AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.06.2011
QEYDİYYAT NÖMRƏSİ
1578
ADI
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-06-2011, Nəşr nömrəsi: 138), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2011, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 554)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirl

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına 3 nömrəli əlavə olaraq ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 iyun 2011-ci il

                 № 1578

 

 


 

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına

3 nömrəli əlavə

 

 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) [1]

 

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

1. MAKROİQTİSADİ SABİTLİK VƏ İQTİSADİ ARTIM

1.1. Büdcə-vergi siyasəti

1.1.1.

Büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi

1.1.1.1.

Dövlət gəlirlərinin proqnozlaşdırılması prosesinin beynəlxalq  standartlara uyğun modellər əsasında həyata keçirilməsinin təkmilləşdirilməsi

MN, İSN

2011-2015

1.1.1.2.

Gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni Gömrük Məcəlləsinin qəbulu və tətbiqinin həyata keçirilməsi, o cümlədən,  bununla bağlı normativ aktların qəbul edilməsi

DGK

2011-2015

1.1.2.

Vergilərin  yığım səviyyəsinin artırılması

1.1.2.1.

Vergi mədəniyyətinin artırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

VN

2011-2015

1.1.2.2.

İri dövlət vergi ödəyicilərinin gəlir və xərc smetaları üzrə monitorinqlərin aparılması

MN, İSN, EN, NN [2]

2011 - 2015

1.1.3.

Xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi

 

 

1.1.3.1.

İdxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi

DGK, MN

2011-2012

1.1.4.

Aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin gəlir vergisindən azad edilməsi

VN, MN

2011-2015

1.1.5.

Dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması

 

 

1.1.5.1.

Dövlət büdcəsinin tərtibi prosesini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin davam etdirilməsi

MN

2011-12015

1.1.6.

Dövlət satınalmaları işinin səmərəliliyinin artırılması                                                                                                                          

1.1.6.1.

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi

SDA, MN, İSN

2011-2015

1.1.6.2.

Satınalmalar üzrə Dövlət Agentliyinin idarəetmə potensialının gücləndirilməsi, mоnitоrinq sisteminin təkmilləşdirilməsi

SDA

2011-2015

1.1.6.3.

Elektrоn satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.4.

Dövlət satınalmalarına cəlb оlunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılması

SDA

2011-2015

1.1.6.5.

Satınalma planlarının hazırlanması və dövri əsasda dərc olunması üçün müvafiq tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.6.

Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.7.

Standart tender sənədləri toplusunun hazırlanması

SDA

2011-2015

1.1.7.

Dövlət büdcəsi layihəsinin tərtibi ilə məşğul olan təşkilatlarda idarəetmə potensialının gücləndirilməsi                                       

1.1.7.1.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə layihəsinin tərtib edilməsi üzrə potensialın gücləndirilməsi

Aidiyyəti dövlət orqanları və  büdcə təşkilatları

2011-2015

1.1.7.2.

Gömrük işçilərinin peşəkarlığının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin təhlili və gündəlik fəaliyyətdə  tətbiqi məqsədi ilə ÜGT-nin Bakıda yerləşən Regional Tədris Mərkəzində potensialın gücləndirilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi

DGK

2011-2015

1.1.7.3.

Azərbaycan Respublikası gömrük orqanlarının regional təşkilatlarla və digər dövlətlərin gömrük orqanları ilə əməkdaşlığının genişləndirilməsi.

DGK

2011-2015

1.1.8.

Müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması

MN

2011-2015

1.2. Pul, tarif (qiymət) və məzənnə siyasəti                                      

1.2.1.

İnflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması

MB, İSN, ARDNF

2011-2015

1.2.1.1

Makroiqtisadi siyasətin koordinasiyası, optimal makro-fiskal çərçivənin formalaşdırılması və adekvat pul siyasətinin yeridilməsi

MB, MN, İSN, ARDNF

2011-2015

1.2.2.

Strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi

MB, ARDNF

2011- 2015

1.2.3.

Tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsinin təkmilləşdirilməsi

1.2.3.1.

 

Tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Tarif (qiymət) Şurası, İSN, ƏN

2011-2015

1.2.3.2.

Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə  pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi

Tarif (qiymət) Şurası, İSN, ƏN, aidiyyəti dövlət orqanları

2011-2015

1.2.3.3.

Tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi

Tarif (qiymət) Şurası, İİN, ƏN və aidiyyəti subyektlər

2011-2012

1.2.3.4.

Dövlət dotasiyalarının  mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması

Tarif (qiymət) Şurası, İSN və aidiyyəti subyektlər

2011-2015

1.2.3.5.

Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının və məlumat mübadilə modellərinin yaradılması

Tarif (qiymət) Şurası, İSN, ƏN, MN

2011-2015

1.3. Maliyyə bazarının inkişaf etdirilməsi

1.3.1.

Bank sektorunun inkişaf etdirilməsi 

1.3.1.1.

Bank sisteminin kapitallaşmasının davam etdirilməsi

MB

2011-2015

1.3.1.2.

Bank nəzarətinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatların yeni tövsiyələrinin mütəmadi olaraq öyrənilməsi və tətbiqi

MB

2011-2015

1.3.1.3.

Bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması

MB

2011-2015

1.3.1.4.

Tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi

MB

2011-2015

1.3.1.5.

Bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi

MB

2011-2015

1.3.1.6.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi

MB

2011-2015

1.3.1.7.

İpoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi

MB

2011-2015

1.3.1.8.

Poçt əmanət sisteminin inkişaf etdirilməsi

MB, RİTN

2011-2015

1.3.1.9.

Elektron ödəniş sisteminin inkişaf etdirilməsi

MB, RİTN

2011-2015

1.3.2.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi

1.3.2.1.

