![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
03.08.2011 |
Qeydiyyat nömrəsi |
01 |
Adı |
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
14.08.2011 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.030 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201108030001 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
13.08.2011 |
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası”, “İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında”, “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” və “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalar təsdiq edilsin (əlavə olunur). [1]
2. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (A.Əhmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
3. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın:
3.1. bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
3.2. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn normativ hüquqi aktların digər icra hakimiyyəti orqanları ilə razılaşdırılması prosesini sürətləndirsin.
4. Ümumi şöbəyə (K.Abbasova) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.
5. QKDK sədrinin 06 mart 2000-ci il tarixli 036 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid reyestrinin aparılması”, “İnvestisiya fondunun nizamnamə kapitalının formalaşdırılması”, “İnvestisiya fondlarının fəaliyyətinə dair sənədlərin saxlanılması və investisiya fondu tərəfindən ona məxsus qiymətli kağızların depozitariyə verilməsi”, “İnvestisiya fondunun və fondun müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim olunması, mətbuatda dərc olunması, habelə digər kütləvi informasiya vasitələrində verilməsi” Qaydaları, “İnvestisiya fondları ilə depozitari arasında bağlanan depozitar müqaviləsinin əsas müddəalarına dair”, “İnvestisiya fondunun idarə edilməsi barədə müqaviləyə dair”, “İnvestisiya fondunun ala biləcəyi qiymətli kağızların növləri, habelə fondun investisiya portfelinin likvidliyi üzrə” Tələbləri, “Açıq investisiya fondlarının xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnaməsi qüvvədən düşmüş hesab edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
|
|
Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun (bundan sonra-Qanun) olaraq hazırlanmış və səhmdar investisiya fondları və aktivlərin idarə edilməsi üzrə fəaliyyətə lisenziyaların verilməsi prosesində, həmçinin bu fəaliyyəti dövründə icra orqanının üzvlüyünə namizəd (bundan sonra - namizəd) kimi təqdim edilən şəxslərin Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (bundan sonra - QKDK) attestasiyadan keçməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanı dedikdə, kollegial (idarə heyəti) və (və ya) təkbaşına başa düşülür.
2. Attestasiyanın məqsədi
2.1. Attestasiya, səhmdar investisiya fondunun və investisiya fondunun idarəçisinin icra orqanının üzvlüyünə təqdim edilən namizədlərin tutulduğu vəzifələrə, habelə cavabdeh olacağı sahəyə peşəkar məqbulluğunu müəyyən etmək məqsədi ilə keçirilir.
2.2. Attestasiyada keçirilən sual-cavabın nəticələrinə əsasən, namizədin icra orqanının üzvlüyünə uyğun olub-olmaması barədə qərar qəbul edilir.
3. Attestasiyanın keçirilməsi proseduru
3.1. Səhmdar investisiya fonduna və ya aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziyasının alınması üçün ilkin müraciət edilərkən namizədlərin sənədlərinə müsbət baxıldıqda, QKDK attestasiyanın yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 10 (on ) iş günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.
3.2. Səhmdar investisiya fonduna və ya aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziyanın alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş namizədlər arasında dəyişiklik baş verdikdə namizədlər barədə Qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilməli və yekun müraciətə baxılması üçün Qanunla müəyyən olunmuş müddət ərzində QKDK-da attestasiyadan keçməlidirlər. Təqdim edilmiş sənədlərə müsbət baxıldıqda QKDK attestasiyanın yerini və vaxtını təyin edir və 10 (on) iş gün ərzində müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.
3.3. Səhmdar investisiya fondu və ya idarəçi öz fəaliyyətləri dövründə təqdim edəcəkləri namizədlər haqqında QKDK-ya Qanunla nəzərdə tutulmuş yazılı bildirişlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.3.1. namizəd tərəfindən doldurulmuş anket (Əlavə №1);
3.3.2. namizədin səhmdar investisiya fondunda və ya idarəçidə və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;
3.3.3. namizədin təhsil və iş təcrübəsi haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
3.3.4. namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;
3.3.5. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə №2);
3.3.6. namizəd əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.
3.4. Səhmdar investisiya fondunun və idarəçinin fəaliyyətləri dövründə icra orqanının üzvlüyünə namizədin attestasiyadan keçməsi ilə bağlı təqdim edilmiş sənədlərə QKDK tərəfindən 30 (otuz) iş gün müddətində baxılır.
