AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2010
QEYDİYYAT NÖMRƏSİ
31-IVQ
ADI
“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-01-2011, Nəşr nömrəsi: 16), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 9)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında

“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” 1973-cü il martın 1-də Cenevrə şəhərində imzalanmış Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur)  təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il

           31-IVQ

 

 

Yol nişanları və siqnalları haqqında konvensiyasını

Tamamlayan Avropa sazişinin yolların nişanlanması barədə

 

PROTOKOLU*

 

 

8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, yol nişanları və siqnalları haqqında konvensiyanın və 1 may 1971-ci ildə Cenevrə şəhərində imzalamaq üçün açılan bu konvensiyanı tamamlayan Avropa sazişinin tərəfləri olan razılığa gələn tərəflər,

Avropada yol nişanlaması ilə bağlı qaydaların daha böyük unifikasiyasına nail olmaq məqsədilə

Aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın və 1971-ci il mayın 1-də imzalanmaq üçün açılan bu Konvensiyanı tamamlayan Avropa Sazişinin tərəfləri olan Razılığa gələn tərəflər onların ərazilərində tətbiq olunan yol nişanlanması sisteminin bu Protokolun əlavəsinin müddəalarına uyğun olması üçün müvafiq tədbirlər görürlər.

Maddə 2

1. Bu Protokol 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanlan və siqnalları haqqında Konvensiyanı və 1971-ci il mayın 1-də imzalanmaq üçün açılan bu Konvensiyanı tamamlayan Avropa Sazişini imzalamış dövlətlər, yaxud onlara qoşulmuş və Birləşmiş Millətlər Təşkilatının Avropa iqtisadi komissiyasının üzvü olan ya da bu Komissiyanın fəaliyyət dairəsi barədə Əsasnamənin 8-ci maddəsinə uyğun olaraq Komissiyanın işində məsləhətçi statusu ilə iştirak etməyə buraxılmış dövlətlər tərəfindən imzalanması üçün 1 mart 1974-cü ilə qədər açıqdır.

2. Bu Protokol 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiya və 1971-ci il mayın 1-də imzalanmaq üçün açılan bu Konvensiyanı tamamlayan Avropa Sazişi dövlət tərəfindən ratifikasiya edildikdən və ya onlara qoşulduqdan sonra ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün verilir.

3. Bu Protokol bu maddənin 1-ci bəndində göstərilən və 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişan və siqnalları haqqında Konvensiyanın və 1 may 1971-ci ildə Cenevrə şəhərində imzalanmaq üçün açılan bu Konvensiyam tamamlayan Avropa Sazişinin Tərəfi olan hər hansı dövlətin qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər saxlanılmaq üçün Baş katibə verilir.

Maddə 3

1. Hər bir dövlət bu Protokolu imzalayarkən, ratifikasiya edərkən və ya ona qoşularkən, yaxud istənilən sonrakı zaman Baş katibə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki, bu Protokol xarici münasibətləri üçün bu dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə və ya ərazilərin bir qisminə tətbiq edilir. Protokol bildirişdə qeyd edilən ərazi və ya ərazilərdə Baş katibin bu bildirişi aldığı gündən otuz gün keçdikdən sonra və ya bildiriş vermiş dövlət üçün Protokolun qüvvəyə mindiyi anda, - əgər bu tarix ondan sonradırsa, - tətbiq edilməyə başlayır.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat vermiş hər bir dövlət sonralar istədiyi vaxt Baş katibə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki, bu Protokol bildirişdə qeyd edilmiş ərazidə daha tətbiq edilməyəcəkdir və Protokol Baş katibin bu bildirişi almasından bir il keçdikdən sonra göstərilən ərazidə tətbiq edilməyəcəkdir.

Maddə 4

1. Bu Protokol ratifikasiya və ya qoşulma haqqında onuncu sənəd saxlanılmaq üçün təhvil verildikdən on iki ay sonra qüvvəyə minir.

2. Ratifikasiya və ya qoşulma haqqında onuncu sənəd saxlanılmaq üçün təhvil verdikdən sonra bu Protokolu ratifikasiya edən və ya ona qoşulan hər bir dövlətə münasibətdə Protokol ratifikasiya sənədinin və ya qoşulma haqqında sənədin həmin dövlət tərəfindən saxlanılmağa verildiyi gündən on iki ay keçdikdən sonra qüvvəyə minir.

3. Əgər bu maddənin 1 və 2-ci bəndindən irəli gələn qüvvəyə minmə tarixi 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın 39-cu maddəsindən irəli gələn tarixdən əvvələ düşürsə, Protokol bu maddənin 1-ci bəndinə əsasən sonuncu tarixdə qüvvəyə minir.

Maddə 5

Protokol qüvvəyə mindiyi andan o, Yol hərəkəti haqqında 1949-cu il Konvensiyasına və 1949-cu il Yol nişanlan və siqnalları haqqında Protokola əlavə olaraq 16 sentyabr 1950-ci ildə Cenevrədə imzalanmış Avropa Sazişində nəzərdə tutulan Yol nişan və siqnalları haqqında Protokola dair müddəalar, 16 dekabr 1955-ci ildə Cenevrədə imzalanmış Yol işlərinin sərhədlərinin nişanlanması haqqında Saziş və 13 dekabr 1957-ci ildə Cenevrədə imzalanmış Yol nişanlanması haqqında Avropa Sazişini ləğv edir və Razılığa gələn Tərəflər arasındakı münasibətlərdə onları əvəz edir.