Qanunvericiliyin inkişaf etdirilməsi

 

 

1.3.2.1.1.

Qiymətli kağızlar bazarı haqqında vahid qanunun hazırlanması

QKDK

2011-2012

1.3.2.1.2.

Sekyuritizasiya haqqında qanunvericilik bazasının formalaşdırılması

QKDK

2011-2013

1.3.2.1.3.

Qiymətli kağızların tədavülü və buraxılışına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi

QKDK, ƏN, MB

2011-2014

1.3.2.2.

Qiymətli kağızlar bazarının əməliyyat və hesablaşma infrastrukturunun təkmilləşdirilməsi

 

 

1.3.2.2.1.

Qiymətli kağızların ticarət və hesablaşma sisteminin modernləşdirilməsi və avtomatlaşdırılması

QKDK, MB

2011-2014

1.3.2.2.2.

Mərkəzi depozitar sistemin təşkili və qiymətli kağızlarla əməliyyatların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi

QKDK

2011-2015

1.3.2.3.

Dövlət və korporativ qiymətli kağızların təklifinin genişləndirilməsi və tələbin stimullaşdırılması

 

 

1.3.2.3.1.

Yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması və təşviq edilməsi

QKDK, İSN

2011-2015

1.3.2.3.2.

Yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması və xarici fond birjalarında ticarət olunan qiymətli kağızlara çıxışın genişləndirilməsi

QKDK

2011-2015

1.3.2.3.3.

İnstitusional investorların formalaşdırılmasının təşviq edilməsi

QKDK

2011-2015

1.3.2.3.4.

Peşəkar iştirakçıların potensialının artırılması, maliyyə vasitəçiliyi funksiyalarının inkişaf etdirilməsi

QKDK

2011-2015

1.3.2.4.

Tənzimləyici və nəzarət potensialının gücləndirilməsi

 

 

1.3.2.4.1.

Peşəkar iştirakçıların lisenziyalaşdırılmasının qayda və prosedurlarının qabaqcıl beynəlxalq standartlar əsasında  təkmilləşdirilməsi

QKDK

2011-2013

1.3.2.4.2.

Bazar iştirakçılarının hesabatlılıq sisteminin formalaşdırılması və avtomatlaşdırılması

QKDK

2011-2013

1.3.2.4.3.

İnvestorların hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi

QKDK

2011-2015

1.3.2.4.4.

QKDK-nın analitik potensialının gücləndirilməsi

QKDK

2011-2015

1.3.2.5.

Tədris və maarifləndirmə tədbirlərinin tətbiqi və genişləndirilməsi

 

 

1.3.2.5.1.

Qiymətli kağızlar bazarı üzrə təlim və məsləhət mərkəzinin yaradılması

QKDK

2011-2012

1.3.2.5.2.

Kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici proqramların təşkil edilməsi

QKDK

2011-2015

1.3.3.

Sığorta bazarının inkişaf etdirilməsi 

1.3.3.1.

Sığorta sahəsində qanunvericiliyin inkişaf etmiş beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması

MN

2011-2013

1.3.3.2.

Sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi

MN, İSN

2011-2015

1.4. İnvestisiya siyasəti

1.4.1.

İnvestisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi

1.4.1.1.

YADİDP  üzrə prioritet layihələrin maliyyələşdirilməsi istiqamətində beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın aparılması

İSN

2011-2015

1.4.1.2.

YADİDP-nin prioritetləri üzrə infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə müntəzəm olaraq ortamüddətli Dövlət İnvestisiya Proqramlarının hazırlanması və həyata keçirilməsi

İSN, MN

2011-2015

1.4.1.3.

Dövlət İnvestisiya Proqramına daxil olması nəzərdə tutulan layihələrin qiymətləndirilməsi (qiymətqoyulması) prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və təsdiq edilməsi (obyektlərin dəyərinin 1991-ci ilin bazis qiyməti əsasında qiymətləndirilməsi metodikasının ləğv edilməsi)

FHN, İSN, MN

2011-2015

1.4.1.4.

Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrası zamanı müxtəlif obyektiv səbəblərə görə baş verən qiymət artımlarının tənzimlənməsi məqsədilə beynəlxalq standartlara (FİDİC qaydaları) uyğun qaydaların tərtibi və təsdiq edilməsi

FHN, İSN, MN

2011-2015

1.4.1.5.

Ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə xarici investisiyalar üçün stimullaşdırıcı mexanizmlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin verilməsi

İİN

2011-2013

1.4.2.

Səmərəli rəqabət mühitinin formalaşdırılması

1.4.2.1.

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunması üçün tədbirlərin həyata keçirilməsi

İİN

2011-2013

1.4.2.2.

İstehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması məqsədilə bazarların bölüşdürülməsi və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi

İSN

2011-2015

1.4.2.3.

İstehlakçıların hüquqlarının müdafiə edilməsi işinin gücləndirilməsi

İSN

2011-2015

1.4.2.4.

İstehlak mallarının istehsalının, idxalının, ixracının, topdan və pərakəndə satışının həyata keçirilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməsi

SMPDK, KTN, İSN, DGK

2011-2015

1.4.2.5.

Ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin etibarlı mühafizəsinin təmini üçün gömrük orqanlarının hüquq-mühafizə potensialının artırılması və fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi

DGK, MN

2011-2015

1.4.3.

Sahibkarlığın, xüsusilə regionlar üzrə inkişaf etdirilməsi 

1.4.3.1.

Sahibkarların ictimai birliklərinin, o cümlədən, peşə assosiasiyalarının yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi

İSN

2011-2015

1.4.3.2.

