AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.09.2011
QEYDİYYAT NÖMRƏSİ
500
ADI
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 17-09-2011, Nəşr nömrəsi: 198), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 18-09-2011, Nəşr nömrəsi: 205), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2011, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 794)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.020
090.050.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201109150500
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.09.2011
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta etdirilməli olan dövlət əmlakının siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.5. həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. iki ay müddətində:

3.1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələbləri müəyyən etsin;

3.1.2. həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta şəhadətnamələrinin forması, onların çap olunma və doldurulma qaydalarını həmin Qanunla tənzimlənən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən etsin;

3.1.3. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan iştirak haqqının məbləğini müəyyən etsin;

3.1.4. həmin Qanunun 30.1.2-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan təminat depozitinin məbləğini müəyyən etsin;

3.1.5. həmin Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların şərti öhdəliklər ehtiyatının formalaşdırılması qaydasını və həmin ehtiyatın məbləğini müəyyən etsin;

3.1.6. həmin Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydasını müəyyən etsin;

3.1.7. həmin Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləğini müəyyən etsin;

3.1.8. həmin Qanunun 57.1-ci maddəsində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasını müəyyən etsin;

3.1.9. həmin Qanunun 58.2-ci və 58.5-ci maddələrində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdikləri protokolun formasını və tərtib edilmə qaydasını müəyyən etsin;

3.1.10. həmin Qanunun 58.4-cü maddəsində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın formasını müəyyən etsin; [2]

3.1.11. həmin Qanunun 69-cu maddəsində nəzərdə tutulmuş sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması qaydasını müəyyən etsin;

3.1.12. həmin Qanunun 73.1-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun təsis iclasının çağırılmasını təmin etsin;

3.2. üç ay müddətində aktuari və sığorta vasitəçiliyi fəaliyyətlərinin inkişaf etdirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, sığorta şirkətlərində elektron informasiya sistemlərinin tətbiqinin təmin edilməsi və sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunması, habelə elektron imzadan istifadə etməklə sığorta əqdlərinin bağlanmasına imkan verən hüquqi bazanın yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçıların İcbari Sığorta Bürosunda iştirakının təmin edilməsi üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Müəyyən edilsin ki:

4.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü və 40.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

4.2. həmin Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir; [4]

4.3. həmin Qanunun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

4.3.1. Qanunun 34-2.0.1-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

4.3.2. Qanunun 34-2.0.2-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

4.3.3. Qanunun 34-2.0.3-cü maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.3.4. Qanunun 34-2.0.4-cü maddəsində nəzərdə tutulan hava, su (Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyata alınmış) və dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

4.3.5. Qanunun 34-2.0.5-ci və 34-2.0.6-cı maddələrinə münasibətdə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

4.3.6. Qanunun 34-2.0.7-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

4.3.7. Qanunun 34-2.0.8-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.3.8. Qanunun 34-2.0.9-cu maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

4.3.9. Qanunun 34-2.0.10-cu maddəsində nəzərdə tutulan kənd təsərrüfatı texnikasına münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi. [5]

4.4. həmin Qanunun 34-3.1-ci, 34-4.0.4-cü və 75-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. [6]

5. Bu Fərmanın dərc edildiyi tarixdən bir ay sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 07 iyul tarixli 470 nömrəli, “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 18 aprel tarixli 690 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 877 nömrəli, “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 4 avqust tarixli 913 nömrəli, “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə2004-cü il 12 aprel tarixli 47 nömrəli, “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2005-ci il 27 aprel tarixli 228 nömrəli fərmanları və “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 26 may tarixli 234 nömrəli və “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 14 oktyabr tarixli 460 nömrəli sərəncamları ləğv edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 sentyabr 2011-ci il

       № 500

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340)

2.       22 dekabr 2014-cü il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1569)

3.       25 yanvar 2017-ci il tarixli 1213 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 60)

4.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

5.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

6.       31 may 2022-ci il tarixli 1707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 475)

7.       2 avqust 2022-ci il tarixli 1784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 844)

8.       12 noyabr 2022-ci il tarixli 1877 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti 13 noyabr 2022-ci il, № 247)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 1.4-cü bənd ləğv edilmişdir.

 

[2] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 3.1.10-cu yarımbənddə “baş verməsi faktını təsdiqləyən” sözləri “təfərrüatları barədə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 4.1-ci bənddə “35.2-ci” sözləri “14.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 4.2-ci bənddə “və 61.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilmişdir.

 

[5] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 4.3-cü bənddə “60.2-ci” sözləri “34-2.0-cı” sözləri ilə, “orqanları” sözü “orqanı” sözü ilə, “60.2.1-ci və 60.2.4-cü” sözləri “34-2.0.1-ci və 34-2.0.4-cü” sözləri ilə, “60.2.2-ci” sözləri “34-2.0.2-ci” sözləri ilə, “60.2.3-cü” sözləri “34-2.0.3-cü” sözləri ilə əvəz edilmişdir.

2 avqust 2022-ci il tarixli 1784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 844) ilə 4.3-cü bəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

12 noyabr 2022-ci il tarixli 1877 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti 13 noyabr 2022-ci il, № 247) ilə 4.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.3. həmin Qanunun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 34-2.0.1-ci və 34-2.0.4-cü maddələrinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 34-2.0.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, 34-2.0.3-cü maddəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi həyata keçirir;

 

[6] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1340) ilə 4.3-cü bənddə “60.2-ci” sözləri “34-2.0-cı” sözləri ilə, “orqanları” sözü “orqanı” sözü ilə, “60.2.1-ci və 60.2.4-cü” sözləri “34-2.0.1-ci və 34-2.0.4-cü” sözləri ilə, “60.2.2-ci” sözləri “34-2.0.2-ci” sözləri ilə, “60.2.3-cü” sözləri “34-2.0.3-cü” sözləri ilə əvəz edilmişdir.

22 dekabr 2014-cü il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1569) ilə 4.4-cü bənddə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri “standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri ilə əvəz edilmişdir.

25 yanvar 2017-ci il tarixli 1213 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 60) ilə 4.4-cü bəndində “avtomobil və” sözləri “ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 4.4-cü bənddə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 4.4-cü bəndində “dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

31 may 2022-ci il tarixli 1707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 475) ilə 4.4-cü bəndində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status