Maddə 6

1. Bu Protokol qüvvəyə mindikdən on iki ay sonra hər bir Razılığa gələn Tərəf Protokola bir və ya bir neçə düzəliş təklif edə bilər. Təklif edilən hər bir düzəlişin mətni izahedici memorandumla birgə Baş katibə göndərilir, o isə düzəlişi Razılığa gələn bütün Tərəflərə göndərir. Razılığa gələn Tərəflər həmin mətnin onlara göndərildiyi gündən on iki ay müddətində Baş katibə aşağıdakıları bildirmək imkanına malikdirlər: a) düzəlişi qəbul edirlər; b) düzəlişi rədd edirlər və ya c) düzəlişə baxılması üçün konfrans çağırılmasını arzu edirlər. Baş katib təklif olunan düzəlişin mətnini də bu Protokolun 2-ci maddəsində göstərilən dövlətlərə göndərir.

2. a ) Bu maddənin 1-ci bəndinə uyğun olaraq təklif edilən istənilən düzəliş bu maddənin 1-ci bəndinə uyğun yalnız o halda qəbul olunmuş sayıla bilər ki, Razılığa gələn tərəflərdən üçdə birindən azı yuxarıda qeyd edilən on iki ay müddətində Baş katibə düzəlişi rədd etmələri və ya həmin düzəlişin müzakirə edilməsi üçün konfransın çağırılmasını arzu etdiyi barədə məlumat versin. Baş katib təklif edilən düzəlişlərin qəbulu və ya rədd edilməsi və ya konfransın çağırılması ilə əlaqədar Razılığa gələn bütün Tərəflərə hər dəfə məlumat verir. Əgər müəyyən edilmiş on iki ay müddətində Razılığa gələn Tərəflərin üçdə birindən az qismindən bu cür xahişlər və rəddetmələr gələrsə, Baş katib bütün Razılığa gələn tərəfləri məlumatlandırır ki, düzəliş müəyyən olunmuş müddətdə düzəlişi rədd etmiş və ya onu müzakirə etmək üçün konfrans çağırılması xahişi ilə müraciət etmiş tərəflər istisna edilməklə, Razılığa gələn bütün tərəflər üçün bu maddənin 1-ci bəndinə uyğun olaraq on iki ay bitdikdən 6 ay sonra qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki aylıq müddət ərzində təklif olunan düzəlişi rədd etmiş və ya ona baxılması üçün konfrans çağırılmasını xahiş etmiş Razılığa gələn hər bir Tərəf həmin müddət keçdikdən sonra istənilən vaxt düzəlişi qəbul etməsi barədə Baş katibə məlumat verə bilər, Baş katib isə bu məlumatı Razılığa gələn bütün başqa Tərəflərə göndərir. Düzəliş, onun qəbul edilməsi haqqında bu cür məlumat göndərmiş Razılığa gələn Tərəflər üçün onları Baş katibin aldığı vaxtdan altı ay sonra qüvvəyə minir.

3. Əgər təklif edilən düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul olunmayıbsa və əgər bu maddənin 1-ci bəndində nəzərdə tutulan on iki aylıq müddətdə Razılığa gələn Tərəflərin ümumi sayının yarısından azı təklif olunan düzəlişi rədd etdiyini Baş katibə bildirirsə və əgər Razılığa gələn bütün Tərəflərin azı üçdə biri, lakin ən azı beşi düzəlişi qəbul etdiyini və ya həmin düzəlişi müzakirə etmək üçün konfrans çağırılmasını istədiyini ona bildirirsə, Baş katib təklif olunan düzəlişə və ya bu maddənin 4-cü bəndinə uyğun olaraq ona təqdim edilə biləcək hər hansı başqa təklifə baxılması üçün konfrans çağırır.

4. Əgər konfrans bu maddənin 3-cü bəndinə uyğun olaraq çağırılırsa, Baş katib bura bütün Razılığa gələn Tərəfləri və bu Protokolun 2-ci maddəsində göstərilmiş digər dövlətləri dəvət edir. Baş katib konfransa dəvət edilmiş bütün dövlətlərə təklif edilmiş düzəlişdən əlavə konfransda müzakirə etmək istədikləri hər hansı bir təklifi, konfransın açılmasına azı 6 ay qalmış ona təqdim etmələrini xahiş edir və konfransa dəvət olunan bütün dövlətlərə bu təkliflər barədə konfransın açılmasına azı üç ay qalmış məlumat verir.

5. a ) Bu Protokola edilmiş hər hansı bir düzəliş konfransda təmsil olunmuş dövlətlərin üçdə iki əksəriyyəti tərəfindən qəbul edilirsə, qəbul edilmiş sayılır, bu şərtlə ki, bu əksəriyyət konfransda təmsil edilmiş Razılığa gələn bütün Tərəflərin azı üçdə ikisini əhatə etsin. Baş katib düzəlişin qəbul edilməsi barədə bütün Razılığa gələn Tərəflərə məlumat verir və həmin düzəliş bu məlumatın verildiyi gündən on iki ay sonra, düzəlişi rədd etdikləri barədə həmin müddətdə Baş katibə məlumat vermiş dövlətlər istisna olmaqla, Razılığa gələn bütün Tərəflər üçün qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki aylıq müddət ərzində düzəlişi rədd etmiş Razılığa gələn hər bir Tərəf istənilən vaxt düzəlişi qəbul etməsi barədə Baş katibə məlumat verə bilər, Baş katib isə bu məlumatı Razılığa gələn bütün başqa Tərəflərə göndərir. Düzəliş, onun qəbul edilməsi haqqında bu cür məlumat göndərmiş Razılığa gələn Tərəflər üçün onu Baş katibin aldığı vaxtdan altı ay sonra və ya yuxanda göstərilən on iki aylıq müddət, - əgər bu müddət daha gec qurtarırsa, - qurtardıqdan sonra qüvvəyə minir.

