AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.02.2011
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2011, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 151)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.02.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində kəmiyyətlərin aşağıdakı ölçü vahidləri tətbiq edilsin:

1.1. kəmiyyət ölçüləri və çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul olunan Beynəlxalq Vahidlər Sisteminin kəmiyyət vahidləri (1 nömrəli əlavə);

1.2. Beynəlxalq Vahidlər Sisteminin kəmiyyət vahidləri ilə bərabər, tətbiqinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri (2 nömrəli əlavə);

1.3. müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri (3 nömrəli əlavə);

1.4. kəmiyyətlərin şərti şkalalar (Brinellin, Vikkersin, Rokvellin və Super-Rokvellin bərklik şkalaları, hidrogen ionlarının aktivlik şkalası (pH) və digər şkalalar) üzrə qiymətləndirilən şərti vahidləri (4 nömrəli əlavə).

2. “Kəmiyyət vahidlərinin adları, işarələri, yazılışı, həmçinin Azərbaycan Respublikasının ərazisində onların tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 3 fevral 2011-ci il

№ 23

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarına

1 nömrəli Əlavə

 

Kəmiyyət ölçüləri və çəkilər üzrə Baş Konfrans (KÖÇBK) tərəfindən qəbul olunan Beynəlxalq Vahidlər Sisteminin (Sİ) kəmiyyət vahidləri

 

1 nömrəli cədvəl. Sİ-nin əsas kəmiyyət vahidləri

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

tərifi

beynəlxalq

Azərbaycan

Uzunluq

L

metr

m

m

metr — işığın vakuumda 1/299792458 s zaman intervalında qət etdiyi yolun uzunluğudur [XVII KÖÇBK (1983-cü il), Qətnamə 1]

Kütlə

M

kiloqram

kg

kq

kiloqram — kiloqramın beynəlxalq prototipinin kütləsinə bərabər olan kütlə vahididir [I KÖÇBK (1889-cu il) və III KÖÇBK (1901-ci il)]

Zaman

T

saniyə

s

s

saniyə — sezium-133 atomunun əsas halının iki ifrat-nazik səviyyələri arasındakı keçidə uyğun şüalanmanın 9 192 631 770 perioduna bərabər olan zamandır [XIII KÖÇBK (1967-ci il), Qətnamə 1]

Elektrik cərəyanı (elektrik cərəyanı şiddəti)

I

Amper

A

A

Amper — vakuumda bir-birindən 1 m məsafədə yerləşən sonsuz uzunluğa və çox kiçik dairəvi en kəsiyi sahəsinə malik iki paralel düzxətli naqildən keçən zaman naqilin hər 1 m hissəsində 2 · 10-7 N qüvvə yaradan dəyişməyən cərəyanın şiddətidir [KÖÇBK (1946-cı il), IX KÖÇBK (1948-ci il) tərəfindən bəyənilmiş Qətnamə 2 ]

Termo-dinamik temperatur

Θ

Kelvin

K

K

Kelvin — suyun üçqat nöqtəsinin termodinamik temperaturunun 1/273,16 hissəsinə bərabər olan termodinamik temperatur vahididir [XIII KÖÇBK (1967-ci il), Qətnamə 4]

Maddə miqdarı

N

mol

mol

mol

mol — kütləsi 0,012 kg olan karbon-12-də yerləşən atomların sayı qədər struktur elementinə malik sistemin maddə miqdarıdır. Molu tətbiq edən zaman struktur elementlərinin spesifik xüsusiyyətləri göstərilməlidir və onlar atomlar, molekullar, ionlar, elektronlar və digər hissəciklər və ya spesifik xüsusiyyətləri göstərilmiş hissəciklər qrupu ola bilər [XIV KÖÇBK (1971-ci il), Qətnamə 3]

İşıq şiddəti

J

kandela

cd

kd

kandela — verilən istiqamətdə energetik işıq şiddəti 1/683 W/sr olan 540 · 1012 Hz tezlikli monoxromatik şüa buraxan mənbənin bu istiqamətdəki işıq şiddətidir [XVI KÖÇBK (1979-cu il), Qətnamə 3]

 

2 nömrəli cədvəl. Adları və işarələri Sİ-nin əsas kəmiyyət vahidlərinin adları və işarələrindən istifadə edilməklə yaradılan Sİ-nin törəmə vahidləri

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

beynəlxalq

Azərbaycan

Sahə

L2

kvadrat metr

m2

m2

Həcm, tutum

L3

kub metr

m3

m3

Sürət

LT-1

metr bölünsün saniyə

m/s

m/s

Təcil

LT-2

metr bölünsün kvadrat saniyə

m/s2

m/s2

Dalğa ədədi

L-1

bir bölünsün metr

m-1

m-1

Sıxlıq

L-3M

kiloqram bölünsün kub metr

kg/m3

kq/m3

Xüsusi həcm

L3M-1

kub metr bölünsün kiloqram

m3/kg

m3/kq

Elektrik cərəyanının sıxlığı

L-2I

Amper bölünsün kvadrat metr

A/m2

A/m2

Maqnit sahəsinin gərginliyi

L-1I

Amper bölünsün metr

A/m

A/m

Komponentin molyar konsentrasiyası

L-3N

mol bölünsün kub metr

mol/m3

mol/m3

Parlaqlıq

L-2J

kandela bölünsün kvadrat metr

cd/m2

kd/m2

 

