı qaydaların qüvvəsinin şamil olunmadığını müəyyən etmək zərurəti yarandıqda, bu, I Əlavənin H bölməsinin 4-cü bəndinə uyğun olaraq əlavə lövhəciklərin tətbiqi yolu ilə təmin edilir (H, 5a; H, 5b və H, 6 lövhəcikləri).

5.         Bu maddənin 3-cü və 4-cü bəndlərində göstərilən yazılar milli dildə və ya bir və ya bir neçə milli dillərdə, bundan əlavə Razılığa gələn tərəf zəruri hesab etdikdə digər dillərdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərində yerinə yetirilə bilər.

 

 

XƏBƏRDAREDİCİ NİŞANLAR

 

Maddə 9

 

1.         Bu Konvensiyaya I Əlavənin A bölməsinin I yarımbölməsində xəbərdaredici nişanların nümunələri göstərilmiş, A bölməsinin II yarımbölməsində isə bu nişanlarda yerləşdirilən işarələr qeyd olunmuş, həmçinin bu nişanların tətbiqinə dair bəzi tələblər əks olunmuşdur. Bu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq hər bir ölkə seçdiyi Aa və ya Ab xəbərdaredici nişan nümunəsi barədə Baş Katibi məlumatlandırır.

2.         Xəbərdaredici nişanlar zərurət olmadan təkrarlanmamalıdır, lakin, belə nişanlar zəruri ehtiyatlılıqla davranan sürücülər üçün vaxtında. müəyyən edilməsi çətin olan yol təhlükələri barədə onların xəbərdar edilməsi məqsədilə quraşdırılmalıdır.

3.         Xəbərdaredici nişanlar təhlükəli sahələrdən istər gündüz, istərsə də gecə vaxtı, yol və hərəkət şəraiti nəzərə alınmaqla, xüsusən adi sürətlə hərəkət edərkən nişanın görünməsini təmin edən məsafədə quraşdırılmalıdır.

4.         Nişanla təhlükəli sahə arasında olan məsafə bu Konvensiyanın I Əlavəsinin H bölməsinin tələblərinə uyğun quraşdırılan H.1 əlavə lövhəciyində göstərilə bilər; bu göstəriş sürücünün təhlükəli sahəyə qədər olan məsafəni müəyyən edə bilməyəcəyi və normal gözləniləndən fərqli olduğu halda verilir.

5.         Xəbərdaredici nişanlar, o cümlədən avtomagistrallarda və onlara bərabər tutulan yollarda təkrarlana bilər. Xəbərdaredici nişanlar təkrarlandıqda nişanla təhlükəli sahənin əvvəli arasındakı məsafə bu maddənin 4-cü bəndinin müddəalarına uyğun göstərilməlidir. Lakin, Razılığa gələn tərəflər dəmiryolu keçidləri və ayrılan körpülər qarşısında yerləşdirilən xəbərdaredici nişanlara dair aşağıdakı müddəaları tətbiq edə bilərlər:

Bu Konvensiyanın I Əlavəsinin A bölməsinin II yarımbölməsinin S, 25, 26 və 27-ci bəndlərində təsvir edilən A, 5; A, 25; A, 26 və ya A, 27 işarəli istənilən xəbərdaredici nişanın altında sarı və ya ağ fon üzərində üç maili qırmızı xətt olan şaquli dördbucaqlı lövhə asıla bilər, lakin bu halda dəmiryolu keçidi ilə nişan arasında olan məsafənin üçdə biri və üçdə ikisində üzərində uyğun olaraq iki və bir maili qırmızı xətt olan daha iki dördbucaqlı lövhə və xəbərdaredici yol nişanı yerləşdirilməlidir. Bu nişanlar yolun hərəkət hissəsinin əks tərəfində təkrarlana bilər. Bu bənddə təsvir olunan lövhələr bu Konvensiyanın I Əlavəsinin A bölməsinin II yarımbölməsinin 29-cu bəndində təsvir olunmuşdur.

6.         Xəbərdaredici nişan kifayət qədər uzun məsafədə mövcud olan təhlükə barədə məlumat verilməsi məqsədilə quraşdırılmışdırsa (məsələn, bir neçə təhlükəli döngə, qeyri-kafi vəziyyətdə olan yol sahəsi) və bu sahənin uzunluğunun qeyd olunması zəruri hesab edildikdə, müvafiq göstəriş bu Konvensiyanın i Əlavəsinin H bölməsinin H,2 əlavə lövhəciyində həmin bölmənin tələblərinə uyğun yerləşdirilir.

 

TƏNZİMLƏYİCİ NİŞANLAR

 

Maddə 10

 

Üstünlük nişanları

 

1.         Yol istifadəçilərini yolayrıcında keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,1, B,2, B,3 və B,4 nişanlarıdır. Yol istifadəçilərini dar yol sahələrində keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,5 və B,6 nişanlarıdır. Qeyd olunan nişanlar bu Konvensiyanın I Əlavəsinin B bölməsində təsvir olunmuşdur.

2.         B,1 “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı bu nişanın quraşdırıldığı yolayrıcında sürücülərin yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir.

3.         B,2 “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı bu nişanın quraşdırıldığı yolayrıcına çıxmazdan əvvəl sürücülərin dayanaraq yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir. Bu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq hər bir dövlət seçdiyi B, 2a və ya B, 2b “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişan nümunəsi barədə Baş Katibi məlumatlandırmalıdır.

4.         Səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda B,1 və ya B,2 nişanları yolayrıclarından kənarda quraşdırıla bilər.

5.         B, 1 və B, 2 nişanları yolayrıcının bilavasitə yaxınlığında, imkan daxilində nəqliyyat vasitələrinin dayanmalı olduğu yerdə və ya digər nəqliyyat vasitələrinə yol vermədən keçməməli olduqları yerdə quraşdırılır.

6.         B,1 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə, bu nişan bu Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunmuş H,1 əlavə lövhəciyi ilə birlikdə istifadə olunur. B,2 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə üzərində “STOP” işarəsi və B,2 nişanına qədər olan məsafəni göstərən rəqəm olan düzbucaqlı lövhəcik əlavə olunmuş B,1 nişanından istifadə olunur.

7.         B, 3 “BAŞ YOL” nişanı yol istifadəçilərinə, bu baş yolun digər yollarla kəsişməsində digər yollarla hərəkət edən və ya onlardan çıxan nəqliyyat vasitələri sürücülərinin baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermələrini göstərmək üçün tətbiq olunur. Bu nişan yolun başlanğıcında quraşdırıla və daha sonra hər kəsişmədən sonra təkrarlana bilər; bundan əlavə, o kəsişməyə qədər və ya kəsişmədə də quraşdırıla bilər. Yolda B, 3 nişanı quraşdırıldığı halda, B, 4 “BAŞ YOLUN SONU” nişanı yolun digər yollara nisbətən üstünlüyünün başa çatdığı yerin yaxınlığında quraşdırılır. B, 4 nişanı üstünlüyün başa çatdığı yerə qədər bir və bir neçə dəfə təkrarlana bilər; bu halda təkrarlanan nişanlara əlavə 1-in H bölməsinin H, 1 lövhəciyi əlavə olunur.

8.         Yolayrıcına yaxınlaşmanı göstərmək məqsədilə yolda A, 19 xəbərdaredici nişanının işarələrindən biri quraşdırılırsa və ya yolayrıcında yol bu maddənin 7-ci bəndinə müvafiq olaraq B, 3 nişanı ilə işarələnmiş baş yol olarsa, bütün digər yollarla kəsişmələrdə B, 1 və ya B, 2 nişanları quraşdırılmalıdır; lakin B, 1 və B, 2 nişanlarının sürücülərin nişan olmadan belə yol verməli olduqları (qrunt örtüklü və kəndarası yollar kimi) yollarda quraşdırılması məcburi hesab olunmur. B, 2 nişanı yalnız o halda quraşdırılır ki, səlahiyyətli orqanlar, xüsusən nəqliyyat vasitələrinin sürücülərinin yaxınlaşdıqları yolayrıclarının bu və ya digər tərəfindəki yol hissələrini pis gördükləri üçün sürücülərin nəqliyyat vasitəsini dayandırmasını məcburi hesab edir.

 

Maddə 11

 

Qadağanedici və məhdudlaşdırıcı nişanlar

 

Qadağanedici və məhdudlaşdırıcı nişanlar, onların mənası qeyd olunmaqla bu Konvensiyaya əlavə 1-in C bölməsində təsvir olunmuşdur. Bu bölmədə həmçinin qadağa və məhdudiyyətlərin və ya onlardan birinin bitməsini göstərən nişanlar da təsvir olunmuşdur.

 

Maddə 12

 

Əmredici nişanlar

 

Əmredici nişanlar bu Konvensiyaya əlavə 1-in D bölməsində mənası qeyd edilməklə təsvir olunmuşdur.

 

Maddə 13

 

Bu Konvensiyaya əlavə 1-in C və D bölmələrində təsvir olunan nişanlara dair

ümumi müddəalar

 

1.         Qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir.

2.         Yaşayış məntəqəsinin başlanğıcını göstərən yol nişanı ilə birgə və ya bilavasitə ondan sonra quraşdırılmış tənzimləyici nişanlar, yaşayış məntəqəsinin bəzi yol sahələrində quraşdırılmış nişanların başqa tələbləri müəyyən etməsi halları istisna olmaqla, bu tələblərin bütün yaşayış məntəqəsinə aid olduğunu göstərir.

3.         Qadağanedici və məhdudlaşdırıcı nişanların qüvvəsi quraşdırıldığı yerdən, əks nişanın quraşdırıldığı yerədək və ya növbəti yolayrıcınadək şamil edilir. Qadağa və ya məhdudiyyətin yolayrıcından sonra da qüvvədə olmasını göstərmək tələb olduğu hallarda bu nişan milli qanunvericiliyə uyğun olaraq təkrarlana bilər.

4.         Tənzimləyici nişan müəyyən zonada yerləşən bütün yollarda qüvvədə olduqda (zonaya şamil olunma), o, bu Konvensiyaya əlavə 1-in E bölməsinin II yarımbölməsinin 8 a ) bəndində müəyyən olunmuş qaydada quraşdırılır.

5.         Bu maddənin 4-cü bəndində göstərilmiş zonadan çıxış bu Konvensiyaya əlavə 1-in E bölməsinin II yarımbölməsinin 8 b) bəndində müəyyən olunmuş qaydada işarələnməlidir.

 

Maddə 13-Bis

 

Xüsusi göstəriş nişanları

 

1.         Xüsusi göstəriş nişanları mənaları qeyd olunmaqla bu Konvensiyaya əlavə 1-in E bölməsində təsvir edilmişdir.

2.         E,7a; E,7b; E,7c və ya E,7d və E,8a; E,8b; E,8c və ya E,8d nişanları hərəkət iştirakçılarına göstərir ki, yaşayış məntəqələrində başqa nişanlarla yolun bəzi hissələrində digər qaydalar müəyyən edildiyi hallar istisna olmaqla, E, 7a; E, 7b; E, 7c və ya E, 7d nişanlarından E, 8a; E, 8b; E, 8c və ya E, 8d nişanlarına qədər olan məsafədə bu dövlətin ərazisində yaşayış məntəqələrində hərəkət üçün müəyyən olunmuş ümumi qaydalar tətbiq olunur; lakin B,3 nişanı olan baş yolda, üstün keçid hüququnun qüvvədən düşdüyü yaşayış məntəqəsində həmişə B,4 nişanı quraşdırılmalıdır. 14-cü maddənin 2, 3 və 4-cü bəndlərinin müddəaları bu nişanlara şamil olunur.

2-bis. E, 11a nişanı uzunluğu 1000 metr və ya daha artıq olan tunellər üçün və milli qanunvericiliklə nəzərdə tutulmuş hallarda istifadə olunur. Uzunluğu 1000 metr və ya daha artıq olan tunellər üçün məsafə nişanın aşağı hissəsində və ya əlavə 1-in H bölməsində təsvir olunmuş H,2 əlavə lövhəciyində göstərilməlidir. Tunelin adı bu Konvensiyanın 8-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq göstərilə bilər.

3.         E, 12a; E, 12b və ya E, 12c nişanları səlahiyyətli orqanların məqsədəmüvafiq hesab etdiyi hallarda piyada keçidlərində quraşdırılır.

4.         Xüsusi göstəriş nişanları 6-cı maddənin 1-ci bəndinin müddəaları nəzərə alınmaqla səlahiyyətli orqanın zəruri hesab etdiyi yerlərdə quraşdırılır. Bu nişanlar təkrarlana bilərlər. Nişanın altında yerləşdirilmiş əlavə lövhəcik ondan nişanın işarə etdiyi yerə qədər olan məsafəni göstərə bilər; bu məsafə nişanın alt hissəsində də qeyd oluna bilər.

 

İNFORMATİV NİŞANLAR

 

Maddə 14

 

1.         Bu Konvensiyaya Əlavə 1-in F və G bölmələrində yol istifadəçilərinə faydalı göstərişlər verən nişanlar təsvir olunmuş və ya belə nişanların nümunələri göstərilmişdir; həmçinin bu bölmələrdə onların istifadə olunmasına dair bəzi göstərişlər vardır.

2.         Bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndində sadalanan ii) informativ nişanlarda yazılar latın əlifbasından istifadə etməyən dövlətlərdə həm milli dildə qeyd olunur, həm də milli dildə olan bu sözlərin latın hərifləri ilə mümkün olan dərəcədə transliterasiyası və tələffüzü yazılır.

3.         Latın əlifbasından istifadə etməyən dövlətlərdə, latın hərifləri ilə yazılmış milli dildə olan sözlər həm nişanda, həm də əlavə lövhəcikdə yerləşdirilə bilər.

4.         Nişanda yazılar ikidən çox olmayan dildə yazıla bilər.

 

Maddə 15

 

İlkin istiqamət göstəriciləri

 

İlkin istiqamət göstəriciləri yolun və hərəkətin şəraitindən, xüsusilə nəqliyyat vasitələrinin adi hərəkət sürətindən və nişanın göründüyü məsafədən asılı olaraq, yolayrıcından istər gündüz, istərsə də gecə maksimal effektivliyi təmin edən məsafədə yerləşdirilir; yaşayış məntəqələrində bu məsafə 50 metrdən (55 yarddan) artıq olmaya bilər, lakin avtomagistrallarda və sürətli hərəkət yollarında bu məsafə 500 metrdən ( 550 yard ) az olmamalıdır. Bu nişanlar təkrarlana bilər. Nişanın altında yerləşdirilən əlavə lövhəcikdə nişandan yolayrıcına qədər olan məsafə göstərilə bilər; bu məsafə həmçinin nişanın aşağı hissəsində göstərilə bilər.

 

Maddə 16

 

İstiqamət göstəriciləri

 

1.         Eyni bir istiqamət göstəricisində bir neçə yaşayış məntəqəsinin adı qeyd oluna bilər; bu halda adlar nişanda bir-birinin altında yerləşdirilir. Bir yaşayış məntəqəsinin adında digərlərinə nisbətən daha böyük hərflərdən, o halda istifadə oluna bilər ki, həmin yaşayış məntəqəsi digərlərinə nisbətən ən böyüyü olsun.

2.         Nişanlarda məsafələr qeyd olunduqda, müvafiq rəqəmlər yaşayış məntəqəsinin adı ilə eyni səviyyədə yerləşdirilir. Ox formalı istiqamət göstəricilərində bu rəqəmlər yaşayış məntəqəsinin adı ilə oxun ucu arasında qeyd edilməlidir; düzbucaqlı formalı nişanlarda onlar yaşayış məntəqəsinin adından sonra yerləşdirilməlidir.

 

Maddə 17

 

Yol Müəyyənləşdirici Nişanlar

 

Yolları onların rəqəmlərdən, hərflərdən və ya rəqəm və hərf kombinasiyasından ibarət nömrələri, yaxud onların adları vasitəsilə işarələmək üçün istifadə olunan nişanlar düzbucaqlı və ya lövhə şəkilli haşiyə ilə əhatələnmiş bu nömrədən və ya bu addan ibarət ola bilər. Lakin, yolların təsnifatı sisteminə malik olan Razılığa gələn tərəflər, bu haşiyəni təsnifat işarəsi ilə əvəz edə bilər.

 

Maddə 18

 

Yer müəyyənləşdirici nişanlar

 

Yer müəyyənləşdirici nişanlar iki dövlət və ya bir dövlətin iki inzibati ərazi vahidi arasındakı sərhədi, yaxud çay, aşırım, yer və s. adlarının göstərilməsi üçün istifadə oluna bilər. Bu nişanlar Konvensiyanın 13-bis maddəsinin 2-ci bəndində qeyd olunan nişanlardan əhəmiyyətli dərəcədə fərqlənməlidir.

 

Maddə 19

 

Təsdiqedici nişanlar

 

Təsdiqedici nişanların məqsədi, səlahiyyətli orqanların zəruri hesab etdiyi hallarda, məsələn iri yaşayış məntəqələrinin çıxışlarında, yolun istiqamətini təsdiqləməkdir. Onların üzərində, bu Konvensiyanın 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulduğu kimi, bir və ya bir neçə yaşayış məntəqəsinin adı göstərilir. Məsafələr göstərildiyi halda müvafiq rəqəmlər yaşayış məntəqəsinin adından sonra yerləşdirilir.

 

Maddə 20

 

(çıxarılıb)

 

Maddə 21

 

Müxtəlif informativ nişanlara dair ümumi müddəalar

 

1.         Bu Konvensiyanın 15-19-cu maddələrində qeyd olunan informativ nişanlar səlahiyyətli orqanların məqsədəmüvafiq hesab etdikləri yerlərdə quraşdırılır. Digər informativ nişanlar 6-cı maddənin 1-ci bəndinin müddəalarına uyğun otaraq yalnız səlahiyyətli orqanların məqsədəmüvafiq hesab etdikləri yerlərdə quraşdırılır; məsələn, F,2 - F,7 nişanları yalnız qəza təmiri, yanacaq doldurma, gecələmə və qidalanma məntəqələrinin bir-birindən böyük məsafələrdə yerləşdiyi yollarda quraşdırılır.

2.         İnformativ nişanlar təkrarlana bilər. Nişanın altında yerləşdirilmiş əlavə lövhəcik nişandan onun işarə etdiyi yerə qədər olan məsafəni göstərə bilər; bu məsafə nişanın aşağı hissəsində də qeyd oluna bilər.

 

(başlıq çıxarılıb)

 

Maddə 22

(çıxarılıb)

 

 

 

 

 

 

 

 

 

 

III Fəsil

 

İŞIQ YOL SİQNALLARI

 

Maddə 23

 

Nəqliyyat vasitələrinin hərəkətinin nizamlanması

üçün nəzərdə tutulmuş siqnallar

 

1.         Bu maddənin 12-ci bəndinin müddəalarına riayət edilməklə nəqliyyat vasitələrinin hərəkətini nizamlayan işıq siqnalları qismində, yalnız ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş siqnallar istisna olmaqla, yalnız aşağıdakı mənaları daşıyan işıqlar istifadə oluna bilər:

   a)      sayrışmayan işıqlar:

i) yaşıl işıq hərəkətə icazə verildiyini ifadə edir; lakin yolayrıcında hərəkətin nizamlanması üçün nəzərdə tutulan yaşıl işıq, sürücülərin hərəkət etmək istədikləri istiqamətdə tıxac yarandığı və yolayrıcına daxil olduqda işıq dəyişdiyi zaman oranı tərk edə bilməyəcəyi hallarda hərəkətə icazə vermir;

ii) qırmızı işıq hərəkətin qadağan olunduğunu ifadə edir; nəqliyyat vasitələri dayanma xəttini keçməməli, yaxud əgər belə xətt yoxdursa svetoforu keçməməlidir; svetofor yolayrıcının ortasında və ya onun əks tərəfində quraşdırıldığı halda, onlar bu yolayrıcına və ya yolayrıcında olan piyada keçidinə daxil olmamalıdır;

iii) tək və ya qırmızı işıqla eyni zamanda yanan sarı işıq; sarı işığın tək yanması bildirir ki, nəqliyyat vasitəsinin svetofora yaxın olması səbəbindən hərəkətin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla dayanma xəttinin və ya svetoforun qarşısında dayanması mümkün olmayan hallar istisna edilməklə, heç bir nəqliyyat vasitəsi dayanma xəttini və ya svetoforu keçməməlidir. Svetofor yolayrıcının ortasında və ya onun əks tərəfində yerləşirsə, sarı işığın yanması bildirir ki, nəqliyyat vasitəsinin svetofora yaxın olması səbəbindən hərəkətin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla yolayrıcı qarşısında dayanması mümkün olmayan hallar istisna edilməklə, heç bir nəqliyyat vasitəsi yolayrıcına və ya yolayrıcında olan piyada keçidinə daxil olmamalıdır. Sarı işığın qırmızı işıqla eyni zamanda yanması işarənin dərhal dəyişəcəyini, lakin qırmızı işığın hərəkətin qadağan edilməsinə dair tələbini dəyişmədiyini bildirir.

   b)     sayrışan işıqlar;

i) bir sayrışan qırmızı işıq və ya növbə ilə biri. sönüb digəri yanan, eyni dayaq üstündə eyni hündürlükdə yerləşdirilmiş və bir istiqamətə yönəlmiş iki sayrışan qırmızı işıq nəqliyyat vasitələrinin dayanma xəttini və ya bu xətt olmadıqda svetoforu keçməməli olduğunu ifadə edir; bu işıqlar yalnız dəmiryol keçidlərində və ayrılan körpülərin və ya gəmi-bərələrin yan alma körpülərinin girişində tətbiq olunur, həmçinin yanğın söndürən avtomobillərin yola çıxması və ya trayektoriyası avtomobil yolunu aşağı hündürlükdə kəsib keçən uçan nəqliyyat vasitəsinin yaxınlaşması ilə əlaqədar keçidin qadağan olunduğu işarə etmək üçün istifadə olunur;

ii) sayrışan sarı işıq və ya növbə ilə sayrışan iki sarı işıq, sürücülərin hərəkəti xüsusi ehtiyatla davam etdirməli olduqlarını bildirir.

