Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə aşağıdakı redaksiyada 26-cı və 27-ci hissələr əlavə edilsin:
26.
|
Qərb Universiteti
|
fəlsəfə doktoru üzrə
|
-
|
27.
|
Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu
|
fəlsəfə doktoru üzrə
|
elmlər doktoru üzrə
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 7 sentyabr 2011-ci il
№ 143