AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.06.2011
QEYDİYYAT NÖMRƏSİ
105
ADI
"Təhlükəli yoluxucu xəstəliklərin siyahısı"nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2011, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 576)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201130060105
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Təhlükəli yoluxucu xəstəliklərin siyahısı"nın təsdiq edilməsi barədə

“Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına və “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanının 5.2.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 30 iyun 2011-ci il

   № 105

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Təhlükəli yoluxucu xəstəliklərin

 S İ Y A H I S I

 

1. Hemorragik virus xəstəlikləri

2. Sarı qızdırma [1]

3. İnsanın immunçatışmazlığı virusu infeksiyası

4. B və C hepatitləri.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 fevral 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 200)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 fevral 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 200) ilə “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın 1-ci və 2-ci hissələri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status