×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.12.2000
QEYDİYYAT NÖMRƏSİ
220
ADI
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2000, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 871)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.12.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 dekabr 2000-ci i

                № 220

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 13 dekabr tarixli, 220 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları

 

Ümumi müddəalar

 

1. Bu Qaydalar Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına (BMAÇK),* Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-İKAO) tərəfindən Çikaqo Konvensiyası əsasında qəbul olunmuş Təlimata, «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanununa, «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun olaraq hava nəqliyyatı ilə təhlükəli yüklərin** daşınmasında təhlükəsizliyin təmin olunması üzrə müvafiq tələbləri müəyyən edir. [1]

Bu Qaydalar təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasının xüsusi şərtlərini müəyyən edir və belə yüklərin hava nəqliyyatı ilə daşınması ilə bağlı olan təşkilatlar, hüquqi və fiziki şəxslər üçün yerinə yetirilməsi məcburi olan əsas normativ-hüquqi sənəddir.

2. Bu Qaydalar xüsusi tələblərlə və təlimatlarla hərbi təyinatlı təhlükəli yüklərin daşınmasına aid edilmir.

3. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövdağmədəntexnəzarət Komitəsi) «Aviasiya haqqında» Qanunu və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu, respublikanın müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir. [2]

4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Dövdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət növünün həyata keçirilməsinə dair xüsusi razılıq (lisenziya) aldıqdan sonra təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasına icazə verilir.

Təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazəni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verir. [3]

5. Təhlükəli yüklərin daşınma təlimatları və şərtləri yüklərin daşınmasını həyata keçirən dövlət və qeyri-dövlət təşkilatları hüquqi və fiziki şəxslər tərəfindən hazırlandığı təqdirdə, onlar Dövdağmədəntexnəzarət Komitəsi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə razılaşdırılır. [4]

6. Hüquqi və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, yükləyənlər, boşaldanlar və saxlayanlar) bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə uyğun olaraq işlərin təhlükəsiz aparılmasına məsuliyyət daşıyırlar.

Bəzi təhlükəli yüklərin daşınması üçün təhlükəsiz daşınma və yaxud lisenziya şərtlərində nəzərdə tutulduğu hallarda yükü daşıyan, göndərən və ya qəbul edən tərəfindən məsul şəxs və mühafizə təyin edilə bilər.

7. Hüquqi və fiziki şəxslər (yükgöndərənlər, yükalanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar) «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada, müvafiq icra hakimiyyəti orqanlarının tələbi əsasında, texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməyə borcludurlar.

8. Yük daşıyanlar (yükgöndərənlər və ya yükalanlar) təhlükəli yüklərin daşınması zamanı baş vermiş hər bir qəza hadisələri barədə ilkin təcili məlumatı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə və Dövdağmədəntexnəzarət Komitəsinə verməlidirlər. [5]

9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən radioaktiv və toksik tullantıların respublikaya gətirilməsi üçün hava gəmilərinə yüklənməsinə yol verilmir.

10. Hava gəmilərində təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və saxlanması ilə məşğul olan mülki aviasiya müəssisələrinin, aviaeskadrilyaların, mülki hava limanlarının və istehsalat birlikləri rəhbərlərinin və hava gəmisi heyətinin hazırlığı haqqında müvafiq şəhadətnamələrə malik olmalarını, texniki təhlükəsizlik üzrə qaydaların və normativlərin tələblərinə uyğun olaraq biliklərinin artırılmasını, müəyyən olunmuş qaydada attestasiyadan keçmələrini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi təmin edir. [6]

11. Texniki təhlükəsizlik tələbləri bu Qaydalarla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarla, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.

Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.

12. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təqdimatı əsasında Dövdağmədəntexnəzarət Komitəsi təsdiq edir. [7]

13. Təhlükəli yüklərin daşınmasında, boşaldılmasında, yüklənməsində və saxlanmasında işləyənlərin vəzifələri aşağıdakılardır:

təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;

müəyyən edilmiş qaydada tibbi müayinədən və attestasiyadan keçmək;

təhlükəli yüklərin siyahıları və onlar barədə əsas məlumatlar müvafiq cədvəllərdə verilir.

təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

14. Təhlükəli yüklərin daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədi ilə:

sistemli tədbirlər hazırlayır və həyata keçirir;

baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;

qəza və hadisə baş verdikdə işləri dərhal dayandırır;

bu Qaydadan, digər normativ aktlardan, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.

* 1944-cü il 7 dekabr tarixdə Çikaqoda 52 ölkə tərəfindən imzalanmışdır.

** İnsanlar, digər canlılar və ətraf mühit üçün təhlükəli olan maddə, məmulat və məhsullar, təhlükəli yüklərin siyahıları və onlar barədə əsas məlumatlar müvafiq cədvəllərdə verilir.

 

 

15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi hava gəmilərində təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və saxlanması ilə məşğul olan mülki aviasiya müəssisələri, birləşmiş aviadəstələr, birləşmiş aviaeskadrilyalar, müstəqil hava limanları, hüquqi, vəzifəli və fiziki şəxslər:

partlayıcı və radioaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki-normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, yüklənməsini, təhlükəsiz daşınmasını təmin etməlidirlər;

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq təlimat, sərəncam və göstərişlərinə əməl etməlidirlər.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi texniki təhlükəsizlik tələblərinə riayət olunmasına idarədaxili nəzarətin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edir. [8]

16. Təhlükəli yüklərin saxlanılmasında, yüklənməsində, daşınmasında, boşaldılmasında ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, «Ətraf Mühitin Mühafizəsi haqqında», «Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunları ilə və normativ aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Əsas anlayışlar

 

Aviasiya müəssisəsi(yük daşıyan) — müəyyən olunmuş qaydada sərnişinlərin, baqajın, yüklərin, o cümlədən təhlükəli yüklərin və poçtun daşınmasını həyata keçirən mülki aviasiya müəssisəsi, istehsalat birlikləri, birləşmiş aviadəstələr, birləşmiş aviaeskadrilyalar və müstəqil mülki hava limanlarıdır.

Partlayıcı maddə — öz-özünə sürətlə kimyəvi reaksiyaya girərək, ətraf əşyaların zədələnməsinə səbəb olan miqdarda istilik ayıran, təzyiq yaradan, habelə qaz ifraz edən bərk və ya duru maddə (və ya maddələrin qarışığı). Pirotexniki maddələr partlayıcılara aiddir (öz- özünə partlamayan, lakin partlayış təhlükəli qaz, buxar və ya toz mühiti yarada bilən maddələr partlayıcı maddələrə aid deyil).

Partlayıcı məmulat — tərkibində bir və ya bir neçə partlayıcı maddələr olan məmulat.

Daxili(iç) qab — məhsulun yığılması və nəql olunması üçün nəqliyyat və ya aralıq qabına yerləşdirilən, kombinə edilmiş qablaşdırma qab növü.

Yükün hava yolu ilə daşınması — yüklərin müəyyən olunmuş qaydada aviasiya müəssisələri tərəfindən hava gəmilərində, eləcə də onun yerüstü nəqliyyat vasitələri ilə daşınması.

Germetik qab — tutumu ilə xarici mühit arasında mübadilə prosesi getməyən qab.

Hava yük gəmisi - sərnişin olmadan, yük və yaxud əmlak daşıyan hava gəmiləri.

Yük yeri — nəqliyyat qabı və onun içindəkindən ibarət olan və daşınmaya hazırlanmış yükün qablaşdırılması üzrə əməliyyatın son məhsulu.

Yükün fakturası — yükün hava yolu ilə daşınması üzrə müqavilənin bağlanmasını, onun şərtlərini və daşınmaya qəbulunu təsdiq edən sənəd.

Yüklərin göndərişi — yük daşıyan tərəfindən bir yükgöndərəndən eyni vaxtda qəbul olunmuş və yükalanın ünvanına bir faktura ilə gedən bir və ya bir neçə yük yerləri.

Gel — bərk cismlərin bəzi xassələrinə malik olan, eyni tərkibli kolloidal mət (studen).

Detonasiya — başqa partlayıcı maddənin partlayışı və yaxud silkələnməsi, zərbəsi, sürtünməsi nəticəsində partlayıcı maddənin dərhal partlaması.

Deflaqrasiya — partlayıcı maddələrin partlayışsız yanması.

Fərdi qab — tək məhsul üçün təyin olunan qab.

Təhrikedici (səbəbkar) maddələr — xarici təsirə (zərbəyə, sancmaya, sürtünməyə və s.) olduqca həssas olan və digər partlayıcı maddələrdə detonasiya yaratma qabiliyyətinə malik olan partlayıcı maddələr.

Kombinasiya olunmuş qab — iki və daha artıq müxtəlif materiallardan hazırlanmış, üst qabın içərisində qurulmuş və ya qoyulmuş və bir yerdə vahid nəqliyyat qabını təşkil edən bir bütöv qab kimi doldurulan, saxlanılan, nəql olunan və boşaldılan tutumlar.

Kombinasiya olunmuş qablaşdırma — içərisinə bir və ya bir neçə ədəd daxili, zəruri hallarda aralıq qabı və köməkçi qablaşdırma vasitələri qoyulmuş nəqliyyat qablaşdırılmasından ibarət olan bağlamalar.

Brutto kütlə — bağlama və onun tərkibində olan maddənin kütləsi.

Netto kütlə — maddənin bir ədəd bağlamada təmiz olan kütləsi.

Ost qab — daxili qabın və ya daxili tutumun saxlanması və mühafizəsi üçün zəruri olan, hər hansı hopdurucu və aralıq (amortizasiya edən) materialla və digər komponentlərlə bir yerdə olan kombinasiya olunmuş qabın və ya bağlamanın üst mühafizəsi.

Uyuşmazlıq — qarışdırılması zamanı təhlükəli istilik və yaxud qaz ayıra bilən və ya da Korroziya edici maddələr törədə bilən təhlükəli yüklərə tətbiq olunan termin.

BMT siyahısı üzrə nömrə — təhlükəli yüklərin daşınması üzrə konkret qrupa aid olan maddələrin və ya maddənin nişanlanması üçün BMT-nin ekspertlər Komitəsi tərəfindən verilmiş 4 rəqəmli nömrə.

Təhlükəli yük — hava gəmilərində daşınarkən, yüklənərkən və yaxud saxlanarkən insanların və digər canlıların sağlamlığına və həyatına, uçuşun təhlükəsizliyinə və əmlakın mühafizəsinə təhlükə yarada bilən, eləcə də onların xəstələnməsinə və ölümünə səbəb ola biləcək məmulatlar, maddələr və ya qurğular. [9]

Yüklənmənin adı — təhlükəli yüklərin daşınma sənədlərində və nişanlanması zamanı istifadə olunan ad.

Yükgöndərən — yük fakturasında yükgöndərən kimi göstərilən və aviasiya müəssisəsi ilə müqavilə bağlamış hüquqi və fiziki şəxslər.

Hava sərnişin gəmisi — sərnişin daşımalarını həyata keçirən hava gəmisi. Bu Qaydalara görə ekipaj üzvləri, aviasiya müəssisələrinin və digər təşkilatların vəzifə borclarını yerinə yetirən əməkdaşları, eləcə də təhlükəli yükü müşayiət edən digər şəxslər sərnişinlərin siyahısına daxil olmurlar.

Pirotexniki maddə — öz-özünə və detonasiyasız gedən ekzotermik kimyəvi reaksiya nəticəsində istilik, işıq, səs, qaz, tüstü və yaxud onların kombinasiyası nəticəsində effekt vermək qabiliyyətinə malik olan birləşmələr və yaxud maddələr qarışığı.

Pirofor maye — hava ilə əlaqədə olduqda, dərhal alışma qabiliyyətinə malik olan və alışma temperaturu 55°S və ya aşağı olan maye.

İstehlakçı qab — nəqliyyat qabı funksiyasını yerinə yetirməyən və məhsulla istehlakçıya gələn qab.

Aralıq qabı — içərisində maddə olan və daxili qabı yerləşdirmək üçün nəzərdə tutulan və nəqliyyat qabına qoyulan kombinə edilmiş bağlama növü.

Yüklərin paketləşdirmə vasitələri — yük konteynerlərinin, aviasiya konteynerlərinin, torla olan aviasiya altlıqlarının və yaxud mühafizə qapağının üstündə tor olan aviasiya altlığının hər bir növü.

Qab — maddənin yerləşdirilməsi üçün qablaşdırma elementi kimi istifadə edilən məmulat.

Alışma temperaturu — mayenin sınaq tutumunda kifayət qədər konsentrasiyada və havada alışdırma mənbəyi ilə ani kontaktda olduqda, dərhal alışma qabiliyyətinə malik olan və tezalışan buxarlar ayrılan ən aşağı temperatur.

Nəqliyyat qabı — müstəqil nəqliyyat vahidi yaradan qab.

Qablaşdırma — maddələrin itkilərdən və ətraf mühitin çirklənməsindən qorunmasını təmin edən, onların nəqlini, saxlanmasını (yüklənməsi və boşaldılması daxil olmaqla), dövriyyəsini asanlaşdıran vasitə və yaxud vasitələr kompleksi.

