×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.12.2011
QEYDİYYAT NÖMRƏSİ
264-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 10-02-2012, Nəşr nömrəsi: 32), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-02-2012, Nəşr nömrəsi: 34), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2012, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 46)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201112130264
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.02.2012
“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” 2011-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 dekabr 2011-ci il

264-IVQ

 

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti

arasında diplomatik, rəsmi və xidməti pasportlara malik Şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında saziş

 

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və öz etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səfərlərini və müvafiq vəzifələrinin icrasını asanlaşdırmaq məqsədi ilə,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Etibarlı diplomatik və ya xidməti pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşlarından Kolumbiya Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.

2. Etibarlı diplomatik və ya rəsmi pasportlara malik olan Kolumbiya Respublikasının vətəndaşlarından Azərbaycan Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.

 

Maddə 2

 

Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin qalma müddəti qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətində akkreditasiya olunmuş diplomatik nümayəndəliyin və ya konsulluğun yazılı sorğusu əsasında uzadılır.

 

Maddə 3

 

Digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliyin, konsulluğun və ya beynəlxalq təşkilatların yanında akkreditasiya olunmuş daimi nümayəndəliyin üzvü olan bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik vətəndaşları, həmçinin onların etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik ailə üzvləri onların rəsmi təyinatları müddəti ərzində digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil ola, oranı tərk edə, tranzit keçə və ya orada vizasız qala bilərlər.

 

Maddə 4

 

Etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan istənilən dövlət sərhədindən buraxılış məntəqəsindən daxil olacaq və həmin ərazini tərk edəcəklər.

 

Maddə 5

 

Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl hazırda istifadədə olan diplomatik, rəsmi və xidməti pasportların nümunələrini bu sənədlərin müfəssəl təsviri daxil olmaqla diplomatik kanallar vasitəsilə bir-birlərinə təqdim edəcəklər. Razılığa gələn Tərəflərdən biri yuxarıda qeyd olunan pasportların görünüşündə edilmiş dəyişikliklər barədə onların dövriyyəyə buraxılmasından sonrakı otuz (30) günlük müddət ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməli və yeni pasportların nümunəsini təqdim etməlidir.

 

Maddə 6

 

Bu Saziş bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara əməl etmək öhdəliyinə təsir etmir.

 

Maddə 7

 

Bu Saziş Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının digər Razılığa gələn Tərəfin "persona non grata" hesab edilən hər hansı vətəndaşına öz dövlətinin ərazisinə giriş icazəsini verməkdən imtina etmək və ya həmin şəxslərin orada qalmasını dayandırmaq hüququna təsir etmir.

 

Maddə 8

 

Tərəflərdən hər hansı biri milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Sazişin müvəqqəti olaraq qismən və ya tam olaraq dayandırılması üçün digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə sorğu edə bilər, bu, dayandırma belə bildirişin sonuncu tərəfindən alındıqdan bir (1) həftə sonra qüvvəyə minəcəkdir.

Bu dayandırma aradan qaldırıldıqda hər bir Razılığa gələn Tərəf eyni qaydada hərəkət edəcəkdir.

 

Maddə 9

 

Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 10

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

 

Maddə 11

 

1. Bu Saziş beş (5) il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minəcəkdir.

2. Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.

Bu Saziş Nyu-York şəhərində, 20 sentyabr 2011-ci il tarixdə Azərbaycan, ispan və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

KOLUMBİYA RESPUBLİKASI

HÖKUMƏTİ ADINDAN

HÖKUMƏTİ ADINDAN

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status