6. Əgər təklif edilən düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul edilmiş sayılmırsa və əgər bu maddənin 3-cü bəndinə əsasən konfransın çağırılma şərtləri yerinə yetirilməyibsə, təklif edilən düzəliş rədd olunmuş hesab olunur.

7. Bu maddənin 1-6-cı bəndlərində nəzərdə tutulmuş düzəlişlərin edilməsi qaydasından asılı olmayaraq, Protokola əlavə bütün Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında bağlanan sazişə əsasən dəyişdirilə bilər. Əgər Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanı bəyan etsə ki, onun razılığı milli qanunvericiliyə əsasən qanunverici orqanın təsdiqinin alınmasından və ya xüsusi razılığın alınmasından asılıdır, Razılığa gələn Tərəfin səlahiyyətli orqanının razılığı yalnız o zaman verilmiş hesab edilir ki, bu səlahiyyətli orqan tələb olunan səlahiyyətin və ya icazənin alındığı barədə Baş katibə məlumat versin. Səlahiyyətli orqanlar arasında bağlanan sazişdə qeyd oluna bilər ki, keçid dövrü ərzində əlavənin köhnə müddəaları tam və ya qismən yeni müddəalarla birlikdə qüvvədə saxlanılır. Baş katib yeni müddəaların qüvvəyə minməsi tarixini müəyyən edəcəkdir.

8. Hər bir dövlət bu Protokolu imzalayarkən və ya ratifikasiya edərkən və ya ona qoşularkən Baş katibə bu maddənin 7-ci bəndinə uyğun olaraq razılıq verəcək səlahiyyətli orqanının adını və ünvanını bildirir.

Maddə 7

Razılığa gələn hər bir tərəf bu Protokolu Baş katibə ünvanladığı yazılı bildiriş vasitəsilə ləğv edə bilər. Ləğvetmə Baş katib tərəfindən bildiriş məktubu alındıqdan bir il sonra qüvvəyə minir. 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın və 1971-ci il mayın 1-də imzalanmaq üçün açılan bu Konvensiyanı tamamlayan Avropa Sazişinin Tərəfi olmaqdan çıxan hər bir dövlət həmin gündən etibarən bu Protokolun Tərəfi olmaqdan çıxır.

Maddə 8

Bu Protokol Razılığa gələn Tərəflərin sayı ardıcıl on iki ayın hər hansı bir dövründə beşdən az olduğu halda, həmçinin 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılmış, Yol nişanları və siqnalları haqqında Konvensiyanın və ya 1971-ci il mayın 1-də imzalanmaq üçün açılan bu Konvensiyanı tamamlayan Avropa Sazişinin qüvvəsini itirdiyi andan qüvvədən düşür.

Maddə 9

1. Razılığa gələn Tərəflərdən ikisi və daha artığı arasında bu Protokolun şərhi və tətbiqi ilə bağlı hər hansı mübahisəli məsələ, mübahisə edən tərəflər onu danışıqlar və yaxud digər tənzimləmə vasitələri ilə həll edə bilməzlərsə, mübahisə edən tərəflərdən birinin müraciətinə əsasən bu mübahisə arbitraja çıxarılır; o, mübahisə edən tərəflərin birgə razılığı əsasında seçdiyi bir və ya bir neçə arbitrə verilir. Əgər işin arbitraja verildiyi üç ay müddətində mübahisə edən tərəflər arbitr və ya arbitrlərin seçimində razılığa gələ bilməsələr, tərəflərdən istənilən biri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bu mübahisənin həllinin həvalə ediləcəyi bir arbitrin təyin edilməsi üçün müraciət edə bilər.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin edilmiş arbitr və ya arbitrlərin çıxaracağı qərar mübahisə edən Razılığa gələn Tərəflər üçün məcburi qüvvəyə malikdir.

Maddə 10

Bu Protokolun heç bir müddəası özünün xarici və ya daxili təhlükəsizliyini təmin etmək üçün Razılığa gələn Tərəflərdən hər hansı birinin zəruri hesab etdiyi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun və yaranmış vəziyyətlə məhdudlaşan tədbirlər görməyə maneə kimi təfsir olunmamalıdır.

Maddə 11

1. Hər hansı bir dövlət bu Protokolu imzalayarkən və ya ratifikasiya sənədini və ya qoşulma haqqında sənədi təhvil verərkən özünü bu Protokolun 9-cu maddəsi ilə bağlı hesab etmədiyini bəyan edə bilər. Razılığa gələn digər Tərəflər belə bəyanat vermiş Razılığa gələn hər hansı Tərəfə münasibətdə 9-cu maddə ilə bağlı deyildirlər.

Bu Protokola bu maddənin 1-ci bəndində göstərilən qeyd-şərtlərdən fərqli qeyd-şərtlər yazılı şəkildə təqdim edildikdə, bunlar ratifikasiya sənədi və ya qoşulma haqqında sənəd saxlanılmağa verilənədək təqdim edilmişsə, ratifikasiya sənədində və ya qoşulma haqqında sənəddə təsdiq olunduqda icazə verilir.

Hər bir dövlət bu Protokola qoşulma haqqında sənədi və ya ratifikasiya sənədini saxlanılmağa verərkən Baş katibi yazılı surətdə məlumatlanmalıdır ki, onun 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyaya etdiyi qeyd-şərtlər nə dərəcədə bu Protokola aid olacaqdır. Bu Protokola qoşulma haqqında sənədin və ya ratifikasiya sənədinin saxlanılmağa verilməsi zamanı bildiriş verilməyən qeyd-şərtlər bu Protokola tətbiq edilə bilməyən sayılacaqdır.

4. Baş katib bu Protokolun 2-ci maddəsində göstərilən bütün dövlətlərə bu maddəyə əsasən bu Protokola verilən bildiriş və qeyd-şərtlər haqqında məlumat verir.

