"20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli 259 nömrəli Fərmanına əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
"20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli 259 nömrəli Fərmanına "Orucov Şəmsəddin Əbilhəsən oğlu" sözlərindən əvvəl aşağıdakı sözlər əlavə edilsin:
"Orucov Rafiq Ümid oğlu
Orucov Rəfael Ümid oğlu"
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 930