3 nömrəli cədvəl. Xüsusi adlara və işarələrə malik Sİ-nin törəmə vahidləri

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Müstəvi bucaq

1

radian

rad

rad

m∙m-1

m∙m-1

Cism bucağı

1

steradian

sr

sr

m2 ∙ m-2

m2 ∙ m-2

Tezlik

T-1

hers

Hz

Hs

s-1

s-1

Qüvvə

LMT-2

nyuton

N

N

m∙kg∙s-2

m∙kq∙s-2

Təzyiq

L-1MT-2

paskal

Pa

Pa

m-1∙kg ∙s-2

m-1∙kq∙s-2

Enerji, iş, istilik miqdarı

L2MT-2

coul

J

C

m2∙kg∙s-2

m2 ∙kq∙s-2

 

 

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Güc

L2MT-3

Vatt

W

Vt

m2∙kg∙s-3

m2∙kq∙s-3

Elektrik yükü, elektrik miqdarı

TI

Kulon

C

Kl

s ∙A

s ∙A

Elektrik gərginliyi, elektrik potensialı, elektrik potensialları fərqi, elektrik hərəkət qüvvəsi

L2MT-3I-1

Volt

V

V

m2∙kg∙s-3∙A-1

m2∙kq∙s-3∙A-1

Elektrik tutumu

L-2M-1T4I2

Farad

F

F

m-2∙kg-1∙s4·A2

m-2∙kq-1·s4·A2

Elektrik müqaviməti

L2MT-3I-2

Om

Om

m2 ∙kg∙ s-3 ∙A-2

m2 ∙kq∙ s-3 ∙A-2

Elektrik keçiriciliyi

L-2M-1T3I2

Simens

S

Sm

m-2·kg-1·s3·A2

m-2·kq-1·s3·A2

Maqnit induksiyası seli, maqnit seli

L2MT-2I-1

Veber

Wb

Vb

m2·kg∙s-2·A-1

m2·kq∙s-2·A-1

Maqnit seli sıxlığı, maqnit induksiyası

MT-2I-1

Tesla

T

Tl

kg∙s-2 ·A-1

kq∙s-2·A-1

İnduktivlik, qarşılıqlı induktivlik

L2MT-2I-2

Henri

H

Hn

m2·kg∙s-2·A-2

m2·kq∙s-2·A-2

Selsi temperaturu

Θ

dərəcə Selsi

oC

oC

K

K

İşıq seli

J

lümen

lm

lm

cd∙sr

kd∙sr

İşıqlılıq

L-2J

lüks

lx

lk

m-2·cd∙sr

m-2·kd∙sr

Radioaktiv mənbədə nuklidin aktivliyi (radionuklidin aktivliyi)

T-1

Bekkerel

Bq

Bk

s-1

s-1

 

 

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

İonlaşdırıcı şüalanmanın udulma dozası, kerma

L2T-2

Qrey

Gy

Qr

m2·s-2

m2·s-2

İonlaşdırıcı şüalanmanın ekvivalent dozası, ionlaşdırıcı şüalanmanın effektiv dozası

L2T-2

Zivert

Sv

Zv

m2·s-2

m2·s-2

Katalizatorun aktivliyi

NT-1

katal

kat

kat

mol∙ s-1

mol∙ s-1

 

4 nömrəli cədvəl. Adları və işarələri 3 nömrəli cədvəldə göstərilmiş xüsusi adlar və işarələrdən istifadə edilməklə əmələ gətirilən Sİ-nin törəmə vahidləri

 

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Qüvvə momenti

L2MT-2

Nyuton-metr

N∙m

N∙m

m2·kg∙s-2

m2·kq∙s-2

Səthi gərilmə

MT-2

Nyuton bölünsün metr

N/m

N/m

kg∙s-2

kq∙s-2

Dinamik özüllülük

L-1MT-1

Paskal-saniyə

Pa∙s

Pa∙s

m-1·kg∙ s-1

m-1·kq∙s-1

Elektrik yükünün fəza sıxlığı

L-3TI

Kulon bölünsün kub metr

C/m3

Kl/m3

m-3·s ∙A

m-3·s ∙A

Elektrik sürüşməsi

L-2TI

Kulon bölünsün kvadrat metr

C/m2

Kl/m2

m-2·s ∙A

m-2·s ∙A

Elektrik sahəsinin gərginliyi

LMT-3I-1

Volt bölünsün metr

V/m

V/m

m∙kg∙s-3·A-1

m∙kq∙s-3·A-1

Dielektrik nüfuzluğu

L-3M-1T4I2

Farad bölünsün metr

F/m

F/m

m-3·kg-1∙s4·A2

m-3·kq-1·s4·A2

Maqnit nüfuzluğu

LMT-2I-2

Henri bölünsün metr

H/m

Hn/m

m∙kg∙s-2·A-2

m∙kq∙s-2·A-2

 

 

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Xüsusi enerji

L2T-2

Coul bölünsün kiloqram

J/kg

C/kq

m2·s-2

m2·s-2

Sistemin istilik tutumu sistemin entropiyası

L2MT-2Θ

Coul bölünsün Kelvin

J/K

C/K

m2·kg∙s-2∙K-1

m2·kq∙s-2·K-1

Xüsusi istilik tutumu, xüsusi entropiya

L2T-2Θ-1

Coul bölünsün kiloqram-Kelvin

J/ (kg∙K)