5. Bu maddəyə uyğun olaraq bəyanat, qeyd-şərt və ya bildiriş vermiş hər bir dövlət istənilən vaxt Baş katibə ünvanlanmış bildiriş vasitəsilə onları qüvvədən sala bilər.

6. Bu maddənin 2-ci bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərt və ya 3-cü bəndinə uyğun olaraq bildiriş verilmiş hər hansı bir qeyd-şərt:

a) bu Protokolun hansı müddəalarına aiddirsə, həmin müddəaları yuxarıda göstərilən qeyd-şərti etmiş və ya bu qeyd-şərt barədə bildiriş vermiş Razılığa gələn Tərəf üçün qeyd-şərtdə göstərilən çərçivədə dəyişir;

b) Razılığa gələn digər Tərəflər üçün də bu müddəaları onların qeyd-şərt etmiş və ya bu qeyd-şərt barədə bildiriş vermiş Razılığa gələn Tərəflə qarşılıqlı münasibətlərində eyni dərəcədə dəyişir.

Maddə 12

Bu Protokolun 6 və 11-ci maddələrində göstərilən bəyanat, bildiriş və məlumatlardan əlavə Baş katib 2-ci maddədə qeyd olunan dövlətlərə aşağıdakılar barədə məlumat verməlidir:

a) 2-ci maddəyə uyğun olaraq imzalanmalar, ratifikasiyalar və qoşulmalar;

b) 3-cü maddəyə uyğun olaraq bildirişlər və bəyanatlar;

c) 4-cü maddəyə uyğun olaraq bu Protokolun qüvvəyə minmə tarixləri;

d) 6-cı maddənin 2, 5 və 7-ci bəndlərinə uyğun olaraq bu Protokola düzəlişlərin qüvvəyə minmə tarixi;

e) 7-ci maddəyə uyğun olaraq ləğvetmələr;

f) 8-ci maddəyə uyğun olaraq bu Protokolun qüvvədən düşməsi barədə.

Maddə 13

1 mart 1974-cü ildən sonra bu Protokolun əsli saxlanması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir, o, isə lazımi qaydada təsdiq edilmiş surətləri bu Protokolun 2-ci maddəsində qeyd olunan bütün dövlətlərə çatdırır.

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada buna vəkil edilmiş aşağıda imza edən nümayəndələr bu Protokolu imzalamışlar.

 

 

 

 

Yolların nişanlanmasına dair protokola

Əlavə

 

1. Bu əlavənin müddəaları tətbiq edilərkən “Konvensiya” termini 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişan və siqnalları haqqında Konvensiyanı ifadə edir.

2. Bu əlavə yalnız Konvensiyanın müvafiq maddələrinə olan dəyişikliklər və əlavələri özündə ehtiva edir.

3. Konvensiyanın 26-cı maddəsinə

2-ci Bənd

Əlavə abzas bu bəndin b) yarımbəndindən birbaşa sonra daxil edilsin

Bu abzas belə oxunmalıdır:

“Qoşa qırıq xətlər Konvensiyanın 23-cü maddəsinin 11-ci bəndinə uyğun olaraq hərəkət istiqaməti növbə ilə dəyişə bilən hərəkət zolağını və ya zolaqlarını göstərmək üçün istifadə oluna bilər.”

4-cü bənd

Cümlənin əlavə hissəsi bu bəndin sonuna daxil edilsin

Bu hissə belə oxunmalıdır:

“...və ya dayanma və ya durmanın qadağan olunmasını və ya məhdudlaşdırılmasını işarə edirlər.”

4. Konvensiyanın 27-ci maddəsinə

1-ci bənd

İki paralel bütöv xətt dayanacaq xəttini göstərmək üçün istifadə olunmayacaqdır.

3-cü bənd

İki yanaşı çəkilmiş qırıq xətt, nəqliyyat vasitələrinin B, 1 “Baş yolla kəsişmə” nişanına uyğun olaraq yol verməli olduqları zaman adətən kəsməməli olduqları xətti işarələmək üçün istifadə olunmayacaqdır.

5-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Velosipedçilər üçün keçidləri göstərmək üçün kvadrat və ya paraleloqramlardan ibarət qırıq xətlərdən istifadə olunması tövsiyə olunur.”

5. Konvensiyanın 28-ci maddəsinə

Əlavə bəndlər birbaşa bu maddənin 3-cü bəndindən sonra daxil edilsin

Bu bəndlər belə oxunmalıdır:

Səkinin bordürünə və ya hərəkət hissəsinin qırağına çəkilmiş bütöv xətt göstərir ki, bütün xətt boyu hərəkət hissəsi tərəfdən dayanma və durma qadağandır və ya başqa vasitələrlə dəqiqləşdirilərək məhdudlaşdırılır.

Səkinin bordürünə və ya hərəkət hissəsinin qırağına çəkilmiş qırıq xətt göstərir ki, bütün xətt boyu hərəkət hissəsi tərəfdən durma qadağandır və ya başqa vasitələrlə dəqiqləşdirilərək məhdudlaşdırılır.

Hərəkət hissəsində hərəkət zolağının avtobus, taksi və s. müəyyən növ nəqliyyat vasitələrini bildirən işarələr və yazılarla müşayiət olunan bütöv ya qırıq xətt vasitəsilə nişanlanması zolağın yalnız bu nəqliyyat vasitələri üçün nəzərdə tutulduğunu bildirir.”

6. Konvensiyanın 29-cu maddəsinə

2-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Yol nişanlanması ağ rəngdə olmalıdır. “Ağ” termini gümüşü və açıq-boz çalarları əhatə edir. Lakin:

- bir sıra şərtlər və ya məhdudiyyətlər qoyulmuş duracağı göstərən nişanlanma göy rəngdə ola bilər;

- duracağın qadağan olunmasını göstərən ziqzaqvari xətlər sarı rəngdə olmalıdırlar;

- səkinin bordürünə və ya hərəkət hissəsinin qırağına çəkilmiş, dayanma və ya durmanı qadağan edən və ya məhdudlaşdıran, bütöv və ya qırıq xətlər sarı rəngdə olmalıdırlar.”

