AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.03.2011
QEYDİYYAT NÖMRƏSİ
35
ADI
“Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2011, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 229)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.03.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 2 mart 2011-ci il

№ 35

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 2 mart tarixli 35 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qayda fərdi qaydada məlumat-sorğu xidmətlərinin göstərilməsinə şamil edilmir.

1.3. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinə əsasən qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinə yol verilmir.

1.4. Bu Qaydaya əsasən ödənişli əsaslarla üçüncü şəxslərə yalnız açıq kateqoriyalı fərdi məlumatların verilməsinə yol verilir.

1.5. Fərdi məlumat subyekti informasiya sistemində özü barəsində toplanılmış məlumatın üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək və bu məlumatların üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq hüququna malikdir.

 

2. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi

 

2.1. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrini aparan orqanın razılığı ilə, fərdi məlumatların mülkiyyətçisi və bu məlumatları əldə etmək niyyətində olan üçüncü şəxslə bağlanılmış müqavilə əsasında həyata keçirilir.

2.2. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların üçüncü şəxslərə verilməsi üçün ödənişin məbləği tərəflər arasında əldə edilmiş razılaşma ilə müəyyən edilir.

2.3. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi barədə müqavilədə təqdim edilən məlumatların tərkibi, əldə edilməsi məqsədləri, istifadə sahələri və üsulları göstərilməli və fərdi məlumatları əldə edən üçüncü şəxsin aşağıdakı öhdəlikləri nəzərdə tutulmalıdır:

2.3.1. əldə edilmiş fərdi məlumatların mühafizəsinin və fərdi məlumat subyektlərinin hüquqlarının "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edilməsi;

2.3.2. əldə edilmiş fərdi məlumatların digər şəxslərə hər hansı üsulla verilməməsi və ya ötürülməməsi;

2.3.3. fərdi məlumatlardan istifadə edilərkən fərdi məlumat subyektləri üçün hər cür təhdid və təhlükənin istisna edilməsi, onlara arzuolunmayan və ya əlavə xərclərə səbəb ola biləcək, habelə anonim, yaxud fərdi məlumat subyektini yanılda bilən təkliflərin edilməməsi.

2.4. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatları əldə edən üçüncü şəxslərin və ya onların fərdi məlumat operatorlarının maddi-texniki və təşkilati imkanları məlumatların əldə edilməsi məqsədinə və onların mühafizəsi tələblərinə uyğun olmalıdır.

 

3. Yekun müddəalar

 

3.1. Korporativ informasiya sistemlərindən üçüncü şəxslər tərəfindən əldə edilmiş məlumatlar onların işlənilməsi məqsədlərinə nail olunduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada təxirəsalınmadan məhv edilməlidir.

3.2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrini aparan orqan korporativ informasiya sistemlərindən məlumat əldə etmiş üçüncü şəxslərin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydanın, habelə tərəflərin məlumatların verilməsi barədə bağladıqları müqavilənin tələblərini yerinə yetirməsinə nəzarət edir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status