C/ (kq∙K)

m2·s-2·K-1

m2·s-2·K-1

Enerji selinin səth sıxlığı

MT-3

Vatt bölünsün kvadrat metr

W/m2

Vt/m2

kg∙s-3

kq∙s-3

İstilik-keçirmə

LMT-3Θ-1

Vatt bölünsün metr-Kelvin

W/ (m∙K)

Vt/ (m∙K)

m∙kg∙s-3·K-1

m∙kq∙s-3·K-1

Molyar daxili enerji

L2MT-2N-1

Coul bölünsün mol

J/mol

C/mol

m2·kg∙s-2·mol-1

m2·kq∙s-2·mol-1

Molyar entropiya, molyar istilik tutumu

L2MT-2Θ-1N-1

Coul bölünsün mol-Kelvin

J/ (mol∙K)

C/ (mol∙K)

m2·kg∙s-2·K-1·mol-1

m2·kq∙s-2·K-1·mol-1

Foton şüalanmasının ekspozisiya dozası (qamma və rentgen şüalanmasının ekspozisiya dozası)

M-1TI

Kulon bölünsün kiloqram

C/kg

Kl/kq

kg-1·s∙A

kq-1·s∙A

 

 

Kəmiyyət

Vahid

adı

ölçüsü

adı

işarəsi

Sİ-nin əsas və törəmə vahidləri ilə ifadəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Udulma dozasının gücü

L2T-3

Qrey bölünsün saniyə

Gy/s

Qr/s

m2∙s-3

m2∙s-3

Bucaq sürəti

T-1

radian bölünsün saniyə

rad/s

rad/s

s-1

s-1

Şüalanma qüvvəsi

L2MT-3

Vatt bölünsün steradian

W/sr

Vt/sr

m2∙kg∙s-3∙sr-1

m2∙kq∙s-3∙sr-1

Energetik parlaqlıq

MT-3

Vatt bölünsün steradian-kvadrat metr

W/ (sr∙m2)

Vt/ (sr∙m2)

kg∙s-3∙sr-1

kq∙s-3∙sr-1

 

5 nömrəli cədvəl. Sİ-nin onluğun misl və hissə vahidlərinin adlarını və işarələrini əmələ gətirmək üçün istifadə olunan vuruqlar və önşəkilçilər

Onluq vuruq

Önşəkilçi

Önşəkilçinin işarəsi

Onluq vuruq

Önşəkilçi

Önşəkilçinin işarəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

1024

yotta

Y

Y

10-1

desi

d

d

1021

zetta

Z

Z

10-2

santi

c

s

1018

eksa

E

E

10-3

milli

m

m

1015

peta

R

R

10-6

mikro

μ

mk

1012

tera

T

T

10-9

nano

n

n

109

qiqa

G

Q

10-12

piko

p

p

106

meqa

M

M

10-15

femto

f

f

103

kilo

k

k

10-18

atto

a

a

102

hekto

h

h

10-21

zepto

z

z

101

deka

da

da

10-24

yokto

y

y

 

Aparatın rəhbəri  A.HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli, 23 nömrəli qərarına

2 nömrəli Əlavə

 

Beynəlxalq Vahidlər Sisteminin (Sİ) kəmiyyət vahidləri ilə bərabər, tətbiqinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri

 

1 nömrəli cədvəl. Sİ-nin vahidləri ilə bərabər tətbiqinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri

Kəmiyyətin adı

Vahid

adı

işarəsi

Sİ vahidi ilə əlaqəsi

tətbiq sahəsi

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Kütlə

ton

t

T

1 ·103 kg

1 · 103 kq

bütün sahələr

 

atom kütlə vahidi

u

a.k.v.

1,6605402 · 10-27 kg (təxmini)

1,6605402 · 10-27 kq (təxmini)

atom fizikası

Zaman

dəqiqə

min

dəq.

60 s

60 s

bütün sahələr

 

saat

h

st

3600 s

3600 s

 

 

sutka

d

sut

86400 s

86400 s

 

Müstəvi bucaq

dərəcə

...°

...°

(π /180) rad = =1,745329... ∙ 10-2 rad

(π /180) rad = =1,745329... ∙ 10-2 rad

 

 

dəqiqə

...′

...′

(π /10800) rad = =2,908882... ∙ 10-4 rad

(π /10800) rad = =2,908882... ∙ 10-4 rad

 

 

saniyə

...″

...″

(π /648000) rad = =4,848137... ∙ 10-6 rad

(π /648000) rad = =4,848137... ∙ 10-6 rad

 

 

qrad (qon)

gon

qrad

(π /200) rad = =1,57080... ∙ 10-2 rad

(π /200) rad = =1,57080... ∙ 10-2 rad

geodeziya

Həcm, tutum

litr

1

1

1 · 10-3 m3

1 · 10-3 m3

bütün sahələr

 

 

Kəmiyyətin adı

Vahid

adı

işarəsi

Sİ vahidi ilə əlaqəsi

tətbiq sahəsi

beynəl-xalq

Azərbay-can

beynəlxalq

Azərbaycan

Uzunluq

astronomik vahid

ua

a.v.