2.         Üçrəngli sistemin işıq siqnalları üç sayrışmayan işıqdan, yəni: qırmızı, sarı və yaşıl işıqlardan ibarətdir; yaşıl işıq yalnız qırmızı və sarı işıqlar söndürüldükdən sonra yanmalıdır.

3.         İkirəngli sistemin işıq siqnalları sayrışmayan qırmızı və yaşıl işıqlardan ibarətdir. Qırmızı və yaşıl işıqlar eyni zamanda yanmamalıdır. İkirəngli sistemin işıq siqnalları bu Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş əvəz olunma müddəti göstərilməklə yalnız müvəqqəti tətbiq oluna bilər.

3-bis.  a) Bu Konvensiyanın 6-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinin yol nişan və siqnallarına aid müddəaları, dəmiryol keçidlərində istifadə olunanlar istisna edilməklə, yol işıq siqnallarına da şamil olunur.

b) Yolayrıclarında yol işıq siqnalları yol ayrıcının qarşısında və ya onun üzərində ortada quraşdırılır; onlar yolayrıcının əks tərəfində və/və ya sürücünün gözləri səviyyəsində təkrarlana bilər.

c) Bundan əlavə, tövsiyyə olunur ki, milli qanunvericilikdə nəzərə alınsın ki, yol işıq siqnalları:

i) elə quraşdırılır ki, yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın, yol çiyinlərində quraşdırıldıqda isə piyadaların hərəkətinə mümkün qədər az mane olmalıdır;

ii) uzaqdan yaxşı görünməli, yaxınlaşdıqda onların göstərişləri aydın başa düşülməlidir;

iii) yolların kateqoriyaları nəzərə alınaraq hər bir Razılığa gələn tərəfin ərazisində standart olmalıdır.

4.         Bu maddənin 2 və 3-cü bəndlərində göstərilmiş üçrəngli və ikirəngli sistemlərin işıqları şaquli və ya üfüqi yerləşdirilir.

5.         İşıq siqnalları şaquli quraşdırıldıqda qırmızı işıq yuxarıda yerləşdirilməlidir; işıq siqnalları üfüqi quraşdırıldıqda, qırmızı işıq hərəkət istiqamətinə əks tərəfdə yerləşdirilməlidir.

6.         Üçrəngli sistemdə sarı işıq ortada yerləşdirilir.

7. Bu maddənin 2 və 3-cü bəndlərində qeyd olunan üçrəngli və ikirəngli sistemlərin bütün işıqları dairəvi olmalıdır. Bu maddənin 1-ci bəndində göstərilən qırmızı sayrışan işıqlar da dairəvi olmalıdır.

8.         Sarı sayrışan işıq ayrıca quraşdırıla bilər; zəif hərəkət saatlarında bu işıq üçrəngli sistemin işıqlarını əvəz edə bilər.

9.         Üçrəngli sistemdə qırmızı, sarı və yaşıl işıqlar qara fonda eyni rəngli oxlarla əvəz edilə bilər. Yanan oxlar işıqlarla eyni mənanı daşıyırlar, lakin hərəkətin qadağan olunması və ya icazə verilməsi onların göstərdiyi istiqamətlərlə məhdudlaşır. Düzünə hərəkəti qadağan edən və ya icazə verən oxlar yuxarıya istiqamətlənir. Qırmızı, sarı və yaşıl fonda qara ox işarələrindən istifadə oluna bilər. Bu oxlar yuxarıda qeyd edilən oxlarla eyni məna daşıyırlar.

10.       Üçrəngli sistemin siqnalına üzərində ox və ya oxlar olan bir və ya bir neçə yaşıl işıq əlavə olunduqda, bu əlavə ox və ya oxların işıqlanması, üçrəngli sistemin hansı rəngli işığının yanmasından asılı olmayaraq, oxla və ya oxlarla göstərilən istiqamətdə və ya istiqamətlərdə nəqliyyat vasitələrinə hərəkəti davam etdirməyə icazə verilməsini bildirir; bu həmçinin, o deməkdir ki, əgər nəqliyyat vasitələri yalnız oxla göstərilmiş istiqamətə hərəkət üçün nəzərdə tutulmuş zolaqda və ya bu hərəkətin həyata keçirilməli olduğu zolaqda yerləşmişdirlərsə, həmin nəqliyyat vasitələrinin sürücüləri, onların dayanması həmin zolaqda arxalarında yerləşən digər nəqliyyat vasitələrinin hərəkətinə mane olacağı hallarda göstərilən istiqamətdə hərəkət etməlidirlər, bir şərtlə ki, onlar hərəkət etmək niyyətində olduqları istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrinə yol versinlər və piyadalara təhlükə törətməsinlər. Bu əlavə yaşıl işıqların adi yaşıl işıqla eyni səviyyədə yerləşdirilməsinə üstünlük verilməlidir.

11.       a) Yaşıl və ya qırmızı işıqlar bir neçə hərəkət zolağı olan yolun, uzununa xətlərlə işarələnmiş hərəkət zolaqları üzərində yerləşdirildikdə, qırmızı işıq üzərində yerləşdiyi zolaqda hərəkəti qadağan edir, yaşıl işıq isə zolaqda hərəkətə icazə verir. Bu qaydada yerləşdirilmiş qırmızı işıq iki kəsişən maili zolaq formasında, yaşıl işıq isə - aşağı yönəlmiş ox formasında olmalıdır.

b) səlahiyyətli orqanlar işıq siqnallarına hər hansı “keçid” siqnalı dəxil etməyi zəruri hesab edərsə, bu siqnal diaqonal üzrə aşağı sağa və ya sola istiqamətlənmiş bir və ya hərəsi bir istiqamət göstərən iki sarı və ya ağ ox şəklində olmalıdır; bu oxlar sayrışan ola bilər. Bu sarı və ya ağ oxlar həmin zolaq üzrə hərəkətin tezliklə bağlanacağını və yol hərəkət iştirakçılarının oxun göstərdiyi zolağa keçməli olduqlarını bildirir.

12.       Milli qanunvericilik bəzi dəmiryol keçidlərində hərəkətə icazə verən asta-asta sayrışan ağ-ay işığı siqnalının quraşdırılmasını nəzərdə tuta bilər.

13.       Əgər yol işıq siqnalı yalnız velosiped sürücüləri üçün nəzərdə tutulmuşdursa, baş verə biləcək qarışıqlığın qarşısını almaq məqsədilə, yol işıq siqnalının üzərində velosiped silueti təsvir oluna bilər və ya üzərində velosiped təsviri olan düzbucaqlı lövhəcik əlavə olunmuş kiçik ölçülü siqnaldan istifadə edilə bilər.

 

Maddə 24

 

Yalnız piyadalar üçün nəzərdə tutulmuş siqnallar

 

1.         Yalnız piyadalar üçün nəzərdə tutulmuş işıq siqnalları qismində ancaq aşağıda göstərilən və qeyd olunan mənaları daşıyan işıqlardan istifadə oluna bilər:

a) sayrışmayan işıqlar:

i)         yaşıl işıq piyadaların hərəkətinə icazə verildiyini bildirir;

ii)        sarı işıq piyadaların hərəkətinin qadağan edilməsini bildirir, lakin hərəkət hissəsinə artıq çıxmış piyadaların keçidi başa çatdırmasına icazə verir;

iii)       qırmızı işıq piyadaların hərəkət hissəsinə çıxmasının qadağan edilməsini

bildirir;

b) sayrışan işıqlar: yaşıl sayrışan işıq piyadaların yolu keçmələri üçün müəyyən edilən vaxtın bitmək üzrə olduğunu və tezliklə qırmızı işığın yanacağını göstərir.

2.         Piyadalar üçün nəzərdə tutulmuş işıq siqnalları əsas etibarı ilə qırmızı və yaşıl işıqlardan ibarət olan ikirəngli sistem olmalıdır; lakin bu siqnallar qırmızı, sarı və yaşıl işıqlardan ibarət olan üçrəngli sistemdən ola bilər. Heç vaxt eyni zamanda iki işıq yanmamalıdır.

3.         İşıqlar şaquli yerləşdirilməlidir, həm də qırmızı işıq həmişə yuxanda, yaşıl isə aşağıda olmalıdır. Qırmızı işıq hərəkətdə olmayan, yaşıl işıq isə hərəkətdə olan piyada və ya piyadaların silueti formasında olmalıdır.

4.         Piyada svetoforlarının konstruksiyası və yerləşdirilmə üsulu, onların sürücülər tərəfindən nəqliyyat vasitələrinin hərəkətini nizamlanması üçün nəzərdə tutulmuş işıq siqnalları kimi qavranılması imkanını istisna etməlidir.

5.         Kor piyadalar tərəfindən yolun keçilməsinin sadələşdirilməsi məqsədilə piyadalar üçün işıq siqnallarına səsli və ya toxunulmaqla duyulan siqnallar əlavə oluna bilər.

 

IV Fəsil

 

YOLLARIN NİŞANLANMASI

 

Maddə 25

 

Hərəkət hissəsindəki işarələr (yolun nişanlanması) səlahiyyətli orqanların zəruri hesab etdikləri hallarda, hərəkətin nizamlanması, yol istifadəçilərinin xəbərdar edilməsi və ya istiqamətləndirilməsi məqsədilə tətbiq olunur. Bu nişanlanma həm ayrıca, həm də onların tələblərinin gücləndirilməsi və ya dəqiqləşdirilməsi məqsədilə digər yol siqnal nişanları ilə birlikdə tətbiq oluna bilər.

 

Maddə 26

 

1.         Hərəkət hissəsinə çəkilmiş bütöv xətdən ibarət uzununa nişanlanma, bütün nəqliyyat vasitələrinə onun üzərindən keçilməsinin və ya üzərinə çıxılmasının qadağan olunduğunu bildirir; nişanlanma iki hərəkət istiqamətini ayırdıqda, bu xətt o deməkdir ki, xəttin hərəkət hissəsinin sürücünün hərəkət istiqamətinə uyğun kənarının əks tərəfi olan hissəsi ilə heç bir nəqliyyat vasitəsinə hərəkət etməməlidir. İki bütöv xətdən ibarət uzununa nişanlanma da eyni məna daşıyır.

2.         a) Yolun hərəkət hissəsinə çəkilmiş qırıq xətdən ibarət uzununa nişanlanma qadağa mənası daşımır, lakin, onun təyinatı:

i) ya hərəkət zolaqlarının sərhədlərinin müəyyən olunmasından, habelə hərəkət axınlarının istiqamətinin bölünməsindən;

ii) ya da bütöv xəttə yaxınlaşma və onun müəyyən etdiyi qadağa barədə və ya xüsusi təhlükə doğuran digər sahəyə yaxınlaşma barədə xəbərdarlıq etməkdən ibarətdir.

b) Bu maddənin a) ii) yarımbəndində qeyd olunan məqsədlər üçün tətbiq edilən qırıq-qırıq nişanlanma xəttində xətlər arası məsafənin xəttin uzunluğuna olan nisbəti a) i) yarımbəndində göstərilən məqsədlər üçün tətbiq edilən qırıq nişanlanma xəttindəkindən əhəmiyyətli dərəcədə az olmalıdır.

c) Qoşa qırıq xətlər bu Konvensiyanın 23-cü maddəsinin 11-ci bəndinə uyğun olaraq hərəkət istiqaməti növbə ilə dəyişə bilən hərəkət zolağının və ya zolaqlarının nişanlanması üçün tətbiq edilə bilər.

3.         Hərəkət hissəsində uzununa nişanlanma bütöv xəttin yanına çəkilmiş qırıq xətdən ibarət olduqda sürücü yalnız onun tərəfində olan xəttin tələbini rəhbər tutmalıdır. Bu müddəa icazə verilən ötmə əməliyyatını həyata keçirmiş sürücünün yenidən hərəkət istiqamətinə uyğun olan zolağa qayıtmasına mane olmur.

4.         Bu maddənin müddəalarının tətbiqi zamanı yolun hərəkət hissəsinin kənarlarını bildirən və onların yaxşı görünməsi üçün tətbiq olunan, habelə köndələninə xətlərlə birləşərək yolun hərəkət hissəsində durma yerlərini işarə edən və ya dayanma və durmanı qadağan edən və ya məhdudlaşdıran uzununa xətlər uzununa nişanlanmaya aid edilmir.

 

Maddə 26-Bis

 

1.         Bəzi növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarının, o cümlədən velosipedlərin hərəkət zolaqlarının nişanlanması hərəkət hissəsində olan digər bütöv və ya qırıq xətlərdən dəqiq fərqlənən xətlərlə, əsas etibarı ilə daha enli və cizgilər arası məsafəsi daha kiçik olmalı olan xətlərlə həyata keçirilməlidir.

2.         Əgər hərəkət zolağı ictimai nəqliyyatın müntəzəm xətlərində daşımaları yerinə yetirən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdursa, yol nişanlanmasının hərf hissəsi “BUS” sözündən və ya “A” hərfindən ibarət olmalıdır. Belə hərəkət zolağını işarə edən nişan bu Konvensiyaya əlavə 1-in E bölməsində təsvir olunan düzbucaqlı formada və ya bu Konvensiyaya əlavə 1-in D bölməsində göstərilən dairəvi formada, mavi fonda ağ avtobus şəklində olmalıdır. Bu Konvensiyaya əlavə 2-nin 28 a ) və 28 b) diaqramlarında müntəzəm hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkət zolaqlarının işarələnməsi nümunələri göstərilir.

3.         Milli qanunvericiliklə 1-ci bənddə göstərilən hərəkət zolaqları ilə digər nəqliyyat vasitələrinin hərəkət edə və ya onu kəsib-keçə bilməsi şərtləri konkret müəyyən olunmalıdır.

 

Maddə 27

 

1.         Bir və ya bir neçə hərəkət zolağının bütün eni boyu çəkilmiş bütöv köndələninə xətdən ibarət olan nişanlanma, bu Konvensiyanın 10-cu maddəsinin 3-cü bəndində göstərilmiş B, 2 “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” yol nişanı ilə müəyyən olunmuş, nəqliyyat vasitələrinin dayanma xəttini işarə edir. Həmçinin bu nişanlanma işıq yol siqnalının, yol hərəkətini nizamlamaq səlahiyyəti olan şəxsin tələbi ilə və ya dəmiryol keçidi qarşısında dayanma xəttini göstərmək məqsədilə tətbiq oluna bilər. B, 2 yol nişanmı müşayiət edən yol nişanlanması qarşısında yolun hərəkət hissəsində “STOP” sözü yazıla bilər.

2.         Bu maddənin 1-ci bəndində qeyd olunan köndələninə nişanlanma texniki cəhətdən mümkün olan B, 2 yol nişanının quraşdırıldığı hər bir halda çəkilməlidir.

3.         Bir və ya bir neçə zolağın bütün eni boyu çəkilmiş qırıq köndələninə xətdən ibarət olan nişanlanma, nəqliyyat vasitələrinin bu Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində göstərilmiş B,1 “BAŞ YOLLA KƏSİŞMƏ” nişanının tələbinə uyğun olaraq yol verdikləri zaman adətən kəsib-keçməməli olduqları xətti göstərir. Bu nişanlanmanın qarşısında B, 1 nişanının işarələnməsi məqsədilə yolun hərəkət hissəsində bir tərəfi nişanlanmaya paralel olan, zirvəsi isə yaxınlaşan nəqliyyat vasitəsinə tərəf yönəlmiş enli haşiyəli üçbucaq təsvir oluna bilər.

4.         Piyada keçidlərinin işarələnməsi məqsədilə yolun hərəkət hissəsinin oxuna paralel enli zolaqların çəkilməsinə üstünlük verilməlidir.

5.         Velosipedçilər üçün keçidin işarələnməsi məqsədilə ya köndələninə xətlər, ya da piyada keçidlərinin nişanlanmasına bənzəməyən digər nişanlanma çəkilir.

 

Maddə 28

 

1.         Yolun hərəkət hissəsində digər növ nişanlanma: oxlar, paralel və ya çəpəki xətlər və ya yazılar yol nişanlarının tələblərinin təkrar olunması və ya yol istifadəçilərinə yol nişanlan ilə kifayət qədər aydın şəkildə verilə bilməyən göstərişlərin verilməsi məqsədilə tətbiq edilə bilər. Nişanlanmanın bu növləri, həmçinin zonalarının sərhədlərinin və ya duracaq zolaqlarının, durma qadağan edilən avtobus və trolleybusların dayanma yerlərinin, habelə yolayrıclarına yaxınlaşarkən sıralarda ilkin yerdəyişmənin işarələnməsi üçün istifadə edilir. Lakin, əgər uzununa nişanlanma ilə hərəkət zolaqlarına bölünmüş hərəkət hissəsində ox çəkilmişdirsə, sürücülər hərəkət etdiyi zolaqda olan oxla göstərilmiş istiqamətdə və ya istiqamətlərdən birində hərəkəti davam etdirməlidirlər.

2.         Piyada keçidlərinə aid olan, bu Konvensiyanın 27-ci maddəsinin 4-cü bəndinin müddəalarına riayət edilməsi şərtilə yolun hərəkət hissəsi zonasının və ya yolun hərəkət hissəsinin səviyyəsindən az yüksək olan zonanın bütöv və ya qırıq zolaqla haşiyələnmiş paralel çəpəki xətlərlə nişanlanması bildirir ki, bütöv zolaqla haşiyələndikdə bu zonaya nəqliyyat vasitəsinin daxil olmasını qadağan edilir; qırıq zolaq haşiyələndikdə isə nəqliyyat vasitələri bu zonaya yalnız tam təhlükəsizlik şəraitində və ya hərəkət hissəsinin əks tərəfində olan köndələn küçəyə girmək üçün zəruridirsə daxil ola bilərlər.

3.         Yolun hərəkət hissəsinin kənarında çəkilmiş ziqzaq şəkilli xətt hərəkət hissəsinin bu xətt boyu bütün hissəsində durmanı qadağan edir. Avtobus və ya troleybus dayanacağının işarələnməsi məqsədilə, zərurət olduqda, bu xətt “BUS” sözü və ya “A” hərfi ilə birgə istifadə oluna bilər.

 

Maddə 29

 

1.         Bu Konvensiyanın 26 - 28-ci maddələrində qeyd olunmuş nişanlanma yolun hərəkət hissəsinə boya və ya boya kimi effektli olan istənilən digər üsulla da çəkilə bilər.

2.         Yolun hərəkət hissəsinin nişanlanması boya ilə çəkilirsə, boyanın rəngi ağ və ya sarı rəngdə olmalıdır; durmanın icazə verildiyi, lakin müəyyən tələblər və ya məhdudiyyətlərlə şərtləndirildiyi (durmanın müddətinin məhdudlaşdırılması, ödənişli olması, istifadəçilərin kateqoriyaları və sair) yerlər göy rəngli boya ilə işarələnə bilər. Razılığa gələn tərəfin ərazisində hər iki rəng - sarı və ağ tətbiq olunduqda, eyni kateqoriyalı nişanlanma eyni rəngdə olmalıdır. Bu maddənin müddəalarının tətbiqi zamanı “ağ” termini “gümüşü” və ya “açıq boz” rəng çalarlarını da əhatə edir.

3.         Nişanlanmaya daxil olan yazıların, təsvirlərin və oxların çəkilməsi zamanı, bu işarələrin hərəkətdə olan nəqliyyat vasitələri sürücülərinin görünüş dairəsində çox kiçik bucaq altında olması səbəbindən, onların ölçülərinin hərəkət istiqamətində əhəmiyyətli dərəcədə böyüdülməsi zərurəti nəzərə alınmalıdır.

4.         Hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan nişanlanma sürücülər tərəfindən asanlıqla və vaxtında anlaşılmalıdır. O, gündüz və gecə vaxtı görünməlidir. Belə nişanlanmanın, xüsusən kifayət dərəcədə işıqlandırılmayan sahələrdə işıqqaytarıcı olması tövsiyyə olunur.

 

Maddə 29-Bis

 

1.         Daimi yol nişanlanmasının müəyyən müddət üçün, o cümlədən yolda təmir işləri aparılarkən və ya kənardan keçmənin mövcud olması ilə əlaqədar dəyişməsi zəruridirsə, rəngi daimi nişanlanmadan fərqli olan müvəqqəti nişanlanma çəkilməlidir.

2.         Müvəqqəti nişanlanma daimi nişanlanmadan üstün sayılır və yol istifadəçiləri bu nişanlanmanın tələblərinə əməl etməyə borcludurlar. Əgər daimi və müvəqqəti nişanlanmanın eyni zamanda mövcud olması anlaşılmazlıq yarada bilərsə, daimi nişanlanmanı örtmək və ya ləğv etmək lazımdır.

3.         Müvəqqəti nişanlanma işıqqaytarıcı olmalıdır və yol hərəkətinin nizamlanmasının yaxşılaşdırılması məqsədilə siqnal fənərləri və ya işıqəksedici qurğularla əlavə oluna bilər.

 

Maddə 30

 

Bu Konvensiyaya əlavə 2 yol nişanlanmasının sxem və ya şəkillərinə dair tövsiyyələr məcmusundan ibarətdir.