Sahibkarlıq fəaliyyətinin məsləhət və informasiya təminatının yaxşılaşdırılması

İSN

2011-2015

1.4.3.3.

Sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlərin həyata keçirilməsi

İSN

2011-2015

1.4.3.4.

Mövcud və yaradılacaq sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması

SEN, İSN, AMEA

2011-2015

1.4.3.5.

Gənclərin və əhalinin həssas qruplarının (qadınlar, əlillər və məcburi köçkünlər) sahibkarlıq fəaliyyətinin dəstəklənməsi

İSN

2011-2015

1.4.3.6.

Sənaye zonalarının (şəhərcik və biznes inkubatorları) yaradılması

İSN, SEN, AMEA [3]

2011-2015

1.4.3.7.

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə müntəzəm təşviq tədbirlərinin (biznes forum, sərgi, ikitərəfli görüşlər, konfrans və s.) təşkil olunması

İSN

2011-2015

1.4.3.8.

Məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılması

DSMF, MN, İSN

2011-2015

1.4.4.

Dövlət müəssisələrinin özəlləşdirilməsi və idarə edilməsi prosesinin təkmilləşdirilməsi

1.4.4.1.

Özəlləşdirmə prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə məsləhətçi şirkətlərin cəlb olunması və investorların iştirakının təmin edilməsi

ƏMDK

2011-2015

1.4.4.2.

Özəlləşdirilməyə açılmış rabitə, maşınqayırma, kimya, turizm, kənd təsərrüfatı, tikinti, kommunal və infrastruktur sahələrində müəssisələrin özəlləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

ƏMDK, RİTN, SEN, MdTN, KTN

2011-2015

1.4.4.3.

Yanacaq-energetika kompleksinə aid müəssisələrin, o cümlədən, elektroenergetika, neft, təbii qaz hasil və emal edən müəssisələrin, neft və neft məhsullarının satış bazalarının özəlləşdirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi və tədbirlərin görülməsi

ƏMDK, EN

2011-2015

1.4.5.

Daxili istehsalın rəqabət qabiliyyətliliyinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması

1.4.5.1.

Ümumdünya Ticarət Təşkilatına qəbul olma prosesində danışıqların ədalətli ticarət prinsipləri əsasında davam etdirilməsi və xarici ticarət üzrə milli qanunvericilik bazasının beynəlxalq ticarət sisteminin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi

İSN, XİN, ƏN,

DGK, KTN

2011-2015

1.4.5.2.

Daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlərin həyata keçirilməsi

İSN, DGK

2011-2015

1.4.5.3.

İdxalı əvəz edəcək və ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılması və ixracının təşviqi

İSN

2011-2015

1.4.5.4.

Keyfiyyətə nəzarət üzrə milli standartların hazırlanması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi

SMPDK, İSN

2011-2015

1.4.5.5.

Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi və nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının genişləndirilməsi

NN

2011-2015

1.4.6.

İnformasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi

1.4.6.1.

Yeni texnologiyaların tətbiqi ilə ölkənin kommunikasiya şəbəkəsinin elektronlaşdırılması, mövcud şəbəkənin təkmilləşdirilməsi və əhalinin rabitə xidmətlərinə keyfiyyətli çıxışının təmin edilməsi

RİTN

2011-2013

1.4.6.2.

Respublikanın telekommunikasiya şəbəkəsində yeni texnologiyaların (İPTV, ADSL, Wifi, Wimax, 3G, 4G, peyk rabitə sistemləri və s.) və CDMA şəbəkəsi ilə mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi

RİTN

2011-2015

1.4.6.3.

Telefon rabitəsi və internet xidməti tariflərinin optimallaşdırılması və stimullaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi

RİTN, Tarif (qiymət) Şurası

2011-2015

1.4.6.4.

Milli radio və televiziya proqramlarının peykdən paket yayımının təşkili

RİTN

2011-2015

1.4.6.5.

Respublikada universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin başa çatdırılması

RİTN

2011-2015

1.4.6.6.

Ölkədə İKT sektorunun  dayanıqlı  inkişafının təmin edilməsi məqsədilə informasiya-kommuni­kasiya texnologiyaları və elektron istehsal üzrə Xüsusi İqtisadi Zona yaradılması istiqamətində tədbirlərin görülməsi 

RİTN

2011-2014

1.4.6.7.

İKT sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi elmi tədqiqatların aparılması sahəsində işlərin davam etdirilməsi

RİTN, AMEA

2011-2015

1.5. Sənaye və enerji siyasəti

1.5.1.

Azərbaycan Respublikası regionlarında kənd təsərrüfatı məhsullarının emalı, tikinti məhsullarının istehsalı üzrə yerli xammal və mövcud materiallara əsaslanan kiçik və orta sənaye müəssisələrinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi

SEN, KTN, İİN

 

2011-2012

1.5.2.

Respublika ərazisində əhalinin və istilik təchizatı sisteminin təbii qazla və ya bərpa olunan enerji ilə təminatının bərpası və yaxşılaşdırılması

EN, SOCAR, “Azəristiliktəchizat”ASC, ABOEMDA [4]

2011-2015

1.5.3.

Respublika ərazisində əhalinin və sosial obyektlərin istilik təchizatının bərpası, yaşayış və qeyri-yaşayış binalarının istiliklə təmin olunması

“Azəristiliktəchizat” ASC

2011-2015

1.5.4.

Respublikanın dağ  rayonlarının qəsəbə və kəndlərində maye qazın və  kerosinin (ağ neftin) satışının təşkil edilməsi

EN, SOCAR

2011-2015

1.5.5.

Bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə Azəriqaz İB-də islahatların həyata keçirilməsi

EN, SOCAR

2011-2015

1.5.6.