Əlavə bənd birbaşa bu maddənin 2-ci bəndindən sonra daxil edilsin

Bu bənd belə oxunmalıdır:

“Əgər dayanma və ya durmanı qadağan olunmasını və ya məhdudlaşdırılmasını göstərmək üçün sarı xətdən istifadə olunursa, hərəkət hissəsinin qırağını göstərən ağ xətt olduğu halda, sarı xətt ağ xəttin xarici tərəfindən çəkilir.”

7. Konvensiyaya 8-ci əlavəyə (Yolların nişanlanması) - Fəsil II (Uzununa nişanlanma) (A-1 diaqramı)

A. Ölçülər

2-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Bütöv və qırıq xətlərin eninin uzununa nişanlanmada 0,1 m (4 düym)dən az olmaması tövsiyə olunur, eləcə də birbaşa gediş zolağının sürətlənmə zolağından, yavaşıma zolağından ayrılması və ya sürətlənmə zolağının yavaşıma zolağı ilə uzlaşması üçün tətbiq olunan qırıq xəttin eni adi qırıq xəttin enindən ən azı iki dəfə çox olmalıdır.”

5-ci bənd

Bu bənd belə oxunmalıdır:

“a) Konvensiyanın 26-cı maddəsinin 2 a ) i) bəndinə uyğun olaraq hərəkət axınlarının istiqamətlərini ayıran qırıq xətt uzunluğu ən azı 1 m-dən (3 fut 4 düym) az olmayan cizgilərdən ibarət olmalıdır. Tövsiyə olunur ki, cizgilərarası məsafə 12 m-dən (40 fut) çox olmasın.

b) Konvensiyanın 26-cı maddəsinin 2 a ) i) bəndinə uyğun olaraq xəbərdarlıq üçün istifadə olunan qırıq xəttin cizgilərinin uzunluğu cizgilərarası məsafədən iki-dörd dəfə çox olsun.”

6-cı bənd

Bu bənd belə oxunmalıdır:

“Bütöv xəttin uzunluğunun 20 m-dən (4 fut) az olmaması tövsiyə olunur.”

B. Hərəkət zolaqlarının işarələnməsi

i) “Yaşayış məntəqəsindən kənar” ilə ii) “Yaşayış məntəqəsində” arasında fərq qoyulmamalıdır.

8-ci bənd birinci cümlə

Bu cümlə oxunmalıdır:

“İki hərəkət zolağı olan ikitərəfli yollarda yolun hərəkət hissəsinin ox xəttinin uzununa nişanlanma ilə işarələnməsi tövsiyə edilir (A-2 diaqramı).”

9-cu bənd

Bu bənd belə oxunmalıdır:

“Üç hərəkət zolağı olan ikitərəfli yollarda zolaqları, bir qayda olaraq, qırıq xətlərlə göstərilməlidir ( A-3 diaqramı). Bir və ya iki bütöv xətt və ya bütöv xəttlə yanaşı çəkilmiş bir qırıq xətt ancaq xüsusi hallarda tətbiq olunmalıdır. Qoşa bütöv xətt yol sınmalarına, yolayrıcına, dəmiryol keçidlərinə yaxınlaşarkən, habelə görmənin məhdud olduğu yerlərdə tətbiq oluna bilər.”

10-cu bənd

Bu bənd belə oxunmalıdır:

“Üçdən artıq hərəkət zolağı olan ikitərəfli yollarda hər iki hərəkət istiqamətini ayırmaq üçün bir bütöv xəttin tətbiqi tövsiyə olunur. Lakin, dəmiryol keçidinə yaxınlaşdıqda və başqa xüsusi hallarda iki bütöv xətdən istifadə oluna bilər. Hərəkət zolaqları qırıq xətlərlə işarə edilir (A-4 diaqramı). Bir bütöv xətt tətbiq olunduğu halda, o bu yolun həmin sahəsində hərəkət zolaqlarmı ayıran xətlərdən enli olmalıdır”.

11-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Əgər Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndinin b) abzasından sonra daxil edilmiş əlavə abzas tətbiq edilirsə, hərəkət istiqaməti növbə ilə dəyişə bilən zolaq və ya zolaqların hər bir kənarı, Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndinin a) ii) abzasına uyğun olaraq istifadə olunan, qoşa qırıq xəbərdarlıq xətti ilə işarə edilə bilər (A-5 və A-6 diaqramları).”

Əlavə bənd - bilavasitə 11-ci bənddən sonra daxil edilsin

Bu bənd belə oxunmalıdır:

“A-7 diaqramında birtərəfli hərəkət yolunun nişanlanması nümunəsi verilir. A-8 diaqramında avtomagistralın hərəkət hissəsinin nişanlanması nümunəsi verilir.”

13-cü bənd

“Diaqram 2 və 3-ə” sözləri “Diaqram A-31-ə” sözü ilə əvəz etmək lazımdır.

Əlavə bənd - bilavasitə 13-cü bənddən sonra daxil edilsin

Bu bənd belə oxunmalıdır:

“A-9 və A-10 diaqramlarında sürətlənmə və yavaşıma zolaqlarının nişanlanmasının nümunələri verilir. Diaqram A-11-də sürətlənmə və yavaşıma zolaqlarının uzlaşması nümunələri verilir.”

C. Xüsusi halların işarələnməsi

14-cü bənd

“Diaqram 4” və “Diaqramlar 5 və 6” sözlərini “Diaqram A- 33” sözü ilə əvəz etmək lazımdır.