 

V Fəsil

 

DİGƏR YOL NİŞANLARI VƏ SİQNALLARI

 

Maddə 31

 

Təmir işləri ilə əlaqədar nişanlar

 

1.         Yolun hərəkət hissəsində təmir işləri aparılan sahələrin sərhədləri nişanlarla aydın işarələnməlidir.

2.         Təmir işlərinin həcmindən və hərəkət intensivliyindən asılı olaraq, yolun hərəkət hissəsinin təmir işləri aparılan sahəsinin sərhədlərinin işarələnməsi məqsədilə, ağ və qırmızı, sarı və qırmızı, qara və ağ və ya qara və sarı zolaqlarla rənglənmiş bütöv və ya ara məsafəli baryerlər quraşdırılır, bununla yanaşı baryerlər işıqqaytarıcı xüsusiyyətə malik deyilsə, işıqlar və işıqəksedici qurğular yerləşdirilir. İşıqəksedici qurğular və sayrışmayan işıqlar qırmızı və ya tünd sarı, sayrışan işıqlar isə tünd sarı rəngli olmalıdır. Lakin:

a) hərəkətin yalnız bir istiqamətində görünən və bu hərəkət istiqamətinə əks tərəfdə yerləşən sahənin sərhədlərini işarə edirsə işıq və qurğular ağ rəngdə ola bilər;

b) hərəkət istiqamətlərini ayıran sahənin sərhədlərini işarə edən işıq və 1 qurğular ağ və ya açıq sarı rəngdə ola bilər.

 

Maddə 32

İşıqlar və ya işıqəksedici qurğular vasitəsilə nişanlanma

 

Hər bir Razılığa gələn tərəf bütün ərazisində hərəkət hissəsinin kənarının işarələnməsi üçün tətbiq edilən işıqlar və ya işıqəksedici qurğular üçün bir rəng və ya rənglər sistemindən istifadə edəcəkdir.

 

DƏMİRYOL KEÇİDLƏRİ

 

Maddə 33

 

1.         a) Dəmiryol keçidi qarşısında qatarların yaxınlaşması və ya şlaqbaumun və ya yarımşlaqbaumun bağlanacağı barədə xəbərdar edən siqnal sistemi quraşdırılmışdırsa, o, bu Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinin b) yarımbəndinə nəzərdə tutulduğu kimi sayrışan qırmızı işıqdan və ya növbə ilə sayrışan qırmızı işıqlardan ibarət olmalıdır. Lakin:

i) qırmızı sayrışan işıqlar bu Konvensiyanın 23-cü maddəsinin 2-ci bəndində təsvir olunmuş qırmızı-sarı-yaşıl üçrəngli sistemin işıq siqnalı ilə, yaxud dəmiryol keçidi yaxınlığında yolda digər üçrəngli İşıq siqnalları yerləşdirildiyi və ya dəmiryol keçidində şlaqbaumlar quraşdırıldığı hallarda yaşıl işıqsız siqnalla əvəzlənə və ya əlavə edilə bilər,

ii) az hərəkətli qrunt yollarda və piyada zolaqlarında yalnız səs siqnalından istifadə oluna bilər.

b) Bütün hallarda işıq siqnallarına səs siqnalı əlavə edilər bilər.

2.         Svetoforlar hərəkət istiqaməti üzrə yolun hərəkət hissəsinin kənarında quraşdırılır; şərait tələb etdikdə, məsələn siqnalların görünə bilmə şərtlərindən və ya hərəkətin intensivliyindən asılı olaraq, işıqlar yolun əks tərəfində təkrarlanmalıdır. Lakin, yerli şərait nəzərə alınaraq, daha məqsədəmüvafiq hesab edildiyi hallarda işıqlar hərəkət hissəsinin ortasında təhlükəsizlik adacığında və ya yolun hərəkət hissəsinin üzərində təkrarlana bilər.

3.         B, 2 “Dayanmadan keçmək qadağandır” yol nişanı bu Konvensiyanın 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olaraq, şlaqbaum, yarımşlaqbaum və ya qatarların yaxınlaşmasını xəbərdar edən işıq siqnal qurğusu olmayan dəmiryol keçidlərinin qarşısında quraşdırıla bilər; bu nişan dəmiryol keçidində quraşdırıldıqda sürücü nəqliyyat vasitəsini dayanma xəttinin qarşısında və ya xətt olmadıqda nişanın qarşısında dayandırmalıdır və yalnız keçidə qatarın yaxınlaşmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməlidir.

 

Maddə 34

 

1.         Şlaqbaumlu və ya yarımşlaqbaumlu dəmiryol keçidində, dəmiryol xəttinin hər tərəfində şahmat qaydasında yerləşdirilmiş şlaqbaumun və ya yarımşlaqbaumun üfüqi vəziyyəti hər bir yol istifadəçisinin ona ən yaxın şlaqbaum və ya yarımşlaqbaum qarşısında dayanmalı olduğunu ifadə edir; şlaqbaum və yarımşlaqbaumların üfüqi vəziyyət alması üçün hərəkəti də eyni məna daşıyır.

2.         Bu Konvensiyanın 33-cü maddəsinin 1-ci bəndinin a) yarımbəndində göstərilən qırmızı işığın və ya qırmızı işıqların yanması və ya həmin bənddə göstərilən səs siqnalının verilməsi, həmçinin, heç bir yol istifadəçisinin dayanma xəttini, dayanma xətti olmadıqda isə svetoforu keçmək hüququna malik olmadığını ifadə edir. 33-cü maddənin 1-ci bəndinin a i) yarımbəndində qeyd olunan üçrəngli sistemin sarı işığının yanması, svetofora yaxın olması səbəbindən təhlükə yaratmadan onun qarşısında dayanmaq imkansız olan hallar istisna edilməklə, istənilən yol istifadəçisinin dayanma xəttini, dayanma xətti olmadıqda isə svetoforu keçmək hüququna malik olmadığını ifadə edir.

 

Maddə 35

 

1.         Dəmiryol keçidlərinin şlaqbaumları və ya yarımşlaqbaumları növbələnən qırmızı və ağ, qırmızı və sarı, qara və ağ və ya sarı və qara zolaqlarla aydın işarələnməlidir. Lakin onlar mərkəzində böyük qırmızı disk yerləşdirilməklə yalnız ağ və ya sarı rənglə də boyana bilərlər.

2.         Hər bir şlaqbaumsuz və ya yarımşlaqbaumsuz dəmiryol keçidində dəmiryol xətlərinin bilavasitə yaxınlığında əlavə 1-in A bölməsində təsvir olunan A, 28 siqnal nişanı quraşdırılmalıdır. Qatarların yaxınlaşmasını xəbərdar edən svetofor və ya B, 2 “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı mövcud olduqda A, 28 nişanı B, 2 nişanının dirəyində və ya svetoforun dayağında yerləşdirilir. Aşağıdakı hallarda A, 28 nişanının yerləşdirilməsi məcburi deyil;

a)           dəmiryolu hərəkəti çox aşağı sürətli olan, yol hərəkəti isə dəmiryol nəqliyyat vasitələrini müşayiət edən şəxs tərəfindən əl ilə verilən işarələrlə tənzimlənən dəmiryolu ilə avtomobil yolunun kəsişməsində;

b)           dəmiryol xətlərinin aşağı hərəkət intensivliyi olan qrunt yollarla və piyada yol-cığırları ilə kəsişməsində.

3.         (çıxarılıb).

 

Maddə 36

 

1.         Dəmiryol keçidlərində yarana bilən xüsusi təhlükəli hallar nəzərə alınaraq Razılığa gələn tərəflər aşağıdakıları təmin etməyi öhdəliklərinə götürürlər:

a) hər bir dəmiryol keçidi qarşısında üzərində A, 25; A, 26 və ya A, 27 işarələrindən biri olan xəbərdaredici nişanlardan biri quraşdırılsın; lakin aşağıdakı hallarda bu nişanlar quraşdırılmaya bilər:

i)      yaşayış məntəqələrində baş verə biləcək xüsusi hallarda;

ii)     mexaniki nəqliyyat vasitələrinin nadir hallarda hərəkət etdiyi qrunt örtüklü və ya kəndarası yollarda.

b) dəmiryol xətti hər iki istiqamətdə yol istifadəçilərinə, dəmiryol keçidinə bu və ya digər tərəfdən  yaxınlaşan  nəqliyyat vasitəsi sürücüsünün  maksimal sürətlə hərəkət edən qatar görünərkən keçidin girişində vaxtında dayana bilməsinə, habelə qatar göründüyü zaman dəmiryol keçidində olan yol istifadəçilərinin keçidi vaxtında tərk etməsinə imkan verən dərəcədə yaxşı göründüyü dəmiryol keçidləri istisna edilməklə, bütün dəmiryol keçidləri şlaqbaumla və ya yarımşlaqbaumla və yaxud qatarların yaxınlaşması barədə xəbərdarlıq sistemilə təchiz olunsun; lakin Razılığa gələn tərəflər qatarların hərəkət sürəti nisbətən aşağı olan və ya mexaniki nəqliyyat vasitələrinin hərəkəti cuzi olan dəmiryol keçidlərində bu bəndin tələblərindən kənara çıxa bilərlər.

c) şlaqbaum və yarımşlaqbaumunların hərəkətə gətirildiyi postdan şlaqbaum və yarımşlaqbaumunlar görünməyən bütün dəmiryol keçidləri bu Konvensiyanın 33-cü maddəsinin 1-ci bəndində göstərilən qatarların yaxınlaşması barədə xəbər verən siqnal sistemlərdən biri ilə təchiz olunsun;

d) şlaqbaum və yarımşlaqbaumları qatarın yaxınlaşması ilə avtomatik hərəkətə gətirilən bütün dəmiryol keçidləri bu Konvensiyanın 33-cü maddəsinin 1-ci bəndində göstərilən qatarların yaxınlaşması barədə xəbər verən sistemlərdən biri ilə təchiz olunsun;

e) görünüşünün yaxşılaşdırılması məqsədilə şlaqbaum və yarımşlaqbaumların üzərinə işıqqaytarıcı materialdan səth çəkilsin və ya onlar işıqəksedici qurğularla təchiz edilsin və zəruri hallarda gecə vaxtı işıqlandırılsın; intensiv gecə avtomobil hərəkəti olan yollarda dəmiryol keçidləri qarşısında quraşdırılan xəbərdaredici nişanlara işıqqaytarıcı materialdan səth çəkilsin və ya onlar işıqəksedici qurğularla təchiz edilsin və zəruri hallarda gecə vaxtı işıqlandırılsın;

f) yarımşlaqbaumlarla təchiz edilmiş dəmiryol keçidlərinin yaxınlığında yolun hərəkət hissəsinin ortasında keçidə yaxınlaşan nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin qarşı hərəkət istiqamətinə aid hissəsinə çıxışı qadağan edən uzununa nişanlanma çəkilsin və ya hər iki hərəkət istiqamətini ayıran istiqamətləndirici adacıqlar inşa olunsun.

2.         Bu maddənin müddəaları, bu Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinin sonuncu ifadəsində nəzərdə tutulmuş hallarda tətbiq olunmur.

 

VI Fəsil

 

YEKUN MÜDDƏALAR

 

Maddə 37

 

1.         Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərin və ya hər hansı ixtisaslaşdırılmış təsisatların üzvlərinin və ya Beynəlxalq Atom Enerjisi Agentliyi üzvlərinin və ya Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin Tərəflərinin və bu Konvensiyanın tərəfi olmağa Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin dəvət etdiyi hər hansı başqa dövlətin onu imzalaması üçün Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mənzil Qərargahında 1969-cu il dekabrın 31-dək açıqdır.

2.         Bu Konvensiya ratifikasiya olunmalıdır. Ratifikasiya sənədi saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.

3.         Bu Konvensiya bu maddənin 1-ci bəndində göstərilən dövlətlərdən hər hansı birinin ona qoşulması üçün açıq qalır. Qoşulma haqqında sənədlər saxlanmaq üçün BMT-nin Baş katibinə verilir.

 

Maddə 38

 

1.         Hər bir dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən və ya ona qoşularkən və yaxud sonradan istənilən zaman Baş katibə bildiriş vasitəsilə bəyan edə bilər ki, xarici münasibətləri üçün bu dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə və ya ərazilərin bir qisminə Konvensiya tətbiq edilə bilər. Baş katibin göstərilən bildirişi aldığı gündən otuz gün keçdikdən sonra və ya bildiriş vermiş dövlət üçün Konvensiyanın qüvvəyə mindiyi anda, - əgər bu tarix ondan sonradırsa, - Konvensiya bildirişdə göstərilən ərazidə və ya ərazilərdə tətbiq edilməyə başlanır.

2.         Bu maddənin 1-ci bəndinə uyğun olaraq bildiriş vermiş hər bir dövlət belə bildirişin verilməsinə dair səlahiyyət vermiş ərazilərin adından bu Konvensiyanın 46 - cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş bəyanatları əks etdirən bildirişi də göndərməlidir.

3.         Bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat vermiş hər bir dövlət sonradan istənilən zaman Baş katibə ünvanlanan bildiriş vasitəsilə bəyan edə bilər ki, Konvensiya, Baş katibin bu bildirişi aldığı vaxtdan bir il keçdikdən sonra bildirişdə göstərilən ərazidə tətbiq edilməyəcəkdir.

 

Maddə 39

 

1.         Bu Konvensiya ratifikasiya etmə və ya qoşulma haqqında on beşinci sənədin saxlanmağa verildiyi gündən on iki ay keçdikdən sonra qüvvəyə minir.

2.         Ratifikasiya etmə və ya qoşulma haqqında on beşinci sənəd saxlanmağa verildikdən sonra bu Konvensiyanı ratifikasiya edən və ya ona qoşulan hər bir dövlət barədə Konvensiya ratifikasiya və ya qoşulma haqqında sənədin həmin dövlət tərəfindən saxlanmağa verildiyi gündən on iki ay keçdikdən sonra qüvvəyə minir.

 

Maddə 40

 

Bu Konvensiyanın qüvvəyə mindiyi andan o, 1931-ci il martın 30-da Cenevrədə imzalanmaq üçün açılmış yol nişan və siqnallarında eyniliyin tətbiq olunmasına dair Konvensiyanı və 1949-cu il sentyabrın 19-da Cenevrədə imzalanmaq üçün açılmış yol nişan və siqnallarına dair Protokolu ləğv edir və Razılığa gələn tərəflər arasındakı münasibətlərdə onları əvəz edir.

 

Maddə 41

 

1.         Bu Konvensiya qüvvəyə mindikdən bir il sonra Razılığa gələn hər bir tərəf Konvensiyaya bir və ya bir neçə düzəliş təklif edə bilər. Təklif olunan hər bir düzəlişin mətni izahedici memorandumla birgə Baş katibə göndərilir, o isə düzəlişi Razılığa gələn bütün tərəflərə göndərir. Razılığa gələn tərəflər həmin mətnin onlara göndərildiyi gündən on iki ay müddətində Baş katibə aşağıdakıları bildirmək imkanına malikdirlər: a) düzəlişi qəbul edirlər, b) düzəlişi rədd edirlər və ya c) düzəlişə baxılması üçün konfrans çağırılmasını arzu edirlər. Baş katib təklif olunan düzəlişin mətnini həmçinin bu Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərilən bütün başqa dövlətlərə göndərir.

2.         a) Əvvəlki bəndə uyğun olaraq göndərilmiş təklif edilən hər hansı düzəliş o zaman qəbul edilmiş sayılır ki, yuxarıda göstərilən on iki aylıq müddət ərzində Razılığa gələn tərəflərin üçdə birindən azı düzəlişi rədd etdiyi və ya həmin düzəlişə baxılması üçün konfrans çağırılmasını arzu etdiyi barədə Baş katibə məlumat versin. Baş katib təklif olunan düzəlişin qəbulu və ya rədd edilməsi və konfransın çağırılması barədə hər dəfə Razılığa gələn bütün tərəflərə məlumat verir. Müəyyən olunmuş on iki aylıq müddətdə belə rəddetmələr və xahişlər Razılığa gələn bütün tərəflərin üçdə birindən az olan tərəflərdən alınarsa, Baş katibi Razılığa gələn bütün tərəflərə məlumat verir ki, düzəliş, müəyyən olunmuş müddətdə düzəlişi rədd etmiş və ya onu müzakirə etmək üçün konfrans çağırılması xahişi ilə müraciət etmiş tərəfləri istina etməklə, Razılığa gələn bütün tərəflər üçün əvvəlki bənddə göstərilən on iki aylıq müddətin qurtardığı vaxtdan altı ay keçdikdən sonra qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki aylıq müddət ərzində təklif olunan düzəlişi rədd etmiş və ya ona baxılması üçün konfrans çağırılmasını xahiş etmiş Razılığa gələn hər bir tərəf həmin müddət keçdikdən sonra istənilən vaxt düzəlişi qəbul etməsi barədə Baş katibə məlumat verə bilər, Baş katib isə bu məlumatı Razılığa gələn bütün başqa tərəflərə göndərir. Düzəliş, onun qəbul edilməsi haqqında bu cür məlumat göndərmiş Razılığa gələn tərəflər üçün onları Baş katibin aldığı vaxtdan

altı ay sonra qüvvəyə minir.

3.         Təklif olunan düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul edilməmişsə və bu maddənin 1-ci bəndində nəzərdə tutulan on iki aylıq müddətdə Razılığa gələn tərəflərin ümumi sayının yarısından azı təklif olunan düzəlişi rədd etdiyini Baş katibə bildirirsə və Razılığa gələn bütün tərəflərin azı üçdə biri, lakin ən azı onu düzəlişi qəbul etdiyini və ya həmin düzəlişi müzakirə etmək üçün konfrans çağırılmasını istədiyini ona bildirirsə, Baş katib təklif olunan düzəlişə və ya bu maddənin 4-cü bəndinə uyğun olaraq ona təqdim edilə biləcək hər hansı başqa təklifə baxılması üçün konfrans çağırır.

4.         Konfrans bu maddənin 3-cü bəndinə uyğun olaraq çağırılarsa, Baş katib bu Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərilən bütün dövlətləri oraya dəvət edir. Baş katib konfransa dəvət olunmuş bütün dövlətlərə təklif edilən düzəlişə əlavə olaraq konfransda baxılmasını arzu etdikləri hər hansı təklifi konfransın açılmasına azı altı ay qalmış ona təqdim edilməsi barədə xahişlə müraciət edir və konfransa dəvət olunan bütün dövlətlərə bu təkliflər barədə konfransın açılmasına azı üç ay qalmış məlumat verir.

5.         a) Bu Konvensiyaya hər hansı düzəliş Konfransda təmsil olunmuş dövlətlərin üçdə iki əksəriyyəti tərəfindən qəbul edilirsə, qəbul olunmuş sayılır, bu şərtlə ki, bu əksəriyyət Konfransda təmsil edilmiş Razılığa gələn bütün tərəflərin azı üçdə ikisini əhatə etsin. Baş katib düzəlişin qəbul edilməsi barədə Razılığa gələn bütün tərəflərə məlumat verir və həmin düzəliş bu məlumatın verildiyi gündən on iki ay sonra Razılığa gələn bütün tərəflər üçün, düzəlişi rədd etdikləri barədə həmin müddətdə Baş katibə məlumat verənlər istisna edilməklə, qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki ay müddətində düzəlişi rədd etmiş Razılığa gələn hər bir tərəf düzəlişi qəbul etməsi barədə istənilən vaxt Baş katibə məlumat verə bilər və Baş katib isə Razılığa gələn bütün başqa tərəfləri bu barədə məlumatlandırır. Düzəliş onu qəbul etməsi barədə məlumat vermiş Razılığa gələn tərəf üçün Baş katibin məlumat aldığı vaxtdan altı ay sonra və ya əgər bu müddət daha gec qurtarırsa, yuxarıda göstərilən on iki ay müddəti başa çatdıqdan sonra qüvvəyə minir.

6. Təklif olunan düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul edilmiş sayılmadıqda və Konfrans çağırılmasının bu maddənin 3-cü bəndində qoyulan şərtləri yerinə yetirilmədikdə, həmin düzəliş rədd edilmiş sayılır.

 

Maddə 42

 

Razılığa gələn hər bir tərəf bu Konvensiyanı Baş katibə ünvanlanan yazılı bildiriş vasitəsilə ləğv edə bilər. Ləğvetmə bu bildirişi Baş katibin aldığı gündən bir il keçdikdən sonra qüvvəyə minir.

 

Maddə 43

 

Razılığa gələn tərəflərin sayı bir-birinin ardınca gələn on iki ayın hər hansı bir dövründə beşdən az olduqda bu Konvensiya qüvvəsini itirir.

 

Maddə 44

 

Bu Konvensiyanın təfsiri və ya tətbiqi barədə Razılığa gələn iki və daha çox tərəf arasındakı istənilən mübahisəni Tərəflər danışıqlar yolu ilə və ya başqa tənzimləmə vasitələri ilə həll edə bilmədikdə, həmin mübahisə Razılığa gələn hər hansı maraqlı tərəfin xahişi ilə Beynəlxalq Məhkəmənin həllinə verilə bilər.

 

Maddə 45

 

Bu Konvensiyanın heç bir müddəası özünün xarici və ya daxili təhlükəsizliyini təmin etmək üçün Razılığa gələn tərəflərdən hər hansı birinin zəruri hesab etdiyi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun və yaranmış vəziyyətlə məhdudlaşan tədbirlər görməyə maneə kimi təfsir olunmamalıdır.

 

Maddə 46

 

1.         Hər bir dövlət bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya və yaxud qoşulma haqqında sənədini saxlanmağa verərkən bəyan edə bilər ki, o özünü bu Konvensiyanın 44-cü maddəsi ilə bağlı hesab etmir. Razılığa gələn digər tərəflər belə bəyanat vermiş Razılığa gələn hər hansı tərəf barədə 44-cü maddə ilə bağlı deyildir.

2.         a) Hər bir dövlət öz ratifikasiya və ya qoşulma haqqında sənədini saxlanmağa verdiyi anda, bu Konvensiyanın tətbiqi məqsədilə, Baş katibə ünvanlanan bildiriş vasitəsilə aşağıdakıları bəyan edir:

i) Aa və ya Ab nişan nümunələrindən hansını xəbərdaredici nişan olaraq qəbul etdiyini ( 9-cu maddə 1-ci bənd);

ii) B,2a və ya B,2b nişan nümunələrindən hansını “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı olaraq qəbul etdiyini (10-cu maddənin 3-cü bəndi).