3.5. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluqlar aşkar edilmədikdə, QKDK tərəfindən attestasiya təşkil olunur.
3.6. Attestasiya ilə bağlı təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə müraciət edənə 15 (on beş) gün müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi bildiriş göndərilir.
3.7. QKDK attestasiya gününə ən azı 5 (beş) iş günü qalmış attestasiyanın keçirilmə yeri və vaxtı barədə müraciət edənlərə yazılı surətdə məlumat göndərilir.
3.8. Namizədi təqdim edənlərin rəhbər işçisi(ləri) attestasiyada müşahidəçi qismində iştirak edə bilər.
3.9. Namizəd üzrlü səbəbdən Attestasiyaya gəlmədikdə, bu barədə QKDK-ya yazılı məlumat təqdim edilməlidir. QKDK-ya yazılı məlumat təqdim edildikdən etibarən 7 (yeddi) iş günü müddətində attestasiyanın müddəti başqa vaxta keçirilir və bu barədə müraciət edənə yazılı məlumat verilir.
3.10. Namizəd təyin olunan vaxtda üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən ikinci dəfə attestasiyaya gəlmədikdə, attestasiyadan keçməmiş hesab edilir.
3.11. Attestasiya sual-cavab üsulu ilə keçirilir.
3.12. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən, aşağıdakı sahələr üzrə verilir:
3.12.1. investisiya fondları, qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;
3.12.2. səhmdar investisiya fondunun və ya idarəçinin fəaliyyətinə dair mühasibat uçotu;
3.12.3. investisiya fondları və ya investisiya fondunun idarəçisində daxili nəzarət və audit;
3.12.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi;
3.12.5. korporativ idarəetmə standartları;
3.13. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu Attestasiya vərəqəsində qeyd olunur (Əlavə №3).
4. Attestasiya komissiyasının təşkili və fəaliyyəti
4.1. Attestasiyanı QKDK tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən komissiya həyata keçirir. Attestasiya komissiyası 5 (beş) nəfərdən az olmamaqla tək sayda QKDK-nın əməkdaşları sırasından QKDK sədrinin əmri ilə yaradılır. Attestasiya komissiyasının, fəaliyyətinə. komissiya sədri rəhbərlik edir. QKDK-nın sədri QKDK-nın əməkdaşları sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.
4.2. Attestasiya komissiyasının iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.
4.3. Attestasiya komissiyası aşağıdakı səlahiyyətlərə malikdir:
4.3.1. attestasiyanın keçirilməsini təmin etmək;
4.3.2. attestasiyanın davam etmə müddətini müəyyən etmək;
4.3.3. attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;
4.3.4. attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;
4.3.5. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
4.3.6. attestasiya ilə əlaqədar apellyasiya şikayətlərinə baxmaq;
4.3.7. attestasiya ilə əlaqədar digər məsələlər.
4.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.
4.5. Attestasiya komissiyasının iclasında attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
4.5.1. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğundur;
4.5.2. təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil.
4.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.
4.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və komissiyanın səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi və iclasın protokolu ilə rəsmiləşdirilir. Attestasiya vərəqəsinin imzalanmış nüsxəsi 3 (üç) iş günündən gec olmayaraq səhmdar investisiya fonduna və ya idarəçiyə təqdim olunur.
4.8. Attestasiyada iştirak edən səhmdar investisiya fondunun və idarəçinin rəhbər işçisi(ləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.
4.9. Barəsində “təqdim edilən namizəd icra orqanının üzvlüyünə uyğun deyil” qərarı qəbul edilən şəxsin namizədliyi attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra yenidən namizəd kimi təqdim oluna bilər.
4.10. Səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının üzvləri hər 5 ildən bir yenidən attestasiyadan keçməlidirlər.
