×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.05.2011
QEYDİYYAT NÖMRƏSİ
108-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-07-2011, Nəşr nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2011, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 579)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201105170108
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.07.2011
“Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” 2011-ci il martın 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 may 2011-ci il

№ 108-IVQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası

arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında

SAZİŞ

 

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası,

İki ölkə arasında öz vətəndaşlarının gəlişi, gedişi və hərəkət etməsinin asanlaşdırmasını arzu edərək,

Aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Etibarlı diplomatik və xidməti pasportlara malik olan bir Razılığa gələn Tərəfin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ilk gəlişi günündən yüz səksən (180) gün ərzində maksimum doxsan (90) gün müddətinə vizasız gələ, tranzit qaydasında keçə və orada qala bilərlər.

 

Maddə 2

 

Etibarlı diplomatik və xidməti pasportlara malik olan digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində diplomatik nümayəndəlik və ya konsulluq və ya beynəlxalq təşkilatın heyətinin üzvləri olan bir Razılığa gələn Tərəfin vətəndaşlarının, həmçinin onlarla birlikdə yaşayan diplomatik və xidməti pasportlara malik olan ailə üzvlərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə vizasız daxil olmaq hüququ vardır.

 

Maddə 3

 

Etibarlı diplomatik və xidməti pasportlara malik olan hər iki Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları beynəlxalq sərnişindaşıma üçün nəzərdə tutulmuş hər hansı sərhəd-keçid məntəqəsindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gələ, gedə və tranzit qaydasında keçə bilər.

 

Maddə 4

 

1. Bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşın diplomatik və xidməti pasportu digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, belə pasporta malik olan şəxs digər Razılığa gələn Tərəfin Xarici İşlər Nazirliyini məlumatlandırmalıdır.

2. İtirilmiş və ya korlanmış diplomatik və xidməti pasport əvəzinə şəxsin vətəndaşlığı mənsub olan dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu yeni səyahət sənədi verməlidir.

 

Maddə 5

 

1. Diplomatik və xidməti pasportlara malik olan bir Razılığa gələn Tərəfin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qalma zamanı həmin Razılığa gələn Tərəfin qanunlarına və digər qaydalarına riayət etməlidirlər.

 

2. Bu Saziş Razılığa gələn Tərəflərin digər Razılığa gələn Tərəfin dövlətinin "persona non grata" hesab etdiyi vətəndaşının öz dövlətinin ərazisinə gəlişindən və ya orada qalmasından imtina etmək hüququnu məhdudlaşdırmır.

 

Maddə 6

 

1. Razılığa gələn Tərəflərin milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı ilə bağlı səbəblərə görə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququ vardır.

 

2. Razılığa gələn Tərəflər belə dayandırmanın qəbul və ya ləğv edilməsi qərarı barədə diplomatik kanallarla bir-birini dərhal, lakin qırx səkkiz (48) saatdan gec olmayaraq məlumatlandıracaqlar. Qərar belə bildirişin alındığı tarixdən iyirmi dörd (24) saat sonra qüvvəyə minəcəkdir.

 

Maddə 7

 

1. Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən əvvəl otuz (30) gündən gec olmayaraq diplomatik kanallarla öz müvafiq etibarlı diplomatik və xidməti pasportlarının nümunələrini mübadilə edəcəklər.

2. Hər hansı Razılığa gələn Tərəf yeni pasportu istifadəyə verdikdə və ya artıq mübadilə edilmişlərə dəyişiklik etdikdə, həmin dəyişikliklər yeni   pasportların və ya dəyişikliklərin qüvvəyə minməsindən əvvəl, yeni sənədin nümunəsi əlavə edilməklə, otuz (30) gündən gec olmayaraq diplomatik kanallarla bildiriləcəkdir.

 

Maddə 8

 

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı diplomatik kanallarla həll ediləcəkdir.

 

Maddə 9

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 10-cu maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən hər hansı düzəliş və ya dəyişikliklər edilə bilər.

 

Maddə 10

 

1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün hər iki Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə sonuncu bildirişin alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.

2. Bir Razılığa gələn Tərəf istənilən zaman yazılı formada diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə məlumat verməklə bu Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən doxsan (90) gün sonra qüvvədən düşəcəkdir.

Bakı  şəhərində, 10 mart 2011-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, alban və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirlə bağlı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikası

Albaniya Respublikası

Hökuməti adından

Nazirlər Şurası adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status