Sonralar istənilən vaxt hər bir dövlət Baş katibə ünvanlanan bildiriş vasitəsilə bəyanatını dəyişməklə öz seçimini dəyişə bilər.

b ) Hər bir dövlət öz ratifikasiya və ya qoşulma haqqında sənədini saxlanmağa verdiyi anda Baş katibə ünvanlanan bildiriş vasitəsilə bəyan edə bilər ki, bu Konvensiyanın tətbiqi məqsədilə o, asma mühərrikli velosipedləri motosikletlərə bərabər tutur (1-ci maddənin 1-ci yarımbəndi).

Sonralar istənilən vaxt hər bir dövlət Baş katibə ünvanlanan bildiriş vasitəsilə öz bəyanatını geri götürə bilər.

3.         Bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanatlar Baş katibin bildirişi aldığı vaxtdan altı ay sonra və ya əgər bəyanat vermiş dövlət üçün bu tarix ondan sonradırsa - Konvensiyanın qüvvəyə mindiyi anda qüvvəyə minir.

4.         Bu Konvensiyaya və onun əlavələrinə bu maddənin 1-ci bəndində nəzərdə tutulan qeyd-şərtdən fərqlənən qeyd-şərtlər yazılı şəkildə təqdim edildikdə, bunlar ratifikasiya və ya qoşulma haqqında sənədin saxlanmağa verilməsinə qədər təqdim edilmişsə, ratifikasiya və ya qoşulma haqqında sənəddə təsdiq olunduqda icazə verilir. Baş katib göstərilən qeyd-şərtlər barədə bu Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərilən bütün dövlətlərə məlumat verir.

5.         Bu maddənin 1-ci və ya 4-cü bəndinə uyğun olaraq qeyd-şərt və ya bəyanat verən Razılığa gələn hər bir tərəf Baş katibə ünvanlanmış bildiriş yolu ilə qeyd - şərtini istənilən vaxt geri götürə bilər.

6.         Bu maddənin 4-cü bəndinə uyğun olaraq verilən hər hansı qeyd-şərt:

a)Konvensiyanın hansı müddəalarına aiddirsə, həmin müddəaları yuxarıda göstərilən qeyd-şərti vermiş Razılığa gələn tərəf üçün bu qeyd-şərt çərçivəsində dəyişir;

b)Razılığa gələn digər tərəflər üçün də bu müddəaları onların qeyd-şərt vermiş Razılığa gələn tərəflə qarşılıqlı münasibətlərində eyni dərəcədə dəyişir.

 

Maddə 47

 

Bu Konvensiyanın 41 və 46-cı maddələrində nəzərdə tutulan bəyanat, bildiriş və məlumatlardan əlavə, Baş katib 37-ci maddənin 1-ci bəndində göstərilən bütün dövlətlərə aşağıdakı məlumatlan bildirir:

a) 37-ci maddəyə uyğun olaraq Konvensiyanın imzalanması, təsdiqi və ona qoşulmalar haqqında;

b) 38-ci maddəyə uyğun olaraq bəyanatlar haqqında;

c) 39-cu maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsi tarixləri haqqında;

d) 41-ci maddənin 2 və 5-ci bəndlərinə uyğun olaraq bu Konvensiyaya düzəlişlərin qüvvəyə minməsi tarixi haqqında;

e) 42-ci maddəyə uyğun olaraq ləğvetmələr haqqında;

f) 43-cü maddəyə uyğun olaraq bu Konvensiyanın öz qüvvəsini itirməsi haqqında.

 

Maddə 48

 

İngilis, ispan, çin, rus və fransız dillərində, - beş mətnin hamısı eyni qüvvəyə malikdir, - bir nüsxədə tərtib edilmiş bu Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir, o, lazımi qaydada təsdiq edilmiş sürətləri bu Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərilən bütün dövlətlərə göndərir.

Öz hökumətləri tərəfindən buna lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edən nümayəndələr bunu təsdiqləyərək, bu Konvensiyanı imzalamışlar.

Min doqquz yüz altmış səkkizinci il noyabr ayının səkkizində Vyanada imzalanmışdır.

 

Əlavə 1

 

YOL NİŞANLARI

 

Bölmə A

 

TƏHLÜKƏ BARƏDƏ XƏBƏRDAREDİCİ  NİŞANLAR

 

I. Nümunələr

 

1.         Xəbərdaredici nişanların nümunələri, aşağıda 28 və 29-cu bəndlərdə göstərilmiş A, 28 və A, 29 nişanları istisna olmaqla, burada yazılmış və 3-cü əlavədə təsvir edilmiş Aa və ya Ab nişanlandır. Aa nümunəsi bir tərəfi üfüqi olan, ona əks zirvəsi isə yuxarı istiqamətlənmiş bərabərtərəfli üçbucaq şəklindədir; fonu ağ və ya sarı rəngli , haşiyəsi isə qırmızı rəngli olmalıdır. Ab nümunəsi diaqonallarından biri şaquli olan kvadrat şəklindədir; fonu sarı rəngli , ensiz zolaqlı haşiyəsi isə qara rəngli olmalıdır. Bu nişanlar üzərində olan işarələr, onların yazılışında digər göstərişlər olmadıqda, - qara və ya tünd göy rəngli olmalıdır.

2.         Normal ölçülü A nişanlarının tərəfinin uzunluğu təxminən 0,90 metr ; kiçik ölçülü Aa nişanlarının isə - 0,60 metrdən az olmamalıdır. Normal ölçülü Ab nişanlarının tərəfinin uzunluğu təxminən 0,60 metr ; kiçik ölçülü Ab nişanlarının isə - 0,40 metrdən az olmamalıdır.

3.         Aa və ya Ab nişanları arasında seçim ilə əlaqədar bu Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə və 9-cu maddəsinin 1-ci bəndinə bax.

 

II. Nişanların istifadəsinə dair göstərişlər və işarələr

 

1. Təhlükəli döngə və ya təhlükəli döngələr

 

Təhlükəli döngəyə və ya bir-birinin ardınca yerləşmiş təhlükəli döngələrə yaxınlaşmanın xəbərdar edilməsi üçün şəraitdən asılı olaraq aşağıdakı nişanlardan biri istifadə olunur:

a) A,1a : sola döngə

b) A,1b: sağa döngə

c) A, 1c : birincisi sola olmaqla ikili döngə və ya bir-birinin ardınca ikidən artıq döngə

d) A, 1d : birincisi sağa olmaqla ikili döngə və ya bir-birinin ardınca ikidən artıq döngə

 

2. Sərt eniş

 

a) Böyük mailliyi olan sərt enişə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 2a işarəli Aa nişan nümunəsi və A, 2b işarəli Ab nişan nümunəsi istifadə olunur.

b) A, 2a işarəsinin sol tərəfi nişan lövhəsinin sol küncünü, özülü isə - bu lövhənin bütün enini tutmalıdır. A, 2a və A, 2b işarələrində rəqəmlər faizlə mailliyin dərəcəsini göstərir; bu göstərici 1:10 nisbəti ilə də əvəz edilə bilər. Lakin Razılığa gələn tərəflər A, 2a və A, 2b işarələrinin əvəzinə bu Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinin müddəalarını mümkün qədər nəzərə alaraq, əgər tərəflərindən Aa nişan nümunəsi seçilmişdirsə - A, 2c işarəsini və A b nişan nümunəsi seçilmişdirsə - A, 2d işarəsini qəbul edə bilərlər.

 

3. Sərt yoxuş

 

a) Böyük mailliyi olan sərt yoxuşa yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 3a işarəsi olan Aa nişan nümunəsi və A, 3b işarəsi olan Ab nişan nümunəsi istifadə olunur.

b) A, 3 a işarəsinin sağ tərəfi nişan lövhəsinin sağ küncünü, özülü isə - bu lövhənin bütün enini tutmalıdır. A, 3a və A, 3b işarələrində rəqəmlər faizlə mailliyin dərəcəsini göstərir; bu göstərici 1:10 nisbətilə də əvəz edilə bilər. Lakin, yoxuşun işarələnməsi üçün A, 2c işarəsini seçən Razılığa gələn tərəflər A, 3a işarəsinin əvəzinə A, 3c işarəsini, və A, 2d işarəsini seçən Razılığa gələn tərəflər A, 3b işarəsinin əvəzinə A, 3d işarəsini qəbul edə bilərlər.

 

4. Yolun daralması

 

Yolun daralmış hissəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 4a işarəsi və ya yerin konfiqurasiyasını daha aydın göstərən işarə, məsələn A, 4b işarəsi istifadə olunur.

 

5. Ayrılan körpü

 

a) Ayrılan körpüyə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 5 işarəsi istifadə olunur.

b) A, 5 işarəli xəbərdaredici nişanın altında, aşağıdakı 29-cu bənddə təsvir olunmuş, A,29a düzbucaqlı lövhəciyi yerləşdirilə bilər, lakin bu halda ayrılan körpü ilə A, 5 işarəli nişan arasında olan məsafənin təxminən üçdə biri və üçdə ikisində bu bənddə təsvir olunmuş A, 29b və A, 29c nümunəli lövhəciklər yerləşdirilməlidir.

 

6. Sahilboyuna və ya sahilə çıxış

 

Yolun sahilboyuna və ya sahilə çıxmasının xəbərdar olunması üçün A, 6 işarəsindən istifadə edilir.

 

7. Nahamar yol

 

a) Çala-çuxurlara, qozbel körpülərə və ya qabarıqlara və ya pis vəziyyətdə olan yolun hərəkət hissəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 7a işarəsi istifadə olunur.

b) Qozbel körpülərin və ya qabarıqların işarələnməsi üçün A, 7a işarəsi A, 7b işarəsi ilə əvəz edilə bilər.

c) Çala-çuxurların işarələnməsi üçün A, 7a işarəsi A, 7c işarəsilə əvəz edilə bilər.

 

8. Təhlükəli yol çiyni

 

a) Çiyinləri xüsusi təhlükə mənbəyi olan yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 8 işarəsi istifadə olunur.

b) İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

9. Sürüşkən yol

 

Sürüşkənliyi xüsusən yüksək ola bilən yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 9 işarəsi istifadə olunur.

 

10. Çınqıl sıçrayışı

 

Çınqıl sıçrayışı baş verə bilən yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 10a işarəli Aa nişan nümunəsi və A, 10b işarəli Ab nişan nümunəsi istifadə olunur.

 

11. Daş uçqunu

 

a)         Daş uçqunu baş verə bilən yol sahəsinə yaxınlaşma və bununla əlaqədar yolda daşların olması təhlükəsinin yaranması barədə xəbərdarlığın edilməsi üçün A, 11a işarəli Aa nişan nümunəsi və A, 11b işarəli Ab nişan nümunəsi istifadə olunur.

b)        Hər iki halda işarənin sağ tərəfi nişan lövhəciyinin sağ küncündə yerləşir.

c)         İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

12. Piyada keçidi

 

a) Yol nişanlanması və ya E,12 nişanı ilə işarələnmiş piyada keçidinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 12a və A, 12b nümunələri olan A, 12 işarəsi istifadə olunur.

b)  İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

13. Uşaqlar

 

a)  Uşaqların tez-tez keçdikləri yol sahələrinə, məsələn məktəblərdən və ya oyun meydançalarından çıxışlara yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 13 işarəsi istifadə olunur.

b)  İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

14. Velosipedçi çıxışı

 

a)  Velosipedçilərin tez-tez yola çıxdıqları  və ya onu keçdikləri yol sahələrinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 14 işarəsi istifadə olunur.

b)  İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

15. Mal - qara keçidi və digər heyvanın göründüyü yer

 

a)  Yolların heyvanlar tərəfindən keçilməsi təhlükəsi olan yol sahələrinə yaxınlaşmanın xəbərdar edilməsi üçün digərlərindən daha tez-tez rast gəlinən ev və ya vəhşi heyvan siluetindən, məsələn ev heyvanı üçün - A,15a işarəsindən, vəhşi heyvan üçün A, 15b işarəsindən istifadə olunur.

b)  işarələnmə əks tərəfə də yönəldilə bilər.

 

16. Təmir işləri

 

Yol işləri aparılan yol sahələrinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 16 işarəsi istifadə olunur.

 

17. İşıq siqnalları

 

a) Yol istifadəçilərinin qabaqcadan ehtimal edə bilmədikləri halda hərəkətin üçrəngli işıqlarla nizamlandığı yerə yaxınlaşma barədə xəbərdarlıq edilməsi zəruri hesab edildikdə A, 17 işarəsindən istifadə edilir. Bu Konvensiyanın 23-cü maddəsinin 4-6-cı bəndlərində təsvir olunmuş üçrəngli sistemdə rənglərin yerləşməsinə müvafiq olaraq A, 17 işarəsinin üç növü mövcuddur : A,17a ; A,17b və A,17c.

b) Bu işarə, yaxınlaşılan işıqların rənginə uyğun üç rəngdən ibarətdir.

 

18. Üstün keçid hüququ ümumi qəbul olunmuş üstün keçid qaydaları ilə

müəyyən edilən yolayrıcı

 

a) Üstün keçid hüququ dövlətdə qüvvədə olan ümumi üstün keçid qaydaları ilə müəyyən olunmuş yolayrıcına yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 18a işarəsi olan Aa nişan nümunəsi və A, 18b işarəsi olan Ab nişan nümunəsi istifadə olunur.

b) A, 18a və A, 18b işarələri yolayrıcının xarakterini daha aydın ifadə edən işarələrlə, məsələn A, 18c; A, 18d; A, 18e; A, 18 f və A, 18g işarələri ilə əvəz edilə bilər.

 

19. İstifadəçiləri yol verməli olan yol ilə kəsişmə

 

a) Yol istifadəçilərinin yol verməli olduqları kəsişməyə yaxınlaşma barədə xəbərdarlıq edilməsi üçün A, 19a işarəsindən istifadə edilir.

b) A, 19a işarəsi yol kəsişməsinin xarakterini daha aydın ifadə edən işarələrlə, məsələn A, 19b və A, 19c işarələri ilə əvəz edilə bilər.

c) Bu işarələr, yalnız kəsişmə yaratdığı digər yol və ya yollarda B,1 və ya B,2 nişanları qoyulduğu hallarda və yaxud qanunvericiliyə uyğun olaraq yolun xarakterinə görə (məsələn, kəndarası və ya qrunt yollar) onunla hərəkət edən sürücülərin bu nişanların olmadığı halda belə yol verməli olduqları yolda tətbiq edilir. Bu işarələrin B,3 nişanının quraşdırıldığı yollarda istifadə edilməsi bəzi konkret hallarla məhdudlaşdırılacaqdır.

 

20. İstifadəçilərinə yol verilməli olan yol ilə kəsişmə.

 

a) Yol kəsişməsində B,1 “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı qoyulduqda kəsişmənin yaxınlığında A,20 işarəsi tətbiq edilir.

b) Yol kəsişməsində B, 2 “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı qoyulduqda kəsişmənin yaxınlığında B,2 nişan növünə uyğun olan A, 21a və ya A, 21b işarələri tətbiq edilir.

c) Lakin, bu Konvensiyanın 10-cu maddəsinin 6-cı bəndinə uyğun olaraq müvafiq işarəli Aa nişanı əvəzinə B, 1 və B, 2 nişanları tətbiq edilə bilər.

 

21. Dairəvi hərəkətli yolayrıcı

 

Dairəvi hərəkətli kəsişməyə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 22 işarəsi istifadə olunur.

22. Hərəkətin işıq siqnalları ilə nizamlandığı yolayrıcı

 

Yolayrıcında hərəkət işıq siqnalları ilə nizamlandıqda yuxarıda 18-21-ci bəndlərdə təsvir olunmuş nişanlara əlavə olaraq və ya onların əvəzinə 17-ci bənddə təsvir olunmuş A,17 işarəli Aa və Ab nişanları yerləşdirilə bilər.

 

23. İkitərəfli hərəkət

 

a) Birtərəfli hərəkət olan və ya bir neçə hərəkət hissəli yoldan eyni hərəkət hissəsində müvəqqəti və ya daimi ikitərəfli hərəkətin mövcud olduğu yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A,23 işarəsi tətbiq edilir.

b) Bu işarəli nişan göstərilən yol sahəsinə girişdə və bu sahədə tələb olunan sayda təkrarlanmalıdır.

 

24. Yol hərəkətində tıxac

 

a) Yol hərəkətində tıxac yaranmış yol sahəsinə yaxınlaşmanın xəbərdar olunması məqsədilə A.24 işarəsi tətbiq edilir.

b) İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

25. Şləqbaumlu dəmiryol keçidləri

 

Dəmiryolunun hər iki tərəfindən şahmat qaydasında yerləşmiş şlaqbaum və ya yarımşlaqbaumlu dəmiryol keçidinin işarələnməsi məqsədilə A, 25 işarəsi tətbiq edilir.

 

26. Digər dəmiryol keçidləri

 

Digər dəmiryol keçidlərinin işarələnməsi məqsədilə A, 26a və ya A, 26b işarələri, yaxud vəziyyətdən asılı olaraq A, 27 işarəsi istifadə oLunur.

 

27. Tramvay xətti ilə kəsişmə

 

Bu Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq anlayışa uyğun olaraq dəmiryol keçidinə aid olmayan tramvay xətti ilə kəsişməyə yaxınlaşmanın xəbərdar olunması məqsədilə A, 27 işarəsindən istifadə oluna bilər.

Qeyd: Dəmiryolu hərəkəti çox aşağı sürətli olan və yol hərəkəti dəmiryol nəqliyyat vasitələrini müşayiət edən şəxs tərəfindən əl ilə verilən işarələrlə tənzimlənən dəmiryol xətti ilə avtomobil yolunun kəsişməsinə yaxınlaşmanın xəbərdar olunması vacib hesab edildikdə, aşağıda 32-ci bənddə təsvir olunmuş A, 32 nişanından istifadə edilir.

 

28. Dəmiryol keçidlərinin bilavasitə yaxınlığında quraşdırılan nişanlar

 

a) Bu Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndində qeyd olunan A, 28
nişanı üç nümunəyə malikdir: A,28a; A, 28b və A, 28c.

b) A,28a və A, 28b nümunələri qırmızı və ya qara haşiyəli ağ və ya sarı fona malikdirlər; A, 28a nümunəsi qara haşiyəli ağ və ya sarı fona malikdir; A, 28c nümunəsində yazılar qara hərflərlə qeyd edilir. A, 28b nümunəsindən dəmiryolunda ikidən az olmayan təkər xətti olduqda istifadə olunur; A, 28c nümunəsindən istifadə edildikdə əlavə lövhəcik, dəmiryolunda ikidən az olmayan təkər xətti olduqda lövhəciyin üzərində onların sayı göstərilməklə tətbiq olunur.

c) Xaçın uzunluğu adətən 1,20 metrdən az olmamalıdır. Kifayət qədər yer olmadıqda nişan uclarının aşağı və yuxarı istiqamətləndirilməsilə təsvir oluna bilər.

 

29. Dəmiryol keçidlərinin və ayrılan körpülərin yaxınlığında quraşdırılan əlavə nişanlar

 

a) 9-cu maddənin 5-ci bəndində göstərilmiş lövhələr A,29a ; A, 29b və A, 29c nişanlarıdır.

b) A,29a nişanının üstündə quraşdırılmalı olan dəmiryoluna və ya ayrılan körpüyə yaxınlaşmanı xəbərdar edən nişan A, 29b və A, 29c nişanlarının da üstündə yerləşdirilə bilər.

 

30. Uçuş-eniş zolağı

 

a) Uçuş-eniş zolağına qalxan və enən uçuş aparatlarının üzərindən aşağı hündürlükdə keçdiyi yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 30 işarəsindən istifadə edilir.

b) İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

31. Yarıdan əsən külək

 

a) Yandan tez-tez güclü külək əsən yol sahəsinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 31 işarəsindən istifadə edilir.

b) İşarələnmə əks tərəfə də yönəldilə bilər.

 

32. Digər təhlükələr

 

a) Bu Əlavənin 1-31-ci bəndlərində və ya B bölməsində göstərilmiş işarələrlə nəzərdə tutulmayan təhlükənin mövcud olduğu yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edilməsi üçün A,32 işarəsindən istifadə oluna bilər.

b) Lakin, Razılığa gələn tərəflər bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin ii) yarımbəndinin müddəalarına uyğun olan qrafik işarələri qəbul edə bilərlər.

c) A, 32 nişanından dəmiryolu hərəkəti çox aşağı sürətli olan və yol hərəkəti dəmiryol nəqliyyat vasitələrini müşayiət edən şəxs tərəfindən əl ilə verilən işarələrlə tənzimlənən dəmiryol xətti ilə kəsişməyə yaxınlaşmanın xəbərdar edilməsi üçün istifadə edilə bilər.

 

 

Bölmə B

 

ÜSTÜNLÜK NİŞANLARI

 

Qeyd: Baş yolun da olduğu yolayrıcında baş yolun istiqaməti dəyişdikdə, yolayrıcına yaxınlaşmanı xəbərdar edən nişanın altında və ya yolayrıcında, yaxud ondan əvvəl quraşdırılmış üstünlük nişanlarının altında baş yolun istiqamətini yolayrıcının sxemi üzərində göstərən H, 8 əlavə lövhəciyi yerləşdirilə bilər.

 

1. “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı

 

a) “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı B, 1 nişanıdır. O, bir tərəfi üfüqi olan, ona əks zirvəsi isə aşağı istiqamətlənmiş bərabərtərəfli üçbucaq şəklindədir; fonu ağ və ya sarı rəngli, haşiyəsi isə qırmızı rəngli olmalıdır, nişanda işarə yoxdur.

b) Normal ölçülü nişanlar üçün üçbucağın tərəfinin uzunluğu təxminən 0,90 metr; kiçik ölçülü nişanlar üçün isə - 0,60 metrdən az olmamalıdır.