1,49598 ∙ 1011 m (təxmini)

1,49598 ∙ 1011 m (təxmini)

astronomiya

işıq ili

ly

ii

9,4605 ∙ 1015 m (təxmini)

9,4605 ∙ 1015 m (təxmini)

 

parsek

pc

pk

3,0857 ∙ 1016 m (təxmini)

3,0857 ∙ 1016 m (təxmini)

 

Optik qüvvə

dioptriya

-

-

1 · m-1

1 · m-1

optika

Sahə

hektar

ha

ha

1 ∙ 104 m2

1 ∙ 104 m2

kənd və meşə təsərrüfatı

Enerji

elektron-Volt

eV

eV

1,60218 ∙ 10-19 J (təxmini)

1,60218 ∙ 10-19 C (təxmini)

fizika

kiloVatt-saat

kW· h

kVt· st

3,6 ∙ 106 J

3,6 ∙ 106 C

elektrik enerjisi sayğacları üçün

Tam güc

volt-Amper

V· A

V· A

 

 

elektrotexnika

Reaktiv güc

var

var

var

 

 

Elektrik yükü, Elektrik miqdarı

amper-saat

A· h

A· st

3,6 · 103 C

3,6 · 103 Kl

 

2 nömrəli cədvəl. Bəzi nisbi və loqarifmik kəmiyyətlər və onların vahidləri

 

Kəmiyyətin adı

Vahid

adı

işarəsi

qiyməti

beynəl-xalq

Azərbay-can

beynəlxalq

Azərbaycan

Nisbi kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbəti): FİƏ, nisbi uzanma, nisbi sıxlıq, deformasiya, nisbi dielektrik və maqnit nüfuzluqları, maqnit qavrayıcılığı, komponentin kütlə hissəsi, komponentin molyar hissəsi və s.

vahid

1

1

1

1

faiz

%

%

1 ∙ 10-2

1 ∙ 10-2

promille

1 ∙ 10-3

1 ∙ 10-3

milyonda bir hissə

ppm

ppm

1 ∙ 10-6

1 ∙ 10-6

Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi): səs təzyiqinin səviyyəsi, güclənmə, zəifləmə və s.

bel1)

B

B

1 B = lg (P2/P1);

P2 = 10 P1 olduqda, 1 V = 2 lg (F2/F1);

F2 = 10 F1 olduqda,

P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)

1 B = lg (P2/P1);

P2 = 10 P1 olduqda, 1 V = 2 lg (F2/F1);

F2 = 10 F1 olduqda,

P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)

desibel

dB

dB

0,1 B

0,1 B

 

 

Kəmiyyətin adı

Vahid

adı

işarəsi

qiyməti

beynəlxalq

Azərbaycan

beynəlxalq

Azərbaycan

Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi): səs gurluğunun səviyyəsi

fon

phon

fon

1 phon — səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir

1 fon — səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir

Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi): tezlik intervalı

oktava

1 oktava bərabərdir log2 (f2/f1), f2/f1=2 olduqda,

1 dekada bərabərdir lg (f2/f1), f2/f1 = 10 olduqda, f1/f2 — tezliklərdir

1 oktava bərabərdir log2 (f2/f1), f2/f1 = 2 olduqda,

1 dekada bərabərdir lg (f2/f1), f2/f1 = 10 olduqda, f1/f2 — tezliklərdir

dekada

Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin natural loqarifmi)

Neper

Np

Np

1 Np = 0,8686 ... B = = 8,686... dB

1 Np = 0,8686 ... B = = 8,686 ... dB

 

3 nömrəli cədvəl. İnformasiya miqdarı vahidləri

 

Kəmiyyətin adı

Vahid

Qeyd

adı

işarə

qiyməti

beynəlxalq

Azərbaycan

İnformasiya miqdarı

bit

bayt

bit

B (byte)

bit

B (bayt)

1

1 B = 8 bit

İkili hesablama sistemində informasiya vahidi (informasiyanın ikili vahidi)

 

Aparatın rəhbəri  A.HACIYEV

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli, 23 nömrəli qərarına

3 nömrəli Əlavə

 

Müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidləri

 

Kəmiyyə-tin adı

Vahid

adı

işarəsi

Sİ vahidi ilə əlaqəsi

tətbiq sahəsi

beynəl-xalq

Azərbaycan

beynəl-xalq

Azərbaycan

Uzunluq

dəniz mili

n mile

mil

1852 m (dəqiq)

1852 m (dəqiq)

dəniz naviqasiyası

Kütlə

karat

kar

2 ∙ 10-4 kg (dəqiq)

2 ∙ 10-4 kq (dəqiq)

qiymətli daşların, mirvarinin çıxarılması və istehsalı

Xətti sıxlıq

teks

tex

teks

1 ∙ 10-6 kg/m (dəqiq)

1 ∙ 10-6 kq/m (dəqiq)

tikiş sənayesi

Sürət

uzel

kn

uz

0,514 (4) m/s

0,514 (4) m/s

dəniz naviqasiyası

Təcil

qal

Gal

Gal

0,01 m/s2

0,01 m/s2

qravimetriya

Fırlanma tezliyi

dövr bölünsün saniyə

r/s

dövr/s

1 s-1

1 s-1

elektrotexnika

 

dövr bölünsün dəqiqə

r/min

dövr/ dəq

1/60 s-1 = =0,016 (6) s-1

1/60 s-1 = =0,016 (6) s-1

 

