AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.07.2011
QEYDİYYAT NÖMRƏSİ
112
ADI
“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2011, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 741)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.07.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.070.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201107120112
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.07.2011
"Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydasının təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 iyul 2011-ci il

                № 112

 


 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən hazırlanmışdır və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləğini və verilməsi qaydasını müəyyən edir.

2. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir: [2]

2.1. Bakı şəhərində - 150 manat; [3]

2.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat [4]

2.2. başqa şəhər və rayon mərkəzlərində -75 manat; [5]

2.3. digər yaşayış məntəqələrində - 55 manat. [6]

2-1. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2-ci hissəsində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir. [7]

3. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

3.1. prokurorluq işçisinin ərizəsi (təqriri);

3.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış; [8]

3.3. müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;

3.4. xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış;

3.5. prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti. [9]

4. Yeni xidmət yerinə gəlmiş prokurorluq işçisi kirayədə yaşaması barədə ərizə ilə (təqrirlə) müraciət etdikdən sonra bu Qaydanın 3-cü hissəsində göstərilən sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyinolunma günündən tez olmayaraq, prokurorluq işçisinin qulluq etdiyi prokurorluq orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.

5. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

5-1. Prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir. [10]

6. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası prokurorluq işçisinin kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərtilə ödənilir.

7. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776)

2.       19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93)

3.       5 oktyabr 2021-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2021-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1161)

4.       28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, № 91)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 oktyabr 2021-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2021-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1161) ilə qərarın və “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın adına və 1-ci hissəsinə “prokurorluq işçilərinəsözlərindən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilmişdir.

 

[2] 19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsinə “prokurorluq işçilərinəsözlərindən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilmişdir.

 

[3] 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2.1-ci bəndində “ 47 rəqəmləri “ 150 rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na yeni məzmunda 2.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2.2-ci bəndində “ 33 rəqəmləri “ 75 rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2.3-cü bəndində “ 27 rəqəmləri “ 55 rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.

 

[8] 19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 3.2-ci bəndinə “ərazidə onunsözlərindən sonra “və yetkinlik yaşına çatmış ailə üzvlərinin” sözləri əlavə edilmişdir.

 

[9] 19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.5-ci bənd əlavə edilmişdir.

 

28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, № 91) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 3.5-ci bəndində 16 rəqəmləri 15 rəqəmləri ilə əvəz edilmişdir

 

[10] 19 yanvar 2021-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 yanvar 2021-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 93) ilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na yeni məzmunda 5-1-ci hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status