|
|
|
|
|
|
İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında
Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən hazırlanmış və investisiya fondlarının kənar auditorlarına dair tələbləri müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. kənar auditor – investisiya fondlarında kənar auditi həyata keçirən auditor təşkilatı və ya sərbəst auditordur;
1.2.2. mütəxəssis – kənar auditorun ştat işçisi olan fiziki şəxsdir;
1.2.3. audit subyektləri – kənar auditor tərəfindən yoxlanılan səhmdar investisiya fondu və idarəçidir;
1.2.4. beynəlxalq mühasiblik dərəcəsi – İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən verilən Sertifikatlaşdırılmış Diplomlu Mühasib, Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (CPA) dərəcəsi və ya bu dərəcələrə bərabər tutulan digər beynəlxalq dərəcələrdir;
1.2.5. müstəqil fikir – peşəkar mülahizəyə təsir göstərə biləcək amillərdən azad fikir bildirmək və şəxsin düzgün, obyektiv olmaq, habelə ehtiyatla hərəkət etmək bacarığıdır;
1.2.6. müstəqil görüntü – müvafiq məlumatı olan üçüncü tərəfin kənar auditorun düzgünlüyü, obyektivliyi, həmçinin peşəkarlığı baxımından etibardan düşməsi qənaətinə gəlməsinə səbəb ola bilən mühüm faktların və şərtlərin olmamasıdır.
2. Kənar auditora dair tələblər
2.1. Audit subyektlərinin kənar auditoru aşağıdakı tələblərə cavab verməlidir:
2.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalıdır;
2.1.2. audit subyektlərinin aidiyyəti şəxsi olmamalıdır;
2.1.3. ən azı iki mütəxəssisi aşağıdakı tələblərə cavab verməlidir:
2.1.3.1. beynəlxalq mühasiblik dərəcəsinə malik olmaq;
2.1.3.2. audit fəaliyyəti üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olmaq.
2.2. Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır.
2.3. Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.
2.4. Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:
2.4.1. şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;
2.4.2. özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin işçisi olduqda yaranır;
2.4.3. təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;
2.4.4. yaxınlıq təhlükəsi – audit subyektləri, onun aidiyyəti şəxsləri və ya işçiləri ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;
2.4.5. hədələnmə təhlükəsi – audit subyektlərinin aidiyyəti şəxsləri və ya işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.
3. Kənar auditorun seçilməsi və əvəz edilməsi
3.1. Audit subyektləri kənar auditoru seçməkdə sərbəstdirlər. Audit subyektləri kənar auditordan aşağıdakılar barədə məlumatı əldə etməlidir:
3.1.1.auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığın (lisenziyanın) mövcud olması;
3.1.2.kənar auditdə iştirak edəcək mütəxəssislərin adları, onların təhsilləri və iş təcrübələri;
3.1.3.beynəlxalq mühasiblik dərəcəsinə sahib olan mütəxəssislərinin adları, onların sertifikatları;
3.1.4.kənar auditorun fəaliyyəti müddəti və bu müddət ərzində yoxlanılmış subyektlərin adları;
3.1.5.kənar auditorun və onun işçilərinin audit subyektləri və onların aidiyyəti şəxsləri ilə son üç il mövcud olan əlaqələri.
3.2. Audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorla müqavilə bağlanmalı və bu barədə səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciət zamanı QKDK-ya qanunvericiliklə müəyyən edilmiş məlumat verilməlidir.
3.3. Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditor dəyişdikdə audit subyektləri bu barədə və yeni seçilmiş kənar auditorun bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verməsi haqqında məlumatları bir ay ərzində QKDK-ya təqdim etməlidir.
3.4. Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ili bitənədək ən geci bir ay qalmış həyata keçirilə bilər.
|
|
|
İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar səhmdar investisiya fondları və aktivlərin idarəedilməsi fəaliyyətini həyata keçirənlər (bundan sonra – idarəçi) tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – QKDK) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.
2. Səhmdar investisiya fondu tərəfindən təqdim olunan hesabatlar
2.1. Səhmdar investisiya fondu fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya yarımillik və illik hesabatlar təqdim edir.
2.2. Səhmdar investisiya fondu tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.2.1. mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;
2.2.2. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə № 1);
2.2.3. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə № 2);
2.2.4. səhmdar investisiya fondunun fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı;
2.2.5. səhmdar investisiya fondunun nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
2.2.6. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
2.3. Səhmdar investisiya fondu tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 2.2.1 – 2.2.6-cı bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
2.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə № 3);
2.3.2. xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
3. İdarəçi tərəfindən öz fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilən hesabatlar
3.1. İdarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya yarımillik və illik hesabatlar təqdim edilir.