 

2. “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı

 

a) “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı B, 2 nişanıdır və onun iki nümunəsi vardır:

     i) B, 2a nümunəsi üzərində ağ hərflərlə ingilis dilində və ya müvafiq dövlətin dilində “STOP” sözü yazılmış, qırmızı fonlu və səkkizguşəli olmalıdır; sözün hərflərinin hündürlüyü, ən azı lövhənin hündürlüyünün üçdə birini təşkil etməlidir;

     ii) B, 2b nümunəsi ağ və ya sarı fonlu və qırmızı haşiyəli dairə formasında olmalıdır; onun üzərində yazısız B,1 nişanı yerləşdirilmiş və bundan əlavə onun yuxarı hissəsində böyük qara və ya göy hərflərlə ingilis dilində və ya müvafiq dövlətin dilində “STOP” sözü yazılmışdır;

b) Normal ölçülü B, 2a nişanının hündürlüyü və normal ölçülü B, 2b nişanını diametri təxminən 0,90 metr ; kiçik ölçülü nişanların uyğun olaraq hündürlüyü və diametri - 0,60 metrdən az olmamalıdır.

c) B, 2a və B, 2b nümunələrindən birinin seçilməsi ilə əlaqədar bu Konvensiyanın 5-ci maddəsinin 2-bəndinə və 10-cu maddəsinin 3-cü bəndinə baxılmalıdır.

 

3. “BAŞYOL” nişanı

 

a) “BAŞ YOL” nişanı B, 3 nişanıdır. O, diaqonallarından biri şaquli yerləşmiş kvadrat formasındadır; kvadrat qara çərçivə ilə əhatə olunmuşdur; ortasında qara çərçivəli sarı və ya narıncı kvadrat yerləşdirilmişdir; iki kvadrat arasındakı sahə ağ rəngli olmalıdır.

b) Normal ölçülü nişanlar üçün kvadratın tərəfinin uzunluğu təxminən 0,50 metr; kiçik ölçülü nişanlar üçün isə - 0,35 metrdən az olmamalıdır.

 

4. “BAŞ YOLUN SONU” nişanı

 

“BAŞ YOLUN SONU” nişanı B, 4 nişanıdır. Bu nişan, üzərinə kvadratın aşağı sol tərəfinə və yuxarı sağ tərəfinə perpendikulyar olan qara və ya boz mərkəzi zolaq, yaxud paralel cizgilərdən ibarət qara və ya boz mərkəzi zolaq əlavə olunmuş yuxarıda təsvir olunan B, 3 nişanından ibarətdir.

 

5. Qarşıdan nəqliyyatın hərəkətinə üstünlük nişanı

 

a) qarşılıqlı keçid çətin olan və ya mümkün olmayan dar yol sahəsində sürücülər gecə və gündüz vaxtı keçidi aydın müşahidə edə bildikləri üçün hərəkətin nizamlanması işıq yol siqnallarının quraşdırılması yolu ilə deyil, bir istiqamətdə hərəkətə üstünlük verilməsi yolu ilə təşkil olunduğu halda, B,5 “QARŞIDAN HƏRƏKƏTİN ÜSTÜNLÜYÜ” nişanı keçidin üstünlük olmayan tərəfində quraşdırılır. Bu nişan yolun dar hissəsinə girişi qarşıdan hərəkət edən nəqliyyat vasitələrinin dayanmadan keçməsinə maneə törədildiyi hallarda qadağan edir.

b) Bu nişan dairəvi, ağ və ya sarı fonlu və qırmızı haşiyəli olmalıdır; üstünlük verilən istiqaməti göstərən ox işarəsi qara rəngli, digər istiqaməti göstərən ox işarəsi isə qırmızı rəngli olmalıdır.

 

6. Qarşıdan nəqliyyatın hərəkətinə nisbətən üstünlük nişanı

 

a) Sürücülərin dar yol sahəsində qarşıdan nəqliyyatın hərəkətinə nisbətən keçid üstünlüyünə malik olmaları barədə xəbərdar olunmaları məqsədilə B, 6 nişanından istifadə edilir.

b) Bu nişan mavi fonlu düzbucaqlı formadadır: yuxarı istiqamətlənmiş ox ağ rəngli, digəri isə qırmızı rəngli olmalıdır.

c) Yolda B,6 nişanından istifadə olunduqda, mütləq qaydada yolun dar sahəsinin digər tərəfində əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün B, 5 nişanı quraşdırılır.

 

 

 

Bölmə C

 

QADAĞANEDİCİ VƏ YA MƏHDUDLAŞDIRICI NİŞANLAR

 

1. Ümumi xarakteristikaları və işarələri

 

1.         Qadağanedici və məhdudlaşdırıcı nişanlar dairəvi olmalıdır; onların diametri yaşayış məntəqələrindən kənarda 0,60 m-dən, yaşayış məntəqələrində dayanma və durmanı qadağan edən və ya məhdudlaşdıran nişanların isə diametri 0,40 m və ya 0,20 m az olmamalıdır.

2.         Nişanın təsviri ilə əlaqəli aşağıda göstərilən kənarlaşmalar istisna olmaqla, qadağanedici və ya məhdudlaşdırıcı nişanlar ağ və ya sarı fona və enli qırmızı haşiyəyə malik olmalıdır, işarələr və habelə mövcud olduğu halda yazılar qara və ya göy rəngli olmalıdır; mövcud olduğu halda maili zolaqlar qırmızı rəngli olmalı və nişanı soldan aşağı sağa kəsməlidir.

 

II. TƏSVİRİ

 

1. Hərəkətin qadağan edilməsi və məhdudlaşdırılması

 

a) İstənilən nəqliyyat vasitəsinin girişinin qadağan olunmasının göstərilməsi məqsədilə C,1 “GİRİŞ QADAGANDIR” nişanından istifadə edilir. Bu nişanın iki nümunəsi vardır: C, 1a və C, 1b.

b) Hər iki istiqamətdə nəqliyyat vasitələrinin istənilən hərəkətinin qadağan olunmasının göstərilməsi məqsədilə C,2 “HƏR İKİ İSTİQAMƏTDƏ HƏRƏKƏT QADAĞANDIR” nişanından istifadə edilir.

c) Yalnız bəzi kateqoriyalı nəqliyyat vasitələrinin və ya yol istifadəçilərinin hərəkətinin qadağan olunmasının göstərilməsi məqsədilə , işarəsi hərəkəti qadağan olunan nəqliyyat vasitəsinin və ya yol istifadəçisinin siluetindən ibarət olan nişan istifadə edilir. Göstərilən C, 3a, C, 3b, C, 3c, C, 3d, C, 3e, C, 3 f , C, 3g, C, 3h ,C, 3i, C, 3j, C, 3k və C, 3l nişanları aşağıdakı mənaları daşıyırlar:

C, 3a “KOLYASKASIZ İKİTƏKƏRLİ MOTOSİKLETLƏR İSTİSNA OLMAQLA BÜTÜN MEXANİKİ NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

C, 3b “MOTOSİKLETLƏRİN HƏRƏKƏTİ QADAĞANDIR”

C, 3c “VELOSİPED HƏRƏKƏTİ QADAĞANDIR”

C, 3d “ASMA MÜHƏRRİKLİ VELOSİPEDLƏRİN HƏRƏKƏTİ QADAĞANDIR”

C, 3e “YÜK AVTOMOBİLLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

Açıq rənglə nəqliyyat vasitəsinin siluetində və ya bu Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq C, 3e nişanının altında əlavə lövhəcikdə rəqəmlə tonnajın göstərilməsi, nəqliyyat vasitəsinin və ya nəqliyyat vasitələri tərkibinin icazə verilən maksimal kütləsinin göstərilmiş rəqəmdən artıq olduqda qadağanın tətbiq olunduğunu ifadə edir.

C,3f “YARIMQOŞQU VƏ YA BİROXLU QOŞQU İSTİSNA OLMAQLA, QOŞQU YEDƏYƏ ALMIŞ İSTƏNİLƏN MEXANİKİ NƏQLİYYAT VASİTƏSİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

Açıq rənglə nəqliyyat vasitəsinin siluetində və ya bu Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq C, 3 f nişanının altında əlavə lövhəcikdə rəqəmlə tonnajın göstərilməsi, qoşqunun icazə verilmiş maksimal kütləsi göstərilən rəqəmdən artıq olduqda qadağanın tətbiq olunduğunu ifadə edir.

Razılığa gələn tərəflər məqsədəmüvafiq hesab etdikləri halda yük avtomobilinin arxa hissəsinin siluetini minik avtomobilinin arxa hissəsinin silueti ilə, qoşqunun siluetini isə belə avtomobilə qoşula bilən qoşqunun silueti ilə əvəz edə bilərlər.

C,3g “QOŞQULU MEXANİKİ NƏQLİYYAT VASİTƏSİNİN KEÇİDİ QADAĞANDIR”

Açıq rənglə nəqliyyat vasitəsinin siluetində və ya bu Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq C, 3 9 nişanının altında əlavə lövhəcikdə rəqəmlə tonnajın göstərilməsi, qoşqunun icazə verilmiş maksimal kütləsi göstərilən rəqəmdən artıq olduqda qadağanın tətbiq olunduğunu ifadə edir.

C, 3h “XÜSUSİ GÖSTƏRİCİ LÖVHƏCİKLƏR TƏLƏB OLUNAN TƏHLÜKƏLİ YÜK DAŞIYAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR” Təhlükəli yüklərin müəyyən növlərini daşıyan yük nəqliyyat vasitələrinin hərəkətinin qadağan olunmasının işarələnməsi üçün C, 3h nişanından , vacib olduğu halda isə əlavə lövhəciklə birgə istifadə edilməsi tövsiyyə olunur . Bu əlavə lövhəcikdə yerləşdirilən məlumatda bu qadağanın milli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş təhlükəli yüklərin daşınmasına tətbiq edildiyi göstərilir.

C, 3i “ PİYADALARIN HƏRƏKƏTİ QADAĞANDIR”

C, 3j “AT-ARABA İLƏ HƏRƏKƏT QADAĞANDIR”

C, 3k “ƏL ARABALARININ HƏRƏKƏTİ QADAĞANDIR

C, 3l “ÖZÜGEDƏN KƏND TƏSƏRRÜFATI NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

Qeyd: Razılığa gələn tərəflər C, 3a - C, 3l nişanlarında sol yuxarı kvadrantı sağ aşağı kvadrant ilə birləşdirən maili qırmızı zolağın çəkilməməsi, yaxud görünüşü və qavranılmasını pisləşdirmirsə zolağın bu işarənin səviyyəsində qırılmaması barədə qərar qəbul edə bilərlər.

d) Bir neçə nəqliyyat vasitəsi və ya yol istifadəçisi  kateqoriyalarının hərəkətinin qadağan edilməsi üçün, ya qadağan edilmiş kateqoriyaların sayı qədər qadağan nişanlarından, ya da üzərində hərəkəti qadağan edilən müxtəlif nəqliyyat vasitələri və yol istifadəçiləri silueti olan bir nişandan istifadə olunur. C, 4a “MEXANİKİ NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR” VƏ C, 4b “MEXANİKİ NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ AT-ARABANIN HƏRƏKƏTİ QADAĞANDIR» nişanlan belə nişan nümunəsindəndir.

Yaşayış məntəqələrindən kənarda üzərində ikidən artıq süluet olan nişanları, yaşayış məntəqələrində isə üçdən artıq siluet olan nişanları quraşdırmaq olmaz.

e) Kütlə və qabarit ölçüləri müəyyən hədlərdən artıq olan nəqliyyat vasitələrinin hərəkətinin qadağan olunmasının göstərilməsi üçün aşağıdakı nişanlar istifadə olunur:

C,5 “QABARİT ENİ.....METRDƏN ARTIQ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDİR”

C,6 “QABARİT HÜNDÜRLÜYÜ....METRDƏN ARTIQ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

C,7 “YÜKLƏ BİRLİKDƏ KÜTLƏSİ....TONDAN ARTIQ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

C, “OXA DÜŞƏN AĞIRLIĞI.....TONDAN ARIQ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

C,9 “UZUNLUĞU.......METRDƏN ARTIQ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ YA NƏQLİYYAT VASİTƏLƏRİ TƏRKİBİNİN HƏRƏKƏTİ QADAĞANDIR”

f) Nəqliyyat vasitələrinin, nişanda göstərilən araməsafəsi saxlanılmadan, hərəkətinin qadağan olunmasının göstərilməsi üçün C,10 “NƏQLİYYAT VASİTƏLƏRİNİN ƏN AZI ....... METR ARA MƏSAFƏSİ SAXLAMADAN HƏRƏKƏTİ QADAĞANDIR” nişanı istifadə olunur.

2. Dönmənin qadağan edilməsi

Dönmənin qadağan edilməsinin göstərilməsi üçün (oxun istiqamətindən asılı olaraq sağa və ya sola) C,11a “SOLA DÖNMƏK QADAĞANDIR” nişanı və ya C, 11b “SAĞA DÖNMƏK QADAĞANDIR” nişanı istifadə olunur.

3. Geriyə dönmənin qadağan edilməsi

a) Geriyə dönmənin  qadağan olunmasının göstərilməsi  məqsədilə C.12 “GERİYƏ DÖNMƏK QADAĞANDIR” nişanından istifadə edilir.

b)   Müvafiq hallarda işarə əks istiqamətdə yönəldilə bilər.

4. Ötmənin qada]an edilməsi

a) Ötməyə dair qüvvədə olan qaydaların ümumi tələbləri ilə yanaşı, ikitərəfli asma mühərrikli velosipedlər və ya ikitəkərli kolyaskasız motosikletlər istisna olmaqla, yollarda hərəkət edən bütün mexaniki nəqliyyat vasitələrini ötmənin qadağan olunduğunu göstərmək məqsədilə C, 13a “ÖTMƏK QADAĞANDIR” nişanından istifadə edilir.

Bu nişanın iki nümunəsi vardır: C, 13aa və C, 13ab.

b) Yalnız icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük nəqliyyat vasitələrinin ötməsinin qadağan olunduğunun göstərilməsi məqsədilə C, 13b “YÜK AVTOMOBİLLƏRİNİN ÖTMƏSİ QADAĞANDIR” nişanından istifadə edilir.

Bu nişanın iki nümunəsi vardır: C, 13ba və C, 13bb.

Bu Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, nişanının altında yerləşdirilən əlavə lövhəcikdə qadağa tətbiq edilən nəqliyyat vasitələrinin icazə verilən maksimal kütləsinin dəyişməsi barədə göstəriş yerləşdirilə bilər.

 

5. Sürətin məhdudlaşdırılması

 

a) Hərəkət sürətinin məhdudlaşdırıldığını göstərmək məqsədilə CT14 “GÖSTƏRİLƏN RƏQƏMLƏ MƏHDUDLAŞDIRILAN MAKSİMAL SÜRƏT” nişanından istifadə edilir. Nişanda işarələnmiş rəqəm bu ölkədə nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyyən edilməsi üçün istifadə olunan ölçü vahidində maksimal sürəti göstərir. Sürəti göstərən rəqəmdən sonra və ya onun altında, məsələn “km” (kilometr) və ya “mil” işarələri əlavə edilə bilər.

b) İcazə verilən maksimal kütləsi müəyyən rəqəmdən artıq olan nəqliyyat vasitələrinə aid sürət məhdudiyyətinin göstərilməsi üçün, bu Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, nişanın altında yerləşdirilən əlavə lövhəcikdə bu rəqəm yazılır.

 

6. Səs siqnalının verilməsinin qadağan olunması

 

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması hallan istisna edilməklə, səs siqnalının verilməsinin qadağan edildiyini göstərmək məqsədilə C,15 “SƏS SİQNALI VERMƏK QADAĞANDIR” nişanından istifadə edilir. Bu nişan yaşayış məntəqəsinin girişində yaşayış məntəqəsinin ad göstəricisinin yanında və ya bilavasitə ondan sonra quraşdırılmadığı hallarda, o bu əlavənin H bölməsində təsvir olunmuş və üzərində qadağanın qüvvədə olduğu məsafə göstərilmiş H,2 nümunəli  lövhəciklə təchiz edilməlidir. Qadağanın bütün yaşayış məntəqələrinə şamil edildiyi hallarda tövsiyyə edilir ki, bu nişan yaşayış məntəqəsinin girişində quraşdırılmasın və əvəzində yaşayış məntəqəsinin girişində yaşayış məntəqəsinin adını göstərən yer müəyyənləşdirici nişanın yol istifadəçilərinə bu yerdən başlayaraq bu ərazi üçün yaşayış məntəqələrinə şamil edilən hərəkət qaydalarının tətbiq olunduğunu göstərsin.

 

7. Dayanmadan keçmənin qadağan olunması

 

a) Dayanmanın məcburi olduğu gömrüyün yaxınlığının göstərilməsi məqsədilə 0,16 “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanından istifadə edilir. Bu Konvensiyanın 8-ci maddəsinin müddəalarından kənara çıxmaqla bu nişanda “gömrük” sözü qeyd olunmuşudur, yazının iki dildə olmasına üstünlük verilir; C,16 nişanından istifadə edəcək Razılığa gəlmiş tərəflər, quraşdırdıqları nişanlarda qeyd olunmuş yazının eyni bir dildə olması barədə regional səviyyədə razılığın əldə olunmasına cəhd etməlidirlər.

b) Bu nişan dayanmadan keçmənin qadağan edildiyi digər halların göstərilməsi məqsədilə də istifadə oluna bilər; bu halda “gömrük” sözü dayanmanın səbəbini göstərən digər çox qısa yazı ilə əvəz edilə bilər.

 

8.  Qadağan və məhdudiyyətlərin qurtarmasını göstərən nişanlar

 

a) Qadağanedici nişanlar ilə hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin məlumatlandırıldıqları bütün qadağaların qüvvəsini itirməsinin göstərilməsi məqsədilə C,17 a “HƏRƏKƏTDƏ OLAN NƏQLİYYAT VASİTƏLƏRİNƏ AİD YERLİ XARAKTERLİ BÜTÜN QADAĞALARIN SONU” nişanından istifadə edilir. Bu nişan dairəvi, ağ və ya sarı fonlu bordürsüz və ya nazik qara haşiyəli, mailliyi sağdan yuxarıdan aşağıya sola olan qara və ya tünd-boz rəngli, yaxud qara və ya tünd-boz paralel xətlərdən ibarət ola bilən diaqonal zolaqlıdır.

b) Qadağanedici və ya məhdudlaşdırıcı nişanla hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin məlumatlandırıldıqları qadağanın və ya məhdudiyyətin qüvvəsini itirdiyi yerin göstərilməsi məqsədilə C, 17b “SÜRƏT MƏHDUDİYYƏTİNİN SONU” və ya C, 17c “ÖTMƏNİN QADAĞAN EDİLMƏSİNİN SONU” və ya C,17d “YÜK NƏQLİYYAT VASİTƏLƏRİNİN ÖTMƏSİNİN QADAĞAN EDİLMƏSİNİN SONU” nişanından istifadə edilir. Bu nişanlar C,17a nişanına analojidir, lakin bundan əlavə onlarda qüvvəsini itirən qadağaların, məhdudiyyətlərin açıq-boz rəngli işarəsi çəkilmişdir.

c) Bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarından kənara çıxmaqla, bu 8-ci bənddə göstərilmiş nişanlar qarşı istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş qadağanedici və ya məhdudlaşdırıcı nişanların arxa tərəfində yerləşdirilə bilər.