15-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Görünmə məsafəsi” hərəkət hissəsində yerləşdirilmiş müəyyən hündürlüklü əşyanın, gözü hərəkət hissəsində həmin hündürlüklə eyni və ya daha aşağı hündürlükdə olan müşahidəçi tərəfindən görünə bilməsidir *. Yolun əks istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş hissəsindən istifadə olunmasını qadağan etmək zərurəti yarandıqda, bəzi yolayrıclarında və ya görünmə məsafəsinin azaldığı yerlərdə (yol sınmalarında, döngələrdə və sair), yaxud yolun hərəkət hissəsinin daraldığı və ya hər hansı digər xüsusiyyətlərinin olduğu yol sahələrində, görünmənin minimal M məsafəsindən az olduğu yol sahələri üçün məhdudiyyətlər A-12 - A-19 diaqramlarına uyğun bütöv xəttlərlə işarə olunmalıdır. Əgər yerli şərait bütöv xətlərin tətbiqinə mane olursa, onda Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndinin a) ii) abzasına uyğun olaraq xəbərdarlıq xətlərindən istifadə etmək tövsiyə olunur.”

16-cı bənd

Bu bənd belə oxunmalıdır:

“ M üçün qəbul olunan Ölçü yolun xarakteristikasından və hərəkət şəraitindən asılı olaraq dəyişir. A-12 - A-19 diaqramlarında A (və ya D) görünmə məsafəsinin yenidən M-dən çox olduğu nöqtədir.”

17-ci bənd

Bu bənd belə oxunmalıdır:

UA- 12 a ), A-12 b), A- 13 a ), A-15 və A-16 diaqramlarında iki hərəkət zolaqlı yollarının müxtəlif şəkildə nişanlanmasının nümunələri verilir (Üfüqi və şaquli müstəvilərdə əyilmiş yol sahələri, hər iki istiqamətdə görünüş məsafəsinin M-dən çox olduğu mərkəzi zonanın olması və ya olmaması) .”

18-ci bənd

Bu bənd belə oxunmalıdır:

“ Üç hərəkət zolaqlı yollarda iki metodun tətbiqi mümkündür:

a) Yolun hərəkət hissəsi iki daha geniş hərəkət zolağına qədər kiçildilə bilər, bu o halda tövsiyə olunur ki, yolda ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti əhəmiyyətli dərəcədədir və/və ya zolaqların sayı ikiyə qədər azaldılmış sahə nisbətən qısadır və yolun digər analoji sahəsindən uzaqdır (A-12 c), A-12 d), A-13 b), A-17 və A-18 diaqramları).

b) Yolun hərəkət hissəsinin enindən bütünlüklə istifadə etmək üçün iki istiqamətdən birinə iki zolaq verilə bilər. Əgər yolun uzununa profili enişdən ibarətdirsə, üstünlüyü yoxuşa qalxan nəqliyyat vasitələrinə vermək tövsiyə olunur. A-12 e) diaqramı AB və CD sahələrinin bir-birilərini qapamadığı yolun sınmasının nümunəsini göstərir. Əgər onlar bir-birini qapayırsa, bu tip nişanlanma hər iki istiqamətdə görünmə məsafəsi kifayət qədər olan mərkəzi sahədə ötməni qadağan edir. Buna yol verməmək üçün A-13 c) diaqramına uyğun nişanlanma tətbiq oluna bilər. A-14 diaqramında yolun köndələninə mailliyinin dəyişməsinin nişanlanmasının nümunəsi göstərilir. AB və CD bir-birilərini qapayıb-qapamamasından asılı olmayaraq nişanlanma dəyişmir. Döngənin əhəmiyyətli mailliliklə müşayət olunması zamanı da həmin prinsiplər qəbul oluna bilər. Düz ərazidə yolda döngə olduğu halda yolun iki zolağı döngənin kənarında hərəkət edən nəqliyyat vasitələrinə ayrıla bilər, çünki belə hərəkətdə ötmə vaxtı daha yaxşı görmə təmin olunur. A-19 diaqramında AB və CD bir-birilərini qapayıb-qapamamasından asılı olmayaraq nişanlanmanın dəyişməməsi nümunəsi göstərilir.”

19-21-ci bəndlər

Bu bəndlərin müddəaları tətbiq olunmayacaqdır.

22-ci bəndinin birinci cümlə

Bu cümlə belə oxunmalıdır:

“Yolun hərəkət hissəsinin eninin dəyişməsi zamanı nişanlanmanın nümunəsini verən A-20 və A-21 diaqramlarında, habelə bütöv xəttin (xətlərin) əyilməsini tələb edən maneəni və ya mərkəzi ehtiyat zonasının başlanğıcını göstərən A-22 diaqramında xəttin (xətlərin) əyilməsi yüksək hərəkət sürətli yollarda əsasən 1/50 və ya daha az, hərəkət sürəti saatda 60 km (37 mil)- dən artıq olmayan yollarda isə 1/20 və ya daha az olmalıdır.”

23-cü bənd

Bu bənd belə oxunmalıdır;

“Konvensiyanın 26-cı maddəsinin 2 a ) ii) bəndinə uyğun olaraq yüksək sürətli yollarda 100 m (333 fut), 60km/saatdan az sürətli yollarda isə 50 m (166 fut) məsafədən az olmayaraq bütöv xətdən əvvəl xəbərdaredici xəttin olmasına üstünlük verilməlidir. Bu xəbərdaredici xətt yönəldici oxlarla tamamlana və ya əvəz oluna bilər. A-23 və A-24 diaqramlarında bu oxların nümunələri göstərilir. İki və daha çox oxdan istifadə olunduqda yaxşı olar ki, təhlükəli yerə yaxınlaşdıqca oxların arasındakı məsafə azalsın (A-25 və A-26 diaqramları).”