3.2. İdarəçi tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
3.2.1. idarəçinin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;
3.2.2. idarəçinin hüquqi ünvanı və olduğu yer;
3.2.3. idarəçinin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, idarəçinin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, idarəçi hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;
3.2.4. idarəçinin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;
3.2.5. idarəçinin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
3.2.6. idarəetməsində olan investisiya fondları və ya digər şəxslər barədə məlumat;
3.2.7. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat;
3.2.8. mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər.
3.3. İdarəçi tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.2.1 – 3.2.8-ci bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
3.3.1. idarəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı kənar auditorun rəyi;
3.3.2. xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
4. İdarəçi tərəfindən idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar
4.1. İdarəçi idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya aylıq, rüblük, yarımillik və illik hesabatlar təqdim edir.
4.2. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq İdarəçi tərəfindən QKDK-ya təqdim edilən yarımillik hesabata aşağıdakılar daxildir:
4.2.1. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə №1);
4.2.2. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə №2);
4.2.3. paylı investisiya fondunun payçılarının ayrı-ayrılıqda sayı;
4.2.4. paylı investisiya fondunun paylarının on faizi və daha artıq həcminə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan payların sayı və paylı investisiya fondunun paylarına faizlə nisbəti.
4.3. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq idarəçi tərəfindən QKDK-ya təqdim edilən illik hesabatların tərkibi bu Qaydaların 4.2.1–4.2.4-cü bəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
4.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə №3);
4.3.2. xidmətindən istifadə etdiyi brokerlər, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi);
4.4. İdarəçi idarəetməsində olan açıq paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq aylıq, interval paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar isə rüblük olaraq, bu Qaydaların 4.2.1-4.2.4-cü bəndlərində nəzərdə tutulmuş hesabatları QKDK-ya təqdim edir.
5. QKDK hesabatların təqdim olunması qaydası
5.1. İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 4 (dörd) ayı ərzində QKDK-ya səhmdar investisiya fondu və idarəçi tərəfindən təqdim edilməlidir.
5.2. Yarımillik hesabat hər təqvim ilinin 6 (altı) ayın nəticələri üzrə hazırlanmalı və hər bir yarımil başa çatdıqdan sonra 2 (iki) ay ərzində QKDK-ya təqdim edilməlidir.
5.3. Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 10 (on) iş günündən gec olmayan müddətdə QKDK-ya təqdim edilməlidir.
5.4. Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 5 (beş) iş günündən gec olmayan müddətdə QKDK-ya təqdim edilməlidir.
5.5. Təqdim edilmiş illik və yarımillik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində QKDK həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını səhmdar investisiya fondundan və idarəçidən yazılı surətdə tələb edir. [2]
5.6. Bu Qaydaların 5.5-cı bəndi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması QKDK tərəfindən tələb olunmadıqda, səhmdar investisiya fondu və ya idarəçi yarımillik və illik hesabatda olan məlumatların (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü bəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) QKDK-ya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir. [3]
5.7. Hesabatların səhifələri nömrələnməli, tikilməli, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının möhürü ilə təsdiq edilməlidir.
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
Səhmdar investisiya fondunun səhmdarları (Paylı investisiya fondunun payçıları haqqında hesabat)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
(idarəçinin tam adı)
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun xərcləri haqqında hesabat
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında[4]
Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. İƏİT ölkələri – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdir;
1.1.2. pul vəsaitləri – nağd pul vəsaitləri, həmçinin tələb olunanadək əmanət və depozitlərdir;
1.1.3. pul bazarı alətləri – tədavül müddəti bir ilədək olan qiymətli kağızlardır (istiqrazlar, notlar, depozit sertifikatları);
1.1.4. yüksək dərəcəli kredit reytinqi – ən azı “AA-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Aa3” (“Moody’s” reytinq agentlikliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir; [5]
1.1.5. investisiya dərəcəli kredit reytinqi – ən azı “BBB-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klasifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentlikliyinin klasifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir;
1.1.6. kotirovka – qiymətli kağızlarının alınması, yaxud da satılması üçün hərrac iştirakçısının təklif etdiyi qiymətdir;
1.1.7. listinq – emitentin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqələrinə daxil edilməsi prosedurudur;
1.1.8. kotirovka vərəqəsi – listinq prosedurasını keçmiş qiymətli kağızların (qiyməti və rekvizitləri də göstərilməklə) siyahısıdır;
1.1.9. indeks – tərkibinə daxil olan qiymətli kağızların orta ölçülmüş kapitallaşması nəzərə alınmaqla hesablanan göstəricidir.