Qablaşdırılma — qablaşdırma tətbiq etməklə maddənin daşınmaya, saxlanmaya, yüklənməyə, boşalmaya hazırlanması.

 

Qaydaların mətnində verilən qısaldılmalar

 

PM — partlayıcı maddə;

HG — hava gəmisi;

TAQ — tez alışan qazlar;

TAM — tez alışan mayelər;

TABM — tez alışan bərk maddələr;

AQ — alışmayan qazlar;

DTY — digər təhlükəli yüklər;

DTX — daşımaların təşkili xidməti;

PYDTX — poçt və yük daşımalarının təşkili xidməti.

 

Qeyd. Qaydaların mətnində, vəzifəli şəxslərin fəaliyyəti və məsuliyyəti haqqında məlumatda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin məsul şəxsi göstərilir. [10]

 

1. Qaydaların tətbiqi

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının mülki hava gəmilərində təhlükəli yüklərin daşımasını həyata keçirən aviasiya müəssisələri, eləcə də təhlükəli yükləri göndərənlər, alanlar, habelə nəqliyyat-ekspedisiya təşkilatları tərəfindən təhlükəli yüklərin daşınması üzrə əməliyyatların həyata keçirilməsini tənzimləyir.

1.2. Təhlükəli yüklərin Azərbaycan Respublikasının HG-də Azərbaycan Respublikasının ərazisində daşınmasında, eləcə də Azərbaycan Respublikasının HG-də onların Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu vaxt təhlükəli yüklərin beynəlxalq hava yolları ilə daşınmasında, xarici dövlətlərin ərazisinə və yaxud ərazisindən keçməklə daşınma həyata keçirilən xarici dövlətin qanunlarında başqa tələblər nəzərdə tutulmursa, bu Qaydalar qüvvədə qalır.

Təhlükəli yüklərin beynəlxalq hava daşımaları, Azərbaycan Respublikasında tətbiq olunan beynəlxalq qaydalara riayət etməklə keçirilir.

1.3. Başqa növ nəqliyyat vasitələrinin istifadəsi mümkün olmayan və yaxud təhlükəli yüklərin təcili çatdırılmasının xüsusi zəruriyyətindən irəli gələn hallarda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi bu Qaydaların müddəalarından kənara çıxmaq qərarını o şərtlə qəbul edə bilər ki, o, təhlükəli yüklərin HG-də təhlükəsiz daşınması üçün bütün mümkün olan tədbirlərin görülməsini təmin etsin. [11]

1.4. Nəqliyyat qabında (qutu, kanistr, çəllək, balon və s.) yerləşdirilən təhlükəli yüklər bu Qaydaların və müvafiq HG-nin istismarı üzrə təlimatın tələblərinə uyğun olaraq daşınır.

Öz konstruksiyalarında, sistemlərində və ya tutumlarında təhlükəli yüklərə aid edilən maddələr olan çənlər, qurğu və texnika bu Qaydalara və bu yüklərin HG-də daşınması üzrə təlimatlara uyğun olaraq daşınır.

Bəzi təhlükəli yüklərin daşınması, bu Qaydaların tələblərinə cavab verən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının xüsusi təlimatları ilə tənzimlənir. [12]

1.5. Təhlükəli yüklərin daşınmasını həyata keçirən təşkilatların rəhbərlərinin, vəzifəli şəxslərinin və mühəndis-texniki işçilərinin bu Qaydalarla və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin normativ-hüquqi sənədlərində nəzərdə tutulmuş hüquqları və vəzifə borcları onların vəzifə təlimatları ilə müəyyən olunur. [13]

1.6. Bu Qaydaların tələblərinə riayət olunmasına idarədaxili nəzarətin təşkili Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin rəhbərinin və aviasiya müəssisələrinin rəhbərlərinin üzərinə qoyulur. [14]

1.7. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə ümumi nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin müvafiq qurumu və Azərbaycan Respublikası Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq müfəttişliyi tərəfindən həyata keçirilir. [15]

 

2. Təhlükəli yüklərin hava gəmilərində daşınmasına icazənin verilməsi qaydaları

 

2.1. Təhlükəli yüklərin saxlanılmasını, yüklənib-boşaldılmasını və onların HG daşınmasını, bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxslər həyata keçirə bilərlər.

Aviasiya müəssisəsinin təhlükəli yüklərlə işlərin görülməsinə dair xüsusi razılığının (lisenziyasını) olması haqqında qeyd Azərbaycan Respublikasının hava nəqliyyatının istismarçısının (aviasiya şirkətinin) sertifikatında (şəhadətnaməsində) və yaxud təhlükəli yüklərin saxlanılması, yüklənməsi, boşaldılması və nəqli ilə məşğul olan mülki aviasiya subyektinin uyğunluq sertifikatında əks etdirilməlidir. [16]

Mülki aviasiya müəssisələrinin yerüstü xidməti həyata keçirən əməkdaşları və təhlükəli yükləri daşıyan HG-nin ekipajları müvafiq hazırlıq keçməlidirlər və mütəxəssisin şəhadətnamələrində onların təhlükəli yüklərlə işlərin görülməsinə dair icazəsinin olması haqqında ixtisaslaşdırılma qeydləri olmalıdır.

2.2. Yük daşıyan aviasiya müəssisələrinə təhlükəli yüklərin daşımalarına təhlükəli yüklərin saxlanmasını, yükləmə-boşaltma işlərini həyata keçirən mülki aviasiya subyektlərinə xüsusi razılıq (lisenziya) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilir.

Azərbaycan Respublikasının mülki aviasiya subyektlərinin təhlükəli yüklərlə işlərin görülməsi üzrə xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərməsinə yol verilmir.

Xüsusi razılıq (lisenziya) olduğu halda, təhlükəli yüklərin daşınmasına sonrakı razılığı bu Qaydaların 9-cu bölməsinə uyğun olaraq, yükgöndərənin ərizəsi əsasında aviasiya müəssisəsinin rəhbəri verir.

2.3. Təhlükəli yüklər yükgöndərən təşkilatlardan, vətəndaşlardan və onların ünvanına hava gəmisində daşınmaya müqavilə əsasında qəbul olunur.

Bununla yanaşı yükgöndərən və yükalan məcburi qaydada təhlükəli yüklərlə işlərin görülməsinə dair xüsusi razılığa (lisenziyaya) malik olmalıdır.

Təhlükəli yükləri göndərən mülki aviasiyanın subyektləri ilə təhlükəli yüklərin saxlanılmasına, yükləmə-boşaltma işlərinə və daşınmasına dair müqavilə bağlayan zaman, buna səlahiyyəti olan Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) surətini təqdim etməlidir.

Xüsusi razılığa (lisenziyaya) malik olmayan yükgöndərəndən təhlükəli yüklərin daşımaya və saxlanılmaya qəbul edilməsinə yol verilmir.

2.4. Təhlükəli yüklərinin daşınmasına icazəni bu Qaydaların 9-cu bölməsinə müvafiq olaraq, yükgöndərənin ərizəsinə əsasən aviasiya müəssisəsinin rəhbəri verir.

2.5. Təhlükəli yüklərin Siyahısında adlandırılan (5.1 nömrəli cədvəl) təhlükəli yüklər daşınmaya o şərtlə qəbul olunur ki, bu yüklərin qablaşdırılması və nişanlanması, eləcə də daşıma sənədləri bu Qaydalarda şərh edilmiş tələblərə uyğun olsun.

2.6. Yükgöndərənlərdən qablaşdırılması və nişanlanması bu Qaydaların tələblərinə cavab verməyən təhlükəli yükləri HG-də daşınmaya qəbul edilməsinə yol verilmir.

2.7. Təhlükəli yüklərin Siyahısında adlandırılmayan, lakin öz fiziki və kimyəvi xassələrinə görə təhlükəlilər sırasına daxil olan yüklə onları hazırlayan hüquqi şəxsin, müəssisənin tabe olduğu nazirlik, təşkilat və yaxud idarə tərəfindən müvafiq siniflərə (yarımsiniflərə) aid edildikdən sonra hava nəqliyyatı ilə daşınmaya buraxıla bilərlər.

2.8. Yeni təhlükəli yükün hava yolu ilə daşınmasının mümkünlüyü və şərtləri məsələlərini həll etmək üçün yük göndərən zəruri sənədlərlə yanaşı, yeni təhlükəli yükün xarakteristikasını da təqdim etməyə borcludur.

O, özündə aşağıdakıları əks etdirir və üç nüsxədə hazırlanır:

maddənin düzgün texniki adı və daha çox işlənən sinonimi, I sinif və «Poçt qutusu» şərti adı olan müəssisələr tərəfindən göndərilən yüklərin şərti adları;

dövlət standartlarının (sənaye sahələri standartlarının) və ya texniki şərtlərin nömrəsi, nə vaxt və hansı təşkilat tərəfindən təsdiq olunub; BMT nömrəsi (əgər varsa);

maddələrin (qaz, maye, bərk maddə) fiziki-kimyəvi xüsusiyyətləri, aqreqat halı və digər əlamətləri (məsələn: rəngi, qoxusu, sıxlığı, dənəvərmetrik tərkibi, konsistensiyası);

hansı təsirlərin (zərbə, sürtünmə, qızdırılma, nəmləşdirmə islatma, soyutma və başqaları) yük üçün yol verilməz və təhlükəli olması barədə məlumat;

yükün HG-nə yüklənməsi, boşaldılması, saxlanılması və daşınması zamanı hansı təhlükəyə malik olması haqqında məlumat;

yükün buxarları və ya tozu ilə nəfəs alınması, dəri səthinə düşməsi və yaxud təsadüfən qəbulu zamanı insan orqanizminə göstərdiyi təsiri və qatılığın yol verilən son həddi haqqında məlumat;

ayrı-ayrı yük yerinin kütləsini (netto, brutto) və istehlak qabının tutumunu göstərməklə yükün qabının və qablaşdırmanın təsviri;

yükləmə, boşaldılma, müvəqqəti saxlama zamanı yüklə davranış qaydaları, eləcə də zəruri ehtiyat və təhlükəsizlik texnikası tədbirlərinin təsviri;

daşınma və saxlanılma zamanı, yükün digər təhlükəli və adi yüklərin növləri ilə uyuşmaqlığı haqqında göstərişlər;

dağılmış (səpələnmiş) təhlükəli yükün neytrallaşdırılması və təmizlənməsi üsulları;

yanğından mühafizə tədbirləri, tövsiyə və qadağan olunan yanğınsöndürmə vasitələri;

bədbəxt hadisələr baş verdikdə ilkin tibbi yardım tədbirləri.

Ondan başqa göstərilməlidir:

qazlar üçün:

vəziyyəti (sıxılmış, mayeləşdirilmiş və yaxud həll olunmuş);

xarakteristikası (alışan, zəhərli, yeyici və s.);

qaynama temperaturu;

kritik temperaturu və təzyiqi;

balonun işçi təzyiqi və doldurulma norması;

mayelər üçün:

qaynama və ərimə ( bərkimə) temperaturu;

alışma temperaturu;

0,20 və 50°S temperaturda buxarların elastikliyi, mayelərin suvaşqanlığı;

buxarların partlayış təhlükəli qatılığı.

2.9. Yükgöndərən yeni təhlükəli yüklərin yuxarıda göstərilən xarakteristikasından üç nüsxəsinin bir nüsxəsini yükü daşıyan aviasiya müəssisəsinin rəhbərinə, bir nüsxəsini yerüstü xidmət idarəsinin aviasiya daşımaları rəhbərinə, birini isə yükü istehsal edən nazirliyə, dövlət komitəsinə, təşkilata, hüquqi şəxsə və yaxud İdarəyə göndərir.

2.10. Nazirlik, təşkilat, dövlət komitəsi, hüquqi şəxs və yaxud idarə yeni təhlükəli yükün xarakteristikası əsasında göstərilən yükün HG-də daşınmasının mümkün olub-olmaması barədə rəy hazırlayır. Əgər bu yükün HG-də daşınmasına icazə verilə bilərsə, onda rəydə aşağıdakılar göstərilir:

maddənin adı və kimyəvi düsturu;

yükün təhlükəliliyinin əsas növü və ya xarakteristikası, onun fiziki halı;

təsdiq olunmuş dövlət (sənaye sahəsi) standartı və yaxud texniki şərtlər üzrə sinifi (yarımsinifi);

BMT siyahısı üzrə nömrəsi;

daşınma şərtləri;

sərnişin və yük hava gəmilərində daşınmaq üçün maddənin bir bağlamada, icazə verilən maksimum netto kütləsi (təmiz çəkisi);

qabların və bağlamaların növləri, xarici qabın səthindəki təhlükəlilik nişanları;

tövsiyə olunan yanğınsöndürmə vasitələri;

mühafizə və ilkin tibbi yardım vasitələri və bu yük üzrə təhlükəli yüklərin siyahısına daxil edilməsi zəruri olan digər məlumatlar.

Yeni adlı təhlükəli yükün HG-də daşınmasına icazə verilməsi haqqında rəy aşağıdakılara göndərilir:

yükügöndərənə;

yükgöndərilən məntəqənin aviasiya müəssisəsinin rəhbərinə,

aviasiya daşımalarına yerüstü xidmət idarəsinin (DX-nin) rəhbərinə.