 

9. Dayanma və ya durmanın qadağan edilməsi və ya məhdudlaşdırılması

 

a) i) Durmanın qadağan edildiyi yerlərin göstərilməsi məqsədilə C,18 “DURMAQ QADAĞANDIR” nişanından istifadə edilir; dayanma və durmanın qadağan edildiyi yerlərin göstərilməsi məqsədilə C,19 “DAYANMAQ VƏ DURMAQ QADAĞANDIR” nişanından istifadə edilir.

    ii) C,18 nişanı üzərində ağ və ya sarı fonda qara boya ilə bu dövlətdə durmaq üçün istifadə olunan hərf və ya ideoqram təsvir olunmuş, qırmızı haşiyəli və köndələn qırmızı xətli dairəvi nişanla əvəz edilə bilər.

    iii) Nişanın altında yerləşdirilmiş əlavə lövhəcikdəki yazılar qadağanı məhdudlaşdıra və ya vəziyyətdən asılı olaraq aşağıdakıları göstərə bilər:

    qadağanın tətbiq edildiyi ayın və ya həftənin günlərini və ya günün vaxtını;

    C,18 nişanının durmanı qadağan etdiyi və ya C,19 nişanının dayanma və durmanı qadağan etdiyi vaxtı;

    yol istifadəçilərinin bəzi kateqoriyalarına aid istisnaları.

    iv)  keçilməsi qadağan olunan dayanma və ya durmanın müddəti barədə yazılar əlavə lövhəcikdə deyil, nişanın qırmızı dairəsinin aşağı hissəsində yerləşdirilə bilər.

b) i) Durmaya növbə ilə yolun bu və digər tərəflərində icazə verildikdə, C,18 nişanının əvəzinə C, 20a və ya C, 20b “NÖVBƏLİ DURACAQ” nişanlarından istifadə olunur.

    ii) Durmanın qadağan edilməsi C, 20a nişanı tərəfdən həftənin tək günləri, C, 20b nişanı tərəfdən isə həftənin cüt günləri tətbiq edilir və tərəflərin dəyişməsi vaxtı milli qanunvericiliklə müəyyən edilir ki, bu vaxt gecəyarısı olmaya da bilər. Habelə milli qanunvericiliklə durma ardıcıllığı gündəlikdən fərqli olaraq müəyyən edilə bilər; bu halda I və II rəqəmləri nişanlarda tarixlə, məsələn hər ayın 1-dən 16-dək ardıcıllığın müəyyən edilməsi üçün 1-15 və 16-31 rəqəmləri ilə əvəz olunur.

    iii) Bu Konvensiyanın 8-cı maddəsinin 4-cü bəndinin müddəalarına uyğun olan əlavə yazılarla C, 18 nişanı C, 19, C , 20a və C, 20b nişanlarını tətbiq etməyən dövlətlər tərəfindən istifadə oluna bilər.

c) i) Xüsusi hallar istisna edilməklə nişanlar onların diskinin yolun oxuna perpendikulyar və ya bu oxa perependikulyar müstəviyə nisbətən yüngül əyilmiş vəziyyətdə quraşdırılır.

    ii) Bütün qadağa və məhdudiyyətlər yalnız yolun nişanın quraşdırıldığı tərəfinə şamil edilir.

    iii) qadağanın tətbiq edildiyi məsafənin göstərildiyi bu əlavənin H bölməsinin H,2 əlavə lövhəciyində və ya bu bəndin c) v) yarımbəndində nəzərdə tutulan tələblərə müvafiq olaraq başqa göstərişlər olmadıqda, qadağalar nişandan başlayaraq yolda ən yaxın çıxışadək tətbiq edilir.

    iv) Qadağanın tətbiq olunmasına başlanılan yerdə quraşdırılmış nişanın altında bu əlavənin H bölməsində təsvir olunmuş H, 3 a və ya H, 4 a əlavə lövhəcikləri yerləşdirilə bilər. Qadağanı təkrarlayan nişanın altında bu əlavənin H bölməsində təsvir olunmuş H, 3 b və ya H, 4 b əlavə lövhəcikləri yerləşdirilə bilər. Qadağanın qurtardığı yerdə nişanın altında bu əlavənin H bölməsində təsvir olunmuş H, 3 c və ya H, 4 c əlavə lövhəcikləri olan daha bir qadağanedici nişan quraşdırıla bilər. H, 3 lövhəciyi yolun oxuna paralel, H, 4 lövhəciyi isə bu oxa perpendikulyar yerləşdirilir. H, 3 lövhəciyində məsafə göstərildikdə, bu, oxla göstərilən istiqamətdə qadağanın tətbiq olunduğu məsafəni bildirir.

    v) Qadağanı qüvvəsi yoldan yaxın çıxışadək qurtardığı halda, yuxarıda c) iv) yarımbəndində təsvir edilmiş və üzərində qadağanın qurtarması göstərilmiş əlavə lövhəciklə birlikdə nişan quraşdırılır. Qadağanın qısa məsafədə qüvvədə olduğu halda aşağıdakından ibarət yalnız bir nişan quraşdırıla bilər:

    ya üzərində qadağanın tətbiq edildiyi məsafə göstərilmiş qırmızı dairə,

    ya da H, 3 əlavə lövhəciyi.

    vi) Parkometrlər quraşdırılmış yerlərdə bu parkometrlərin mövcudluğu duracağın ödənişli olduğunu və onun müddətinin dəqiqə mexanizminin iş vaxtı ilə məhdudlaşdığını ifadə edir.

    vii) (Çıxarılıb)

 

 

 

Bölmə D

 

ƏMREDİCİ NİŞANLAR

 

1. Ümumi xarakteristikaları və işarələri

 

1. Bu bölmənin II yarımbölməsinin 10-cu bəndində təsvir edilmiş düzbucaqlı olan D, 10 nişanları istisna olmaqla, əmredici nişanlar dairəvi olmalıdır; onların diametri yaşayış məntəqələrindən kənarda 0,60 m , yaşayış məntəqələrində isə 0,40 m az olmamalıdır. Lakin diametri 0,30 m az olmayan nişanlar yol işıq siqnalları ilə birgə istifadə oluna və ya təhlükəsizlik adacıqlarının tumbalarında quraşdırıla bilər.

2. Digər göstərişlər olmadıqda bu nişanlar mavi rəngli, onların işarələri isə ağ və ya açıq rəngli olmalıdır və ya mümkün variant olaraq nişanlar qırmızı haşiyəli ağ rəngli, işarələri isə qara rəngli olmalıdır.

 

II. TƏSVİRİ

 

  1. Məcburi istiqamət

 

Nəqliyyat vasitələrinin yalnız bir istiqamətdə və ya müəyyən olunmuş istiqamətlərdə hərəkət etməli olduğunu göstərmək üçün müvafiq istiqamət və ya istiqamətlərə yönəlmiş oxları olan D,1 “MƏCBURİ İSTİQAMƏT” nişanının D,1 ə nümunəsindən istifadə olunur. Lakin, bu bölmənin I yarımbölməsinin müddəalarından kənara çıxmaqla D, 1a nişanının əvəzinə D, 1b nişanı istifadə oluna bilər. D, 1b nişanı ağ haşiyəli və qara rəngli, üzərində ağ işarələr olmalıdır.

 

2. Maneənin məcburi kənardan keçilməsi

 

Bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarından kənara çıxmaqla təhlükəsizlik adacığında və ya yolda hər hansı bir maneənin qarşısında quraşdırılmış D.2 “MANEƏNİN MƏCBURİ KƏNARDAN KEÇİLMƏSİ” nişanı, nəqliyyat vasitələrinə təhlükəsizlik adacığının və ya maneənin oxla göstərilən istiqamətdə kənardan keçməsinin məcburi olduğunu göstərir.

 

3. Məcburi dairəvi hərəkət

 

D,3 ”MƏCBURİ DAİRƏVİ HƏRƏKƏT” nişanı sürücülərə oxların göstərdiyi istiqamətdə hərəkət etməli olduqlarını göstərir. Dairəvi hərəkətli yolayrıcı D,3, nişanı ilə birlikdə yerləşdirilmiş B,1 və ya B,2 nişanları ilə işarələndikdə, dairəvi hərəkətli yolayrıcında olan sürücü hərəkət üstünlüyünə malikdir.

 

4. Məcburi velosiped yol-cıqırı

 

D,4 “MƏCBURİ VELOSİPED YOL-CIĞIRl” nişanı, velosipedçilərə başlanğıcında bu nişan quraşdırılmış yol-cığırın onlara aid olduğunu və digər nəqliyyat vasitələri sürücülərinə bu yol-cığırdan istifadə etmək hüquqlarının olmadığını göstərir. Bu yol-cığır yolun hərəkət hissəsi, piyada və ya atlı yol-cığırları boyunca eyni istiqamətdə keçdikdə velosipedçilərin ondan istifadə etmələri məcburidir. Lakin, milli qanunvericiliklə nəzərdə tutulduğu hallarda və yaxud C, 3d nişan işarəsi və ya yazı olan əlavə lövhəciklə müvafiq göstəriş verildikdə, eyni şərtlər daxilində, asma mühərrikli velosiped sürücülərinin də bu yol-cığırdan istifadə etmələri məcburidir.

 

5. Piyadalar üçün məcburi yol-cığır

 

D,5 “PİYADALAR ÜÇÜN MƏCBURİ YOL-CIĞlR” nişanı, piyadalara başlanğıcında bu nişan quraşdırılmış yol-cığırın onlara aid olduğunu və digər yol istifadəçilərinə bu yol-cığırdan istifadə etmək hüquqlarının olmadığını göstərir. Bu yol-cığır yolun hərəkət hissəsi, velosiped və ya atlı yol-cığırları boyunca eyni istiqamətdə keçdikdə piyadaların ondan istifadə etmələri məcburidir.

 

6. Atlılar üçün məcburi yol-cığır

 

D,6 “ATLILAR ÜÇÜN MƏCBURİ YOL-CIĞIR” nişanı, atlılara başlanğıcında bu nişan quraşdırılmış yol-cığırın onlara aid olduğunu və digər yol istifadəçilərinə bu yol-cığırdan istifadə etmək hüquqlarının olmadığını göstərir. Bu yol-cığır yolun hərəkət hissəsi, velosiped və ya piyada yol-cığırları boyunca eyni istiqamətdə keçdikdə atlıların ondan istifadə etmələri məcburidir.

 

7. Məcburi minimal sürət

 

D,7 “MƏCBURİ MİNİMAL SÜRƏT” nişanı, başlanğıcında bu nişan quraşdırılmış yolda nəqliyyat vasitələrinin, ən azı göstərilən sürətlə hərəkət etməli olduqlarını göstərir; nişanda işarələnmiş rəqəm bu ölkədə nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyyən edilməsi üçün istifadə olunan ölçü vahidində maksimal sürəti göstərir. Sürəti göstərən rəqəmdən sonra, məsələn “km” (kilometr) və ya “mil” işarələri əlavə edilə bilər.

 

8. Məcburi minimal sürətin sonu

 

D, 8 “MƏCBURİ MİNİMAL SÜRƏTİN SONU” nişanı, D, 7 nişanı ilə tələb edilən məcburi minimal hərəkət sürətinin qüvvəsinin qurtardığını göstərir. D, 8 nişanı D, 7 nişanı ilə eynidir, ancaq onun üzərində yuxarıdan sağdan aşağıya sola maili qırmızı zolaq çəkilmişdir.

 

9. Sürüşməyə qarşı zəncirlər məcburidir

 

D, 9 “SÜRÜŞMƏYƏ QARŞI ZƏNCİRLƏR MƏCBURİDİR” nişanı, başlanğıcında bu nişan quraşdırılmış yolda hərəkət edən nəqliyyat vasitələrinin ən azı iki aparıcı təkərində sürüşməyə qarşı zəncirlərin olmasının məcburi olduğunu göstərir.

 

10. Təhlükəli yük daşıyan nəqliyyat vasitələrinin məcburi hərəkət istiqaməti

 

D, 10a; D, 10b və D, 10c nişanları təhlükəli yük daşıyan nəqliyyat vasitələrinin məcburi hərəkət istiqamətini göstərir.

 

11. D,4, D,5 və D,6 nişanlarının birləşdirilməsinə dair qeydlər

 

a) Yol-cığırın iki kateqoriya yol istifadəçilərinə aid olması və digər hərəkət iştirakçılarının hərəkətinin qadağan edilməsi göstərişi, üzərində hərəkətinə icazə verilmiş yol istifadəçilərinin işarələri yerləşdirilmiş və yol-cığırın başlanğıcında quraşdırılmış əmredici nişan ilə verilir.

b) İşarələr nişanda yan-yana yerləşdiyi və onları nişanın mərkəzindən keçən şaquli zolaq ayırdığı halda, hər bir işarə uyğun kateqoriyanın yol-cığırın ona aid edilmiş hissəsi ilə hərəkət etməli olduğunu, digər hərəkət iştirakçılarının bu tərəflə hərəkət etmək hüququnun olmadığını göstərir. Yol-cığırın hər iki tərəfinin sərhədləri təbii üsulla və ya yol nişanlanması ilə müəyyənləşdirilməlidir.

c) İşarələr nişanda alt-üst yerləşdiyi halda bu nişan yol istifadəçilərinin uyğun kateqoriyalarının yol-cığırdan birlikdə istifadə edə bilmələrini göstərir. İşarələrin yerləşdirilməsi qaydası sərbəstdir. Yol istifadəçilərinin hər iki kateqoriyasının riayət etməli olduğu təhlükəsizlik tədbirləri milli qanunvericiliyin konkret müddəaları ilə müəyyən edilir.

D, 11 a və D, 11 b nişanları D,4 və D,5 nişanlarının birləşməsinin nümunəsidir.

 

 

 

Bölmə E

 

XÜSUSİ GÖSTƏRİŞ NİŞANLARI

 

1. ÜMUMİ XARAKTERİSTİKALARI VƏ İŞARƏLƏRİ

 

Xüsusi göstəriş nişanları kvadrat və ya düzbucaqlı olmaqla, üzərində mavi fonda açıq rəngli yazı və işarələri, yaxud açıq fonda qara rəngli yazı və işarəli olmalıdır.

 

II   TƏSVİRİ

 

1 .Bir və ya bir necə hərəkət zolağına aid olan təhlükə barədə göstərişi və

və xəbərdarlığı göstərən nişanlar

 

Aşağıdakılara oxşar nişanlar göstəriş və ya təhlükə barədə xəbərdarlıqların, bir neçə hərəkət zolağı olan hərəkət hissəsində uzununa nişanlanma ilə müəyyən edilən və bir istiqamətdə hərəkət üçün nəzərdə tutulan bir və ya bir neçə hərəkət zolağına aid edildiyini ifadə edir . Bu nişanlar habelə qarşıdan hərəkət üçün ayrılmış hərəkət zolaqlarını da göstərə bilər. Təhlükə barədə göstəriş və ya xəbərdarlıqları göstərən nişan müvafiq oxlardan birinin üzərinə həkk edilir:

i) E, 1a “MÜXTƏLİF HƏRƏKƏT ZOLAQLARINDA MƏCBURİ MİNİMAL SÜRƏT”

ii) E, 1b “ZOLAQDA MƏCBURİ MİNİMAL SÜRƏT”. Bu nişan yavaş gedən nəqliyyat vasitələri üçün ayrıca hərəkət zolağının ayrılması üçün istifadə oluna bilər.

iii) E,1c “MÜXTƏLİF HƏRƏKƏT ZOLAQLARINDA QÜVVƏDƏ OLAN SÜRƏT MƏHDUDİYYƏTİ”. Dairənin kənar haşiyəsi qırmızı rəngli, işarələri isə qara rəngli olmalıdır.

 

2. Avtobuslar üçün ayrılmış hərəkət zolağını göstərən nişanlar

 

E, 2 a və E, 2 b nişanlarına oxşar nişanlar, 26-bis maddəsinin 2-ci bəndinə uyğun olaraq avtobuslar üçün ayrılmış hərəkət zolağını göstərən nişanların nümunələridir.

 

3. “BİRTƏRƏFLİ HƏRƏKƏT” nişanı

 

a) Birtərəfli hərəkət olan yolun və ya hərəkət hissəsinin göstərilməsi üçün iki müxtəlif “BİRTƏRƏFLİ HƏRƏKƏT” nişanı quraşdırıla bilər:

     i) yolun   hərəkət  hissəsinin  oxuna  az və ya  çox  perpendikulyar quraşdırılmış E, 3a nişanı; nişanın lövhəciyi kvadrat olmalıdır;

     ii) yolun hərəkət hissəsinin oxuna, demək olar ki, paralel quraşdırılmış E, 3b nişanı; nişanın lövhəciyi uzun tərəfi üfüqi yerləşdirilən uzadılmış düzbucaqlı olmalıdır.  E, 3b nişanının oxunun üzərində dövlətin milli dilində və ya milli dillərindən birində “Birtərəfli hərəkət” sözləri göstərilə bilər.

b) E, 3a və E, 3b nişanları, küçəyə girişə qədər qadağanedici və ya əmredici nişanların quraşdırılmasından asılı olmayaraq quraşdırıla bilərlər

 

4. Cərgələrdə əvvəlcədən yerdəyişmə nişanları

 

E,4 nişanı bir neçə zolaqlı yolların yolayrıclarında cərgələrdə əvvəlcədən yerdəyişmə nişanının nümunəsidir.

 

5. Avtomagistrala giriş və ya avtomagistraldan çıxış barədə xəbərdar edən nişanlar

 

a) E,5a “AVTOMAGİSTRAL” nişanı, avtomagistrallarda hərəkət qaydalarının tətbiq olunmasına başlandığı yerdə quraşdırılmalıdır.

b) E,5b “AVTOMAGİSTRALIN QURTARACAĞI” nişanı, göstərilən qaydalarının tətbiqinin başa çatdığı yerdə quraşdırılır.

c) E,5 b nişanını, avtomagistralın qurtaracağına yaxınlaşma barədə xəbərdarlıq edilməsi məqsədilə istifadə oluna və təkrarlana bilər; bu şəkildə quraşdırılan hər bir nişanın aşağı hissəsində nişanla avtomagistralın sonu arasındakı məsafə göstərilir.

d) Bu nişanlar yaşıl və ya mavi fonlu olmalıdır.

 

6. Avtomagistrala şamil olunan qaydaların qüvvədə olduğu yola giriş və ya belə yoldan çıxış barədə xəbərdar edən nişanlar

 

a) E,6a “AVTOMOBİL YOLU” nişanı, avtomagistrallardan fərqlənən, avtomobil hərəkəti üçün nəzərdə tutulan və yol kənarı sahələrə xidmət etməyən avtomobil yollarında hərəkətin xüsusi qaydalarının tətbiq olunmağa başlandığı yerdə quraşdırılır. E,6a nişanının altında quraşdırılmış əlavə lövhəcikdə, qaydalardan istisna olaraq, yol kənarı sahələrə girişin icazə verildiyi işarə edilə bilər.

b) E,6b “AVTOMOBİL YOLUNUN QURTARACAĞI” nişanı, avtomobil yolunun qurtaracağına yaxınlaşma barədə xəbərdarlıq edilməsi məqsədilə istifadə oluna və təkrarlana bilər; belə quraşdırılmış hər bir nişanın aşağı hissəsində nişanla avtomobil yolunun qurtaracağı arasında qalan məsafə göstərilir.

c) Bu nişanlar yaşıl və ya mavi fonlu olmalıdır.

 

7. Yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərən nişanlar

 

a) Yaşayış məntəqəsinin başlanğıcını işarə edən nişanda yaşayış məntəqəsinin adı və ya yaşayış məntəqəsinin silueti şəklində simvolu və ya hər ikisi birlikdə göstərilir. E,7a, E,7b, E,7c və E,7d nişanları yaşayış məntəqəsinin başlanğıcını işarə edən nişanların nümunəsidir.

b) Yaşayış məntəqəsinin qurtaracağını işarə edən nişan yaşayış məntəqəsinin başlanğıcını işarə edən nişan ilə eynidir, ancaq onun üzərində yuxandan sağdan aşağıya sola maili qırmızı zolaq və ya qırmızı rəngli paralel xətlər çəkilmişdir. E,8a , E,8b, E,8c və E,8d nişanları yaşayış məntəqəsinin qurtaracağını işarə edən nişanların nümunəsidir.

Bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarına ziyan vermədən bu nişanlar yaşayış məntəqəsini işarə edən nişanların arxasında yerləşdirilə bilər.

c) Bu bənd ilə əhatə edilən nişanlar bu Konvensiyanın 13-bis maddəsinin 2-ci bəndinin müddəalarına uyğun olaraq istifadə olunur.

 

8. Zona üzrə təsir edən nişanlar

 

     a) Zonanın başlanğıcı

i) Nişanın müəyyən zonada yerləşmiş bütün yollara şamil edildiyini işarə etmək üçün ( zona üzrə qüvvədə olma) o, açıq fonlu düzbucaqlı üzərində çəkilir. “ZONE” sözü və ya onun tətbiq edildiyi dövlətin dilində ekvivalenti lövhəcikdə nişanın üstündə və ya altında qeyd oluna bilər. Nişanla göstərilən məhdudiyyət, qadağa və ya göstərişlər barədə konkret məlumat nişanın altında lövhəcikdə və ya əlavə lövhəcikdə əks oluna bilər.

Müəyyən zonada yerləşmiş bütün yollara şamil edilən (zona üzrə qüvvədə olma) nişanlar göstərilən zonaya aparan bütün yollarda quraşdırılır. Zonaya yalnız analoji xarakteristikası olan yolların daxil olmasına üstünlük verilir.

ii) E,9a , E,9b, E,9c və E,9d nişanları, müəyyən zonada yerləşmiş bütün yollara şamil edildiyini (zona üzrə qüvvədə olma) işarə edən nişanların nümunəsidir.

   E,9a - Durmanın qadağan edildiyi zona;

   E,9b- Müəyyən vaxt ərzində durmanın qadağan edildiyi zona;

   E,9c- Durma zonası;

   E,9d- Maksimal sürətin məhdudlaşdırıldığı zona.

 

     b) Zonadan çıxış

 

i) Məcburi göstərişi işarə edən nişanın qüvvədə olduğu zonadan çıxışın göstərilməsi məqsədilə, düzbucaqlı lövhəcikdə zonaya girişi işarə edən nişana analoji, lakin açıq fonda boz rənglə çəkilmiş və analoji qaydada quraşdırılmış nişandan istifadə olunur. Qara və ya tünd boz diaqonal zolaq və ya belə zolaq yaradan boz və ya qara xətlər nişanı sağdan sola maili vəziyyətdə kəsməlidir.

Zonadan çıxışı işarə edən nişanlar bu zonadan çıxış üçün istifadə edilən bütün yollarda quraşdırılır.

ii) E,10a , E,10b, E,10c və E,10d nişanları, nişanın bütün yollara şamil edildiyi zonadan (zona üzrə qüvvədə olma) çıxışı işarə edən nişanların nümunəsidir.

    E,10a - Durmanın qadağan edildiyi zonanın qurtaracağı;

    E.10b- Müəyyən vaxt ərzində durmanın qadağan edildiyi zonanın qurtaracağı;

    E,10c- Durma zonasının qurtaracağı;

    E,10d- Maksimal sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı.

 

9. Xüsusi hərəkət qaydaların tətbiq olunduğu tunelə giriş və ya tuneldən çıxış barədə xəbərdar edən nişanlar

 

a) E,11a “TUNEL” nişanı, xüsusi qaydaların tətbiq olunduğu tuneldən keçən yol sahəsini işarə edir. O, bu qaydaların tətbiq edilməyə başladığı yerdə quraşdırılır.

b) Yol istifadəçilərinin xəbərdar edilməsi məqsədilə E,11a nişanı, həmçinin xüsusi qaydaların tətbiq olunduğu yerdən tələb edilən məsafədə yerləşdirilə bilər; xüsusi qaydaların tətbiq olunduğu yerdən nişana qədər olan məsafə nişanın aşağı hissəsində və ya bu Əlavənin H bölməsində təsvir olunmuş H,1 əlavə lövhəciyində göstərilə bilər.

c) E,11b ”TUNELİN QURTARACAĞI” nişanı, xüsusi qaydaların tətbiqinin başa çatdığı yerdə quraşdırıla bilər.