1.1.10. korporativ qiymətli kağızlar – kommersiya təşkilatları, habelə paylı investisiya fondları tərəfindən emissiya edilən qiymətli kağızlardır.[6]
2. İnvestisiya fondunun və idarəçinin fəaliyyətinə dair əsas tələblər
2.1. Səhmdar investisiya fondunun nizamnamə kapitalının və paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum məbləği 500 000 (beş yüz min) AZN həcmində müəyyən edilir.
2.2. Səhmdar investisiya fondunun nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir.
2.3. Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və ya artırılması zamanı səhmlərinin yerləşdirilməsindən daxil olmuş pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda yığılır. Bu vəsaitlər səhmlərin emissiyasının yekunları haqqında hesabat dövlət qeydiyyatına alınanadək yalnız banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər.
2.4. Emissiyanın yekunları haqqında hesabat dövlət qeydiyyatına alındıqdan sonra həmin vəsaitlər fondun investisiya bəyannaməsinə uyğun yerləşdirilə bilər.
2.5. Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və dəyişdirilməsinə dair digər məsələlər səhmdar cəmiyyətlərinə dair müvafiq qanunvericiliklə tənzimlənir.
2.6. Aktivlərin idarə edilməsini həyata keçirən şəxs (bundan sonra – idarəçi) nizamnamə kapitalının minimum məbləği 125000 (yüz iyirmi beş min) AZN həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10000000 (on milyon) manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200000 (iki yüz min) manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625 faiz həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2000000 (iki milyon) manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.
2.7. Aktivlərin idarəedilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxslərin ştatında azı 3 (üç) nəfər aktivlərin idarəedilməsi üzrə fəaliyyətini həyata keçirməsi ilə bağlı ixtisas şəhadətnaməsinə malik olmalıdır.
2.8. İnvestisiya fondunun idarəedilməsi ilə bağlı xərcləri illik olaraq fondun aktivlərinin 5%-dan artıq ola bilməz;
2.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidməti tərəfindən müəyyən edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlər (ərazilər)” Siyahısında qeyd edilən offşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiarları belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər.
3. İnvestisiya fondunun aktivlərinin tərkibinə dair tələblər
3.1. İnvestisiya fondunun adında və investisiya bəyannaməsində aktivlərin tərkibindən asılı olaraq hansı qrupa aid olduğu göstərilməlidir.
3.2. İnvestisiya fondları aktivlərinin tərkibinə əsasən aşağıdakı qruplara bölünürlər:
3.2.1. borc alətləri investisiya fondları;
3.2.2. sərmayə investisiya fondları;
3.2.3. qarışıq investisiya fondları;
3.2.4. daşınmaz əmlak investisiya fondları;
3.2.5. indeks investisiya fondları.
3.3. Borc alətləri investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:
3.3.1. pul vəsaitləri;
3.3.2. bank depozitləri;
3.3.3. dövlət qiymətli kağızları;
3.3.4. bələdiyyə qiymətli kağızları;
3.3.5. korporativ istiqrazlar.
3.4. sərmayə investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:
3.4.1. pul vəsaitləri;
3.4.2. bank depozitləri;
3.4.3. səhmlər;
3.4.4. səhm üzrə törəmə qiymətli kağızlar;
3.4.5. açıq və interval paylı investisiya fondlarının payları.
3.4.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.[7]
3.5. Qarışıq investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:
3.5.1. pul vəsaitləri;
3.5.2. bank depozitləri;
3.5.3. dövlət qiymətli kağızları;
3.5.4. bələdiyyə qiymətli kağızları;
3.5.5. korporativ istiqrazlar;
3.5.6. səhmlər;
3.5.7. törəmə qiymətli kağızlar;
3.5.8. açıq və interval paylı investisiya fondlarının payları.
3.6. Daşınmaz əmlak investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:
3.6.1. bank depozitləri;
3.6.2. dövlət qiymətli kağızları;
3.6.3. bələdiyyə qiymətli kağızları;
3.6.4. daşınmaz əmlak;
3.6.5. daşınmaz əmlak üzrə törəmə qiymətli kağızlar;
3.6.6. investisiya fondlarının payları.
3.7. İndeks investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxil ola bilər:
3.7.1. pul vəsaitləri;
3.7.2. bank depozitləri;
3.7.3. indeksin hesablama bazasına daxil olan qiymətli kağızlar.