Mənfi rəy olduğu halda, aviasiya müəssisəsinin rəhbəri yükgöndərəndən yükü daşınma üçün qəbul etmir. Müsbət rəy olduğu halda, bu təhlükəli yükün hava nəqliyyatı ilə daşınmasına icazə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən icazə verilir. [17]

2.11. Bir bağlamadakı netto kütləsi təhlükəli yüklər siyahısında göstərilən həddən çox olmadıqda, təhlükəli yüklərin hava ilə daşınmasına yol verilir.

Hava gəmilərində birgə daşınmasına icazə verilən təhlükəli yüklərin hava ilə daşınmasına icazə verilir.

Bu halda yüklər, eyni növ yanğınsöndürmə vasitələrinin istifadəsinin mümkünlüyünü nəzərə almaqla qruplaşdırılmalıdır.

Birgə daşınmasına icazə verilməyən yüklərin HG-də daşınmasına yol verilmir (1 nömrəli əlavə).

2.12. Adi daşıma şəraitində təhlükəli miqdarda qaz və istilik yaratmaqla reaksiyalar verə bilən, polimerləşən materialların yalnız lazımi səviyyədə sabitləşmiş və yaxud ingibirləşmiş (fleqmatilaşdırılmış) halda daşınmasına icazə verilir. Soyutmanın sabitləşmə və ingibirləşdirmə vasitəsi kimi istifadə olunmasına yol verilmir.

2.13. Təhlükəli yüklərin daşınması təyinat məntəqəsinədək birbaşa uçan HG-də həyata keçirilir.

Aralıq hava limanlarında yüklənməsi (boşaldılması) nəzərdə tutulan təhlükəli yüklərin daşınmaya qəbulu müstəsna hallarda və yalnız:

özünün tabelik ərazisi hüdudlarında mülkü aviasiya idarəsi (MAİ) rəisinin;

bir neçə idarənin ərazi hüdudlarında — mülki aviasiyanın müvafiq müəssisələrinin rəhbərliyinin razılığı əsasında həyata keçirilir.

2.14. Yükgöndərən bağlamanın təhlükəlilik növündən və yükün kütləsindən asılı olaraq, yüklə bir yerdə yükün təhlükəsiz daşınması, yüklənməsi, bərkidilməsi və boşaldılması üçün (əgər hava gəmisinin və limanının təchizat dəstinə daxil olmurlarsa), fərdi mühafizə vasitələri də daxil olmaqla, zəruri materialları, əmlak və vasitələri təqdim etməlidir.

 

3. Təhlükəli yüklərin hava gəmilərində daşınmasında məhdudiyyətlər

 

3.1. Bütün hallarda hava gəmilərində daşınmasına yol verilməyən yüklər:

48 saat ərzində 75°S temperaturun təsiri altında alovlanan və yaxud parçalanan partlayıcı maddələr;

xlorat, eləcə də ammonium duzu tərkibli partlayıcı maddələr;

fosforlu xlorat qarışığı tərkibli partlayıcı maddələr;

mexaniki zərbəyə son dərəcə yüksək həssaslığa malik olan maddə kimi təsnif edilmiş bərk partlayıcı maddələr;

mexaniki zərbəyə az dərəcədə həssaslığa malik olan maddə kimi təsnif edilmiş partlayıcı maye maddələr;

adi şəraitdə təhlükəli miqdarda istilik və qaz ayırmağa qabiliyyəti olan və hava nəqliyyatı ilə daşınmaya təklif olunan hər bir maddə;

piroforlu radioaktiv maye maddələr;

sınaqlar göstərdiyi kimi, tezalışan bərk maddələr və üzvi peroksidlər, partlama qabiliyyətinə malik olduğundan elə qablaşdırılmalıdır ki, təsnifatla əlavə təhlükəlilik nişanı kimi, qaydalarla partlayış təhlükəliliyi nişanın istifadə edilməsi nəzərdə tutulsun.

Qeyd. Yuxarıda göstərilən əlamətlərə və xüsusiyyətlərə malik olan bəzi təhlükəli yüklər, təhlükəli yüklərin siyahısına daxil edilərək, onun 2-ci və 3-cü sütunlarında «Qada-ğandır» sözü ilə göstərilir.

Hər hansı halda hava gəmilərində daşınmasına yol verilməyən bütün təhlükəli yüklərin sadalanmasının mümkün olmadığını nəzərə alaraq, 3.1 bəndində verilən əlamətlərə və xüsusiyyətlərə malik olan təhlükəli yüklərin daşınma üçün qəbul edilməsinə yol verilmir.

3.2. Qaydaların müddəalarından kənara çıxmağa icazə olmadıqda, hava gəmilərində daşınması qadağan olunan təhlükəli yüklər

Aşağıda göstərilən təhlükəli yüklər 1.3-cü bəndə müvafiq olaraq, bu Qaydaların müddəalarına riayət olunmasından kənara çıxmağa icazə olmadıqda hava gəmilərində onların daşınmasına yol verilmir, o cümlədən:

təhlükəli yüklər Siyahısının 7-ci və 8-ci sütunlarında «Qada-ğandır» sözləri ilə göstərilmiş məmulatlar və maddələr («konkret göstərilməyənlər» kimi təyin edilmiş məmulatlar və maddələr daxil olmaqla);

eyni zamanda partlayıcı radioaktiv maddələr;

xəstəliyə yoluxmuş heyvanlar.

3.3. Bu Qaydaların müddəaları şamil olunmayan təhlükəli yüklər:

hava gəmisinin normal istismarını təmin etmək üçün onun bortunda olan və aralıq limanlarında oturarkən, yaxud uçuş zamanı dəyişdirilmələri tələb olunan məmulatlar və maddələr;

HG sərnişin salonunda uçuş zamanı bortda satmaq və yaxud istifadə etmək üçün, aviasiya müəssisəsi tərəfindən hava gəmisinin salonunda daşınan alkoqollu içkilər, odekolonlar və ətirlər;

sərnişinlər və təyyarə heyəti tərəfindən baqaj kimi qeydə alınmış, yaxud qeydə alınmamış* ümumi miqdarı 5 litrdən artıq olmamaq şərti ilə alkoqollu içkilər;

qeydə alınan və ya alınmayan baqajda radioaktiv olmayan dərmanlar və tualet ləvazimatları, yalnız qeydə alınmış baqajlarda məişət və idman məqsədilə istifadə etmək üçün, əlavə təhlükəsizliyə malik olmayan aerozollar, əgər onların xalis çəkisi hər bir sərnişində və təyyarə heyətinin üzvündə 2 litrdən (2 kq-dan) və ayrı-ayrı məmulatlarda 0,5 litrdən (0,5 kq-dan) artıq deyil (bu yüklərin kateqoriyasına saç üçün laklar, ətirlər, odekolonlar və spirt tərkibli dərmanlar daxil edilir);

tibbi məqsədlər üçün zəruri olan, qaz halında oksigenlə və yaxud hava ilə olan kiçik balonlar;

daşıyanın icazəsi ilə qeydə alınmış baqajda, partlayan və yandırıcı sursatlar istisna olmaqla, hər sərnişinə 5 kq-dan (brutto) artıq düşməmək şərti ilə 1.4S kateqoriyasına aid olan və yeşiklərdə etibarlı qablaşdırılan ov və idman patronları;

hava gəmisinin bortunda xidmət göstərilərkən, ərzaq məhsullarının və içkilərin, eləcə də hər sərnişin üçün 2 kq-dan artıq olmayaraq tez xarab olan məhsullarının qeydə alınmamış baqajda soyudulması üçün nəzərdə tutulmuş quru buz;

radioaktiv tərkibli ürək əzələlərinin stimulyatoru məsələn, cərrahiyyə yolu ilə qoyulmuş plutonium batareyaları;

daşıyanın icazəsi ilə qeydə alınmış baqajda daşınan və axıtmayan batareyalarla təchiz olunan və xəstələrin daşınması üçün olan diyircəkli kreslolar (əlilliyi olan şəxs üçün arabacıqlar) o şərtlə ki, batareyalar söndürülmüş, sıxacları izolyasiya olunmuş və batareya kresloya etibarlı bərkidilmiş olsun; [18]

daşıyanın icazəsi ilə qeydə alınmış baqajda daşınan və axıdan batareyalarla təchiz olunan batareyaları söndürülmüş, sıxacları izolyasiya olunmuş və kresloya etibarlı bərkidilmiş və onu yalnız şaquli vəziyyətdə yükləmək, yerləşdirmək və boşaltmaq şərti ilə mümkün olsun;

əgər diyircəkli kreslonu yalnız şaquli vəziyyətdə yükləmək, yerləşdirmək və boşaltmaq mümkün deyilsə, onda batareyanı çıxartmaq və diyircəkli kreslonu məhdudiyyət qoyulmadan, qeydə alınmış baqaj kimi daşımaq, çıxardılan batareyanı möhkəm və bərk qabda daşımaq zəruridir.

Bununla bərabər:

fərdi qab axıntısını istisna etməli və batareyanın məhlulunu buraxmamalıdır; eləcə də yük altlıqlarına və yaxud yük bölmələrində dartılmış tentlər, dayaq və toxmaq vasitəsi ilə (yükə və baqaja bağlamaqdan başqa) bərkitməklə, onların aşmadan mühafizəsi zəruridir;

batareyaları qısa qapanmadan qorumaq və fərdi qabda şaquli vəziyyətdə bərkitmək və onların tərkibində olan mayeni tam özünə çəkməyə qadir olan materiallarla bürünməlidir;

fərdi qabın üzərinə dövlət və beynəlxalq standartlara uyğun olaraq «YUXARI, ÇEVİRMƏMƏK» nişanına «Diyircəkli kreslonun mayeli batareyası» markasını və «Korroziya edici maddə» təhlükəlilik nişanını vurmaq, hava gəmisinin komandirinə, batareya qoyulmuş diyircəkli kreslonun və yaxud qablaşdırılmış batareyanın yerləşdirildiyi yer haqqında məlumat vermək lazımdır;

imkan daxilində, axıdan batareyalara axmanın qarşısını alan, ventilyasiya etməyə, havanın çıxmasına imkan verən tıxacların qoyulması tövsiyə olunur;

qeydə alınmış baqajda qızdırıcı elementi etibarlı mühafizə qapağına malik olmaq şərti ilə saçların burulması üçün istifadə edilən karbohidrogen tərkibli maşalar (bu cür maşaların qazdoldurma elementlərinin qeydə alınmış və qeydə alınmamış baqajda daşınmasına yol verilmir);

qeydə alınmamış baqajda Dövlət Hidrometeorologiya Komitəsinin nümayəndələri tərəfindən bu yüklərin hava gəmilərində daşınması təlimatına müvafiq olaraq, daşınan civə barometrləri;

hava gəmilərində həyəcan siqnalı vermək üçün tətbiq olunan və yaxud uçuş tapşırığını yerinə yetirmək üçün zəruri olan pirotexniki vasitələr.

3.4. Az miqdarda olan təhlükəli yüklər

Qablara məhdud miqdarda qablaşdırılmış təhlükəli yüklər aşağı təhlükəliliyə malikdirlər və onların daşınması üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Bu bəndin tələblərinə uyğun olan az miqdarlı təhlükəli yüklər bu Qaydaların müddəalarına riayət olunmadan, aşağıdakılar istisna olmaqla, hava yolu ilə daşınmaya buraxıla bilər:

təsnifatın kriteriyaları və qablaşdırma qrupları;

sərnişin salonuna və uçuş heyətinin kabinəsinə yüklənmənin qadağan olunması.

Az miqdarda olan təhlükəli yüklər kimi, aşağıda göstərilən təhlükəli yüklərin hava gəmilərində daşınmasına icazə verilmir:

3.1 bəndinə müvafiq olaraq, hər hansı halda daşınması qadağan olunan təhlükəli yüklər;

5.1 cədvəlinə uyğun olaraq sərnişin hava gəmilərində daşınması qadağan olunan təhlükəli yüklər;

hər cəhətdən təhlükəsiz olan, temperatur ötürücüsündən başqa, məmulatın və qurğunun tərkib hissəsi olan qurğuların içərisinə yerləşdirilən təhlükəli yüklər;

1-ci sinif məmulatlar və maddələr;

əlavə təhlükəliyə malik olan 2- ci sinif maddələr;

4-cü sinfin əsas və əlavə təhlükəlilik növlərinə malik olan maddələr, 1-ci qablaşdırma qrupu və yaxud özü reaksiyaya girən maddələr;

5-ci sinfin əsas və əlavə təhlükəlilik növlərinə malik olan maddələr, 1-ci qablaşdırma qrupu;

6.1 yarımsinifin təhlükəliliyinə malik olan maddələr, 1-ci qablaşdarıma qrupu, zəhərləyici olduqlarına görə nəfəs alma zamanı təhlükəli olanlar;

6.2 yarımsinifinə aid olan yoluxucu maddələr;

Qaydaların müddəalarından kənara çıxmağına icazə verilmədikdə, hər hansı təhlükəli yükün daşınmasına yol verilmir;

9-cu sinifdən olan maqnitləşdirilmiş material.