Özəl sektorun iştirakının artırılması ilə energetika sektorunda rəqabət mühitinin yaradılması

EN

2011-2015

1.5.7.

Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması və istifadəsi istiqamətində tədbirlərin gücləndirilməsi

ABOEMDA, İSN, AMEA [5]

2011-2015

1.5.8.

İstehlakçıların elektrik sayğacları ilə təmin olunmasının başa çatdırılması

EN, “Azərenerji” ASC,Azərişıq” ASC [6]

2011-2015

1.5.9.

Yanacaq-enerji kompleksinin fəaliyyəti nəticəsində ekologiyaya dəyən zərərinin azaldılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi

EN, ETSN

2011-2015

1.6. Kənd təsərrüfatının inkişaf etdirilməsi

1.6.1.

Kənd təsərrüfatı məhsullarının istehsalının  inkişaf etdirilməsi üçün kənd investisiya layihələrinin həyata keçirilməsi tədbirlərinin davam etdirilməsi

KTN

2011-2015

1.6.2.

Dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların göstərilməsi mexanizminin təkmilləşdirilməsi

KTN, İSN, MN

2011-2015

1.6.3.

Heyvandarlığın intensiv inkişaf etdirilməsi mexanizminin dəstəklənməsi 

KTN

2011-2015

1.6.4.

Heyvandarlıqda məhsul istehsalının intensiv artımında mühüm rol oynayan yem bitkilərindən: soya, sorqo, qarğıdalı, günəbaxan, yem çuğunduru və raps əkinlərinin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, silos və senaj basdırılması təşəbbüslərinin dəstəklənməsi

KTN

2011-2015

1.6.5.

Dağ və dağətəyi bölgələrdə ətlik maldarlığın inkişaf etdirilməsinin dəstəklənməsi

KTN, YİH

2011-2015

1.6.6.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və məhsul istehsalının intensiv artırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinin genişləndirilməsinin dəstəklənməsi

KTN, YİH

2011-2015

1.6.7.

Quşçuluğun daha da inkişaf etdirilməsi, mövcud  olan quşçuluq obyektlərinin tam gücündə işləməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi

KTN, İSN

2011-2015

1.6.8.

Iri südçülük-maldarlıq komplekslərinin yaradılmasının dəstəklənməsi

KTN, İSN, YİH

2011-2015

1.6.9.

“Aqrolizinq” ASC vasitəsilə kənd təsərrüfatı məhsulları  istehsalçılarına damazlıq düyələrin və texnoloji avadanlıqların güzəştli qiymətlərlə satılmasının dəstəklənməsi

KTN, YİH

2011-2015

1.6.10.

Kənd təsərrüfatı heyvanları və ev quşları arasında epizootiya əleyhinə mübarizə və  müalicə-profilaktika tədbirlərinin gücləndirilməsi

KTN

2011-2015

1.6.11.

Damazlıq heyvanlara göstərilən dispanserizasiya, baytarlıq müalicə tədbirlərinin yaxşılaşdırılması

KTN

2011-2015

1.6.12.

Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi və qeydiyyatının dəstəklənməsi

KTN

2011-2015

1.6.13.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi siyasətinin davam etdirilməsi

KTN, İSN, VN

2011-2015

1.6.14.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi mexanizminin sadələşdirilməsi

KTN

2011-2015

1.6.15.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təmin edilməsi işinin yaxşılaşdırılması və özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi

KTN

2011-2015

1.6.16.

Pambıqçılığın, üzümçülüyün və ipəkçiliyin (baramaçılığın) intensiv inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi

KTN, İSN

2011-2015

1.6.17.

Aqro-emal müəssisələrinin mövcud gücünün artırılması, respublikanın heyvandarlıq rayonlarında ət və süd emalı müəssisələrinin, iri tərəvəzçilik və meyvəçilik rayonlarında isə konserv zavodlarının  fəaliyyət göstərməsi üçün təşəbbüslərin dəstəklənməsi

KTN, İSN

2011-2015

1.6.18.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli qiymətlərlə aqrokimyəvi maddələr və pestisidlərlə təminatının yaxşılaşdırılması

KTN

2011-2015

1.6.19.

Yeyinti və kənd təsərrüfatı məhsulları sahəsində beynəlxalq və Avropa standartları əsasında milli standartların hazırlanması və respublikada tətbiqi (İSO, Codex Alimentarius, CEN)

SMPDK, KTN, SN

2011-2015

1.6.20.

Idxal və ixrac olunan kənd təsərrüfatı məhsullarında fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinin genişləndirilməsi və davam etdirilməsi

KTN

2011-2015

1.6.21.

Özəl  toxumçuluq, damazlıq və baytarlıq xidməti şəbəkələrinin genişləndirilməsi

KTN

2011-2015

1.6.22.

Otlaqların münbitliyinin bərpasının, eroziyadan mühafizəsinin və istifadəsinin yaxşılaşdırılması

DTXK, KTN

2011-2015

1.6.23.

Qış və yay otlaqlarının, kəndətrafı örüşlərin münbitliyinin bərpası, səthi və əsaslı yaxşılaşdırılması, onun təyinatının dəyişdirilməsi kimi və digər neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi

KTN, DTXK, ETSN, MST ASC

2011-2015

1.6.24.

Yüksək məhsul verən və istehsalın intensiv inkişaf etdirilməsini təmin edən bitki sortlarının və heyvan cinslərinin sınaqdan keçirilməsi və istehsalata tətbiq edilməsi

KTN, AMEA

2011-2015

1.6.25.

Bitkiçilik məhsulları istehsalını intensiv qaydada artırmaq üçün toxumçuluğun və tingçiliyin  elmi əsaslar üzrə inkişaf etdirilməsinin dəstəklənməsi

KTN, YİH

2011-2015

1.6.26.