 

10. ”PİYADA KEÇİDİ” nişanı

 

a) E,12a “PİYADA KEÇİDİ” nişanı, piyadalara və sürücülərə piyada keçidinin olduğu yeri işarə edir. Bu nişan üzərində qara və ya göy A,12 işarəli, sarı və ya ağ rəngli üçbucağın olduğu mavi və ya qara rəngli lövhəcikdən ibarətdir.

b) Lakin, ağ işarəli, mavi fonlu, düzgün olmayan beşbucaqlı formalı E,12b və ya tünd fonlu, ağ işarəli E,12c nişanından da istifadə oluna bilər.

 

 

11. ”XƏSTƏXANA” nişanı

 

a) Bu nişan, nəqliyyat vasitəsi sürücülərinin müalicə müəssisəsinin yaxınlığı ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsinin və xüsusən də səs-küyün yaranmasına imkan daxilində yol verilməməsi vacibliyinin göstərilməsi məqsədilə istifadə olunur. Bu nişanın iki nümunəsi vardır: E,13a və E,13b.

b) E,13b nişanında təsvir olunmuş qırmızı xaç F bölməsinin II yarımbölməsinin 1 bəndində göstərilmiş işarələrdən biri ilə əvəz edilə bilər.

 

12. ”DURACAQ YERİ” nişanı

 

a) Yolun oxuna paralel quraşdırıla bilən E,14a “DURACAQ YERİ” nişanı, nəqliyyat vasitələrinin durmasına icazə verildiyi yeri işarə edir. Lövhəcik kvadrat formalıdır. Onun üzərində müvafiq dövlətdə durmanın işarə olunması üçün istifadə edilən ideoqram və ya hərf çəkilir. Bu nişan mavi fona malikdir.

b) Duracaq yerinin istiqaməti və ya onun aid edildiyi nəqliyyat vasitələrinin kateqoriyası nişanın özündə və ya altında yerləşdirilmiş əlavə lövhəcikdə göstərilə bilər. Belə yazılar durmanın icazə verilən müddəti məhdudlaşdıra və ya duracaq yerindən getmək üçün istifadə olunan ictimai nəqliyyatın növünü, “+ işarəsi” və ondan sonra yazı və ya işarə formasında nəqliyyatın növünün göstərilməsi üsulu ilə, göstərə bilər.

E,14b və E,14c nişanları, sürücüləri ictimai nəqliyyatdan istifadə etmək arzusunda olan, nəqliyyat vasitələrinin duracaq yerinin göstərilməsi məqsədilə istifadə olunan nişanların nümunələridir.

 

13. Avtobus və ya tramvay dayanacağını göstərən nişanlar

 

E, 15 “AVTOBUS DAYANACAĞI” və E, 16 “TRAMVAY DAYANACAĞI”.

 

14. Qəza vəziyyəti və ya təhlükə zamanı duracaq yerini göstərən nişanlar

 

E, 18 “QƏZA DURACAĞI YERİ” sürücülərin yalnız qəza vəziyyəti və ya təhlükə hallarında dayanma və ya durma üçün istifadə etməli olduqları yeri işarə edir. Əgər bu yer təcili rabitə sistemi və/və ya odsöndürənlə təchiz edilmişdirsə, onda nişanın üzərində aşağı hissəsində və ya nişanın altında yerləşdirilən düzbucaqlı lövhədə F, 17 və /və ya F, 18 nişanlarının işarələri çəkilməlidir. E, 18 nişanının İki nümunəsi vardır: E,18a və E,18b.

 

 

Bölmə F

 

MƏLUMATVERİCİ NİŞANLAR, OBYEKTLƏRİ GÖSTƏRƏN NİŞANLAR VƏ

SERVİS NİŞANLARI

 

I. Ümumi xarakteristikaları və işarələri

 

1.         F nişanlan mavi və ya yaşıl rəngli olmalıdırlar; onların üzərində işarələri olan ağ və ya sarı düzbucaqlı çəkilmişdir.

2.         Nişanın aşağı hissəsində mavi və ya yaşıl zolaqda ağ hərflərlə işarə edilən qurğuya ya ona aparan yola girişə qədər olan məsafə göstərilə bilər; F, 5 işarəli nişanda bu qaydada “MEHMANXANA” və ya “MOTEL” sözləri yazıla bilər. Nişanlar qurğuya aparan yolun girişində də yerləşdirilə bilər, bu halda nişanın aşağı hissəsində mavi və ya yaşıl zolaqda ağ istiqamətləndirici ox çəkilə bilər.

Qırmızı rəngli olmalı F,1a ; F, 1b; F, 1c və F, 18 işarələri istisna olmaqla, digər işarələr qara və ya tünd göy rəngli olmalıdır. F, 17 işarəsi qırmızı rəngli olmalıdır.

 

II. TƏSVİRİ

 

1. “TİBBİ YARDIM MƏNTƏQƏSİ” işarəsi

 

Tibbi yardım məntəqəsinin göstərilməsi məqsədilə müvafiq dövlətlərdə qəbul edilmiş işarələrdən istifadə olunur. Bu işarələr qırmızı rəngli olmalıdır. F, 1a ; F, 1b və F, 1c bu işarələrin nümunələridir.

 

2. Digər işarələr

 

F, 2 “TEXNİKİ XİDMƏT MƏNTƏQƏSİ”

F, 3 “TELEFON”

F, 4 “YANACAQDOLDURMA MƏNTƏQƏSİ”

F, 5 “MEMANXANA” və ya “ MOTEL”

F, 6 “RESTORAN”

F, 7 “BUFET” və ya “KAFETERİ”

F, 8 “DİNCƏLMƏ YERİ”

F, 9 “PİYADA MARŞRUTLARININ BAŞLANĞIC MƏNTƏQƏSİ YERİ”

F, 10 “AVTOTURİST DÜŞƏRGƏSİ (KEMPİNQ)”

F, 11 “KEMPİNQ ÜÇÜN QOŞQULARIN DURACAQ YERİ”

F,12 “AVTOTURİST  DÜŞƏRGƏSİ ÜÇÜN SAHƏ VƏ KEMPİNQ ÜÇÜN QOŞQULARIN DURACAQ YERİ”

F, 13 “GƏNCLƏRİN TURİST BAZASI”

F, 14 “YOL HƏRƏKƏTİ HAQQINDA MƏLUMAT VERƏN RADİOSTANSİYA”

F, 15 “İCTİMAİ TUALET”

F, 16 “ÇİMƏRLİK VƏ YA ÜZGÜÇÜLÜK HOVUZU”

F, 17 “TƏCİLİ RABİTƏ TELEFONU”

F, 18 “ODSÖNDÜRƏN”

 

Bölmə G

 

İSTİQAMƏT NİŞANLARI, YER NİŞANLARI VƏ GÖSTƏRİCİ NİŞANLAR

 

I. Ümumi xarakteristikaları və işarələri

 

1.         Göstərici nişanlar adətən düzbucaqlı olurlar ; lakin, istiqamət nişanları sonu oxvari olan uzadılmış düzbucaqlı şəklində də ola bilər, düzbucaqlının uzun tərəfi üfüqi yerləşdirilmişdir.

2.         Göstərici nişanlarda ağ və ya açıq rəngli işarələr və ya yazılar tünd fonda, yaxud tünd rəngli işarələr və ya yazılar ağ və ya açıq rəngli fonda çəkilir; qırmızı rəngdən yalnız müstəsna hallarda istifadə oluna bilər və o, heç bir zaman əksəriyyət təşkil etməməlidir.

3.         Avtomagistrallara və ya avtomagistral kimi baxılan yollara aid ilkin istiqamət nişanlarında və ya istiqamət nişanlarında ağ işarə və ya yazılar göy və ya yaşıl fonda qeyd edilir. Belə nişanlarında E, 5a və E, 6a nişanlarında istifadə olunan işarələr kiçik miqyasla əks etdirilə bilər.

4.         Yol işləri, hərəkət istiqamətinin dəyişməsi və ya kənardankeçmələr kimi müvəqqəti şəraiti işarə edən nişanlar qara yazı və ya işarəli sarı və ya narıncı fona malik ola bilərlər.

5.         G,1; G, 4; G, 5; G, 6 və G, 10 nişanlarında yaşayış məntəqələrinin adları, bu yaşayış məntəqəsinin yerləşdiyi dövlətin və ya onun rayonunun dilində göstərilməsi tövsiyə olunur.

 

II. İLKİN İSTİQAMƏT NİŞANLARI

 

1. Ümumi hal

 

İlkin istiqamət nişanlarının nümunələri G, 1a ; G, 1b və G, 1 c nişanlarıdır.

 

2. Xüsusi hallar

 

a) “DALANA APARAN YOL” ilkin istiqamət nişanının nümunələri: G, 2a və G, 2b.

b) Növbəti yolayrıcında sola dönmə qadağan edildiyi halda, sola dönmə üçün izlənilməli olan marşrutun ilkin istiqamət nişanının nümunəsi G, 3-dür.

Qeyd: G,1 ilkin istiqamət göstəricisinə hərəkət rejimi və ya marşrutun xüsusiyyətləri barədə hərəkət iştirakçılarını məlumatlandıran digər nişanların təsvirlərini çəkməyə icazə verilir ( məsələn: A,2 ; A,5; C,3e ; C,6; E,5a; F,2 nişanları).

 

III. İstiqamət nişanları

 

1.         Yaşayış məntəqəsinə istiqaməti göstərən nişanların nümunələri: G, 4a; G, 4b; G, 4c;G, 5.

2.         Hava limanına istiqaməti göstərən nişanların nümunələri: G, 6a; G, 6b; G, 6c.

3.         G, 7 nişanı avtoturistlərin düşərgəsinə istiqaməti göstərir.

4.         G, 8 nişanı gənclər üçün turist bazasına istiqaməti göstərir.

5.         Əsasən sürücüləri ictimai nəqliyyatdan istifadə etmək arzusunda olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan, nəqliyyat vasitələrinin duracaq yerinə istiqaməti göstərən nişanların nümunələri: G, 9a və G, 9b. Nişanda yazı və işarə formasında nəqliyyat vasitəsinin tipi göstərilə bilər.

 

Qeyd: G, 4; G, 5 və G, 6 istiqamət nişanlarına hərəkət rejimi və ya marşrutun xüsusiyyətləri barədə hərəkət iştirakçılarını məlumatlandıran digər nişanların təsvirlərini çəkməyə icazə verilir (məsələn: A,2 ; A, 5 ; C,3e ; C, 6; E,5a ; F,2 nişanları) .

 

IV. TƏSDİQLƏYİCİ NİŞANLAR

 

G,10 nişanı təsdiqləyici nişanın nümunəsidir.

Bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarından kənara çıxmaqla bu nişan qarşıdan hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş nişanların arxasında yerləşdirilə bilər.

 

V. Göstərici nişanlar

 

1. Hərəkət zolaqlarının sayını və istiqamətini göstərən nişanlar

 

Nişanlar, məsələn G, 11a; G, 11b və G, 11c sürücülərə hərəkət zolaqlarının sayını və istiqamətini göstərir. Onların üzərində mövcud istiqamətdə olan zolaqların sayına uyğun sayda ox çəkilir; onlar həmçinin qarşıdan hərəkət edən nəqliyyat vasitəsi üçün ayrılmış zolaqları da göstərə bilər.

 

2. Hərəkət zolağının qurtaracağını işarə edən nişanlar

 

Nişanlar, məsələn G, 12a və G, 12b sürücülərə hərəkət zolağının qurtaracağım göstərir.

 

3. “DALANA APARAN YOL” nişanı

 

Yolun girişində yerləşdirilmiş G, 13 “DALANA APARAN YOL” nişanı yolun dalana apardığını göstərir.

 

4. “ÜMUMİ SÜRƏT MƏHDUDİYYƏTLƏRİ” nişanı

 

G, 14 “ ÜMUMİ SÜRƏT MƏHDUDİYYƏTLƏRİ” nişanı ölkədə və ya bu ölkənin bir hissəsində qüvvədə olan ümumi sürət məhdudiyyətlərini göstərmək üçün, xüsusən dövlət sərhədlərinin yaxınlığında istifadə edilir. Ölkənin adı və ya fərqlənmə nişanı dövlət gerbi əlavə edilməklə nişanın yuxarı hissəsində yerləşdirilir. Nişanda ölkədə tətbiq edilən ümumi sürət məhdudiyyətləri aşağıdakı qaydada göstərilir: 1)yaşayış məntəqələrində; 2) yaşayış məntəqələrindən kənarda; 3) avtomagistrallarda. Yollarda avtomobillərin ümumi sürət məhdudiyyətinin göstərilməsi üçün E, 6a “AVTOMOBİL YOLU” nişanı işarəsindən İstifadə oluna bilər.

Bu nişanın haşiyəsi və onun yuxarı hissəsi mavi rəngdə olmalıdır; ölkənin adı və üç düzbucaqlı ağ rəngli olmalıdır. Yuxarı və orta düzbucaqlıda istifadə edilən işarələr qara rəngli olmalıdır; orta düzbucaqlıda göstərilən işarədə onu kəsən maili qırmızı zolaq olmalıdır.

 

5. “YOLDAN İSTİFADƏNİN MÜMKÜNLÜYÜ” nişanı

 

a) G, 15 “YOLDAN İSTİFADƏNİN MÜMKÜNLÜYÜ” nişanı dağ yolunun, xüsusən dağ aşırımından keçidin açıq və ya bağlı olmasının göstərilməsi üçün quraşdırılır; o, bu keçidə aparan yol və ya yolların girişində quraşdırılır.

Keçidin (aşınının) adı ağ hərflərlə yazılır. Nişanda “Furka” adı misal olaraq verilmişdir. 1, 2 və 3 lövhəcikləri çıxarıla bilir.

b) Keçid bağlı olduqda, “BAĞLIDIR” yazısı olan qırmızı rəngli lövhəcik 1 tətbiq olunur, əgər keçid açıqdırsa – “AÇIQDIR” yazısı olan yaşıl rəngli lövhəcik 1 tətbiq edilir. Yazılar ağ boya ilə bir neçə dildə yazılır.

c) 2 və 3 lövhəcikləri ağ fonda qara rəngli yazı və işarələrə malik olurlar.

Keçid açıq olduqda, lövhəcik 3-də hər hansı bir göstəriş olmur, lövhəcik 2-də isə yolun vəziyyətindən asılı olaraq ya göstəriş olmur, ya da D, 9 “SÜRÜŞMƏYƏ QARŞI ZƏNCİRLƏR MƏCBURİDİR” nişanı təsvir olunur, yaxud “SÜRÜŞMƏYƏ QARŞI ZƏNCİRLƏRİN VƏ YA QIŞ ŞİNLƏRİNİN İSTİFADƏSİ TÖVSİYƏ EDİLİR” G, 16 işarəsi olur. Bu işarə qara rəngli olmalıdır.

Keçid bağlı olduqda, lövhəcik 3-də yolun açıq olduğu son yaşayış məntəqəsinin adı göstərilir, lövhəcik 2-də isə yolun vəziyyətindən asılı olaraq , ya “.........KİMİ AÇIQDIR” yazısı, ya da G, 16 işarəsi, ya da D, 9 nişanı göstərilir.

 

6. “TÖVSİYYƏ EDİLƏN SÜRƏT” nişanı

 

G,17 “TÖVSİYYƏ EDİLƏN SÜRƏT” nişanı, yol şəraitinin imkan verdiyi və sürücünün müvafiq nəqliyyat vasitəsi kateqoriyası üçün daha aşağı sürət seçməsi məcburi olmadığı hallarda, tövsiyə edilən hərəkət sürətinin göstərilməsi məqsədilə istifadə edilir. Nişanda işarələnmiş rəqəm və ya rəqəmlər diapazonu bu ölkədə nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyyən edilməsi üçün əksər hallarda istifadə olunan ölçü vahidində sürəti göstərir. Bu vahid nişanda göstərilə bilər.

 

7. Ağır nəqliyyat vasitələri üçün tövsiyə edilən yolu işarə edən nişan

 

G, 18 “AĞIR NƏQLİYYAT VASİTƏLƏRİ ÜÇÜN TÖVSİYƏ EDİLƏN YOL” nişanıdır.

 

8. Qəza dayanacağı üçün zolağı işarə edən nişan

 

G,19 “QƏZA DAYANACAĞI ÜÇÜN ZOLAQ” nişanı, sərt enişdə qəza dayanacağı  üçün zolağı göstərmək məqsədilə istifadə olunur. Bu  nişan qəza zolağınadək olan məsafəni göstərən lövhəciklə, A, 2 nişanı ilə birlikdə enişin yuxarı hissəsində, təhlükəli zonanın başlanğıcında və qəza dayanacağı üçün zolağın girişində quraşdırılır. Enişin uzunluğundan asılı olaraq, bu nişan, tələb olunduğu halda, məsafə lövhəciyi ilə yenidən təkrarlanır.

Qəza dayanacağı üçün zolağın müvafiq yola nisbətən vəziyyətindən asılı olaraq işarələr müxtəlif ola bilər.

 

9. Yerüstü və ya yeraltı piyada keçidlərini işarə edən nişanlar

 

a) G, 20 nişanı yerüstü və ya yeraltı piyada keçidlərinin işarə edilməsi məqsədilə istifadə olunur.

b) G, 21 nişanı pilləsiz yerüstü və ya yeraltı piyada keçidlərinin işarə edilməsi məqsədilə istifadə olunur. Bu nişanda habelə əlillər üçün işarə də istifadə edilə bilər.

 

10. Avtomagistraldan çıxışı işarə edən nişanlar

 

Avtomagistraldan çıxışın işarə edilməsi üçün ilkin istiqamət nişanlarının nümunəsi: G, 22a; G, 22b və G, 22c - dir. Bu nişanlarda avtomagistraldan çıxışadək olan məsafə, milli qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni üzərində üç maili xətt çəkilmiş nişandan avtomagistraldan çıxışadək olan məsafənin üçdə biri və üçdə ikisi qədər olan yerlərdə üzərində uyğun olaraq bir və ya iki maili xətt olan nişanların quraşdırılması yolu ilə göstərilməlidir.

 

11. Qəza çıxışlarını göstərən nişanlar

 

a) G, 23a və G, 23b nişanları qəza çıxışlarının yerini göstərir.

b) G, 24a; G, 24b və G, 24c nişanları, ən yaxın qəza çıxışlarınadək olan məsafə və hərəkət istiqamətinin göstərilməsi üçün istifadə edilən nişan nümunələridir. Tunellərdə onlar bir-birindən maksimum 50 m məsafədə , yan divarda 1 m-dən 1,5 m-dək hündürlükdə yerləşdirilməlidirlər.

c)G, 23 və G, 24 nişanlarının yaşıl fonu, işarə , ox və məsafə göstəriciləri isə ağ və ya açıq rəngli olur.

 

Bölmə H

 

ƏLAVƏ LÖVHƏCİKLƏR

 

1.         Bu lövhəciklər ağ və ya sarı fona, qara, göy və ya qırmızı haşiyəyə malik olduqda, onlarda məsafə və ya uzunluq göstəriciləri və ya işarələri qara və ya göy rəngli, yaxud lövhəciklər qara və ya göy fona, ağ, sarı və ya qırmızı haşiyəyə malik olduqda, onlarda məsafə və ya uzunluq göstəriciləri və ya işarələri ağ və ya sarı rəngli olur.

2.         a) H,1 əlavə lövhəcikləri nişanla qaydaların tətbiq edildiyi təhlükəli sahəyə və ya zonaya qədər olan məsafəni göstərir.

b) H,2 əlavə lövhəcikləri göstərişin tətbiq edildiyi təhlükəli sahənin və ya zonanın uzunluğunu göstərir.

c) Əlavə lövhəciklər nişanların altında yerləşdirilir. Əlavə lövhəciklər üçün nəzərdə tutulmuş işarələr Ab xəbərdaredici nişanların aşağı hissəsində də yerləşdirilə bilər.

3.         Durmanın qadağan edilməsi və ya məhdudlaşdırılmasına aid olan H,3 və H,4 əlavə lövhəciklərinin nümunələri uyğun olaraq H,3a; H,3b və H,3c və H,4a; H,4b və H,4c-dir. (Bu əlavənin C bölməsinin 9 c) bəndinə bax).

4.         Yol istifadəçilərinin bəzi kateqoriyalarının qrafik işarələrinin əmredici nişanlara çəkilməsi hesabına onların təsiri bu kateqoriyalar ilə məhdudlaşdırıla bilər. Məsələn, H,5a və H, 5b.

Yol istifadəçilərinin bəzi kateqoriyalarının qrafik işarələrinin çəkilməsi və konkret dövlətin dilində “başqa” sözünün əmredici nişanlara yazılması hesabına onların təsirinin bu kateqoriyalara aid olmadığı göstərilə bilər. Məsələn, H, 6. Lazım olduğu hallarda işarələr bu dildə yazılar ilə əvəz edilə bilər.

5.         Əlillərin nəqliyyat vasitələrinin duracağı üçün ayrılmış yerlərin işarələnməsi məqsədilə C,18 və ya E, 14 nişanları ilə birlikdə H, 7 lövhəciyindən istifadə olunur.

6.         H, 8 əlavə lövhəciyi, enli ştrix xətlərin baş yolları, nazik xətlərin isə - B, 1 və ya B, 2 nişanlarının quraşdırıldığı yolları göstərən yolayrıcının sxematik təsvirindən ibarətdir.

7.         Qarşıda buzla və ya qarla örtülü, sürüşkən yol sahəsinin olmasını işarə etmək məqsədilə H, 9 əlavə lövhəciyindən istifadə olunur.

 

Bütün Əlavə 1-ə aid edilən qeyd: Sol tərəfli hərəkət olan dövlətlərdə nişanlar və /və ya işarələr müvafiq hallarda əks istiqamətə yönəlir.

