AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.02.2011
QEYDİYYAT NÖMRƏSİ
382
ADI
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 17-02-2011, Nəşr nömrəsi: 37), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-02-2011, Nəşr nömrəsi: 39), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2011, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 86)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 10.2.7-ci və 18.4.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

1.1-1. həmin Qanunun 6.3-cü, 8.4-cü, 9.1-ci, 9.2.6-cı, 15.4.4-cü, 17.3-cü, 18.1-ci, 18.4-cü, 18.5-ci maddələrində, 19-cu maddəsinin adında, 19.1-ci, 19.3-cü, 19.4-cü (birinci halda), 41.2-ci, 52.4-cü, 75.1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 12.4-cü (hər iki halda), 15.4-cü, 40.1-ci, 75.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 10.2.1-ci, 77.2.3-cü, 10.2.3.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayına münasibətdə), 10.2.4.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayına münasibətdə) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.3. həmin Qanunun 8.1-ci, 18.4.3-cü, 19.4-cü (ikinci halda), 20.4-cü, 80.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 9.4-cü, 18.4.1-ci və 24.3.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.5. həmin Qanunun 10.2.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.6. həmin Qanunun 10.2.2.1-ci, 10.2.3.1-ci, 10.2.3.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin həmin torpaqdan istifadəsinə və müvafiq tikili üzərində sahiblik növünə münasibətdə), 10.2.3.3-cü, 10.2.4.1-ci, 10.2.4.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin həmin torpaqdan istifadəsinə və müvafiq tikili üzərində sahiblik növünə münasibətdə) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, o cümlədən dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər; [2]

1.7. həmin Qanunun 10.2.2.2-ci, 10.2.4.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.8. həmin Qanunun 10.2.2.3-cü, 10.2.3.4-cü, 10.2.4.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.9. həmin Qanunun 10.2.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.10. həmin Qanunun 10.2.7-ci və 18.4.4-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər; [3]

1.11. həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir; [4]

1.12. həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2011-ci il

                № 382

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2016-cı il tarixli 781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2016-cı il, № 44; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 245)

2.       29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38)

3.       12 iyun 2021-cü il tarixli 1356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 571)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2021-cü il tarixli 1356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 571) ilə 1.1-ci bənd 1.1-1-ci bənd hesab edilmişdir və yen i məzmunda 1.1-ci bənd əlavə edilmişdir.

 

[2] 15 fevral 2016-cı il tarixli 781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2016-cı il, № 44; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 245) ilə 1.6-cı, 1.8-ci, 1.9-cu və 1.12-ci bəndlərdən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılmışdır.

 

[3] 29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38) ilə 1.10-cu bəndindən “və Turizm” sözləri çıxarılmışdır və həmin bəndə “və yerli” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilmişdir.

 

12 iyun 2021-cü il tarixli 1356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 571) ilə 1.10-cu bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.10. həmin Qanunun 10.2.7-ci və 18.4.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla öz səlahiyyətləri daxilində həyata keçirirlər;

 

[4] 15 fevral 2016-cı il tarixli 781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2016-cı il, № 44; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 245) ilə 1.11-ci bənddə “və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status