İstehsal olunan kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması məqsədi ilə yerlərdə tədarük-satış bazarlarının yaradılmasının dəstəklənməsi

KTN, İSN, MN

2011-2015

1.7. Turizmin inkişaf etdirilməsi

1.7.1.

Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair standartların hazırlanması

SMPDK, MdTN

2011-2015

1.7.2.

Regionlarda (rekreasiya və turizm zonalarında) turizm fəaliyyətinin stimullaşdırılması, turizmdə informasiya-təbliğat işinin gücləndirilməsi məqsədilə mövcud informasiya mərkəzlərinin işinin təkmilləşdirilməsi

MdTN

2011-2015

1.7.3.

Dövlət İnvestisiya Proqramı vasitəsilə turizm infrastrukturunun inkişafı (yol, rabitə, elektrik enerjisi, qaz və s.)

MdTN, İSN

2011-2015

1.7.4.

Milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla alternativ turizm növlərinin inkişaf etdirilməsi (ekoturizm, kənd turizmi və s.) və müvafiq turizm marşrutlarının yaradılması

MdTN, ETSN

2011-2015

2. MƏŞĞULLUQ SİYASƏTİ VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ

2.1. Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi

2.1.1.

Məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi

2.1.1.1.

Əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi

ƏƏSMN, ƏN, AS(İ)TMK və AHİK-i cəlb etməklə

2011-2012

2.1.1.2.

Əmək və məşğulluq sahəsində vahid informasiya bazasının yaradılması

ƏƏSMN, DSK, TN

2011-2012

2.1.1.3.

Əmək, məşğulluq və əmək miqrasiyası sahəsində qanunvericiliyə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi

ƏƏSMN

2011-2013

2.1.1.4.

Dövlət Məşğulluq Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi və potensialının artırılması

ƏƏSMN

2011-2013

2.1.1.5.

İşsizliyə görə verilən müavinətlərin, eyni zamanda peşə hazırlığı,  əlavə təhsil vaxtında müəyyən olunmuş təqaüdün minimum məbləğinə yenidən baxılması

ƏƏSMN, DSMF, İİN, MN

2012

2.1.1.6.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili və bu sahədə işlərin səmərəliliyinin artırılması

ƏƏSMN, YİH

2011-2015

2.1.1.7.

Beynəlxalq təcrübəyə əsaslanaraq  işsizlikdən sığorta sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, MN, İSN

2011-2015

2.1.2.

Kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması 

2.1.2.1.

Kadr hazırlığının əmək bazarının tələblərinə uyğun proqnozlaşdırılması sisteminin yaradılması, o cümlədən:

- kadr hazırlığına olan tələbatın proqnozlaşdırılması metodikasının hazırlanması;

- metodikaya uyğun müxtəlif ixtisaslar üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə həmin tələbata uyğun illər üzrə qəbul planının müəyyənləşdirilməsi

TN, İSN, ƏƏSMN

2011-2015

2.1.2.2.

İSCO88/08 uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması

ƏƏSMN, TN,

2011-2013

2.1.2.3.

Peşə hazırlığı sahəsində modul və multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin gücləndirilməsi

ƏƏSMN, TN, RİTN

2011-2015

2.1.2.4.

Əmək bazarının ehtiyaclarının öyrənilməsi üçün kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində mövcud imkanlar çərçivəsində marketinq xidmətinin yaradılması və təkmilləşdirilməsi

TN, ƏƏSMN

2011-2015

2.1.2.5.

Yaşlıların təhsili sisteminin inkişaf etdirilməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi

TN, ƏƏSMN

2013-2015

2.1.2.6.

Yaşlıların təhsili üzrə kadr bazasının yaradılması və yeni kurrikulumların hazırlanması

TN

2011-2015

2.1.2.7.

Yaşlıların təhsil prosesi üzrə informasiya bazasının təkmilləşdirilməsi məqsədilə “Əhalinin fasiləsiz təhsildə iştirakına dair” seçmə statistik müayinənin keçirilməsi

DSK, TN

2014

2.1.3.

Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi 

2.1.3.1.

Qeyri-formal əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, VN, DSMF, AS(İ)TMK və AHİK-i cəlb etməklə

2011 -2015

2.1.3.2.

Sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılmasına dövlət nəzarətinin  gücləndirilməsi

ƏƏSMN, AHİK-i və AS(İ)TMK-i cəlb etməklə

2011-2012

2.1.3.3.

Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması üzrə tədbirlərin görülməsi

ƏƏSMN, DB-nı cəlb etməklə

2011-2015

 

2.1.4.

Əmək bazarının monitorinqi prosesinin gücləndirilməsi

2.1.4.1.

Əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsi üzrə müvafiq tədqiqatların aparılması

ƏƏSMN, DSK, DSMF

2011-2015

 

2.1.4.2.

Əmək miqrasiyası sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi

ƏƏSMN, XİN, DMX

2011-2015

2.1.5.

Həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi

2.1.5.1.

Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsinə, qadınların peşə hazırlığına və əlavə təhsilinə  yönəldilmiş tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, AQUPDK, TN, İSN, YİH

2011-2015

2.1.5.2.

Qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi

ƏƏSMN

2011-2012

2.1.5.3.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, TN

2011-2015

2.2. Sosial müdafiə

2.2.1.

Ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi

2.2.1.1.

Sosial müavinətlər sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, ƏN

2011-2015

2.2.1.2.

Ünvanlı dövlət sosial yardımı mexanizminin icrasını təmin edən kadrların potensialının gücləndirilməsi

ƏƏSMN

2011-2015

 

2.2.1.3.