3.8. Açıq paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:
3.8.1. pul vəsaitləri;
3.8.2. qısamüddətli bank depozitləri;
3.8.3. Azərbaycan Respublikasının və İƏİT ərazisində fəaliyyət göstərən fond birjalarında ticarət olunan pul bazarı alətləri;
3.8.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında birinci dərəcəli kotirovka vərəqələrinə daxil edilmiş qiymətli kağızlar;
3.8.5. yüksək dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.
3.9. İnterval paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:
3.9.1. pul vəsaitləri;
3.9.2. qısa və ortamüddətli bank depozitləri;
3.9.3. Azərbaycan Respublikasının və İƏİT ölkələrinin dövlət və bələdiyyə qiymətli kağızları;
3.9.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında listinqinə daxil edilmiş emitentlər tərəfindən emissiya edilmiş qiymətli kağızlar;
3.9.5. investisiya dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.
3.10. Qapalı paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:
3.10.1. pul vəsaitləri;
3.10.2. bank depozitləri;
3.10.3. Azərbaycan Respublikasının və İƏİT ölkələrinin dövlət və bələdiyyə qiymətli kağızları; [8]
3.10.4. korporativ qiymətli kağızlar[9]
3.10.5. İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları; [10]
3.10.6. daşınmaz əmlak.
3.10.7. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.[11]
3.11. Səhmdar investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edə bilərlər:
3.11.1. pul vəsaitləri;
3.11.2. bank depozitləri;
3.11.3. dövlət və bələdiyyə qiymətli kağızları;[12]
3.11.4. korporativ qiymətli kağızlar;[13]
3.11.5. daşınmaz əmlak.
3.11.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.[14]
4. İnvestisiya fondlarının aktivlərinin strukturuna dair tələblər
4.1. Borc alətləri investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:
4.1.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;
4.1.2. bir emitentin istiqrazlarının (dövlət qiymətli kağızları istisna olmaqla) həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;
4.1.3. emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı;
4.1.4 pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.
4.2. sərmayə investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:
4.2.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;
4.2.2. bir emitentin qiymətli kağızlarının (dövlət qiymətli kağızları istisna olmaqla) məbləği fondun aktivlərinin 10%-dən artıq olmamalı; [15]
4.2.3. emitentin nizamnamə kapitalındakı iştirak payı 10%-dən artıq olmamalı;
4.2.4. Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən fond birjalarında listinqdən keçmiş səhmlərin məbləği fondun aktivlərinin 70%-dən artıq olmamalı;
4.2.5. listinqdən keçməmiş qiymətli kağızların məbləği fondun aktivlərinin 50%-dən artıq olmamalı;
4.2.6. paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30 %-dən artıq olmamalı;
4.2.7. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.
4.3. Qarışıq investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:
4.3.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;
4.3.2. fondun aktivinə daxil olan səhmlərin həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;
4.3.3. fondun aktivinə daxil olan korporativ istiqrazların həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;
4.3.4. fondun aktivinə daxil olan investisiya fondlarının paylarının həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;
4.3.5. fondun aktivinə daxil olan törəmə qiymətli kağızların həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalı;
4.3.6. bir emitent tərəfindən emissiya edilmiş qiymətli kağızlarının fondun aktivlərindəki ümumi həcmi (dövlət qiymətli kağızları istisna olmaqla) fondun aktivlərinin 10%-dən artıq olmamalı;
4.3.7. müddətli depozitlərin, dövlət qiymətli kağızlarının və bələdiyyə qiymətli kağızlarının ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı;
4.3.8. emitentin nizamnamə kapitalındakı fondun iştirak payı 10%-dən artıq olmamalı;
4.3.9. emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı
4.3.10. paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30 %-dən artıq olmamalı;
4.3.11. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.
4.4. Daşınmaz əmlak investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:
4.4.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;
4.4.2. müddətli depozitlərin, dövlət qiymətli kağızlarının və bələdiyyə qiymətli kağızlarının ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı.
4.4.3. paylı investisiya fondlarının investisiya paylarının sayı həmin fondun investisiya paylarının 30 %-dən artıq olmamalı;
4.4.4. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.