Az miqdarda olan təhlükəli yüklərin hava ilə daşınmalarında aşağıdakı miqdar hədlərinə riayət olunmalıdır:

hər hansı daxili qabda olan təhlükəli yükün maksimum miqdarı aşağıdakı hədlərdə məhdudlaşdırılmalıdır:

6.1 yarımsinifinin əsas və əlavə təhlükəliliyinə malik olan maye və ya bərk maddələr üçün 1 ml və ya 1 q. I və II qablaşdırma qrupu;

əvvəlki bənddə göstərilənlərdən başqa, bərk və maye maddələr üçün 30 q və ya 30 ml, qazlar üçün — 30 ml su tutan qabda saxlanılan;

Kombinə edilmiş bağlamada saxlanılan təhlükəli yüklərin ümumi netto çəkisi aşağıda göstərilən hədlərdə məhdudlaşdırılmalıdır:

yüklər üçün, 2-ci sinifdən başqa:

I qrup qablaşdırmada — 300 q və ya 300 ml;

II qrup qablaşdırmada — 500 q və ya 500 ml;

III qrup qablaşdırmada — 1 kq və ya 1 litr.

2-ci sinif üçün — 1 litr.

Təhlükəli yükləri az miqdarda daşımaq üçün, bağlama (örtmə) qurğusu daxil olmaqla, yaxşı keyfiyyətə malik olan qablardan istifadə olunmalıdır. Qab hazırlanan material təhlükəli yüklə birbaşa əlaqədə olduqda aralıq və hopdurucu materiallar ona qarşı inertli olmalı və təhlükəli məhsullar yaratmamalıdır, həmçinin kövrəkliyə, yumşalmaya və hava daşınmaları zamanı digər zədələnmələrə məruz qalmamalıdır, eləcə də həmin yüklərin xarakteristikalarına təsir göstərməməlidir, ondan başqa:

daxili qab qalınlığı 0,2 mm-dən az olmayan plastmasdan və yaxud şüşədən, saxsıdan və metaldan hazırlanmalıdır və onlar məftil, lent və yaxud digər etibarlı vasitələrlə möhkəm bağlanan qapaqlara və tıxaclara malik olmalıdır;

temperatur ötürücüləri istisna olmaqla, 55°S-də maye daxili qabı tam doldurmamalıdır;

daxili qab aralıq qaba yerləşdirilərkən, onun zədələnməsi və axması zamanı yükün yerləşmə yerindən asılı olmayaraq axan tərkibi tam hopdura bilən materiallara qablaşdırılmalıdır; təhlükəli maye yüklər üçün olan aralıq qablar, daxili qabın bütün tərkibini hopdurmağa (özünə çəkməyə) qabil olan hopdurucu materiala malik olmalıdır, bu halda hopdurucu material aralıq qatı ola bilər;

aralıq qabı etibarlı şəkildə möhkəm nəqliyyat qabına (ağacdan, fanerdən və yaxud onun kimi möhkəm olan digər materialdan hazırlanmış) qablaşdırılır;

hazır yük yeri 7-ci bölmənin 7.15 bəndində göstərilən sınaqlardan çıxmaq qabiliyyətinə malik olmalıdır;

az miqdarlı təhlükəli yükləri əgər öz aralarında yanmaya və yaxud xeyli istiliyin, tezalışan və ya boğucu qazların ayrılmasına, Korroziya edici və yaxud dəyişkən maddələrin əmələ gəlməsinə gətirən təhlükəli reaksiyaya girirlərsə, onların nəqliyyat qablarına başqa yüklərlə bir yerdə qablaşdırılmasına yol verilmir;

hər hansı nəqliyyat qabında saxlanılan müxtəlif təhlükəli yüklərin miqdarı aşağıda verilən düsturla müəyyən olunmalıdır:

burada n1, n2 və s. bir nəqliyyat qabında saxlanılan müxtəlif təhlükəli yüklərin netto miqdarıdır;

M1, M2 və s. — müvafiq qablaşdırma qrupu üçün hər bir kombinə edilmiş bağlamada daşınmasına icazə verilən təhlükəli yüklərin netto maksimum miqdarıdır;

hər hansı yük yeri bütün markalanma nişanlarının vurulmasına imkan yaradan ölçüdə olmalıdır.

Yükün qaiməsində əlavə olaraq — «Az miqdarlı təhlükəli yüklər» qeyd edilir. Belə məzmunlu yazı qaydalarla müəyyən olunmuş markalanmaya əlavə olaraq nəqliyyat qablarına da vurulur (yazılır).

Az miqdarlı təhlükəli yüklərin qeydə alınmış baqajda və yaxud poçtda hava yolu ilə daşınmasına yol verilmir.

 

4. Təhlükəli yüklərin təsnifatı

 

Bütün təhlükəli yüklər BMT Beynəlxalq Mülkü Aviasiya Təşkilatı (BMAT-İKAO) ekspertlərinin tövsiyələrinə müvafiq olaraq aşağıdakı siniflərə bölünür:

1-ci sinif

partlayıcı maddələr;

2-ci sinif

sıxılmış, mayeləşdirilmiş və təzyiq altında həll olunmuş qazlar;

3-cü sinif

tezalışan mayelər;

4-cü sinif

tezalışan bərk maddələr və materiallar;

5-ci sinif

oksidləşən maddələr və üzvi peroksidlər;

6-cı sinif

zəhərli (zəhərləyici) və yoluxucu maddələr;

7-ci sinif

radioaktiv maddələr;

8-ci sinif

yeyici və Korroziya edici maddələr;

9-cu sinif

digər təhlükəli maddələr.

Təhlükəli yüklərin hər bir sinfi yarımsiniflərə bölünür. Təhlükəli yüklər hər bir sinif üzrə aşağıda göstərilmiş əlamətlərə görə siniflərə və yarımsiniflərə aid edilir. Bütün təhlükəli yükləri 1, 2, 7-ci sinif və 5.2 və 6.2 yarımsinifinə aid olan maddələrdən başqa, maddələrin təhlükəlilik dərəcəsinə görə qruplara bölürlər.

Təhlükəli yüklərin qablaşdırılmasına olan tələblər bir başa onların təhlükəlilik dərəcəsindən asılı olur.

Bununla bağlı maddələrin təhlükəlilik dərəcəsindən asılı olaraq, təhlükəli yüklərin qablaşdırılması da üç qrupa bölünür. Beləliklə, təhlükəli maddələrin təhlükəlilik dərəcəsinə və qablaşdırılmasına görə qruplara bölünməsi aşağıdakı kimidir:

1 — yüksək təhlükəlilik dərəcəsi — I qablaşdırma qrupu;

2 — orta təhlükəlilik dərəcəsi II qablaşdırma qrupu;

3 — aşağı təhlükəlilik dərəcəsi III qablaşdırma qrupu.

Təhlükəlilik dərəcəsinin kriteriyaları qablaşdırmaların qrupları göstərilməklə 3, 6 və 8-ci sinif maddələrin əlamətlərinin təsvirində verilib. 4, 5 və 9-cu sinif maddələrin təhlükəlilik dərəcəsi mövcud təcrübə nəzərə alınmaqla, digər sinif maddələrə oxşar olaraq müəyyən edilir. Konkret yüklərin qablaşdırılması təhlükəli yüklərin bu qaydalara əlavə edilən (5.1 nömrəli cədvəl) Siyahısında verilir. Partlayıcı maddələr onların xassələrindən asılı olaraq uyğunluq qruplarına bölünür (4.1 nömrəli cədvəl).

2-ci sinif maddələr onların fiziki xassələrindən asılı olaraq qruplara bölünür. 7-ci sinif maddələr qablaşdırma kateqoriyasından asılı olaraq, qruplara bölünür.


4.1 nömrəli cədvəl

 

         1-ci sinif maddələrin uyğunluq qrupları (partlayıcı maddələr)

 

Uyğunluq qrupu

Maddənin və məmulatın adı

Yarımsinif

1.1

1.2

1.3

1.4

1.5

1

2

3

4

5

6

7

A

İlkin (təhrikedici) PM

1.1A

B

Təhrikedici PM tərkibli maddələr

1.1B

1.2B

1.4B

C

Atılan PM və digər deflagiya edən PM və yaxud məmulatlar, onlardan tərkibində olanlar

 

1.1J

1.2J

1.3J

1.4J

D

Detonasiya edən PM, təhrikedici vasitəsiz və atan enerjisiz, detonasiya edən PM tərkibli, tüstülü bort və yaxud məmulatlar

1.1D

1.2D

1.4D

1.5D

E

Təhrikedicisiz, lakin atan enerjiyə malik olan, detonasiya edən PM tərkibli məmulatlar (tərkibində tezalışan və öz- özünə alışan mayelər olanlardan başqa)

1.1E

1.2E

1.4E

F

Tərkibində detonasiya edən PM, təhrikedici və atan enerjili olan (tərkibində TAM və ÖAM mayelər olanlardan başqa), və yaxud atan enerjisiz maddələr

1.1F

1.2F

1.3F

1.4F

G

Pirotexniki maddələr tərkibli məmulatlar və pirotexniki maddələr, eləcə də tərkibində həm PM, həm də işıqlandırıcı, yandırıcı, göz yaşardan və yaxud tüstü əmələ gətirən maddələr olan (su ilə aktivləşən maddələr və yaxud tərkibində ağ fosfor, fosfidlər, TAM və yaxud gellərdən başqa)

1.1.G

1.2G

1.3G

1.4G

H

PM və ağ fosfor tərkibli maddələr

1.2 H

1.3 H

J

PM və TAM və yaxud gellər tərkibli maddələr

1.1 J

1.2J

1.3 J

K

PM və zəhərləyici kimyəvi agentli tərkibə malik olan maddələr

1.2K

1.3K

L

Xüsusi təhlükəliliyə malik olan və hər bir növünün bir-birindən təcrid olunması tələb edilən PM tərkibli partlayıcı maddələr və yaxud məmulatlar

1.1L

1.2L

1.3L

S

Hər hansı təhlükəli təzahürü bağlamanın (qabın) özü ilə məhdudlaşdırılan halda qablaşdırılmış maddələr və ya düzəldilmiş məmulatlar, əgər qab odla dağıdılıbsa, onda partlayış effekti və yaxud səpələnmə elə məhdudlaşdırılıb ki, bilavasitə bağlamanın yaxınlığında qəza tədbirlərinin görülməsinə və yaxud yanğının söndürülməsinə mane olmurlar.

1.4S

Qeyd. Ayrı-ayrı yarımsiniflərə, lakin bir uyğunluq qrupuna malik olan partlayıcı maddələrin, L uyğunluq qrupundan başqa, bir yerdə nəql olunmasına yol verilir.

 

4.1. 1-ci sinif partlayıcı maddələr.

 

1-ci sinif təhlükəli yüklərə, partlayış işlərinin aparılmasında atəş və yaxud pirotexnik effekti almaq üçün təyin edilmiş qurğular və yaxud partlayıcı vasitələr, ya da öz xassələrinə görə partlayıcılara aid edilə bilən maddələr.

1-ci sinif maddələr 5 yarımsinifə bölünür:

1.1 yarımsinifi. Tam kütləsi ilə partlaya bilən maddələr və məmulatlar; bu elə partlayışdır ki, praktiki olaraq dərhal partlayıcı maddə olan bütöv yükə yayılır;

1.2 yarımsinifi. Tam kütləsi ilə partlamayan, lakin partladığı vaxt ətrafdakı əşyalara möhkəm zədələnmə və səpələnmə təhlükəsi yaradan pirotexniki maddələr və məmulatlar;

1.3 yarımsinifi. Yandığı zaman böyük miqdarda istilik ayıran və ya səpələnmə ilə bir-birinin ardınca alovlanan partlayıcı və pirotexnik maddələr və məmulatlar;

1.4 yarımsinifi. Daşınma zamanı alışma və yaxud təhrikedici təsir olduğu halda cüzi partlayış təhlükəsi ehtimalı olmaqdan başqa, böyük təhlükəyə malik olmayan maddələr və məmulatlar; partlayışın təsiri bağlama ilə məhdudlaşdırılır; böyük ölçülü məmulatların və bağlama elementlərinin uzaq məsafəyə dağıdılması gözlənilmir və xarici od (alov) mənbəyi bağlamanın tərkibinin dərhal partlayışına səbəb olmamalıdır;

1.5 yarımsinifi. Çox həssas olmayan və normal daşınma şəraitində təhrik edilmə və yaxud yanmadan detonasiyaya keçmə halları olduqca azdır. Bu yarımsinifdən olan maddələrə və məmulatlara minimum tələb onların odla sınaqdan çıxarılması zamanı partlayışın olmamasıdır.

 

4.2. 2-ci sinif — sıxılmış, təzyiq altında mayeləşdirilmiş və həll olunmuş qazlar

 

2-ci sinfə aiddirlər:

daimi qazlar — ətraf mühitin temperaturunda mayeləşməyən qazlar;

mayeləşdirilmiş qazlar, təzyiq altında və ətraf mühitin temperaturunda, maye halına keçə bilən qazlar;

həll olunmuş qazlar — həlledicidə təzyiq altında həll olunmuş, məsaməli maddə tərəfindən hopdurula bilən qazlar;

dərin soyudulmuş adi qazlar — məsələn, maye hava, oksigen və s.