Ünvanlı dövlət sosial yardımı sisteminin mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün informasiya sisteminin (şəbəkənin) qurulmasının başa çatdırılması və bu məlumatlardan büdcə tərtibi prosesində istifadə olunması

ƏƏSMN

2011-2015

2.2.1.4.

Ehtiyac meyarının mərhələlərlə yaşayış minimumuna çatdırılmasına dair tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, İSN, MN, DSK, SN

2012-2015

2.2.1.5.

Sosial müavinətlərin sayına və məbləğinə yenidən baxılması

ƏƏSMN, MN

2012-2015

2.2.1.6.

Ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması

ƏƏSMN

2011-2012

2.2.1.7.

Aztəminatlı ailələrin sosial reabilitasiyasına dair normativ-hüquqi aktların hazırlanması və tətbiq olunması 

ƏƏSMN

2011-2013

2.2.1.8.

Mövcud sosial müavinətlər sisteminin unifikasiyası və sadələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi

ƏƏSMN

2011-2015

2.2.2.

Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi 

2.2.2.1.

Orta aylıq pensiya məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi

DSMF

2011-2015

2.2.2.2.

Əmək pensiyalarının baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üzrə təkliflərin hazırlanması

DSMF, ƏƏSMN, MN

2012-2015

2.2.2.3.

 Qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyəti haqqında qanunvericilik bazasının yaradılması üzrə təkliflərin hazırlanması

DSMF, MN, İİN, MB, aidiyyəti dövlət orqanları

2012-2013

2.2.3.

Əhalinin ən həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi

2.2.3.1.

Əlil və şəhid ailələrinin mənzil təminatı istiqamətində işlərin davam etdirilməsi

ƏƏSMN, MN

2011-2015

2.2.3.2.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, MN, TN, SN

2011-2015

2.2.3.3.

Sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması məqsədilə təbliğat  aparılması 

AQUPDK, ƏƏSMN, TN, MTRŞ

2011-2015

2.2.3.4.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya tədbirlərinin davam edilməsi

ƏƏSMN, MN, SN

2011-2015

2.2.3.5.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların sosial və psixoloji hazırlıqlarının təmin edilməsi ilə bağlı kadr potensialının gücləndirilməsi

ƏƏSMN, TN, SN

2011-2015

2.2.3.6.

Müəssisə və təşkilatlarda əlillərin müəyyən olunmuş kvota əsasında işə düzəldilməsinə dövlət nəzarətinin gücləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi

ƏƏSMN

2011-2015

2.2.3.7.

Əlillərin peşə hazırlığı və əlavə təhsili, onlar üçün peşə təhsili sisteminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, TN, SN

2011-2015

2.2.3.8.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların texniki və digər bərpa vasitələri ilə təmin edilməsi işinin davam etdirilməsi

ƏƏSMN

2011-2015

2.2.3.9.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkili məqsədilə onların istirahətini təmin etmək sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, MdTN, TN, YİH

2011-2015

2.2.3.10.

Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, MN

2011-2013

2.2.3.11.

Ahıl və əlillər üçün internat evlərində və pansionatlarda yaşayanların və əlillərin bərpa mərkəzlərində müalicə olunanların qida normalarına yenidən baxılması

ƏƏSMN, SN

2011-2015

2.2.3.12.

Ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqinin həyata keçirilməsi məqsədilə ictimai əsaslarla nəzarət-koordinasiya qrupunun yaradılması

AQUPDK,TN,

ƏƏSMN, SN QHT-lər cəlb etməklə

2011-2012

2.2.3.13.

Yetkinlik yaşına çatmayan baxımsız uşaqların cəmiyyətə inteqrasiyasının yaxşılaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsi

ƏƏSMN, GİN, TN, AQUPDK, DİN

2011-2013

2.2.3.14.

Baxımsız və çətin tərbiyə olunan uşaqların peşə hazırlığına cəlb olunması istiqamətində işlərin aparılması

AQUPDK, ƏƏSMN, TN

2011-2015

2.2.3.15.

Baxımsız uşaqların reinteqrasiyası sahəsində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması

AQUPDK, TN   QHT-lər cəlb etməklə

2011-2012

2.2.3.16.

Xüsusi qayğıya ehtiyacı olan uşaqları və onların ailələrini müəyyənləşdirmək, onların cəmiyyətə hərtərəfli qoşulması və inkişafını təmin etmək məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

AQUPDK, TN

2011-2015

2.2.3.17.

Dövlət uşaq müəssisələrində (internat və uşaq evlərində) olan uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması, o cümlədən:

- məktəbəqədər təhsil müəssisələrində qidanın təşkili;

- məktəbəhazırlıq qruplarında aparılan işin vəziyyəti;

- məktəbəqədər müəssisələrdə sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi

TN, YİH

2011-2015

2.2.3.18.

Kimsəsiz və atılmış uşaqların cəmiyyətə inteqrasiyasını təmin edən “SOS-Uşaq Kəndi” modelinin iş təcrübəsinin təbliğ edilməsi

TN, MN

2011-2015

2.2.3.19.

Dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi

ƏƏSMN, GİN, TN, SN, AQUPDK

2011-2015

2.2.4.

Əməkhaqqı siyasətinin təkmilləşdirilməsi 

2.2.4.1.

Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

ƏƏSMN, MN, İSN

2012-2015

2.2.4.2.

Əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesinin davam etdirilməsi

ƏƏSMN, MN

2011-2015

2.2.4.3.

Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

ƏƏSMN

2011-2015

2.3. Qaçqınlar və məcburi köçkünlər

2.3.1.

Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması

2.3.1.1.

İşğaldan azad olmuş ərazilərin minalardan təmizlənməsi

ANAMA

 

2.3.1.2.

