AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 26s
Bakı şəhəri, 9 fevral 2012-ci il
“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanının 7-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə:
1. “2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi işlərinin Dövlət Sifarişi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 2012-ci ildə dövlət sifarişi kimi yerinə yetiriləcək minatəmizləmə işlərinin həyata keçirilməsi və cari ilin yekununa dair görülmüş işlər barədə hesabatın müvafiq qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
|
|
Baş naziri
|
Artur Rasi-zadə
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “
“26s” nömrəli sərəncamı ilə
təsdiq edilmişdir
2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi işlərinin
DÖVLƏT SİFARİŞİ
Sıra №-si
|
Dövlət sifarişinin əsas bölmələri (Layihələrin və təmizlənən ərazilərin adı)
|
2012-ci ildə ayrılmış vəsaitin həcmi (manatla)
|
2012-ci il üçün ərazilərin minalardan təmizlənməsinin əsas göstəriciləri
|
Təmizləmə işlərinin aparılmasının əsası
|
|
yüksək səviyyədə çirklənmiş sahə (kv. m)
|
orta və kiçik səviyyədə çirklənmiş sahə (kv.m)
|
||||
1.
|
Azərbaycan Respublikası ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə görüləcək işlər üçün vəsait o cümlədən :
|
8,178,800
|
7.299.555
|
12.980.445
|
|
1.1
|
“Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi” layihəsində Azərbaycan tərəfinin payı*
|
1,400,000
|
|
|
“Azərbaycanda MinaTəhlükəsilə Mübarizə üzrə Potensialının Gücləndirilməsi və Daha da Genişləndirilməsi” layihəsi. Layihə 1999-cu ildə başlamış və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının 2010-cu il 20 aprel tarixli 07/7 nömrəli məktubu ilə müddəti 2013-cü ilə qədər uzadılmışdır
|
1.2
|
Azərbaycan Respublikasının 10 rayonunda təhlükəli ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi o cümlədən:
|
5,878,800
|
7.299.555
|
9.1690.445
|
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
|
* 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının, ABŞ Dövlət Departamentinin və digər Donorların layihəyə ayırdığı vəsait hesabına 8 166 700 kv.metr ərazinin, Azərbaycan Hökumətinin ayırdığı vəsait hesabına 20 280 000 kv.metr ərazinin, cəmi 28 348 700 kv.metr ərazinin təmizlənməsi nəzərdə tutulur.
Sıra
№-si
|
Dövlət sifarişinin əsas bölmələri (Layihələrin və təmizlənən ərazilərin adı)
|
2012-ci ildə ayrılmış vəsaitin həcmi (manatla)
|
2012-ci il üçün ərazilərin minalardan təmizlənməsinin əsas göstəriciləri
|
Təmizləmə işlərinin aparılmasının əsası
|
|
yüksək dərəcədə çirklənmiş sahə (kv. m)
|
orta və kiçik səviyyədə çirklənmiş sahə (kv.m)
|
||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
1.2.1
|
Ağcabədi
|
705.000
|
1.050.000
|
500.000
|
4.3.2.64
|
1.2.2
|
Ağstafa
|
200.000
|
350.000
|
0
|
4.3.4.46
|
1.2.3
|
Gədəbəy
|
605.000
|
590.000
|
1.910.000
|
4.3.4.78
|
1.2.4
|
Goranboy
|
300.000
|
100,000
|
1.000,000
|
4.3.4.91
|
1.2.5
|
Göygöl
|
217,500
|
100,000
|
1.050,000
|
4.3.4.105
|
1.2.6
|
Qazax
|
240,000
|
200.000
|
800.000
|
4.3.4.122
|
1.2.7
|
Tovuz
|
255.000
|
150.000
|
1.100.000
|
4.3.4.169
|
1.2.8
|
Ağdam
|
1.140.000
|
1.700.000
|
800.000
|
4.3.9.15
|
1.2.9
|
Füzuli
|
977.500
|
1.246.555
|
1.530.445
|
4.3.9.30
|
1.2.10
|
Tərtər
|
1.238.800
|
1.813.000
|
1.000.000
|
4.3.9.47
|
1.3.
|
Xüsusi Dövlət Tapşırıqları üçün nəzərdə tutulan xərclərə o cümlədən:
|
900.000
|
0
|
3.290.000
|
|
1.3.1
|
Bakı şəhəri Güzdək qəsəbəsində ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi
|
300.000
|
5 ədəd PHS-lərlə çirklənmiş sursat anbarının təmizlənməsi
|
Azərbaycan Respublikası Baş nazirinin 2009-cu il 30 iyul tarixli 17/3240-12/29 nömrəli tapşırığı
|
|
1.3.2
|
BTC-nin Cənubi Qafqaz Boru Kəmərinin keçən hissənin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi
|
450.000
|
0
|
3.290.000
|
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti
|
1.3.3
|
Əfqanıstan Respublikasında Mina xəbərdarlığı üzrə maarifləndirmə
|
150.000
|
0
|
0
|
Xarici İşlər Nazirliyinin 02.11.2011-il tarixli 4/10-371/01/11 saylı müraciəti
|