Bu sinifdən olan maddələr sıxılmış, mayeləşdirilmiş və yaxud həll olunmuş şəkildə daşınan və xüsusi möhkəmlik və kiplik tələb edən qazlardır. Bəzi qazlar maye halında və olduqca aşağı temperaturda daşınır.

Qazların daşınması zamanı aşağıdakı təhlükəli vəziyyətlər yarana bilər:

qazla olan bağlamanın partlaması nəticəsində ətrafdakı əşyaların mexaniki zədələnməsi;

alışma, partlayış təhlükəli qarışıqların alınması, eləcə də zəhərlənmə, bədən yaralanmaları, metalların korroziyası, müəyyən maddələrin öz-özünə yanması və yaxud yanmanın davam etməsinə kömək etmək;

havada oksigenin azalması və yaxud bəzi qazların həddindən artıq yığılması nəticəsində boğulma;

bəzən olduqca az qatılığa malik olan çoxlu qaz növlərinin narkotik təsiri, bəziləri tərəfindən yanma və parçalanma zamanı zəhərləyici qarışıqların ifrazı.

Qazlar havaya nisbətən müxtəlif sıxlığa malikdir. Havadan ağır olan qazlar yük kabinəsinə və yaxud aşağı bölməyə (yerə) daxil olur, havadan yüngül olan qazlar yuxarı qalxır və daha aktiv olaraq yayılır.

2-ci sinfə aid olan qazlar heç olmazsa aşağıdakı şərtlərdən birinə cavab verməlidir:

20°S temperaturda qabda olan artıq təzyiq 1x105Pa- a (1kq/sm2) bərabərdir və yaxud ondan artıqdır;

50°S temperaturda buxarların mütləq təzyiqi 3x105Pa(3 kq/sm2) - a bərabərdir və yaxud ondan artıqdır;

kritik temperaturu 50°S-dən aşağıdır.

2-ci sinfə eləcə də «aerozollar» daxildir. Bu termin maye ilə və ya onsuz təzyiq altında sıxılmış, mayeləşdirilmiş və yaxud həll olunmuş qaz, pasta və toz tərkibli olan və metaldan, şüşədən və yaxud plastmasdan hazırlanan və təkrarən doldurulub-boşaldılması mümkün olmayan və tərkibini köpük, pasta, toz və yaxud maye və ya qaz şəklində püskürdən özübağlanan ağızlığa malik olan tutum deməkdir.

2-ci sinif maddələr 4 yarımsinifə bölünür:

2.1 yarımsinifi — tezalışan maye və zəhərli olmayan qazlar; digər əlavə təhlükəliliyə malik olan (oksidləşən, Korroziya edici) qazlar;

2.2. yarımsinifi — zəhərli, alışmayan qazlar;

2.3 yarımsinifi — tezalışan zəhərsiz qazlar. Alışmasının aşağı qatılıq həddi (həcminə görə) 13%- dən artıq və ya aşağı hədd qiymətindən asılı olmayaraq, alışma sahəsi 12%-dən artıq olan qazlar tezalışan sayılır;

2.4 yarımsinifi — eyni vaxtda tezalışan və zəhərli olan qazlar.

 

4.3. 3-cü sinif — tezalışan mayelər

 

3-cü sinfə, bağlı qabda temperaturu 61°S və ya aşağı, açıq qabda 65°S olduqda isə, tezalışan buxarlar ifraz edən və öz xüsusiyyətlərinə görə digər siniflərə aid edilməyən mayelər, mayelər qarışığı və məhlulunda bərk maddələr və ya suspenziyalar olan mayelər aiddir. Bu sinfin maddələri tezalışan mayelərdir və bu mayelərin əsas təhlükəlilik xassəsi onların hər hansı xarici alışma mənbəyindən (açıq oddan, qığılcımdan, elektrik boşalmalarından və s.) tezalışmalarıdır. Bir çox TAM-ın buxarları, böyük güclü partlayışa gətirə bilən, partlayıcı qarışıqlar yarada bilər.

Bu sinifdən olan maddələrin çoxu yüksək təzyiqli doymuş buxarlara malik olur. Ona görə də onlar doldurulan qablarda istismar hədləri daxilində (50 — 60°S) qədər temperatur qalxdıqda təzyiqin artması baş verir.

Bu sinifdən olan bəzi maddələrin atmosfer təzyiqində olan qaynama temperaturu 15 — 20°S-dən aşağı olur və nəticədə həmin maddələr müəyyən istismar şəraitlərində qaz halını alır.

Hava gəmisi yüksəkliyə qalxdıqca, qabda olan artıq təzyiq atmosfer təzyiqinin aşağı düşməsinə mütənasib olaraq artacaqdır.

Qabın kipliyinin qeyri-qənaətbəxş olması buxarların çıxmasına gətirib çıxarır, qabın möhkəmliyi qeyri-qənaətbəxş olduqda isə, onun dağılması baş verə bilər.

3-cü sinfin bütün maddələri tərəfindən ayrılan buxarlar qismən narkotik təsirə malikdir, uzun müddət bu buxarlarla nəfəs alma huşun itirilməsinə səbəb ola bilər. Dərin və uzunmüddətli narkoz ölümə gətirib çıxara bilər.

Bəzi tezalışan mayelər TAM güclü zəhərləyici xassələrə, başqaları isə istiliyin və qazların ayrılması ilə polimerləşmə qabiliyyətinə malikdir ki, bunun da nəticəsində qab dağıla bilər. Bu maddələrə aiddirlər:

polimerləşən karbohidrogenlər;

polimerləşən efirlər;

polimerləşən maddələr.

Göstərilən TAM-ın təmiz halda hava nəqliyyatı ilə daşınmasına yol verilmir. Onlar daşınmaya ingibirləşmiş vəziyyətdə buraxıla bilərlər.

Dərman preparatları, ətriyyat məhsulları və digər təyinatlı qarışıqlar, tərkibində TAM olan və öz xassələrinə görə bu sinfə aid edilənlər təhlükəli yüklərə aiddir.

3-cü sinfə aid olan mayelər üç yarımsinifə bölünür:

3.1 yarımsinifi — bağlı qabda alışma temperaturu mənfi 18°S-dən aşağı olan TAM-lar;

3.2 yarımsinifi — bağlı qabda alışma temperaturu mənfi 18°S və yuxarı, lakin 23°S- dən aşağı olan TAM- lar;

3.3 yarımsinifi — bağlı qabda alışma temperaturu 23°S və yuxarı, lakin 61°S- dən aşağı olan TAM-lar.

4.2 nömrəli cədvəl

 

TAM-ın təhlükəlilik dərəcələrinin kriteriyaları

Təhlükəlilik dərəcəsi

Bağlama qrupu

Alışma temperaturu (bağlı qabda)°S

Qaynamanın başlanğıc nöqtəsi °S

Yüksək

I

35°S

Orta

II

<23°S

>35°S

Nisbətən aşağı

III

23°S<61°S

>35°S

Alışma temperaturu 230C-dən aşağı olan rənglər, emallar, rəngləyicilər, yapışqanlar və polituralar kimi tezalışan özlü (qatı) mayelərin aşağı təhlükəlilik dərəcəsinə aid etməyə yol verilir(qablaşdırma qrupu III), əgər:

laylanmaya sınaq zamanı 24 saat ərzində həlledicinin 3%-dən artığı laylanmırsa;

qarışıq, 6.1 yarımsinifinin və yaxud 8-ci sinfin I və yaxud II bağlama qrupuna aid olan maddənin 5%-li və ya da 3-cü sinfin I bağlama qrupuna aid olan və 6.1 yarımsinifinin və 8-ci sinfin əlavə təhlükəlilik nişanlarını tələb edən maddələrin 5%-li tərkibinə malikdirsə;

qatılıq və alışma temperaturu 4.3 cədvəlində göstərilən hədlərə uyğundursa;

istifadə edilən qabın tutumu 30 litrdən artıq deyilsə.

 

4.3 nömrəli cədvəl

 

Qatılığın və alışma temperaturunun hədləri

Göstəricinin adı

Deşiklərin diametri (mm-lə)

Alışma temperaturu 0C

 

4

8

 

Axma müddəti, saniyə, artıq onun kimi

20

17

—"—

60

10

—"—

100

5

—"—

160

- 1

—"—

220

17

- 5

—"—

40

Aşağı həddi məhdudlaşdırılmayıb

 

4.4 4-cü sinif — tezalışan maddələr və materiallar

 

4-cü sinfə, partlayıcı kimi təsnif olunmuş maddələr istisna olmaqla, daşınma zamanı asan yanan və yanğının yayılmasına səbəb olan maddələr aiddir. Bu sinifdən olan bütün maddələr yanğıntörətmə cəhətdən təhlükəlidir. Onların daşınması, yüklənib-boşaldılması və saxlanılması zamanı, bu Qaydalarda şərh edilmiş, müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır.

4-cü sinif üç yarımsinifə bölünür:

4.1 yarımsinifi — qığılcım, alov və yaxud sürtünmə kimi xarici alışma mənbələrindən ümumi tezalışma və aktiv yanma xassəsinə malik olan tezalışan bərk maddələr (TABM);

4.2 yarımsinifi — adi daşınma şəraitində öz- özünə qızma və alışma kimi ümumi xassələrə malik olan maddələr; bəzi maddələr su ilə nəmləndirildikdə və nəm hava ilə qarşılıqlı təsirdə olduqda, öz- özünə alışmaya daha çox meyllidir;

4.3 yarımsinifi — su ilə qarşılıqlı təsirdə olarkən, TAQ-lar ayırma kimi ümumi xassələrə malik olan maddələr; bəzi hallarda bu qazlar, reaksiya zamanı ayrılan istiliyin təsirindən öz-özünə alışmaya qabildir, bəziləri isə su və yaxud turşularla qarşılıqlı təsirdə olduqda zəhərli qazlar ayrır.

Bu sinfin bəzi maddələri zəhərləyicidir.

 

4.5. 5-ci sinif — oksidləşən maddələr və üzvi peroksidlər

 

5-ci sinfin bütün maddələri yanan maddələrin alışmasına və yanma prosesinin davam etdirilməsinə kömək etmə qabiliyyətinə malikdir. Bu sinifdən olan bəzi maddələr partlayıcı qarışıqlar yaratmağa qadirdilər və yaxud özləri müəyyən şəraitdə partlayıcı olurlar.

Oksidləşən maddələrin çoxu güclü maye turşularla qızğın qarşılıqlı təsirdə olur və bu zaman olduqca zəhərləyici qazlar ayrırlar. Bəzi oksidləşən maddələr zəhərli və Korroziya edici olur (bax cədvəl 5.1).

Üzvi peroksidlərin çoxu yaxşı yanır və qızdırılmaya həssasdır. Onlardan bəziləri sürtünməyə və zərbəyə həssasdır. Üzvi peroksidlərin həssaslığını təhlükəsizlik həddindən aşağı salmaq məqsədi ilə onlar ləngidənlə, həlledicidə və yaxud nəmləşdirilmiş halda daşınır.

Bəzi üzvi peroksidlər 20°S temperaturda tədricən parçalana bilər. Hərarət qalxdıqca parçalanmanın sürəti artır. Bu sinfin bəzi maddələri üçün temperaturun kritik həddi var, hərarət ondan yuxarı olduqda, zəncirvari reaksiya maddənin qızğın parçalanmasına səbəb olur. Zəruri hallarda (yük yüklənməyə təqdim edilənədək), maddənin kritik temperaturunu ona ləngidici əlavə etməklə aşağı salmaq olar. Belə ləngidicilər və yaxud uçucu olmayan həll edicilər üzvi peroksidlər üçün inertli olmalıdır və 100°S-dən az olmayan alışma, 150°S-dən az olmayan qaynama temperaturlarına malik olmalıdır. Ləngidicilər və həlledicilər bir bərabərdə qarışdırılmalı və yaxud bütün maddəyə yayılmalıdır. Bəzi peroksidlərin qızğın surətdə parçalanmasına səbəb, onların tərkibinə az miqdarda turşuların, metal oksidlərinin və amidlərin düşməsi ola bilər. Bəzi üzvi peroksidlərin parçalanması zamanı zəhərli və tezalışan qazlar ayrıla bilər. Üzvi peroksidlərlə əlaqədə olmaq dəri və xüsusən göz üçün təhlükəlidir, belə ki, bu göz bəbəklərinin ağır zədələnməsinə gətirir. Təhlükəli yüklərin bu qaydalara əlavə edilən Siyahısında bu cür maddələr «I» şərti işarəsi ilə göstərilmişdir.

Bəzi üzvi peroksidlər kifayət qədər böyük proporsiyada bəzi ingibirləşdiricilərlə, plastifikatorlarla və yaxud inertli bərk maddələrlə qarışdırıldıqda təhlükəsiz ola bilər. Belə hallarda yük göndərən daşıyana yazılı zəmanət verməyə borcludur.

 

5-ci sinif 2 yarımsinifə bölünür:

 

5.1 yarımsinifi — özü-özlüyündə yanan olmayan, lakin başqalarının alışmasına səbəb ola bilən, yanma zamanı asan oksigen ayıran və odun intensivliyini artıran oksidləşdirici maddələr.

