Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhərinin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik olan Bakı Metropoliteninin daha da inkişaf etdirilməsini, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsini, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyini, onun maddi-texniki bazasının gücləndirilməsini və infrastrukturunun yenidən qurulmasını, digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilsin.
2. “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Bu Sərəncamın 2-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsini təmin etsin;
[1]
3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il
№ 1408
|
ƏLAVƏ № 2
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 18 mart tarixli, 1408 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair
DÖVLƏT PROQRAMI
1. Giriş
Son illərdə Bakı şəhəri ərazisinin genişlənməsi və əhalisinin artması nəticəsində paytaxt müasir infrastruktura malik meqapolisə çevrilməkdədir. Əldə edilmiş iqtisadi nailiyyətlər nəticəsində xalqımızın maddi rifahının yaxşılaşması, əhalinin məşğulluq səviyyəsinin artması, yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı şəhərində əhalinin hərəkətinin intensivləşməsi, həmçinin paytaxtımıza turist axınının güclənməsi şəhər infrastrukturunda aparıcı yer tutan nəqliyyat sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini labüd etmişdir.
Avtomobil yollarında tıxacların aradan qaldırılması və nəqliyyatın hərəkətində rahatlığın təmin edilməsi üçün bir sıra yeni küçə və yollar salınmış, Bakı şəhərinin əsas giriş-çıxış yolları genişləndirilmiş, yeni yol qovşaqları, avtomobil tunelləri və piyada keçidləri inşa edilərək əhalinin istismarına verilmiş, həmçinin şəhər sərnişin daşınmasında istifadə üçün iritutumlu avtobusların alınmasına müvafiq vəsait ayrılmışdır. Bundan başqa, şəhər nəqliyyatının vahid mərkəzdən idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə nəqliyyatda intellektual idarəetmə sisteminin yaradılması istiqamətində də müvafiq layihələr həyata keçirilməkdədir.
Eyni zamanda, əhalinin rahat, maneəsiz və sürətlə daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan metropolitenin təkmilləşdirilməsi və genişləndirilməsi diqqət mərkəzində olmuş və bu istiqamətdə də xeyli iş görülmüşdür.
Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 33 kilometrlik yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmiş, orta illik sərnişindaşıma 175 milyon nəfərə çatmışdır.
Son iki ildə yeni “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı inşa edilərək, əhalinin istifadəsinə verilmiş, “İçərişəhər” stansiyası tamamilə yenidən qurulmuşdur.
Tikinti və yenidənqurma işləri ilə yanaşı, Bakı metropoliteninin vaqon parkının yeniləşdirilməsi üçün təzə metro vaqonları alınmış, metronun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə müxtəlif maşın, mexanizm və avadanlıq, o cümlədən müasir eskalatorlar alınaraq quraşdırılmış, habelə dünyanın aparıcı ölkələrinin təcrübələrinə uyğun olaraq, müasir texnologiyalar əsasında Bakı metropoliteni obyektlərində təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasına başlanılmışdır. Həmçinin, metro tikintisində ən vacib komponent olan tunellərin qısa müddətdə və daha az məsrəflə qazılması üçün müasir tunelqazma kompleksi alınmışdır. Bunun nəticəsində tunellərin daha sürətlə tikilməsinə və material sərfində qənaətə nail olunacaqdır.
“Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, ixtisaslaşmış xarici şirkətlərin iştirakı ilə əhalinin məskunlaşma coğrafiyası, hərəkətin intensivliyini yaradan amillər, həmçinin digər nəqliyyat vasitələri ilə uzlaşma imkanları nəzərə alınmaqla, Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin uzunmüddətli Konseptual İnkişaf Sxemi hazırlanmışdır.