İşğaldan azad olmuş ərazilərin bərpa olunması

İAƏBYQA

 

2.3.1.3.

Repatriasiya proqramının hazırlanması

QMKİDK

 

2.3.2.

Qaçqın və məcburi köçkünlərin yaşayış üçün yararlı yerlərlə təmin edilməsi                      

2.3.2.1.

Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi

QMKİDK, MKSİF, ARDNF

2011-2015

2.3.2.2.

Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə məşğulluğun artırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində işlərin davam etdirilməsi

QMKİDK, MKSİF, İSN

2011-2015

2.3.2.3.

Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə kommunal infrastrukturun yaxşılaşdırılması

QMKİDK, ARDNF

2011 - 2015

2.3.3.

Qaçqın və məcburi köçkünlərə yardımların ödənişinin maliyyə şəffaflığının artırılması 

2.3.3.1.

Respublikanın şəhər və rayonlarında məcburi köçkünlərin kompakt məskunlaşdıqları obyektlərdə elektrik və su təchizatının yaxşılaşdırılması

QMKİDK, “Azərsu” SC, “Azərenerji”ASC,

 Azərişıq” ASC

2011-2015

2.3.3.2.

Qaçqın və məcburi köçkünlərin kompakt yaşayış yerlərində qaz təchizatının yaxşılaşdırılması

EN, SOCAR

2011-2015

2.3.3.3.

Qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə sayğacların quraşdırılması və istifadə olunan kommunal xidmətləri (elektrik enerjisi, su, qaz) haqlarının ödənilməsinin yalnız həmin sayğaclar vasitəsi ilə həyata keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi

QMKİDK, EN, "Azərişıq" ASC, SOCAR, “Azərsu” ASC, İSN, ƏN [7]

2011-2015

2.3.3.4.

Məcburi köçkünlərə ödənilən müavinətlərin, natural formada verilən yardımların ödənilməsi mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına dair tədbirlərin həyata keçirilməsi

QMKİDK, İSN, MN, ƏN

2011-2015

 

2.3.4.

Qaçqın və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi

 

 

2.3.4.1.

Qaçqın və məcburi köçkün əhalinin həyat şəraitinin dəyişilməsi üzrə monitorinqin aparılması üçün illik sorğuların aparılması

QMKİDK,  DSK

2011-2015

2.3.4.2.

Məcburi köçkünlərə ödənişlər barədə hesabatların tərtib və təqdim edilməsi

QMKDK, MN, DSK

2011-2015

3. İNSAN KAPİTALININ İNKİŞAFI VƏ SOSİAL TƏRƏQQİ

3.1. Təhsil

3.1.1.

Təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi

3.1.1.1.

Məktəbyaşlı uşaqların ümumi təhsil (I-XI sinif) almalarının təmin edilməsi

TN

2011-2015

3.1.1.2.

Təhsil sisteminin maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi                                            

TN, MN, İSN

2011-2015

3.1.1.3.

Əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişlərinin verilməsi və məzunların müvafiq işlə təmin olunması üçün şəraitin yaradılması

TN

2011-2015

3.1.1.4.

Kadrların əlavə təhsili  istiqamətində işlərin davam etdirilməsi

TN

2011-2015

3.1.1.5.

Təhsil sahəsində qəbul olunmuş məqsədli proqramların icrasının təmin edilməsi

 

 

3.1.1.5.1.

Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlərin Dövlət Proqramları üzrə istifadəsi praktikasının davam etdirilməsi

TN, MN

2011-2015

3.1.1.5.2.

Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişaf etdirilməsi

TN

2011-2015

3.1.1.5.3.

Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri məktəblərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi

TN

2011-2015

3.1.1.5.4.

Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) ilə bağlı tədbirlərin həyata keçirilməsi

TN, ƏƏSMN, AQUPDK

2011-2015

3.1.1.5.5.

Azərbaycan Respublikasında məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması

YİH [8]

2011-2015

3.1.1.5.6.

İlk peşə-ixtisas təhsilinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi

TN

2011-2015

3.1.1.6.

Təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və tətbiqi

 

 

3.1.1.6.1.

Qısa və uzunmüddətli məqsədli kompleks elmi proqramların işlənib hazırlanması və həyata keçirilməsi

TN, ali təhsil müəssisələri

2011-2015

3.1.1.6.2.

Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkili

TN, ali təhsil müəssisələri

2011-2015

3.1.1.6.3.

Elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün elmi müəssisələrin kadr potensialının artırılması və müasirləşdirilməsi

TN, ali təhsil müəssisələri

2011-2015

3.1.1.6.4.

Tələbə və magistrantlar üçün elmi konfransların və “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin təşkili

TN, ali təhsil müəssisələri

2011-2015

3.1.2.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması 

3.1.2.1.

Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsi, o cümlədən yeni tədris modellərinin tətbiq olunması:

- Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram;

- Valideynlərin maarifləndirilməsi proqramı

TN, YİH [9]

2011-2013

3.1.2.2.

Regionlarda, xüsusilə ucqar rayonlarda umumtəhsil məktəblərinin pedaqoji kadr təminatının yaxşılaşdırılması

TN

2011-2015

3.1.2.3.

Fəal/interaktiv təlim metodlarının bütün tədris müəssisələrində tətbiqinin gücləndirilməsi

TN

2011-2015

3.1.2.4.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsi vəsaitlərindən istifadəsinin səmərəliliyinin artırılması və  təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi

TN, İSN, MN

2011-2015

3.1.2.5.

Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar mühasibat uçotu və audit fənləri üzrə tədrisin yenidən təşkili ilə bağlı tədris materiallarının hazırlanması

MN, Auditorlar Palatası

2011-2012

3.1.2.6.