4.5. İndeks investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:
4.5.1. bir qiymətli kağızın fondun aktivlərindəki payı ilə həmin qiymətli kağızın investisiya bəyannaməsi ilə müəyyən olunmuş indeksdəki payı arasındakı fərq 3%-dən artıq olmamalı;
4.5.2. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalıdır.
4.6. İnvestisiya fondunun (indeks investisiya fondları istisna olmaqla) aktivlərinin ən azı 25%-i Azərbaycan Respublikasının ərazisində yatırılmalıdır. [16]
5. İnvestisiya fondunun xalis aktivlərinin, habelə payın (səhmin) cari (geri alınma) dəyərinin hesablanmasına dair tələblər
5.1. Paylı fondun formalaşdırılması müddəti başa çatdıqdan sonra xalis aktivlərin dəyərinin hesablanması və bu barədə məlumatın açıqlanması aşağıdakı qaydada həyata keçirilir:
5.1.1. açıq paylı investisiya fondları üzrə – həftədə azı bir dəfə, payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;
5.1.2. interval paylı investisiya fondları üzrə – ayda bir dəfə, habelə payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;
5.1.3. qapalı paylı investisiya fondları üzrə – fondun qaydalarına uyğun olaraq, fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi və ya fondun ləğvi ilə bağlı payların geri satın alınması halında isə, müvafiq sifarişlərin qəbulunun başlandığı gün.
5.2. Səhmdar investisiya fondunun səhmlərinin geri satın alınması ilə bağlı elan verilməzdən əvvəl səhmdar investisiya fondu və ya idarəçi həmin səhmlərin geri alınma qiymətini hesablamalıdır.
5.3. İnvestisiya fondunun xalis aktivlərinin dəyəri aşağıdakı düsturla hesablanır:
NAV – xalis aktivlərin dəyəri;
Ai – investisiya fondunun idarəetmədə olan hər bir aktivinin hesablanmış dəyəri;
Li – investisiya fondunun idarəetmə ilə bağlı hər bir öhdəliyinin hesablanmış dəyəri;
l – investisiya fondun aktivlərinin ümumi sayı;
m – investisiya fondunun öhdəliklərinin ümumi sayı.
5.4. İnvestisiya fondunun bir payının cari dəyəri və ya bir səhminin geri satın alınma dəyəri aşağıdakı düsturla hesablanır:
NAVt –investisiya fondunun xalis aktivlərin hesablanma vaxtına olan (cari) dəyəri;
CVt –investisiya fondun bir payının cari dəyəri və ya bir səhminin geri alınma dəyəri;
nt –emissiya edilmiş payların (səhmlərin) cari sayı;
t –investisiya fondunun xalis aktivlərinin və bir payının (səhminin) dəyərinin hesablanması vaxtı.
6. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinin sadələşdirilmiş formasına dair tələblər
6.1. Səhmdar investisiya fondlarının investisiya bəyannaməsinin sadələşdirilmiş formasında aşağıdakı məlumatlar olmalıdır:
6.1.1. investisiya fondunun, idarəçinin, depozitarın və auditorun tam adı, lisenziyasının rekvizitləri və yerləşdiyi ünvan;
6.1.2. qiymətləndiricinin tam adı və yerləşdiyi ünvan;
6.1.3. investisiya fondunun investisiya sahələri və aktivlərinin diversifikasiyası şərtləri;
6.1.4. müştərinin və fondun aktivləri hesabına ödəniləcək müxtəlif mükafatlar, xərclər və xidmət haqları haqda məlumat və onların maksimum həcmi;
6.1.5. dividendlərin ödənilməsi qaydası;
6.1.6. investisiya bəyannaməsinin və fondun fəaliyyətinə dair digər məlumatların əldə ediləcəyi mənbə.
7. Risklər haqqında xəbərdarlıq sənədinə dair tələblər
7.1. İdarəçi, səhmdar investisiya fondu, yaxud payların və səhmlərin satışını həyata keçirən peşəkar iştirakçı investorlara risklər haqqında xəbərdarlıq sənədini təqdim edir və investorlara bu sənədlə tanış olub imzaladıqdan sonra payların və ya səhmlərin satışını həyata keçirir.