5.2 yarımsinifi — çox hallarda alışan oksidləşdirici təsirə malik olan və digər maddələrlə təhlükəli təsirdə ola bilən üzvi peroksidlərdir. Onların çoxu tez alışır, zərbəyə və eləcə də sürtünməyə həssasdır.

 

4.6. 6-cı sinif — zəhərli və yoluxucu maddələr

 

6-cı sinifdən olan maddələr, nəfəs aldıqda və daxilə və yaxud dəri səthinə düşdükdə insanların və heyvanların sağlamlığına ağır zərər vura bilər. Zəhərli maddələr qaz, bərk (toz) və maye hallarında ola bilər.

Bu sinfə zəhərləyici xassələrə malik olan maddələr daxil edilmişdir. Digər xassələrə, məsələn tezalışqanlığa malik olan zəhərli maddələr digər siniflərə daxil edilmişlər. Bu sinfin bütün maddələri onların alışması ya da parçalananadək qızdırılması zamanı zəhərli qazlar ayırır. Dayanaqlı olmayan zəhərli maddələr hava nəqliyyatı ilə yalnız stabilləşdirilmiş halda daşınır.

Aşağıda göstərilən güclü təsirə malik olan zəhərləyici maddələrin satılmasına, alınmasına, buraxılmasına, saxlanılmasına, uçota alınmasına və daşınmasına respublikada qüvvədə olan müvafiq qanunvericilik ilə müəyyən olunmuş qayda tətbiq olunur:

Nitrilakril turşusu;

arsenli anhidrid;

brusin;

dildrin;

nikotin;

karbonlu kükürd;

sianid turşusunun duzları;

strixnin;

sulema;

sinkonin;

etilmerkurfosfat;

etilmerkurxlorid;

arsen anhidridi;

sianid turşusu;

xlorpikrin.

 

6-cı sinif iki yarımsinifə bölünür:

 

6.1 yarımsinifi — nəfəs alma, udma zamanı və yaxud dəriyə düşdükdə insanın ölümünə, ağır iflicinə və ya sağlamlığına ziyan vurmaq xüsusiyyəti olan zəhərli (yoluxucu) maddələr;

6.2 yarımsinifi — insanlar və heyvanlar üçün yoluxucu olan və yaxud belələrindən sayılan, həyat qabiliyyətli mikroorqanizmə və ya onun zəhərlərinə malik olan yoluxucu maddələr.

6.1 yarımsinifinin maddələri, pestisidlər daxil edilməklə, təhlükəlilik dərəcələrinə müvafiq olaraq üç qablaşdırma qrupuna bölünür (4.4 nömrəli cədvəl)

 

 

4.4 nömrəli cədvəl

 

Zəhərləyici maddələrin təhlükəlilik dərəcələrinin kriteriyası (buxarların udulmasından başqa)

Kriteriyalar

Təhlükəlilik dərəcəsi üzrə qablaşdırma qrupu

Yüksək/I

Orta /II

Aşağı/III

Daxilə düşdükdə zəhərləmə qabiliyyəti LD50, mq/kq, artıq olmayan

5

50

bərklər200 mayelər 500

Dəriyə düşdükdə zəhərləmə qabiliyyəti LD50, mq/kq, artıq olmayan

40

200

1000

Tozu və ya toz-hava qarışığını udduqda zəhərləmə qabiliyyəti LK50, mq/l, artıq olmayan

0,5

2

10

QEYDLƏR.

1. LD50 — kəskin zəhərlənmənin dozası daxilə düşdükdə və yaxud dəri səthinə düşməsi zamanı və dəri səthində 24 saat fasiləsiz qaldıqda 14 gün ərzində təcrübə üçün götürülmüş heyvanların 50%-nin ölümünə səbəb olur. Qatılıq heyvanın kütləsinin bir kiloqramında milliqramla ifadə olunur.

2. LK50 — maddənin buxarlarının, qazlarının, toz-hava qarışıqlarının və tozunun qatılığı 14 gün ərzində 1 saat fasiləsiz nəfəs alma zamanı, təcrübə üçün götürülmüş heyvanların 50%-in ölümünə səbəb olur. Qatılıq toz və toz-hava qarışığı üçün bir litr havada milliqramla, buxarlar üçün isə kub metr havada millimetrlə ifadə olunur.

3. Əgər maddə müxtəlif kateqoriyalar üzrə müxtəlif təhlükəlik dərəcəsi göstərirsə, bu halda onu onların ən yüksəyinə aid etmək lazımdır. Buxarların nəfəs alma zamanı təhlükəlik dərəcəsi, havanın temperaturu 20°S və standart hava təzyiqində maddənin doymuş olan buxarlarının qatılığı ilə, V ml/m32 o cümlədən:

yüksək təhlükəlilik dərəcəsi üçün (qablaşdırma qrupu I)

V >10 LK50 və LK50 < 1000ml/m3;

orta təhlükəlilik dərəcəsi üçün (qablaşdırma qrupu II)

V > 10 LK50 və LK50<3000ml/m3

və yüksək təhlükəlilik dərəcəsinin kriteriyasına riayət olunur; aşağı təhlükəlilik dərəcəsi üçün (qablaşdırma qrupu III)

V >10 LK50 və LK50<5000ml/m3

və yüksək və orta təhlükəlilik dərəcələrinin kriteriyalarına riayət olunmur.

Maddənin təhlükəlilik dərəcəsi, buxarların udulması zamanı, eləcə də aşağıda verilmiş qrafik üzrə təyin oluna bilər.

Şəkil 1. Maddənin buxarları ilə nəfəs aldıqda, təhlükəlilik dərəcəsini müəyyən edən qrafik

 

4.7. 7-ci sinif radioaktiv maddələr

 

7-ci sinfə xüsusi aktivliyi 74 kBk/kq (0,002 MkKu/q) olan radioaktiv maddələr aid edilir Hava gəmilərində (HG) təhlükəsiz daşınma şərtləri Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi qaydaları ilə müəyyən olunur. [19]

 

4.8. 8-ci sinif — yeyici (aşılayıcı) və Korroziya edici maddələr

 

8-ci sinif — bağlamaların zədələnməsi hallarında — bu maddələrin yüklənməsi və boşaldılmasında iştirak edən heyət üzvlərinin və personalın bədən səthində yanıqların əmələ gəlməsini, gözün selikli qişasının zədələnməsini, eləcə də yanğın və hava gəmisinin konstruksiyasının və avadanlıqlarının korroziyasını törədə bilən bütün yeyici və Korroziya edici maddələr aiddir.

Yeyici və Korroziya edici (antrasen, kükürdlü bari, giproxlorid, xlorlu kirəc, yeyici qələvilər, turşular və s.) maddələr zəhərləyici xassələrə malikdir və tənəffüs yollarına düşdükdə zəhərlənməyə səbəb ola bilər. Bu maddələrin çoxu su ilə qarşılıqlı təsirdə qıcıqlandırıcı və Korroziya edici buxarlar (tüstü kimi görünən), istilik ayırırlar, eləcə də metallara, parçalara dağıdıcı təsir göstərir. Onların ayrı-ayrı növləri şüşə və digər silisiumlu materialları dağıdır.

Bu sinfin bəzi maddələri güclü oksidləşdirici olur və neft məhsulları (yanacaq, yağ), xırdalanmış ağac, kağız, pambıq, lif kimi üzvü materiallarla, eləcə də bəzi aralıq materialları ilə əlaqədə olduqda, öz-özünə alışma baş verə bilər. Bu sinfin bağlı qabda 61°S və aşağı alışma temperaturuna malik olan maddələri tez alışan mayelərdir.

Əgər maddə təhlükəli yüklər siyahısında stabilləşdirilmiş kimi göstərilibsə, onda o, stabilləşdirilməmiş vəziyyətdə olduqda daşınmır. Əgər siyahıda maddənin tərkibinin faizi və yaxud onun aktiv tərkib hissəsi şərtləndirilibsə və hansı faizlə daşınırsa, tərkib həmin maddənin kütləsinə olan faizlə də göstərilir.

8-ci sinif üç yarımsinifə bölünür:

8.1 yarımsinifi — turşular və turşuluq mexanizmi ilə canlı toxumalara və yaxud metallara təsir edən maddələr;

8.2 yarımsinifi — əsas mexanizmi ilə canlı toxumalara və metallara təsir edən əsaslar və maddələr;

8.3 yarımsinifi — 8.1 və 8.2 yarımsiniflərinə aid edilməyən maddələr; bu maddələr canlı toxumaya və yaxud metallara Korroziya edici təsir göstərir.

Yeyici və Korroziya edici maddələrin təhlükəlilik dərəcəsi 4.5 nömrəli cədvəldə verilmiş kriteriyalarla təyin edilir.

 

4.5 nömrəli cədvəl

Yeyici və Korroziya edici maddələrin təhlükəlilik dərəcəsinin kriteriyaları

Kriteriyalar

Təhlükəsizlik dərəcəsi

yüksək (I bağlama qrupu)

orta (II bağlama qrupu)

aşağı (III bağlama qrupu)

Canlı dəri toxumasının nekrozuna gətirən, toxunma müddəti dəqiqədən artıq olmayaraq

3

60

240

Metalın korroziyasının göstəricisi, mm/qramdan, az olmayaraq

6,35

3

1

 

4.9. 9-cu sinif — digər təhlükəli yüklər

9-cu sinfə, təhlükəlilik dərəcəsi nisbətən aşağı olan, lakin əvvəlcə verilənlərin heç birinə aid edilməyən, bununla bərabər elə təhlükəli xassələrə (zəhərlilik, aqressivlik, tezalışqanlıq) malik olan və daşınma zamanı bu Qaydaların tətbiq edilməsi zəruriliyini tələb edən maddələr.

Zəif dərəcədə alışqanlıq, zəhərləyici və yaxud yeyicilik xassələrinə malik olan, digər siniflərin heç birinə aid etmək mümkün olmayan, lakin daşınma zamanı hər hansı dərəcədə təhlükəli olan, nisbətən aşağı təhlükəli sayılan maddələr.

9-cu sinif iki yarımsinifə bölünür:

9.1 yarımsinifi — hava yolu ilə daşınmalar üçün qablaşdırılarkən, yük yerinin səthində olan hər hansı nöqtədən 2,1 m məsafədə maqnit sahəsin gərginliyi 0,159A/m və yaxud artıq olan maqnitləşdirilmiş materiallar daxil olmaqla, öz xassələrinə görə başqa siniflərə aid edilməyən maddələr;

9.2 yarımsinifi — nisbətən aşağı təhlükəlilik dərəcəli və bağlı qabda 61°S-dən 100°S alışma temperaturuna malik olan mayelər, liflər və müəyyən şəraitdə (nəmləşdirildikdə, yanğın zamanı, başqa maddələrlə qarşılıqlı təsirdə olduqda və s.) yeyici, Korroziya edici zəhərləyici və yaxud qıcıqlandırıcı olan digər oxşar maddələr, materiallar.


4.6 nömrəli cədvəl

3, 4, 8-ci siniflər, 5.1 (bərk maddələr) və 6.1 yarımsinifləri üçün təhlükəli xassələrin prioriteti

Sinif və yaxud yarımsinif və bağlama qrupu

Sinif və yaxud yarımsinif və bağlama qrupu

 

4.2.II

4.2.III

4.3.I

4.3.II

4.3.III

5.1.I (b)

5.1.II (b)

5.1.III (b)

6.1.I (nəfəs)

6.1.I (dəri)

6.1.I (dax)

6.1.II

6.1.III

8.I (m)

8.I (b)

8.II (m)

8.II (b)

8. III (m)

8.III (b)

3.I

 

 

 

 

 

6.1.I

3.I

3.I

3.1.I

 

3.I

3.I

3.I

3.II

 

 

 

 

 

6.1.I

3.I

3.I

3.II

 

8.I

3.II

3.II

3.III

 

 

 

 

 

6.1.I

6.1.I

6.1.I

6.1.II

 

8.I

8.II

3.III

4.1.II

4.2.II

4.2.II

4.3.II

4.3.II

4.3.II

4.1.I

4.1.II

4.1.II

6.1.I

6.1.I

6.1.I

4.1.II

 

4.1.I

4.1.II

4.1.II

4.1.III

4.2.II

4.2.III

4.3.I

4.3.II

4.3.III

4.1.I

4.1.II

4.1.III

6.1.I

6.1.I

6.1.I

6.1.II

 

8.I

8.II

4.1.III

4.2.II

 

 

4.2.I

4.2.II

4.2.II

4.2.I

4.2.II

4.2.II

6.1.I

6.1.I

4.2.I

4.2.II

 

8.I

4.2.II

4.2.II

4.2.III

 

 

4.3.I

4.3.II

4.3.III

5.1.I

5.1.II

4.2.III

6.1.I

6.1.I

6.1.I

6.1.II

 

8.I

8.II

4.3.III

4.3.I

 

 

 

 

 

5.1.I

4.3.I

4.3.I

6.1.I

6.1.I

4.3.I

4.3.I

 

4.3.I

4.3.I

4.3.I

4.3.I

4.3.I

4.3.I

4.3.II

 

 

 

 

 

5.1.I

4.3.II

4.3.II

6.1.I

6.1.I

4.3.I

4.3.II

 

8.I

8.I

4.3.II

4.3.II

4.3.II

4.3.II

4.3.III

 

 

 

 

 

5.1.I

5.1.II

4.3.III

6.1.I

6.1.I

6.1.I

6.1.II

 

8.I

8.I

8.II

8.II

4.3.III

4.3.III

5.1.I

 

 

 

 

 

 

 

 

6.1.I

6.1.I

5.1.I

5.1.I

 

5.1.I

5.1.I

5.1.I

5.1.I

5.1.I

5.1.I

5.1.II

 

 

 

 

 

 

 

 

6.1.I

6.1.I

5.1.I

5.1.II

 

8.I

8.I

5.1.II

5.1.II

5.1.II

5.1.II

5.1.III

 

 

 

 

 

 

 

 

6.1.I

6.1.I

6.1.I

6.1.II

 

8.I

8.I

8.II

8.II

5.1.III

5.1.III

6.1.I (nəfəs)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I (dəri)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I (daxili)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.I

6.1.II (nəfəs)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8.I

6.1.I

6.1.II

6.1.II

6.1.II

6.1.II

6.1.II (dəri)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8.I

6.1.I

8.II

6.1.II

6.1.II

6.1.II

6.1.II (daxili)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8.I

8.I

8.II

6.1.II

6.1.II

6.1.II

 

(m)

 

— maye

(b)

— bərk

(nəfəs)

— nəfəs yolları

(d)

— dəri

(dax)

— daxili

(—)

— mümkün olmayan kombinasiya

Qeyd. Bu cədvəl VMT- nin «Təhlükəli xassələrin prioriteti» cədvəli əsasında tərtib olunub.