Təzyiq

bar

bar

bar

1 ∙ 105 Pa

1 ∙ 105 Pa

fizika

 

Aparatın rəhbəri  A.HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli, 23 nömrəli qərarına

4 nömrəli Əlavə

 

Kəmiyyətlərin şərti şkalalar (Brinellin, Vikkersin, Rokvellin və Super-Rokvellin bərklik şkalaları, hidrogen ionlarının aktivlik şkalası (pH) və digər şkalalar) üzrə qiymətləndirilən şərti vahidləri

 

Kəmiyyətin şərti (qeyri-metrik) şkalası — başlanğıc qiymətləri şərti vahidlərlə ifadə olunan kəmiyyət şkalalarıdır. Şərti şkalalar çox vaxt qeyri-metrik şkalalar adlanır.

Bərkliyi ölçmək üçün aşağıdakı şkalalar (ölçmə metodları) mövcuddur:

- Brinell metodu. Bərklik, səthin içərisinə basılan metal kürəciyin saxladığı izin diametrinə görə təyin olunur. Bu zaman bərklik kürəciyə tətbiq edilən qüvvənin izin sahəsinə (izin sahəsi dairənin sahəsi kimi yox, kürənin hissəsinin sahəsi kimi götürülür) nisbəti kimi hesablanır. Bərkliyin vahidi kq/mm2-dir. Bu metod üzrə təyin edilən bərklik HB (H — bərklik sözünün (hardness), B — şkalanın adının baş hərfləridir) kimi işarə olunur;

- Rokvell metodu. Bərklik, yoxlanılan materialın səthinin içərisinə metal kürəciyin və ya almaz konusun basılma dərinliyi ilə təyin olunur. Bu metod üzrə təyin olunan bərklik ölçüsüzdür və HR (R — şkalanın adının baş hərfidir) ilə işarə olunur. Bərklik aşağıdakı düsturla hesablanır:

 

HR= 100 – kd

 

d — əsas əlavə yükü götürdükdən sonra ucluğun basılma dərinliyi,

k — əmsaldır.

Beləliklə, sonsuz bərkliyə HR=100 uyğun gəlir. Yumºaq materiallar mənfi bərklik qiymətinə malik ola bilər;

- Vikkers metodu. Bərklik, səthin içərisinə basılan dördbucaqlı almaz piramidanın saxladığı izin ölçüsünə görə təyin olunur. Bu zaman bərklik piramidaya tətbiq edilən qüvvənin izin sahəsinə (izin sahəsi kvadratın sahəsi kimi yox, piramidanın səth hissəsinin sahəsi kimi götürülür) nisbəti kimi hesablanır. Bu metod üzrə təyin edilən bərklik HV (V — şkalanın adının baş hərfidir) kimi işarə olunur;

- Moos şkalası. Bu şkala əsasən mineralların bərkliyini göstərmək üçün istifadə olunur. Mineralın bərkliyi yoxlanılan mineralı on standart mineraldan hansının cızdığına və yoxlanılan mineralın on standart mineraldan hansını cızdığına görə təyin olunur.

Basılma metodları ilə təyin edilən bərkliyin qiymətini bir şkaladan digərinə yenidən hesablamaq olar. Bərkliyin təyin olunmasının konkret üsulu materialın xassəsinə, mövcud ölçmə vasitəsinə və sairə görə seçilir. Basılma metodu ilə bərkliyi təyin etmək üçün bərklikmetrlərdən istifadə olunur. Bərkliyin, materialın xarakteristikası kimi böyük üstün cəhəti ondan ibarətdir ki, bərkliyin təyinolunma metodları çox az vaxt aparır.

- Hidrogen ionlarının aktivlik şkalası (pH şkalası). pH (potentia hydrogeni (hidrogen qüvvəsi) və ya pondus hydrogeni (hidrogenin çəkisi) latın sözlərinin baş hərfləridir) məhlulda hidrogen ionlarının aktivlik ölçüsüdür. pH kəmiyyət cəhətdən məhlulun turşuluğunu göstərir və mol bölünmüş litrlə (mol/l) ifadə olunan hidrogen ionları konsentrasiyasının mənfi onluq loqarifmi kimi hesablanır:

 

pH = -lg [H+]

 

Təmiz suda 22 °C temperaturda hidrogen ionlarının ([H+]) və hidroksid ionlarının ([OH-]) konsentrasiyaları eynidir və 10-7 mol/l təşkil edir. Bu o deməkdir ki, təmiz su üçün pH = 7. Məhlulda hər iki növ ionların konsentrasiyaları eyni olduqda, məhlul neytral reaksiyaya malik olur. Suya turşu əlavə edildikdə hidrogen ionlarının konsentrasiyası artır, hidroksid ionlarının konsentrasiyası isə uyğun olaraq azalır. Suya əsas əlavə edildikdə isə əksinə, hidroksid ionlarının miqdarı qalxır, hidrogen ionlarının konsentrasiyası isə düşür.

Məhlul [H+] > [OH-] olduqda turş məhlul, [H+] < [OH-] olduqda isə qələvi məhlul hesab edilir.

