AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
20.07.2011
QEYDİYYAT NÖMRƏSİ
1644
ADI
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-07-2011, Nəşr nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2011, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 708)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201107201644
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.07.2011
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında

“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyul 2011-ci il

       № 1644

 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

1

2

3

4

Mədəni turizm tədbirləri

1.

Turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir" adlı turist düşərgələrinin təşkil edilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

iyul-sentyabr

2.

Aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət və Turizm Nazirliyi

II yarımillik

 

3.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində “Turizm ili”nə dair təbliğat işlərinin təşkili

Mədəniyyət və Turizm Nazirliyi,

Xarici İşlər Nazirliyi

sentyabr

4.

2011-ci il üçün Azərbaycanın “Əfsanələr paytaxtı” Şabranda, “Folklor Paytaxtı” Lənkəranda və “Sənətkarlıq Paytaxtı” İsmayıllıda milli dəyərlərin təbliği məqsədi ilə keçiriləcək tədbirlərin “Turizm ili” çərçivəsində qeyd olunması 

Mədəniyyət və Turizm Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

il ərzində

5.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq, Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarlarının təşkili

Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

il ərzində

6.

“Turizm ili” çərçivəsində turizm nümayişi obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənib hazırlanması

Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

il ərzində

7.

"Çıraqqala" tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli və  "Şabran şəhəri" tarix və mədəniyyət abidəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamlarının icrasının başa çatdırılması

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları 

II yarımillik

 

8.

"Turizm ili"nin yekunlarına həsr olunmuş təntənəli tədbirin təşkili

Mədəniyyət və Turizm Nazirliyi

ilin sonunda

İdarəetmə və normativ hüquqi bazanın təkmilləşdirilməsi

9.

“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi

avqust-sentyabr

10.

Turizm xidməti əməkdaşlarının peşə bayramının (gününün) elan olunması və turizm sənayesində çalışan şəxslərin dövlət tərəfindən təltif edilməsi üçün təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi

 

avqust-sentyabr

11.

Turizm məqsədi ilə Azərbaycan Respublikasına səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflərin hazırlanması

 Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

12.

Hava, dəniz və yol beynəlxalq, həmçinin yerli daşımalarda turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi

il ərzində

13.

Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

il ərzində

 

14.

Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanması 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

15.

Azərbaycanın tarix-mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin hazırlanması və ərazilərin genişləndirilməsinə ehtiyac olduğu təqdirdə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun torpaqların ayrılması

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

16.

Turizm sahəsində fəaliyyət göstərən  orta və kiçik sahibkarlara  dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması 

İqtisadi İnkişaf Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

17.

“Turizm ili” çərçivəsində turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılmasına və investisiyaların cəlb olunmasına dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

il ərzində

Elm və təhsil

18.

Qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları 

II yarımillik

 

19.

Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması 

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

il ərzində

20.

Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi 

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Turizm İnstitutu

il ərzində

21.

Turizm bələdçiləri üçün Bakı və Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin hazırlanması və təsdiq edilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

il ərzində

22.

Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin yaradılmasına dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 

il ərzində

Təbliğat və təşviqat

23.

2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı şəhər və rayonlarda bədii tərtibat işlərinin aparılması, böyük mehmanxanaların qarşısında, turizm nümayiş obyektlərində, küçə və meydanlarda, park və xiyabanlarda reklam xarakterli təbliğat vasitələrinin yerləşdirilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

şəhər və rayon icra hakimiyyəti orqanları

il ərzində

24.

Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrdə milli turizmin təbliği üzrə tədbirlərin görülməsi, həmçinin həmin ölkələrdən Azərbaycana infoturların (press-turların) təşkil edilməsi:

- Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars  Körfəzi ölkələri;

- Euronews, Travel Channel, CNN, BBC və National Geographic  televiziya kanalları 

Nazirlər Kabineti,

Xarici İşlər Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

II yarımillik

 

25.

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri üçün Azərbaycanın turizm bölgələrinə infoturların təşkil edilməsi

Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

avqust-sentyabr

26.

Turizm informasiya mərkəzləri şəbəkəsinin (Qəbələ, İsmayıllı (Basqal) və Bərdə) genişləndirilməsi və onların müasir avadanlıqlarla təchiz edilməsi

Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

il ərzində

 

27.