4.10. Bir neçə təhlükəlilik növlərinə malik olan təhlükəli yüklərin təsnifatı

 

Təhlükəli yükün adı təhlükəli yüklər siyahısında olmadıqda və 3, 4, 8- ci siniflərin və yaxud 5.1 (bərk maddələr) və 6.1 yarımsiniflərinin müvafiq qaydada təyin etmələri ilə müəyyən olunmuş iki təhlükəlilik növünə malikdirsə, onda bu yük «Təhlükəli xassələrin prioriteti və bağlama qrupları» cədvəlinin (cədvəl 4.6) köməyi ilə iki təhlükəlilik növündən və bağlama qrupundan hansının əsas sayılması müəyyən olunmaqla təsnifatlaşdırılmalıdır. Bağlama qrupu, hər hansı təhlükəlilik növünə görə baxılan sinif üçün verilmiş kriteriyaların köməyi ilə təyin olunmalıdır. Hər hansı təhlükəli yük üçün bağlama qrupu olduqca sərt məhdudiyyətlər qoyulmaqla seçilir.

Əsas və əlavə təhlükəliliyin və bağlama qrupunun təyin olunma qaydaları aşağıdakı nümunədə göstərilib.

Nümunə. Təhlükəli yük iki təhlükəlilik növünə 6.1.1 (daxili) və 4.3.11 malikdir. Bu iki təhlükəlilik növündən hansının əsas olmasını 4.6-cı cədvəl ilə aşağıdakı qaydada təyin edirlər.

4.6-cı cədvəlin başlığında göstərilən 6.1.1 (daxili) yarımsinifindən enən vertikal xəttin və birinci sütunda verilmiş 4.3.11-ci yarımsinifin horizontal xəttinin kəsişmə nöqtəsi, istifadə edilməsi lazım olan, əsas təhlükəliliyi və bağlama qrupunu göstərir, verilmiş nümunədə bu 4.3.1-dir;

əlavə təhlükəlilik növü isə, başqası yəni 6.1 olacaqdır; bu təhlükəli yükün iki təhlükəlilik növündə sərt məhdudlaşdırmaya malik olan kimi, 1- ci bağlama qrupu qəbul edilmişdir.

Əgər təhlükəli yük bir neçə təhlükəlilik növünə və onlardan biri 6.1 yarımsinifi üzrə (III bağlama qrupu) az təhlükəliliyə malikdirsə, bu təhlükəli yükün təsnifatlaşdırılmasında həmin təhlükəlilik növünü, (pestisidlərdən başqa) nəzərə almaq lazımdır. Pestisid 3-cü sinfin (bağlama qrupu III) və 6.1 yarımsinifinin (III qablaşdırma qrupu) təhlükəliliklərinə malik olduqda, əsas təhlükəlilik növü kimi 6.1-ci (bağlama qrupu III) yarımsinifin təhlükəliliyi sayılmalıdır.

Digər təhlükəlilik növlərindən başqa 1, 2 və 7-ci siniflərin və yaxud 5.2 və 6.2 yarımsiniflərin kriteriyalarına cavab verən və ya 4.1 yarımsinifinin nəmləşdirilmiş partlayıcı, özü reaksiya verən maddələri və yaxud 4.2 yarımsinifinin piroforlu maddələri olan yükləri 4.6-cı cədvələ daxil edilməyib, çünki belə siniflər və yarımsiniflər həmişə üstünlüyə malikdir.

Digər təhlükəli xassələrə malik olan yoluxucu maddələri həmişə 6.2 yarımsinifinə aid etmək, eləcə də onun ən çox olan əlavə təhlükəliliyini göstərmək lazımdır.

Təyin olunmuş qaydalar şamil edilməyənlərdən və prioritet üstünlüyə malik digər təhlükəlilik növlərinə verilənlərdən başqa, əlavə təhlükəlilik növlərinə malik olan radioaktiv maddələr həmişə 7-ci sinifə aid edilir.

Təhlükəli yükün adı təhlükəli yüklərin siyahısında yoxdursa və yük özü 5.1 yarımsinifinə aid olan təhlükəli mayedirsə və yaxud üç və ya dörd təhlükəlilik növünə malikdirsə, ona 4.6 cədvəli şamil edilmir.

Belə olduğu halda təhlükəli yükü istehsal edən tərəfindən, yükün əsas və əlavə təhlükəliliyi müəyyən olunmuş qaydada razılaşdırılan texniki sənədində (texniki şərtlərin, dövlət standartlarının) onun zəruri olan əlamətləri göstərilməklə həyata keçirilir.

 

5. Təhlükəli yüklərin siyahısı

 

5.1. Ümumi tələblər

Təhlükəli yüklərin Siyahısına (5.1 nömrəli cədvəl) hava ilə daşınmaq üçün tez-tez təqdim edilən yüklər daxildir. Yükün göndərilmə adı şərhin başlığında qara şriftlə verilmişdir. Vergül və mötərizələrlə ayrılan müxtəlif izahatlar (şərhlər) nəqliyyat qabının markalanmasında və daşınma sənədlərində göstərilmir.

Nümunə. 5.1-ci cədvəldə təhlükəli yükün aşağıdakı adı verilib: «Sirkə turşusu — məhlulu, qatılığı 1%- dən çox, lakin kütləsinə görə 80% artıq olmayaraq» göndərilmə adı isə belə olacaq: «Sirkə turşusu — məhlul».

Təhlükəli yüklərin Siyahısına, hava yolu ilə daşınması qadağan olunan, bir sıra maddələrin və məmulatların adı və «konkret göstərilməyib» kimi verilmiş maddələrin xarakterik qrupları daxil edilmişdir.

 

5.2. Konkret göstərilməyən (k.g.) təhlükəli yüklər

 

5.1-ci cədvələ əməl olaraq, hava ilə daşınmaq üçün təqdim olunan bütün məmulatları və maddələri daxil etmək mümkün deyil. Belə təhlükəli yükləri qeydə almaq mümkünlüyünə malik olmaq üçün təhlükəli yüklər Siyahısında bir sıra ümumi xarakterli hallar var ki, bunlar xarakterik qruplar və yaxud «konkret göstərilməyən» maddələr üçün nəzərdə tutulub.

5.1 cədvəlində adı olmayan yüklər hava daşınmasına təqdim olunarkən, onların qəbul edilməsi üçün yükgöndərən aşağıdakıları yerinə yetirməlidir:

yükün müvafiq xassələrinin 4-cü bölmədə sadalanmış kriteriyalarla müqayisə etmə yolu ilə onun təsnifatlaşdırılmasını;

bir neçə sinfin əlamətləri olduqda, əsas təhlükəliliyə uyğun olan sinfin müəyyən edilməsini (4.6 nömrəli cədvələ bax);

5.2 cədvəlində konkret göstərilməyən (k.g.) kimi olan maddələrin, onları daha dəqiq xarakterizə edən əsas təhlükəliliyinə görə müəyyən olunmuş sinfini nəzərə almaqla adlandırılmasını.

5.2 cədvəlində «k.g.» altında göstərilmiş adı, göndərilmə adı kimi qəbul edilməlidir. Misal üçün 3- cü sinifdən olan maddə, hansının ki, adı 5.1 cədvəlində konkret göstərilməyib, amma spirt kimi məlum olduğundan bu maddə «tezalışan maye, k.g.» kimi yox, «spirt, k.g.» kimi işarə edilməlidir.

Digər tərəfdən 5.2 cədvəlində konkret göstərilməyən maddələrin adlarına, dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq « k.g.» qısaldılmış ifadəsindən sonra mötərizədə maddənin texniki adı əlavə edilməlidir.

Nümunə. Xlorlu kapriloil 5.1 cədvəlinə daxil edilməyib. Bu maddə Korroziya edici maye kimi — 8-ci sinfə aid edilir və əlavə təhlükəliliyə malik olmadığından o «Korroziya edici mayelər, k.g. (xlorlu kapriloil)» kimi işarə edilməlidir.

 

5.3. Təhlükəli maddələrlə olan qarışıqlar və məhlullar

 

Təhlükəli maddələrin qarışıqları və məhlulları, bu maddəyə və yaxud məhlula daxil olan təhlükəli yüklərin əlamətlərinə görə təhlükəli maddələr kimi baxılmalıdır.

Əgər qarışıqlar və məhlullar üçün konkret göstərilməmiş iki və ya bir neçə təhlükəlilik növləri 5.1-ci cədvəldə verilibsə, onda ən azı, məhlulun və ya qarışığın ən yüksək təhlükəliliyini müəyyən edən iki komponentinin texniki (kimyəvi) adlarla tamamlanması zəruridir.

Mötərizədə göstərilən, texniki adlardan biri, əlavə təhlükəsizlik nişanına müvafiq olmalıdır. Texniki adlar 5.2 cədvəlindən seçilir.

Nümunə. Mühərriklərin təmizlənməsi üçün nəzərdə tutulan qarışıq 5.1-ci cədvəldə yoxdur. Bu mayenin 230C- dən aşağı olan alışma temperaturuna malik olan benzinin və dördxlorlu hidrogenin qarışığı zəhərlidir. 6.1-cı yarımsinfin əlavə təhlükəliliyinə malik olan 3-cü sinif tezalışan maddə kimi təsnifatlaşdırılır. Konkret göstərilməmiş (benzin/dördxlorlu karbon) tezalışan maye kimi göstərilir.

 

5.4. Təhlükəli yüklər Siyahısının tərtib edilməsi

 

Təhlükəli yüklərin Siyahısı 8 sütuna bölünüb:

1-ci sütunda — «yüklərin adı» — göndərilmə adlarına uyğun olaraq, əlifba sırası üzrə yerləşdirilən təhlükəli yüklərin siyahısının tərkibini verir; Siyahıda əsas adlardan başqa onların tez tapılmasını asanlaşdıran nömrələrin sinonimləri də verilmişdir*

2-ci sütunda «BMT tərəfindən qəbul olunmuş BMT siyahısı üzrə nömrəsi» — maddəyə və ya məmulata təsnifatlaşdırma sisteminə müvafiq nömrə verilir;

Əgər BMT siyahısında nömrə verilməyibsə, 2-ci sütunda xətt qoyulur. 2-ci və 3-cü sütunda olan «Qada-ğandır» sözü bu təhlükəli yükün bütün hallarda hava gəmilərində daşınmasının qadağan olduğunu göstərir (bax: bölmə 3, bənd 3.1);

3-cü sütunda — «sinif və yarımsinif, 1-ci sinif uyğunluq qrupu üçün isə 4-cü fəsildə göstərilən təsnifatlaşdırma qanuna uyğun olaraq, bu maddəyə və yaxud məmulata verilən sinfin və yarımsinfin nömrəsi olur.

4-cü sütunda — «Əlavə təhlükəlilik» — 4-cü fəslə uyğun olaraq sinfin və yaxud müəyyən olunmuş əhəmiyyət kəsb edən və əlavə təhlükəsizliyə malik olan yarımsinifin nömrəsini özündə əks etdirir;

5-ci sütun — «Təhlükəlilik nişanları» — nəqliyyat qabına vurulmalı olan və təhlükəli yükün qısa xarakteristikasını və fiziki halını göstərən təhlükəlilik nişanının adını özündə əks etdirir;

6-cı sütun — «Bağlama qrupu» — 4-cü fəsildə verilmiş kriteriyalara uyğun olaraq, müəyyən olunmuş, bağlamaların qrup nömrələri (I, II və ya III);

7 və 8-ci sütunlar — «Bir bağlamaya aid olan maksimum kütlə (həcm) netto» — hər bir qabda daşınmaya icazə verilən maksimum netto miqdar (həcminə və yaxud kütləsinə görə); hava sərnişin gəmilərində 7-ci sütun, hava yük gəmilərində — 8-ci sütun. Ümumi kütlə G hərfi ilə bu sütunlardaca göstərilir.

