AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.08.2003
QEYDİYYAT NÖMRƏSİ
104
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2003, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 460)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi"nin tətbiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli qərarının 4-cü bəndində "Daxili İşlər Nazirliyi" sözlərindən sonra "Nəqliyyat Nazirliyi" sözləri əlavə edilsin və həmin bənddən "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 3-cü, 5-ci, 7-ci, 10-13-cü və 15-ci bəndlərində ismin müvafiq hallarında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları"nın 2.2.-ci bəndində "Azəravtoyol" Dövlət Şirkəti, "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları"nın I bölməsinin 1.15-ci bəndinin qeyd hissəsində, II bölməsinin 1.6-cı bəndində və III bölməsinin 1.4-cü bəndində ismin müvafiq hallarında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş "Beynəlxalq dəniz ticarət limanının kapitanı haqqında Əsasnamə"nin I bölməsinə aşağıdakı əlavələr edilsin:

1) 1.1-ci bənddə "beynəlxalq dəniz ticarət limanının rəhbərinə" sözlərindən sonra "və bilavasitə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisinə " sözləri əlavə edilsin; [1]

(Çıxarılıb) [2]

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 2.4-cü bəndində "Azəravtonəqliyyat" Dövlət Konserni" "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin. [3]

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi sərəncamlarına aşağıdakı dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 17 sentyabr tarixli 161s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 №-li Fərmanının icrası ilə əlaqədar Tədbirlər Planı"nın 23-cü bəndində "Azəravtoyol" DŞ" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 32s nömrəli sərəncamının 3-ci bəndindən "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılsın.

III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası "Azəravtonəqliyyat" Dövlət Konserninin Nizamnaməsinin qeydiyyata alınması haqqında" 1992-ci il 6 fevral tarixli 73 nömrəli "Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin Əsasnamə və say tərkibinin təsdiq edilməsi haqqında" 1993-cü il 7 sentyabr tarixli 482 nömrəli və "Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin strukturunun təsdiq edilməsi haqqında" 2000-ci il 24 yanvar tarixli 8 nömrəli (3-cü bəndi istisna olmaqla) qərarları qüvvədən düşmüş hesab edilsin.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədə olan digər qərarlarında və sərəncamlarında Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyinə, Avtomobil Yolları İstehsalat Birliyinə, "Azəravtonəqliyyat" Dövlət Konserninə və "Azəravtoyol" Dövlət Şirkətinə verilən səlahiyyətlər Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə şamil edilsin.

V. Bu qərar dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin

birinci müavini A.Rasİzadə

 

Bakı şəhəri, 11 avqust 2003-cü il

                      № 104

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 584)

2.       8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 584) ilə 5-ci bəndinin 1) yarımbəndində “nəqliyyat nazirinə” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisinə” sözləri ilə əvəz edilmişdir.

8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021) ilə 5-ci bəndinin 1-ci yarımbəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

[2] 30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 584) ilə 2) yarımbəndi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

2) 1.5-ci bəndə aqağıdakı redaksiyada 2-ci cümlə əlavə edilsin:

"Liman kapitanı Azərbaycan Respublikası nəqliyyat nazirinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edilir".

 

[3] 30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 584) ilə 6-cı bəndindən “və 3.1-ci bəndində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin müvafiq şöbə və xidmətləri sözləri” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status