AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2011
QEYDİYYAT NÖMRƏSİ
141
ADI
“Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2011, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 786)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.08.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.020
070.140.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201108250141
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.08.2011
“Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mül

“Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 934; 2010, № 3, maddə 264) aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur RASİZADƏ

 

Bakı şəhəri, 25 avqust 2011-ci il

            № 141

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status