Bu Qaydaların müddəalarından kənara çıxmağa icazə olmamaqla, hava yolu ilə daşınmasına icazə verilməyən təhlükəli yüklər, 7 və 8-ci sütunlarda müvafiq olaraq, hava sərnişin və yük gəmiləri üçün «Qada- ğandır» sözü ilə işarə edilir.

Əgər bu Qaydaların tələbləri göstərilən məmulatlara və yaxud maddələrə şamil edilmirsə, 7 və 8- ci sütunlarda «məhdudiyyət qoyulmur» işarəsi ilə göstərilir.

Sinonimlər, əsas sütunlar doldurulmadan, göndərilmə adının altında açıq şiriftlə yerləşdirilib.

 

* Sinonimlər, əsas sütunlar doldurulmadan, göndərilmə adının altında açıq şriftlə yerləşdirilib.

 


 

Təhlükəli yüklərin siyahısı

 

Adı

BMT- nin siyahısı üzrə nömrəsi

Sinif və ya sinif altı

Əlavə təhlükəlilik

Təhlükəlilik nişanı

Bağlamanın qrupu

Bir bağlamada olan yükün xalis çəkisinin kütləsi (həcmi)

sərnişin HG

yük HG

1

2

3

4

5

6

7

8

Tərkibində iki oksidli karbon olan yeraltı işlərdə istifadə olunan qəza-xilasedici avadanlıq (Bax: iki oksidli karbon)

 

 

 

 

 

 

 

İşıqsaçan təyyarə bombaları. (Bax: işıqsaçan bombalar)

 

 

 

 

 

 

 

Havaya qalxma zamanı əlavə dartma qüvvəsini yaradan aviasiya qurğuları

2791

4,1

 

TABM

II

Qada- ğandır

250 kq G

Adqezivlər, tərkibində alışan mayelər olan yapışqanlar

1133

3

 

TAM

II

III

—"—

60 l

220 l

Adiponitril

2205

6.1

 

Ərzaq məhsul- larından ayrı saxlamaq

III

—"—

220 l

Azaurol turşusu (duz) (quru)

Qada- ğandır

 

 

 

 

 

 

Ammonium azidi

—"—

 

 

 

 

 

 

quru və ya kütləsi üzrə 50%- dən az su ilə nəmləşdirilmiş Barium azidi

0224

1.1A

6.1

 

 

Qada- ğandır

Qada- ğandır

kütləsi üzrə 50%- dən az olmayan su ilə nəmləşdirilmiş Barium azidi

1571

4.1

6.1

TABM və zəhər

I

—"—

0,5 kq

Brom azidi

Qada- ğandır

 

 

 

 

 

 

Yod azidi (quru)

—"—

 

 

 

 

 

 

Natrium azidi azotlu- hidrogen turşusunun natrium duzu

1687

6.1

 

Zəhər

II

Qada- ğandır

100 kq

Civə azidi

Qada- ğandır

 

 

 

 

 

 

Qurğuşun azidi (quru)

—"—

 

 

 

 

 

 

kütləsi üzrə 20% az olmayan su ilə nəmləşdirilmiş (və ya spirtin su ilə qatışığı ilə) Qurğuşun azidi

0129

1.1A

 

 

 

Qada- ğandır

Qada- ğandır

Gümüş azidi (quru)

Qada- ğandır

 

 

 

 

 

 

Xlor azidi

—"—

 

 

 

 

 

 

1,2 propilenqlikoidinitrat 3- Azidli

—"—

 

 

 

 

 

 

1- hidroksitetrazol 5- Azidli

—"—

 

 

 

 

 

 

Azidliquanidinpikrat (quru)

—"—

 

 

 

 

 

 

Azidliditiokarbon turşusu

—"—

 

 

 

 

 

 

Azidlihidroksitetrazol (civə və gümüş duzu)

—"—

 

 

 

 

 

 

Azidlietil nitrat

—"—

 

 

 

 

 

 

Aziran, inqibirləşdirilmiş etilenamin. Bax: 1.1 Azidli (heksahidrobenzonatril)

2954

4.1

 

TABM

II

15 kq

50 kq

2.2 Azidli (2- metilbutilonitril)

3030

4.1

 

 

 

Qada- ğandır

Qada- ğandır

2.2 Azidli (2,4- dimetilvaleronitril)

2953

4.1

 

 

 

—"—

—"—

2.2 Azidli (2,4- dimetil- 4- metoksivaleronitril)

2955

4.1

 

 

 

—"—

—"—

Azidliizobutilonitril

2952

4.1

E

 

 

—"—

—"—

Sıxılmış azot

1066

2

 

AQ (alışmayan qazlar)

 

75 kq

150 kq

Soyudulmuş maye azot

1977

2

 

AQ

 

50 kq

500 kq

Azotun, nadir qazlarla qatışığı. Bax: nadir qazların və azotun qatışığı

 

 

 

 

 

 

 

Üçyodlu azot

Qada- ğandır

 

 

 

 

 

 

Azotüçyodidmonoamin

—"—

 

 

 

 

 

 

Üçflorlu azot

2451

2

6.1

Zəhərli qaz

 

Qada- ğandır

25 kq

Üçxlorlu azot

Qada- ğandır

 

 

 

 

 

 

Üç oksidli azot (azot anhidridi)

—"—

 

 

 

 

 

 

Azottetrazol (quru)

—"—

 

 

 

 

 

 

Azotlu efir. Bax: etilnitrit məhlullar Pnevmatik və ya hidravlik təzyiq akkumulyatorları (tərkibində alışmayan qazlar olan)

2

 

AQ

 

Məhdudy- yətsiz

Məhdudiy- yətsiz

Məhlullu akkumulyator batareyaları. Bax: batareyalar

 

 

 

 

 

 

 

Akridin

2713

6.1

 

Ərzaq məhsul- larından ayrı saxlamalı

III

Qada- ğandır

200 kq

Akrilamid

2074

6.1

 

—"—

III

—"—

200 kq

Amid akril turşusu

 

 

 

 

 

 

 

Propenamid

 

 

 

 

 

 

 

İnqibirləşdirilmiş akrilonitril

1093

3

6.1

TAM və zəhər

I

Qada- ğandır

2,5 l

Sianlı vinil

 

 

 

 

 

 

 

Nitril- akril turşusu

 

 

 

 

 

 

 

Propilennitril

 

 

 

 

 

 

 

Sianetilen

 

 

 

 

 

 

 

İnqibirləşdirilmiş akrolein

akril turşusunun Aldehidi

1092

3

6.1

TAM və zəhər

I

Qada- ğandır

2,5 l

akrilli aldehid

 

 

 

 

 

 

 

Propenal

 

 

 

 

 

 

 

İnqibirləşdirilməmiş akrolein

Qada- ğandır

 

 

 

 

 

 

Sabitləşdirilmiş akroleindimer

2607

3

 

TAM

II

5 l

60 l

Akselerin. Bax: para- Nitrozo- dimetilanilin

 

 

 

 

 

 

 

Aktivləşdirilmiş ağac kömürü. Bax: aktivləşdirilmiş kömür

 

 

 

 

 

 

 

Zəhərli, bərk Alkoloidlər k.g.(konkret göstərilməmiş) və ya alkoloidlərin duzları k.g.

1544

6.1

 

Zəhər (I və II qr) ərzaq məhsul- larından ayrı saxlamalı (III qr)

I

II

III

Qada- ğandır

—"—

—"—

50 kq

100 kq

200 kq

Konkret göstərilməyən (k.g) zəhərli və maye alkaloidlər və ya alkaloidlərin duzları

1544

6.1

 

 

I

II

III

—"—

—"—

—"—

30 l

60 l

220 l

Tərkibində 5%- dək sərbəst kükürd turşusu olan Alkil,Aril və ya Toluol- maye sulfo turşuları

2586

8

 

Korroziya edici maddələr

III

5 l

60 l

Tərkibində 5%- dən artıq sərbəst kükürd turşusu olan Alkil, Aril və ya Toluol- maye sulfo turşuları

2584

8

 

—"—

II

1 l

30 l

Tərkibində 5%- dən artıq olmayan kükürd turşusu olan Alkil, Aril və ya Toluol- bərk sulfo turşuları

2585

8

 

Korroziya edici maddələr

III

25 kq

100 kq

Tərkibində 5%- dən artıq təmiz kükürd turşusu olan Alkil, Aril və ya Toluol- bərk sulfo turşuları

2583

8

 

—"—

II

15 kq

50 kq

Korroziya edici Alkilaminlər, k.g.

2735

8

 

—"—

I

II

III

0,5 l

1 l

5 l

2,5 l

30 l

60 l

Korroziya edici tezalışan Alkilaminlər, k.g.

2734

8

3

Korroziya edici maddələr və TAM

I

II

0,5 l

1 l

2,5 l

30 l

Tezalışan, Korroziya edici Alkilaminlər, k.g.

2733

3

8

—"—

I

II

III

0,5 l

1 l

5 l

2,5 l

5 l

60 l

Alkilbenzol

3

 

TAM

 

Qada- ğandır

200 l

Metal alkilləri,k.g.

2003

4.2

 

 

 

—"—

Qada- ğandır

Metalların alkil birləşmələri, k.g.

 

 

 

 

 

 

 

Üzvi metal birləşmələri, k.g,

 

 

 

 

 

 

 

Maye və bərk alkitfenollar,k.g.(C2- C8- qomoloqları daxil olmaqla)

2430

6.1

 

Ərzaq məhsul- larından ayrı saxlamalı

III

Qada- ğandır

220 l — 200 kq

Allen Bax. Propadien

 

 

 

 

 

 

 

Bromlu allil

1099

3

6.1

TAM və zəhər

I

Qada- ğandır

2,5 l

Allil bromid

 

 

 

 

 

 

 

3- Brompropen

 

 

 

 

 

 

 

Yodlu allil

1723

3

8

TAM və Korro- ziyaedici

I

Qada- ğandır

2,5 l

3- Yodpropen

 

 

 

 

 

 

 

Xlorlu allil

1100

3

6.1

TAM və zəhər

I

Qada- ğandır

2,5 l

Allilamin

2334

3

6.1

TAM və zəhər

I

Qada- ğandır

30 l

Allilasetat

2333

3

6.1

—"—

II

—"—

60 l

Allilen

1004

2

 

TAY

 

—"—

55 l

İnqibirləşdirilmiş allilizoti- asinat

1545

6.1

 

Zəhər

II

—"—

60 l

Sabitləşdirilmiş allilüçxlorsilan

1724

8

 

Korroziya edici maddə

II

—"—

30 l

Allilformiat

2336

3

6.1

TAM və zəhər

I

—"—

30 l

Allilxlorkarbonat. Bax: Allilxlorformiat

 

 

 

 

 

 

 

Allilxlorformiat

1722

8

 

Korroziya edici maddə

I

Qada- ğandır

2,5 l

Xlorlu qarışqa turşusunun allil efiri

 

 

 

 

 

 

 

Xlorkömür turşusunun allil efiri

 

 

 

 

 

 

 

Aldehid. Bax: Asetaldehid

 

 

 

 

 

 

 

Alfa- metilvalerianlı aldehid

2367

3

 

TAM

III

60 l

220 l

Anisli aldehid

9

 

DTY

Qada- ğandır

20 l

İzovalerian aldehidi

3

 

TAM

III

—"—

200 l

İzoyağlı aldehid

2045

3

 

TAM

II

5 l

60 l

Azobutilaldehidi

 

 

 

 

 

 

 

2- Metilpropanal

 

 

 

 

 

 

 

Metakrit aldehidi

2396

3

6.1

TAM və zəhər

II

Qada- ğandır

60 l

Propion aldehidi

1275

3

 

TAM

II

5 l

60 l

Propional

 

 

 

 

 

 

 

Metil Sirkə aldehidi

 

 

 

 

 

 

 

Üçxlorsirkəli aldehidi, Bax: inqibirləşdirilmiş susuz xloral

 

 

 

 

 

 

 

Xlorsirkə aldehidi

2232

6.1

 

Zəhər

II

Qada- ğandır

60 l

Tezalışan oktil aldehidləri

1191

3

 

TAM

III

60 l

220 l

2- Etilheksanal

 

 

 

 

 

 

 

Zəhərli aldehidlər,k.g.

1988

3

6.1

TAM və zəhər

II

Qada-ğandır

60 l

Zəhərli olmayan aldehidlər, k.g.

1989

3

 

TAM

I

II

III

1 l

5 l

60 l

30 l

60 l

220 l

Aldol

Yağlı oksialdehid

2839

6.1

 

Zəhər

II

Qada-ğandır

60 l

Naftilamin

 

 

 

 

 

 

 

Edrayt

 

 

 

 

 

 

 

Aldrin

Qada- ğandır