D. Yolun hərəkət hissəsinin sərhədlərini işarə edən sərhəd xətləri

26-cı bənd

Əlavə cümlələr - bu bəndin sonuna əlavə olunsun

Bu cümlələr belə oxunmalıdır:

“Sərhəd xəttinin eninin 0,1m-dən (4 düym) az olmaması tövsiyə olunur. Onun avtomagistrallarda və analoji yollarda tövsiyə olunan eni 0,15 m-dir (6 düym).”

E. Maneələrin göstərilməsi

27-ci bənd

Bu bənd belə oxunmalıdır:

“A-22 və A-27 diaqramlarında yolun hərəkət hissəsindəki adacıqları və başqa maneələri bildirən nişanlanma nümunəsi göstərilmişdir.”

F. Kəsişmələrdə istiqamətləndirici xətlər və oxlar

28-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Sürücülərə bəzi yolayrıcılarını keçmə qaydasının və ya sağtərəfli hərəkət olan dövlətlərdə sola dönmənin və ya soltərəfli hərəkət olan dövlətlərdə sağa dönmənin necə yerinə yetirilməsinin göstərilməsi arzu olunan olduqda istiqamətləndirici xətlərdən və ya oxlardan istifadə oluna bilər. Cizgilərin və araməsafələrinin tövsiyə edilən uzunluğu 0,5 m (1 fut 8 düym) təşkil edir (A-28 və A-29 diaqramları). A- 29 a ) diaqramında göstərilən istiqamətləndirici xətlər oxlarla tamamlana bilər. A-29 b) diaqramında göstərilən oxlar istiqamətləndirici xətlərlə tamamlana bilər.”

8. Konvensiyaya 8-ci əlavəyə (Yolların nişanlanması) - Fəsil III (Köndələn

nişanlanma)

V. Stop-xətlər

30-cu bənd

Bu bəndin sonuna A-30 diaqramına istinad əlavə olunur.

32-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Stop-xətlər uzununa xətlərlə tamamlana bilər ( A-31 diaqramı). Onlar yolun hərəkət hissəsində “STOP” sözü ilə də tamamlana bilər (A-32 diaqramı).

C. Sürücülərin yol verməli olduğu yeri bildirən xətt

33-cü bənd

Bu bənd belə oxunmalıdır:

“Xəttin minimal eninin 0,2 m (8 düym), maksimal eninin isə 0,6 m (24 düym) müəyyən olunmasına üstünlük verilir (diaqram A- 34 a )). Tövsiyə olunur ki, cizgilərin uzunluğu enindən ən azı iki dəfə çox olsun. Xətt zirvəsi yol verməli olan sürücüyə tərəf yönəlmiş yanaşı çəkilmiş üçbucaqlarla əvəz oluna bilər. Üçbucaqların əsasının 0,4 m (16 düym)-dən az, 0,6 m (24 düym)-dən çox; hündürlüyünün 0,6 m (24 düym)-dən az, 0,7 m (28 düym)-dən çox olmaması tövsiyə olunur (A-34 b diaqramı).”

35-ci bənd

Bu bənd belə oxunmalıdır:

“34-cü bənddə göstərilən nişanlanma nümunəsi A-34 və A-35 diaqramlarında verilən üçbucaqla tamamlana bilər.”

D. Piyada keçidləri

37-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Piyadaların keçidini bildirən zolaqların arasındakı məsafə ən azı bu zolaqların eninə bərabər, ən çoxu isə ondan iki dəfədən artıq olmamalıdır; bir zolağın və zolaqlar arasındakı məsafənin ümumi uzunluğu 0,8 m-dən (2 fut 8 düym) 1,4 m-ə (4 fut 8 düym) qədər olmalıdır. Piyada keçidlərinin minimal eni sürət saatda 60 km (37 mil) (diaqram A-36) və daha az olan yollarda 2,5 m (8 fut) olmalıdır. Başqa yollarda piyada keçidlərinin minimal eni 4 m (13 fut) olmalıdır. Təhlükəsizlik mülahizələrinə görə belə yollarda piyada keçidlərini yol işıq siqnalları ilə təchiz etmək lazımdır.”

E. Velosipedçilər üçün keçidlər

38-ci bənd

Bu bənd belə oxunmalıdır:

“Daha yaxşı olar ki, velosipedçilərin keçidi üçün əsasən kvadratlardan (0,40-0,60) x (0,40-0,60) m [(16-24) x (16-24) düym] və kvadratın tərəfinə bərabər araməsafəsindən ibarət qoşa qırıq xətlərdən istifadə olunsun. Keçidin eni birtərəfli velosiped yolu üçün ən azı 1,8 m (6 fut), ikitərəfli velosiped yolu üçün ən azı 3 m (9 fut 9 düym) olmalıdır. Düz bucaq altında olmayan keçidlərdə kvadratları paraleloqramlar əvəz edə bilər (A-37 diaqramı). Plitka və knopkaların istifadəsi tövsiyə edilmir. A-38 diaqramında velosiped yolunun baş yolun hissəsi olduğu yolayrıcının nümunəsi göstərilir.”

9. Konvensiyaya 8-ci əlavəyə (Yolların nişanlanması) - Fəsil IV (Nişanlanmanın başqa növləri)

A. Göstərici oxlar

39-cu bənd

Bu bənd belə oxunmalıdır:

“Yolayrıcına yaxınlaşarkən nəqliyyat vasitələrinin yerdəyişməsinə imkan verən kifayət sayda hərəkət zolağı olan yollarda, hərəkət üçün istifadə olunmalı zolaqlar yolun hərəkət hissəsinin üzərinə çəkilən oxlarla göstərilə bilər ( A-39 - A-41 diaqramları). Göstərici oxlar həmçinin birtərəfli hərəkət olan yollarda hərəkət istiqamətinin təsdiqlənməsi məqsədilə tətbiq oluna bilər. Bu oxların uzunluğunun 2 m-dən (6 fut 7 düym) az olmaması tövsiyə edilir. Göstərici ox işarələri hərəkət hissəsində yazılar ilə tamamlana bilər.”

