“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2006-cı il, № 2, maddə 92; 2010-cu il, № 4, maddə 289; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 403 nömrəli Fərmanı) I bəndinin ikinci abzasında “isə” sözü çıxarılsın, “həyata keçirirlər” sözlərindən əvvəl “, barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2011-ci il
№ 430