Xüsusi tipli internat məktəblərinin maddi-texniki və tədris bazasının gücləndirilməsi 

 

 

3.1.2.6.1.

Xüsusi tipli internat məktəblərinin fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması üçün yenidən qurulması və təmiri ilə bağlı təkliflərin hazırlanması

TN

2012-2015

3.1.2.6.2.

Xüsusi tipli internat məktəblərinin müasir avadanlıq və tədris materialları ilə təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması

TN

2012-2015

3.1.3.

Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi 

3.1.3.1.

Ali təhsil sistemində elmi-tədqiqat işlərinin aparılmasına dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi

TN

2011-2015

3.1.3.2.

Tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmin yaradılması

TN

2011-2015

3.1.3.3.

Ali təhsil müəssisələri tərkibində olan elmi-tədqiqat institutlarının və mərkəzlərinin inkişaf etdirilməsi

TN

2011-2015

3.1.3.4.

Ali məktəblərdə “elektron elm” idarəetmə sisteminin qurulması

TN, AMEA

2011-2015

3.1.3.5.

Təhsil menecerlərinin hazırlanması sisteminin yaradılması – təhsil menecerlərinə olan tələbatın öyrənilməsi və müvafiq ali və orta ixtisas təhsili müəssisələrində onların hazırlanması üçün tələbə qəbulunun müəyyənləşdirilməsi, zəruri tədris sənədlərinin hazırlanması

TN

2011-2015

3.1.3.6.

Pilot məktəblərində təhsilin keyfiyyət göstəricisinin təhlili

TN

2011-2015

3.1.4.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi

3.1.4.1.

Elmi fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi

TN, ali təhsil müəssisələri

2011-2015

3.1.4.2.

Təhsil sistemində distant təhsilin inkişaf etdirilməsi məqsədilə elektron kitabxanaların yaradılması

TN

2011-2015

3.1.4.3.

Təhsil sahəsində müasir texnologiyalardan geniş istifadə olunması, yüksək ixtisaslı kadrların, o cümlədən informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlığının təmin edilməsi

TN, RİTN

2011-2015

3.1.4.4.

Respublikanın ümumtəhsil məktəblərinin internetə çıxışının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi 

TN, RİTN

2011-2013

3.1.5.

Təhsilin statistikasının və monitorinq sisteminin təkmilləşdirilməsi

3.1.5.1.

Şagird və tələbələrin biliklərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi

TN

2011-2015

3.1.5.2.

Təhsilin bütün pillələri üzrə gender və region üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair məlumatların müntəzəm toplanması və nəşr edilməsi

DSK, TN, YİH orqaqnları ilə birlikdə

2011-2015

3.1.5.3.

Təhsilin bütün pillələri üzrə gender və region üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair informasiya sisteminin yaradılması

TN

2013

3.1.5.4.

“Əyani ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi texniki bazası və pedaqoji kadrlarla təminatına dair” statistik müayinənin keçirilməsi

DSK, TN

2013-2015

3.1.6.

Təhsil sahəsi üçün dövlət zəmanəti ilə alınan kreditlər üzrə vəsaitlərin səmərəli istifadəsi

TN

2011-2015

3.2. Səhiyyə

3.2.1.

İlkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi

 

 

3.2.1.1.

İlkin tibbi-sanitariya yardımı sisteminin təkmilləşdirilməsi

 

 

3.2.1.1.1.

İlkin tibbi-sanitariya yardımı sisteminin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi

SN

2011-2015

3.2.1.1.2.

Ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması

SN

2011-2015

3.2.1.2.

Uşaqlıq dövrü xəstəliklərinin profilaktikasının gücləndirilməsi və bu istiqamətdə əhali arasında maarifləndirmə işinin gücləndirilməsi

 

 

3.2.1.2.1.

Uşaqlıq dövrü xəstəliklərinin profilaktikası üzrə strategiyanın hazırlanması və tətbiqi

SN 

2011-2015

3.2.1.2.2.

Uşaqlıq dövrü xəstəliklərində ilk yardımın göstərilməsi üzrə vərdişlərin analara aşılanması

SN 

2011-2015

3.2.1.2.3.

Regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatı konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlərin davam etdirilməsi

SN

2011-2015

3.2.1.3.

Dövlət büdcəsinin məqsədli proqramlarla tərtibi praktikasının davam etdirilməsi

 

 

3.2.1.3.1.

Onkoloji xəstəliklərin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi

SN

2011-2015

3.2.1.3.2.

Xroniki böyrək çatışmazlığı xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi

SN

2011-2015

3.2.1.3.3.

Talassemiya irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi

SN

2011-2015

3.2.1.3.4.

Hemofiliya xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi

SN

2011-2015

3.2.1.3.5.

Ana və uşaqların sağlamlığının qorunması istiqamətində doğuş təhlükəsizliyinin və yenidoğulmuşlara əsas qayğının artırılması

 

 

3.2.1.3.5.1.

Mütəxəssislərin iştirakı olmadan evdə doğuşun təhlükəli olması barədə əhali arasında məlumatlılığın artırılması

SN

2011-2015

3.2.1.3.5.2.

Doğuşun təhlükəsizliyini artırmaq,  yenidoğulmuşlara qayğını və uşaqların qidalandırılmasını yaxşılaşdırmaq məqsədilə doğumqabağı və doğumdansonrakı xidmət müəssisələrində əsas xidmətlərin təkmilləşdirilməsi və kadr hazırlığının gücləndirilməsi

SN

2011-2015

3.2.1.3.6.

Dövlət tərəfindən tam maliyyələşdirmə əsasında idarə olunan yoluxucu xəstəliklərə qarşı immunlaşdırılmanın davam etdirilməsi

SN

2011-2015