Konseptual İnkişaf Sxemi Bakı Metropoliteninin mövcud şəbəkəsinin 2030-cu ilədək olan müddətdə mərhələlərlə genişləndirilməsini və nəhəng metro şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Bu Dövlət Proqramı Konseptual İnkişaf Sxemində nəzərdə tutulan ardıcıllıq və prioritetlərə uyğun olaraq, yaxın beş il ərzində bir yeni xəttin tikintisinə başlanılmasını və mövcud xətlərin tikintisinin davam etdirilməsini, yeni stansiyaların və elektrik depolarının inşasını, təzə vaqonlar alınmasını və ilk növbədə metropolitendə qatarların hərəkət təhlükəsizliyinin və fasiləsiz elektrik enerjisi təchizatının təmin edilməsi üçün ən mütərəqqi texnologiyanın və müasir avadanlığın tətbiqini, habelə müvafiq kadrlar hazırlanmasının əsas istiqamətlərini müəyyən edir.
2. Dövlət Proqramının əsas məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi Bakı Metropoliteninin mövcud şəbəkəsinin genişləndirilməsini və yeni xətlərin inşasını təmin etməklə digər ictimai nəqliyyat növlərinin yükünün azaldılmasını, metropolitenin vaqon parkının mütəmadi modernləşdirilməsini, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsini, sərnişinlərə maksimum rahatlıq yaradılmasını, habelə metronun digər ictimai nəqliyyat vasitələri ilə uzlaşdırılmasını və inteqrasiyasını təmin etməklə, metropoliten şəbəkəsinin təkmilləşdirilməsindən ibarətdir.
Dövlət Proqramı çərçivəsində 2011-2015-ci illərdə aşağıdakı vəzifələrin və bu Proqramın 5-ci bölməsində göstərilmiş tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur:
- uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, yeni III xətt üzrə 5 yeni stansiyanın və 1 elektrik deposunun inşa olunması, mövcud II xətt üzrə 1 elektrik deposunun və 3 yeni stansiyanın tikilməsi;
- bir neçə mövcud birçıxışlı stansiyada ikinci çıxışların inşası ilə əlaqədar məsələlərin həlli;
- mövcud I və II xətlərdə müstəqil hərəkətin təşkili, habelə bu xətləri yeni xətlərlə birləşdirən keçid stansiyalarının inşası;
- “28 May” stansiyasının yenidən qurulmasının başa çatdırılması;
- vaqon parkının yeniləşdirilməsi və müasirləşdirilməsi;
- qatarların hərəkətinin təhlükəsizliyinin və sərnişin daşınmasının keyfiyyətinin artırılmasının təmin edilməsi;
- yeni tikiləcək xətlərdə platformaların uzunluğunun artırılması hesabına vaqonların sayının 5-dən 7-yə çatdırılması və bununla əlaqədar sərnişindaşımanın keyfiyyətinin və həcminin artırılması;
- elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların metro nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
- elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizat üçün zəruri müasir avadanlığın alınması;
- metropoliten sistemində kadrların hazırlanması, onların sosial müdafiəsi;
- normativ hüquqi bazanın təkmilləºdirilməsi.
3. Maliyyə mənbələri
Bu Proqramın maliyyələşdirilməsinin təmin edilməsi aşağıda göstərilən mənbələr hesabına həyata keçirilir:
- dövlət büdcəsindən ayrılan dövlət əsaslı vəsait qoyuluşu;
- kredit vəsaitləri, texniki yardımlar və qrantlar;
- qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsi aşağıdakı nəticələrin əldə olunmasını təmin edəcəkdir:
- uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, əhalinin sıx məskunlaşdığı əraziləri əhatə etməklə, prioritet hesab edilən yeni stansiyaların 2015-ci ilədək tikilib əhalinin istifadəsinə verilməsi;
- sərnişinlərin daşınmasında və onların şəhərdaxili hərəkətində rahatlığa və çevikliyə nail olunması;
- əhalini metroya cəlb etmək və istiqamətləndirməklə, digər ictimai nəqliyyat növlərinin yükünün azaldılması;
- Bakı şəhərinin nəqliyyat sistemində mövcud gərginliyin və tıxacların aradan qaldırılması;
- metropolitenin sərnişin nəqliyyatının digər növləri və infrastrukturları ilə uzlaşdırılmasının və inteqrasiyasının təmin edilməsi;
- təzə vaqonların alınması vasitəsilə metro parkının mütəmadi yeniləşdirilməsi və vaqonların sayının artırılması;
- stansiyalarda və tunellərdə ən müasir texnologiyaların tətbiqi vasitəsilə əhalinin metroda gedişində maksimum təhlükəsizliyin və rahatlığın təmin edilməsi;
- yeni tunelqazma qurğu və mexanizmlərinin alınması nəticəsində metro tikintisinin sürətləndirilməsi və tikintinin maya dəyərinin aşağı salınması;
- metronun fəaliyyətinin elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatına nail olunması;
- mövcud metropoliten şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi.
5. Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün
TƏDBİRLƏR PLANI
[2]
Sıra №-si
|
Tədbirin adı
|
İcra müddəti
|
İcraçı
|
1
|
2
|
3
|
4
|
1. Metropoliten xətlərinin Konseptual İnkişaf Sxemi üzrə layihə-smeta sənədlərinin hazırlanması, tikinti-quraşdırma işləri və yeni sistemlərin tətbiqi
|
|||
1.1.
|
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, III yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin xəttin “Elektrik deposu” — “Avtovağzal” — “M. Əcəmi-
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
1.2.
|
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, mövcud II xəttin “Elektrik deposu”nun və “Azadlıq prospekti” — “Y-
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
[3]
|
1.3.
|
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, IV yeni xəttin “Elektrik deposu” — “Yeni Yasamal” — “İnşaatçılar-
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
1.4.
|
Konseptual İnkişaf Sxeminə uyğun olaraq, yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsi, torpaqların ölçüləri və sərhədləri haqqında məlumatların əlaqədar təşkilatlara təqdim edilməsi
|
2011-2012
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, digər əlaqədar təşkilatlar
|
2. Mövcud stansiyaların yenidən qurulması
|
|||
2.1.
|
“M. Əzizbəyov” stansiyasının yenidən qurulmasının başa çatdırılması
|
2012
|
Bakı Metropoliteni
|
2.2.
|
“Elmlər Akademiyası” stansiyasının II çıxışının tikintisi
|
2011-2013
|
Bakı Metropoliteni, “Azərtunelmetrotikinti” ASC
|
2.3.
|
“28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması və mövcud I (“H. Aslanov” — “İçərişəhər” xətti) və II (“Xətai” — “VI stansiya” xətti) xətlərin sərbəst hərəkətinin təşkili
|
2011-2013
|
Bakı Metropoliteni
|
2.4.
|
Metropoliten stansiyalarının mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
2.5.
|
Birçıxışlı “Nizami”, “İçərişəhər”, “Sahil” və “Xətai” stansiyalarının II çıxışlarının işçi layihə-smeta sənədlərinin hazırlanması
|
2012-2013
|
Bakı Metropoliteni
|
3. Təhlükəsizlik tədbirləri və maddi-texniki bazanın gücləndirilməsi
|
|||
3.1.
|
Metropolitenin stansiya və vaqonlarında videomüşahidə, təhlükəsizlik sistemlərinin quraşdırılması
|
2011-2014
|
“Bakı Metropoliteni” QSC
|
3.2.
|
Yeni metro vaqonlarının alınması
|
2012-2015
|
“Bakı Metropoliteni” QSC
|
3.3.
|
Metropoliten obyektlərində, o cümlədən vaqonlarda müasir yanğın işarəvermə sisteminin və avtomatik yanğınsöndürmə-sisteminin tətbiqi
|
2012
|
Bakı Metropoliteni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3.4.
|
Mövcud metropoliten xətlərinin bütün yol mənzillərində qovuşuqsuz rels dövrələrinə keçmək şərtilə marşrut-rele mərkəzləşdirmə sisteminin əvəzinə yeni tipli mikroprosessor mərkəzləşməsi sisteminin layihələndirilməsi və tətbiqi
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
3.5.