 

Aparatın rəhbəri  A.HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli, 23 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Kəmiyyət vahidlərinin adları, işarələri, yazılışı, həmçinin Azərbaycan Respublikasının ərazisində onların tətbiq edilməsi


QAYDALARI

 

1. Ümumi müddəa

 

Bu Qaydalar “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən hazırlanmışdır və kəmiyyət vahidlərinin adları, işarələri, yazılışı və Azərbaycan Respublikası ərazisində onların tətbiq edilməsi qaydalarını müəyyən edir.

 

2. Kəmiyyət vahidlərinin adları və işarələri

 

Beynəlxalq Vahidlər Sisteminin (Sİ) əsas kəmiyyət vahidlərinin, adları və işarələri Sİ-nin əsas kəmiyyət vahidlərinin adlarından və işarələrindən istifadə edilməklə yaradılan Sİ-nin törəmə vahidlərinin, xüsusi adlara və işarələrə malik Sİ-nin törəmə vahidlərinin, adları və işarələri xüsusi adlardan və işarələrdən istifadə edilməklə əmələ gətirilən Sİ-nin törəmə vahidlərinin adları və işarələri bu qərarın 1 nömrəli əlavəsində (1-4 nömrəli cədvəllər), Sİ-nin vahidləri ilə bərabər tətbiqinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidlərinin, bəzi nisbi və loqarifmik kəmiyyət vahidlərinin, informasiya miqdarı vahidlərinin adları və işarələri bu qərarın 2 nömrəli əlavəsində (1-3 nömrəli cədvəllər), müvəqqəti tətbiq edilməsinə yol verilən kəmiyyətlərin sistemdənkənar vahidlərinin adları və işarələri bu qərarın 3 nömrəli əlavəsində, kəmiyyətlərin şərti şkalalar (Brinellin, Vikkersin, Rokvellin və Super-Rokvellin bərklik şkalaları, hidrogen ionlarının aktivlik şkalası (pH) və digər şkalalar) üzrə qiymətləndirilən şərti vahidlərinin adları və işarələri isə bu qərarın 4 nömrəli əlavəsində göstərilmişdir.

 

3. Sİ-nin onluğun misl və hissə vahidlərinin adlarının və işarələrinin əmələ gətirilməsi

 

3.1. Sİ-nin onluğun misl və hissə vahidlərinin adları və işarələri bu qərarın 1 nömrəli əlavəsində (5 nömrəli cədvəl) göstərilən vuruqların və önşəkilçilərin köməyi ilə əmələ gətirilir.

3.2. Vahidin adına və işarəsinə iki və ya daha artıq önşəkilçinin bir-birinin ardınca birləşdirilməsinə yol verilmir (məsələn, “mikromikrofarad” vahidinin adının əvəzinə “pikofarad” yazmaq lazımdır).

Qeydlər:

1. kütlənin əsas vahidinin adı — kiloqram “kilo” önşəkilçisini özündə saxladığından, kütlə vahidinin misl və hissələrini əmələ gətirmək üçün kütlənin hissə vahidi — qram (0,001 kg) və önşəkilçi “qram” sözünə birləşdirilir. Məsələn: mikrokiloqram (μkq, mkkq) vahidinin əvəzinə milliqram (mg, mq).

2. kütlənin hissə vahidi — qramın önşəkilçi birləşdirmədən tətbiq edilməsinə yol verilir.

3.3. Önşəkilçi və ya onun işarəsini vahidin adı və ya uyğun olaraq axırıncının işarəsi ilə birlikdə yazmaq lazımdır.

3.4. Əgər vahid vahidlərin hasili və ya nisbəti kimi əmələ gəlmişdirsə, önşəkilçi və ya onun işarəsi hasilə və ya nisbətə daxil olan birinci vahidin adına və ya işarəsinə birləşdirilir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

kilopaskal-saniyə bölünsün

paskal-kilosaniyə bölünsün

metr(kPa∙ s/m; KPa∙ s/m)

metr (Pa∙ ks/m; Pa∙ Ks/m)

 

Önşəkilçinin hasilin ikinci vuruğuna və ya məxrəcə birləşdirilməsinə yalnız belə vahidlərin geniş yayıldığı və bu bəndin birinci hissəsinə uyğun olaraq əmələ gətirilən vahidlərə keçidin çətinlikləri ilə əlaqədar əsaslandırılmış hallarda yol verilir. Məsələn: ton-kilometr (t∙ km, t∙ km), Volt bölünsün santimetr (V/cm, V/sm), Amper bölünsün kvadrat millimetr (A/mm2, A/mm2).

3.5. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidləri başlanğıc vahidin adına önşəkilçi birləşdirməklə əmələ gətirilir. Məsələn: metrin ikinci dərəcəsindən ibarət olan sahənin-kvadrat metr vahidinin misl və ya hissələrinin adlarını əmələ gətirmək üçün önşəkilçi bu axırıncı vahidin adına birləşdirilir: kvadrat kilometr, kvadrat santimetr və s.

3.6. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidlərinin işarələri uyğun dərəcə göstəricisini başlanğıc vahidin misl və hissə vahidinin işarəsinə əlavə etməklə əmələ gətirilir, bununla belə göstərici misl və hissə vahidinin (önşəkilçi ilə birlikdə) qüvvətə yüksəldilməsini göstərir.