 

Əlavə 2

 

YOLLARIN NİŞANLANMASI

 

Bölmə I

 

ÜMUMİ MÜDDƏALAR

 

1. Yolun hərəkət hissəsində nişanlama (yol nişanlanması) sürüşmə yaratmayan materialların tətbiqi ilə çəkilməlidir və yolun səviyyəsindən 6 mm-dən artıq çıxıntı əmələ gətirməməlidir. Yolun nişanlanması üçün knopkalardan (taxmalardan) və ya digər onlara bənzər qurğulardan istifadə olunduğu halda, onlar yolun səviyyəsindən 1,5 sm-dən çox (işıqqaytarıcı knopkalar (taxmalar) tətbiq edildikdə isə 2,5 sm-dən çox) çıxıntı əmələ gətirməməlidir; onların istifadəsi hərəkətin təhlükəsizliyi tələblərinə cavab verməlidir.

 

Bölmə II

 

UZUNUNA NİŞANLANMA

 

A. İŞARƏLƏRİN ÖLÇÜLƏRİ

2. Uzununa nişanlanmada bütöv və qırıq xətlərin eni 0,10 m-dən az olmamalıdır.

3. Yan-yana çəkilmiş iki uzununa xəttin (qoşa xətt) arasındakı məsafə 0,10 m - dən 0,18 m - dək olmalıdır.

4. Qırıq xətt eyni ara məsafələri ilə ayrılmış bərabər ölçülü cizgilərdən ibarətdir. Cizgilərin və onların ara məsafəsinin müəyyən edilməsi zamanı bu yol sahəsində və ya bu zonada nəqliyyat vasitələrinin hərəkət sürəti nəzərə alınmalıdır.

5. Yaşayış məntəqələrindən kənarda qırıq xətt uzunluğu 2 m-dən 10 m - dək olan cizgilərdən ibarət olmalıdır; bu əlavənin 23-cü maddəsində göstərilmiş yaxınlaşmanı bildirən xəttin cizgilərinin uzunluğu onların ara məsafəsindən 2-3 dəfə artıq olmalıdır.

6. Yaşayış məntəqələrində cizgi xətlərinin uzunluğu və onların ara məsafəsi, yaşayış məntəqələrindən kənarda cizgi xətlərinin uzunluğu və onların ara məsafəsindən az olmalıdır. Cizgilərin uzunluğu 1 m-dək azaldıla bilər. Lakin, şəhərlərin bəzi iri sürətli magistrallarında uzununa nişanlanmanın xarakteristikaları yaşayış məntəqələrindən kənardakı kimi ola bilər.

 

B. HƏRƏKƏT ZOLAQLARININ İŞARƏLƏNMƏSİ

7. Hərəkət zolaqlarının nişanlanması ya qırıq, ya bütöv xətlərlə, ya da digər uyğun vasitələrlə yerinə yetirilə bilər.

             i) Yaşayış məntəqələrindən kənarda

8. İki hərəkət zolağı olan, ikitərəfli hərəkətli yollarda yolun hərəkət hissəsinin ox xətti uzununa nişanlanma ilə işarələnməlidir. Ox xətti, bir qayda olaraq, qırıq xətt ilə işarələnir. Müstəsna hallarda bu məqsədlər üçün bütöv xətt tətbiq edilir.

9. Üç hərəkət zolaqlı yolların normal görünüşlü sahələrində zolaqlar, bir qayda olaraq, qırıq xətlərlə göstərilir. Bəzi hallarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə bütöv xətt və ya bütöv xəttin yanından çəkilmiş qırıq xətlər tətbiq oluna bilər.

10. Üçdən artıq hərəkət zolağı olan yollarda, mərkəzi zolaqda hərəkət istiqamətinin dəyişməsinin mümkün olduğu hallar istisna olunmaqla, hərəkət istiqamətlərini ayıran xətt bütöv xətlə və ya qoşa bütöv xətlə işarələnməlidir. Bununla yanaşı, hərəkət zolaqları qırıq xətlə işarələnməlidir (diaqram 1a və 1b).

ii) Yaşayış məntəqələrində

11. Yaşayış məntəqələrində 8-10-cu bəndlərdə göstərilən tövsiyələr ikitərəfli hərəkət küçələrinə və hərəkət zolaqlarının sayı ikidən artıq olan birtərəfli hərəkət küçələrinə aid edilir.

12. Bordürlərin, təhlükəsizlik adacıqlarının və ya istiqamətləndirici adacıqların olması səbəbindən yolun hərəkət hissəsinin eni məhdudlaşdırıldığı məntəqələrdə hərəkət zolaqları işarələnməlidir.

13. Yolun eni nəqliyyat vasitələrinin iki və ya bir neçə cərgədə hərəkəti üçün kifayət qədər enli olan iri yolayrıclarının (xüsusən nizamlanan) yanında hərəkət zolaqları diaqram 2 və 3-ə uyğun işarələnməlidir. Bu halda zolaqların sərhədlərini göstərən xətlərə oxlar əlavə edilə bilər (bu əlavənin 39-cu bəndinə bax).

 

C. XÜSUSİ HALLARIN İŞARƏLƏNMƏSİ

i) Bütöv xətlərin tətbiqi

14. Bir sıra yolayrıclarında hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə qırıq xətlər (diaqram 4) bütöv xətlərlə əvəzlənməli və ya tamamlanmalıdır (diaqramlar 5 və 6).

15. Görünüş məsafəsi az olan yerlərdə (yol qırılmalarında, döngələrdə və sair) və ya yolun hərəkət hissəsinin daraldığı və ya görünüşün minimal M məsafəsindən az olan yol sahələri üçün müəyyən olunan hər hansı digər xüsusiyyətlərinin, məhdudiyyətlərinin olduğu yerlərdə əks istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş yol hissəsindən istifadə olunmanın qadağan edilməsi zərurəti yarandıqda, 7a-16 diaqramlarına uyğun olaraq bütöv xətt çəkilməlidir. 7a -10a diaqramlarında 1 m bərabər olan göz səviyyəsi, nəqliyyat vasitələrinin konstruksiyasına uyğun olan ölkələrdə 1,20 m qədər artırıla bilər.

16. M üçün qəbul edilən kəmiyyət yolun xarakteristikasından asılı olaraq dəyişir. 7a, 7b, 8a, 8c və 8d diaqramlarında görünüş məsafəsi məhdud olan iki və üç hərəkət zolaqlı yol qırılmalarında xətlərinin çəkilişi göstərilmişdir. Bu diaqramlar onların yerləşdiyi vərəqin yuxarı hissəsində göstərilmiş uzununa profilə və aşağıdakı 24-cü bəndə müvafiq müəyyən edilmiş M məsafəsinə uyğundurlar: A (və ya D) görünüş məsafəsinin M-dən az olduğu məntəqədir, C (və ya B) isə görünüş məsafəsinin yenidən M-dən çox olduğu məntəqədir.

17. AB və CD kəsiklərinin bir-birinin üstünə düşdükləri hallarda , yəni yol qırılmasına çatmadan hər iki istiqamətdə görünüş məsafəsinin M görünüş məsafəsindən artıq olduğu hallarda xətlər həmin üsulla yerləşdirilməlidir, həm də qırıq xətlərin yanında çəkilmiş bütöv xətlər diaqram 9, 10a və 10b-də göstərildiyi kimi toxunmurlar.

18. 11a və 11b diaqramları, eyni hipotezlə, məhdud görünüşlü, iki hərəkət zolaqlı, əyri yol sahəsində xətlərin işarələnməsini göstərir.

19. Üç hərəkət zolaqlı yollarda iki metodun tətbiqi mümkündür. Bunlar diaqram 8a, 8b, 8c və 8d - də (və ya şəraitdən asılı olaraq, 10a və 10b-də) göstərilmişdir. Diaqram 8a və ya 8b (və ya şəraitdən asılı olaraq, 10a) ikitəkərli nəqliyyat vasitələrinin əhəmiyyətli hərəkəti olan yollarda, diaqram 8c və 8d (və ya şəraitdən asılı olaraq, 10b) isə əsasən dördtəkərli nəqliyyat vasitələrinin hərəkətinin çoxluq təşkil etdiyi yollara tətbiq edilməlidir. Diaqram 11 c, eyni hipotezlə, məhdud görünüşlü, üç hərəkət zolaqlı, əyri yol sahəsində xətlərin işarələnməsini göstərir.

20. Diaqram 12, 13 və 14-də yolun hərəkət hissəsinin daralmasını işarə edən xətlər göstərilmişdir.

21. Diaqram 8a, 8b, 8c, 8d, 10ə və 10b-də çəpinə keçid xətlərinin ox xəttinə nisbətən mailliyi 1/20-dən artıq olmamalıdır.

22. Yolun hərəkət hissəsinin eninin dəyişməsi zamanı nişanlanmanın şəklini verən diaqram 13 və 14-də, habelə bütöv xəttin (xətlərin) əyilməsini tələb edən maneələri göstərən diaqram 15,16 və 17-də xətt və ya xətlərin əyilməsi yüksək hərəkət sürətli yollarda üstünlüyünə görə 1/50 - dən, hərəkət sürəti saatda 50 km (30 mil) - dən artıq olmayan yollarda isə 1/20 - dən az olmalıdır. Bundan əlavə tətbiq olunduğu hərəkət istiqaməti üzrə bütöv əyri xətdən əvvəl, yolun hərəkət hissəsinin oxuna paralel və uzunluğu avtomobilin orta sürətlə 1 saniyə ərzində qət etdiyi məsafəyə bərabər olan bütöv xətt çəkilməlidir.

23. Adi yol sahəsində hərəkət zolaqlarmı qırıq xətlə işarələmək zəruri olmadıqda, bütöv xətdən əvvəl nəqliyyat vasitələrinin normal sürətindən asılı məsafədə, yəni 50 metrdən az olmayaraq, yaxınlaşmanı bildirən qırıq xətt gəlməlidir. Əgər adi yol sahəsində hərəkət zolaqları qırıq xətlə işarələnmişdirsə, bütöv xətdən əvvəl nəqliyyat vasitələrinin normal sürətindən asılı məsafədə, yəni 50 metrdən az olmayaraq, yaxınlaşmanı bildirən xətt gəlməlidir. Nişanlanmaya sürücülərə hərəkət etməli olduqları zolağı göstərən bir və ya bir neçə oxlar da əlavə edilə bilər.

ii) Bütöv xətlərin tətbiqi şərtləri

24. Üzərində bütöv xəttin çəkilişi arzu olunan və ya olunmayan yol sahələrinin müəyyən olunmasında qəbul edilməli olan görünmə məsafəsinin seçimi, habelə bütöv xəttin uzunluğunun müəyyən edilməsi mütləq kompromisin nəticəsidir. Aşağıda göstərilən cədvəl müxtəlif hərəkət sürətlərinə uyğun olan tövsiyə edilən M kəmiyyətini verir:

 

Yaxınlaşma sürəti

M kəmiyyətinin cədvəli

100 km/saat (60 mil/saat)

160 m-dən 320 m-dək

80 km/saat (50 mil/saat)

130 m-dən 260 m-dək

65 km/saat (40 mil/saat)

90 m-dən 180 m-dək

50 km/saat (30 mil/saat)

60 m-dən 120 m-dək

 

25. Bu cədvəldə göstərilməyən sürətlər üçün uyğun M kəmiyyəti interpolyasiya və ya ekstrapolyasiyanın köməyi ilə hesablanmalıdır.

D. YOLUN HƏRƏKƏT HİSSƏSİNİN SƏRHƏDLƏRİNİ İŞARƏ EDƏN SƏRHƏD XƏTLƏRİ

26. Yolun hərəkət hissəsinin sərhədini göstərən nişanlanma xətti əsasən bütöv xətdən ibarət olur. Bu xətlər plitkalar, knopkalar və ya işıqqaytarıcılar istifadə olunmaqla tamamlana bilər.

E. MANEƏLƏRİN İŞARƏLƏNMƏSİ

27. 15, 16 və 17 diaqramlarında yolun hərəkət hissəsində olan adacıqların və ya digər maneələrin yanında çəkilməli olan nişanlanmanın nümunələri təsvir olunmuşdur.

F. DÖNMƏ XƏTLƏRİ

28. Bəzi yolayrıclarında sağtərəfli hərəkət olan dövlətlərdə sola dönmənin və ya soltərəfli hərəkət olan dövlətlərdə sağa dönmənin necə yerinə yetirilməsinin sürücülərə göstərilməsi arzu olunandır.

G. NƏQLİYYAT VASİTƏLƏRİNİN BƏZİ KATEQORİYALARI ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ HƏRƏKƏT ZOLAĞININ YOL NİŞANLANMASl

28-bis. Nəqliyyat vasitələrinin bəzi kateqoriyaları üçün nəzərdə tutulmuş hərəkət zolağının nişanlanması hərəkət hissəsində digər bütöv və qırıq xətlərdən eni və qırıq xətlərin ara məsafəsinin qısa olması ilə fərqlənən xətlərlə çəkilməlidir. Əsasən avtobuslar üçün nəzərdə tutulmuş hərəkət zolağında “BUS” sözü və ya “A” hərfi zəruli yerlədə, xüsusən də belə zolağın başlanğıcında və yolayrıclarından sonra çəkilməlidir. Diaqram 28a və 28b-də şəhər nəqliyyatının müntəzəm xətlərində daşımaları yerinə yetirən nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağının nişanlanmasının nümunələri misal gətirilmişdir.

 

Bölmə III

 

KÖNDƏLƏNİNƏ  NİŞANLANMA

 

A. ÜMUMİ MÜDDƏALARI

29. Sürücülərin yol nişanlanmasını gördükləri görünüş bucağı nəzərə alınmaqla, köndələninə nişanlanma uzununa nişanlanmaya nisbətən enli olmalıdır.

 

B. STOP-XƏTLƏR

30. Stop-xəttin minimal eni 0,20 m , maksimal eni isə 0,60 m olmalıdır. Tövsiyə olunan en 0,30 m-dir.

31. Bu xətt dayanmam işarə edən yol nişanı ilə birgə tətbiq olunduğu halda, stop-xətt elə çəkilməlidir ki, onun birbaşa qarşısında dayanmış sürücü yolayrıcına digər girişlərdə hərəkəti mümkün qədər azad seyr edə bilsin; bu halda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə dair tələblər nəzərə alınmalıdır.

32. Stop-xətlər uzununa xətlərlə tamamlana bilər (diaqram 18 və 19 bax). Onlar həmçinin yolun hərəkət hissəsində çəkilən “STOP” sözü ilə də tamamlana bilər; belə nişanlanmanın nümunələri diaqram 20 və 21-də verilmişdir. “STOP” sözünün yuxarı kənarı ilə stop-xəttin arasındakı məsafə 2 m-dən az, 25 m-dən isə çox olmamalıdır.

C. SÜRÜCÜLƏRİN YOL VERMƏLİ OLDUQLARI YERİ İŞARƏ EDƏN XƏTLƏR

33. Hər bir xəttin minimal eni 0,20 m , maksimal eni isə - 0,60 m təşkil etməlidir; iki xətt olduqda, onlar arası məsafə 0,30 m-dən az olmamalıdır. Xətt yolda yan - yana yerləşdirilmiş, zirvəsi yol verməli olan sürücüyə tərəf istiqamətlənmiş üçbucaqlarla əvəz oluna bilər. Bu üçbucaqların oturacaqları 0,40 m-dən az və 0,60 m-dən çox olmamalı, hündürlüyü isə 0,50 m-dən az və 0,70 m-dən çox olmamalıdır.

34. Köndələninə nişanlanma, bu əlavənin 31-ci bəndində göstərilmiş stop - xətlərlə eyni şərtlər daxilində çəkilməlidir.

35. 34-cü bənddə qeyd olunmuş nişanlanma yolun hərəkət hissəsinə çəkilən və nümunəsi diaqram 22-də göstərilən üçbucaqla tamamlana bilər. Bu üçbucağın oturacağı ilə köndələn xəttin arasındakı məsafə 2 m-dən az, 25 m-dən isə çox olmamalıdır. Bu üçbucağın oturacağı 1m-dən az olmamalı, hündürlüyü isə oturacağından üç dəfə böyük olmalıdır.

36. Bu köndələninə nişanlanma uzununa xətlərlə tamamlana bilər.

D. PİYADA KEÇİDLƏRİ

37. Piyada keçidinin işarələndiyi zolaqlar arası məsafə ən azı bu zolaqların eninə bərabər olmalı və ondan iki dəfədən artıq olmamalıdır. Bir zolağın və zolaq arası məsafənin ümumi eni 1 m-dən 1,40 m-dək təşkil etməlidir. Piyada keçidinin tövsiyəm olunan minimal eni hərəkət sürətinin saatda 60 km həddində məhdudlaşdırıldığı yollarda 2,5 m , sürətin daha yüksək olduğu və ya məhdudlaşdırılmadığı yerlərdə isə 4 m olmalıdır.

E. VELOSİPEDÇİLƏR ÜÇÜN KEÇİDLƏR

38. Velosipedçilər üçün keçidlər qoşa qırıq xətlə işarələnməlidir. Bu qırıq xətlər əsasən kvadratlardan (0,40- 0,60 m ) X (0,40- 0,60 m ) ibarət olmalıdır. Kvadratlar arası məsafə 0,40- 0,60 m təşkil etməlidir. Keçidin eni 1,80 m az olmamalıdır. Plitka və knopkaların istifadəsi tövsiyə edilmir.

 

 

Bölmə IV

 

NİŞANLANMANIN DİGƏR NÖVLƏRİ

 

A. OXLAR

39. Yolayrıcına yaxınlaşarkən nəqliyyat vasitələrinin yerdəyişməsinə imkan verən kifayət sayda hərəkət zolağı olan yollarda, hərəkət üçün istifadə olunmalı zolaqlar yolun hərəkət hissəsinin üzərinə çəkilən oxlarla göstərilə bilər (diaqram 2, 3, 19 və 23). Oxlar həmçinin birtərəfli hərəkət olan yollarda hərəkət istiqamətinin təsdiqlənməsi məqsədilə tətbiq oluna bilər. Bu oxların uzunluğu 2 m-dən az olmamalıdır. Ox işarələri hərəkət hissəsində yazılarla tamamlana bilər.

B. PARALEL MAİLİ XƏTLƏR

40. Diaqram 24 və 25-də nəqliyyat vasitələri üçün girişin qadağan edildiyi zonaların nümunələri verilmişdir.

C. YAZILAR

41. Yolun hərəkət hissəsində yazılar hərəkətin nizamlanması, yol istifadəçilərinin xəbərdar olunması və ya təlimatlandırılması məqsədilə tətbiq oluna bilər. Tövsiyə olunur ki, bu zaman işlənən sözlər ya yaşayış məntəqələrinin adları, ya yolların nömrələri, ya da beynəlxalq planda qəbul olunmuş sözlər (məsələn, “stop”, “bus”, “taxi”) olmalıdır.

42. Sürücülərin yazılan kiçik görünüş bucağı ilə görməsi səbəbindən yazılar hərəkət istiqamətində xeyli uzadılmış olmalıdır ( diaqram 20-ə bax).

43. Yaxınlaşma sürətinin saatda 50 km-dən (30 mil) artıq olduğu hallarda, hərflərin minimal uzunluğu 2,5 m təşkil etməlidir.

D. DAYANMA VƏ DURMAYA AİD İŞARƏLƏR

44. Dayanma və durmanın məhdudlaşdırılması bordürlərdə və ya hərəkət hissəsində nişanlanma ilə göstərilə bilər. Duracaq yerlərinin sərhədləri yolun hərəkət hissəsində çəkilmiş müvafiq xətlərlə işarələnə bilər.

E. YOLUN HƏRƏKƏT HİSSƏSİNDƏ VƏ ONA YANAŞAN QURĞULARDA NİŞANLANMA

  i)Nəqliyyat vasitələrinin durması məhdudlaşdırılmış yerləri göstərən nişanlanma

45. Ziqzaq şəkilli xəttin nümunəsi diaqram 26-da verilmişdir.

  ii)   Mane yaradan əşyalar üzərində nişanlanma

46. Maneə yaradan əşyalar üzərində nişanlanmanın nümunələri diaqram 27-də verilmişdir.

 

N01_YAN11_0092 N01_YAN11_0093 N01_YAN11_0094 N01_YAN11_0095 N01_YAN11_0096 N01_YAN11_0097 N01_YAN11_0098 N01_YAN11_0099 N01_YAN11_0100 N01_YAN11_0101 N01_YAN11_0102 N01_YAN11_0103 N01_YAN11_0104 N01_YAN11_0105 N01_YAN11_0106 N01_YAN11_0107 N01_YAN11_0108 N01_YAN11_0109 N01_YAN11_0110 N01_YAN11_0111 N01_YAN11_0112 N01_YAN11_0113 N01_YAN11_0114 N01_YAN11_0115 N01_YAN11_0116 N01_YAN11_0117 N01_YAN11_0118 N01_YAN11_0119 N01_YAN11_0120 N01_YAN11_0121 N01_YAN11_0122 N01_YAN11_0123 N01_YAN11_0124 N01_YAN11_0125 N01_YAN11_0126 N01_YAN11_0127 N01_YAN11_0128

 

 

 

Vyana şəhərində 1968-ci il noyabrın 8-də imzalanmış

“Yol nişanları və siqnalları haqqında” Konvensiyaya dair

Azərbaycan Respublikasının Qeyd-şərti

 

Azərbaycan Respublikası Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 44-cü maddəsini özü üçün məcburi hesab etmir.

 

 

 

Vyana şəhərində 1968-ci il noyabrın 8-də imzalanmış

“Yol nişanları və siqnalları haqqında” Konvensiyaya dair

Azərbaycan Respublikasının Bəyanatı

 

Azərbaycan Respublikası Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində Aa nişan nümunəsinin –“xəbərdaredici” və B, 2a nişan nümunəsinin – “DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı olaraq qəbul edilməsini bəyan edir.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).


N01_YAN11_0129

 

 

 



[*] 30 noyabr 1995-ci il və 28 mart 2006-cı il tarixlərdə Konvensiyaya edilmiş düzəlişlər nəzərə alınmaqla.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status