AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
05.09.2003
QEYDİYYAT NÖMRƏSİ
1312
ADI
"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2003, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 487)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.09.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamının 1-ci bəndində göstərilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi aşağıdakı heyətdə verilsin:      [1]

Komissiyanın sədri

Yaqub Eyyubov               – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

(Çıxarılıb)

 

Səfər Əbiyev                    – Azərbaycan Respublikasının müdafiə naziri

 

Ramil Usubov                  – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Fikrət Məmmədov          – Azərbaycan Respublikasının ədliyyə naziri

 

Kəmaləddin Heydərov    Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Heydər Babayev             – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

 

Əvəz Ələkbərov               – Azərbaycan Respublikasının maliyyə naziri

 

Hüseynqulu Bağırov       – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

(Çıxarılıb)

 

Ziya Məmmədov                        – Azərbaycan Respublikasının nəqliyyat naziri

 

Məcid Kərimov               – Azərbaycan Respublikasının yanacaq və energetika naziri

 

Elçin Quliyev                   – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı

 

Aydın Əliyev                   – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Natiq Əliyev                     – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Cahangir Əsgərov           – "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Baş direktoru

 

Mahmud Kərimov          – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Elmar Məmmədyarov     Azərbaycan Respublikasının xarici işlər naziri

 

Eldar Mahmudov             Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

 

Əli Abbasov                      – Azərbaycan Respublikasının rabitə və informasiya                   texnologiyaları naziri  

 

2. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 yanvar tarixli 859 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2003-cü il
                № 1312

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2004-cü il tarixli 327 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 569)

2.       31 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 2 noyabr 2005-ci il)

3.       13 iyun 2006-cı il tarixli 1505 nömrəli Sərəncamı(Azərbaycan Respublikasının Qanunvericilik   

       Toplusu, 2006-cı il, № 6, maddə 521)

4.       14 iyun 2007-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan          

       Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 603)

 

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 iyul 2004-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 569) ilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibindən  Vilayət Quliyev      – Azərbaycan Respublikasının xarici işlər naziri”, “Namiq Abbasov      – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” və “Nadir Əhmədov – Azərbaycan Respublikasının rabitə naziri” sözləri  çıxarılmışdır.

 

                    28 iyul 2004-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 569) ilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov daxil edilmişdir.

 

                   31 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 2 noyabr 2005-ci il) ilə 1-ci bənddə "Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilmişdir.

 

 

                       13 iyun 2006-cı il tarixli 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 521) ilə Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri” sözlərindən sonra “Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri əlavə edilmişdir.

 

                     13 iyun 2006-cı il tarixli 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 521) ilə Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri” sözləri “Aydın Əliyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

                    14 iyun 2007-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 603) ilə 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status