Misallar:

1.5km2 = 5(103m)2 = 5 ∙ 106m2;

2. 250 cm3/s = 250 (10-2m)3/s = 250 ∙ 10-6 m3/s;

3. 0,002 cm-1 = 0,002(10-2 m)-1 = 0,002 ∙ 100 m-1 = 0,2 m-1.

 

4. Vahidlərin işarələrinin yazılışı

 

4.1. Kəmiyyətlərin qiymətlərinin yazılışı zamanı vahidlər hərflərlə və ya xüsusi işarələrlə (...°, ...′ , ...″ ) tətbiq olunur, bununla da iki növ hərf işarələri müəyyən edilir:

- Beynəlxalq (latın və ya yunan əlifbasının hərflərini istifadə etməklə);

- Azərbaycan (latın əlifbasının hərflərini istifadə etməklə).

4.2. Vahidlərin hərf işarələri düz şriftlə çap olunur. Vahidlərin işarələrində nöqtə qısaldılma işarəsi kimi qoyulmur.

4.3. Vahidlərin işarələri kəmiyyətlərin ədədi qiymətlərindən sonra və onlarla bir sətirdə (digər sətrə keçirilmədən) yazılır. Vahidlərin işarəsinin qarşısında duran çəp xətli kəsrdən ibarət olan ədədi qiymət mötərizədə yazılır. Ədədin axırıncı rəqəmi ilə vahidin işarəsi arasında məsafə saxlanılır. Məsələn:

 

Düzdür:

Düz deyildir:

100 kW; 100 kVt

100kW; 100kVt

80 %

80%

20 °C

20°C

(1/60) s-1

(1/60)s-1

 

Qarşısında məsafə qoyulmayan sətir üstünə qaldırılmış işarələr istisna təşkil edir.

 

Düzdür:

Düz deyildir:

20°

20 °

 

4.4. Onluq kəsr olduqda, kəmiyyətin ədədi qiymətində vahidin işarəsi bütün rəqəmlərdən sonra yerləşdirilir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

423,06 m; 423,06 m

423 m 0,6; 423 m, 06

5,758° və ya 5°45,48

5°758 və ya 5°45′,48

və ya 5°45′28,8″

və ya 5°45′28″,8

 

4.5. Həddi meyilli kəmiyyətlərin qiymətlərini göstərən zaman həddi meyilli ədədi qiymətlər mötərizəyə alınır və vahidin işarəsi mötərizədən sonra qoyulur və ya vahidin işarəsi kəmiyyətin ədədi qiymətindən sonra və onun həddi meyilindən sonra yazılır. Məsələn:

 

Düzdür:

Düz deyildir:

(100,0 ± 0,1) kg; (100,0 ± 0,1) kg

100,0 ±0,1 kg; 100,0 ±0,1 kq

50 g ± 1 g; 50 q ± 1 q

50 ± 1 g; 50 ± 1 q

 

4.6. Qrafaların başlıqlarında və cədvəlin sətirlərinin adlarında (yan sütunlarda) vahidlərin işarələrini tətbiq etməyə yol verilir.

 

Misal 1.

Nominal sərf, m3/h

Göstərişlərin yuxarı həddi, m3

Sağ kənar diyircəyin bölgüsünün qiyməti, m3 (çox olmamaqla)

40 və 60

100000

0,002

100, 160, 250, 400, 600 və 1000

1000000

0,02

2500, 4000, 6000 və 10000

10000000

0,2

 

Misal 2.

Göstəricinin adı

Dartı gücünün qiyməti, kW

18

25

37

Qabarit ölçüləri, mm:

 

 

 

uzunluq

3080

3500

4090

en

1430

1685

2395

hündürlük

2190

2745

2770

Cığır, mm

1090

1340

1823

İşıq zolağı, mm

275

640

345

 

4.7. Düsturlara daxil olan kəmiyyət işarələrinin izahında vahidlərin işarələrinin tətbiq edilməsinə yol verilir. Vahidlərin işarələrinin, kəmiyyətlər və ya onların ədədi qiymətləri arasındakı asılılığı ifadə edən və hərf formasında təqdim olunan düsturlarla bir sətirdə yerləşdirilməsinə yol verilmir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

v = 3,6 s/t,

v = 3,6 s/t km/h

v - sürət, km/h

s - yol, m

s - yol, m

t - zaman, s

t - zaman, s

 

 

4.8. Hasilə daxil olan vahidlərin hərf işarələri vurma işarəsi kimi orta xətdə qoyulan nöqtələrlə ayrılır. Bu məqsədlə “x” simvolundan istifadə olunmasına yol verilmir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

N ∙ m; N ∙ m

Nm; Nm

A ∙ m2; A ∙ m

Am2;Am2

Pa ∙ s; Pa ∙ s

Pas; Pas

 

Maşında yazılmış mətnlərdə nöqtəni qaldırmamağa yol verilir. Hasilə daxil olan vahidlərin hərf işarələrini, əgər bu anlaşılmazlıq yaratmırsa, məsafə ilə ayırmağa yol verilir.

4.9. Vahidlərin nisbətinin hərf işarələrində bölmə işarəsi kimi yalnız bir çəp və ya üfüqi xətdən istifadə olunur. Vahidlərin işarələrinin qüvvətə yüksəldilmiş (müsbət və mənfi) vahidlərin işarələrinin hasili şəklində tətbiq edilməsinə yol verilir.