Kütləvi informasiya vasitələrində "2011-ci il Turizm ilidir" devizi altında proqramların və xüsusi verilişlərin təşkili

Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Mətbuat Şurası

il ərzində

28.

"Turizm ili"nə həsr olunmuş reklam məhsullarının hazırlanması və geniş yayımlanması

Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

 

29.

Ölkəmizin milli parklarında və ona yaxın ərazilərdə ekoturizm, xüsusən də "Bird Watching" turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

il ərzində

 

30.

“Azərbaycanda palçıq vulkanları” marşrutunun hazırlanması və təqdimatının keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi 

il ərzində

31.

“Turizm ili” ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diasporları tərəfindən Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıtımı məqsədi ilə təbliğat-təşviqat işinin gücləndirilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

Xarici İşlər Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi 

 

il ərzində

 

32.

Respublika kitabxanalarının, informasiya mərkəzlərinin, muzey və təhsil ocaqlarının internet informasiya vasitələrində ölkənin turizm potensialının təbliği ilə bağlı lazımi işlərin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 

il ərzində

33.

Azərbaycanın turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərinin telefon məlumat xidmətinin yaradılması

 

Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları

il ərzində

34.

Mehmanxana və mehmanxana tipli obyektlərin Azərbaycanı təbliğ edən turizm bələdçi kitabı ilə təmin olunması

Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

 

35.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin dövlət hesabına yüksək tərtibatlı və əcnəbi dillərdə olan informasiya-təbliğat materialları ilə müntəzəm olaraq təmin edilməsi

Xarici İşlər Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

 

il ərzində

 

 

36.

Turizm mövsümündə turizmin müxtəlif növləri üzrə Azərbaycanda təklif edilən turlar və xidmətlər barədə məlumatın xarici ölkələrin turizm kataloqlarında və beynəlxalq səyahət nəşrlərində yerləşdirilməsi

Xarici İşlər Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

 

il ərzində

 

Müsabiqələr

37.

Gənc alimlərin dəstəklənməsi və respublika turizm elminin inkişafı məqsədi ilə “Turizm” mövzusuna həsr olunmuş elmi tədqiqat işləri müsabiqəsinin keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

sentyabr

İnvestisiyalar və turizm infrastrukturunun inkişafı

38.

Yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyekti kimi “Basqal” etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və müvafiq beynəlxalq nominasiyaya təqdim edilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, İsmayıllı Rayon İcra Hakimiyyəti

il ərzində

39.

Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması 

Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 

il ərzində

40.

Bakı-Qazax turizm marşrutunda yerləşən Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin bərpası

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları 

il ərzində

41.

Bakı-Balakən turizm marşrutunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin və Xalq Tətbiqi Sənəti Muzeyinin təmiri və bədii tərtibatı

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

il ərzində

42.

“Şahdağ” qış-yay turizm kompleksinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

43.

Arxeoloji abidələr üzrə müvafiq işlərin aparılması:

- Şəki rayonu, Fazıl kəndində kurqanların ərazisinin abadlaşdırılması, yeraltı muzey işlərinin tamamlanması;

- Tovuz rayonunda “Göytəpə yaşayış yeri” arxeoloji abidəsinin ərazisinin abadlaşdırılması;

- tarixi Şabran şəhərinin ərazisində genişmiqyaslı arxeoloji tədqiqatların aparılması;

- Şamaxı şəhərində yeni aşkar olunmuş, Şirvanşahlara aid edilən orta əsr tikilisinin, orta əsr Şamaxı şəhərinin qala divarlarının və kəhriz qalıqlarının konservasiyası və turizm marşrutuna salınması 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

 

il ərzində

44.

Memarlıq abidələri və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi:

- Sınıq körpü, Şəki xanlarının evi, Çıraqqala abidəsi;

- Abşeron qalaları;

- Qəbələ rayonu, Nic kəndində alban kilsəsi;

- Zaqatala qalası və şəhər meydanındakı Alban abidəsi;

- Nic kəndində səma altında udin etnoqrafiya kompleksinin yaradılması

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

 

il ərzində

45.

Şabran Tarix-Mədəniyyət Qoruğunda və Lahıc Tarix-Mədəniyyət Qoruğunda turizm xidməti infrastrukturunun yaradılması ilə əlaqədar müvafiq işlərin görülməsi 

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 

il ərzində

46.

Turizmin davamlı inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin 1:50000 miqyasında müasir xəritələrinin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

il ərzində

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status