B. Paralel maili xətlər

40-cı bənd

Bu bənd belə oxunmalıdır:

“Paralel maili xətlər hərəkətin nişanlanmadan kənara çıxmasını göstərmək üçün əyri olmalıdır. Hərəkəti təhlükəli hissədən kənara yönəltmək üçün analoji qaydada əyilmiş şevron nişanlanma hərəkətin şaxələndiyi və qovuşduğu yerlərdə tətbiq oluna bilər (A-42 diaqramı). A-42(a) diaqramında nəqliyyat vasitələrinin bütöv xətt tərəfdən daxil olmaları qadağan edilmiş və yalnız qırıq xətt tərəfdən ehtiyatla daxil ola biləcəkləri zona misal gətirilir. A-21 diaqramında nəqliyyat vasitələrinin daxil olmaları tam qadağan edilmiş zonanın nişanlanması nümunə gətirilir.”

C. Yazılar

42-ci bənd

Bu bənd belə oxunmalıdır:

“ Sürücülərin yazıları kiçik görünüş bucağı ilə görməsi səbəbindən hərf və rəqəmlər hərəkət istiqamətində xeyli uzadılmış olması tövsiyə olunur. Yaxınlaşma sürəti saatda 60 km (37 mil) keçmədikdə hərf və rəqəmlərin minimal uzunluğunun 1,6 m (5 fut 4 düym) olması (A-43 - A-48 diaqramları) tövsiyə olunur. Yaxınlaşma sürəti saatda 60 km (37 mil) keçdikdə isə hərf və rəqəmlərin minimal uzunluğunun 2,5 m (8 fut) olması tövsiyə olunur. A-49 - A-54 diaqramlarında uzunluğu 4 m olan hərf və rəqəmlərin nümunəsi verilir.”

43-cü bənd

Bu bəndin müddəaları tətbiq olunmur.

E. Yolun hərəkət hissəsində və ona yanaşan qurğularda nişanlanma

i) Nəqliyyat vasitələrinin durmasının məhdudlaşdırılmış yerləri göstərən nişanlanma

45-ci bənd

Bu bənd belə oxunmalıdır:

“A-55 və A-56 diaqramlarında durmanın qadağan olunmasını göstərən nişanlanma nümunəsi göstərilir".

ii) Mane yaradan əşvalar üzərində nişanlanma

46-cı bənd

Bu bənd belə oxunmalıdır:

“A-57 diaqramında maneə yaradan əşyaların üzərində nişanlanmanın nümunəsi göstərilir. Bu nişanlanmanın çəkilməsi məqsədilə qara və ağ və ya sarı növbələnən xətlərin istifadə olunması tövsiyə olunur.”

 

N01_YAN11_0159 N01_YAN11_0160 N01_YAN11_0161 N01_YAN11_0162 N01_YAN11_0163 N01_YAN11_0164 N01_YAN11_0165 N01_YAN11_0166 N01_YAN11_0167 N01_YAN11_0168 N01_YAN11_0169 N01_YAN11_0170 N01_YAN11_0171 N01_YAN11_0172 N01_YAN11_0173 N01_YAN11_0174 N01_YAN11_0175 N01_YAN11_0176 N01_YAN11_0177 N01_YAN11_0178 N01_YAN11_0179 N01_YAN11_0180 N01_YAN11_0181 N01_YAN11_0182 N01_YAN11_0183 N01_YAN11_0184 N01_YAN11_0185 N01_YAN11_0186 N01_YAN11_0187 N01_YAN11_0188 N01_YAN11_0189 N01_YAN11_0190 N01_YAN11_0191 N01_YAN11_0192 N01_YAN11_0193 N01_YAN11_0194 N01_YAN11_0195 N01_YAN11_0196 N01_YAN11_0197 N01_YAN11_0198 N01_YAN11_0199 N01_YAN11_0200 N01_YAN11_0201 N01_YAN11_0202 N01_YAN11_0203 N01_YAN11_0204 N01_YAN11_0205 N01_YAN11_0206 N01_YAN11_0207 N01_YAN11_0208 N01_YAN11_0209 N01_YAN11_0210 N01_YAN11_0211 N01_YAN11_0212 N01_YAN11_0213 N01_YAN11_0214 N01_YAN11_0215 N01_YAN11_0216 N01_YAN11_0217 N01_YAN11_0218 N01_YAN11_0219

 

 

“Yol nişanları və siqnalları haqqında 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” 1973-ci il martın 1-də Cenevrə

şəhərində imzalanmış Protokoluna dair

 

AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ

 

Azərbaycan Respublikası Protokolun 11-ci maddəsinə uyğun olaraq bəyan edir ki, o, Protokolun 9-cu maddəsini özü üçün məcburi hesab etmir.

 

 

 

“Yol nişanları və siqnalları haqqında 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” 1973-ci il martın 1-də Cenevrə

şəhərində imzalanmış Protokoluna dair

 

AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).

 

 


N01_YAN11_0129



* Yolların nişanlanması barədə Protokola 28 mart 2006-cı ildə qüvvəyə minmiş düzəlişlər nəzərə alınmaqla

* Müasir avtomobillərin konstruksiyasını nəzərə alsaq, gözün yerləşmə hündürlü 1 m (3 fut 4 duymə), əşyanın yerləşmə hündürlü isə 1,2 m (4 fut) məsləhət görülür.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status