Əgər nisbətə daxil olan vahidlərdən biri üçün mənfi dərəcə şəklində işarə (məsələn, s-1, m-1, K-1; s-1, m-1, K-1) müəyyən olunmuşdursa, çəp və ya üfüqi xəttin tətbiq edilməsinə yol verilmir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

W ∙ m-2 ∙ K-1; Vt ∙ m-2 ∙ K-1

W/m2/K; Vt/m2/K

.

 

4.10. Çəp xətti tətbiq edən zaman surət və məxrəcdəki vahidlərin işarələri bir sətirdə yerləşdirilir və məxrəcdə vahidlərin işarələrinin hasili mötərizəyə alınır. Məsələn:

 

Düzdür:

Düz deyildir:

m/s; m/s

;

W/ (m ∙ K); Vt/ (m ∙ K)

W/m ∙ K; Vt/m ∙ K

 

4.11. İki və ya daha artıq vahiddən ibarət olan törəmə vahidi göstərən zaman vahidlərin hərf işarələrini və adlarını kombinasiya etməyə, yəni bəzi vahidlər üçün işarələr, digərləri üçün isə adlar göstərməyə yol verilmir. Məsələn:

 

Düzdür:

Düz deyildir:

80 km/st

80 km/saat

80 kilometr bölünsün saat

80 km bölünsün saat

 

4.12. Xüsusi işarələrin: ...°, ...’, ...”, % və ‰ vahidlərinin hərf işarələri ilə birləşmələrinin tətbiq edilməsinə yol verilir. Məsələn: ...°/s .

 

5. Beynəlxalq Vahidlər Sisteminin koherent törəmə vahidlərinin əmələ gətirilməsi

 

Beynəlxalq Vahidlər Sisteminin koherent törəmə vahidləri (bundan sonra — törəmə vahidlər), bir qayda olaraq, ədədi əmsalları 1-ə bərabər olan kəmiyyətlər arasındakı sadə əlaqə tənliyinin (təyinedici tənliklərin) köməyi ilə əmələ gətirilir. Törəmə vahidləri əmələ gətirmək üçün əlaqə tənliklərindəki kəmiyyətlərin işarələri Sİ vahidlərinin işarələri ilə əvəz olunur.

Misal 1. Sürət vahidi düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin sürətini təyin edən tənlik vasitəsilə əmələ gəlir:

v= ,

v — sürət,

s — gedilən yolun uzunluğu,

t — maddi nöqtənin hərəkət müddətidir.

s və t-nin yerinə onların Sİ vahidlərinin işarələrini qoyduqda, [v] = [s] / [t] = 1 m/s.

Deməli, sürətin Sİ vahidi metr bölünsün saniyədir. O, düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin elə sürətinə bərabərdir ki, bu zaman bu nöqtə 1 s müddətində 1 m məsafəyə yerini dəyişir.

Əgər əlaqə tənliyində qiyməti 1-dən fərqli ədədi əmsallar varsa, onda Sİ-nin koherent törəmə vahidlərini əmələ gətirmək üçün tənliyin sağ tərəfinə əmsala vurulduqdan sonra 1-ə bərabər ümumi ədədi qiymət verən Sİ vahidlərindəki qiymətləri ilə kəmiyyətlərin işarələri qoyulur.

Misal 2. Əgər enerji vahidini əmələ gətirmək üçün aşağıdakı tənlik istifadə olunursa,

E= m v2  ,

E — kinetik enerji,

M — maddi nöqtənin kütləsi,

v — maddi nöqtənin hərəkət sürətidir.

onda, enerjinin Sİ koherent vahidini əmələ gətirmək üçün

[E]=  (2[m] ∙ [v]2) =  (2 kg) (1 m/s)2 = 1 kg ∙ m/s2 ∙ m = 1N ∙ m = 1J

və ya

[E] =  [m](√2 [v]2) =  (1 kg)(√2 m/s)2 = 1 kg ∙ m/s2 ∙ m = 1 N ∙ m = 1 J

tənlikləri istifadə olunur.

Deməli, enerjinin Sİ vahidi (Nyuton-metrə bərabər) Couldur. Gətirilən misallarda o, kütləsi 2 kg, lm/s sürətlə hərəkət edən və ya kütləsi 1 kg , √2 m/s sürətlə hərəkət edən cismin kinetik enerjisinə bərabərdir.

 

6. Kəmiyyət vahidlərinin Azərbaycan Respublikasının ərazisində tətbiqi

 

6.1. Kəmiyyət vahidləri, adları və işarələri bu qərarın 1, 2 və 3 nömrəli əlavələrində verilmiş cədvəllərdə göstərilən qaydada Azərbaycan Respublikası ərazisində tətbiq edilir.

6.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və başqa sənədlərdə vahidlərin Beynəlxalq işarələri işlədilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.

6.3. İxrac edilən məhsulların, o cümlədən ölçmə vasitələrinin xassələri və parametrləri sifarişçinin müəyyən etdiyi kəmiyyət vahidləri ilə ifadə edilə bilər.

6.4. Nəşrlərdə vahidlərin ya Beynəlxalq, ya da Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2014-cü il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 741)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2014-cü il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 741) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status