|
Dispetçer rabitəsinin və qatar radiorabitəsinin yeni texnologiya əsasında modernləşdirilməsi
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
4. Enerji təchizatı və elektromexanika təsərrüfatının yaxşılaşdırılması
|
|||
4.1.
|
Konseptual İnkişaf Sxeminə əsasən yeni tikiləcək metro stansiyalarını və elektrik depolarını elektrik enerjisi ilə təmin etmək üçün yeni güc mənbələrinin yaradılması, yarımstansiyaların tikintisi və elektrik verilişi xətlərinin çəkilməsi, metropolitenin enerji ilə fasiləsiz təmin edilməsi üçün alternativ enerji mənbələrinin yaradılması
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC
[4]
|
4.2.
|
Elektrik təchizatı, dartı, paylanma, işıqlandırma və digər kabel şəbəkələrinin yeniləşdirilməsi, 3 (üç) ədəd dartı-azaldıcı yarımstansiyanın layihələndirilməsi və inşası
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
4.3.
|
Metroda mikroiqlim təminatını yaxşılaşdırmaq məqsədi ilə stansiya və tunellərdəki ventilyasiya sisteminin monitorinqi və monitorinq əsasında ventilyasiya sisteminin kompleks modernləşdirilməsi
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
4.4.
|
Suxaric qurğuları avadanlığının müasir və davamlı aqreqatlarla və elektron işarəvermə və mühafizə sistemlərinin tətbiqi ilə modernləşdirilməsi
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
4.5.
|
Motorrels nəqliyyatı parkının yeniləşdirilməsi, avtodrezinlərin, tunelyuyan aqreqatın və vaqon-laboratoriyanın alınması
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC
|
5. Normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
|||
5.1.
|
Metropoliten təsərrüfatı və metro tikintisi üzrə sahə normativ sənədlərinin təkmilləşdirilməsi
|
2011-2012
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni, “Azərtunelmetrotikinti” ASC
|
5.2.
|
Yeni xətlər üçün zəruri normativ texniki sənədlərin hazırlanması
|
2011-2012
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Metropoliteni, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
|
5.3.
|
Mövcud xətlər və onların genişləndirilmiş sahələri üçün zəruri olan normativ texniki sənədlərin hazırlanması
|
2011-2012
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Metropoliteni, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
|
5.4.
|
Metropoliten təsərrüfatları üzrə layihə və tikinti işləri üçün ixtisaslı fəhlə, orta ixtisas və ali təhsilli kadrların hazırlanması
|
2011-2015
|
“Bakı Metropoliteni” QSC, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC
[5]
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112)
2.
1 iyun 2016-cı il tarixli 932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1028)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112) ilə 3.1-ci bənddə “Bakı Metropoliteni” sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.
[2]
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112) ilə 1.3-cü, 2.4-cü, 3.1-ci, 3.2-ci. 3.4-cü, 3.5-ci və 4.2-4.5-ci bəndlərin “İcraçı” sütununda “Bakı Metropoliteni” sözləri “Bakı Metropoliteni” QSC” sözləri ilə əvəz edilmişdir.
[3]
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112) ilə 1.1-ci və 1.2-ci bəndlərin “İcraçı” sütununda “Bakı Metropoliteni, “Azərtunelmetrotikinti” ASC” sözləri “Bakı Metropoliteni” QSC” sözləri ilə əvəz edilmişdir.
[4]
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112) ilə 4.1-ci bəndin “İcraçı” sütunu yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bakı Metropoliteni, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, “Bakımetrolayihə” İnstitutu
1 iyun 2016-cı il tarixli 932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1028) ilə Əlavə № 2 - “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın 5-ci hissəsinin - “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı”nın 4.1-ci bəndinin “İcraçı” sütununda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.
[5]
24 sentyabr 2014-cü il tarixli 750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1112) ilə 5.4-cü bəndin “İcraçı” sütunu yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Metropoliteni, “Bakımetrolayihə” institutu, “Azərtunelmetrotikinti” ASC