7.2. İnvestisiya fondlarının “Risklər haqqında Xəbərdarlıq” sənədində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
7.2.1. aşağıdakı məzmunda mətn:
“İnvestisiya fondlarına kapital qoyuluşu təminatlı gəlirlər vəd etmir. Sizin ilkin kapitalınızın və sonradan əldə etdiyiniz gəlirinizin, fonddan çıxdığınız zaman xalis aktivlərin bir paya/səhmə düşən miqdarından asılı olaraq, bir hissəsi və ya hamısı itirilə bilər.”;
7.2.2. investisiya fondun buraxdığı pay və ya səhmlərin cari dəyərinin hesablanması qaydası;
7.2.3. müştərinin investisiya fondun buraxdığı pay və ya səhmləri əldə etməklə məruz qalacağı risklərin növləri haqqında məlumat:
7.2.3.1. faiz dərəcəsi riski - faiz dərəcəsinin dəyişməsi nəticəsində fondun aktivlərinin dəyərində olan dəyişmələr vasitəsilə itkilərə məruz qalması;
7.2.3.2. ümumi bazar riski - qiymətli kağızların qiymətinin dəyişməsi nəticəsində investisiya portfelinin dəyərinin azalması və investorların itki riski;
7.2.3.3. likvidlik riski - investorların investisiya fondlarının qeyri likvid alətlərə investisiyasından əmələ gələn və pula çevrilməsi zamanı məhdudiyyətlər və itkilərə məruz qalması halı;
7.2.3.4. kredit/defolt riski - investisiya fondlarının əməliyyat apardığı tərəflərin defolt etməsi və öhdəliklərini yerinə yetirməməsindən əmələ gələn investor riskləri;
7.2.3.5. reinvestisiya riski - fondların investisiya etdiyi qiymətli kağızların tədavül müddətinin başa çatması nəticəsində digər alətlərə etdiyi investisiyalardan daha az gəlir əldə etməsi nəticəsində investorların nisbi itki riski;
7.2.3.6. xarici valyuta riski - investorların xarici valyuta məzənnələrində olan dəyişmələr nəticəsində itkilərə məruz qalması halı;
7.2.3.7. ölkə riski - hər hansı ölkənin sosial, siyasi və ya iqtisadi vəziyyətinin dəyişməsi ilə əlaqədar həmin ölkənin qiymətli kağızlarının dəyərinin kəskin dəyişməsi nəticəsində investorların məruz qalacağı risklər;
7.2.4. müştərinin məruz qalacağı risklərlə bağlı digər məlumatlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 06 sentyabr 2012-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)
2. 30 noyabr 2012-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201211300017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2012-ci il)
3. 12 dekabr 2012-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)
4. 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)
5. 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə 1-ci bənd ləğv edilmişdir.
[2] 06 sentyabr 2012-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il) ilə “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının 5.5-ci bəndində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
[3] 30 noyabr 2012-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201211300017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2012-ci il) ilə İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının 5.6-cı bənddə "məlumatların" sözündən sonra " (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü bəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün)" sözləri əlavə edilmişdir.
[4] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların mətnində ismin müvafiq hallarında bütün hallarda “səhm investisiya fondu” sözləri “sərmayə investisiya fondu” sözləri ilə əvəz edilmişdir.
[5] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 1.1.4-cü yarımbənddə “Baa3” sözü “Aa3” sözü ilə əvəz edilmişdir.
[6] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalarına yeni məzmunda 1.1.10-cu yarımbənd əlavə edilmişdir.
[7] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalarına yeni məzmunda 3.4.6-cı yarımbənd əlavə edilmişdir.
[8] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 3.10.3-cü yarımbənddən “Azərbaycan Respublikasının və İƏİT ölkələrinin” sözləri çıxarılmışdır.
[9] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 3.10.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş emitentlər tərəfindən emissiya edilmiş qiymətli kağızlar;
[10] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 3.10.5-ci yarımbənd çıxarılmışdır.
[11] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalarına yeni məzmunda 3.10.7-ci yarımbənd əlavə edilmişdir.
[12] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 3.11.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş emitentlər tərəfindən emissiya edilmiş qiymətli kağızlar;
[13] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 3.11.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları;
[14] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalarına yeni məzmunda 3.11.6-ci yarımbənd əlavə edilmişdir.
[15] 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) ilə “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 4.2.2-ci, 4.2.3-cü və 4.2.5-ci yarımbəndləri çıxarılmışdır.
[16] 12 dekabr 2012-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il) “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydaların 4.6-cı bənddə "İnvestisiya fondunun" sözlərindən sonra "(indeks investisiya fondları istisna olmaqla)" sözləri əlavə edilmişdir.