AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.08.2003
QEYDİYYAT NÖMRƏSİ
106
ADI
“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2003, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 461)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.08.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə

 

Bakı şəhəri, 12 avqust 2003-cü il

    № 106

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin

 

SİYAHISI

 

Sıra

№-si

İş yerləri üzrə peşə və vəzifələrin adları

Qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla)

1

2

3

1.

Ambulator-poliklinika müəssisələrində (poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə), doğum evləri və xəstəxanalarda ancaq xəstələrin ambulator qəbulu ilə məşğul olan həkim

33

2.

Həkim-stomatoloq (stasionarlarda həkim-stomatoloq-cərrah istisna olmaqla), diş həkimi və diş həkimi-protezçi

33

3.

İş yerindən asılı olmayaraq digər həkimlər

36

4.

Psixiatrik (psixonevroloji), neyrocərrahiyyə, narkoloji müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetləri, eləcə də ruhi, ruhi-əsəb xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (şöbələri), müəssisə və bölmələrdə bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, mədəni-kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, yardımçı təsərrüfatın rəhbəri, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, psixoloq və fizioloq [1]

36

5.

Psixiatrik (psixonevroloji) uşaq müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetlərində (psixikası pozulmamaqla mərkəzi sinir sistemi zədələnmələri olan uşaqlar üçün nəzərdə tutulanlardan başqa) ağıldankəm və psixikasına pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün inteqrasiya təlimli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, uşaq evlərində (qruplarında), məktəbəqədər təhsil müəssisələrində və sosial müdafiə müəssisələrində bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, xəstələr üçün paltar asılan yerlərdə qarderobçu, mədəni kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, dayə, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, uşaq psixiatriya və psixoəsəbi müəssisələrində bilavasitə tam iş günü ərzində xəstə uşaqlarla məşğul olan psixoloq və fizioloq [2]

36

6.

Bakı şəhərində təcili tibbi yardım çağırışlarının qəbulu və onların təxirəsalınmaz və təcili tibbi yardım stansiyaları və şöbələrinin səyyar briqadalarına çatdırılması ilə məşğul olan feldşer və tibb bacısı

36

7.

Təcili tibbi yardım stansiyalarında və şöbələrində işləyən feldşer, tibb bacısı, radiooperator, dispetçer

36

8.

Psixi xəstələrə tibbi yardım göstərən və onların təxliyəsi ilə məşğul olan orta və kiçik tibb heyəti, psixi xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü

36

9.

Yoluxucu xəstələrin təxliyəsi ilə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti, yoluxucu xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü, təcili tibbi yardım stansiya və şöbələrində təxliyəçi

36

10.

Xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərin məcburi müalicə işlərini aparan müəssisələrdə bu işlərlə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti

33

11.

Cərrahiyyə əməliyyatında istifadə edilən mikroskopik cihazlarda bilavasitə məşğul olan tibb bacıları

36

12.

İş yerindən asılı olmayaraq müəllimlər

36

13.

Konsertmeyster, akkompaniator, musiqi rəhbəri

24

14.

Müəllim-defektoloq, müəllim-loqoped, loqoped, surdopedaqoq, tiflopedaqoq, oliqofrenpedaqoq, loqopedik xidmət göstərən qurumun rəhbəri

24

15.

Ümumi təhsil müəssisələri, uşaq evləri, məktəb nəzdində internat və internat məktəbləri, günüuzadılmış məktəblər (qruplar), fərqli tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün xüsusi məktəblər, həddi-buluğa çatmamış uşaqlar üçün qəbul-bölüşdürmə məntəqələri, uşaq sanatoriyaları və xəstəxanaları və yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində baş tərbiyəçi və tərbiyəçi, bədən tərbiyəsi rəhbəri (təlimatçı) və eşitmə kabinetlərinin təlimatçısı [3]

30

16.

Məktəbəqədər təhsil müəssisələrində və məktəbdənkənar təlim-tərbiyə və tədris müəssisələrində baş tərbiyəçi və tərbiyəçi [4]

36

17.

Körpələr və uşaq evlərində metodist (böyük və baş metodist daxil olmaqla)

36

18.

Dalğıc, akvanavt

36

19.

Hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrində qatarların qəbulu və yola salınması ilə məşğul olan növbətçi

36

20.

Dəmir yolu və metropoliten nəqliyyatında baş dispetçer, qatar dispetçeri

36

21.

Dəmir yolu stansiyalarında növbətçi və çeşidləmə təpəsinin operatoru

36

22.

Lokomotiv (teplovoz, parovoz, elektrovoz, motovoz), dizel və elektroseksiya qatarlarının, vaqon-laboratoriyaların maşinisti, maşinist köməkçisi

36

23.

Uçuş və uçuş təlimatçı heyət: təyyarəçi, şturman, hava gəmisi mühəndisi, hava gəmisi mexaniki, hava gəmisi radisti

36

24.

Hava hərəkətini vahid idarəetmə sisteminin (dövrə, yaxınlaşma, enmə, start, yerlə sürmə) baş mərkəzi zalında işləyən uçuş rəhbəri, təlimatçı, böyük dispetçer, dispetçer

36

25.

Mülki aviasiyada uçuşların rəhbəri

36

26.

Hava hərəkətini idarəetmə xidmətinin böyük dispetçeri, dispetçeri

36

27.

Dispetçer-hava hərəkətini idarəetmə xidmətinin təlimatçısı

36

28.

Radiomübadilənin yükündən asılı olmayaraq, aviasiya hava rabitəsi radiokanallarının qısa dalğalarında və radionəzarət radiostansiyalarında növbəti iş rejimində işləyən radiooperator

36

29.

Şəhərlərarası telefon rabitəsinin telefonçuları

36

30.

Şəhər telefon şəbəkəsinin məlumat xidmətinin telefonçuları

36

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173)

2.       7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

3.       21 noyabr 2022-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 22 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 4-cü hissəsində “xəstələri üçün əlillər evləri” sözləri “xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 noyabr 2022-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 22 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci hissədə “məktəblərdə (siniflərdə), internat məktəblərində (siniflərində)” sözləri “inteqrasiya təlimli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 noyabr 2022-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 22 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 15-ci hissədə “Bütün tip və növdən olan ümumtəhsil və internat məktəbləri” sözləri “Ümumi təhsil müəssisələri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “məktəb nəzdində internat və internat məktəbləri,” və “fərqli tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün xüsusi məktəblər,” sözləri çıxarılmışdır.

 

[4] 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci və 16-cı hissələrinə “məktəbəqədər” sözündən sonra “təhsil müəssisələrində” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status